Məhkəmə qərarları › İş №1(3-6)-917/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-917/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-917/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-*)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmünə əsasən (hakimlər Kərimov Namiq Həsrət oğlunun sədrliyi, hakimlər X7 və X3 ibarət tərkibdə) ## ###### 1997-ci ildə Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Əbrəqunus kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabuncu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq yaşayış massivi nömrəsiz fərdi yaşayış ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiŞ, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olduğu ehtimal edilən “Mehdi” adlı şəxslə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni digər şəxslərə satışını həyata keçirilməsi barədə əvvəlcədən razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “Mehdi” adlı şəxsdən, istintaqa məlum olmayan vaxtda və yerdən digər şəxslərə çatdırmaqdan ötrü, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi - 78,009 qram kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamin və külli miqdarda ümumi təmiz çəkisi - 644,35 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıyıb, 78,009 qram kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamini və 545.57 qram qurudulmuş marixuananı yaşadığı Bakı şəhəri, ünvan 1, nömrəsiz ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evində gizlətmiş, 98,78 qram narkotik vasitə qurudulmuş marixuananı isə Bakı şəhəri, ünvan 1, nömrəsiz evə gədər daşımış, onun narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə saat 22:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, ünvan 1 ərazisində yaşayış evinin yaxınlığında saxlanılaraq, həmin yerdə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 98,78 qram narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı kimi həmin gün saat 23:15 radələrində yaşadığı, Bakı şəhəri, ünvan 1, nömrəsiz ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evində keçirilən axtarış zamanı evin dəhlizində olan paltar asılqanı şkafının alt dolabından öz aralarında və üzərində aşkar edilmiş marixuana ilə tərkibinə görə eyni olan: bir ədəd sellofan bağlamada təmiz çəkisi 465,0 qram və üzərləri ağ rəngli lentlə bağlanmış 07 ədəd sellofan bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri - 14,60 qram, 13,96 qram, 14,23 qram, 9,73 qram, 9,20 qram, 9,29 qram, 9,56 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi - 545,57 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 78,009 qram kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamin və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maqddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edilməmiş və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitələri müəyyən ünvanlara çatdırması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cıil tarixli, *(*-*)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, onun əsassız olaraq tutulduğunu, əsassız olaraq ona ağır ittiham verildiyini, ruhi-əsəb xəstəsi olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu göstərib əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilərək ona yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cıil tarixli, *(*-*)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü üzərində 100 qram narkotik vasitə marixuana ilə çıxmışdır evdən. X1 Xidmətinin maşını gəlib onu saxlamışdır. Polis əməkdaşlarına bildirmişdir ki, üzərində olan narkotik vasitənin 100 qramı ona məxsusdur, qalanını isə demişdir evdədir. Ümumi 545 qram narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Yaşadığı evə getmişlər, evdə də qalanını təqdim etmişdir. Həmin narkotik vasitələri “Mehdi” adlı şəxsin bildirəcəyi yerlərə qoymaq məqsədi olduğunu bildirmişdir. Sonda əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını və uşağına anası tərəfindən baxılmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etməmiş, sadəcə təzə başlamışdır. Əvvəllər “tramon” adında dərman atmış, psixoloji problemi var ona görə. Maştağa qəsəbəsində yerləşən psixoloji mərkəzdə yatmışdır. Səfərbərlik vaxtlarında da yatmışdır. Həkim resepti ilə özü almışdır dərmanı. 1 ildir ki, marixuanadan istifadə edir. Müharibədə iştirak etməmişdir. Özü fəhlə işləyir. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Telefonda adını “Mehdi” kimi qeyd eləmişdir. Narkotik vasitəni özü üçün yalnız istifadə məqsədi ilə alırdı. Mehdi adlı şəxsdən və bacısı Zəhradan alırdı. Harasa qoyurdu narkotik vasitəni, o, da götürürdü. Vatsap vasitəsi ilə əlaqə saxlayırdılar. Həmişə götürdüyü yer olurdu, gedirdi oradan götürürdü. Həmişə eyni yerdən götürürdü narkotik vasitəni. Binəqədi şossesi ərazisindən götürürdü. 10-15 qram götürürdü istifadəsi üçün. Ən çox aldığı 200-300 qram olmuş, həmin şəxs demişdir ki, pulu hissə-hissə atar kartına. 200 qramı günə 5 qrama bölürdü. Hadisə günü də Binəqədi şossesi ərazisindən götürmüşdür. Narkotik vasitə qurudulmuş marixuana götürmüşdür sellofanda. “Bolt” xidmətinin taksi maşını ilə getmişdir həmin əraziyə, artıq yerini bilirdi. Taksi onu gözləməmişdir. Narkotik vasitəni götürəndən sonra başqa bir taksi sifariş edirdi. Götürüb qayıdırdı evə. Taksi saxlamışdır ərazidə o, da getmişdir götürməyə. Polis əməkdaşları onu saxlayan kimi çıxardıb təqdim etmişdir narkotik vasitəni, əynində boz gödəkçə olmuşdur. Gödəkçəmin sağ cibində olmuşdur narkotik vasitə. Cibindən çıxartdığı 100 qram idi. 100 qramı təhvil vermişdir polis əməkdaşlarına. Ümumi 500 qram narkotik vasitə götürmüş, lakin ondan 100 qramı həmin şəxsə verməli idi. 400 qramı ona məxsus idi, 100 qramını isə qaytarmağa aparırdı. 400 qramını həmin günü evdə saxlamışdır. 100 qramını hara oldu təhvil verəcəydi, həmin şəxs də gelib götürməli idi. Əvvəlcədən qoyacağı yeri həmin şəxslə danışmamış, özü ona deməli idi. Polis əməşkdaşları onu 100 qramı aparıb qaytaranda tutmuşlar. Tərəzini evə anası almışdır. Marixuananın yerini polis əməkdaşlarına özü göstərmişdir. Videoçəkiliş o, demişdir ki, aparılmasın, lakin ona demişlər ki, narahat olmasın yaxşı olacaqdır. Satış məqsədi olmamış, lakin narkotik vasitədən istifadə etmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Arvadından ayrılmamış, sadəcə küsülüdürlər. Uşaq onunladır, hazırda anası baxır. Xəstəliklə bağlı müalicə almır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadələrindən görünür ki, o, əvvəllər “nəşə” adı ilə tanıdığı narkotik vasitədən istifadə etmişdir, lakin son vaxtlarda istifadə etmir. Təxminən bir aydan çox olar ki, İran İslam Respublikası olan “Mehdi” adlı şəxs İran nömrəsi olan “0998 ?” saylı nömrə ilə “WhastApp” sosial mesajlaşma proqramı vasitəsi ilə onun ***-***-**-** saylı nömrəsinə mesaj yazmışdır, həmin şəxslə danışanda məlum olmuşdur ki, narkotik vasitələri satır, həmin şəxs ona təklif etmişdir ki, narkotik vasitələrini satmaqda köməklik edərsə, hər dəfə ona pul verəcəkdir. Bununla da o, polis tərəfindən saxlanılandan əvvəl iki dəfə Mehdi adlı İran vətəndaşının sifarişi ilə “nəşə” kimi tanıdığı qanunsuz maddələrdən satışına köməlik etmişdir, “Mehdi” adlı şəxs də ona 500 və 300 manat olmaqla 800 manat pul vermişdir. O da “Mehdi” adlı şəxsin ona göndərdiyi konumlara narkotik maddə qoymaqla satışına köməklik etmişdir. Belə ki, polis tərəfindən tutulmamışdan 3-4 gün əvvəl İran vətəndaşı olan “Mehdi” adlı şəxsin yenə də “0998-?” saylı nömrə ilə “WhastApp” sosial mesajlaşma proqramı vasitəsi ilə onun ***-***-**-** saylı nömrəsinə göndərdiyi məkandan sellofan torbadan “nəşə” kimi tanıdığı marixuana və “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin götürmüşdür və üzərində gəzdirmişdir, həmin maddələri satmaq üçün əldə etmişdir. Mehdi adlı İran vətəndaşı demişdir ki, satandan sonra pulunu verəcək. Belə ki, ## ###### 2025-ci il tarixdə saat 22:45 radələrində Maştağa qəsəbəsi Tavaylıq yaşayış massivində yaşadığı evdə olanda, Mehdi adlı İran vətəndaşının göndərdiyi “nəşə” kimi tanıdığı marixuanadan üzərində götürmüşdür, Mehdi adlı İran vətəndaşının sifarişinə görə həmin malı Binəqədi rayonuna aparıb hər hansı bir ünvanda qoyub konumunu, yəni məkan ünvanını “Mehdi” adlı şəxsə göndərməli olmuş, buna görə də “nəşə” kimi tanıdığı marixuanadan üzərində saxlamışdır, evinin yaxınlığında küçədə olduğu zaman, iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitənin istifadəsində və daşınmasında şübhəli bilinərək üzərinə videoçəkiliş ilə baxış keçirmişlər və üzərində olan boz rəngli gödəkçənin yan cibindən üzərində gəzdirdiyi 01 ədəd sellofan bağlamada olan nəşə deyilən ot kütləsini və bir ədəd mobil telefonu aşkar etmişlər. Şəxsi baxış zamanı həmin narkotik ot kütləsini və mobil telefonu onun və polis əməkdaşlarının iştirakları ilə qablaşdırılaraq möhürlə möhürləmişlər, daha sonra bu barədə protokol tərtib edilmişdir, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Bundan sonra, Maştağa qəsəbəsi Tavaylıq yaşayış massivində nömrəsiz ünvanda yerləşən yaşadığı evə gələrək sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet varsa, göstərməyi təklif etmişlər. O da bu axtarışa etiraz etməyib bu barədə ərizə ilə müraciət etmişdir və bundan sonra yaşadığı mənzildə dəhlizdə olan paltar asılqanı şkafının alt dolabında qanunsuz olaraq tərkibində narkotik maddələr saxladığını bildirmiş və həmin dolabda olan bir ədəd sellofan bağlamada olan “nəşə” deyilən ot kütləsi və bir ədəd bağlamada psixotrop maddəyə bənzər metamfetamin, iki bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyalara baxış keçirilərək qablaşdırılmışdır. Bundan sonra, bu barədə protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Bundan sonra, polis əməkdaşları onu 14-cü PŞ-nə gətirmişlər. Orada onun şübhəli şəxs kimi tutulduğu elan edilmiş və seçdiyi vəkil dəvət edilmiş, daha sonra polis şöbəsində üzərindən və evindən aşkar edilən maddələr, mobil telefon və tərəzilər təhqiqatçıya təqdim edilmiş, həmin əşyalara baxış keçirildikdən sonra qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə bağlı ## ###### 2025-ci ildə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğuldur və Bakı şəhəri, ünvan 1 ərazisində yaşayır. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin baş əməliyyat müvəkkili şahid3 İslam oğlu polis şöbəsinin rəisinə raportla məruzə etmiş, əməliyyat qrupu yaradılmış, tərkibində o, şahid3 və sahə inspektoru Yusif Yusifzadə olmuşlar. Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim etmişlər və bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində gəzdirilməsində şübhəlidir, videoçəkiliş vasitəsi ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirilmişdir ki, könüllü olaraq üzərində qanunsuz predmet və ya əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq sellofanda büküm təqdim etmiş, özünün dediyinə görə marixuana olmuşdur. Təqsirləndirilən şəxs soruşmuşlar ki, narkotik vasitəni haradan əldə etmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikası vətəndaşından əldə etmiş, həmin şəxs konumlar demiş, həmin yerə qoyurmuş, gəlib götürürmüşlər. Onlar həmin narkotik vasitəni zərfləşdirmişlər, Təqsirləndirilən şəxs bildirmişlər ki, evində narkotik vasitə varsa təqdim edə bilər. Təqsirləndirilən şəxs könüllü bildirmişdir ki, evində də narkotik vasitə var. Həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından götürmüş, müəyyən qismi evindədir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, baxış keçirilən zaman könüllü olaraq təqdim etmişdir. “Nəşə”, metamfetamin və elektron tərəzi olmuşdur. Həmin vasitələri qablaşdırmışlar, təqsirləndirilən şəxsi 14-cü polis şöbəsinə dəvət etmişlər. Narkotik vasitələrə təhqiqatçının otağında təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs vəkillə təmin olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şahid2 bildirmişdir ki, qrup rəhbəri şahid3 İslam oğlu olmuşdur. Narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsi axşam saatlarında saxlamışdıq. Təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təyziq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı şahid3 İslam oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında ## ###### 2025-ci ildə axşam saatlarında təqsirləndirilən şəxs tərəfindən ünvan 1 ərazisində saxlanılmışdır. Saxlanılan zaman təqsirləndirilən şəxs könüllü olaraq üzərində narkotik vasitənin olduğunu bildirmiş və təqdim etmişdir. Videoçəkiliş əsasında narkotik vasitə təqsirləndirilən şəxsdən götürülmüşdür. Bundan başqa təqsirləndirilən şəxs narkotik vasitənin evdə də olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikası vətəndaşından götürdüyünü, müəyyən yerlərə yerləşdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid şahid3 İslam oğlu bildirmişdir ki, qrup rəhbəri özü olmuşdur. Məlumat narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuş, təqsirləndirilən şəxsi saxladığı zaman bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə əlaqədə olmuşdur. Axşam saatlarında tutmuş, təqsirləndirilən şəxs tək olmuşdur. Təqsirləndirilən şəxs qaçmamış və müqavimət göstərməmişdir. Metamfetamin evindən götürülmüşdür. İşdə olan “DVD diskdə olan videogörüntülərə baxış keçirilməsi” haqqında ## ###### 20258 ci il tarixli protokoldan və disklərdən görünür ki, ## ###### 2025-ci il tarixdə Sabunçu RPİ nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ərazisində yaşayış evinin yaxınlığında saxlanılmaqla həmin yerdə üzərində keçirilmiş şəxsi axtarış zamanı və sonuncunun evində keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd DVD diskə köçürülmüş iki ədəd səsli videogörüntüyə və ## ###### 2025-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsində xidməti otaqda videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd DVD diskə köçürülmüş bir ədəd səsli videogörüntüyə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Abdullayev Yusif İsmayıl oğlunun iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, birinci DVD diskdə videokamera vasitəsi ilə çəkilmiş, iki ədəd görüntü olması müəyyən edilmişdir. Həmin DVD diskdə olan birinci görüntü “IMG_2748” adlı “xxxx” tipli 335 MB (335584kbayt) həcmli 08 dəqiqə 17 saniyə müddətli videogörüntüdə üç nəfər mülki geyimli şəxslərin olması, həmin şəxslərin açıq ərazidə qaranlıq vaxtı dayanması əks olunur, çəkiliş başlayan zaman, görüntüdə dayanan şəxslərin sol tərəfində dayanmış şəxs ## ###### 2025-ci il tarixdə saat 22:50 radələri olmasını və ünvan 1 ərazisində yaşayış evinin yaxınlığında olmalarını bildirərək, əməliyyat tədbirində iştirak edən şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özünü təqdim edərək, görüntüdə dayanan şəxslərin sol tərəfində dayanmış şəxs özünü təqdim edib Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili, R şahid3 olmasını, görüntüdə dayanan şəxslərin sağ tərəfində dayanmış şəxs özünü təqdim edib Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, R şahid2 olmasını, görüntüdə olanlardan orta hissədə dayanmış saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Bundan sonra baş əməliyyat müvəkkili şahid3 saxlanılan şəxsə müraciət edərək ona saxlanılmasının səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə, baş əməliyyat müvəkkili şahid3 ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 02-ci saniyəsində Təqsirləndirilən şəxs əlini əynindəki boz rəngli gödəkçənin sol yan cibinə salaraq oradan 01 ədəd bağlama çıxarıb polis əməkdaşlarına təqdim edib bükümün içərisində “nəşə” olmasını bildirir, daha sonra sağ yan cibindən 01 ədəd “Samsunq” markalı mobil telefon cihazını çıxarıb polis əməkdaşlarına təqdim edir, baş əməliyyat müvəkkili şahid3 saxlanılan şəxsin təqdim etdiyi bükümü açaraq içərisindəki bitki mənşəli maddəni videokameraya və iştirakçılara nümayiş edir, saxlanılan şəxsə həmin kütlənin nə olmasına, onu nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir, Təqsirləndirilən şəxs verilən suallarına cavab verərək bildirmişdir ki, həmin ot kütləsinin “nəşə” kimi tanıdığı narkotik maddə olan marixuana olduğunu, bu maddəni 3-4 gün əvvəl İran vətəndaşının atdığı məkandan götürdüyünü və üzərində gəzdirdiyini, həmin maddələri satmaq üçün əldə etdiyini, həmin narkotik maddəni məkanlara atıb satmaq üçün ona pul verdiyini və sonradan da əlavə pul verəcəyini bildirir. Bundan sonra, baş əməliyyat müvəkkili şahid3 təqdim olunan bükümün və 01 ədəd “Samsunq” markalı mobil telefon cihazının maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək, maddənin və mobil telefonun götürüləcəyini və qablaşdırılacağını elan etməklə, əvvəlcə maddəni qoymaq üçün ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini DİN-in zərflər üçün olan möhürü ilə möhürləyərək iştirakçıların imzaları ilə təsdiq etmişdir. Həmçinin, saxlanılan şəxsin təqdim etdiyi 01 ədəd “Samsung” markalı olması qeyd edilən mobil telefon cihazı da götürülür, ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edir, mobil telefonu da ağ rəngli zərfə qoyub bağlamaqla möhürləyib imzalarla təsdiq edilir. Eyni zamanda, Təqsirləndirilən şəxs üzəri və geyimləri yoxlanılır, onun üzərindən başqa heç bir əşya aşkar edilmir. Bundan sonra polis əməkdaşları saxlanılan Təqsirləndirilən şəxs üzərində və ya evində narkotik vasitə və psixotrop maddə olubolmaması barədə suallar verirlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlərdən başqa üzərində əşya olmadığını, həmin aşkar edilən maddənin bir hissəsinin isə yaşadığı evində olmasını, həmin maddələri könüllü təqdim edə biləcəyini, evində baxış keçirilməsinə etirazının olmadığını qeyd edir, eləcə də heç bir şikayətin, etirazın daxil olmadığı və çəkilişin Təqsirləndirilən şəxs evində davam etdiriləcəyi bildirilərək, videoçəkilişin dayandırılması elan edilir. Həmin DVD diskdə olan ikinci görüntü “IMG_2749” adlı “xxxx” tipli 679 MB (679716kbayt) həcmli 15 dəqiqə 49 saniyyə müddətli videogörüntüdə xidməti otada üç nəfər mülki geyimli şəxslərin bir evin qarşısında olması görünür, çəkiliş başlayan zaman görüntüdə dayanan şəxslərin sağ tərəfində dayanmış şəxsin Sabunçu RPİ-nin 14cü PŞ-nin baş əməliyyat müvəkkili, R şahid3 olması, görüntüdə dayanan şəxslərin sol tərəfində dayanmış şəxsin Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, R şahid2 olması, görüntüdə olanlardan orta hissədə dayanmış saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilir. Baş əməliyyat müvəkkili şahid3 çəkilişdə bildirir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin bir hissəsinin yaşadığı evdə olmasını, həmin ünvanın ünvan 1 ərazisində nömrəsiz fərdi yaşayış evi olmasını bildirir, Təqsirləndirilən şəxs həmin əşyaları təqdim edəcəyini və etirazının olmadığını bildirir. Daha sonra, həmin şəxslər dəmir darvazadan həyətə daxil olur. Həyətdə bir mərtəbəli iki daş kürsülü ev olması, evin giriş hissəsində ayaqqabılar üçün yer olması görünür, həmin şəxslər plastikdən olması görünən qapıdan içəri dəhliz hissəyə daxil olur, baş əməliyyat müvəkkili şahid3 saxlanılan şəxs Təqsirləndirilən şəxs evində olan maddələri təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs videogörüntünün 01 dəqiqə 05 saniyəsində evin dəhlizində olan paltar asılqanı dolabının alt gözündə bir ədəd qara rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim edib narkotik vasitələrin həmin sellofanın içərisində olmasını bildirir, baş əməliyyat müvəkkili şahid3 təqdim edilən qara rəngli böyük sellofan torbanı açıb içərisində bir tərəfi yaşıl, bir tərəfi qırmızı rəngli olan balaca sellofan torbanı çıxarır, içərisinə baxdıqda həmin kiçik sellofan torbanın içərisində bir ədəd elektron tərəzi aşkar edilir, polis əməkdaşları Təqsirləndirilən şəxs həmin əşyaların nə üçün lazım olduğunu soruşur, Təqsirləndirilən şəxs tərəzinin satılan maddələrin çəkisinin müəyyən edilməsi üçün lazım olduğunu bildirir. Daha sonra, baş əməliyyat müvəkkili şahid3 təqdim edilən qara rəngli böyük sellofan torbanı açıb içərisindən bir ədəd böyük elektron tərəzi çıxarır, daha sonra həmin sellofan torbadan bir ədəd şəffaf rəngli kiçik sellofan torba çıxarır, həmin şəffaf sellofan torbanın içərisindən yumru sellofan büküm çıxarılır, Təqsirləndirilən şəxs həmin yumru bükümdəki maddənin “şüşə”, “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını bildirir, həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə olması görünür, daha sonra baş əməliyyat müvəkkili şahid3 şəffaf sellofan torbanın içərisində olan digər bükümü açır, həmin bükümdə bitki mənşəli kütlə marixuana olması görünür, həmin şəffaf sellofan torbanın içərisindən ağ rəngli xırda formalı 01 ədəd büküm olması da aşkar edilir. Daha sonra qara rəngli sellofan torbanın içərisindən ağ rəngli xırda formalı 06 ədəd büküm aşkar edilir. Beləliklə, həmin qara rəngli torbanın içərisindən bir ədəd büküm psixotrop maddəyə oxşar kütlə və bir ədəd böyük büküm və yeddi ədəd balaca bükümdə narkotik vasitə qurudulmuş marixuana bükümləri, iki ədəd elektron tərəzi aşkar edilmiş olur. Görüntüdə görünür ki, baş əməliyyat müvəkkili şahid3 əvvəlcə bir ədəd büküm psixotrop maddəyə oxşar kütləni qablaşdırmaq üçün 01 ədəd ağ rəngli zərf götürür, zərfin içərisinin boş olmasını videokameraya və iştirakçılara göstərir, psixotrop maddəyə oxşar kütlə olan bir ədəd bükümü həmin zərfin içərisinə qoyub bağlanır, möhürlənib üzəri imzalarla təsdiq edilir. Daha sonra, narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd böyük və yeddi ədəd balaca bükümlər həmin qara rəngli sellofan torbaya qoyularaq, yapışqanlı lentlə bağlanır, ağ rəngli kağızda imzalar edilərək həmin bükümün üzərinə yapışdırılır və möhürlənir. Daha sonra, aşkar edilmiş bir ədəd böyük elektron tərəzi ağ rəngli A4 kağızla bükülür, ətrafı yapışqanlı lentlə bağlanır və üzəri möhürlənib imzalarla təsdiq edilir. Daha sonra, bir ədəd balaca elektron tərəzi də bir ədəd balaca ağ rəngli zərfə qoyulub bağlanır, möhürlənir və imzalarla üzəri təsdiq edilir. Bununla da, baş əməliyyat müvəkkili şahid3, həmin bağlanmaqla möhürlənib imzalarla təsdiq edilmiş bağlamaları götürüb əməliyyat müvəkkili şahid2 təhvil verir. Bundan sonra, baş əməliyyat müvəkkili şahid3 saxlanılmış şəxs Təqsirləndirilən şəxs evində qanunla saxlanması qadağa edilən başqa əşya olub-olmaması, varsa təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs da evində başqa əşya olmadığını bildirir. Baş əməliyyat müvəkkili şahid3 əvvəlcə dolabın gözlərinə baxır, eyni zamanda qara rəngli sellofan torbadan çıxmış bir tərəfi yaşıl, bir tərəfi qırmızı rəngli olan balaca sellofan torbanı açıb içərisində qanunla qadağan edilmiş başqa əşya olmadığını təqdim edir, daha sonra dəhlizdə olan digər əşyalar axtarılır, eləcə də evin 3 otaqdan, bir mətbəxdən və bir sanitar qovşağından ibarət otaqlara, otaqlardakı dolab və saxlanc yerlərinə bir-bir baxış keçirilir. Baxış zamanı qanunla saxlanması qadağa edilən başqa hər hansı bir əşya aşkar edilmədiyi görünür. Bundan sonra baş əməliyyat müvəkkili şahid3 bir daha Təqsirləndirilən şəxs həmin evdə qanunsuz əşya olub-olmadığını soruşur, sonuncu da aşkar edilənlərdən başqa, evdə belə bir əşya olmadığını bildirir, bununla da heç bir şikayətin daxil olmadığı bildirilərək videoçəkilişin dayandırılması elan edilir. İkinci DVD diskdə olan ikinci görüntü - “IMG_2753” adlı “xxxx” tipli 466 MB (466007kbayt) həcmli 12 dəqiqə 13 saniyə müddətli videogörüntüdə xidməti otada iki nəfər xidməti polis geyimində və iki nəfər mülki geyimli şəxslərin olması görünür, masa arxasında olan bir nəfər R rütbəli şəxsin əyləşməsi əks olunur, sonuncu çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı olmasını bildirərək, otaqda olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşı özünü təqdim edərək Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkilləri Elçin Əliyev olmasını deyir, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir, daha sonra stolda əyləşmiş şəxs özünü təqdim edib ** saylı Vəkil Bürosunun vəkili Abdullayev Yusif İsmayıl oğlu olmasını bildirir. Bundan sonra təhqiqatçı polis əməkdaşına əməliyyat tədbiri barədə məlumat verməsini bildirir, əməliyyat müvəkkilləri Elçin Əliyev da, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, ## ###### 2025-ci il tarixdə saat 22 radələrində Maştağa qəsəbəsi, Tavaylıq ərazisində sonuncunun saxlanılması, üzərində baxış keçirilməsini, sonuncunun üzərindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddənin, mobil telefonun aşkar edilməsini, daha sonra onun razılığı ilə evində axtarış aparılmasını və evindən də narkotik vasitə qurudulmuş marixuanaya oxşar və psixotrop maddə metamfetaminə oxşar maddələrin, eləcə də iki ədəd elektron tərəzinin aşkar edilməsi bildirir, daha sonra əməliyyat müvəkkilləri Elçin Əliyev üzəri möhürlənmiş və imzalanmış zərflərdəki maddi sübutları təqdim edib otaqdakı masanın üzərinə qoyur. Baş təhqiqatçı həmin zərfləri götürüb, Təqsirləndirilən şəxs dəvət edir, həmin şəxsdən zərflərdəki maddələrin, elektron tərəzilərin və mobil telefonun ona aid olub-olmamasını soruşur, sonuncu da zərflərdəki maddələrin narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olmasını, İran vətəndaşının sifarişi ilə atılmış ünvandan götürdüyünü, İran vətəndaşının müəyyən edəcəyi şəxslərə çatdıracağını, tərəziləri də həmin maddələri ölçmək üçün istifadə etdiyini bildirir, daha sonra təhqiqatçı zərfləri açır, kameraya və iştirakçılara göstərir, daha sonra həmin zərfləri yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edilir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. Videogörüntüyə keçirilən baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edərək, həmin videogörüntüdə əks olunanların həqiqət olduğunu, bununla bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 19, 43, 69 71). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №***” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 78,009 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 78,009 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 77,909 qram (cild 1, iş vərəqi 51-54). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs .... ” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada 1 ədəd sellofan torbada təmiz çəkisi-465,0 qram və üzərləri ağ rəngli skoçla bağlanmış 7 ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 14,60qram; 13,96qram; 14,23qram; 9,73qram; 9,20qram; 9,29qram; 9,56qram ümumi çəkisi- 545,57qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 545,57qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs ... ” yazılar və imzalar olan * №-li kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi- 98,78qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqta təqdim olunmuş 1 ədəd qara rəngli polietilen bağlamada olan marixuanalar öz aralarında həm də * №-li kağız paketdə olan marixuana ilə tərkiblərinə görə eynidirlər. Həmin marixuanaların ümumi çəkisi-644,35 qramdır. Tədqiqata təqdim olunmuş 2№-li kağız paketdə və 1 ədəd kağız bükülüdə olan 2 ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Qeyd: tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı., 2005- ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. marixuanaların ümumi çəkisi: 644,35 qram (1-* №-li ob), cəmi tədqiqata sərf edildi: 0,45 qram (hər obyektdən 0,05 qram), qalıq 643,90 qram (cild 1, iş vərəqi 56-59). İşdə olan “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi” haqqında ## ###### 2025- ci il tarixli protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə Sabunçu RPİ-nin 13cü polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon cihazının yaddaşında olan bütün video və foto fayıllara, “WhatsApp” sosial mesajlaşma proqramı və SMS yazışmalarına iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı telefon cihazında telefonun üzərində 077-350-78-04, ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Telefonun yaddaşında olan “WhatsApp” sosial mesajlaşma proqramında zənglər və mesajlar siyahısında ilk sırada “Mehdi Qaqas” adı ilə qeyd edilmiş +************ saylı nömrədən telefonun üzərindəki nömrəyə ## ###### 2025-ci il tarixdə 3 dəfə cavabsız zəng edildiyi görünür, həmin nömrə ilə mesajlar olması görünmür. Telefonun nömrə ilə zənglər siyahısında, telefonun yaddaşında olan video və foto fayılarda, SMS yazışmalarında iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir (cild 1, iş vərəqi 111). İşdə olan “xxxx” MMC-dən mobil operatorundan daxil olmuş məlumatların köçürüldüyü 01 ədəd CD diskə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairəsi barədə məlumatlar əks olunmuş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd edilən CD-də 06 ədəd fayl vardır: “mushteri zənglərinin detallashmasi_MSISDN_702984112”, “mushteri zənglərinin detallashmasi_MSISDN_773507804”, “SMS detallashmasi_MSISDN_702984112”, “SMS detallashmasi_MSISDN_773507804”, “Zənglərin məxsusluq tarixcheleri_MSISDN_702984112”, “Zenglərin məxsusluq tarixcheleri_MSISDN_773507804” adlı fayıllar. Fayıllarda 070-298-41-12 və ***-***-**-** saylı mobil yelefon nömrələrinin Təqsirləndirilən şəxs saxlanıldığı vaxt, yəni ## ###### 2025-ci il tarixdə saat 21 və 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində istifadə edilməsi müəyyən edilmişdir. Eyni zamanda diskdəki məlumatlarda 070-298-41-12 və ***-***-**-** saylı mobil telefon nömrələri ilə +************ saylı nömrə arasında telefon zəng əlaqəsi (gələn və ya gedən zəng) müəyyən edilməmişdir (cild 1, iş vərəqi 141-143). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompüter texniki ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş obyektin sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli “354698113174752, 354699113174750” IMEI kodlu mobil smartfonun yaddaşından toplanmış ## ###### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinədək mövcud olan və pozulmuş məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayıllar WhatsApp proqram təminatı və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-1120” adlı qovluqda 01 (bir) ədəd “DVDR” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu (cild 1, iş vərəqi 150- 155) İşdə olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X21 ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ## ##### 2015-ci il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanserin psixiatriya şöbəsində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 X10 Narkoloji Tibbi yoxlamasının ## ######## 2023-cü il tarixli **** saylı rəyi əsasında ## ####### 2023-cü il tarixdən narkomaniyaya görə dispanserdə qeydiyyatdadır (cild 1, iş vərəqi 125). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ## ###### 2025ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ## ####### 2023-cü il tarixdən “X13 Dispanseri”ndə narkoloji qeydiyyatdadır. Diaqnoz: “Eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixotik maddələrdən asılılıq sindromu” (cild 1, iş vərəqi 134). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ## ###### 20258ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə ## ######## 2015-## ######## 2015 ci il tarixdə xəstəxanada stasionar müayinədə olub. Diaqnoz: “yüngül dərəcədə ifadə olunmuş nevrasteniya özünü kəsmələrlə” (cild 1, iş vərəqi 140). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 “ambulator məcburi-narkoloji tibbi yoxlamanın” ## ###### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdən RNM-da (F19x2) diaqnozu dispanser qeydiyyatdadır (cild 1, iş vərəqi 156-157). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 ## ###### 2025ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2025-ci ilin oktyabr, noyabr ayları ərzində hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda Anamnezində keçirilmiş “Yüngül dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” qeyd edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq törətdiyi əməl dövründə öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, söz götürməmək, öz maraqlarını üstün tutmaq, əsəbilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və özündən uydurma meyillilik aşkar edilmədi (cild 1, iş vərəqi 158-161). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2026-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqi 162-163). İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2017-ci il təvəllüdlü X2 adlı uşağı var. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X16 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı veridyi ifadələrdə əməlini səmimi etiraf etmiş, özünü tam təqsirli bildiyini və əməlindən peşman olmasını bildirmişdir. Lakin ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitələri müəyyən ünvanlara çatdırmasını” göstərməklə kifayətlənmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə qənaətə gələrkən yalnız təqsirləndirilən şəxsin qeyri-müəyyən və hər hansı digər mötəbər sübutla təsdiq olunmayan sözlərinə əsaslanmış, cinayət əməlində “əlbirlik” əlamətinin konkret olaraq öz təsbitini hansı epizodlarda tapması, eləcə də “əlbir olduğu” naməlum şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, o cümlədən qeyri-müəyyən şəxslərlə aralarında real şəkildə birgə cinayət törədilməsinə dəlalət edən hər hansı danışıqların aparılmasına (hər hansı tapşırığın verilməsi, vəzifə bölgüsünün təşkili və sair) dair sübut təqdim edə bilməmiş, əksinə təqsirləndirilən şəxsin yalnız özünün təkbaşına şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hallara istinad etmişdir. Həmçinin ittiham tərəfinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maqddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edə bilməməsi nəzərə alınmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitələri müəyyən ünvanlara çatdırması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olması və təqsirini etiraf etməsini, himayəsində 1 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-*)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar