Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-926/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## ###### 1963-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X4 (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X5 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəməyədək icraat zamanı ## ##### 2024-cü il tarixdən ## ##### 2024cü il tarixədək tutularaq saxlanıldığı 3 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbsə alınması hökm edilmişdir. Hökmlə maddi sübut və digər məsələlər də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu aldadaraq ## ### 2015-ci ildə Bakı şəhəri * saylı notariat kontorunda sonuncunun torpaq sahəsini və əmlakını satmasına kömək etməsi üçün verdiyi etibarnamələrdən istifadə edib Zərərçəkmiş şəxs məlumatı və icazəsi olmadan ## ###### 2017-ci il tarixdə ünvan 3 ünvanında 46.87 kvadrat metr sahəsi olan yaşayış sahəsini Bakı şəhəri Heydər Əliyev prospekti 72 ünvanında yerləşən Bakı şəhəri * saylı notariat kontorunda ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi” bağlamaqla 90.000 manata şahid4 İsmayıl oğluna sataraq həmin məbləğdə pulu ələ keçirib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda olmaqla 90.000 (doxsan min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq ## ###### 2018-ci ildə Zərərçəkmiş şəxs “Azərbaycan Beynalxalq Bankında” olan ******************** nömrəli hesabından həmin dövr üçün milli pul vahidi ilə 12.750 manat təşkil edən 7.500 ABŞ dolları məbləğində pulu etibarnamə əsasında sonuncunun məlumatı olmadan çıxarıb ələ keçirmiş, bundan sonra cinayət əməllərini davam etdirib, həmin hesabdan Zərərçəkmiş şəxs məlumatı olmadan 2019-cu ilin fevral ayından may ayının əvvəllərinədək olan müddət ərzində 20.415 manat pulu hissə-hissə çıxarıb ələ keçirdikdən sonra, yenidən cinayət əməlini davam etdirməklə 2019-cu ilin may ayının sonlarında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun yaşadığı ünvan 1 ünvanında 10.000 manat pulu alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 43.165 manat pul vəsaitini ələ keçirib, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda 43.165 (qırx üç min yüz altmış beş) manat maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. ##.##.2024-cü il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs (Zərərçəkmiş şəxs adından) ilə şahid4 İsmayıl oğlu arasında # ###### 2016-cı il tarixdə bağlanmış AN - İ No 0572638 daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs (Təqsirləndirilən şəxs) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 156.61 kv/m, yaşayış sahəsi 116 kv/m, yardımçı sahəsi 40.61 kv/m olan 5 otaqlı mənzilin paylı tam mülkiyyət üzrə ona məxsus hissəsindən 26/80 hissəni (50.9 kv/m) alıcı şahid4 İsmayıl oğluna 100000 manat 00 qəpik (bir yüz min manat sıfır qəpik) qiymətinə satmışdır. İş materiallarına əlavə edilmiş X13, şahid2 və X3 əvəzinə şahid1 (satıcılar) ilə şahid4 İsmayıl oğlu arasında ## ###### 2017-ci il tarixdə bağlanmış AN - İ No 0591556 Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X13, şahid2 və X3 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv/m, yaşayış sahəsi 37 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onların hər birinə məxsus 1/16 hissəni (4.61 kv/m) alıcı şahid4 İsmayıl oğluna 27075 manat 00 qəpik (iyirmi yeddi min yetmiş beş manat sıfır qəpik) qiymətinə satmışdır. Təqsirləndirlən şəxs ilə zərərçəkmiş şəxs arasındaki münasibətlərin xronoloiji ardıcıllığını nəzərə alındıqda, həmçinin satılan əmlakların paylı mülkiyyət olduğu nəzərə alındığından ## ###### 2017-ci il tarixdə ünvan 2 ünvanında 46.87 kvadrat metr sahəsi olan yaşayış sahəsini Bakı şəhəri Heydər Əliyev prospekti 72 Ünvanında yerləşən Bakı şəhəri * saylı notariat kontorunda ******* nömrəli "Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi" ilə Zərərçəkmiş şəxs məlumatı və icazəsi olmadan satılması həqiqəti əks etdirmir. Tərəflər arasında həmin dövrdə münasibətlər yaxşı olmuş, təqsirləndirlən şəxs zərərçəkmiş şəxsin məlumatı və icazəsi əsasında həmin daşınmaz əmlakı sataraq alınan pul vəsaitininin bir hissəsini zərərçəkmiş şəxsin borcuna, geri qalan hissəsini isə zərərçəkmiş şəxsin özünə vermişdir.Həmçinin satılmış daşınmaz əmlakın içəsindəki daşınar əşyaların boşaldılması prosessində zərərçəkmiş şəxs özü şəxsən iştirak etmişdir. Etibarnamə verilmiş şəxs (etibarlı nümayəndə) yalnız sənəddə dəqiq göstərilən həddə və səlahiyyətlər çərçivəsində hərəkətlər edə bilər. O, etibarnaməni verən şəxsi (etibar edəni) üçüncü şəxslər qarşısında təmsil edərək müvafiq hüquqi əməliyyatları (imzalamaq, idarə etmək, əmlakı almaq və ya satmaq kimi) həyata keçirir. Təqsirləndirlən şəxs ona verilmiş etibarnamədən kənara çıxmamış, qanunvericiliyin tələblərinə uyğun olaraq etibarnamə əsasında hərəkət etmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu məhkəmə baxış iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək, Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və onu xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, işin digər mühüm və diqqətə layiq hallarını, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkünlüyünü nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməli, hökmlə ona təyin olunmuş cəza sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məzmununun təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, həmin dəlilləri təkzib edəcək birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hissəsini tam təkrarlamamaqla, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bəzi məqamları hazırki qərarda qeyd etməyi zəruri və əsaslı hesab edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəməyədək ifadəsində göstərmişdir ki, həyat yoldaşı X11 və oğlu Sərxan Mayılov ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 10-15 ildir tanıyır, sonuncuya məxsus Məmmədli kəndində yerləşən torpaq səhəsini satmaqda Zərərçəkmiş şəxs köməklik göstərmiş, ailələri arasında çox yaxın münasibətləri olmuşdur. Lidiya əri öldükdən sonra misirli bir nəfər şəxsə ərə gedərək Bakı şəhəri H.Əliyev prospekti ** №-li evin 22-ci mənzilini ona tapşırmış, habelə Lidiyanın təklifi ilə onun evinə köçüb orada yaşamış, həmin mənzil 3 otaqdan ibarət olmuşdur. Dəqiq xatırlamadığı tarixdə, təxminən 5-6 il əvvəl X1 Respublikasından qayıtdıqdan sonra həmin mənzildə birlikdə yaşamışlar. Lidiya qeyd edilən mənzili ona satmağı təklif etmiş və onunla evi 200.000 manata satın almağa razılaşmış, habelə Lidiyaya 195.000 manat pul vermiş, lakin aralarında alqı-satqı müqaviləsi olmamış, sözlü razılıq əsasında həmin pulu ona vermişdir. Lidiya ona ögey uşaqları soruşarsa, evi 100.000 manata aldığını bildirməsini tapşırmışdır. Lidiya mərhum ərinin 3 uşağı olduğunu, onların da həmin evin vərəsəsi hesab olunduğunu demişdir. O, pulu Lildiyaya verdikdən sonra alqı-satqı etmək istəmiş, lakin vərəsələr razılıq verməyərək gələcəkdə həmin evdə özlərinin yaşayacaqlarını bildirmişlər. Bu səbəbdən evin alqı-satqısı baş tutmamışdır. Vəziyyəti belə görüb bankda yoxlatmış və banka qoyduğu 195.000 manat puldan 35.000 manat pul qaldığını görmüş, həmin pulu bankdan çıxarmışdır. Lidiya ilə evi razılaşdırdıqdan və ona 195.000 manat verdikdən sonra sonuncu başqa bir nəfərlə evlənmək istədiyini bildirmiş, bu səbəbdən ailəsi ilə birlikdə evdən çıxmışdır. Daha sonra ondan pulu tələb etmişdir. Onun Lidiyaya heç bir borcu yoxdur, əgər Lidiya həmin evi ona verərsə, aralarında olan razılaşmaya əsasən qalan 50.000 manat pulu verməyə hazırdır. Yəni evi 200.000 manata danışmış, Zərərçəkmiş şəxs 165.000 manatı götürmüş, yenə 50.000 manatı ona verə bilər. Ona xatırlamadığı şəxslər X6 Respublikasında ərinə ev almaq istədiyini bildirmiş, o da ev üçün verdiyi puldan narahat olduğundan pulu bankdan çıxarmaq qərarına gəlmişdir. O, banka yaxınlaşıb hesabda qalan pulu yoxladıqda orada 35.000 manat pul qaldığını görmüş, pulunu riskə atmamaq üçün həmin məbləğdə, yəni 35.000 manat pulu çıxarmış, başqa çıxarılan pullardan isə xəbəri yoxdur. Zərərçəkmiş şəxs 2019-cu may ayının sonlarında ünvan 1 ünvanında 10.000 manat pul alması ilə bağlı heç nə xatırlamır. Yadına gəldiyi qədər ondan pul almamışdır. ünvan 8 ünvanında 46.87 kvadrat metr sahəsi olan obyekti Zərərçəkmiş şəxs xəbəri olduğu halda satmış, həmin puldan 18.000 manatını onun borcuna vermiş, qalan pulları isə Misir Ərəb Respublikasından gəldikdən sonra Lidiyaya öz evində vermişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən artıq müddətdir tanıyır, sonuncuya məxsus torpaq sahəsini satmaqda ona köməklik etmişdir. Belə ki, Lidiyanın əri öldükdən sonra Lidiya misirli kişiyə ərə getmiş, həmin vaxt Bakıda yerləşən mənzilini ona tapşırmış, Misirdən qayıdandan sonra isə həmin mənzildə birlikdə yaşamışlar. Lidiya mənzilini təxminən 200.000 manata satmaq istəmiş, o da həmin mənzili almaq üçün Lidiya ilə razılaşaraq ona 195.000 manat pul vermiş, lakin aralarında alqı-satqı olmamışdır. Lidiya ona ögey uşaqları mənzil barədə soruşarsa, evi 100.000 manata aldığını deməsini bildirmişdir. Lidiyanın vərəsələri evin alqı-satqısına icazə vermədiklərinə görə alqı-satqını həyata keçirə bilməmişdir. Lidiya Misirdən qayıtdıqdan sonra banka qoyduğu 195.000 manat pulu yoxlamış, bu zaman bankda cəmi 35.000 manat pul qaldığını görüb həmin pulu bankdan çıxarmışdır. O, Lidiya ilə ev barədə razılığa gəldikdən və ona 195.000 manat verdikdən sonra Lidiya başqa bir nəfərlə evlənmək istədiyini, ailəsi ilə birlikdə evdən çıxmasını istəmiş, bu səbəbdən o da Lidiyadan pulunu tələb etmişdir. Onun Lidiyaya heç bir borcu yoxdur, əksinə Lidiyanın ona verəcəyi vardır. Əgər Lidiya razılaşdıqları kimi evi ona verərsə qalan pulu Lidiyaya qaytarmağa hazırdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, 1-ci epizod üzrə mənzil Nəsimi rayonu ərazisində yerləşmiş, həmin yer mənzil deyil, iş yeri - ofis olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən mənzillə bağlı müqavilə bağlanmış, həmin mənzil onun tərəfindən şahid4 satılmışdır. 2000 manat dövlət rüsumuna ödənilmiş, sonradan Zərərçəkmiş şəxs özünün razılığı əsasında 58.000 manat həmin adama verilmiş, habelə yenə də həmin adama 12.000 manat pul ödəmiş, qalan pulu isə Lidiyanın özünə sayıb vermişdir. 2-ci epizodla bağlı “Azərbaycan Beynəlxalq Bankda” olan hesabdan öz işi ilə əlaqədar pul götürmüşdür. O, Zərərçəkmiş şəxs 195.000 manat məbləğində pul vermiş, pulu verməkdə məqsədi Zərərçəkmiş şəxs vəfat etdikdən sonra həmin evi özünün əldə etməsi olmuşdur. Lidiya 5 il Misir Ərəb Respublikasında yaşamış, Misirə gedərkən evin sənədlərini alqı-satqı etməsi üçün ona vermiş, o da həmin sənədləri notariusda yoxlatdırarkən 3 nəfər vərəsənin olması, həmçinin onların da gəlib qol çəkməli olması bildirilmişdir. Bundan sonra o, vərəsələrin gəlib qol çəkməli olması barədə bildirmək üçün Lidiya ilə əlaqə yaratmışdır. Həmin vaxtlarda ona X6 Respublikasında ev alması məlum olmuşdur. Ona “Sən bu evi adına keçirə bilmədin, sən də yoxla görək bu sənin pulunu götürüb xərcləyib, yoxsa yox” deyilmiş, o da bankda yoxlama apardıqda orada 35.000 manat olduğunu görmüş, özünə də lazım olduğundan, həmçinin 160.000 manat pulunun getdiyini, Lidiya gələndən sonra vərəsələrə pulu haradan verəcəyini düşünərək pulu çəkmiş, ibtidai istintaq zamanı ifadədələrində 50.000 manat verəcəyini də məhz bu səbəbə görə yazmışdır. 2019-cu ilin may ayında Zərərçəkmiş şəxs burada olub-olmaması yadında deyildir, həmin ərəfədə ondan 10.000 manat pul almamışdır. Zərərçəkmiş şəxs pul qaytarmasına dair hər hansı qəbz yoxdur. Zərərçəkmiş şəxs ilə aralarında qarşılıqlı etibar olduğundan hər hansı sənədə imza çəkdirməmiş, eləcə də onun Zərərçəkmiş şəxs pul alarkən hər hansı qəbzə qol çəkməsini xatırlamır. O, Zərərçəkmiş şəxs ilə əvvəllər 7 il bacı-qardaş kimi birlikdə yaşamışlar. Lidiya ona notarial qaydada vəsiyyətnamə vermiş, habelə hər dəfə müəyyən səhvlərə yol verməsini göstərərək vəsiyyətnaməni 5 dəfə dəyişmişdir. Həmin vəsiyyətnamədə Zərərçəkmiş şəxs rəhmətə getdikdən sonra sonuncuya məxsus hər şeyin ona qalması qeyd olunmuşdur. Lidiya vəsiyyətnaməni ona vermiş, vərəsələri qol çəkməyəcəyi halda isə Andrey adında oğlunun ona köməklik edəcəyini qeyd etmişdir. 35.000 manatı bankdan çıxarması barədə Lidiyaya gələndən sonra məlumat vermişdir. Zərərçəkmiş şəxs evi, torpaqları, habelə 2-3 bankda hesabları olmuşdur. Vəsiyyətnamə ona verilərkən Lidiyanın torpaq mübahisəsi məsələsi olmuş, həmin torpağın çıxarışı olmamışdır. O, Zərərçəkmiş şəxs 195.000 manatı yaşadığı evi almaq üçün halallıq adı ilə vermişdir. O, Lidiyaya pul verərkən evin qiyməti 120.000 manat olmuş, lakin Lidiya evini 195.000 manat qiymətləndirmiş, onun da xoşuna gəlmişdir. Lidiya Misirə gedərkən evi istədiyi adamın adına keçirməsi üçün sənədləri ona vermiş, o da notariusa getmiş, orada vərəsələrin gəlib qol çəkməli olması bildirilmişdir. Çıxarışda vərəsələrin də adı qeyd olunmuş, əmlak paylı mülkiyyətdə olmuşdur. Daha sonra 28 Mayda yerləşən əmlakı satılarkən vərəsələr gəlib qol çəkmiş, orada aralarında anlaşılmazlıq yaranmışdır. Lidiya evin kvadratını ona 1000 manatdan satmış, orada Məryəmnisə xanım 2500 manatdan pulunu götürmüşdür. Həmin evi 115.000 manata satmış, vərəsələr 29.000 manat pay götürmüş, 18.000 manat da Məryamnisəyə qol çəkməsi üçün pul vermişlər. O, hazırkı işdən əvvəl təxminən 2-3 il müddətində icra hakimiyyətində mühasib kimi fəaliyyət göstərmişdir. Lidiyanın ona 195.000 manat borcu vardır, lakin həmin borcu sənədlərlə sübut edə bilmir. Lidiya tərəfindən ona 2035-ci il tarixədək etibarnamə verilmişdir. Lidiya ilə vərəsələrin notariusa gəlib qol çəkəcəklərinə dair razılığa gəlmiş, lakin vərəsələr qol çəkmədiklərinə görə alqı-satqı baş tutmamışdır. Onun Lidiyaya pul ödəməsinə dair bank çeki vardır, həmin sənədi məhkəməyə təqdim etmişdir. Lidiya Misirdə yaşadığı Məhəmməd adlı həyat yoldaşı vəfat etdikdən sonra Bakı şəhərinə qayıtmış, 1-2 il keçəndən sonra isə evlənmək istədiyini bildirmiş, o da bunu qəbul etməyərək yoldaşı olan yerdə ailəsi ilə burada qala bilməyəcəyini bilmiş və bu adla da oradan çıxmışdır. Onun etibarnaməsi və vəsiyyətnaməsi vardır, həmin etibarnamənin qüvvədə olub-olmamasını bilmir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs ona 18.000 manat borcu olmuş, şahid4 ilə birlikdə həmin borcu bağlamışdır. Zərərçəkmiş şəxs 75 yaşında Məhəmmədlə ailə qurmuş, sonuncu öldükdən sonra 2 il müddətinə onunla birlikdə yaşamış, daha sonra isə ona başqa şəxslə səmimiyyət qurmaq istədiyini bildirmiş, həmin vaxt Lidiyanın 80 yaşı olmuşdur. Hazırda Lidiya ilə barışmamış, lakin aralarında bu məqsədlə danışıqlar gedir. O, müstəntiq tərəfindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində Zərərçəkmiş şəxs ilə üzləşdirilmiş, lakin sonuncunun üzləşdirmə istintaq hərəkəti zamanı ona dediklərini xatırlamır. şahid4 ifadəsində göstərdiyi xüsusatlarda ziddiyyətli hissələr vardır. Beləki, şahid4 Zərərçəkmiş şəxs görmüş, lakin ifadəsində guya Lidiyanı görmədiyini bildirmişdir. Asifə Mayılova (tanışlar arasında Yaqut kimi tanınır) onun həyat yoldaşıdır. Andrey Quliyevi görmüş, sonuncu Rusiyada yaşayır. Arvadı ilə evin alqı-satqısı barədə söhbəti olmamışdır. Zərərçəkmiş şəxs ona 2-3 dəfə etibarnamə vermişdir. Zərərçəkmiş şəxs sonuncu dəfə Misirə gedərkən evi öz adına keçirmək üçün ona etibarnamə vermişdir. şahid2 doğru danışmır. Məryamnisə Hüseynquliyeva ondan pul almışdır. Zərərçəkmiş şəxs Məryamnisə Hüseynquliyevaya borcu olmuş, o da həmin borcu Məryamnisə Hüseynquliyevaya ödəmişdir. Daha sonra isə Məryamnisə Hüseynquliyevadan həmin pulu ödəməsi ilə bağlı sənəd istəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini və hazırkı işin mülki məsələ olduğunu bildirərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mərhum həyat yoldaşı X2 tanışı olmuş, əri Zakir Quliyev 2010-cu ildə vəfat etmişdir. Təqsirləndirilən şəxs ilə tanışlığı Məmmədli kəndində yerləşən torpaq sahəsinin satılması ilə əlaqədar olmuşdur. Belə ki, həyat yoldaşı həmin torpaq sahəsini satmaq istəmiş, dostları da makler kimi Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt əri xəstə olduğundan ona etirbarnamə vermiş, Əlizamin həmin torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsi ilə əlaqədar ona qarşı heç bir tələbi və şikayəti yoxdur. O, yazıçıdır və buraxdığı kitablarından kifayət qədər qonorar almışdır. Eyni zamanda onun həyat yoldaşı da yazıçı olmuşdur. Əlizamin və ailəsi bunu bilmişdir. Təqsirləndirilən şəxsla yaxın münasibəti yaranmış, sonuncunun çox ağır mənzil şəraitini görüb dəqiq tarixi xatırlamadığı tarixdə, təxminən 2012-ci ildə onlara gəlib onunla bir mənzildə yaşamalarını təklif etmişdir. 2013-cü ildə özünə məxsus Məmmədlidə yerləşən 1 hektardan çox torpaq sahəsini xatırlamadığı şəxsə Əlizaminin vasitəsi ilə təqribən 200.000 manata satmışdır. Bundan sonra o, Əlizaminlə birlikdə 148.242 manatı onun hesabına köçürməyə getmiş, bankda Əlizaminin adına vermiş olduğu etibarnamə əsasında Əlizamin onun iştirakı ilə sonuncu məbləği özünün (Zərərçəkmiş şəxs) hesabına köçürmüşdür. Əlizamin, həyat yoldaşı Asifə və iki uşağı onun evinə köçmüş, altı il, yəni 2019cu ilədək onunla bir evdə yaşamış, lakin həmin dövrədək Əlizaminin onun hesabından pul çıxardığını bilməmişdir. Belə ki, Əlizaminin həyat yoldaşı ondan biznes quracaqları adı ilə pul istəmiş, o da sonuncularla yaxın münasibətinin olmasını nəzərə alaraq birinci dəfə Əlizaminə 25.000 manat, sonra isə arvadı Asifəyə saxlaması üçün 5.000 manat və 5.000 ABŞ dolları məbləğində pullar vermiş, lakin ona həmin pulları banka qoyacaqlarını, istənilən vaxt həmin pulları çıxarıb ona verəcəklərini bildirmişlər. Onlar maşın biznesi ilə məşğul olacaqlarını demişdir. 2019-cu ilin may ayında o, bankda öz şəxsi hesabını yoxlayarkən hesabından təxminən 40.000 manat pulun Əlizamin tərəfindən çıxarıldığını müəyyən etmişdir. Bundan sonra Əlizaminlə görüşərək ondan pulu çıxarıb-çıxarmadığını soruşduqda Əlizamin 40.000 manat pulu götürdüyünü etiraf etmiş və ondan yenidən 10.000 manat pul istəyərək 3 ədəd avtomobilinin təmir olunmalı olduğunu, həmin maşınları satdıqdan sonra isə ona olan 50.000 manat borcunu bir dəfəyə qaytaracağını bildirmişdir. O, pulunu almaq üçün Əlizaminlə razılaşmış və Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti bina 78, mənzil 22-də 10.000 manat pulu nağd şəkildə ona vermişdir. Bundan sonra Əlizamin ona 50.000 manat pul alması barədə qəbz yazmış və imzalamışdır. Bundan bir müddət sonra bankdan çıxarış aldıqda hesablamalardan Əlizaminin onun hesabından 50.000 deyil, təxminən 63.275 manat pul çıxarması məlum olmuşdur. Əlizaminin ona yalan danışdığını bildiyindən ona olan etibarnaməni notarial qayda da ləğv etmək üçün xatırlamadığı notariusa getmiş, orada Əlizaminin onun etibarnaməsi vasitəsilə özünün (Zərərçəkmiş şəxs) adında olan ünvan 10 ünvanında yerləşən obyekti də satması bildirilmişdir. Əlizamin bu barədə hər hansı məlumatının olmadığını bildirdikdə ona arxiv sənədləri təqdim edilmiş, sənədlərdən həmin obyektin Əlizamin tərəfindən 90.000 manata tanımadığı şəxsə satıldığı məlum olmuşdur. Əlizamin onun etibarından sui-istifadə edərək ona məxsus təxminən 153.275 manat pulu ələ keçirib ona qarşı dələduzluq etməklə pulunu ələ keçirmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, iki həftə əvvəl Təqsirləndirilən şəxs iki dəfə arvadı ilə birlikdə onun evində olmuş, sonuncu pulun qaytarılması üçün ona 2 həftə vaxt verməsini xahiş edib yalvarmış, o da Təqsirləndirilən şəxs məhkəmə olmadan bu məsələni həll edə bilməyəcəyini, həmin məsələnin məhkəmə tərəfindən həll edildiyini, habelə ona borcunun olmasına dair ərizə təqdim etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxs sadəcə nəsə olmaması üçün “hə” deməyi üçün yalvarmış, o da heç nə deməyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla ərinin dostları vasitəsilə tanış olmaqla onu uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs barəsində ona yaxşı makler olduğu və ona kömək edə biləcəyi deyilmişdir. Təqsirləndirilən şəxs köməyi ilə xatırılamadığı tarixdə torpaq satmışdır. Hər şey normal və yaxşı olmuşdur. O, Misirdən gəldikdən sonra diz oynaqlarında olan artroz xəstəliyinə görə dizlərini əməliyyat etdirmək qərarına gələrək banka getmiş, orada ona pulu olmadığı və təqsirləndirilən şəxsin onun pulunu götürdüyü bildirilmişdir. O, bankdan evə gəldikdən sonra təqsirləndirilən şəxsdən pulların harada olduğunu soruşmuş, sonuncu da pulları götürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs pullarını niyə götürməsi barədə soruşduqda sonuncu “Mənə lazım idi” cavabını vermişdir. O, Təqsirləndirilən şəxs yalnız ondan soruşduqdan sonra pulunu götürməli olduğunu bildirmişdir. Qeyd olunan səbəbdən o, dizlərini əməliyyat etdirə bilməmiş, əməliyyat üçün təqsirləndirilən şəxsdən ona pul verməsini istəmiş, lakin sonuncu özünə 30.000 manat borclu olduqlarını bildirərək ona pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs artıq beş ildir ona pulları verəcəyini bildirir. O, Təqsirləndirilən şəxs etdiklərini bağışladığını bildirərək 28 May küçəsində yerləşən, nəşriyyat kimi fəaliyyət göstərən obyektin ikinci hissəsinin pullarının harada olduğunu soruşmağa başlamış, o da həmin obyekti satmadığını bildirmiş, habelə bu barədə təkrarən soruşduqda yenə də eyni cavabı vermişdir. Təqsirləndirilən şəxs ona üç il yalandan guya həmin yeri satmadığını demişdir. O, evinin yanında yerləşən * saylı notariusa gedib orada obyektin satılıb-satılmaması ilə maraqlandıqda obyektin şahid4 adlı şəxsə satıldığını, şahid4 pul alınıb depozitə qoyulduğu bildirilmişdir. O, ümumiyyətlə nə baş verməsini soruşduqda Təqsirləndirilən şəxs həmin pulları götürüb xərcləməsi məlum olmuşdur. O, təqsirləndirilən şəxsdən həmin obyekti satıbsatmadığını soruşduqda sonuncu əvvəlcə inkar etsə də, sonradan satdığını etiraf etmişdir. O, Təqsirləndirilən şəxs onun həmin obyekti satmasına dair sənədlərin onda olduğunu bildirərək həmin pulların harada olduğunu soruşduqda təqsirləndirilən şəxs “Mənə lazım idi” deyərək 30.000 manat pul alıb verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs hələ də eyni sözləri deməyə davam edir. Təqsirləndirilən şəxs iki həftə əvvəl arvadı ilə birlikdə onun evinə gələrkən arvadı ona narahat olmamasını deyərək Əlizaminin pulu olduğunu və olacağını, həmçinin şəhərin mərkəzində kiçik evləri olduğunu, övladlarının da evinin olduğunu demişdir. Bildiyinə görə Əlizaminin “Baksovetdə” 50.000 manat pulu vardır, lakin həmin məbləğ az olduğu üçün həmin pulu götürmək istəmir. Həmçinin, Təqsirləndirilən şəxs Sabirabad rayonunda kiçik həyət evi və yaxşı torpaq sahəsi də vardır, özü də orada olmuşdur. Təqsirləndirilən şəxs pulunun olmasına baxmayaraq hansı səbəbdən onun pulunu qaytarmamasını başa düşmür. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Əlizaminin ilk dəfə torpaq sahəsini hansı məbləğə satmasına dair onda sənəd vardır. Təqsirləndirilən şəxs ilk dəfə torpağı 240.000 manat məbləğinə sataraq həmin pulu bank köçürməsi vasitəsilə öz (Əlizaminin) adına köçürmüş, daha sonra isə öz adından onun (Lidiyanın) adına köçürmüşdür. Həmin köçürülməyə dair sənəd həm onun özündə, həm də Təqsirləndirilən şəxs vardır. O, 28 May küçəsində yerləşən əmlakın şahid4 adlı şəxsə satıldığını bilməmiş, bu barədə notariusda olarkən məlumat almışdır. Əlizamin axıra qədər yalan danışmış, hətta Allaha and içərək satmadığını təkrarlamışdır. O, ittihamda göstərilən 43.165 manat pulu da Əlizamindən tələb edir. 28 May küçəsində yerləşən 90.000 manata satılan obyekt nəşriyyat kimi fəaliyyət göstərmişdir. O, Misirə gedərkən Əlizaminə həmin obyektdə olan əşyaları satmasını demiş, Əlizamin oranın açarını götürmüş və başqa heç kəsi ora buraxmamışdır. Əlizamin hazırkı hadisəyə qədər orada olan iki ədəd toxuculuq dəzgahını satmış, lakin şkaflara və güzgülərə toxunmamış, hər şey olduğu kimi orada qalmışdır. Həmin obyektin satılması ilə bağlı onun razılığı olmuş, bunun üçün Təqsirləndirilən şəxs etibarnamə vermiş, lakin ona obyekti satmamışdan əvvəl onunla birlikdə qərar verməli olduğunu bildirmiş, bununla belə Təqsirləndirilən şəxs hər şeyi onun xəbəri olmadan etmişdir. O, Qərənfil Quliyevanı, şahid2 və X3 tanıyır. 28 May küçəsində yerləşən obyektin ilk öncə yarısı, daha sonra digər yarısı satılmışdır. Həmin obyektin satılmış birinci hissəsinə qarşı heç bir iddiası yoxdur. Lakin həmin obyektin satılan ikinci hissəsindən ona heç bir məbləğdə pul verilməmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, təqsirləndirilən şəxsdən verilən etibarnamə əsasında şahid4 90.000 manata satılan obyektin pulunu tələb edir. İbtidai istintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirir. Təqsirləndirilən şəxs başqa digər şəxslərə makler kimi fəaliyyət göstərmələri üçün etibarnamə verməmişdir. O, tam sağlam olmaqla şüuru yerindədir. Hazırda da hekayə və şeir yazır, kitabları çap olunur. O, Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona vurulmuş ziyanın qaytarılmasını tələb edir. X12 və şahid2 ilə normal münasibəti vardır, obyektin satışı ilə bağlı sonunculara çatmalı olan məbləği onlara vermişdir. Hazırda həmin şəxslərə nə zaman pul verdiyini xatırlamır. O, şahid4 tanıyır, sonuncu onların nəşriyyatının yanında yerləşən çayxanada işləmişdir. Namiq ona zəng edib Əlizaminin onun yanına getdiyini, oranın hamısının sonuncuya məxsus olduğunu və ona sata biləcəyini bildirdiyini demişdir. Namiq ondan “Lidiya xanım olmadan?” deyə soruşduqda Əlizamin “Bəli, mən Lidiya xanım olmadan satacağam” demişdir. Abşeronda yerləşən torpaq sahəsinin satışı ilə bağlı Təqsirləndirilən şəxs borclarını bağışlamışdır. 2013-cü ildə Abşeron rayonunun Məmmədli kəndində yerləşən torpaq sahəsi satılarkən Əlizaminə etibarnamə verilmiş, həmin torpağın satışına görə 240.000 manat məbləği öz hesabına köçürtmüşdür. Həmin vaxt alqı-satqıda özü iştirak etməmiş, hər şeyi Təqsirləndirilən şəxs etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Zərərçəkmiş şəxs atasının vasitəsilə tanımışdır. Lidiya ölkədə olmadığı müddətdə atası və anası bir müddət onun evində yaşamışdır. Zərərçəkmiş şəxs bir müddət Misirdə və Rusiyada yaşamış, mütəmadi olaraq ölkəyə gəlibgetmişdir. O, Zərərçəkmiş şəxs 2019-cu ildə, dəqiq tarixi xatırlamadığı vaxtda 3.000 manat məbləğində borc pul istəmiş, Lidiya da həmin pulu ona vermiş, lakin qeyd olunan məbləğdə pulu nəyə görə istədiyini dəqiq xatırlamır. O, Lidiyadan 30.000 manat məbləğində pul almamışdır. Ona təqdim edilmiş qəbzə baxmış, həmin qəbzi şəxsən özü yazmaqla xətt özünə məxsusdur, həmin qəbzdə otuz min yazısında olan 3 rəqəmi onun tərəfindən yazılsa da, “0” rəqəminin isə onun tərəfindən yazılmasını, eləcə də qəbzdəki imzanın da onun tərəfindən yazılmasını xatırlamır. Atası və anasının Lidiyadan pul götürməsindən xəbəri yoxdur. Lidiyadan götürdüyü 3.000 manat pulun 2.000 manatını Lidiyanın torpaq işinə görə Rüfət adlı şəxsə ödəmişdir. Ondan sonra Lidiya ona 2-3 dəfə zəng vuraraq pul istəmiş, sonuncu dəfə təxminən 4-5 ay əvvəl Lidiya onların evinə gəlib ondan 200 manat müalicə üçün pul istəmiş, o da imkan olanda verəcəyini bildirmiş, lakin imkanı olmadığından verə bilməmişdir. Rüfət adlı şəxsi tanımır, 2.000 manat pulu icra məmuruna vermişdir. Verilən suallara cavab olaraq şahid Y.Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs 2014-cü ildən tanıyır. Atası və anası Zərərçəkmiş şəxs öz istəyi ilə orada yaşamışdır. Atası ona evin pulunun hamısının Zərərçəkmiş şəxs verildiyini bildirdikdə ondan həmin halı, yəni pulu vermələri faktını sonradan necə sübut edə biləcəklərini soruşmuş, bu zaman atası aralarında mülki etibarnamə olduğunu, bank yolu ilə pulu ödədiyini demişdir. O, avtomobilində yaranmış nasazlıqla əlaqədar Zərərçəkmiş şəxs 3000 manat məbləğində borc pul almış, pulu qaytarmaq istəyəndə Zərərçəkmiş şəxs Rusiyada olmuşdur. Səhv etmirsə, keçirilmiş məhkəmə prosesləri nəticəsində Zərərçəkmiş şəxs uduzmuş, məhkəmə nə qədərsə pulu atasına ayırmış, amma iş Zərərçəkmiş şəxs aid olmuş, bu səbəbdən o, Nəsimi icra şöbəsində həmin puldan 2200-2300 manat ödəmişdir. O, Zərərçəkmiş şəxs 3000 manat götürməklə bu barədə ona iltizam vermişdir. Zərərçəkmiş şəxs 30.000 manat götürməmiş, aralarında hər hansı güclü etibar münasibətləri olmadığından heç Zərərçəkmiş şəxs özü də həmin məbləğdə pulu ona verməzdi. Zərərçəkmiş şəxs ondan borc istədiyi vaxtlar da olmuş, lakin maddi vəziyyətinin yaxşı olmadığını bildirərək verməmişdir. O, 3000 manat məbləğində borcun 2200 və ya 2300 manatını icra məmuruna vermiş, həmin pulu icra məmuruna verəndə qəbz almış, habelə bu barədə Zərərçəkmiş şəxs da məlumat vermişdir. O, xaricdə yaşamaqla arabir gəlib-getdiyindən demək olar ki, ailəsi ilə birlikdə həmin evdə yaşamamışdır. Atası ilə Zərərçəkmiş şəxs arasında olan söhbətlərdən xəbəri olmuşdur. 30.000 manatla bağlı olan qəbzi özü yazmamış, həmin məsələ ilə bağlı etiraz etmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılmışdır. İsgəndər adlı şəxs pulun qaytarılması ilə bağlı ona hədə-qorxu etmək üçün ünvanına gəlmişdir. Zərərçəkmiş şəxs İskəndər adlı şəxsi tanımadığını və sonuncunu onun evinə göndərməməsini bildirmişdir. Verilən suallara cavab olaraq şahid Y.Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir evdə yaşayan bir ailə kimi olmuşlar. O, xaricdə yaşamaqla 2016-cı ildə xaricdən gəlmiş, hadisə vaxtı xaricdə olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan iddia əsassızdır. Onun yaşadığı yer Sabunçu rayonu Zabrat qəsəbəsi Kərim Kərimov küçəsində yerləşir. Zərərçəkmiş şəxs ilə yaşadıqları vaxtda Zabrat qəsəbəsində başqa evləri olmuş, lakin Zərərçəkmiş şəxs israrı ilə onunla yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs Misirə gedərkən ev boş qalmasın deyə onlara əmanət etmişdir. Zərərçəkmiş şəxs evində müvəqqəti olaraq 1-2 ay qalmış, 2014-cü ildən bəri arabir Azərbaycana gəlib-getmiş, Zərərçəkmiş şəxs da həmin vaxt tanımışdır. Zərərçəkmiş şəxs başqa məhkəmə prosesinə görə icraçıya təzminat ödəmişdir. Zərərçəkmiş şəxs ondan 3 000 manat istəmiş, o da pulu təzminat kimi verməsini izah etmişdir. Şimali Kiprdə yaşamaqla orada təhsil almışdır. Qanuni nümayəndə İsgəndər kimi tanımışdır. Evin satılması ilə bağlı bankdan pul götürülməsi barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs evi onların adına keçirməkdə israr etmişdir. Atası onda qəbz olduğunu bildirmişdir. Onun pula ehtiyacı olmamışdır. Zərərçəkmiş şəxs ona 30 000 manat pul verməyi əsassızdır, sonuncu ona yalnız 3 000 manat məbləğində pul vermişdir. Atasının banka pul qoyub ev alması barədə məlumatı yoxdur. 28 May ərazisində yerləşən evləri kiçik olduğundan atası evi onun üçün almaq istəmiş, lakin özü xaricdə olduğundan proseslərdən xəbəri olmamışdır. 2015-ci ildə atasının 90 000 manat pulu olmuşdur. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Quliyeva-X16 ifadəsində göstərdi ki, ünvan 8 ünvanında yerləşən mənzilin alqı-satqısı olarkən onun 16 yaşı olmuş, həmin alqısatqı ilə bağlı danışıqları onun adından anası həyata keçirmiş, lakin alqı-satqı məsələsində onların söz haqqı olmamış, yalnız Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs çağırdıqda notariusa getmişlər. Mənzil alqı-satqısı ilə bağlı bütün məsələləri Təqsirləndirilən şəxs həyata keçirmişdir. Zərərçəkmiş şəxs ilə onun arasında hər hansı pul söhbəti olmamışdır. Əgər notariusda hər hansı məbləğdə pul verilmişdirsə, rəsmi qaydada götürmüşlər. Onun xatırladığı qədəri ilə həmin vaxt yaşları çatmadığından anasına iki dəfə pul verilmiş, daha sonra isə həmin pulu Təqsirləndirilən şəxs bankın qabağında onlardan almışdır. Əlizamin pulu istədikdə həmin vaxtlarda Zərərçəkmiş şəxs ilə araları yaxşı olduğundan anası da pulu vermişdir. Daha sonra anası onun adından Əlizaminə və ya Zərərçəkmiş şəxs ümumi etibarnamə verildiyini öyrənərək əsəbləşmiş və Zərərçəkmiş şəxs ilə əlaqəni kəsmişdir. Anasının adından ümumi etirbarnamənin necə rəsmiləşdiyini bilmir. Anasının sözünə əsasən Əlizaminin bankın qarşısında anasından pul aldığını bilir. Onlar notariusa Təqsirləndirilən şəxs sözü əsasında alqı-satqı üçün getmişdir. Zərərçəkmiş şəxs yaşlı olduğundan Əlizaminə etirbarnamə vermiş, Lidiyanın bütün işlərini Əlizamin görmüşdür. Əlizamini Zərərçəkmiş şəxs əmlaklarını idarə edən makler kimi tanımışdır. Qanuni nümayəndə tanıyır, sonuncu atasının Nərimanov prospektində olan evini almışdır. Atası həmin evi Zərərçəkmiş şəxs miras qoymuşdur. Zərərçəkmiş şəxs ilə Qanuni nümayəndə münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ilə hazırda əlaqələri yoxdur. Əlizaminin Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəllər yaxşı olmuş, sonradan Zərərçəkmiş şəxs pulla bağlı aralarında problemlər yarandığından münasibətləri pisləşdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasının birinci həyat yoldaşı olmuş, onunla münasibəti normaldır. Qərənfil Quliyeva və o, atasının ikinci həyat yoldaşından olan övladlarıdır. Atasının miras məsələsi ilə əlaqədar Zərərçəkmiş şəxs və Əlizaminə görə məhkəmələrdə çox olmuş və bu onu incitmişdir. Zərərçəkmiş şəxs bütün işləri Əlizaminə tapşırmışdır. Təqsirləndirilən şəxs bir il əvvəl onların evinə gəlib eyvandan sanki həmin evə də alıcı gözü ilə baxmış, həmin vaxt onun nə etmək istədiyini başa düşməmişlər. Həmin dövrdə Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işinin olduğunu bilməmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən aldadıldığını bildirərək sonuncunu birlikdə məhv etmələrini təklif etmişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs anasına zəng edərək ona pul verdiyini və anasında ərizələrin olduğunu bildirərək həmin sənədləri istəmiş, anası da Əlizamindən pul almadığını və hansı ərizəni verməli olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs onları çox narahat etdiyindən anası sonuncu dəfə Əlizaminə ondan şikayət edəcəyini bildirərək onları narahat etməməsini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxsla əlaqələri kəsilmişdir. 2017-ci ildə notariusa getmələri ilə bağlı halları xatırlamır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, ünvan 8 və mənzil 5 ünvanında yerləşən evlərin alqı-satqısı üçün İcra Hakimiyyətinə müraciət etməmiş, onların müraciət etmək üçün hüquqları olmamışdır. Müraciət edən şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olmuş, onlar imzalamaq üçün getmişlər. ünvan 8 ünvanında yerləşən evin satışından notarius vasitəsi ilə ona 18 000 manat pul verilmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə əlaqələri olmamışdır. 2011-ci ildən sonra Zərərçəkmiş şəxs Əlizamin və ailəsini öz evinə yığıb onun ailəsini kənarlaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs onları alqı-satqı ilə bağlı imzalamaq üçün notariusa aparmışdır. Bir dəfə notarius ona adlarına olan bütün mal-mülkün idarə olunması ilə bağlı səlahiyyətləri verib-verməməsini soruşduqda o, yalnız torpağa aid hissədə həmin səlahiyyətləri verəcəyini bildirmişdir. Notarius ona imzalayacağı sənədin bütün malmülk üzrə səlahiyyətlərin verilməsi bağlı olduğunu bildirdikdə sənədləri imza etməkdən imtina etmişdir. Onun həmin mənzillərdə payı sadəcə sənəd üzərindən olmuş, təhviltəslimdə iştirak etməmişdir. şahid4 də həmin vaxtı alqı-satqıda probleminin yarandığını və şikayət etmək istədiyini bildirmişdir. Onunla Zərərçəkmiş şəxs arasında məhkəmə mübahisəsinin məzmunu Təqsirləndirilən şəxs başqa torpaq yeri göstərməsinə baxmayaraq bataqlıq ərazisində olan torpaq sahəsini satmasından yaranmış mübahisə olmuşdur. Həmin torpağın ödənişi onun özündən tutulmuşdur. O, “Nağıl evinin” satışı ilə bağlı Zərərçəkmiş şəxs ilə danışmamış, həmin alqı-satqını Lidiyanın adından Təqsirləndirilən şəxs həyata keçirmişdir. O, 2017-ci ildə notariusda iki övladı ilə birlikdə iştirak edərkən Təqsirləndirilən şəxs da orada olmuşdur. O, qeyd olunan alqı-satqı məsələləri ilə bağlı nə vaxt notariusda olmuşdursa, Təqsirləndirilən şəxs da orada iştirak etmişdir. Zərərçəkmiş şəxs hansısa ərəb ölkəsinə gedib orada ailə həyatı qurmuşdur. “Nağıl evinin” satılması ilə bağlı ona 18 000 manat pul verilmiş, alqı-satqı prosesində özü orada iştirak etməmişdir. Lakin, Lidiya və Əlizamin artıq alqı-satqını etmiş, həmin ev təmir olunduqdan sonra notariusda 18 000 manat pulu götürmüşdür. Ona evlərin alqı-satqısından bir dəfə pul verilmiş, həmin pulun ünvan 8 və ya ünvan 7 ünvanında yerləşən evin satışından verildiyini dəqiq bilmir. Keçən il Təqsirləndirilən şəxs onun evinin qapısını qırmış və hər dəfə gəlib Zərərçəkmiş şəxs qarşı birlik olub onu məhv etmələrini bildirmişdir. Zərərçəkmiş şəxs notariuslara getməmiş, onun bütün alqı-satqı məsələlərini Təqsirləndirilən şəxs həyata keçirmişdir. şahid4 bir dəfə notariusda görmüşdür. Təqsirləndirilən şəxs ondan borc olaraq bir neçə dəfə pul almış və həmin pulları qaytarmamışdır. Əlizamin bir dəfə 5 000 manat, bir dəfə 4 000 manat bankın qarşısında olarkən almış və verəcəyini bildirmiş, lakin hazırkı dövrədək pullarını qaytarmamışdır. Həmçinin, Əlizamin onun evində də ondan pul alıb Zərərçəkmiş şəxs gəldikdən sonra ondan alıb verəcəyini bildirmiş, lakin aldığı pulun məbləğini xatırlamır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, bir dəfə Zərərçəkmiş şəxs övladlığa götürdüyü dayısı Qədirin əvəzinə Nərimanov rayonunda aparılan alqı-satqı prosesində iştirak etmişdir. Onun alqı-satqı prosesində iştirak etməsini Qədirin özü xahiş etmişdir. O, pulu dayısının özünə vermişdir. Əlizamin pandemiya vaxtından da çox əvvəl ona zəng edərək əmlakı satması barədə bildirmişdir. Zakir anasının dayısıdır, Zərərçəkmiş şəxs da dayısının həyat yoldaşı olmuşdur. Məryəm xanıma zəng edib ona nə deyəcəksə etməsini bildirmişdir. Onun həmin mülklə hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ona zəng etmiş, birlikdə notariusa gedib sənədləri imzalamış və sonradan çıxıb getmişlər. Sözü gedən notarial hərəkətlərdən sonra, yəni son bir-iki il ərzində hər hansı alqı-satqı prosesində iştirak etməmişdir. Qədir Bakı şəhərində yaşamır, arabir bir ölkəyə gəlib-gedir, əsasən Rusiya Federasiyasında yaşayır, etibarnaməni də ona burada olan zaman vermişdir. O, Qədirin etirbarnaməsi vasitəsilə başqa işlərlə məşğul olmamış, yalnız qeyd olunan notarial hərəkətin aparılması ilə bağlı prosesdə iştirak etmişdir. Kimin kimə nə qədər pul verməsi, Təqsirləndirilən şəxs kiməsə pul verməsi və ya pul alması barədə hər hansı məlumatı olmamışdır. Məryəm tərəfindən Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul verilib-verilmədiyi barədə məlumatı olmamışdır. Əlizamin, Qərənfil, Xatun və onların anası Məryəm, habelə şahid4 də orada olmuşdur. Orada onun yanında kiminsə kiməsə pul verməsini görməmişdir. O, sadəcə sənədləri imzalayıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş # ###### 2020-ci il tarixli, ************* nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs # ###### 2013cü il tarixdə Təqsirləndirilən şəxs verdiyi reyestrdə 7E-864 nömrə ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsinə dair Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmişdir (Cild 1, i.v. 47;). Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş # ###### 2020- ci il tarixli, ************* nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ## ### 2015-ci il tarixdə Təqsirləndirilən şəxs verdiyi reyestrdə 7E-**** nömrə ilə qeyd olunmuş etibarnaməyə xitam verilməsinə dair Bakı şəhəri * saylı notariat ofisinə müraciət etmişdir (Cild 1, i.v. 48;). Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş # ###### 2020-ci il tarixli, ************* nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ## ### 2015-ci il tarixdə Bakı şəhəri * saylı notariat ofisində rəsmiləşdirdiyi 2V-01-** reyestr nömrəli vəsiyyətnamənin ləğv edilməsinə dair müraciət etmişdir (Cild 1, i.v. 49;). Təqsirləndirilən şəxs (Zərərçəkmiş şəxs adından) ilə şahid4 İsmayıl oğlu arasında ## ###### 2017-ci il tarixdə bağlanmış AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs (Təqsirləndirilən şəxs) ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv/m, yaşayış sahəsi 37 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 13/16 hissəni (46.87 kv/m) alıcı şahid4 İsmayıl oğluna 90100 manat 00 qəpik (doxsan min bir yüz manat sıfır qəpik) qiymətinə satmışdır. Qeyd edilən müqavilədən görünür ki, Zərərçəkmiş şəxs əvəzinə nümayəndəsi Təqsirləndirilən şəxs Bakı şəhəri * saylı notariat kontorunda ## ### 2015-ci il tarixdə verilmiş **** reyestr nömrəli etibarnamə əsasında müqavilə bağlanılması zamanı şəxsən iştirak etməklə imzalamışdır (Cild 1, i.v. 88-89;). Azərbaycan Yazıçılar Birliyinin **** nömrəli üzvlük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs ## #### 1989-cu il tarixdən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (Cild 1, i.v. 91;). Təqsirləndirilən şəxs tərəfindən verilmiş ## ##### 2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 50000 (əlli min) manat pulu borc alaraq bu ilin üç ayı ərzində hissə-hissə qaytaracağına dair söz vermişdir (Cild 1, i.v. 93;). Mayılova Əsibə (Yaqut) Ə. qızı tərəfindən tərtib edilmiş ## #### 2018-ci il tarixli əlyazmadan görünür ki, “28 May 20 mm 6/7. Mən 5 ildir Lidiya M. tanımışam, bizim münasibətimiz bir ailə kimidir artıq. Biz ailəlikcə onun adına olan evdə yaşayırıq və o, bizə etibar edir. Və onun mənə verdiyi saxlamaq üçün beş m. manat və beş m. dolları mən öz adıma banka qoymuşam və ona lazım olan vaxt çıxarda bilərik. Qaldı ev məsələsinə sadəcə olaraq mənim adıma eləyir, lakin bu ev onundu və əgər mənə bir şey olsa bankdakı pul ona çatacaq. Və əgər Lidiya M. xanıma nəsə olsa pul onun oğluna bildiriləcək. Və ev məsələsi də həmçinin. X9 bu evdən, yəni Lidiya M. şəxsi evi həm də doğma oğluna Quliyev Andreyə aiddir və o da bu evdən öz payını alacaq. Və Allah şahiddir ki, biz ona Lidiya M. bir yaxın insan kimi münasibətimiz var. Və mən söz verirəm ki, nə qədər sağam ona qulluq edəcəm. Və onun ölümündən sonra oğlu Quliyev Andreyə anasının mülkündən pay ayrılacaq (Cild 1, i.v. 94-95;). ## #### 2019-cu il tarixli əlyazmadan görünür ki, M.Yaqub (şahid5) Lidiya nənəyə 30 min manat verəcəyinin olduğunu və tez bir zaman ərzində qaytaracağını göstərmişdir (Cild 1, i.v. 97;).” “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” ## ###### 2024-cü il tarixli qərardan və müvafiq sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 112-116;). “Üzləşdirmə” ## ##### 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onların hər biri ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (Cild 1, i.v. 152-154;). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” ## ##### 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 155;). “Üzləşdirmə” ## ##### 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha ifadəsini təsdiq etmişdir. Belə ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs onunla bir evli kimi, bacı qardaş kimi yaşadıqlarını, ona məxsus olan tipoqrafiyanı 2017-ci ildə satıb pulunu ona mənzildə verdiyini, bankdan götürdüyü pula görə 50000 verəcəyinə dair qəbz yazdığını bildirmişdir (Cild 1, i.v. 168-169;). “Diskə baxış keçirilməsi haqqında” # ###### 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, “Azərbaycan Beynalxalq Bankın”dan müvafiq məhkəmə qərarı əsasında alınmış Zərərçəkmiş şəxs hesabından cinayət hadisəsinin baş verdiyi tarixlərdə çıxarışların olduğu “CD” diskə köçürülmüş məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Mixayılovnanın hesabından ## ###### 2018-ci ildə Zərərçəkmiş şəxs “Azərbaycan Beynalxalq Bankda” olan ******************** nömrəli hesabından həmin dövr üçün milli pul vahidi ilə 12.750 manat təşkil edən 7.500 ABŞ dolları pulu etibarnamə əsasında çıxarmış, sonra isə yenə həmin hesabdan eyni etibarnamə ilə 2019-cu ilin fevral ayından may ayının əvvəllərinədək olan müddət ərzində 20.415 manat pulu hissə-hissə çıxarmışdır (Cild 1, i.v. **3;). ## ### 2015-ci il tarixli, ƏN-İ ****** nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs (etibar edən) tərəfindən Təqsirləndirilən şəxs (etibar edilən) Bakı şəhəri * saylı notariat kontorunda ## ### 2015-ci il tarixdə 20 il müddətinə qüvvədə olan etibarnamə verilmişdir (Cild 2, i.v. 77;). # ###### 2013-cü il tarixli, ƏN-İ ****** nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs (etibar edən) tərəfindən Təqsirləndirilən şəxs (etibar edilən) Bakı şəhəri ** saylı notariat kontorunda # ###### 2013-cü il tarixdə 10 il müddətinə qüvvədə olan etibarnamə verilmişdir (Cild 2, i.v. 78; **5;). Təqsirləndirilən şəxs (Zərərçəkmiş şəxs adından) ilə şahid4 İsmayıl oğlu arasında # ###### 2016-cı il tarixdə bağlanmış AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Zərərçəkmiş şəxs (Təqsirləndirilən şəxs) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 156.61 kv/m, yaşayış sahəsi 116 kv/m, yardımçı sahəsi 40.61 kv/m olan 5 otaqlı mənzilin paylı tam mülkiyyət üzrə ona məxsus hissəsindən 26/80 hissəni (50.9 kv/m) alıcı şahid4 İsmayıl oğluna 100000 manat 00 qəpik (bir yüz min manat sıfır qəpik) qiymətinə satmışdır (Cild 2, i.v. 79-80;). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0358230 seriya nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 37.0 kv/m, iki otaqlı mənzilin tam paylı mülkiyyət üzrə 13/16 hissəsi Zərərçəkmiş şəxs, həmçinin hər biri 1/16 hissədə olmaqla X13, şahid2 və X3 məxsus olmaqla daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmışdır (Cild 2, i.v. 131;). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0226177 seriya nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 37.0 kv/m, iki otaqlı mənzilin tam paylı mülkiyyət üzrə 13/16 hissəsi Zərərçəkmiş şəxs, 3/16 (açıq qalır) hissədə isə X2 məxsus olmaqla daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmışdır (Cild 2, i.v. 193;). ## ###### 2013-cü il tarixli, AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ## ###### 2013-cü il tarixdə X3 adından Zərərçəkmiş şəxs, şahid2 və X13(satıcı) Ağazadə İlqar Fehruz oğlu(alıcı) ilə ƏMDK yanında DƏDRX-nin * saylı Ərazi İdarəsi tərəfindən ## ###### 2013-cü il tarixdə verilmiş ***** nömrəli arayışa əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 7.6093ha olan torpağı 240000,00 AZN manata satmaqla alıcının mülkiyyətinə vermişdir (Cild 2, i.v. 196-197;). X13, şahid2 və X3 əvəzinə şahid1 (satıcılar) ilə şahid4 İsmayıl oğlu arasında ## ###### 2017-ci il tarixdə bağlanmış AN - İ № ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X13, şahid2 və X3 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.7 kv/m, yaşayış sahəsi 37 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onların hər birinə məxsus 1/16 hissəni (4.61 kv/m) alıcı şahid4 İsmayıl oğluna 27075 manat 00 qəpik (iyirmi yeddi min yetmiş beş manat sıfır qəpik) qiymətinə satmışdır (Cild 1, i.v. 222-224;). “xxxx” ASC-nin * saylı şöbəsinə ünvanlanmış ## ###### 2017-ci il tarixli məktubdan görünür ki, şahid4 İsmayıl oğlu notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 90100,00 (doxsan min bir yüz) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 1546,71(bir min beş yüz qırx altı manat yetmiş bir qəpik) manat vergi məbləğinin X32 və qalan 88553,29 (səksən səkkiz min beş yüz əlli üç manat iyirmi doqquz qəpik) manatın Bakı şəhəri 28 May küçəsi ev 50 mənzil 6/7də qeydiyyatda olan Təqsirləndirilən şəxs verilməsi üçün bankda olan 410401000000001 AZM54№-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir (Cild 2, i.v.266;). ## ###### 2017-ci il tarixli ərizədən görünür ki, satıcı Təqsirləndirilən şəxs (Zərərçəkmiş şəxs əvəzinə) və alıcı şahid4 İsmayıl oğlu ünvan 6 ünvanında yerləşən mənzilin 90100 manat 00 qəpik (doxsan min bir yüz) qiymətə satılması barədə razılığa gəlmiş, alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabına qəbul olunmasını, satıcı isə həmin məbləğin müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir (Cild 2, i.v. 267;). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, # ###### 1939-cu il təvəllüdlü Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi və həmin qətnamənin Zərərçəkmiş şəxs üzərində təyin edilmiş qəyyumluğun ləğv edilməsi üçün əsas olması qət edilmiş, lakin həmin qətnamə müvafiq prosessual müddətlə əlaqədar qanuni qüvvəyə minməmişdir. Qeyd edilən qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmiş “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” # #### 2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar yoxdur (Cild 3;). Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin **.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq, hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər-hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuş, birinci instansiya məhkəməsi tərəfindən 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş ## #### 2026-cı il tarixli ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam həcmdə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizə Bakı şəhəri * saylı Xüsusi notariat kontoru tərəfindən, 8İ-5788 nömrə ilə reyestrdə qeydə alınmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə daxil olmuş ##.##.2026-cı il tarixli ərizəyə əsasən Təqsirləndirilən şəxs azadlığa buraxılmasına etiraz etmir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 1963-cü ildə anadan olmaqla, 63 yaşı var və məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş # ###### 2023-cü və ## ### 2026-cı il tarixli məhkumluq haqqında arayışlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla yanaşı, eyni zamandı CM-nin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən digər hallar kimi də nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da, cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun **-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 20**-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətəazadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəzaçəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” * saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum Qərarlarında göstərilən hüquqi mövqeləri əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsi qanuni və əsaslıdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edərkən Təqsirləndirilən şəxs 63 yaşı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli qərar qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs şərti olaraq tətbiq edilməli və ona 02 (iki) il sınaq müddəti müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək və davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Qərarın surəti icra olunması və Təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirilməsi üçün yaşadığı ünvan üzrə Bakı şəhər Probasiya İdarəsinə göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-926/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-926/2026
30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver