Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-937/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsgəndərov Abdulla İsbəndiyar oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## #### 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Vüqar Quliyev, hakimlər Elmin Rüstəmov və Aytən Əliyeva) ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hazırkı işüzrə tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin onun hazırkı işüzrə tutulduğu ## ####### 2025-ci il tarixdən hesablanması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsihökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə gecə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək müəyyən edilməyən taxta parçası ilə qəsdən vurmaqla sağ dirsək, sol mil-bilək və sağ diz oynağı nahiyələrinin, sağ saidin, sol baldırın sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmışmübahisə zamanıözündə olan üzərində sonradan heç bir düzəliş edilməmiş, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncuya qəsd’n bir dəfə zərbə endirərək döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə insan həyatıüçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə daha ağır həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən qeyd etmişdir ki, “Məhkəmə CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, həmçinin həmin hərəkətlər nəticəsində təqsirləndirilən şəxsin özünün də xəsarət almasını, CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə sonuncunun ondan şikayəti və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaxın dostluq və qonşuluq münasibətlərinin olmasını, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, 56 yaşında olmaqla ağır ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, özünü tam təqsirli bilərək törətdiyi əməli səmimi etiraf etməklə peşman olmasını bildirməsini, cinayət alətini ibtidai istintaq orqanına təqdim edərək hadisə ilə bağlı ətraflı ifadələr verməsi və məhkəmə icraatı dövründəki davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini xarakterizə edən hal kimi əvvəlki məhkumluqlarını da nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər də bıçaqla başqa şəxslərin sağlamlığına ağır xəsarət yetirməyə görə məhkum olunmuş, onun sonuncu məhkum olunduğu cinayət əməlinə görə cəzaçəkmə müəssissəsindən azad olunduqdan sonra 8 ildən artıq müddət keçdikdən sonra hazırkı cinayət əməlini törətmişdir. Lakin hazırkı cinayət əməlinin törədilməsinə ibtidai istintaq orqanı tərəfindən də müəyyən edildiyi kimi məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətləri səbəb olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs sonuncu məhkum olunduğu cinayət əməlinə görə cəzaçəkmə müəssissəsindən azad olunduqdan sonra təxminən 8 ildən artıq müddətdə hər hansı cinayət əməli törətməmiş, hazırkı hadisə isə zərərçəkmiş şəxsin də hərəkətlərinin təsiri altında baş vermişdir” (səhifə 14, 53-cü bənd).Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının həddi cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun deyildir.Belə ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını və təqsirləndirilən şəxsin şəxsiyyətinin nəzərə aldığını qeyd etsə də, faktiki olaraq bunlardan heç birini nəzərə almamış, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiya daxilində ən aşağı həddə cəza təyin etmişdir.Məhkəmənin hökmündə Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmək üçün, zərər çəkmiş şəxslə barışıq əldə edilməsi istisna olmaqla, digər ayrı- ayrı hallara heç bir əsaslandırma aparmadan yüngülləşdirici hal qismində istinad etməsi də onun haqlı mövqeyi ilə bağlı olmamışdır.Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməldən peşman olmasını onun təqsirini yüngülləşdirən hal kimi qəbul etməsinin də motivlərini hökmdə əsaslandırmamışdır. Bu mənada, məhkəmənin hadisəyə guya Zərərçəkmiş şəxs qanunsuz, yaxud əxlaqsız hərəkətlərinin səbəb olmasına dair gəldiyi mövqeyi tam qanunsuz və işin xarakterinə uyğun olmamaqla tam əsassızdır. Bundan başqa, hadisə zamanı alkoqol sərxoşluğu vəziyyətində olmasını Zərərçəkmiş şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi hökmündə qiymətləndirən məhkəmə diqqətdən qaçırmışdır ki, araşdırılmış işin halları ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs da hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Belə olan təqdirdə, bu halın Zərərçəkmiş şəxs mənfi, Təqsirləndirilən şəxs isə müsbət xarakterizə etməsində məhkəmənin hansı qanuni mövqeyə əsaslanması hökmdən aydın deyildir. Bütün sadalanmış hallar Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməllərinin də törətməsi onun islah olunmadığının, cinayətə meyilli olmasının və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmasının göstəricisidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillər dedikdə, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin məqsədi, motivi, cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı hallar, təqsiləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsi, həmçinin cinayətin törədilməsinin bütün neqativ nəticələri ədalət hislərinə uyğun olaraq aradan qaldırılması kimi hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar nəzərdə tutulmalıdır. Bu hallar Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddə cəza təyin edilə bilinməsini və ya məhkəmənin həmin maddədə müəyyən edilən yüngül cəza təyin edilməsini şərtləndirə bilər. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq cəzanın yüngülləşdirən halların CM-in 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunmur, əksinə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Lakin məhkəmə hökmdə hər hansı əsaslandırma və müzakirə aparmadan cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, törədilmə halları və təqsirləndirilən şəxsin şəxsiyyəti arasında uyğunsuzluq yaranması ilə nəticələnən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinin təmin edilməsini şübhə altına almışdır. Konkret halda hesab edirəm ki, “səmimi peşman olması” anlayışı Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Belə ki, CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin və əməlinin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərində isə yuxarıda göstərilənlər mövcud olmadığından, məhkəmə onun “əməlindən peşman olmasını” cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamış, hökmdə yüngülləşdirici hall kimi qəbul olunan onun səmimi peşman olması göstərilsə də məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində bunun nədə ifadə olunduğu göstərilməmiş, məhkəmə tərəfindən faktiki müəyyən edilməmişdir. Məhkəmənin nəzərə aldığı təqsirləndirən şəxsin cinayətin törədilməsində rolu və cinayət hadisəsindən sonra onun davranışına gəldikdə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolu ondan ibarət idi ki, o, özü içkili vəziyyətdə olarkən zərər çəkmiş şəxsin qarın nahiyəsindən qəsdən bıçaq zərbəsi endirərək, sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı isə ondan ibarət olmuşdur ki, hadisədən sonra o, zərər çəkmiş şəxsə heç bir köməklik etməmiş, sadəcə polis əməkdaşlarının gəlməsinə qədər öz evində qalmışdır. Gründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs guya əməlindən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmənin digər göstərdiyi - Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan qızının olması kimi cəzasını yüngülləşdirən hala gəldikdə qeyd olunmalıdır ki, həmin hal məhkəmədə araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, əksinə, təqsirləndirilən şəxsin özünün verdiyi ifadədə qızına bacısının qulluq etdiyini bildirmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Təqsirləndirilən şəxsin 56 yaşın olması və vərəm xəstəliyindən əziyyət çəkməsi da məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməsi anlaşılan deyil - o, ahıl və əlil hesab edilmir. Cəzanı yüngülləşdirən hallar Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. Məhkəmənin hökmündə həmin halların yüngülləşdirici hallar qismində nəzərə alınmasını əsaslandırmaması onun özünün də gəldiyi nəticəyə əmin olmamasının tam sübutu qismində nəzərə alına bilər. Bundan başqa, məhkəmənin Təqsirləndirilən şəxs hadisəni zərər çəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsinə istinad etməklə onun barəsində ən aşağı həddə cəza təyin etməsini əsaslandırmağa çalışması da onun haqlı və qanuni mövqeyi ilə əlaqədar olmamışdır. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflərin arasında mübahisə baş versə də belə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs irad xarakterli əsəbi tərzdə ifadələr işlədəndə və ya əlbəyaxa olduqda sonuncu ona eyni formada, yəni əl-qolla və sözlə qarşılıq verə biləcəyi halda buna lüzum görməyərək daha qabarıq əmələ əl atıb, evə girərək oradan bıçaq götürmüş və zərər çəkmiş şəxsə sağlamlığı üçün təhlükəli olan ağır xəsarət yetirmişdir. Göründüyü kimi, məhkəmənin hadisəyə Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin səbəb olmasına dair gəldiyi mövqe əsassızdır. Burada, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə söyüşü qəbul edib-etməməsinə, onların buna dair fərqli fikirlərinin və düşüncələrinin olmasına istinad olunmuş olsaydı da belə, cinayət hüquqi mənada bu hal, heç də Təqsirləndirilən şəxs mənəvi cəhətdən kiməsə həyat üçün təhlükəli olan ağır zərər vurmaya haqq qazandıra bilməzdi. Halbuki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CMin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmalıdır. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldanbaşqa hallar cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növdən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsini, bir qayda olaraq, cinayətin obyektiv cəhətini, cinayətin xarakterini isə cinayətin obyekti və subyektiv cəhətini xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarakteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Bu qəbildən olan cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, belə cinayətlərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. CM- in 126.1-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin ictimai təhlükəli xarakteri həyat və sağlamlıq əleyhinə cinayətlər növünə aid olan cinayət törətməsi, cinayətin ağır cinayətlər kateqoriyasına aid edilməsi və qəsdən törədilməsidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə içkili vəziyyətdə bıçaqdan istifadə edilməklə sağlamlığa ağır zərər vurulmasında ifadə olunan ağır nəticələrə səbəb olması və başa çatmış cinayət olmasıdır. Bütün bunlar cinayəti törədən şəxsin özünün və əməlinin, həm də cinayətin törədilməsi şəraitinin və üsulunun ictimai təhlükəliliyini, həmçinin belə əməlin cəmiyyət, dövlət üçün daha çox təhlükəli olduğunu açıq surətdə göstərir. İşə baxan məhkəmə hökmündə cəzanı yüngülləşdirən halları sadalasa da, təyin ediləcək cəza və yüngülləşdirən hallar arasında əlaqəni müəyyən etməmişdir. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan fərqli olaraq cinayətkarın şəxsiyyətnini xarakterizə edən sair hallara ayrı-ayrılıqda deyil, bütövlükdə qiymət verilərək cinayətkarın şəxsiyyəti nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin ## ###### 2025-ci il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon xalq məhkəməsinin ## ###### 1995-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 102-ci maddəsinin 1-ci hissəsi (qəsdən ağır bədən xəsarəti yetirmə) ilə təqsirli bilinərək 3 il müddətə (həmin əmələ görə maddənin sanksiyası 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon xalq məhkəməsinin ## ###### 1996-cı il tarixli qərarı ilə CM-in (köhnə redaksiyada) 50-ci maddəsinə əsasən 01 il 16 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2012-ci il tarixli hökmü ilə CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (maddənin sanksiyası 06 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tiutulur), Azərbaycan Respublikası Prezidentinin ## #### 2017-ci il tarixli, **** saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, əvvəllər iki dəfə, özü də Cinayət Məcəlləsinin məhz “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslinə aid qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərə görə hər dəfə təqsirləndirildiyi maddənin sanksiyasının ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Azərbaycan Respublikası Prezidentinin onun barəsində qəbul etdiyi humanist aktına - “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən da azad edilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenidən, 3-cü dəfə də eyni cinayət əməlini törətmiş, bu, isə onun birmənalı olaraq islah olmaq yolunda olmadığına dəlalət edir. Bu halda, yəni əvvəllər iki dəfə zərər çəkmiş şəxslərin sağlamlıqlarına ağır zərər vurduğuna görə aşağı həddə cəzalara məhkum edilmiş və cəzalarını sona qədər çəkməyərək azadlığa buraxalmış Təqsirləndirilən şəxs islah olunmayaraq yenidən zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən də növbəti dəfə ona ən aşağı həddə cəza təyin edilməsi anlaşılmazdır. Beləliklə, məhkəmə hökmdə hər hansı əsaslandırma və müzakirə aparmadan təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə almadan növbəti dəfə təqsirləndirildiyi maddənin sanksiyası daxilində ən aşağı həddə cəza təyin etmiş, nəticədə nümayiş etdirdiyi humanist mövqe ədalətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, CM-in 8 və 58.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmənin cəza təyin edərkən nəzərə almadığı digər xüsusat isə cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs bu cür yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli ** saylı qərarının 45-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8, 41 və 58- ci maddələrinin tələblərini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün yetərli olubolmamasını nəzərə almamaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına dair qanunun tələblərini pozmuş, həmçinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində çəkindirici (preventiv) rol oynayan cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərindən kənara çıxmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İsgəndərov Abdulla İsbəndiyar oğlu dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını, dövlət ittihamçısı İlkin Yusifov apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə daha ağır həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin və dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası protestin dəlilləri ilə razılaşaraq hesab edir ki, protest qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, işin faktiki hallarını, Təqsirləndirilən şəxs daha ağır cəza təyin etmə tələbini nəzərə almamış, hökmdə cinayət və cinayət prosessual qanunvericiliyin normalarını sadalasa da, yuxarıda qeyd edilən hallara etinasız yanaşıb təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəza təyin etməsini kifayət qədər əsaslandırmayaraq yekun qənaətə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanıyüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə gecə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tanışı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək müəyyən edilməyən taxta parçası ilə qəsdən vurmaqla sağ dirsək, sol mil-bilək və sağ diz oynağı nahiyələrinin, sağ saidin, sol baldırın sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özündə olan üzərində sonradan heç bir düzəliş edilməmiş, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncuya qəsd’n bir dəfə zərbə endirərək döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə insan həyatıüçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Bu qəbildən olan cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, belə cinayətlərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. CM-in 126.1-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin ictimai təhlükəli xarakteri həyat və sağlamlıq əleyhinə cinayətlər növünə aid olan cinayət törətməsi, cinayətin ağır cinayətlər kateqoriyasına aid edilməsi və qəsdən törədilməsidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə içkili vəziyyətdə bıçaqdan istifadə edilməklə sağlamlığa ağır zərər vurulmasında ifadə olunan ağır nəticələrə səbəb olması və başa çatmış cinayət olmasıdır. Bütün bunlar cinayəti törədən şəxsin özünün və əməlinin, həm də cinayətin törədilməsi şəraitinin və üsulunun ictimai təhlükəliliyini, həmçinin belə əməlin cəmiyyət, dövlət üçün daha çox təhlükəli olduğunu açıq surətdə göstərir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin ## ###### 2025-ci il tarixli cavabından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon xalq məhkəməsinin ## ###### 1995-ci il tarixli hökmü ilə CMin (köhnə redaksiyada) 102-ci maddəsinin 1-ci hissəsi (qəsdən ağır bədən xəsarəti yetirmə) ilə təqsirli bilinərək 3 il müddətə (həmin əmələ görə maddənin sanksiyası 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu) azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Nizami rayon xalq məhkəməsinin ## ###### 1996-cı il tarixli qərarı ilə CM-in (köhnə redaksiyada) 50-ci maddəsinə əsasən 01 il 16 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2012ci il tarixli hökmü ilə CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (maddənin sanksiyası 06 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tiutulur), Azərbaycan Respublikası Prezidentinin ## #### 2017-ci il tarixli, **** saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, əvvəllər iki dəfə, özü də Cinayət Məcəlləsinin məhz “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslinə aid qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərə görə hər dəfə təqsirləndirildiyi maddənin sanksiyasının ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Azərbaycan Respublikası Prezidentinin onun barəsində qəbul etdiyi humanist aktına - “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən da azad edilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenidən, 3-cü dəfə də eyni cinayət əməlini törətmiş, bu, isə onun birmənalı olaraq islah olmaq yolunda olmadığına dəlalət edir. Lakin, məhkəmə cəza təyin edərkən bu əhəmiyyətli hallara xüsusi diqqət yetirməyərək cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etmişdir. Halbuki, əvvəllər iki dəfə, özü də Cinayət Məcəlləsinin məhz “Şəxsiyyət əleyhinə olan cinayətlər” bölməsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslinə aid qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərə görə hər dəfə təqsirləndirildiyi maddənin sanksiyasının ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Azərbaycan Respublikası Prezidentinin onun barəsində qəbul etdiyi humanist aktına - “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən da azad edilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenidən, 3-cü dəfə də eyni cinayət əməlini törətmiş, bu, isə onun birmənalı olaraq islah olmaq yolunda olmadığına dəlalət edir. Bu halda, yəni əvvəllər iki dəfə zərər çəkmiş şəxslərin sağlamlıqlarına ağır zərər vurduğuna görə aşağı həddə cəzalara məhkum edilmiş və cəzalarını sona qədər çəkməyərək azadlığa buraxalmış Təqsirləndirilən şəxs islah olunmayaraq yenidən zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən də növbəti dəfə ona ən aşağı həddə cəza təyin edilməsi anlaşılmazdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə cəza təyin edərkən, CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, həmçinin həmin hərəkətlər nəticəsində təqsirləndirilən şəxsin özünün də xəsarət almasını, CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə sonuncunun ondan şikayəti və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaxın dostluq və qonşuluq münasibətlərinin olmasını, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, 56 yaşında olmaqla ağır ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, özünü tam təqsirli bilərək törətdiyi əməli səmimi etiraf etməklə peşman olmasını bildirməsini, cinayət alətini ibtidai istintaq orqanına təqdim edərək hadisə ilə bağlı ətraflı ifadələr verməsi və məhkəmə icraatı dövründəki davranışını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını qeyd edərək ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, sonuncuya işin hallarını tədqiq etmədən aşağı həddə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası təyin etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi ilə onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, ona təqsirli bilindiyi CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş daha artıq həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsiapellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Odur ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs həmin hökmə əsasən təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin hökmə əsasən təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsgəndərov Abdulla İsbəndiyar oğlu tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-937/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-937/2026
13.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver