Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-921/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər X11 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X2 və X3 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə, ##.##.1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri maddələri ilə ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttihama aktına və hökmə əsasən İbadov Babək Abdulla oğlu xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, İbadov Babək Abdulla oğlu qardaşı oğlu İbadov Yasin Seymur oğlunun cinsi azlıq nümayəndəsi olması ilə əlaqədar sonuncunu öldürmək qərarına gələrək bu məqsədlə ## ###### 2025-ci il tarixdə saat 00:10-da ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən “Efkar” adlı kafenin qarşısında avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda Yasin İbadova yaxınlaşaraq ətrafda çoxlu sayda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib cəmiyyətə açıqca hörmətsizlik edərək Yasin İbadova zor tətbiq edib üzərindəki istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən əldə edib gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını çıxarıb silah qismində istifadə edərək xuliqanlıq niyyətilə qəsdən Yasin İbadovun bədən nahiyələrindən ümumilikdə 20 dəfə müstəsna dərəcədə rəhmsizliklə və qəddarlıqla zərbələr vurmaqla sonuncuya sol yuxu arteriyasının, sol vidaci venalarının, ürəyin, ağciyərlərin, dalağın və sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan boyun nahiyəsinin arxa səthinin 3 (üç) ədəd, döş qəfəsinin arxa səthinin, sol kürək nahiyəsinin 3 (üç) ədəd, döş qəfəsinin arxa səthinin, sağ kürək nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsinin arxa səthinin, sol kürəkaltı nahiyənin 3 (üç) ədəd, döş qəfəsinin arxa səthinin, sağ kürəkaltı nahiyənin 1 (bir) ədəd, bel nahiyəsinin sağ yarısının 3 (üç) ədəd və döş qəfəsinin sol yarısının ön səthinin 3 (üç) ədəd daxilə nüfuz edən və bel nahiyəsinin sağ yarısının 1 (bir) ədəd və döş qəfəsinin arxa səthinin, sağ kürək nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları (ümumilikdə 20 ədəd deşilmiş-kəsilmiş yaralardan 18 ədəd daxilə nüfuz edən və 2 ədəd daxilə nüfuz etməyən), çənəaltı nahiyənin, sol əlin IV-V barmaqlararası sahənin, sol bazunun aşağı 1/3- nin bayır səthinin, sol saidin orta 1/3-nin bayır səthinin və sol mil-bilək oynaği nahiyəsinin bayır səthinin kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək xususi amansızlıqla və xuliqanlıq niyyətilə qəsdən İbadov Yasin Seymur oğlunu öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək İbadov Babək Abdulla oğlunun əməlinin AR CM-nin 120.1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddədə müəyyən ediləndən də daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittihamın mövqeyinə görə Babək İbadov qardaşı oğli İbadov Yasin Seymur oğlunun cinsi azlıq nümayəndəsi olması ilə əlaqədar onu bu səbəbdən öldürmək qənaətin gəlməsini,## ###### 2025-ci il tarixdə saat 00:10 radələrində ictimai yer hesab edilən ( faktiki həmin ərəfədə yolda təmit tikinti işləri saparıldığına görə yoldan nəqliyyat vasitələrin keçmələrinə qoyulmuş məhdudiyyətlərə görə yol bağlı olmuşdur.Bu isə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmyş yol kimi təsvir edilmişdir) Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu keçəsi 149 ünvanında yerləşən “Efkar” adlı kafenin qarşısındakı avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda Yasin İbadova yaxınlaşaraq ətrafada çoxlu sayda digər şəxslərin olmasına əhəmiyyət vermədən (görəsən həmin adamlar kimlərdir axı həmin yerdə olan kamera görüntülərindən də orada heç kimin olması görünmədiyi halda və istintaq zamanıda bu təsdiqini tapmadığına baxmayaraq həmin ittiham elan olunmuşdur. Video görüntüdəndə açıq aydın görünür ki,yolda və ətrafda heç kim yoxdur ,yeganə kafenin yola çıxacağının arakəsməsində qalan bir nəfərin sərxoş vəziyyətdə siqaret yandırmaq istəməsi görünsədə həmin yerdən küçə və ətraf görünməyir,ancaq onun yanından keçən şəxs onu görə bilər.həmin şəxsin özüdə hadisəni görməmiş hadisə yerinə gəldikdə orada bir nəfərin oturub mən adam öldürmüşəm polisə zəng edin demişdir) xüliqanlıq niyyəti ilə əmisi oğluna çox saylı bıçaq zərbələri vurmaqla öldürmüşdür.İstintaq orqanı hadisənin ictimai yerdə baş vermə anının ictimai qaydanın pozulması və cəmiyyətə qarşı açıq hörmətsizlik kimi təsvir etməsinə heç bir əsaslar yoxdur.Buna baxmayaraq bu tövsif nəticəsində əməlin xüliqanlıq kimi tövsif olunmaqla şəxsə ağır ittihamın irəli sürülməsi əsassızdır. Xuliqanlıq motivsiz cinayətdir. Şəxsin bu hadisəni törətməsi hər hansı ictimai qaydanın pozulması,cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə etməsində ifadə olunmamışdır. Bu hadisə şəxsi ailə münasibətləri zəminində,zərərçəmmişin nümayiş etdirdiyi şəxsən özünə aid olmasında ifadə olunması kimi düşndüyü hərəkətlərin təqsirləndirilən şəxsin qardaşı oğlu olmaqla onların ailələrinə, nəslinə yaraşmayan,onları nüfuzdan salan,rayon və Respublikada ( ölkədə) onların hörmət və nüfuzlarına xələl gətirən, şərəf və ləyaqətini alçaldan ,milli adət və ənənələrimizə ,mintateletimizə zidd hərəkətlərinə görə baş verrmiş kəskin psixi dəyişiliklərin nəticəsində baş vermişdir. Hadisənin baş verdiyi yer ictimai yer olsada gecə dən xeyli keçmiş bir vaxtda saat 00:00 radələrində video görüntülərdən göründüyü kimi heç kimim olmadığı yerdə baş vermişdir. Video görüntülərdən də ancaq kömək edin qışqırıq səslərinin gəlməsi eşidilsədə bu səsə heç bir kənar reaksiya verilməmiş .hadisə yerinədə gələn olmamışdır. Hadisə yerində heç bir kənar şəxslərin olması,nəqliyyat vasitələrinin hərəkətdə olmaları hallarıda mövcud olmamışdır. Hətta məhkəmə istintaqında ifadə verən polis əməkdaş orada nəqliyyat vasitələri hərəkəti üçün nəzərdə tutulan yolun bağlı olmasına görə nəqliyyat vasitəsini kjənarda saxlamaqla oraya piyada gəldiklərini söyləmişdir. Hadisə baş verib qurtardıqdan sonra həmin siqaret şəkən şəxslə istintaq orqanı və məhkəmə tərəfindən müəyyənləşdirilməyən kafedə olan bir qadının oraya gəldikləri və təqsirləndirilən şəxsin isə qardaşı oğlunu bıçaqla vurduğunu,polisə məlumat verilməsini xahiş etmişdir. Hadisəni törətmiş Babək İbadov polis əməkdaşlarının hadisə yerinə gəlmələrinə qədər onları gözləmiş və hadisə yerinə gəlmiş polis əməkdaşlarna hadisəni danışaraq özü könüllü təslim olmuşdur. Göründüyü kimi şəxsin əməlinin xuliqanlıq kimi tövsif olunmasına zərurət və qanunvericiliyin təlb etdiyi hüquq normalarının pozulması halları əks olunmadığından şəxsə həmin maddələrlə -yəni CM-nin 120.2.2 və buna münasibətdə əlavə olaraq 221.3-cu maddələri ilə ittihamların elan olunması əsassızdır. İstintaq zamanı Şəxsə CM-nin 120.2.4-cu maddəsilə xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla adam öldürməyə görə ittihama münasibətdə ümumi təhlükəli üsul istisna olunur.Lakin,ittiham tərəfinin zərərçəkmişə çox saylı bıçaq zərbələrinin endirməklə qətlə yetirilməsinə münasibətdə həmin ittihamın irəli sürülməsidə qəbul edilməzdir. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Belə ki,şəxsin niyyəti zərərçəkmişi yaşadığı milli mintaletitimizə zidd hərəkətlərinə görə öldürmək niyyətinin olması sonradan hadisələrin təsadüfü axarında onun ölə bilməyəcəyini zənn etdiyi, həmin zaman onda yaranmış kəskin dərəcəli həyəcanlardan yaransada onun məqsədinin zərərçəkmişi öldürmək olmasına münasibətdə bunu xüsusi amansızıq kimi qəbul olunması əsassızdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılması zəruridir. İstər ibtidai istintaq istərsədə məhkəmə istintaqı zaman zərərçəkmişin hüquqi varisi təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını,onu bağışladığını oğlunun ailələrinin şərəf və ləqatəniə xələl gətirən hərəkətlərə görə öldürüldüyünü bildirməklə notariat qaydasnda ərizə verməklə heç bir şikayəti olmadığını və təqsirləndirilən şəxsin cəzalandırlmasım istəmədiyini bildirmişdir. Bütün bunlara baxmayaraq ittihamı müdafiə edən prokuror şəxsə elan olunmuş ittihamı elan etməklə kifayətlənməklə işin hallarına şəxsin törətdiyi cinayəti etiraf etməsi, zərərçəkmişin hüquqi varisi və şahidlərin ifadələtri ilə törədilmiş cinayətin təsdiq olunmasını bildirməklə kifayətlənmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi,hadisədən sonra könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olması, cinayətin açılmasında fəal köməklik göstərməsi,zərərçəkmişin hüququ varisinin onunla barışdığını, heç bir şikayəti olmamaqla ona cəza verilməməsini xahiş etməsi,44 günlük vətən müharibəsinin iştirakçısı olmasını nəzərə almaqla .Məsuliyyənin ağırlaşdıran halların olmadığı qeyd etsədə nəticə etibarı ilə şəxsi ancaq ağır cəzalandırmaq mövqeyinidə nümayiş etdirməkdən çəkinməmişdir. Belə ki, ittihmçı prokuror işin fakti hallarına uyğun hüquqi qiymət vermə məsələsində ittihamın əsaslı olması qənaətinə gəlməsi ilə kifayətlənməklə hüquqlarını müdafiə etdiyim şəxsin İttiham olduğu CM-nin 120.2.2 və 120.2.4-cu maddələri ilə 16 il,CMnin 221.3-cu maddəsi iə 3 il və 228.5-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan mərhum etmə cəzasının verilməsini AR CM-nin 66.3-cu maddəsinin tətbiqi ilə cəzaların qismən toplanması ilə ümumilikdə 17 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunması bardə hökm çıxarılmasını xahiş etmişdir. İşin materialları isə hadisələrin ittiham mövqeyindən münasibətlə üzləşmir Ona görə tələb olunan cəza əməlin tövsifinə münasibətdə düzgün qiymətləndiriləməiş və tələb olunan cəza reallığı əks etməyir. Məhkəmənin əməlinin xüsusi amansızlıqla tövsivedici mövqeyinə münasibətdə əməlin həmin maddəyə tövsifi üçün hər hansı başqa amansızlıq deyil,xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhimsizliyindən, qəddarlığından gedir. Xüsusi amansızlıq həyatdan mərhumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab,işgəncə verilməsi,onun şəxsiyyətinin ələ salınması,məsxərəyə qoyulması və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar ( çoxlu miqdarda xəsarətlər yetirilməsi,şiddətli ağrı verən zəhərdən istifadə edilməsi,diri-diri yadırıması,uzun müddət yeməkdən,sudan mərhum edilməsi və s.) yetirilməsində ifadə oluna bilər.Məhkəmə tibb ekspertizasının rəyindən göründüyü kimi zərərçəkmişin ölümünə səbəb həmin çoxsaylı bıçaq xəsarətlərinin olmaması onun amanslzlıqla öldürülməsinə dəlalət kimi qiymətləndirilə bilməz. Xüsusi amansızlıqla adam öldürmə niyyəti ilə hərəkət edən təqsirkarın ilk zərbəsindən zərərçəkmiş şəxsin həyatdan mərhum olmasına baxmayaraq,təqsirkar onu ölmüş hesab etməyərək meyitin üzərində təhqiqedici hərəkətlərini davam etdirərsə,onun əməli xüsusi amansızlıqla adam öldürmə kimi tövsif olunmalıdır.Lakin şəxsin ölümü ilk zərbədən sonra deyil məhz sonuncu zərbədən sonra ölməsi yenə də xüsusi amansızlıəğı istisna edir. Əməl o halda xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilə bilər ki,cinayətin törədilmə üsulu,şəraiti,ölümün baş vermə faktı təqsirkar tərəfindən dərk edilir və o öz əməlini xüsusi amansızlıqla həyata keçirdiyini dərk edir .Lakin təqsirləndirilən şəxsin əməlində bu halda istisna təşkil edir. Belə ki, istintaq materiallarıdan görünür ki, iki şəxs arasında mübahisə cüzi xarakterli olmaması- yəni zərəçəmişin onların ailələrinin şərəf və kləyaqətinə xəlkəl gətirən yolu tutması və bundan çəkinməməsi internet səhifələrində bunu paylaşmasının nəticəsi olmuşdur.Təqsirləndirilən şəxs onun hərəkətlərini heç kimin görməməsinə baxmayaraq hadisəni törədəndən sonrada oradan qaçmamış oraya yaxınlaşan ilk şəxslərə adam öldürdüyünü və bu barədə polisə məlumat verilməsini xahiş etməsi .zərərçəkmişin hüquqi varisinin onu bağışlamaqla cəzalandırılmamasını istəməsi »təqsirləndirilən şəxsin vətən sevər olmaqla könüllü olaraq 44 günlük vətən müharibəsində iştirak etməklə dövlət təltiflərinin olması, hadisənin baş verdiyi yerin içtimai yer olsada belə gecə vaxtı ətrafda heç kimin olmaması, hadisənin törədilməsini heç kimin görməmələri.heç bir ictimai qaydanı pozmamasına görə əməlin xuliqanlıq niyyəti və xüsusi ilə amansızlıqla törədilməsinə dəlalət etmir. Təqsirkatrın vətən müharibəsindən sonra tərxis olunaraq yaşadığı Şamaxı rayonuna gəlməsi və həmkin müddətdə başındakı ağrılarla bağlı ##.##.2025-ci il tarixdə isə “Baş Beynin digər dəqiqləşdirilməmiş zədələnmələri” diqanozu ilə olan müalicədə olmaqla bu xəstəliklərinin olması halının onun psixi pozğunluğuna dəlalət edib etməməsi faktı belə araşdırılmamışdır. Belə ki,həmin diaqnozlu xəstələrin məhz psixi pozğunluq əlamələri olan xəstəliklər siyahısına aiddirlər. Lakin,hadisənin baş vermə mexanizmi ilə ittiham tərəfinin gəldiyi həmin nəticə məhkəmələrdə baxılmış sübutlarla uzlaşmır. Vahid məhkəmə təcrübəsində də belə hallara qiymət verilmişdir. İbtidai istintaq zamanı təyin olunmaqla alınmış məhkəmə pisixateriya və pisxoloji ekspertizasının ##.##.2025ci il tarixli **** saylı rəyi hüquqi və tibbi cəhətən düzgün hesab edilə bilməz. Belə ki,həmin rəy ##.##.2025-ci il tarixdə verilmişdir. Hüquqlarını müdafiə etdiyim şəxslə söhbət zamanı o,həmin ekspertizada ona iki sual verilməklə cinayəti törədib törətməməsi soruşulmaqla kifayətlənmişdir.Heç bir müayinədə isə keçirilməmişdir. İstintaq orqanının təqsirləndirilən şəxsin psixi xəstəliyi olub olmaması və bu barədə qeydiyyatda olmasına dair yaşadığı ərazi üzrə Şamaxı rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Şamaxı rayon Mərkəzi xəstəxanasında ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə “ Dəqiqləşdirilməmiş anemiya,D vitaminin çatışmamazlığı, Sidik kisəsi tenezmləri, cinsli yolla keçən və başqa rubrikalarda təsnif olunmayan digər xəstəlikər, ##.##.2025-ci il tarixdə isə “Baş Beynin digər dəqiqləşdirilməmiş zədələnmələri” diqanozu ilə olan xəstəlikləri barədə tibbi sənədlərlə təsdiqlənir. Bu isə şəxsin psixi xəstəliyinə dəlalət edən xəstəlik olmasına baxmayaraq məhkəmə bu xüsuatı istintaq orqanı kimi araşdırmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlu və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməməli, İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilməli, həmin hökmdən və ittihamdan CM-in 221.3-cü maddəsi xaric edilməli, İbadov Babək Abdulla oğluna CM-nin 120.2.2, 120.2.4 və 228.5-ci maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Müdafiə tərəfi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmündə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifini mübahisələndirərək İbadov Babək Abdulla oğlunun törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Göründüyü kimi, müdafiə tərəfi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin ittiham hökmünü təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə fərqli mövqedən çıxış edərək mübahisələndirmişdir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X13 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edilir. Hazırki iş üzrə istintaq orqanı təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları təhlil olunmuş və həmin sübutların məcmusuna əsasən İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə təqsirli olmasına dair yekun nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı mübahisəyə gəldikdə isə məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.2, 120.2.4, 228.5-ci maddələri ilə tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli qərarında bu kategoriyaya aid olan cinayət işlərinin baxılması zamanı məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123 və 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 6-cı bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Həmin Qərarın 8-ci bəndinə görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İbadov Babək Abdulla oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilmir, ittihamın digər hissələrində isə təqsirli bilir. Mərhum İbadov Yasin Seymur oğlu onun qardaşı İbadov Seymurun oğlu olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İbadov Babək Abdulla oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, özünü Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilmir, ittihamın digər hissələrində isə təqsirli bilir. Mərhum İbadov Yasin Seymur oğlu onun qardaşı İbadov Seymurun oğlu olmuşdur. Şamaxı rayonu Şəhriyar qəsəbəsində anası və bacısı ilə birlikdə yaşayır, qardaşı İbadov Turab Abdulla oğlu isə Bakı şəhərində kirayədə yaşayır. Ailədə 4 qardaş olmuşlar, evin ən kiçiyi özü olmuşdur. II Vətən Müharibəsinin könüllü iştirakçısı olmuş, müharibə vaxtı əldə etdiyi bıçağı sonradan özü ilə gətirib evində saxlamışdır. Müharibədən qayıtdıqdan sonra əsəbləri pozulmuş, xəstəliyi ilə bağlı Şamaxı rayon mərkəzi xəstəxanasında qeydiyyatda olmuş, müayinələrdən keçmiş, müalicə almışdır. Tutulana kimi müxtəlif fərdi işlərlə məşğul olmuş, bir müddət icarəyə kafe götürərək işlətmiş, bəzi zamanlar isə fəhləliklə məşğul olmuşdur. Qardaşı İbadov Seymur əvvəllər həbsdə olmuş, indi isə azadlığa çıxmışdır. Qardaşı və onun ailəsi ilə münasibətləri yaxşı olmuş, mehriban olmuşlar. Qardaşının ya da başqa yaxın qohumlarından kiminsə ailəsində cinsi azlıq nümayəndəsi olması barədə məlumatı olmamış, ilk dəfə mərhum Yasin İbadovun cinsi azlıq nümayənəsi olduğunu bilmişdir. Hadisədən bir il əvvvəl kafe icarəyə götürərək işlətmiş, həmin vaxtlar Yasin də onun yanında işləmişdir. Həmin vaxt Yasində cinsi azlıq nümayəndəsinə xas hər hansı əlamət, xüsusiyyət sezməmişdir. X6 Universitetində təhsil alırmış. Yasin 2-3 ay əvvəl Şamaxı rayonunda yaşadığı evdən qaçmış, pis yola düşmüş, bir müddət sonra Türkiyə Respublikasına getmişdir. Yasinin Türkiyəyə getməsindən xəbərdar olduqda onun Türkiyədə daha da pis yolda düşəcəyindən, narkotik vasitə və s. zərərli vərdişlərə qurşanacağından ehtiyat edib onu geri gətirmək üçün arxasınca Türkiyəyə getmiş, onu axtarışa verərək 2 həftə onu axtarmış, lakin tapa bilməyib geri qayıtmışlar. Qohum-qonşuları da Yasin barəsində maraqlanıb, evin tək uşağı olduğunu bildirərək, onun barəsində olan narahatlıqlarını dilə gətirmişlər. Hadisədən bir neçə gün əvvəl İnstaqram səhifəsində qardaşı oğlu Yasin İbadovun şəkli qarşısına çıxmış, profil şəklinə baxanda onun dodağına boya çəkdiyini, saçlarını uzatdığını, cinsi azlıq nümayəndəsi olmasını, şəkili Fəvvarələr meydanına yaxın ərazilərdən paylaşdığını görmüşdür. Bu onu və ailə üzvlərini dərindən sarsıtmış, onun bu hərəkətlərini atası Seymura və ailələrinə yaraşmayan bir hərəkət kimi qiymətləndirmişdir. Həmin şəkildə Yasin üzü boyanmış qadın formasında olduğunan onu bu vəziyyətdə görüb bərk əsəbləşmiş və telefonu yerə çırpmışdır. Həmin vaxt evdə anası və bacısı olmuş, ona irad tutaraq “Boş ver, bəlkə montajdır” demişlər. Həmin ərəfədə onu Bakıda keçiriləcək parada dəvət etdikləri üçün Bakı şəhərinə gəlməli imiş. # ###### 2025-ci il tarixdə Bakı şəhərinə gəlmiş, iş üçün bir neçə yerə baş çəkmiş, lakin iş tapa bilməmişdir. Həmin vaxtı qardaşı Turab İbadovun Bakı şəhəri, Səbail rayonu, Sahil qəsəbəsində yerləşən evində qalmışdır. Gecə gəzintiyə çıxaraq Tarqovı adlanan ərazidə Xəqani ticarət mərkəzinin yanında gəzişmiş, daha sonra əsəblərinin sakitləşməsi üçün Qış parkına gedib orada gəzmək istəmişdir. B.Səfəroğlu küçəsində olan zaman siqaret çəkmək istəmiş, əlini cibinə atıb alışqanının cibində olmadığını görmüşdür. Küçədə yeriyərkən “Efkar” adlı kafenin qarşısında Yasini görmüş, əvvəlcə onun Yasin olduğuna inanmamışdır. Belə ki, onun Türkiyədən qayıtdığını nə özü, nə digər ailə üzvləri bilmişdir. Onun Yasin olubolmadığını dəqiqləşdirmək üçün ona adı ilə səslənmiş, bu zaman Yasin ona tərəf çevrilib onu görmüş və bu zaman biədəb səslə qışqırmağa, qadın səsi çıxarmağa başlamışdır. Həmin vaxt ətrafda başqa insanlar olmamışdır. Bundan sonra üzərində olan bıçaqla Yasinə zərbə endirib onu bıçaqlamağa başlamışdır.Özünü itirdiyindən Yasini nə qədər vurduğunu xatırlamamış, bir də ayıldıqda Yasinin qanlar içində yerdə uzandığını görmüşdür. Həmin kafenin qabağında bir nəfər cavan oğlan olmuş həmin şəxsə Yasinin 2 gündür onlarla əlaqə saxlamadığını deyərək polis çağırmasını xahiş etmiş, lakin həmin şəxs içkili olduğundan ona əhəmiyyət verməmişdir. Bir nəfər isə ona “Sən nə etdin belə” demişdir. Daha sonra hadisə barədə DİNin 102 xidmətinə məlumat verilmiş, polis əməkdaşları hadisə yerinə gəlmiş və o, polis əməkdaşlarına törətdiyi cinayət əməlini etiraf etmişdir. Bildirir ki, qardaşı oğlunu qətlə yetirdiyi üçün əməlindən peşmançılıq keçirir, belə ki Yasin evin tək oğlu olmuşdur. İbtidai istintaq zamanı İbadov Babək Abdulla oğlunun ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş, həmin ifadəsində İbadov Babək Abdulla oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində anası və bacısı ilə birlikdə yaşayır. Bakı şəhərində qardaşı İbadov Turab Abdulla oğlu kirayədə yaşayır. Onun mobil nömrəsi “055-700-32-06” dir. Hazırda işsizdir. II Vətən Müharibəsinin könüllü iştirakçısı olmuşdur. Qarabağ bölgəsində yerləşən rayon və şəhərlərin işğaldan azad edilməsində fəal iştirak etmişdir. Vətən müharibəsi iştirakçısıdır. Aylıq 80 manat təqaüd alır. Bundan əlavə fəhləliklə məşğul olmaqla ailəsini dolandırır. Əvvəllər məhkum olunmamışdır. ##.##.2025-ci il tarixdə o “İnstagram” sosial şəbəkəsində qardaşı Seymur İbadovun oğlu Yasin İbadovun profil şəklini görmüşdür. Profil şəklinə baxanda onun dodağına boya çəkdiyini, saçlarını uzatdığını, cinsi azlıq nümayəndəsi olmasını görmüşdür. Onun Fəvvarələr meydanına yaxın ərazilərdən şəkil paylaşdığını görmüşdür. Bu onu və ailə üzvlərini dərindən sarsıtmışdır. Ona qarşı içində nifrət oyanmışdır. Onun atası Seymur İbadov hazırda həbsdədir. Qardaşı Seymura yaraşmayan hərəkətlərin onun oğlu Yasin tərəfindən edilməsi onu çox qəzəbləndirmişdir. Yasin 2-3 ay əvvəl Şamaxı rayonunda yaşadığı evdən qaçmışdır. O, pis yola düşmüş, əvvəlcə Türkiyəyə getmiş daha sonra qayıtmışdır. O əvvəllər onun Səbail rayon polis idarəsi tərəfindən axtarışa verilməsindən bilmişdir ki, o Bakı şəhərində Fəvvarələr Meydanına yaxın ərazidə gəzir. Həmin ərazilərdə gününü keçirir. ##.##.2025-ci il tarixdə o Bakı şəhərinə gəlmiş, onun olduğu əraziləri dolaşmağa onu axtarmağa getmişdir. Onu tapıb öldürmək istəmişdir. Onu öldürməklə adını, ailəsinin şərəfini təmizləmək istəmişdir. ##.##.2025-ci il tarixdə saat 23 radələrində o Yasini ünvan 1 ünvanında küçəsində görmüşdür. Onun yerişindən, ona baxışından Yasin olmasını dəqiq bilmişdir. Ona yaxınlaşmışdır. “Yasin” deyə səslənmişdir. O, onu görən kimi qışqırmış, biədəb bir qadın səsi çıxarmışdır. Onun belə səs çıxarması onu daha da hiddətləndirmişdir. O cibindən çıxardığı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmüşdur. Həmin bıçağı o Vətən Müharibəsindən bəri özündə saxlamışdır. Həmin bıçağı o Qarabağ bölgəsindən götürmüşdür. Onun rəngindən xoşu gəldiyi üçün özündə saxlamışdır. Bıçağın rəngi tünd yaşıl rəngdədir. Hərbiçi bıçağına bənzəyir. Ona bir neçə zərbə vurduqdan sonra o yerə yıxılmışdır. Bıçaq onun kürək nahiyəsinə sancılmışdır. O onu ayaq üstə vurmuş, o yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra o kənara çəkilib gözləmişdir. Ətrafda olan şəxslərə demişdir ki, “polis çağırın təslim olacam”. Bunu orada dayanan tanımadığı xanıma demişdir. Orada dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşlarına o səmimi olaraq etdiyi əməli etiraf etmişdir, bundan sonra onlar onu post patrul avtomobilinə əyləşdirərək Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirib təhvil vermişdirlər. Əməlindən peşmandır. Yasin cinsi azlıq nümayəndəsi olduğu üçün onu öldürmüşdür. Hadisə zamanı əlində tutduğu bıçağın təsirindən xəsarətlər yaranmışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlu bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini qismən təsdiq edir. Bildirir ki, o, ibtidai istintaq zamanı “##.##.2025-ci il tarixdə o Bakı şəhərinə gəlmiş, onun olduğu əraziləri dolaşmağa onu axtarmağa getmişdir. Onu tapıb öldürmək istəmişdir. Onu öldürməklə adını, ailəsinin şərəfini təmizləmək istəmişdir” məzmununda ifadə verməmişdir. Belə ki, o, Yasini Bakı şəhərində deyil, Türkiyə Respublikasında axtarmışdır. Ümumiyyətlə həmin vaxtı Yasinin Bakıda olduğunu bilməmişdir. Əgər Yasinin Bakıda olduğunu bilsəydilər, onu elə burada axtarardılar. Məhkəmə araşdırmaları ilə işin müəyyən olunmuş faktiki hallarını və yuxarıda qeyd olunan Plenum qərarının hüquqi tövsiyyələrini nəzərə alan məhkəmə kollegiyası İbadov Babək Abdulla oğluna CM-nin 120.2.2, 120.2.4-cü maddələri ilə irəli sürülümüş ittihama münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun mərhum İbadov Yasin Seymur heç bir əsaslı səbəb olmadan, yalnız mərhum qohumu Yasin İbadovun cinsi azlıq olması səbəbi ilə həyatdan məhrum etməsini sonuncunun xuliqanlıq niyyətilə qəsdən adam öldürməsi kimi, eləcə də Yasin İbadovun bədən nahiyələrindən ümumilikdə 20 dəfə müstəsna dərəcədə rəhmsizliklə və qəddarlıqla zərbələr vurmaqla sonuncuya sol yuxu arteriyasının, sol vidaci venalarının, ürəyin, ağciyərlərin, dalağın və sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan boyun nahiyəsinin arxa səthinin 3 (üç) ədəd, döş qəfəsinin arxa səthinin, sol kürək nahiyəsinin 3 (üç) ədəd, döş qəfəsinin arxa səthinin, sağ kürək nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsinin arxa səthinin, sol kürəkaltı nahiyənin 3 (üç) ədəd, döş qəfəsinin arxa səthinin, sağ kürəkaltı nahiyənin 1 (bir) ədəd, bel nahiyəsinin sağ yarısının 3 (üç) ədəd və döş qəfəsinin sol yarısının ön səthinin 3 (üç) ədəd daxilə nüfuz edən və bel nahiyəsinin sağ yarısının 1 (bir) ədəd və döş qəfəsinin arxa səthinin, sağ kürək nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları (ümumilikdə 20 ədəd deşilmiş-kəsilmiş yaralardan 18 ədəd daxilə nüfuz edən və 2 ədəd daxilə nüfuz etməyən), çənəaltı nahiyənin, sol əlin IV-V barmaqlararası sahənin, sol bazunun aşağı 1/3-nin bayır səthinin, sol saidin orta 1/3-nin bayır səthinin və sol mil-bilək oynaği nahiyəsinin bayır səthinin kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərərək öldürməsini xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmçinin müdafiə tərəfinin apellyasiya şikayətinin təqsirləndirilən şəxsə qarşı CM-nin 228.5-ci maddəsi ilə irəli sürülən ittihamın əsassız olması dəlilini əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi kriminalistik ekspertizasının ***/MTKŞ-**** saylı ##.##.2025-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş mərhum İbadov Yasin Seymur oğluna məxsus gödəkçənin ön səthinin sol yarısında və arxa səthində, çantanın kəmərinin üzərində çoxsaylı deşilmişkəsilmiş zədələr var, bu zədələr ülgücü və küpü olan yasti tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Mərhum lbadov Yasin Seymur oğluna məxsus cins şalvarın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş telefonun ön səthində bir ədəd deşilmiş zədə var, bu zədə iti ucu, yastı tiyəsi olan hər hansı bir əşyanın (alətin) təsirindən törənməyə uyğun gəlir. Mərhum İbadov Yasin Seymur oğluna məxsus gödəkçənin və çantanın kəmərinin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, o cümlədən telefonun üzərində olan deşilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş İbadov Babək Abdulla oğluna məxsus gödəkçənin, koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşicikəsici xassəyə malik soyuq silahdır, istifadə üçün yararlıdır. Məhkəmə kollegiyası bununla əlaqədar CM-nin 120.2.2, 120.2.4 və 228.5-ci maddələri ilə irəli sürülümüş ittihamın əsassız olması barədə apellyasiya şikayətinin dəlillərini, məhkəməyədək icraat zamanı qanuni üsullarla toplanılmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv araşdırılaraq tədqiq olunmuş, habelə əldə olunma mənbəyi, mənsubiyyəti, mümkünlüyü və mötəbrliyi məhkəmədə yoxlanılmış, biri digərinə kifayət qədər uyğun gələn və işin faktiki halları ilə heç bir ziddiyyət təşkil etməyən sübutlarla müqayisə edərək qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına uyğundur və bu xüsusda məhkəmənin gəldiyi nəticənin mübahisəsi ilə bağlı müdafiə tərəfin dəlilləri əhəmiyyətsizdir. Məhkəmə kollegiyası bu mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna, həmçinin apellyasiya şikayətinin dəlillərində istinad olunan məlumatların təkzibinə əsaslanaraq qətiləşdirir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 228.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə də birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə hökmü qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir Məhkəmə kollegiyası təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcudluğu tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlarla təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun CM-in 221.3-cü maddəsi ilə cinayət əməlini törətməsi işdə olan hər hansı bir sübutla təsdiq olunmur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli, * saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" ## ### 2011ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il # #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hazırki işin materiallarından görünür ki, İbadov Babək Abdulla oğlu qardaşı oğlu İbadov Yasin Seymur oğlunun cinsi azlıq nümayəndəsi olması ilə əlaqədar sonuncunu öldürmək qərarına gələrək bu məqsədlə ## ###### 2025-ci il tarixdə saat 00:10-da ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən “Efkar” adlı kafenin qarşısında avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yolda Yasin İbadova yaxınlaşaraq Yasin İbadova zor tətbiq edib üzərindəki istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən əldə edib gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını çıxarıb silah qismində istifadə edərək xuliqanlıq niyyətilə qəsdən Yasin İbadovun bədən nahiyələrindən ümumilikdə 20 dəfə müstəsna dərəcədə rəhmsizliklə və qəddarlıqla zərbələr vurmaqla İbadov Yasin Seymur oğlunu öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Güründüyü kimi cinayət hadisəsi ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən “Efkar” adlı kafenin qarşısında baş versə də, təqsirləndirilən şəxs tərəfidən zərərçəkmiş şəxsə bıçaq zərbələri endirilməsindən başqa ictimai qaydanı pozan və ya cəmiyyətə açıqca hörmətsizlik edən hər hansı bir digər hərəkətlərin törədilməsi müəyyən edilməmiş, ona qarşı irəli sürülmüş ittihamda da onun tərəfindən belə hərəkətlərin törədilməsi barədə hər hansı bir qeyd mövcud deyil. Başqa sözlə, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun mərhum İbadov Yasin Seymur oğlunu heç bir əsaslı səbəb olmadan, yalnız mərhum qohumu Yasin İbadovun cinsi azlıq olması səbəbi ilə həyatdan məhrum etməsini sonuncunun xuliqanlıq niyyətilə qəsdən adam öldürməsi kimi tövsifi barədə düzgün nəticəyə gəlsə də, Babək İbadovun törətdiyi cinayətin obyektiv cəhətini təşkil edən əməlləri ictimai qaydanı pozmağa deyil, zərərçəkmiş şəxsi öldürməyə yönəlmiş, həmin vaxt onun tərəfindən başqa şəxslər barəsində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi kimi hərəkətlərə yol verilməsi müşahidə edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə əsassız tövsif edilmişdir. İbadov Babək Abdulla oğlunun zərərçəkmiş şəxsə qarşı törətmiş əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz, onun bu əməli tam olaraq Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4 və 228.5-ci maddələri ilə əhatə olunur. Babək İbadovun ittihamından CM-in 221.3-cü maddəsi xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğluna Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamışdır. Hökmə əsasən təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsini (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi) və həmin Məcəllənin 59.1.12-ci maddəsini (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi), o cümlədən Azərbaycan Respublikasının CM-nin 59.2ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun 44 günlük Vətən Müharibəsi veteranı olması, döyüşlərdə fəal iştirak etməsi, işğal altında olan ərazilərin azad edilməsində rəşadət və igidlik göstərməsi, nümunəvi gənc olması, yaşadığı ərazi üzrə özünü ləyaqətli aparması, barəsində hər hansı şikayətin olmaması, əvvəllər hər hansı məhkumluğunun olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədən habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq ona Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4cü maddələri maddələri ilə ona 14 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 14 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İbadov Babək Abdulla oğlunun barəsində cəza təyin edərkən yuxarıda qeyd edilən halları, o cümlədən yüngüllləşdirici halların olmasını və ağırlaşdırcı halların olmamasını nəzərə almış, lakin apellyasiya icraatı zamanı İbadov Babək Abdulla oğluna Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından məhkəmənin yekun mövqeyi təqsirləndirilən şəxsə münasibətdə ədalətsiz cəza təyininə gətirib çıxarmışdır. Belə ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilməli, həmin hökmdən və ittihamdan CM-in 221.3-cü maddəsi xaric edilməli, İbadov Babək Abdulla oğluna CM-nin 120.2.2, 120.2.4 və 228.5-ci maddələri ilə yekun cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 398.1.4 və 399.1.4cü maddələrinə rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. İbadov Babək Abdulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilsin. İbadov Babək Abdulla oğluna qarşı irəli sürülmüş ittihamdan CM-nin 221.3-cü maddəsi, hökmdən həmin maddə ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. İbadov Babək Abdulla oğluna Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri maddələri ilə təyin olunmuş 14 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə ona qəti olaraq 14 (on dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-921/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-921/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver