Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-915/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər Əliyev Firdovsi Zülfü oğlu (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) ## ###### 1982-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Dilbər» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Dilbər» adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda, ümumi təmiz çəkisi 9885 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana istintaqla dəqiq müəyyən edilməmiş yerdə və tarixdə bir ədəd sintetik kisədə yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra qeyd olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək əlində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu ərazisinə daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X8 şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbiri zamanı ## ###### 2025-ci il tarixdə, saat 04:15-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki qəbirstanlıqda saxlanılaraq həmin gün saat 04:25-dən etibarən həyata keçirlən baxış zamanı onun satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sintetik kisədə olan 05 ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda çəkiləri 1615 qram, 2050 qram, 2050 qram, 2170 qram və 2000 qram olmaqla, ümumi təmiz çəkisi 9885 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi belə qərara gəlmişdir ki, bu hərəkətləri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234-1.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə və əlavəsinə qarşı yazılı etiraz verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları, sübutların təsviri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirli bilindiyi cinayət işi ilə əlaqəli materiallar tam obyektiv və hərtərəfli araşdırılmamış, eyni zamanda, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Bu baxımdan ona qarşı sürülmüş ittiham üzrə narkotik vasitəni satış məqsədi ilə əldə edərək saxlama və daşıma, yəni CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət yalnız ehtimallara əsaslanmış və belə nəticə istər ayrı-ayrı, istərsə də sübutların məcmusu ilə təsdiq olunmur. Qeyd edilənlərə əsasən, satış məqsədinin sübuta yetirilməməsi, bir qrup şəxslə bağlı onun xeyrinə olan sübutları nəzərə alaraq onun əməlinin CM-nin 234.4.3-cü və 234.4.1-ci maddələrindən həmin Məcəllənin 234-1.1-ci maddəsinə tövsif olunmaqla həmin maddədə nəzərdə tutulan sanksiya həddinə uyğun cəza təyin olunması ilə bağlı ədalətli və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234-1.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyası həddində cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X6 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik istifadəçisi olduğu üçün əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, çox vaxtı nəşədən (marixuanadan) istifadə etmişdir. Cəza çəkmə müəssisəsində olan zaman Dilbər adlı şəxsin nömrəsini ona orda olan məhkumlardan biri vermışdir. Azadlığa çıxandan sonra Dilbərlə əlaqə saxlamış və ondan istifadəsi üçün narkotik vasitə almışdır. Çünki “bariqa”dan almaq sərf etməmiş, Dilbər isə qramını ona 10 manata vermişdir. Dilbər İranlı olmuş, onunla şəxsi münasibəti olmamış, yalnız narkotik almaq üçün əlaqə saxlamışdır. Dilbəri canlı görməmiş, ancaq görüntülü danışmışdır. Görüntülü danışmağının səbəbi İranlı olmasına əmin olmağı olmuşdur. Həmin şəxsin İranlı olduğuna əmin olduqdan sonra ondan narkotik vasitə almışdır. Təxminən 1 il ondan hər dəfəsində 20-30 qram nəşə almışdır. Dilbərdən aldığı narkotikləri öz istifadəsi üçün Masazırda olan qəbristanlıqdan, Pirşağıdan, sonuncu dəfə isə Kürdəxanıda olan qəbristanlıqdan götürmüşdür. Götürdüyü ünvanlar müxtəlif olmuşdur. Avqust ayının 12-13-ü tarixlərində Dilbərlə telefon danışığı olmuş, sonuncu ona “sənə konum atacam gedib 1 kq nəşəni götürərsən. 700 qramını bir yer var deyəcəm atarsan ora, 300 qramını da özün götürürsən” demişdir. 17 yaşından nəşə çəkir. O, həmin gün 1 kq marixuana üçün getmiş, 10 kq üçün yox. Belə ki, gecə saatlarında Zabrat qəbristanlığına getmiş, bükülüyə yaxınlaşmaq istəyərkən polis əməkdaşları onu saxlamışlar. Bundan əvvəl həmin qəbristanlıqda olmamışdır. Dilbər ona “ora çatmağa 15-20 dəqiqə qalmış, mən sənə konum atacam” demiş, lakin ərazini ona deməmişdir. Gecə təxminən saat 2-3 radələrində evdən çıxmışdır. Dilbər həmçinin ona “konuma çatmağa 15 dəqiqə qalmış mənə zəng edərsən, mən sənə konumun şəkilini ataram” demişdir. Polislərin onu tutduqları yerlə malın aşkar edildiyi yer arasında 10 metrdən az məsafə olardı. Həmin yerə yaxınlaşan zaman təxminən 7 nəfər polis əməkdaşları onun üstünə gəlmişlər. Onlar gizləndiyi üçün qəbirstanlıqda kimisə görməmişdir. Polis əməkdaşları özləri oraya 10 kilo narkotik vasitə qoymuşlar. Çəkiliş zamanı da 10 kilonun ona aid olmadığını demişdir. Həmçinin Dilbər ona nəşənin ayrı-ayrı bükümlərdə olduğunu deməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İbrahimov Rəşad İdris oğlu ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavastə tabe olan X8 şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. İdarənin əməkdaşı şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması və daşınması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri şahid4, şahid1 və şahid2la birlikdə məlumat daxil olan yerə getmişlər. Orada Təqsirləndirilən şəxs əlində bir ədəd torba getdiyini görüb saxlayaraq özlərini təqdim etmişlər. Torbanın içərisinə baxış keçirdikdə 5 ədəd bağlamada təxminən 10 kq narkotik vasitə marixuanaya bənzər kütlə aşkar etmişlər. Sorgu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə olan maddənin narkotik vasitə marixuana olmasını və İran vətəndaşından əldə etdiyini, bir hissəsini müvafiq yerlərə qoyacağını, digər hissəsini də şəxsi istifadəsi üçün saxlayacağını bildirmişdir. Əməliyyat gecə saatlarında qəbiristanlıqda keçirilmişdir. Həmin vaxt Bəhruz taksi ilə gəlmiş, sonra həmin taksi çıxıb getmişdir. Bəhruzun əlində olan bağlamanın rəngini hazırda xatırlamır. Bəhruzun üzərinə və əlindəki kisəyə videoçəkilişlə baxış keçirilmiş və çəkiliş şahid1 tərəfindən mobil telefon vasitəsilə aparılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 Cəmiyyət oğlu ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. ## ###### 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması və daşınması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. ## ###### 2025-ci ildə saat 04 radələrində Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində Kürdəxanı türməsinin yanında olan qəbirstanlıqda saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman əlində bir ədəd kisə olmuşdur. Həmin vaxt onun üzərinə və əlindəki kisəyə baxış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkarlanmamışdır. Əlindəki kisəyə baxış keçirən zaman isə içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Narkotik vasitəni haradan alması barədə sual verildikdə Təqsirləndirilən şəxs İran vətəndaşından götürdüyünü və onun dediyi yerlərə qoyacağını bildirmişdir. Şəxs saxlanılan zaman narkotik vasitənin təsirində olmamış, qaçmağa cəhd göstərməmiş və əməlini səmimi etiraf etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid şahid2 şahidlər şahid1 Cəmiyyət oğlu və İbrahimov Rəşad İdris oğlu ilə eyni məzmunlu ifadə verməklə ifadələrində müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan kisədəki 5 ədəd bağlamada ümumi çəkisi 10720 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu bildirmişlər. İş materiallarında olan aşağıdakı sübutlar birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmişdir: ## ###### 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokol və həmin protokola əlavə edilmiş baxış və götürmə hərəktlərinin video görüntüləri ilə müəyyən olunmuşdur ki, Musatafyev Bəhruz Şamil oğlu ##.##.2025-ci il tarixdə, saat 04:15-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki qəbristanlıqda əlində bir ədəd narıncı rəngli kisəni daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin kisəyə baxış keçirilən zaman içərisində 5 ədəd üzəri yapşıqanlı lentlə bağlanmış sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixunaya oxşar bitki kütləsi aşkar olunaraq götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 10720 qram olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bağlamalardan aşkar olumuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, bir müddət əvvəl votçap vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı «Dilbər» adlı şəxslə tanış olduğunu, sonuncunun votçapda ona narkotik vasitənin qoyulduğu yerin xəritədəki kordinatlarını göndərdiyini, «Dilbər» adlı şəxsin tapşırığına əsasən götürdüyü narkotik vasitəni onun dediyi məkana qoyub bunun qarşılığında pul qazanmaq niyyətində olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən 1 ədəd “Honor” markalı mobil telefonu çıxararaq təqdim etmişdir (cild 1, iş vərəqə 10-12). “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə, saat 04:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 17- 18, 31). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-cü il tarixli, *-**-**/*-*/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» yazısı və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbadakı 05 (beş) ədəd bağlamalarda ayrı-ayrılıqda çəkiləri 1615 qram, 2050 qram, 2050 qram, 2170 qram və 2000 qram olmaqla ümumi təmiz çəkisi 9885 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 9885 qram olmuş, 1,0 qram tədqiqata sərf edildikdən (hər obyektdən 0,2 qram götürülmüş) sonra 9884 qram qalıq qalmışdır (cild 1, iş vərəqə 44-47). ##.##.2025-ci il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor X6b” markalı mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sistemində «DiloşAmir» kimi qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 901 922 0978 nömrə ilə ##.##.2025ci il saat 13:28-dən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan 051-685-12- 65 nömrə arasında zənglər edilmiş, aralarında danışıqlar aparılmışdır. +98 901 922 0978 nömrənin qadın cinsindən olan istifadəçisi ##.##.2025-ci il tarixdə, saat 02:14-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəbristanlığının ərazisinin kordinatını göndərərək «qadoy alım tez yola çıx get götür» məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq «Xırdalandan çıxıram, 1 saatlıq yolum var» məzmunlu mesaj göndərmiş, saat 02:20-də +98 901 922 0978 nömrənin qadın cinsindən olan istifadəçisi «az mal deyil ha, qadoy alım, tez get götür, birdən götürərlər» məzmunlu səsli mesaj göndərmiş, saat 03:22-də narkotik vasitə olan kisənin yerləşdirildiyi qəbristanlığın içərisində məkanın işarələnmiş fotoşəkilini göndərmişdir (cild 1, iş vərəqə 59). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2025-ci il tarixli tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəsasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 110-112). Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin “xxxx” X7 Ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan ASILILIQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 122-123). “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədlərindən gizili keçirilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satılması faktlarına görə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, i vərəqə 161-163). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X13 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 12-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və əməlin tövsifini müzakirə edərkən qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda, yəni narkotik vasitənin çəkisinin 1 kq olması ilə bağlı vermiş olduğu ifadəsinin səbəbini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ondan 1 kq narkotik vasitə aşkarlandığını bildirsə də, şahidlər şahid4, şahid1 Cəmiyət oğlu və İbrahimov Rəşad İdris oğlu ifadələrində Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 04:15-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki qəbirstanlığın ərazisində əlində narıncı rəngli kisəni daşıyarkən tərəflərindən saxlanıldığını, saxlandıqdan dərhal sonra videoçəkiliş aparılmaqla üstünə və həmçinin əlində daşıdığı kisəyə baxış keçirilməyə başlandığını, həmçinin Təqsirləndirilən şəxs üstündən «Honor» markalı mobil telefon aparatı aşkar edildiyini, daha sonra Təqsirləndirilən şəxs əlindəki narıncı kisəyə baxış keçirilərkən oradan 05 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixunaya oxşar bitki kütləsinin aşkar olunduğu, həmin kütlənin elektron tərəzidə çəkildiyini və ümumi çəkisinin 10720 qram müəyyən edildiyini bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Birinci instansiya məhkəməsi sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsini deyil, onun çəkisini mübahisələndirir. Bundan əlavə, o, saxlanılan zaman üzərindən 1 kq narkotik vasitə aşkar edildiyini, digərilərinin ona aid olmadığını göstərmişdir. Əvvəla, bu hal, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri uzlaşmır. Digər tərəfdən, ## ###### 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokol və həmin protokola əlavə edilmiş baxış və götürmə hərəkətlərinin video görüntüləri ilə də Musatafyev Bəhruz Şamil oğlunun ##.##.2025-ci il tarixdə, saat 04:15-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki qəbristanlıqda əlində bir ədəd narıncı rəngli kisənin içərisində 5 ədəd üzəri yapşıqanlı lentlə bağlanmış sellofan bağlamalarda qablaşdırma ilə birlikdə ümumi çəkisi 10720 qram olan narkotik vasitə daşıdığı aşkar olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-cü il tarixli, *-**-**/*-*/**** nömrəli ekspert rəyinə əsasən isə həmin narkotik vasitəsinin ayrı-ayrılıqda təmiz çəkilərinin 1615 qram, 2050 qram, 2050 qram, 2170 qram və 2000 qram, ümumi təmiz çəkisinin 9885 qram olduğu müəyyən edilmişdir. Bütün bu hallar da təqsirləndirilən şəxsin narkotik vasitəsinin çəkisi ilə bağlı dəlillərinin əsassız olduğunu bir daha təsdiq edir. Bundan başqa, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyəti müəyyən edilir. Təqsirləndirilən şəxs narkotik vasitələri maddələri satış məqsədi ilə əldə etməməsi dəlilləri də iş materialları ilə təkzib edilir. Belə ki, narkotik vasitələrin qanunsuz olaraq satış məqsədilə əldə olunması, saxlanılması və daşınması CM-in 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. CM-in 234.2-ci maddəsində cinayətin məqsədi dispozisiyada konkret olaraq cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama, daşıma və ya göndərmə əməlləri satış məqsədi ilə törədildikdə həmin maddə (maddələr) ilə cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli *** №-li Qanunun 1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadələrində narkotik vasitənin 10 kq olduğunu, “Dilbər” adlı şəxsin dediyi ünvana qoyacağını, bunun qarşılığında da pul alacağını bildirmişdir ki, bu halların mövcudluğu da onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini göstərir. Bundan əlavə, onun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı külli miqdar təşkil etməklə 5 ədəd üzrəi yapışqanlı lentlə bağlanmış sellofan torbalarda olmuş, istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşıması" ilə bağlı hissəsi, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən göründüyü kimi onun narkotik vasitələrə dair İran İslam Respublikasının vətəndaşı “Dilbər” adlı şəxslə sosial şəbəkə vasitəsilə əlaqələri olmuşdur. Bundan başqa, ##.##.2025-ci il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor X6b” markalı mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sistemində «DiloşAmir» kimi qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 901 922 0978 nömrə ilə ##.##.2025-ci il saat 13:28-dən etibarən Təqsirləndirilən şəxs istifadəsində olan 051-685-12- 65 nömrə arasında zənglər edilmiş, aralarında danışıqlar aparılmışdır. +98 901 922 0978 nömrənin qadın cinsindən olan istifadəçisi ##.##.2025-ci il tarixdə, saat 02:14-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəbristanlığının ərazisinin kordinatını göndərərək «qadoy alım tez yola çıx get götür» məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq «Xırdalandan çıxıram, 1 saatlıq yolum var» məzmunlu mesaj göndərmiş, saat 02:20-də +98 901 922 0978 nömrənin qadın cinsindən olan istifadəçisi «az mal deyil ha, qadoy alım, tez get götür, birdən götürərlər» məzmunlu səsli mesaj göndərmiş, saat 03:22-də narkotik vasitə olan kisənin yerləşdirildiyi qəbristanlığın içərisində məkanın işarələnmiş fotoşəkilini göndərmişdir. Göründüyü kimi “Dilbər” adlı şəxsin Təqsirləndirilən şəxs qısa ismarıclarla da sonuncunun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin şəxslər arasında əlbirlik olması bir daha öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, Təqsirləndirilən şəxs “Dilbər” adlı şəxs arasında qabaqcadan əlbirlik olmasını, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsini müəyyən edir və qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsində hər hansı pozuntu müyyən etmir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual 42-ci maddəsində sadalanan hallar, habelə cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası pelyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması halları iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətlərinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətlərini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün cəmi 198 (yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-915/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-915/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver