Məhkəmə qərarları › İş №1(3-6)-920/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-920/2026

02.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-920/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş cəzanın əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunması barədə vəsatət ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, sözügedən məhkəmə hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Fərid Namazov oğlu) ## ### 2026-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış hökm onda dərin sarsıntılar və psixi pozuntular yaratmışdır. Səhhətində yaranmış problemlər ilə əlaqədar şikayət vermə müddətini ötürmüşdür. Qeyd etdiklərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdilər. Məhkəmə cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkumun şəxsi işini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 383.1.1-ci maddəsinə görə məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayəti vermək hüququna malikdirlər. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasının **** nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli hökmü ## ###### 2025-ci il tarixdə təqdim edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 04 (dörd) ay, 3 (üç) gün müddət keçdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, bununla belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsinə dair heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs hazırkı vəsatətinin təmin edilməsi üçün qanunda nəzərdə tutulan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Belə ki, iş materiallarından görünür ki, yekun qərar çıxarıldıqdan sonra, hökmün elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmə hüququ izah edilmişdir. Bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmışdır. Bundan əlavə, qeyd edilən cinayət işinə proses tərəflərinin, o cümlədən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasının **** nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ## ###### 2025-ci il tarixdə təqdim edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 04 (dörd) ay, 3 (üç) gün müddət keçdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, bununla belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsinə dair heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə prosesində apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatət ilə bağlı heç bir əsaslı, üzrlü səbəb müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair hazırkı vəsatət rədd edilməlidir. Kollegiya cinayət işinin materiallarını araşdırarkən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 04 (dörd) ay, 3 (üç) gün müddət keçdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, bununla belə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərdən ötürməsinə dair heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən zamanında xəbərdar olmuş, həmin hökmdən 04 (dörd) ay, 3 (üç) gün müddət keçdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verərək müddəti ötürmüşdür. Bu səbəbdən onun vəsatətində barəsində elan edilmiş hökmün onda dərin sarsıntılar və psixi pozuntular yaratması, səhhətində problemlərin yaranması, müddəti ötürməsini qeyd edilən səbəblərlə bağlaması barədə dəlilləri əsasssız hesab edilir. Kollegiya qeyd edir ki, məhkumun (təqsirləndirilən şəxsin) hökmdən qanunla müəyyən edilmiş müddətdə şikayət verməyə imkanı olmuş, lakin bu hüquqdan vaxtında istifadə etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində məhkəmənin haqlı mövqeyini təkzib edəcək dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən göstərilən dəlillər formal xarakterli olduğundan müddətin bərpası əsası kimi qəbul edilə bilməz. Hökmdən şikayət müddəti hökmdə açıq-aydın formada məhkuma izah edilmişdir. Şikayətdə göstərilən hal müddətin üzrlü səbəbdən buraxılması üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3, 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Elməddin Hüseynov Ibrahim Ibrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar