Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-931/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Məmmədov Habil Çingiz oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Nümayəndə, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Məhkum olunmuş şəxsin müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, ##.##.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 36A ünvanında yaşayan yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktına əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib sonuncunun ona qarşı yaranmış etibarından sui istifadə edərək Zərərçəkmiş şəxs 50000 pulun müqabilində Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında birlikdə "Moda Evi" açmağı təklif edib "Moda Evi"nin fəaliyyətini təşkil etmək üçün "Moda Evi"nə işçiləri cəlb edərək onlara əmək haqlarının ödənilməsini, avadanlıqların və xammalın alınmasını təmin edəcəyini, geyimlərin reklamını təşkil etməklə yanaşı "Moda Evi" tərəfindən istehsal ediləcək geyimlərin Bakı şəhərində sərgisini açacağını və nəzərdə tutulan işlər görüldükdən sonra qazanc əldə edəcəklərinə dair yalandan vəd verib Zərərçəkmiş şəxs aldadaraq bu adla Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən bina evinin qarşısında 1000 manat pul vəsaitini, eyni məqsədlə 2022- ci ilin aprel ayının əvvəllərində yenidən həmin ünvanda 1000 manat pul vəsaitini, 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi”nə aid atelyedə 4200 manat pul vəsaitini, Zərərçəkmiş şəxs ## ### 2022-ci il tarixdə saat 11:39-da yaşadığı Bakı şəhəri, ünvan 8 ünvanında olan zaman mobil telefonundakı "X1" ASC-yə aid mobil bank tətbiqi vasitəsilə "X1" ASC-yə aid 5213675174299884 bank hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid **************** nömrəli bank kart hesabına köçürdüyü 250 manat pul vəsaitini, ## ### 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 12000 manat pul vəsaitini, ## ### 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 6000 manat pul vəsaitini, ## ### 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 1020 manat pul vəsaitini, Zərərçəkmiş şəxs ## ### 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 85 ünvanında yerləşən "Araz" minimarketdə quraşdırılmış “Millön” elektron ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə aid 416974******5725 bank kart hesabına köçürdüyü 310 manat pul vəsaitini, ## ### 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 1700 manat pul vəsaitini, Zərərçəkmiş şəxs ## ### 2022-ci il tarixdə saat 16:52:50-də ünvan 3 ünvanında yerləşən "Araz Exspres" marketdə quraşdırılmış "MillÖn" elektron ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-yə aid 416973******4762 bank kart hesabına köçürdüyü 500 manat pul vəsaitini, ## #### 2022-ci il tarixdə saat 12:14:34-də Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi 85 ünvanında yerləşən "Araz" minimarketdə quraşdırılmış "MillÖn" elektron ödəmə terminalından onun istifadəsində olan "X6" ASCyə aid ******** nömrəli "Leobank" kart hesabına köçürdüyü 400 manat pul vəsaitini, ## #### 2022-ci il tarixdə saat 21:05:43-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən "Araz Superstore" marketdə quraşdırılmış "Millön" elektron ödəmə terminalından onun istifadəsində olan "X6" ASC-yə aid ******** nömrəli "Leobank" kart hesabına köçürdüyü 100 manat pul vəsaitini, 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 500 manat pul vəsaitini, Zərərçəkmiş şəxs 22 iyun. 2022-ci il tarixdə saat 13:35-də yaşadığı Bakı şəhəri, ünvan 8 ünvanında olan zaman mobil telefonundakı "X1" ASC-yə aid mobil bank tətbiqi vasitəsilə "X1" ASC-yə aid 5213675174299884 bank hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid **************** nömrəli bank kart hesabına köçürdüyü 50 manat pul vəsaitini, Zərərçəkmiş şəxs ## ###### 2022-ci il tarixdə saat 13:48-də Bakı şəhəri, ünvan 8 ünvanında olan zaman mobil telefonundakı "X1" ASC-yə aid mobil bank tətbiqi vasitəsilə "X1" ASC-yə aid 5213675174299884 bank hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid **************** nömrəli bank kart hesabına köçürdüyü 400 manat pul vəsaitini, Zərərçəkmiş şəxs ## ###### 2022- ci il tarixdə saat 17:09-da Bakı şəhəri, ünvan 8 ünvanında olan zaman mobil telefonundakı "X1" ASC-yə aid mobil bank tətbiqi vasitəsilə "X1" ASC-yə aid 5213675174299884 bank hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid **************** nömrəli bank kart hesabına köçürdüyü 18 manat 45 qəpik pul vəsaitini, 2022ci ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 350 manat pul vəsaitini, Zərərçəkmiş şəxs ## ###### 2022-ci il tarixdə saat 17:03-də yaşadığı Bakı şəhəri, ünvan 8 ünvanında olan zaman mobil telefonundakı "X1" ASC-yə aid mobil bank tətbiqi vasitəsilə "X1" ASC-yə aid 5213675174299884 bank hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid **************** nömrəli bank kart hesabına köçürdüyü 426 manat pul vəsaitini, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 6000 manat pul vəsaitini və sonuncu dəfə 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında yerləşən "Moda Evi"nə aid atelyedə 5200 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 41424 manat 45 qəpik olmaqla xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 33424,45 (otuz üç min dörd yüz iyirmi dörd manat qırx beş qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 191 (yüz doxsan bir) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Hökmlə maddi sübut və məhkəmə xərci məsələsinə də qiymət verilmişdir Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdınlmamış, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun deyildir. İş tamamilə mülki xarakterlidir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsi və Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, məhkum olunmuş şəxsin isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi həddə cəzanın ağırlaşdırılmasına etiraz etmədiyini qeyd edərək, məhkum olunmuş şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə ki, birinci instansiya məhkəməsi zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Dadaş ilə eyni universitetdə oxuyublar. Ortaq dostları olub. Sonradan aralarında dost münasibəti yaranıb. Daima iş qurmaqla bağlı danışığıqları olsa da, ortaq məxrəcə gələ bilməyiblər. Sonralar, o, işində böyük uğurlar əldə etmiş və onu demək olar ki, onu hər kəs tanımışdı. Ondan sonra Dadaşla atelye açmaq fikrinə gəliblər. İlk təklif Dadaşdan gəlmiş, o, da buna razılıq vermişdir. Atelye açılmamışdan qabaq o, Dadaşdan 5000 manat pul istəmişdi. 5000 manat pulun üstünə əlavə pul qoyaraq özünə qaytarmışdı. Bu hadisə 2022-ci ilin fevral-mart aylarında olardı. Onlar isə 2022-ci ilin aprel ayının 22sində atelyeni açıblar. O, Dadaşa bildirmişdir ki, ən azı 3-4 ay qazanc olmayacaq, lakin ondan sonra yavaş-yavaş qazancları olacaq. Onlar çəkiləcək xərcləri hesablayanda 40000 manata yaxın olacağını bilmiş və bu barədə ətraflı söhbət etmişdirlər. X2 iş münasibəti olmuşdur. Həmin münasibətdə o, Yamin Koça pulsuz eskizlər vermiş, Yamin Koç da onlara atelye açılan zaman avadanlıq vermişdir. Lakin bir müddət sonra avadanlıqlar Yaminə qaytarılmışdır. Bundan əlavə, o, maddi baxımından Dadaşdan az pul qoysa da, ona görə bəzi ödənişlər azalmışdır. Belə ki, moda sərgilərində giriş 1500 manat. olsa da, ona görə sərgidə iştirak etmək haqqı 500 manat təşkil etmişdir. Atelye bağlanandan sonra onların dostluğu qalmış və Yamin Koçla iş birliyi yaranmışdır. Lakin Dadaşın anası onu günahlandırdığı üçün həmin iş birliyindən Dadaş çəkilmişdi. O, Dadaşa Yaminlə işləməyi təklif etmiş, alacağı 40 faizin 20 faizini ona verəcəyini demişdir. Daha sonra Dadaş onunla razılaşmamışdır. İş bitdikdən sonra o dələduz kimi pul atıb qaçmamış, dəfələrlə Dadaşla görüşüb söhbət etmişdir. Bu xərclənən pullar Dadaşın pulu olmayıb, atası-anası ona verib. İlk dəfə Dadaş ona 1000 manat çəkiliş üçün vermişdir. Çəkiliş edən adam gürcü idi və ingilis dilini yaxşı bilmirdi. O da rus dilini yaxşı bilmədiyi üçün Emil ona köməklik etmişdir. Lakin onlar fotoqrafla zamanı və məkanı danışsalar da, gəlməmişdir. Buna görə də, çəkiliş baş tutmamışdır. Lakin ona verdiyi 1000 manat atelyenin xərclərinə xərclənmişdir və çəkiliş iyun ayında başqa bir fotoqrafla baş tutmuşdur. 1000 manatın da atelyenin xərcləndiyini Dadaşa demişdir. Parça almağa Dadaşla Pərvanə getmiş və 1000 manat parçaya pul xərcini özü bilir, o isə tək getmişdir. Həmin 1000 manatdan xəbəri olmayıb. 1700 manat moda sərgisi zamanı ödənilmişdir. Noyabr-dekabr aylarında parçaları o almışdır. Həmin vaxt Dadaşın başı öz nişanına qarışmışdı. Dadaşla işgüzar fəaliyyətləri olmuşdur. 12000 manat pulu ona əlbəəl verməmişdir. O, işin kreativ tərəfin hazırlamış, Dadaş isə maliyyə vəsaitlərini qarşılamışdır. onlar 8 ay birlikdə olmuş və atelye açılan zaman ilk vaxtlar qazanc olmayacağını ikisi də bilmişdir. Bu işdə qazanc olmağı üçün illər lazımdır. Bütün pul söhbətini Dadaş etmiş, özü maaş və arendanı ödəmişdir. Lakin vaxt olub ki, işçilərin maaşı və digər xərcləri o ödəmişdir. İşçilərin 200, 400, 700 manat maaşlarını o ödəmişdir. İşçilərdən Sənubərin maaşı ödənilməyib, çünki işini tam görməmişdi. Karta atılan pullar isə Dadaş tərəfindən ödənilib. Pul ödənilən şəxslər onlar üçün müəyyən işlər gördüyü üçün ödənilmişdir. O 2394 manatdan özünə heçnə götürməmişdir. Saytda göstərilən paltarlar atelyedən əvvəl tikilmişdir. Bundan əlavə paltarların bəziləri müstəntiqdə, bəziləri Yamin Koçda, bəziləri isə ondadır. Avadanlıqların hamısı isə Yamin Koçdadır. O Dadaşa vəd verməmiş, Dadaşla şərikli işləmiş və işləri alınmamışdır. Atelye işi zamanı o da xərc çəkmişdir. Belə ki, dekabr ayında kredit götürərək xərcləri ödəmişdir. Atelyeye 41424 manat pul xərclənməmişdir. Dadaşın nə qədər xərc çəkdiyini bilmir. O isə 10000-15000 manata yaxın pul xərcləmişdir. Həmçinin onun adı olduğu üçün Dadaş böyük xərclər çəkməmişdir. Məşhur blogerlər hər kəsə pulla olan çəkilişi ona görə pulsuz etmişdirlər. Onların “Geidi” adlı markası olmuşdur. O zaman ikisinin idi, indi isə təkcə ona aiddir. Çünki şəriklik pozulmuşdur. Onların arasında yazılı müqavilə olmamışdır. O, bütün işlərin müqavilə əsasında olmağının tərəfdarı olmuşdur. Lakin Dadaş istəməmişdir. 500 manat Oleqə mahnı üçün ödənmışdir. Yuliyaya ödənilən 100 manat Dadaşın Yuliyaya olan şəxsi borcudur, ona aidiyyatı yoxdur. Nicata ödənilən 500 manat əslində pulsuz olmuşdur. Dadaşla Nicat dava elədiyi üçün 1500 manatlıq iş ona görə 500 manat olmuşdur.əgər Dadaş dava eləməsəydi, ona görə pul ödəməyəcəkdilər. O pul mənimsəməmişdir. onların arasında şəriklik olmuşdur. O də pul xərcləmişdir. Atelyeyə 41424 manat pul xərclənməmişdir. Həmçinin onlarda hesabat olmayıb. O dizaynerlik etmiş, eskiz hazırlamış, tikilən paltarın hər bir prosesində iştirak etmişdir. Həmçinin birinci instansiya məhkəməsi zamanı zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Muradı 2011-2012-ci illərdən tanıyır. Dostu Əliheydərin vasitəsi ilə tanış olub. İttiham aktında olan məbləğlərin bir qismi onun kartıdan Muradın ona göndərdiyi kartlara onun tərəfindən göndərilib. Əlbəəl verdiyi pullar barəsində. onda səs yazıları var (03 ədəd flashkart məhkəməyə təqdim edilərək maddi sübut qismində tanınmışdır). Həmin səsləri də müstəntiqə təqdim edib. Pulu həm nağd, həm də kartla ödəyib. Kartla göndərilən pullar çox zaman sonu ***0509 ilə bitən Muradın kartına atıb, digər kartların kimə məxsus olmasını bilməyib. Lakin həmin kartlara pulların atılmasını ondan Murad istəyib. Onların arasında olan Whatsapp yazışmaları hələdə qalır. Onun tərəfindən alınmış parçalar, avadanlıqlar, atelyedə tikilmiş paltarlar Yamin Koçdadır. Paltarın bir qismi saxlanc yerində saxlanır. Yamin Koçda olan vasitələr ona verilmir. Bununla bağlı Yamin Koça müraciət etsə də o, Muradın ona borcu olduğunu bildirmiş və nə vaxt Murad borcun qaytararsa həmin avadanlıqların götürülə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs paltarların hazırda onda olmadığını bildirsə də atelye bağlandan təxminən 2 il sonra o sosial media üzərindən həmin paltarların baha qiymətə satış məqsədilə şəklini paylaşaraq reklam etmişdir ki, bu da onun məhkəmədə yalan ifadə verdiyini təsdiq edir Birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadə vermiş şahid10 ifadəsində göstərmişdir ki, hər iki şəxsi tanıyır. Onların marketinq məsələlərini o, həll etmişdir. Onun maaşı 1000 manat olub və o, iki ay işləyib. Mənim dövrümdə çəkilişlər olub, bununla bağlı ödənişlər edilib. SMM işini görmüşdür. Ən birinci Dadaşı tanıyıb. Elə onu da bu işə gətirən Dadaş olub. Dadaş onun əsgərlik yoldaşıdır. İşlə bağlı ilk Dadaşla, daha sonra Muradla danışıb. Əmək haqqını Dadaş ona ödəyib və onun kartına atıb. Onun haqqhesabdan xəbəri olmayıb. O, Murad və Dadaşın şərik işlədiyini bilmişdir. İki ay işlədikdən sonra aralarında söz-söhbət düşdü və yollarını ayırdılar. Maaşını tam almışdır. 2017-ci ildən Dadaşı, 2022-ci ildə Muradı tanıyır. Atelyedə tikilin paltardan, alınan parçalardan xəbəri olmayıb. O, sadəcə marketinq məsələlərinə nəzarət etmişdir. Birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadə vermiş şahid12 ifadəsində göstərmişdir ki, Murad ilk dəfə Dadşdan 5000 manat istəmiş və həmin pulu qaytarmışdır. Bu hadisədən bir müddət sonra Dadaş ona demişdi ki, Muradla atelye açmaq fikirləri var və 40000-50000 manat arasında pul lazımdır. Muradı evlərinə çağırmış və oturub birlikdə söhbət etmişlər. Murad onları inadırmış və onları aldatmışdır. Atelye açılmışdır. Dadaşla Murad pul lazım olduqca evə gəlirdilər, o isə onlara dollarla pul verirdi. Lakin Murad onlara verdiyi vədlərə sadiq qalmadı. Dadaşı, onu, həyat yoldaşını aldatdı. Murad onları inandırmağa çalışmışdı ki, onun Anar Ələkbərovla yaxşı əlaqəsi var, hər şey yaxşı olacaq. Lakin sonda o, Dadaşın pulları hesabına ərsəyə gəlmiş bütün paltarları ələ keçirimiş və onlara xeyli miqdarda ziyan vurmuşdur. Muradın onların ailəsini aldatmağı onunla Murad arasında olan səs yazıları təsdiq edə bilər. Birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadə vermiş şahid9 ifadəsində göstərmişdir ki, hər iki şəxsi tanıyır. Belə ki, onu işə Murad çağırıb. O, atelyedə administrator kimi çalışmışdır. İlk əvvəllər işlər yaxşı getsə də sonradan işləri zəifləməyə başlamışdı. Hətta, noyabr və dekabr aylarının maaşları verilmədi. Onun işi müştəriləri qəbul etmək, qeydləri aparmaq və parça almağa getmək idi. Qeydlərini aparsa da, hesabatdan məlumatı olmayıb. Çünki onu Muradla Dadaş öz aralarında edirdi. 600 manat maaş alırdı. Birinci Muradı, sonra Dadaşı tanıyıb. Hesabat rəsmi olmayıb. Aytənlə Sənubəri o işə dəvət etmişdir. Hər iki sərgidə iştirak etmişdir. Sərgidə 15-ə yaxın paltar göstərildi. Atelyedə paltardan başqa pencək və kurtkalar da tikilirdi. Sərgiyə hazırlanan zaman daha çox paltar tikilirdi. Müştəri bazaları zəif idi. Pəncək və kurtka ancaq satış üçün tikilirdi Birinci instansiya məhkəməsi zamanı şahid qismində ifadə vermiş türk iş adamı Yamin Koç ifadəsində göstərmişdir ki, hər iki şəxsi tanıyır. Belə ki, o, 2005-ci ildən Bakıda yaşayır, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İlk əvvəl Muradı tanımış, daha sonra Dadaşı tanımağa başlamışdır. O istehsal edirdi, Murad isə dizaynerlik edirdi və satışa baxırdı. Həmin vaxtlarda Dadaş yox idi. Sonradan iş birliyi nəticəsində Muradın ona 16000 borcu yarandı. O, Murada zəng vururdu, telefonu açmırdı. Sonra öyrənib ki, Muradın Dadaş adlı şəriyi var. Dadaş zəng vurdu və görüşdülər. Dadaş görüş zamanı ona dedi ki, Muradın borcunun ona aidiyyatı yoxdu. O da polisə şikayət elədi və Murad ona olan borcunu ödədi. Ondan sonra gedib şikayətini geri çəkdi. O ən başda Dadaşı Muradın dostu kimi bilmiş, sonra öyrənmişdi ki, Dadaş Muradın şəriyidir. Murad dizaynerlik edir, Dadaş isə maliyyələşdirir. Murada avadanlığı köməklik xatirinə vermişdir. 3-4 ay sonra avadanlıqlarını geri qaytarmışdırlar. Muradgilə məxsus avadanlıqlar saxlanılması üçün ona göndərilmişdir. Atelye bağlanandan sonra avadanlıqlar gəlmişdi. Avadanlıqları Dadaş ona təhvil verməmişdi. Murada demişdi ki, malları qoya bilərsən, amma nə isə itsə məsuliyyəti onun deyil. Sonradan həmin gəirilən əşyaları Murad gəlib götürmüşdür. Avadanlıqlar isə hələ də sexdədir. Murada parça və paltarlar onun yanında təhvil verilib. Avadanlıqları hazırda işlətmirlər. Atelye bağlanandan sonra Muradın 16000 borcu yaranmışdı. Atelyedən, qazancdan, Dadaşın Murada pul verməyindən, paltarın satılmasından məlumat yoxdur. Müstəntiq tərəfindən avadanlıqlara baxış keçirilməyib. ********* nömrəli cinayət işinin başlanmasına səbəb Yami Koçun müraciəti əsasında Bakı şəhəri Səbail RPI-nin İstintaq Şöbəsində toplanmış material, əsas isə Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 13629 manat pul vəsaitinin ələ keçirilərək dələduzluq edilməsi faktı ilə bağlı toplanmış material olmuşdur ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan 240020300 cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı 240020452 nömrə altında aparılmışdır Cinayət işi üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işi üzrə şahid şahid12 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış ve şahid12 ifadəsində göstərdiyii xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. ## ###### 2024-cü il tarixdə Zərərçəkmiş şəxs audioyazıların (səsyazıların) qeyd edildiyi "CD" disk, ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqrarmı ilə icra edilmiş 11 vərəqədən ibarət ismarıclar, 09 vərəqədən ibarət bank qəbzinin kserosurəti götürülərək iş materiallarına əlavə edilmiş, audioyazıların (səsyazıların) qeyd edildiyi "CD" diskə baxış aparılmışdır. baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs birgə iş görməsi ilə bağlı pul vəsaitinin alınması faktı öz təsdiqini tapmışdır. ## ###### 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin İş-nin müstəntiqi, R İsgəndərov Yaşar Şirin oğlu tərəfindən Zərərçəkmiş şəxs ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqrarmı ilə icra edilmiş 09 (dobquz) vərəqədən ibarət ismarıclar götürülərək iş materiallarına əlavə edilmiş, o cümlədən həmin ismarıclara baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs birgə iş görməsi ilə bağlı pul vəsaitinin alınması faktı öz təsdiqini tapmışdır. ## ###### 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPi-nin İş-nin müstəntiqi, R İsgəndərov Yaşar Şirin oğlu tərəfindən Zərərçəkmiş şəxs audioyazının olduğu CD disk götürülərək həmin CD diskə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birgə iş görmək üçün pul vəsaitini alması bir daha öz təsdiqini tapmışdır. ## ###### 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPi-nin İş-nin müstəntiqi, R İsgəndərov Yaşar Şirin oğlu tərəfindən Zərərçəkmiş şəxs ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqramı ilə icra edilmiş 03 vərəqədən ibarət ismarıclar və 11 vərəqədən ibarət bank qəbzlərinin kserosurəti götürülərək iş materiallarına əlavə edilmiş və baxış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs birgə iş görməsi ilə bağlı pul vəsaitinin alınması faktı öz təsdiqini tapmışdır. ## ##### 2025-ci il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Məmmed oğlundan ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqrarmı ilə icra edilmiş qadın geyim paltarlarının fotoşəkilləri olan 05 vərəqə götürülərək iş materiallarına əlavə edilmişdir. ## ###### 2024-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş audioyazıların (səsyazıların) qeyd edildiyi "CD" disk və ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqramı ilə icra edilmiş 11 vərəqədən ibarət ismarıclar cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. ## ###### 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqrarmı ilə icra edilmiş 09 vərəqdən ibarət ismarıclar cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. ## ###### 2023-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş audioyazının qeyd edildiyi CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və CD disk iş materiallarına əlavə edilmişdir. ## ###### 2024-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqramı ilə icra edilmiş 03 vərəqədən ibarət ismarıclar və 11 vərəqədən ibarət bank qəbzlərinin kserosurəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. ## ###### 2024-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 04 vərəqədən ibarət modellərin fotoşəkilləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. ## ###### 2024-cü il tarixdə Zərərçəkmiş şəxs götürülmüş 54 vərəqədən ibarət modellərin fotoşəkilləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5 götürülmüş ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqrarmı ilə icra edilmiş 62 vərəqədən ibarət ismarıclar, bank qəbzinin, qaimələrin kserosurəti cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və sənədlər iş materiallarına əlavə edilmişdir. ## ##### 2025-ci il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş ani mesajlaşma və mübadilə sistemi üçün nəzərdə tutulan "Whatsapp" proqrarmı ilə icra edilmiş qadın geyim paltarlarının fotoşəkilləri olan 05 vərəqə cinayət işi üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: iş üzrə şahidlərin ifadələri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdə etibar yaradaraq mərhələli şəkildə pullar almış; - Pulların biznesin inkişafı, atelyenin böyüdülməsi, yeni iş yerinə köçməsi üçün xərclənəcəyinə dair vədlər vermiş; - əsas maliyyə yükü zərərçəkmiş şəxsin üzərinə düşmüş; - paltarlar faktiki hazırlanmış; - sonrdan paltarlar və atelyeyə məxsus avadanlıqlar atelyenin daha yaxşı yerdə fəaliyyət göstərməsi adı altında başqa bir iş adamının sexinə daşınmış; məhkəmə iclasında şahid qismində dindirilmiş Yamin Koç malların sonradan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən gəlib aparıldığını bildirmiş (təqsirləndirilən şəxs isə bu faktı inkar etmişdir); - eyni zamanda atelye bağlandıqdan bir müddət sonra təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkə üzərindən satış məqsədilə atelyedə tikilmiş həmin paltarların şəkillərinin paylaşlaşıldığı müəyyən edilmiş həmçinin, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən hər dəfə pulların qaytarılmasını tələb edərkən təqsirləndirilən şəxs onu qaytaracağına dair yalan vədlər vermiş və telefonda adını çəkmədiyi bir şəxsin ona müəyyən məbləğdə pul verəcəyini və bundan sonra onlara olan borcunu qaytara biləcəyinə söz vermişdir (səs yazıları ilə bunlar öz təsdiqini tapmışdır). Təqsirləndirlən şəxs ifadələrində paltarların yoxa çıxdığını bildirilsə də şahid Yamin Koçun ifadəsi ilə təsdiq edilir ki, həmin mallar məhz təqsirləndirilən şəxsin özü tərəfindən sexdən götürülmüş və sonradan sosial şəbəkə üzərindən həmin paltarların baha qiymətdə satışı ilə bağlı reklamlar aparılmışdır.. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə məhkuma təyin edilmiş cəza məsələsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2024-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə işə baxan məhkəmə haqlı olaraq Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, vurulmuş ziyan üzrə qismən ödəniş etməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Murad Vasib oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli hökmü zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-931/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-931/2026
04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver