Məhkəmə qərarları › İş №1(3-6)-945/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-945/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-945/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X12 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim L.S.Əsgərova-Məmmədova, hakimlər F.A.Məmmədov və M.N.Kərimovadan ibarət tərkibdə) ## ### 2026-cı il tarixli hökmü ilə, ## ###### 1990-cı il tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi ləğv edilərək həmin hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsilə məhkum edilməsinə dair cinayət işi üzrə ## #### 2021-ci il tarixdən ## #### 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 18 (on səkkiz) gün müddət ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, 2023-cü ilin iyun ayında etibarnamə əsasında özünə məxsus olan “Şevrolet” markalı "Malibu" modelli **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18000 manata satışa çıxarılması barədə “Turbo.az” saytına elan yerləşdirmiş, elan əsasında avtomobil ilə maraqlanan zərərçəkmiş şəxs1 həmin avtomobilə dair etibarnamə verəcəyi və 16000 manata satacağı barədə yalan vəd verib aldadaraq, ## #### 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Qum adası” yaşayış massivində zərərçəkmiş şəxs1 16000 manat pulunu alıb ələ keçirdikdən sonra görüntü yaratmaq və hüquqazidd niyyətinin aşkara çıxmasının qarşısını almaq üçün sonuncuya həmin avtomobili idarə etmək üçün təhvil versə də, vədinə əməl etməyib etibarnamə verməmiş, zərərçəkmiş şəxs1 etibarnamə olmadan idarə etdiyi həmin avtomobil dövlət yol patrulu xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirildikdən sonra rəsmi sahibi olduğu üçün avtomobili təhvil alıb başqa şəxsə satmaqla, zərərçəkmiş şəxs1 16000 manat pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, “vatsap" sosial şəbəkəsində özünü X8 keçirilən hərraclarda avtomobil alıb Azərbaycan Respublikasına gətirilməsi ilə məşğul olan “X1” şirkətinin nümayəndəsi kimi təqdim edib elan vasitəsi ilə tanış olduğu zərərçəkmiş şəxs3 həmin hərraclardan ucuz qiymətə “Tesla 3” markalı avtomobili alıb ölkəyə gətirərək zərərçəkmiş şəxs3 təhvil verəcəyi adı ilə ## #### 2024-cü il tarixdə sonuncu tərəfindən “Ekspress bank”ın Neftçilər filialından onun “Ekspress bank” hesabına köçürülmüş 6018 manat pulu, ## #### 2024-cü il tarixdə saat 17 radələrində zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhəri, Xətai rayonu, keçid 830 ünvanında nağd olaraq ona verilmiş 680 manat pulu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs3 yenidən “Ekspress bank”ın Neftçilər filialından onun hesabına köçürdüyü 3655 manat pulu, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs3 10353 manat pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, tanışı zərərçəkmiş şəxs2 daxili işlər orqanlarında xidmətə qəbul olunmasına köməklik edəcəyini yalan vəd verib aldadaraq, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında 5000 manat nağd pulunu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs2 yaşadığı ünvandan «Birbank» mobil tətbiqi vasitəsi onun «Bank of Baku» bank hesabına göndərilmiş 2000 manat pulu, ## #### 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən «Bravo» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə zərərçəkmiş şəxs2 onun istifadəsində olan 5411 2498 1325 **** nömrəli “Leobank” kart hesabına göndərilmiş 1200 manat pulu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs2 yaşadığı ünvandan özünə məxsus “Leobank" hesabından onun istifadəsində olan 5411 2498 1325 **** nömrəli kart hesabına göndərilmiş 1000 manat pulu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs2 yaşadığı ünvandan özünə məxsus “Leobank” hesabından onun adına olan 4098 6200 0180 **** nömrəli "Bank of Baku” kart hesabına göndərilmiş 2000 manat pulu, ## #### 2024cü il tarixdə Gəncə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən «Oba» marketdə quraşdırılmış «Million» ödəniş terminalından zərərçəkmiş şəxs2 onun istifadəsində olan 5411 2498 1325 **** nömrəli “Leobank” kart hesabına göndərilmiş 2000 manat pulu, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs2 13200 manat pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq elmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə, tanışı zərərçəkmiş şəxs2 xaricdən ölkəyə avtomobil idxal etdiyini və həmin avtomobilə görə gömrük rüsumlarını ödəmək üçün ona təcili pul lazım olduğunu və qısa müddətə pulu qaytaracağını bildirib onu aldadaraq, 2024- cü ilin iyul-avqust ayları ərzində zərərçəkmiş şəxs2 Bakı şəhərində olarkən onun istifadəsində olan müxtəlif bank kartları hesabına hissə-hissə olaraq göndərdiyi ümumilikdə 7500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək şahid1 70000 manat pul müqabilində qohumu şahid5 təhsil aldığı Turizm və Menecment Universitetindən Daxili Işlər Nazirliyinin Polis Akademiyasına köçürülməsini Rauf adlı vəzifəli şəxsin köməkliyi ilə təşkil edəcəyini yalan vəd verib bu qaydada şahid5 atası zərərçəkmiş şəxs4 aldatmış, bundan sonra sonuncunun həmin məsələnin həll olunması üçün ona çatdırmaq məqsədilə şahid1 hissə-hissə olaraq verdiyi puldan cinayətdən xəbərsiz olan şahid1 Bakı şəhərində olarkən istifadəsində olan ************ nömrəli «M10» hesabından onun istifadəsində olan 994505808080 «M10» hesabına ## #### 2024- cü il tarixdə göndərdiyi 10000 manat, ## #### 2024-cü il tarixdə isə həmin hesaba göndərdiyi 1000 manat pulu, 2024cü ilin iyul ayının axırlarında Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində şahid1 aldığı həmin tarixə uyğun məzənnə ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları nağd pulu, ## #### 2024-cü il tarixdə şahid1 Bakı şəhərində olarkən istifadəsində olan ************ nömrəli «M 10» hesabından onun istifadəsində olan 9994505808080 «M 10» hesabına göndərdiyi 5000 manat pulu, 2024-cü ilin avqust ayının əvvəlində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami Ismayılov küçəsində şahid1 aldığı 5000 manat nağd pulu, ## ###### 2024-cü il tarixdə şahid1 Bakı şəhərində olarkən istifadəsində olan ************ nömrəli «M 10» hesabından onun istifadəsində olan 9994505808080 «M 10» hesabına göndərilmiş 5000 manat və həmin tarixdə əlavə olaraq həmin hesaba göndərdiyi 1200 manat pulu, ümumilikdə isə şahid1 vasitəsilə zərərçəkmiş şəxs4 məxsus 61200 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə qabaqcadan əlbir olan digər şəxslərlə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs4 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq elmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmün ilə ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz olunmasını xahiş etmişdir. Hökmdən cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəmiş şəxslər tərəfindən isə apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməli və ya dəyişdirilərək cəzası daha yüngül cəza ilə əvəz olunmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 hüquqlarını müdafiə etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X6 təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü cəzanın hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir: Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını xahiş etmişdir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X10 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, sübutların toplanması, yoxlanması və qiymətləndirilməsi prosesində Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrin müqayisəli tədqiqinə və təhlilinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun törətmiş olduğu cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin ittiham hökmü, təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi tövsifinə münasibətdə cinayət işinin materiallarına və qanunun tələblərinə tam uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlillərinə və məhkəmə araşdırmasının nəticələrinə münasibətdə, yekun məhkəmə aktının qanunu, əsaslı və ədalətli olmasına dair əsaslı şübhə yoxdur. Belə ki, hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2, eyni zamanda iş üzrə şahidlər şahid1, şahid4, şahid5, şahid3 və şahid2 məhkəmə iclasında sərbəst ifadə verdikdən sonra, onların ibtidai istintaq zamanı verdikləri ifadələr məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının hüquqi tövsiyyəsinə görə, ittiham hökmü mülahizələrə əsaslana bilməz. Ittiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi ilə bağlı məsələyə hökmdə belə qiymət vermişdir: “...təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 16000 manat, zərərçəkmiş şəxs3 10353 manat, zərərçəkmiş şəxs2 13200, 7500 manat, zərərçəkmiş şəxs4 61200 manat ziyan vurmaqla dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Belə ki, zərər çəkmişlər zərərçəkmiş şəxs1 16000 manat, zərərçəkmiş şəxs3 10353 manat, zərərçəkmiş şəxs2 13200 və 7500 manat ziyan vurulması ilə əlaqədar təqsirləndirilən şəxsin etiraf edici ifadələri cinayət işi materiallarına əlavə edilən və yuxarıda sadalanan sübutlarla təsdiq edilmişdir. zərərçəkmiş şəxs4 məxsus 61200 manat pul vəsaitindən ona cəmi 20000 manat pul vəsaiti çatması, qalan hissəsinin şahid3 verilməsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, məhkəmə iclasında ifadə verərkən X4 Əliyevdən pul vəsaitini şahid1 vasitəsilə 61200 manat aldığını və həmin pul vəsaitini alarkən vəd verdikləri işi görməyi düşünmədiyini qeyd etmişdir. Bu isə ona dələlət edir ki, artıq təqsirləndirilən şəxsə 61200 manat pul vəsaiti təqdim edildiyi anda onun həmin pul vəsaitinə sərəncam vermək hüququnun yaraması əsası ilə tərəfindən dələduzluq əməli bitmiş hesab edilməlidir. Bundan başqa məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünmüşdür ki, o, şahid1 sevgilisi olduğu xanımın bacısı şahid2 ilə aldadaraq 61200 manat pulunu ələ keçirdiyini, şahid3 10000 manat verdiyini qeyd etmişdir. Məhkəmə iclasında həmin dindirmə protokolunu imza etməkdən imtina etdiyini göstərməklə təqsirləndirilən şəxs qeyd edillən dindirmə protokolunun sübutlar siyahısından çıxaırlmasını xahiş etsə də məhkəmə bildirir ki, müvafiq dindirmə protokolu,protokolda göstərilən ifadənin müdafiə etdiyi təqsirləndirilən şəxs tərəfindən verilməsi halını mübahisələndirilməsinə dair hər hansı qeyd aparmadan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən imzalanmışdır. Bundan başqa təqsirləndirilən şəxs eyni məzmunlu ifadəni şahid3la üzləşdirilərkən də vermiş və üzləşdirmə protokolunu imzalamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 şahid1 vasitəsilə əldə etdiyi pul vəsaitinin kimlə və hansı miqdarda bölüşməsi hissəsində ziddiyyətlər mövcud olmuşdur. Məhz bu səbəblərdən də istintaq orqanı həmin epizod üzrə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında hərəkət etməsi nəticəsinə gəlsə də əlbir olduğu şəxslərin müəyyən edilməməsi əsası ilə hazırki iş üzrə icraatdan ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə bir daha qeyd edir ki, iş materiallarından görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsdən 61200 manat əldə edilməsini inkar etməmiş, sadəcə həmin pul vəsaitinin əsas hissəsini digər şəxslərə verməsini iddia etmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırki işin qeyd olunan faktiki halları çərçivəsində dələduzluq yolu ilə əldə edilmiş pul məbləğinin qabaqcadan əlbir olmuş qrupun üzvləri arasında hansı qaydada bölüşdürülməsi, yəni pul məbləğinin kimə daha çox çatması məsələsi Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən qrup üzvlərinə faktiki iştirak dərəcəsinə əsasən cəza təyin edilərkən, eləcə də gələcəkdə Cinayət Məcəlləsinin 73-1 –ci maddəsinə əsasən məsuliyyətdən azad edilməsi məsələləri həll edilərkən əhəmiyyət kəsb etməklə əməlin tövsifində hər hansı rola malik deyildir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilinməsi və cinayət əməlinin hüquqi tövsifi üzrə gəldiyi nəticəni hökmdə ətraflı şərh etməklə əsaslandırmış, işin faktiki hallarını araşdırmış, dindirilmiş şəxslərin ifadələri ilə müəyyən olunmuş məqamları təhlil etmiş, ifadələr arasında aşkar olunmuş ziddiyyətləri işdə olan digər sübut əhəmiyyətli sənədlərlə əlaqəli şəkildə yoxlamış, hər bir sübutü möbərliyi və mümkünlüyü üzrə maddi və prosessual hüquq normaları daxilində qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarının hüquqi tövsiyyəsinə əsasən, iş üzrə toplanmış icraat materialları əlaqəli şəkildə təhlil olunarkən apellyasiya şikayətinin dəlilləri təsdiq olunmamış, əksinə işdə olan mötəbər və mümkün sübutların məcmusu ilə təkzib edilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun ## #### 2015-ci il tarixli * nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin həmin mövqeyinin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Işdə olan sübutları bir daha mötəbərliyi və mümkünlüyü üzrə təhlil edən məhkəmə kollegiyası hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq ediliyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Istintaq orqanı tərəfindən iş üzrə qanuni üsullarla toplanılmış və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış, mötəbərliyi və mümkünlüyü heç bir şübhə doğurmayan, işin faktiki hallarına uyğun olaraq qiymətləndirilmiş sübutların məcmusuna əsasən, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri arasında müəyyən edilmiş ziddiyyətlər digər sübutların tədqiqi ilə işin faktiki hallarına uyğun olaraq aradan qaldırılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafıq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Plenum qərarlarının mahiyyətini və işin faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hökmün ləğv edilməsi ilə bağlı hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, hökmün ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, iş üzrə toplanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, yəni ittiham tərəfin təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bundan başqa, təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxsin şəxsiyyətini, o cümlədən, barəsində cəzanın yüngülləşdirici və ağırlaşdırıcı halları, həmçinin Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin differensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində himayəsində 2 (iki) azyaşlı uşağının olması kimi cəzasını yüngülləşdirən halın, cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hal qismində CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair ## ### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməli və ona təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 399.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi ləğv edilsin, həmin hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsilə məhkum edilməsinə dair cinayət işi üzrə ## #### 2021-ci il tarixdən ## #### 2021-ci il tarixədək tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 18 (on səkkiz) gün müddət ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən barəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar