Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-923/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1993-cü ildə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, Hürüuşağı kəndində yaşamış,, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə, Qılıcova Səltənət Yaşar qızının katibliyi ilə,) ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ####### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə, həmçinin, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, ## ####### 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi ünvanında yerləşən şahid3 məxsus ** nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən çarpayını günlük üç manat ödəməklə kirayə götürüb otağa yerləşdikdən sonra həmin otaqda onunla birlikdə yaşayan Zərərçəkmiş şəxs ilə idman alətlərini asılqanın bütün çıxıntılarından asdığını görüb sonuncudan həmin alətləri götürməsini tələb etdiyinə görə aralarında yaranmış sözlü mübahisədən sonra həmin gün axşam saat 23 radələrində çarpayıda uzanıb mobil telefonundan səsli istifadə edərkən Zərərçəkmiş şəxs ona mobil telefondan səssiz istifadə etməsini tələb etdiyinə görə qulaqcığı mobil telefonuna qoşmasına baxmayaraq, sonuncunun onunla kobud danışmağa davam etməsi ilə əlaqədar aralarında yenidən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun üz nahiyəsinə sillə ilə vurmasından hiddətlənərək öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu etməklə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə cinayətin aləti qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 169 mm olan soyuq silah hesab edilməyən və üzərində hər hansı əlavə və ya dəyişikliklər edilməyən turist bıçağını götürüb sağ əli ilə bərkidib Zərərçəkmiş şəxs döş qəfəsinə, qarın boşluğuna, boyun və kürək nahiyələrinə ard-arda zərbələr endirməklə cəmi 16 ədəd kəsilmiş-deşilmiş yaralar, o cümlədən başın ənsə nahiyəsinə dörd ədəd, sol çənə nahiyəsinə bir ədəd, sağ körpücük nahiyəsinə bir ədəd, qarın nahiyəsinə iki ədəd, döş qəfəsi nahiyəsinin üç ədəd, sol qasıq nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları- dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş yüngül zərər vurmağa aid ümumilikdə 14 ədəd (on dörd) ədəd, döş qəfəsinin sağ yarısına daxilə nüfuz edərək sağ tərəfli hemopnevmotarksa səbəb olan bir ədəd, qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsinə səbəb olan bir ədəddərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ümumilikdə 2 ədəd xəsarət yetirərkən qeyd edilən ünvanda yaşayan şahid2 fiziki müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməkdə ifadə olunan niyyətini başa çatdıra bilməyərək sonuncunu qəsdən öldürməyə cəhd etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab olunması barədə qanuni, əsaslı və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ekspert rəyləri ilə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında ciddi uyğunsuzluqlar mövcuddur. Zərərçəkmiş şəxs hadisənin başvermə mexanizmini bir formada təsvir etdiyi halda, şahidlərin ifadələri tam fərqli halları göstərir. Xüsusilə şahid Ceyhunun məhkəmə istintaqında verdiyi ifadələrdən açıq şəkildə görünür ki, hadisə əvvəlcədən planlaşdırılmış şəkildə törədilməmiş, tərəflər arasında qəfil yaranmış mübahisə və emosional gərginlik nəticəsində baş vermişdir. Şahid ifadələri onu da göstərir ki, təqsirləndirilən şəxsin məqsədi zərərçəkmiş şəxsi öldürmək deyil, onu qorxutmaq olmuşdur. Məhkəmə tərəfindən bu mühüm ziddiyyətlərin aradan qaldırılması üçün müdafiə tərəfinin vəsatətləri təmin edilməmişdir. Halbuki müdafiə tərəfi zərərçəkmiş şəxsin bədəninə mütəxəssis iştirakı ilə baxış keçirilməsini, hadisənin başvermə mexanizminin obyektiv araşdırılmasını və sübutlar arasındakı uyğunsuzluqların aradan qaldırılmasını tələb etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixində verdiyi ilkin ifadəsində hadisənin başvermə səbəblərini ardıcıl və məntiqi şəkildə izah etmişdir. Həmin ifadədən görünür ki, hadisə məişət zəminində yaranmış qarşılıqlı mübahisə nəticəsində baş vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs ona qarşı kobud ifadələr işlətmiş, onu təhqir etmiş və ilk fiziki zorakılığı məhz zərərçəkmiş şəxs göstərmişdir. Bundan sonra emosional vəziyyətdə otaqda olan bıçağı götürməsi hadisənin qəfil yaranmış konflikt nəticəsində baş verdiyini təsdiq edir. Lakin sonradan iş materiallarına ##.##.2026-cı il tarixli başqa bir ifadə daxil edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə açıq şəkildə bildirmişdir ki, həmin tarixdə onun iştirakı ilə belə bir istintaq hərəkəti keçirilməmiş, müdafiəçi iştirak etməmiş və həmin protokol ona təqdim edilməmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Məhkəmə iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin verdiyi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində o, tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. Belə ki, məhkum edilmiş şəxs apellyasiya şikayətində zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, zərərçəkmiş şəxsi həyatdan məhrum etmək imkanının olmadığı halda bunu etmədiyini göstərmişdir ki, həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə əlaqəli təhlil etdikdə həmin dəlilin əsassız olduğu görünür. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ####### 2025ci il tarixli izahatında, sonra ## ####### 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, daha sonra isə ## ####### 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 177-ci maddələri ilə məhkum olunmuşdur. Hazırda Bakı şəhərində müxtəlif ünvanlarda yaşayır. Belə ki, ##.##.2025-ci il tarixdə Kənd Əhmədli qəsəbəsində kirayə ev axtarmağa başlamış və soraqlaşmaqla Gülüş adlı qadının evinə gələrək ondan günlük 3 manat olmaqla yataq götürmüşdür. ##.##.2025- ci il tarixdə şəxsiyyət vəsiqəsini və dörd günün pulunu, yəni 12 manat pulu Gülüş xanıma ödəməklə otaq daxilində çarpayını kirayələmişdir. Otağa daxil olduğu zaman divarda çoxlu sayda idman alətləri asıldığını görüb və həmin əşyaların kimə məxsus olduğunu soruşanda eyni otaqda qaldığı Cəfər adlı şəxs həmin əşyaların özünə aid olduğunu bildirmişdir. Bundan sonra öz əşyalarını asmaq üçün Cəfərdən əşyalarını divardan götürməsini xahiş etmiş, lakin sonuncu onunla sərt danışmağa başlamış və aralarında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisəni davam etdirməmək üçün həmin otağı tərk etmiş, daha sonra Əhmədli metrosu yaxınlığında yemək yeyib saat 22 radələrində yenidən kirayələdiyi otağa qayıtmışdır. Ümumi istifadədə olan hamam otağında yuyunaraq otağa keçmiş, öz yerinə uzanaraq telefonla məşğul olduğu zaman Cəfər öz yerindən səslənərək ondan telefonun səsini almasını bildirmiş, elə buna görə də telefonun səsini alıb başqa narahatlığının olubolmamasını Cəfərdən soruşmuşdur. Zərərçəkmiş şəxs səsin ona narahatlıq yaratdığını, qulaqcıqdan istifadə etməsini kobud formada bildirmişdir. Cəfərin sərt danışmağına reaksiya verib mülayim danışmağını xahiş etməsinə baxmayaraq, Cəfər onun ünvanına nalayiq sözlərdən istifadə etməklə onu təhqir etmişdir. Bu zaman yerindən qalxıb Cəfərə öz iradını bildirmiş və nəticədə aralarında sözlü mübahisə baş vermişdir. Baş vermiş sözlü mübahisə zamanı bir-birlərini kobud sözlərlə təhqir etdiklərinə görə Cəfər ayağa qalxıb ona bir dəfə yumruqla sifət nahiyəsinə vurmuşdur. Elə həmin zaman Cəfər nalayiq sözlərdən istifadə etməyə davam etdiyinə görə dolabın üzərində gördüyü balaca qatlanan qara rəngli bıçağı götürüb bir dəfə Cəfərin boyun nahiyəsinə, daha sonra isə bədəninin müxtəlif hissələrinə vurmaqla (dəqiq hansı nahiyəyə vurduğunu xatırlamır) sonuncuya bədən xəsarətləri yetirmişdir. Bundan sonra bıçağı cibinə qoyaraq otaqdan çıxıb getmişdir (iş vərəqə: cild İ, səh.8, 31-32, 55-57). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ###### 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs ilə hər hansı tanışlığı və yaxud düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs ilə münasibəti ##.##.2025-ci il tarixdə yaranmışdır. Belə ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən fərdi yaşayış evində otaq kirayələmiş, Zərərçəkmiş şəxs də onun kimi həmin otaqda yaşamışdır. Qeyd edilən həmin ünvanda ilk tanışlıqları yarandığı zaman aralarında ilk dəfə sözlü mübahisə baş vermişdir. ##.##.2025-ci il tarixdə Zərərçəkmiş şəxs qeyd edilən otaqda asdığı idman alətlərini götürməsini xahiş etməsinə baxmayaraq, sonuncu xahişini nəzərə almayıb onunla kobud bir dillə danışmışdır. Elə bu ilk mübahisədən sonra otağı tərk edib getmiş, həmin gün axşam saatlarında yaşadığı ünvana qayıdıb yerində uzanıb mobil telefona baxarkən Zərərçəkmiş şəxs uca səslə kobud formada telefonu söndürməsini ondan tələb etdiyinə görə aralarında sözlü mübahisə yenə başlamışdır. Mübahisənin gedişində Zərərçəkmiş şəxs onun üzərinə gəldiyi zaman ona tərəf yumruq atmış, bu vaxt qeyd edilən otaqda siyirmə üzərində gördüyü bıçağı götürüb əvvəlcə Zərərçəkmiş şəxs boyun, daha sonra qarın nahiyəsinə bıçaq zərbələri yetirmişdir. Həmin andan sonra Zərərçəkmiş şəxs hansı nahiyəsinə və nə qədər bıçaq xəsarəti yetirdiyini xatırlamır. Bu ərəfədə onlarla eyni otaqda yaşayan adını xatırlamadığı bir nəfər şəxs fiziki müdaxilə edib onları ayırmışdır. Həmin vaxt çox stress və əsəb keçirdiyinə görə hadisənin bəzi detallarını xatırlamır. ##.##.2025-ci il tarixdə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın tutacağı qara rəngli, tiyəsi təxminən 10 sm olmaqla qatlanıb-açılan mexanizmə məxsus olmuşdur. ##.##.2025-ci il tarixdə cinayətin aləti qismində istifadə etdiyi bıçağı qeyd edilən ünvanda siyirmənin üzərindən götürmüş, həmin bıçağın kimə aid olduğunu bilmir və özünə məxsus olmamışdır. ##.##.2025-ci il tarixdə yuxarıda qeyd etdiyi formada aralarında yaranmış mübahisə zamanı əsəbləşərək özündən çıxdığına görə Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirmişdir. ##.##.2025-ci il tarixdə qeyd etdiyi bıçaq vasitəsilə Zərərçəkmiş şəxs əvvəlcə boyun nahiyyəsinə, daha sonra qarın boşluğuna bıçaq xəsarətləri yetirmişdir. Həmin andan sonra Zərərçəkmiş şəxs bədəninin hansı nahiyələrinə bıçaq xəsarəti yetirdiyini xatırlamır. ##.##.2025-ci il tarixdə həmin ünvanda onunla birlikdə yaşayan adını xatırlamadığı şəxsin müdaxiləsi nəticəsində Zərərçəkmiş şəxs bıçaq zərbələrini yetirməyi dayandırmışdır. ##.##.2025-ci il tarixdə Zərərçəkmiş şəxs xəsarətlər yetirdikdən sonra yaranmış səs-küydən sonra nə etdiyini başa düşmüşdür. Əvvəl xatırlamasa da, indi hadisədən sonra əlini və bıçağı yuyub qeyd edilən ünvandan qaçıb getdiyini xatırlamışdır. Daha sonra isə törətdiyi hadisə ilə bağlı Xətai rayon polis idarəsinə könüllü müraciət edib öz təqsirini boynuna alıb istifadə etdiyi bıçağı cinayət prosesini həyata keçirən orqana təqdim etmişdir. ##.##.2025-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaq zərbələrini yetirdikdən sonra orada olan şəxs onları ayırmış, elə həmin vaxt hadisənin baş verdiyi otağa həmin ünvanda yaşayan digər sakinlər də gəlmişdir. Elə bu ərəfədə Zərərçəkmiş şəxs xəsarətli ola-ola taxta materiallı çubuğu götürüb onun baş nahiyəsinə tərəf vurmuş, lakin sol qolunu həmin çubuğun önünə verib çubuğun baş nahiyəsinə dəyməsindən yayınmışdır. Həmin an üçün sol qolunda səhv etmirsə xəsarət yaranmışdır (iş vərəqə: cild İ, səh.135-138). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ###### 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində özünü təqsirli bilməyərək, əvvəlki fadələri ilə eyniməzmunlu ifadə vermiş, əlavə olaraq verilmiş suallara cavab olaraq göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə sillə və ya yumruqla zərbə endirdikdən sonra o da Zərərçəkmiş şəxs bıçaq zərbələri yetirmişdir. Daha sonra orada olan şəxs onları ayırmışdır. Elə həmin vaxt qeyd edilən ünvana yaşayış evində yaşayan digər sakinlər gəlmişlər. Elə bu ərəfədə Zərərçəkmiş şəxs xəsarətli ola-ola taxta materiallı çubuğu götürüb onun baş nahiyəsinə tərəf vurmuşdur. Lakin o, sol qolunun həmin çubuğun önünə verib çubuğun baş nahiyyəsinə dəyməsindən yayınmışdır. Həmin an sol qolunda səhv etmirsə xəsarət yaranmışdır. O, həmin vaxt çox əsəbi olduğundan hadisənin dəqiq detallarını göstərə bilmir. Elə ona görə də həmin hadisənin şahidi olmuş şəxslər barədə dəqiq məlumat verə bilmir. Həmçinin istintaqın ilkin mərhələsində bildirdiyi kimi Zərərçəkmiş şəxs ona sillə və yaxud yumruqla vurması, o cümlədən çubuğun qoluna dəyməsi ilə bağlı hər hansı şikayət və tələbi yoxdur. Həmçinin bildirir ki, bədənində hər hansı xəsarət yoxdur və könüllü olaraq ekspertizadan keçmək istəmir (iş vərəqə: cild İ, səh.219-223). Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı ## ####### 2025-ci il və ## ###### 2026-cı il tarixlərdə verdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər hər hansı tanışlığı, düşmənçiliyi olmamışdır. 6 ildir ki, şahid3 fərdi yaşayış evində kirayədə yaşayır. Təqsirləndirilən şəxs ilə ilk tanışlığı ##.##.2025-ci il tarixdə yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən fərdi yaşayış evində otaq kirayələmiş və onunla birlikdə yaşamışdır. Qeyd edilən otaqda 4 ədəd çarpayı olmuşdur və hər bir çarpayı ayrı-ayrı şəxslərə kirayələnmişdir. Orada bir çarpayı Ceyhuna, bir çarpayı Şəhriyara, bir çarpayı özünə, sonuncu çarpayı isə Təqsirləndirilən şəxs kirayələnmişdir. Elə həmin otaqda Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən etibarən yaşamışdır. Qeyd edilən həmin ünvanda ilk tanışlıqları yarandığı zaman aralarında mübahisə baş vermişdir. Qeyd edilən otaqda idman alətlərini orada yerləşən asılqandan asmışdır. Təqsirləndirilən şəxs otağa yerləşdikdən sonra həmin idman alətlərini götürməsini ondan xahiş etmiş, lakin həmin idman alətlərinin ona maneçilik yaratmadığını, işdən yeni gəldiyini əsas göstərib sonuncunun xahişini nəzərə almamışdır. Daha sonra Təqsirləndirilən şəxs gedib bu barədə Minavər xanıma məlumat verəcəyini düşünüb idman alətlərini asılqandan götürmüşdür. Bununla bağlı Təqsirləndirilən şəxslə aralarında sözlü mübahisə baş vermiş, bir neçə dəqiqə sonra sonuncu otağı tərk edib getmişdir. ##.##.2025-ci il tarixdə, axşam saatlarında yerində uzanıb mobil telefona baxdığı zaman Təqsirləndirilən şəxs gəlib öz çarpayısına uzanmış və istifadəsində olan mobil telefonda səsli videolara baxmağa başlamışdır. Təqsirləndirilən şəxs telefona səssiz baxmağını, hamının işdən gəldiyini və yorulduğunu bildirməklə maneçilik yaratdığını bildirmişdir. Elə bu səbəbdən Təqsirləndirilən şəxs öz telefonuna qulaqcığı qoşaraq və ondan çarpayının altına yığdığı əşyaları götürməsini tələb etmişdir. Belə olanda onunla kobud danışmağa başlamış və bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Bu vaxt həmin otaqda onlarla birlikdə orada yaşayan Ceyhun otağı tərk etmişdir. Elə həmin vaxt yerindən durub sillə ilə Təqsirləndirilən şəxs üzünə bir dəfə vurmuşdur. Daha sonra yerinə uzanıb mobil telefona baxdığı zaman Təqsirləndirilən şəxs birdən-birə üzərinə hücum etmişdir. Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu və yaxud onu bıçaqla vurduğunu əvvəlcədən görməmiş və hiss etməmişdir. Yerindən durub üzbəüz vəziyyətdə onunla süpürləşməyə başladığı zaman bədəninin müxtəlif nahiyələrindən qan axdığını görmüşdür. Elə həmin vaxt otağa Ceyhun daxil olmuş və Ibrahimlə onu ayırmışdır. Ibrahim çıxıb getdikdən sonra bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətləri olduğunu görmüşdür. Qeyd edilən ünvanda yaşayan şəxslər Çərkəz, Şəhriyar qan axan yerlərini dəsmal ilə bağlamışdır. Daha sonra ev sahibinin kürəkəni Tural onu öz istifadəsində olan nəqliyyat vasitəsilə xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ##.##.2025-ci il tarixdə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı görməmişdir. Həmin bıçaq böyük bir ehtimalla elə Təqsirləndirilən şəxs özünəməxsus olmuşdur. ##.##.2025-ci il tarixdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəlcə sillə ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə bir dəfə vurmuşdur. Daha sonra mübahisəni bitirib yerinə uzanıb telefona baxdığı zaman Təqsirləndirilən şəxs həmin sillə zərbəsindən hiddətlənərək bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bıçaqla onun boyun nahiyəsinə, daha sonra qarın boşluğuna, kürəyinə bir sözlə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirmişdir. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona bıçaq zərbələri yetirməkdən ibarət olan hərəkətini otaq yoldaşı şahid2 müdaxiləsi nəticəsində dayandırmışdır. Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı hər hansı şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh.41-44, 177-181). Şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Ibrahim və Cəfər ilə bir evdə kirayə qalmışdır. Hadisə günü, yəni ## ####### 2025-ci il tarixdə işdən evə gəlib yerində uzanıb dincəlirmiş. Zərərçəkmiş şəxs qaldıqları otaqda hamıya “telefonların səsini alın” demişdir. O, qulaqcığını taxıb telefonda videolara baxmağa davam etmişdir. Görmüşdür ki, Cəfər ilə Ibrahim arasında telefonun səsi ilə bağlı mübahisə yaranıb. Cəfər Ibrahimə “telefonun səsini al” demiş və Ibrahim mobil telefonun səsini azaltmışdır, lakin Cəfər yenə gəlib yelefonun səsini daha da azaltmağını söyləmişdir. Cəfər ilə Ibrahimin arasında bununla bağlı mübahisə yaranan zaman o, yerindən durub siqaret çəkmək üçün başqa otağa getmişdir. Qayıdanda otağın işığını yandırıb görmüşdür ki, Cəfər bıçaqlanıb. O, Ibrahimin Cəfəri bıçaqladığı anı görməmişdir. Sonradan məlum olmuşdur ki, Ibrahim Cəfəri bıçaqlamışdır. O, otağa girən zaman Cəfəri qan içində görüb təcili-tibbi yardıma zəng etmişdir. Lakin təcilitibbi yardım gec gəldiyi üçün kimsə Cəfəri xəstəxanaya aparmışdır. Şahid şahid2 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, otağa girən zaman Cəfərin paltarı qan içində imiş. Cəfərin bədəninin hansı nahiyələrinin bıçaqlandığı haqqında dəqiq məlumatı yoxdur. O, otağa girən zaman Cəfər Ibrahimi yumruqla vururmuş. O, Cəfər ilə Ibrahimin davasına müdaxilə etməmiş, qorxmuşdur. Məhkəmə istintaqı zamanı şahid şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, şahid şahid2 ## ###### 2026- cı il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, Şəki rayonu, Suçma kəndində qeydiyyatda olmaqla orada yaşayır, lakin ## ####### 2025-ci il tarixdə fəhlə işləmək üçün Bakı şəhərinə gəlmişdir. Həmin vaxt tanışı Şəhriyar vasitəsi ilə kirayə qalacaq ev tapmış və onunla birlikdə Gülüş kimi tanınmış şahid3 məxsus ünvan 1 ünvanında günlük 3 manat olmaqla kirayə yaşamağa başlamışdır. şahid3 məxsus fərdi yaşayış evi iki mərtəbəlidir, həmin evin ikinci mərtəbəsində Minavər ailə üzvləri ilə birlikdə yaşayır, birinci mərtəbəsində yerləşən üç otaqda isə hər birində bir neçə nəfər aylıq və günlük olaraq kirayə qalır. Birinci mərtəbədəki üç otaqdan birində özü yaşamışdır. ## ####### 2025-ci il tarixdə, təxminən saat 23 radələrində kirayə yaşadığı otaqda çarpayıda uzanmış və özünə məxsus mobil telefonla məşğul olmuşdur. Həmin vaxt otaqda Cəfər və Ibrahim də olmuş, Ibrahim də özünə məxsus mobil telefonla məşğul olmuşdur. Mobil telefonların səsi gəldiyi üçün Cəfər telefonların səsini almağı bildirmiş, ona görə də Ibrahim qulaqcığı telefona qoşmuşdur. Bir neçə dəqiqədən sonra Cəfər yenidən Ibrahimə telefonun səsi ilə bağlı irad bildirmiş və onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisəyə müdaxilə etmək istəmədiyinə görə otaqdan çıxmaq qərarına gəlmişdir. Mobil telefonunu götürüb otaqdan həyətyanı sahəyə çıxmaq istədikdə Cəfər Ibrahimə bir dəfə şillə ilə vurmuşdur. Lakin yenə də məsələyə müdaxilə etməmiş və otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan 1-2 dəqiqə sonra otaqda qışqırıq səsləri olduğunu görüb tez otağa qaçmış, həmin vaxt Ibrahimin Cəfəri bıçaqla vurduğunu, yerdə isə qan ləkələri və taxta qırıqlarının olduğunu görmüşdür. Tez hər iki şəxsin arasına girərək Ibrahimin Cəfəri bıçaqla vurmağa davam etməsinin qarşısını almaqla onları ayırmışdır. Yaranmış səs-küyə evin sahibi şahid3 da gəlmiş və həmin vaxt Ibrahim Cəfəri vurduğu bıçağın üzərindəki qanı yuyub yenidən öz cibinə qoyaraq otağı tərk edib getmişdir. Bundan sonra şahid3 otaqda olan dəsmallardan birini götürərək Cəfərin qan axan nahiyəsinə bağlamış, Şəhriyar isə təcili tibbi yardıma məlumat vermişdir. Lakin təcili tibbi yardım gec gəldiyi üçün şahid3 kürəkəni Turala məlumat vermiş və sonuncu idarə etdiyi avtomobillə həmin ünvana gələrək Cəfəri xəstəxanaya aparmışdır. Bakı şəhərində işləri bitdiyi üçün hadisənin ertəsi günü Şəki rayonu, Suçma kəndinə qayıtmışdır. şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə səbəbi Cəfərin mobil telefona yüksək səslə baxdığına görə Ibrahimə irad bildirməsi olmuşdur. Telefonun səsini azaltmaq üçün Ibrahim qulaqcığı telefona qoşsa da, bu məzmunda Ibrahimlə Cəfər arasında yenə də mübahisə yaranmışdır. Kirayə yaşadıqları otaqda Şəhriyar, Cəfər və Ibrahim birlikdə qalmışdır. Hadisə baş verməmişdən əvvəl isə Şəhriyar otaqda olmamışdır (iş vərəqə: cild 1, səh. 116-119). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kirayə qaldığı evə hadisədən 1 saat əvvəl, yəni təzə gəlmişdir. Hadisə zamanı o, telefonla başqa otaqda danışırmış. Şahid olduğu məqam yalnız o olmuşdur ki, Cəfəri qan içində görən zaman paltarını dəyişmiş, Cəfər hamama girib üstünün qanını yumaq istəyərkən birdən qanaxması çoxalmaması üşün yardım etmişdir. Ibrahimin Cəfəri bıçaqladığı ona sonradan məlum olmuşdur. Şahid şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Cəfərin boynunda və sinə nahiyəsində bıçaq izləri olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, o, evinin birinci mərtəbəsini kirayə vermişdir. ## ####### 2025-ci il tarixdə hadisə baş verən otağı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs kirayə vermişdir. Hadisə günü pəncərədən baxanda görmüşdür ki, Cəfər ilə Ibrahim məhəllədə söhbət edirlər. Bir müddət sonra dava-dalaş səsinə aşağı düşəndə ona demişlər ki, Cəfər bıçaqlanıb. Cəfərdən “Cəfər sənə nə olub, bu nə qandır?” deyə soruşduqa Cəfər ona narahat olmamağını, Ibrahim ilə aralarında söz-söhbət olduğunu demişdir. Təcili-tibbi yardım gec gəldiyi üçün o, kürəkəninə demişdir ki, Cəfəri xəstəxanaya aparsın. O, hadisənin necə baş verdiyini görməmişdir. Cəfərdən mübahisənin səbəbini soruşan zaman Cəfər bildirmişdir ki, mübahisə Cəfərin idman əlatlərinin üstündə başlamış, sonra Cəfər Ibrahimə şillə vurmuş və mübahisə böyümüşdür Şahid şahid3 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Zərərçəkmiş şəxs boynunda və kürək nahiyəsində çoxsaylı xəsarətlər görmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X4 məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının bir ədəd daxilə nüfuz edərək sağ tərəfli hemopnevmotarksa səbəb olan bir ədəd, qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsinə səbəb olan bir ədəd (cəmi iki ədədi daxilə nüfuz edir) deşilmişkəsilmiş yaraları, başın ənsə nahiyəsinin dörd ədəd, sol çənə nahiyəsinin bir ədəd, sağ körpücük nahiyəsinin bir ədəd, qarın nahiyəsinin iki ədəd, döş qəfəsi nahiyəsinin üç ədəd, sol qasıq nahiyəsinin üç ədəd (cəmi 14 ədəd daxilə nüfuz etməyən) deşilmiş-kəsilmiş və kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi ##.##.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə döş qəfəsinin sağ yarısının bir ədəd daxilə nüfuz edərək sağ tərəfli hemopnevmotarksa səbəb olan bir ədəd, qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 120-123). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2002-ci il Qərarının 3-cü bəndinə əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şahid3 məxsus fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən çarpayını günlük kirayə götürüb otağa yerləşdikdən sonra, həmin otaqda digər çarpayını kirayə götürmüş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında əvvəlcə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs məxsus olan idman alətlərini qoyduğu yerdən götürməsini tələb etməsi ilə əlaqədar, sonra isə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən mobil telefonundan səssiz istifadə etməsini tələb etməsi ilə əlaqədar aralarında yenidən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin üz nahiyəsinə sillə ilə vurmasından sonra, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bundan hiddətlənərək öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu etməklə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə bıçağı götürüb Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsinə, qarın boşluğuna, həmçinin boyun və kürək nahiyələrinə ard-arda zərbələr endirməklə cəmi 16 ədəd kəsilmiş-deşilmiş yaralar, o cümlədən başın ənsə nahiyəsinə dörd ədəd, sol çənə nahiyəsinə bir ədəd, sağ körpücük nahiyəsinə bir ədəd, qarın nahiyəsinə iki ədəd, döş qəfəsi nahiyəsinin üç ədəd, sol qasıq nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları yetirərkən qeyd edilən ünvanda yaşayan şahid2 fiziki müdaxiləsi nəticəsində Zərərçəkmiş şəxs öldürməyə yönəlmiş qəsdən etdiyi əməllərini, cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Ekspert rəyindən də görünür ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxsə bıçaqla çoxsaylı xəsarətlər yetirmiş, həmin xəsarətlərdən lokalizasiyasına görə həyat üçün mühüm orqanlara xəsarət yetirilməklə törədilmişdir ki, bu da məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsi öldürməyə cəhd etməsinə, lakin hadisə yerində olan şəxslərin olmasından qaynaqlanaraq təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətinə nail olmaqla cinayəti başa çatdıra bilməməsinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində məhkum edilmiş şəxsin ittiham olunduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Müdafiəçi həmçinin apellyasiya şikayətində Cinayət Məcəlləsinin 70-cı maddəsinin müddəalarının tətbiq edilməsini xahiş etmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi əməlin sanksiyasında nəzərdə tutulmuş minumum həddə azadlıqdan məhrum etmə cəzası etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, “....Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CMnin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır... Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni, cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin məqsədi və motivi, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini nəzərə alaraq, minimal həddə cəza təyin etməklə təqsirləndirilən şəxs barəsində kifayət qədər humanistlik nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı məhkumda törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilər. Bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən CM-in 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün bilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Verdiktum” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq “Verdiktum” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-923/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-923/2026
23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver