Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-919/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, ## #### 2004-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 1nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağr Cinayətlər Məhkəməsinin (hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, X1 və X4 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 4,884 qram olan psixotrop maddə metamfetamin əldə edərək saxlamaqla daşımış, ## ###### 2025-ci il tarixdə, saat 13:55-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi ** saylı binanın blokunda şübhəli şəxs kimi saxlanılaraq videoçəkiliş aparılmaqla orada üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 4,884 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağr Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, ittiham hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, hazırki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmış sübutları və eyni zamanda iş metariallarında olan digər sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, həmin sübutları bir-biri ilə qarşılıqlı şəkildə təhlil edib, həmçinin onları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verib belə nətiəcəyə gəlirik ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsiri yoxdur. Hörmətli məhkəmə, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X11, İnsan Hüquqları üzrə Avropa Məhkəmələrinin qərarlarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuşdur. cinayət işi üzrə ifadə vermiş şahidlər Məmmədov İndar Cümşüd oğlunun, şahid3 və şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrlə, hazırki məhkəmə iclası zamanı verdikləri ifadələr arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Belə ki, hər üç şahid cinayət işinin materiallarında olan ifadələrində qeyd edirlər ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanın bolkunda saxlamışlar. Lakin, məhkəmə iclasında verdikləri ifadələrində bildirirlər ki, Cehunu həmin küçədə hərəkətdə olarkən saxlamışlar. Bu halın özü bir daha onu təsdiq edir ki, məhkəmə iclasında ifadə vermiş şahidlər Məmmədov İndar Cümşüd oğlu, şahid3 və şahid2 yalan danışırlar. Hörmətli məhkəmə kollegiyası, şahidlər Məmmədov İndar Cümşüd oğlunun, şahid3 və şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrin məzmununa fikir verdikdə görə bilərik ki, həmin ifadələr hərifbə hərif, sözbə söz, cümlə və cümlə birinin təkrarıdır. Yəni, həmin ifadələrdə bir söz belə fərqli deyil. Yanlış yazılmış söz, hərif belə bütün ifadələrin eyni yerində mövcuddur. Bu halın özü bizə onu deməyə əsas verir ki, həmin ifadələr onların özünə məxsus deyil, müstəntiq tərəfindən əvvəlcədən hazırlanmış, sonradan isə Copy past edilməklə bir-bir imza edilmişdir. Məhkəmə iclasında ifadə vermiş əlavə şahid şahid şahid1 ifadəsində göstərdi ki, dəqiq tarixini xatırlamadığı vaxtda hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində iki nəfər polis əməkdaşı avtomobilə otuzdurarkən görmüşdür. Mübahisəli məhkəmə hökmü ilə onun ifadəsi Ceyhunun saxlanma şəraitini göstərən sübut kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi isə həqiqəti əks ertdirir. Belə ki, cinayət işinin materiallarında olan telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «xxxx» MMC-yə məxsus 055-100-94-48 mobil nömrəsinin anten məlumatları əks olunmuş diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl ## ###### 2025-ci il tarixdə, saat 19:31:01 dəqiqədə anten dairəsi Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 81a ünvanında əks olunmuşdur. Həmçinin, 2025-ci il tarixdə saat 14:14:20-dən sonra yəni, 25 noyabr sonra onun istifadəsinə olan «xxxx» MMC-yə məxsus 055-100-94-48 mobil nömrəsinə «xxxx» mobil operatorundan SMS-lər gəldiyi və anten dairəsinin Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 81a ünvanında, daha sonra isə 2 dəfə daxil olan zəng olmaqla, həmin nömrənin Bakı şəhəri, Nizami rayonu Bəkir Çobanzadə küçəsi 238 üvanında anten dairəsinin əks olunduğu müəyyən olunmşudur. Belə olan halda bir daha sübut olunur ki, hüquqlarını müdafiə etdiyim şəxs həqiqətəndə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektində yaşadığı mənzildə olmuşdur. Tutularkən və tutulmamışdan əvvəl o, Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsi ** saylı ünanda olmamışdır. Həmin anten dairəsi ilə bir daha müəyyən olunur ki, Təqsirləndirilən şəxs nə tutulmamışdan bir gün əvvəl nədəki tutulan gün Bakı şəhəri Xətai rayon ərazisində olmamışdır. Hörmətli məhkəmə kollegiyası danılmaz bir faktdır ki, yaşadığımız zamanda əgər hər hansı bir şəxsin telefonu vardırsa o, heç bir vaxt uzun müddətli telefonsuz qala bilməz. Təqsirləndirilən şəxsda yaşına baxdıqda deyə bilərəm ki, o heç vaxt özünə məxsus telefonu evdə qoyaraq uzun müddətli hara gedə bilməz. O, yalnız nəsə almaq məqsədi ilə yaxınlıqdakı mağazaya tez bir zamanda gedib-qayıtmaq məqsədi ilə özünə məxsus telefonu yaşadığı mənzildə qoyub çıxa bilərdi. Məhz tutulan günüdə o, özünə məxsus mobil telefonu yaşadığı mənzildə toka taxılı vəziyyətdə qoyaraq siqaret almaq məqsədi ilə yaxınlıqdakı mağazaya getmiş, siqaret almış və geri qayıdarkən əməliyyatçılar tərəfindən fiziki güc tətbiq olunmaqla saxlanılmışdır. Onun saxlanıldığı yer isə Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev küçəsi olmuşdur. Hörmətli məhkəmə, təqsirləndirilən şəxsin müdafiəçisi olaraq onun yaşadığı, tutulduğu və tutulduqdan sonra üzərinə baxış keçirilən ərazini müşahidə edən (yaddaşını köçürən) video kameraların olub-olmaması ilə bağlı həmin ərazilərdə olmuşam və 5 ədəd video müşahidə kameraları aşkar etmişəm. Həmin video kameraların şəkilini və videosunu çəkərək diskə köçürdüm. Həmin diski vəsatətlə birlikdə ibtidai istintaqı aparan müstəntiqə təqdim etdim. Həmin diskəki görüntülərdən bir daha aydın olur ki, həqiqətəndə təqsirləndirilən şəxsin yaşadığı binanın giriş-çıxışını, həyətini, həmçinin onun tutulduğu, tutulduqdan sonra avtomobilə bindirildiyi, üzərinə baxış keçirilən binanın giriş-çıxışını və həyətini müşahidə edən kameralar mövcuddur. Bu zaman sual olunur:şikayət üzrə araşdırma aparmış müstəntiq nəyə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı binanın giriş-çıxışını, həyətini, onun tutulduğu, tutulduqdan sonra avtomobilə bindirildiyi, həmçinin üzərinə baxış keçirilən binanın giriş-çıxışını və həyətini müşahidə edən 5 ədəd kameraların (əgər başqa kameralar varsa onlarında) ##.##.2025-ci il tarixdə qeydə alınmış yaddaşlarına tez bir zamanda baxış keçirərək əldə edilmiş görüntüləri sübut kimi araşdırma materialına əlavə etməmişdir? Həmin halın araşdırılmaması bizə onu deməyə əsas verir ki, ibtidai istintaqı aparan müstəntiqin özü də əmin olmuşdur ki, təqsirləndirilən şəxs həqiqətəndə ittihamda qeyd edilən cinayət törətməmiş və onu tutan əməliyyatçılar tərəfindən üzərinə proxotrop maddə olan metamfetamin qoyulmuşdur. Əgər müstəntiq tərəfindən vəsatətdə qeyd edilən halllar tez bir zamanda araşdırılsa idi, əməliyyatatçıların qanunsuz hərəkətləri ifşa olunacaqdır. İbtidai istintaqı aparan müstəntiq vəsatətdə qeyd edilən 5 ədəd müşahidə kameralarına baxışı şəxs özü keçirməli olduğu halda bunu etməmiş və 24-cü Polis Bölməsinin ## ###### 2026-cı il tarixli məktubu ilə kifayətlənmişdir. Bu isə kobud prosessual pozuntudur. Belə ki, ibtidai istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsin yaşadığı və saxlanıldığı ərazini müşahidə edən 5 ədəd video müşahidə kameralarında olan görüntülərin əldə edilməsi məqsədi ilə həmin kameralara şəxsən özü baxış keçirmək əvəzinə ## ###### 2026-cı il tarixli əməliyyat tapşırığı vermişdir. Bu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, İKT sistemlərinin, onların hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, cinayət işinin materiallarında olan ##.##.2025-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, təqsirləndirilən şəxs tərəfindən yazılması iddia olunan ##.##.2025-ci il tarixli ərizə, təqsirləndirilən şəxsin ##.##.2025-ci il tarixli izahatı, */**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi, ##.##.2025-ci il tarixli akt, ## ###### 2025-ci il tarixli şübhəli şəxsə etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokol, ##.##.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokol, ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar, ##.##.2025ci il tarixli təqsirləndirilən şəxsə etiraz etmə hüququnun izah edilməsi haqqında protokol, ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol, ##.##.2025-ci il tarixli DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında protokol, ##.##.2025-ci il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında protokol, ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin ekspertiza təyin olunması barədə qərarla tanış olması haqqında protokollar, həmçinin ##.##.2025-ci il tarixli şahid İndar Məmmədovun və şahid3 dindirmə protokollar, ##.##.2025ci il tarixli şahid şahid2 dindirmə protokolu, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin ##.##.2026-cı il tarixli, **-*/*-**/** nömrəli məktubu və **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi, ##.##.2026-cı il tarixli *** nömrəli ekspert rəyi etibarsız sayılmalı və sübutlar siyahından çıxarılmalıdır. Belə ki, məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətlərində göstərilən əsaslarla hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağr Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Bakı Ağr Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü dəyişdirilməli, məhkum edilmiş şəxsə törətdiyi əmələ görə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə ilk olaraq qeyd edir ki, müdafiə tərəfi qəbul edilmiş hökmü mübahisələndirərək apellyasiya şikayətlərində məhkum edilmiş şəxs barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları mötəbər sübut kimi qəbul edir, həmin sübutları hazırki qərarda tam olaraq sadalamağa zərurət görmür və hesab edir ki, həmin sübutlardan yalnız apellyasiya şikayətlərinin dəlillərini təkzib edəcək hissələrini qeyd etməklə, apellyasiya şikayətlərinin dəlillərinin əsassız hesab olunması üçün tədqiq edilməlidir. Birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdə olarkən məhəllədə yerləşən mağazaya siqaret almaq məqsədilə çıxmış, mağazadan çıxan kimi iki nəfər şəxs ona yaxınlaşaraq onu saxlamışlar. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu zorla avtomobilə mindirməyə cəhd etmişlər. O, avtomobilə mindirilərək fiziki və psixoloji təzyiqə məruz qalmış və döyülmüşdür. Ona “sən bizimlə getməlisən, əks halda atanı və qardaşını da bu işə cəlb edəcəyik” deyilmiş, daha sonra həmin şəxslərdən biri digərinə “get, bükümləri gətir” deyə göstəriş vermişdir. Digər şəxs bükümləri gətirərək ona vermiş və məcburi şəkildə cibinə qoymuşdur. O, üzərindən əvvəlcə heç bir qadağan olunmuş əşyanın aşkar olunmadığını, sonra yaşadığı binaya aparılaraq orada videoçəkiliş aparıldığını bildirmişdir. O, etiraz edərək yaşadığı binada çəkiliş aparılmasının düzgün olmadığını bildirmiş, bundan sonra onu yaxınlıqda yerləşən başqa binanın blokuna apararaq orada videoçəkiliş etmişlər. Videoçəkilişdən əvvəl onun guya həmin maddələri tanımadığı şəxsdən aldığını deməsi barədə ona təlimat verilmiş, o, bu ifadələri onların təzyiqi altında verməyə məcbur edilmişdir. O, mağazadan çıxan kimi saxlanıldığı üçün üzərində telefon və digər şəxsi əşyalar da olmamışdır. Daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq orada da fiziki və psixoloji təzyiqlərə məruz qalmış və baş verənlərlə bağlı heç kimə heç nə deməməsi barədə tapşırıq verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarını tanımır və əvəllər məhkum olmamışdır. Döyülməyi ilə bağlı şikayət etmiş, bədənində xəsarətlər olmuşdur. O, analiz vermiş, analizin cavabları təmiz çıxmış, tutulmamışdan 8 ay əvvəl marixuana istifadə etmişdir. Marixuananı tanımadığı şəxsdən almış, amma hadisə vaxtı aşkar olunmuş narkotik vasitə ona məxsus deyil. Şahid İndar Məmmədov tərəfindən marketdən çıxan zaman saxlanılmış, həmin şahid tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalmış, döyülmüş, valideynləri ilə hədələnmişdir. Videoçəkilişdən əvvəl şahid İndar Məmmədov ona istiqamətləndirici sözlər deyərək, çəkiliş zamanı həmin sözləri deməsini tapşırmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid Məmmədov İndar Cümşüd oğlu ifadəsində göstərmişdir ki, o, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2025-ci il tarixdə, günorta saatlarında ona daxil olmuş əməliyyat məlumatı əsasında şəxs Nizami rayonu, ünvan 4 ünvanının yaxınlığında saxlanılmışdır. Onlar şübhəli şəxsi qabaqcadan müşahidə edərək yaşadığı evi müəyyən etmişlər. O və digər iki nəfər Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs tək olmuş və üzərinə baxış keçirilməsi təklif edilmişdir. Ən yaxın olan binanın blokunda video çəkiliş etmiş, baxış zamanı həmin şəxsin əynində olan gödəkçədən bir ədəd bükümdə metamfetaminə bənzər maddə, xırda pul və siqaret aşkar edilmişdir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 6 qram olduğu müəyyən edilmiş, ekspertizaya təqdim olunması məqsədilə qablaşdırılaraq götürülmüşdür. İlkin ifadəsi zamanı bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün Xətai rayonu ərazisində tanımadığı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxsin “marketdən çıxan zaman tutulması, tutulan zaman onun tərəfindən döyülməsi, valideynləri ilə hədələnməsi, eləcə də, video çəkilişdən əvvəl ona istiqamətləndirici sözlər deyərək videoda bu sözləri deməsini tapşırması” barədə ifadəsi cəfəngiyyatdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid şahid3 ifadəsində göstərmişdir ki, BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İndar Məmmədova daxil olmuş əməliyyat məlumatı əsasında şəxs Nizami rayonu ərazisində binanın blokunun qarşısında o və digər iki polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində, satış məqsədi ilə əldə edib üzərində saxlamaqda şübhəli olduğu bildirilmişdir. Şəxs saxlanılan zaman tək olmuşdur. Daha sonra həmin şəxsin üzərinə baxış keçirilmiş və ona üzərində qanunsuz maddə olduğu təqdirdə könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs tərəfindən 1 ədəd büküm təqdim edilmiş, təqdim olunan maddənin metamfetamin olduğunu bildirmişdir. İlkin izahatı zamanı qeyd etmişdir ki, sözügedən narkotik vasitəni Xətai rayonu ərazisində naməlum şəxsdən şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Aşkar olunmuş maddə müvafiq qaydada qablaşdırılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsə heç bir psixi və ya fiziki təsir və təzyiq olunmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid şahid2 ifadəsində göstərmişdir ki, BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İndar Məmmədova daxil olmuş əməliyyat məlumatı əsasında ## ###### 2025-ci il tarixdə günorta radələrində Nizami rayonu, Naxçıvanski küçəsində Təqsirləndirilən şəxs üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Hadisədən 1 saat əvvəl onlar həmin əraziyə gəlmişlər. Şəxs saxlanılan zaman tək olmuş, binanın blokunda üzərinə videoçəkilişlə baxış keçirilən zaman üzərindən 1 büküm metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin maddəni tanımadığı şəxsdən Xətai rayonu ərazisində şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik maddənin özünəməxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid şahid1 ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamadığı vaxtda hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində iki nəfər polis əməkdaşı avtomobilə otuzdurarkən görmüşdür. Cinayət işinin 1-ci cildinin 38-42-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində möhür və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,884 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 4.784 qram olmuşdur. Cinayət işinin 1-ci cildinin 162-163-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X2 ## ###### 2026-cı il tarixli, *** nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 164-166-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ## ###### 2026-cı il tarixli, *** nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu qeyd olunmuşdur. Bunu görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı ruhi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 181-120-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X2 ##.## 2025-ci il tarixli, **** nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı ##.##.2025-ci il tarixdə saxlanılarkən yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işinin 1-ci cildinin 14-16-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş ## ###### 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və həmin cildin 65-66-cı vərəqində olan ## ###### 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında çəkilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təqhiqat qrupunun təqhiqatçısı tərəfindən videoçəkiliş başlarkən tarix və saatı qeyd edərək özünü təqdim etdikdən sonra iştirakçılara özlərini təqdim etmələrini təklif etmişdir. İştirakçılar əməliyyat müvəkkili İndar Məmmədov və saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edirlər. Təhqiqatçı videoçəkilişi əməliyyat müvəkkili şahid3 tərəfindən aparıldığını qeyd edir. Daha sonra saxlanılan şəxsin üzərindən aşkar olunmuş ağ rəngli zərfdə qablaşdırılmış və təhqiqata təqdim olunacaq zərfi əməliyyat müvəkkilindən təqdim etməsini bildirir. Əməliyyat müvəkkili saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünü yoxlama zamanı üzərindən aşkar olunaraq qablaşdırılmış içərisində 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddə olan ağ rəngli zərfi təhqiqatçıya təqdim edir. Təhqiqatçıya təqdim olunan zərf təhqiqatçı tərəfindən qayçı ilə açılaraq içərisindəki büküm çıxarılır, bükümün içərisinə baxış keçirilərək içərisindəki ağ rəngli maddə kameraya göstərildikdən sonra təkrar həmin 01 ədəd büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ağ rəngli zərfdə qablaşdırılmış 01 ədəd bükümün içərisindəki ağ rəngli maddənin nə olduğu, haradan, neçədə və nə üçün əldə etdiyi, satışı ilə məşğul olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs həmin üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin psxotrop maddə metamfetamin olduğunu, Xətai rayonu ərzisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və satış məqsədinin olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 169-170-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş xxxx MMC-nin təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş cədvəldən dan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus *** ***-**-** nömrəli mobil telefon ##.##.2025-ci il tarixdən, saat 19.00-dan ##.##.2025-ci il tarixədək, saat 18.49dək ünvan 3 ünvanında olan anten dairəsinin ərazisində olmuşdur. Cinayət işinin 1-ci cildinin 147-148-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 152-153-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Dövlət İqtisad Universitedi nəzdində X6 ##.##.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kollecdə oxuduğu müddətdə özünü intizamlı tələbə kimi tanıtmışdır. 2024/2025-ci tədris ilində dərslərdə iştirak etmədiyi üçün ##.##.2025-ci il tarixdə tələbələrin kontintemgti sıralarından xaric olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanunun; Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə, yəni Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar edilməməsini, fiziki və psixi təsir və təzyiqlərə məruz qalması barədə göstərdiyi dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla və protokola əlavə edilmiş DVD disk və digər sənədlərlə təkzib olunur. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda şərh edilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı ##.##.2025-ci il tarixdə saxlanılarkən yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə məxsus mobil telefonun anten dairəsi də onun yaşadığı ərazidə olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin ## ###### 2025-ci il tarixdə tutulmasını, qısa müddət sonra tibbi ekspertizadan keçirilməsini və ekspertiza rəyinə əsasən bədəni üzərində hər hansı bir xəsarətin aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya instansiya məhkəməsində göstərdiyi şikayətin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Məhkəmə kollegiyası apellyasiyi şikayətlərinin işgəncə faktı ilə bağlı dəlillərinə ayrıca münasibət bildirərək qeyd edir ki, cinayət işinin 1-ci cildinin 147-148-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin ittiham hökmü qəbul etməsinə dair gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini nəzərə almış, lakin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları tam olaraq nəzərə almamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2004cü il təvəllüdlü olmaqla, hazırda 22 yaşı tamam olmuşdur, gəncdir, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X6 ##.##.2025-ci il tarixli xasiyyətnaməsinə əsasən kollecdə oxuduğu müddətdə özünü intizamlı tələbə kimi tanıtmışdır, həmçinin əvvəllər məhkum olmamışdır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfimdən CM-nin 59.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddi ilə razılaşmayaraq qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza yuxarıda göstərilənlərə əsasən dəyişdirilməli, qeyd olunan hallar nəzərə almaqla ona maddənin sanksiyası həddində ən aşağı həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, iş üzrə yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən qəti cəzanın həddi ağır olmaqla törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətinə uyğun deyil, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini habelə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarının 11-ci bəndini nəzərə alaraq və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, apellyasiya baxışı zamanı nəzərə alınmış cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində bir qədər yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR:
1. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli hökmü dəyişdirilsin.
3. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətinə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.