Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-939/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin ##.##.2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətə ilkin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli hökmü (sədrik edən F.Namazov, hakimlər Ə.Quliyev və T.Hüseynov) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il (06) altı ay azadlıqdan məhrum etmə cəzası həmin məcəllənin 66.5-ci maddəsinə əsasən, təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən, onun əvvəlki hökm üzrə tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs psixoloji vəziyyəti səbəbindən apellyasiya şikayətini vaxtında verə bilmədiyini əsas gətirib vəsatətinin təmin olunmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023cü il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə hüququnun bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bаkı Аğır Cinаyətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsаtəti əsаssız оlduğundаn təmin edilməmişdir. Həmin qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum və onun müdafiəçisi şikayəti müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, yekun qərar çıxarıldıqdan sonra, hökmün elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmə hüququ izah edilmişdir. Bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmışdır. Bundan əlavə, qeyd edilən cinayət işinə proses tərəflərinin, o cümlədən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxılmışdır. Hökmün surəti məhkum Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə qəbzə imza etdirilməklə təqdim edilmişdir Məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)- ****/**** nömrəli hökmündən ## ###### 2024-cü il tarixdə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, həmin vəsatət ## ###### 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 01 (bir) ildən də artıq müddət keçmiş və məhkumu bu müddət ərzində apelyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin vermə müddətinin ötürülməsi onun psixoloji vəziyyəri ilə əlaqələndirsə də, bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun vəsatətində göstərdiyi hallar apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3 və 391.3.3-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair ## #### 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-939/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-939/2026
16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver