Məhkəmə qərarları › İş №1(3-6)-918/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-918/2026

01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-918/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseyinova-X2, Məhkum edilmiş təqsirləndirilən şəxs1 iştirakları ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş təqsirləndirilən şəxs1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən itmina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı ərizənin nəzərə alınaraq qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.4cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Həmçinin həmin Məcəllənin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l ı r: təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul olunsun və müdafiəçinin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin Ibrahimov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar