Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-927/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmündəndən məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə (hakimlər Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə) ##.##.1986-cı ildə Kəlbəcər rayonu, Laçın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 az yaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs1 barəsində təyin olunmuş 03 (üç) il şərti sınaq müddəti ləğv edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən ## #### 2020-ci il tarixdən ## #### 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 05 beş il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; ##.##.1977-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli hökmünün dəyişdirilməsini və barəsində seçilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o əməlindən səmimi peşmandır. Onun ailə vəziyyətini, əvvəllər üzv olduğu siyasi partiyadan ayrıldığını və dövlətlə həmişə əmakdaşlıq etdiyini nəzərə alaraq cəzasını yüngülləşdirilməyi xahiş etmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ****/**** saylı, ##.##.2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmlə razı olmadığını bildirmiş, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə ilkin baxılması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən də, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxsə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı təqdim edilmiş, eyni zamanda birinci instansiya məhkəməsi 9 iyul tarixində təqsirləndirilən şəxsin saxladığı cəzaçəkmə müəsissəsinə müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etməli olduğunu, əks halda apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti verilməmiş hesab edilləcəyi və baxılmamış saxlanılacağı barədə məlumat verilmişdir. Həmin məktubu təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixində qəbul etmişdir. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs1 müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.1-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürülməklə verildiyindən, təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədiyindən, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 göstərilən müddət ərzində müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmədiyindən cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən məhkum təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-927/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-927/2026
20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver