Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-924/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmünə əsasən (hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə) ## ###### 1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbsə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, narkomaniyadan məcburi müalicəyə cəlb edilməklə onun narkoloji dispanserdə F15.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,389 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 12:20-də ünvan 1 ünvanının yaxınlığında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 (bir) bükümdə təmiz çəkisi 2,389 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəx Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasından narazı olduğunu, narkotik vasitənin onun üzərinə qoyulduğunu, fiziki-psixi təsir nəticəsində razılaşdığını, himayəsində iki azyaşlı övladının olduğunu göstərərək ona sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmünqn ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, bəraət verilmədiyi təqdirdə ona daha aşağı cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncədən Bakıya yoldaşının yanına gəlmişdir. Polis əməkdaşları onu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən şərab evinin yanından tutub polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən o, yoldaşı ilə mobil telefonla danışırmış. O, “tiktoker” (“Tiktok” sosial şəbəkəsində fəaliyyət göstərən şəxs) olduğu üçün Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edilərək onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitələr qoyulmuşdur. Onu şəxsi axtarış üçün başqa yerə aparmışlar, yəni şəxsi axtarış onun polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə keçirilməmişdir. O, polis əməkdaşları tərəfindən döyüldüyü üçün 0,8 qram narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra özünə sui-qəsd etmiş və polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Polis əməkdaşları ona demişlər ki, “Tiktok” sosial şəbəkəsində söyüş söydüyü üçün tutulmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona “Tiktok” sosial şəbəkəsində polis adı ilə istifadə edilən hesabdan nalayiq ifadələr yazılmışdır. O da həmin şəxsə söyüşlə cavab vermiş, buna görə də cəzalandırılmışdır. O, narkotik istifadəçisi deyil. Polis əməkdaşları onu saxladıqları zaman əvvəlcə videoçəkilişlə üstünü yoxlamamışlar, onu polis idarəsinə aparmışlar. Polis idarəsində onu döymüşər. O, 0,8 qram narkotik vasitənin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. O, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmışdır. İttiham aktında qeyd edilən onun saxlanılma yeri ilə həqiqi saxlanılma yeri arasında bir küçə fərq var. Yəni, onu ittiham aktında qeyd edilən ünvanda saxlamamışlar. O, polis əməkdaşlarının yanında özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun bədənində olan çapıqların hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Gözündə aşkar edilən hematoma isə polis əməkdaşlarının onu təpiklə vurmasının nəticəsində əmələ gəlmişdir. O, saxlanıldığı gün polis idarəsində polis əməkdaşlarının masalarında olan bıçağı götürüb özünə xəsarət yetirmişdir. Bununla bağlı tərtib edilmiş aktda özünə xəsarəti xətkeşlə yetirdiyi göstərilsə də, əslində o, özünə xəsarəti xətkeşlə deyil, bıçaqla yetirmişdir. Bununla bağlı tərtib edilmiş akt onun tərəfindən imzalanmışdır. O, əvvəllər narkotik istifadəçisi olmuşdur, eyni zamanda əvvəllər oğurluqla bağlı məhkum olunmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda ## ###### 2025 ci il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrini imza etməkdən imtina etmiş və göstərmişdir ki, оnа еlаn оlunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci mаddəsində nəzərdə tutulаn ittihаmlа deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, psixotrop maddədən istifadə edir. ## ###### 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir. Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığına getmiş və tanımadığı şəxsdən 01 ədəd bükümdə “patı”nı 20 manat pul müqabilində alıb üzərində saxlamışdır ki, sonra istifadə edər. ## ###### 2025-ci il tarixdə, saat 12:20 radələrində ünvan 1 ünvanının qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib videoçəkilişlə üzərini yoxlayacaqlarını bildirmişlər. Bu vaxt o, qaçaraq polis əməkdaşlarından uzaqlaşmaq və yayınmaq istəmişdir. Lakin təxminən 25-30 metr qaçdıqdan sonra müvazinətini saxlaya bilməyib yerə yıxılmış və sifət, eləcə də digər nahiyələrdən xəsarət almışdır. Polis əməkdaşları onu ayağa qaldırmışar və hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra polis əməkdaşları yenidən videoçəkilişlə üzərini yoxlayacaqlarını bildirmişlər. O, buna etiraz etməmiş və sonra videoçəkilişlə ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamini, şalvarın sağ cibindən isə üzərində 055-809-16-67, 055-691-45-41 GSM nömrələr olan 1 ədəd “Redmi” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş və bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. Sonra polis əməkdaşı tərəfindən üzərində başqa əşyalar olub-olmadığı yoxlanılmış və hər hansı əşya, yaxud predmet aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddənin metamfetamin olduğunu, saxlanmazdan bir müddət əvvəl “Əcəmi” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzərindəki kağız bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra birlikdə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gəlmişlər. Orada təhqiqatçı tərəfindən aşkar edilmiş əşyaya, eləcə də diskə onun iştirakı ilə baxış keçirilmiş, həqiqətən də üzərindən aşkar edilən büküm olduğunu və digər xüsusatları bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilib ucadan oxunmuş və imzalanmışdır. Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında olan zaman masanın üzərində olan dəmir xətkeşlə boğaz və qarın nahiyəsinə xəsarət yetirmişdir. Həmin an tutulduğu üçün özünə əsəbi olmuş və bu səbəbdən özünə xəsarət yetirmişdir. Əvvəllər cəzaçəkmə müəssəsində cəza çəkdiyi üçün yenidən ora qayıtmaq istəməmişdir. Sonradan etdiyi hərəkətdən peşman olmuşdur (iş vərəqə: cild İ, səh. 60-62, 79- 81). Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təklif edilərkən o, bildirmişdir ki, polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmışdır. Polis əməkdaşları onu saxlayarkən özünə qəsd etmək istəmişdir. Psixotrop maddəni isə polis əməkdaşları onun üzərinə qoymuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupa rəhbərliyi o, həyata keçirmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşarkən Elsevər qaçmağa cəhd göstərmiş və yıxılaraq xəsarət almışdır. Elsəvər Nəbiyev saxlanılan zaman ona hansı səbəbdən saxlanılması izah edilmiş və üzərində qanunsuz vasitələr olduğu təqdirdə onlara təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində olan ağ kristala bənzər psixotrop maddəyə oxşar kütləni təqdim etmiş və həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onlardan qaçarkən yıxılıb müxtəlif xəsarətlər almışdır. Şahid Şahid daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat qrupu üç nəfərdən ibarət olmuş, qrupun rəhbəri isə özü olmuşdur. Onlar Təqsirləndirilən şəxs günorta təxminən saat 1 radələrində saxlamışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikləri zaman Elsəvər Nəbiyev qaçmağa başlayarkən müvazinətini saxlaya bilməyib yıxılmış, bunun nəticəsində bədən xəsarətləri almışdır. Tərəflərindən Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün video çəkilişlə yoxlanılması həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə metamfetamin olduğunu, “20 Yanvar” metrostansiyasının yaxınlığından 20 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində ona fiziki və digər təzyiqlərin olması barədə dedikləri tamamilə yalandır. Tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı daha da təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. İşdə olan ## ###### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”dan və ## ###### 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması videoçəkilişlə həyata keçirilmiş, çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofanda olan maddəni təqdim etmiş, həmin maddənin metamfetamin olduğunu bildirmiş, bükümə baxış zamanı içində ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni ## ###### 2025-ci il tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində əldə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.9-10, 63). İşdə olan ## ###### 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara baxış keçirilmiş, baxış zamanı təqdim olunan 01 ədəd şəffaf sellofan kəsiyi bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildiyi, həmin kütlə barədə soruşulduqda Təqsirləndirilən şəxs kütlənin “patı” kimi tanınan psixotrop maddə olmasını və onu ## ###### 2025-ci il tarixdə səhər saatlarında Gəncədən Bakıya gələrək Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Əcəmi” adlanan yerdən öz istifadəsi üçün 20 manata adını bilmədiyi, üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün almasını bildirmişdir. Bundan başqa aşkar edilmiş mobil telefonun birinin “Samsung” markalı, digərinin “Redmi” markalı mobil telefon olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üz nahiyəsinin bir neçə yerində qızartılar və göyərmələr aşkar edildiyindən bu barədə Təqsirləndirilən şəxs soruşulduqda o, həmin xəsarətlərin polis tərəfindən saxlanılmamışdan əvvəl aldığını bildirmişdir, polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə məruz qalmadığını və heç bir zor tətbiq olunmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.17-19). İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №*** dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,389 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh. 45-49). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin ## ###### 2025-ci il tarixli, **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən Gəncə şəhər Narkoloji Dispanserində F15.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (iş vərəqə: cild İ, səh. 67-68). İşdə olan ## ###### 2025-ci il tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı və 01 ədəd“Redmi” markalı mobil telefonlara baxış keçirilmiş və sübut əhəmiyyətinə malik hər hansı məlumatlar aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 108). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2026-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, sonra isə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 134-136). Birinci instansiya məhkəməsində məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs barəsində Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sağ gözətrafı nahiyədə tünd bənövşəyi, sağ gicgahda, sol baldırın içəri səthində yaşılımtıl qançır, sol dizdə, qarnın ön divarında, boynun sağ yan nahiyəsində sıyrılmış üzəri qərtməkli yara aşkar edilmişdir (cinayət işinin materialları). Birinci instansiya məhkəməsində məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs barəsində Bakı Nəsimi Rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının müvafiq səhifələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyəsində hematoma aşkar edilmişdir, həmçinin X8 tərtib edilmiş aktdan görünür ki, sağ gözündə göyərtilər, boğazında sıyrılmış izlər və qarın nahiyəsində kəsik aşkar olunmuşdur, eyni zamanda Polis İdarəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd göstərib müvazinətini itirib yerə yıxılmış, bundan başqa Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara Polis İdarəsində baxış keçirilib başa çatdıqdan sonra bununla bağlı protokol inzalanması üçün Təqsirləndirilən şəxs təqdim edilərkən o, anidən masanın üzərindəki dəmir xətkeşlə özünə xəsarət yetirmək istəyərkən boğaz və qarın nahiyələrinə xəsarət yetirmək istəmiş, bu zaman onun boğaz və qarın nahiyələrində cızıqlar əmələ gəlmiş, keçirilən operativ tədbirlərlə onun bu cəhdinin qarşısı alınmış və tibbi yardım göstərilməsi təmin edilmişdir (cinayət işinin materialları). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X6 ## ###### 2025-ci il tarixli, **** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər boyun və qarın nahiyəsinin kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların), sağ göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən kəsilmiş yaraların müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni dəmir xətkeşin iti kənarının təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi mümkündür. Digər xəsarətlər isə müxtəlif şəraitlərdə, yəni həm insan bədəninin hissələri ilə (əl, ayaq və s.) yetirilmiş zərbələrin təsirindən, həmçinin şəxsin özünün öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilmələri inkar edilmir (iş vərəqə: cild İ, səh. 125-127). İşdə olan ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir (iş vərəqə: cild İ, səh. 116-118). Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var (cinayət işinin materialları). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşıması cinayət əməlini törətməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutlar istintaq və digər prosessual hərəkətlərin protokolları (“şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”, bununla bağlı “videoçəkilişin əks olunduğu diskə baxış keçirilməsi haqqında protokol”, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol”), ekspert rəyləri (məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, məhkəmə-tibbi ekspertizasının rəyi), maddi sübutlar (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,339 qram psixotrop maddə metamfetamin), şahid ifadələri, təqsirləndirilən şəxsin müdafiəçisinin imzası ilə təsdiq olunmuş ifadələri (özü imza etməkdən imtina etmişdir) və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə əhatə olunur. Cinayət işi üzrə müdafiə tərəfinin mövqeyi ittihamın təkzib olunduğu və bununla bağlı gətirilmiş dəlillər təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə təzyiqlər nəticəsində qoyulması, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində verməsi, göstərilən halın isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İstintaq Təcridxanasında xəsarətlərin aşkar edilməsi ilə təsdiq edildiyi ilə bağlı göstərilmiş hallardan ibarət olmuşdur. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların qanuniliyini şübhə altına almasına dair göstərdiyi bütün dəlillərin hər birini araşdıraraq, bununla bağlı zəruri sorğular verilərək əldə edilmiş sənədlər və işin faktiki halları əsasında göstərilən dəlillər məhkəmə kollegiyası tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ibtidai araşdırma zamanı polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu məcbur qalaraq etiraf etməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən barəsində tərtib edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından və tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs xəsarətlərin aşkar edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən edilmiş həmin xəsarətlərin iş üzrə effektiv araşdırmanın və gəlinmiş qənaət üzrə əhəmiyyətinin nədən ibarət olması ilə bağlı qeyd etmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin üzərinə zorla qoyulmasının və həmin maddənin Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus olmasını etiraf etməsinin hər hansı zorakılıq hərəkətlərinin tətbiq edilməsi ilə baş verməsinin hansı faktlarla təsdiq olunmasının araşdırılmasından ibarətdir. Cinayət törətməkdə şübhəli olan şəxsdə xəsarətlərin mövcudluğu (yalnız bu halın özü) özü-özlüyündə təqdim edilmiş sübutun həqiqiliyinə təsir göstərdiyi və ya sübut əldə edilərkən məhz zorakılıq nəticəsində əldə edilməsini təsdiq edən hal deyil, vacibdir ki, sübutun (təqsirləndirilən şəxsin videoçəkilişlə polis əməkdaşları tərəfindən üstü yoxlanılarkən cinayəti etiraf etməsinin, daha sonra təqdim edilmiş maddəyə baxış keçirilərkən təqsirləndirilən şəxsin yenə də cinayəti etiraf etməsi və sair) zorakılıq nəticəsində əldə edilməsi iş üzrə digər sübutların məcmusu ilə təkzib edilməsin. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqdim edilmiş obyektiv və mötəbər sübutların cinayət işinin materialları əsasında qarşılıqlı şəkildə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2025-ci il tarixdə, saat 12:20-də saxlanılarkən o, ilk öncə polis əməkdaşlarından qaçmağa cəhd edərkən yıxılması nəticəsində onun üz nahiyəsində xəsarətlər yaranmış, daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq video çəkilişlə üstünün yoxlanılması zamanı şalvarının cibindən 01 (bir) bükümdə 2,389 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbiri keçirilərkən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı çəkilmiş video görüntü məhkəmə istintaqı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstü yoxlanıldıqdan sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs saxlanılarkən qaçmaq istəməsinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs isə həmin vaxt üzərində psixotrop maddə olduğuna görə qaçdığını bildirmiş, daha sonra verilən suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində təqdim olunan əşyaya baxış keçirilərkən çəkilmiş video görüntü məhkəmə istintaqı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara baxış keçirildikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs üz nahiyəsindəki göyərmələr barədə sual vermiş, Təqsirləndirilən şəxs həmin zədələrin polis əməkdaşları tərəfindən törədilmədiyini bildirir, həmçinin təhqiqatçının təkrar olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlərin göstərilib-göstərilməməsi barədə verdiyi suala ona qarşı polis tərəfindən heç bir təsir, təzyiq göstərilmədiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara Polis İdarəsində baxış keçirilib başa çatdıqdan sonra bununla bağlı protokol imzalanması üçün Təqsirləndirilən şəxs təqdim edilərkən o, masanın üzərindəki xətkeşlə boğaz və qarın nahiyələrinə xəsarət yetirmək istəmiş, bu zaman onun boğaz və qarın nahiyələrində cızıqlar əmələ gəlmişdir. Göstərilən xəsarətləri Təqsirləndirilən şəxs özü-özünə yetirməsi məhkəmədə dindirilmiş şahidin ifadəsindən başqa, təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq edilmişdir, belə ki, o, məhkəmədə ifadə verərkən həmin vaxt həqiqətən də özünə qəsd etmək istəməsini və özünə xəsarət yetirməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin vaxt aşkar edilmiş qeyd edilən xəsarətlərin hadisələrin məhz qeyd edilən şəkildə cərəyan etməsi nəticəsində baş verməsi həmçinin cinayət işinin materiallaına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X6 ## ###### 2025-ci il tarixli, **** nömrəli məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq həmin xəsarətlərdən kəsilmiş yaraların müayinə olunan şəxsin qeyd etdiyi şəraitdə, yəni dəmir xətkeşin iti kənarının təsirindən əmələ gələ bilməsi və şəxsin özü tərəfindən yetirilməsinin mümkün olduğu, digər xəsarətlərin isə həmçinin şəxsin özünün öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsinin inkar edilməməsi barədə rəyi (iş vərəqə: cild İ, səh. 125-127) ilə də birmənalı şəkildə təsdiq edilmişdir. Göstərilənlərlə əlaqədar həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli, ** nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.” Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təzyiqlər göstərilməsi ilə bağlı ifadəsində göstərdiyi hallarla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material əsasında ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşının izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış həmin material üzrə cinayət hadisəsi olmaması ilə bağlı qərar qəbul edilmiş və qeyd edildiyi kimi nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən həmin qərardan şikayət verilməmişdir. Beləliklə də, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məhkəmə iclasında özünü təqsirli bilmədiyinə, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmadığına, ibtidai araşdırma zamanı polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində həmin psixotrop maddənin ona aid olduğunu bildirməyə məcbur edildiyinə dair göstərdiklərini məhkəmə yuxarıda təsvir edilən işin obyektiv halları əsasında müqayisəli şəkildə qiymətləndirərək həmin ifadələrin həqiqəti əks etdirmədiyi, yalnız Təqsirləndirilən şəxs cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verdiyi, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi olması qənaətinə gəlmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxsin üstü elə saxlanıldığı yerdəcə yoxlanılmış, bu zaman keçirilmiş həmin tədbirlər, daha sonra isə təqdim edilmiş əşyalara baxış keçirilməsi də videoçəkilişlə keçirilmiş, həmin videoçəkilişlər məhkəmə istintaqı zamanı nümayiş olunarkən təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir, göstərilən prosessual hərəkətlər keçirildikdən sonra da Təqsirləndirilən şəxs bütün ifadələri müdafiəçisinin iştirakı ilə verilmişdir. Həmçinin aşkar edilmiş maddi sübut ekspertiza müayinəsinə təqdim olunmuş və ekspert rəyi ilə aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olması təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə iddialarını yuxarıda şərh edilən şəkildə araşdırmış, tibbi sənədlərlə onun bədənində müəyyən xəsarətlərin olması təsdiq edilsə də, həmin xəsarətlərin məhz polis əməkdaşları tərəfindən yetirilməsini təsdiq edən heç bir fakt əldə edilməmiş, yalnız təqsirləndirilən şəxsin subyektiv mülahizələri əsasında polis əməkdaşlarının qanunsuz zor tətbiq etməsi nəticəsinə gəlmək isə mümkün deyildir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin bədənində aşkar olunmuş xəsarətlərlə bağlı xüsusatları ətraflı qiymətləndirərək iş materialları və mötəbər sübutların tədqiq edilməsi nəticəsində müəyyən etmişdir ki, məhkəmə-tibbi ekspertiza rəyində həmin xəsarətlərin şəxsin öz hərəkətləri nəticəsində yaranmasının mümkünlüyü istisna edilməmiş, əksinə bu ehtimal təsdiq olunmuşdur. Eyni zamanda iş üzrə tədqiq edilmiş videoçəkilişlərdən də müəyyən olunmuşdur ki, verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs yıxıldığını təsdiq etmiş və xəsarətləri həmin şəraitdə aldığını özü də bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs digər xəsarətlərlə bağlı məhkəmədə verdiyi ifadəsində də onları polis idarəsində özü özünə yetirdiyini təsdiq etmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin sonradan həmin xəsarətləri polis əməkdaşlarının qanunsuz fiziki təsiri nəticəsində alması barədə irəli sürdüyü iddialar obyektiv sübutlarla təsdiqini tapmır və iş üzrə müəyyən edilmiş faktiki hallarla ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, xəsarətlərin yaranma mexanizmi barədə həm ekspertiza rəyi, həm də video görüntülər qarşılıqlı şəkildə bir-birini tamamlayaraq onların polis zorakılığı nəticəsində deyil, başqa şəraitdə yarandığını təsdiq edir. Birinci instansiya məhkəməsi xüsusilə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin video çəkilişlərlə keçirilən prosessual hərəkətlər zamanı xəsarətlərin yaranma səbəbi barədə göstərdikləri, sonradan məhkəmədə irəli sürdüyü mövqe arasında mövcud olan açıq ziddiyyət onun müdafiə mövqeyinin inandırıcılığını əhəmiyyətli dərəcədə zəiflədir. Şəxsin əvvəlcə yıxılmasını və özünə xəsarət yetirməsini bildirməsi, sonradan isə bunu polis zorakılığı ilə əlaqələndirməyə çalışması məhkəmə tərəfindən məsuliyyətdən yayınmağa yönəlmiş dəyişkən və uyğunlaşdırılmış müdafiə taktikası kimi qiymətləndirilir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin fiziki təzyiqə məruz qalması barədə iddiaları formal xarakter daşıyır, iş üzrə sübutların məcmusu ilə təkzib olunur və ittihamın mötəbərliyini şübhə altına almaq üçün kifayət etmir. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, müdafiə tərəfinin irəli sürdüyü arqumentlər əsasən təqsirləndirilən şəxsin özünün məhkəmədə verdiyi ifadəsinə əsaslanır və həmin xüsusatlar cinayət işi üzrə toplanmış digər sübutlarla təsdiq olunmur. Əksinə, iş üzrə toplanmış sübutların məcmusu – əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, bununla bağlı diskə baxış keçirilməsi haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, maddi sübut, ekspertiza rəyləri, prosessual sənədlər və digər sübutlar bir-biri ilə uyğunluq təşkil edərək təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamasını təsdiq edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrin onun tərəfindən imzalanmaması da məhkəmə tərəfindən ayrıca qiymətləndirilmişdir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, müdafiəçinin iştirakı ilə aparılmış istintaq hərəkətlərində tərtib olunmuş protokolların müdafiəçi tərəfindən imzalanması həmin prosessual hərəkətin həyata keçirilməsini və onun məzmunu ilə tanış olmanı təsdiq edən hallardan biridir. Təqsirləndirilən şəxsin sonradan həmin ifadələrdən imtina etməsi və ya onları imzalamadığını bildirməsi öz özlüyündə həmin sübutların yolverilməz hesab olunmasına və ya cinayət hadisəsinin baş vermədiyi nəticəsinə gəlmək üçün kifayət etmir. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, şəxsin özünü təqsirli bilməməsi və müdafiə mövqeyi seçməsi onun qanunla təmin edilmiş hüququdur. Lakin bu hal yalnız o zaman bəraət üçün əsas ola bilər ki, müdafiə mövqeyi iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunsun və ya ittihamın mötəbərliyini aradan qaldırsın. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər ittiham tərəfinin təqdim etdiyi sübutların inandırıcılığını və qarşılıqlı uyğunluğunu təkzib etmir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadələrini cinayət məsuliyyətindən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirərək onları müdafiə hüququnun həyata keçirilməsi çərçivəsində verilmiş mülahizələr hesab edir və həmin ifadələri təqsirin inkarı üçün kifayət edən əsas kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə əldə edilmiş sübutlar qarşılıqlı uyğunluq, ardıcıllıq və tamamlayıcılıq təşkil edərək təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamasını ağlabatan şübhədən kənar şəkildə təsdiq edir. Məhkəmə xüsusilə vurğulayır ki, yalnız təqsirləndirilən şəxsin subyektiv bəyanatları əsasında iş üzrə mövcud olan digər sübutların hüquqi qüvvəsini və mötəbərliyini aradan qaldırmaq mümkün deyildir. Cinayət mühakimə icraatında hər bir sübut ayrıca deyil, digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməli olduğundan, iş üzrə sübutların məcmusu təqsirləndirilən şəxsin təqsirli olması barədə birmənalı qənaətə gəlməyə kifayət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər qeyd edir ki, müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin ona məxsus olmadığını, polislər tərəfindən üzərinə qoyulduğunu, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona psixi və fiziki təzyiqlər edilərək döyüldüyünü bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyi, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün kifayət qədər araşdrıma aparmış, müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, eləcə də birinci instansiya məhkəməsinin ittiham hökmündə ətraflı təsvir edilmişdir. Apellyasiya baxışı zamanı cinayət işinin materialları nəzərdən keçirilərkən iş üzrə hansı prosessual pozuntuya yol verildiyi müəyyən olunmamış, sübutlar qanunauyğun qaydada toplanmışdır. Apellyasiya şikayətinin dəlilləri müdafiə tərəfinin subyektiv yanaşmasından ibarət olmaqla Təqsirləndirilən şəxs təqsirsizliyinə dair əsaslar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəilə razılaşmaqla bərabər, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-924/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-924/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver