Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-946/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X3 və X12 ibarət tərkibdə, Məhkəmə iclasının katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, Müdafiəçilər müdafiəçi2, müdafiəçi1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X10 ibarət tərkibdə) ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən ## #### 1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Məhəmməd ünvan 5 ünvanda qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşayan, barəsində həbsə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ######## 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək tutularaq və “ev dustaqlığında” saxlandığı 04 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 il 07 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ##### 2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbsə alınmışdır. Hökmlə maddi sübutların taleyi məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, hər hansı səlahiyyəti, zəruri lisenziyası və real maliyyə imkanları olmadığı halda, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən tam yerinə yetirmək niyyətində olmadan, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru zərərçəkmiş şəxs2 Zaqatala şəhəri, Azərbaycan prospekti 291 ünvanında yerləşən həmin MMC-nin «Fındıq emalı və tədarükü» zavodunu «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış qaydada elektrik enerjisi ilə təmin edilməsinə köməklik edəcəyinə, yəni texniki şərtin alınması, müvafiq transformatorun quraşdırılması və bununla bağlı digər zəruri məsələləri həll edib 137500 manat pul müqabilində işləri tam təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, qarşı tərəfdə real görüntü yaratmaq üçün formal olaraq görüləcək işlərin smetasını tərtib edib zərərçəkmiş şəxs2 təqdim edərək onun inam və etibarını qazandıqdan sonra, sonuncudan ## ###### 2021-ci il tarixdə Zaqatala şəhəri Azərbaycan prospekti 291 ünvanında yerləşən «xxxx» MMC-nin «Fındıq emalı və tədarükü» zavodunun ərazisində 27500 manat, ## ###### 2022-ci il tarixdə həmin zavodun ərazisində 20000 manat, ## ###### 2022-ci il tarixdə həmin zavodun ərazisində 40000 manat, ## #### 2022-ci il tarixdə həmin zavodun ərazisində 31000 manat, həmçinin zərərçəkmiş şəxs2 ## #### 2022-ci il tarixdə saat 15:12-də ünvan 6 ünvanında yerləşən «PashaPay» elektron ödəmə sistemi vasitəsilə onun adma olan «xxxx» ASC-yə məxsus **************** nömrəli plastik bank kartı hesabına göndərdiyi 1000 manat, həmin tarixdə saat 16:04-da qeyd olunan ünvanda yerləşən “eManat” elektron ödəmə sistemi vasitəsilə həmin hesaba göndərdiyi 500 manat, ## #### 2022-ci il tarixdə saat 10:26-da həmin ünvanda yerləşən “PashaPay” elektron ödəmə sistemi vasitəsilə onun adına olan «xxxx» ASC-yə məxsus *************** nömrəli plastik bank kartı hesabına göndərdiyi 3000 manat, ## ######## 2022-ci il tarixdə Zaqatala şəhəri, Azərbaycan prospekti 291 ünvanında yerləşən «xxxx» MMC-nin “Fındıq emalı və tədarükü” zavodunun ərazisində zərərçəkmiş şəxs2 10000 manat və ## ######## 2022- ci il tarixdə saat 16:51-də sonuncunun ünvan 6 ünvanında yerləşən “PashaPay” elektron ödəmə sistemi vasitəsilə cinayətdən xəbərsiz olan şahid8 adına rəsmiləşdirilmiş «xxxx» ASS-yə məxsus **************** nömrəli plastik bank kart hesabına göndərdiyi və sonradan onun həmin şəxsdən götürdüyü 1800 manat, həmin dövr ərzində istintaqla müəyyən edilməmiş tarixdə Zaqatala şəhəri, Azərbaycan prospekti 291 ünvanında yerləşən «xxxx» MMC-nin “Fındıq emalı və tədarükü” zavodunun ərazisində zərərçəkmiş şəxs2 2700 manat, ümumilikdə isə 137500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs2 əldə edərək, hüquqazidd niyyətinin aşkara çıxmasının qarşısını almaq üçün həmin pulu hissə- hissə sərf etməklə, yəni 27000 manat dəyərində transformator KTM yuva ilə, 1500 manat dəyərində dayaq RLND, 400 manat dəyərində muftalar, 4410 manat dəyərində kabel XLPE 240-lıq, 8500 manat dəyərində KRMN və 7000 manat dəyərində kompensasiya qurğusu alıb qeyd olunan zavodun ərazisində quraşdırmaqla, habelə layihənin hazırlanmasına görə 1200 manat, nəqliyyat xərclərinə isə 500 manat ödəməklə ümumilikdə 50510 manat dəyərində işlər görmüş, qalan 86990 manat pulu isə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə, tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Bakı şəhəri, Yasamal rayonu Həsən bəy ünvan 7 ünvanında yerləşən «Cake Bake» kafesində görüşlər zamanı özlərini zərərçəkmiş şəxs1 işgüzar və geniş əlaqələrə malik olan şəxslər kimi təqdim edərək, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borularının Göyçay rayonu, Qaraməryəm kəndindən keçən hissəsində demontaj olunması işlərini tender yolu ilə udulması, həmin boruların satılmasına köməklik edilməsi və bu işdən yüksək qazanc əldə edilməsi barədə yalan vəd verib onu aldadaraq, zərərçəkmiş şəxs1 inam və etibarını qazanmaq üçün guya özünə məxsus, faktiki olaraq isə «xxxx» MTK-nın balansında olan 3 otaqlı mənzili girov kimi saxlanılması üçün müvəqqəti olaraq sonuncunun adına rəsmiləşdirdikdən sonra, 2023-cü ilin sentyabr ayının 28-də saat 14- 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, «xxxx» ASC-nin yaxınlığında, Həsənzadə prospektində yerləşən «Kabab evi» adlı restoranın qarşısında zərərçəkmiş şəxs1 150000 manat məbləğində pul alıb ələ keçirməklə, şahid3 ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona daha yüngül cəza müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yüngül cəza verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan ona ümumilikdə 39.000 manat ödənilmişdir. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəmə kollegiyasının iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan ## ###### 2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamdan görünür ki, o, yazılı iltizam verərək 2022 və 2023-cü illərdə müxtəlif vaxtlarda Zaqatala şəhərində “xxxx” MMC-nin Fındıq Emalı müəssisəsində transfarmator qoyulması üçün həmin müəssisənin əməkdaşları zərərçəkmiş şəxs2 və Mübariz Cabbarovdan ümumi 137.500 manat məbləğində pul aldığını, 5 gün ərzində işi yekunlaşdıracağını, əks təqdirdə 137.500 manatı gətirib ## ###### 2024-cü il tarixdən gec olmayaraq qaytaracağına söz vermişdir (cild 01; i.v.10). İşdə olan ## #### 2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamdan görünür ki, o, yazılı iltizam verərək ## ######## 2023-cü il tarixdə “20 Yanvar” metrosu yaxınlığında yerləşən “xxxx” ASC-nin arxasındakı çay evində zərərçəkmiş şəxs1 onunla birgə metal biznesinin təşkil edilməsi məqsədi ilə aldığı 150000 manat pul vəsaitini ən qısa zamanda geri qaytaracağına vəd verdiyini, geri qaytara bilmədiyi təqdirdə əmlakı ilə məsuliyyət daşıdığını, barəsində qanunla nəzərdə tutulmuş hüquqi tədbirlər görülməsinə etiraz etmədiyini bildirmişdir (cild 02; i.v.50). İşdə olan ## #### 2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamdan görünür ki, o, yazılı iltizam imzalayaraq ##.##.2024-cü il tarixdə yazdığı iltizamı bir daha təsdiq etdiyini, zərərçəkmiş şəxs1 biznes qurmaq adı ilə götürdüyü 150000 manatı ## #### 2024-cü il tarixdən gec olmayaraq qaytaracağına vəd verdiyini, əks halda dələduzluq maddəsi ilə cinayət məsuliyyəti daşıdığını başa düşdüyünü qeyd edərək həmin tarixədək barəsində hüquq-mühafizə orqanlarına şikayət edilməməsini xahiş etmişdir (cild 02; i.v.57). İşdə olan Azərbaycan Dövlət Su X28 X13 Xidməti Publik Hüquqi X1 Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən daxil olmuş ## ##### 2025-ci il tarixli ** nömrəli məktubundan görünür ki, X11 Sistemlərinin İstismarı İdarəsində tender vasitəsilə hərraca çıxarılan boru olmamışdır (cild 03; i.v.38). İşdə olan Zaqatala rayonu X20 daxil olmuş ## ##### 2025-ci il tarixli ** nömrəli məktubundan görünür ki, «xxxx» MMC-nin fındıq emalı zavodu və tədarükü müəssisəsi Zaqatala şəhərində yerləşdiyi üçün «xxxx» MMC və X16 tərəfindən texniki şərtin təsdiq edilməsi ilə əlaqədar Yuxarı Tala bələdiyyəsinə müraciət olunmamışdır (cild 03; i.v.41- 42). İşdə olan Azərbaycan Respublikası Zaqatala rayon Zaqatala Bələdiyyəsindən daxil olmuş ## ##### 2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, Zaqatala şəhəri Azərbaycan prospekti 291 ünvanında yerləşən «xxxx» MMC-nin fındıq emalı və tədarükü müəssisəsinə təchiz edilmiş işıq enerjisi ilə bağlı texniki şərtin təsdiq edilməsi ilə bağlı Zaqatala bələdiyyəsinə müraciət edilməmişdir. Həmin əraziyə işıq xəttinin çəkilməsi ilə əlaqədar tərtib olunmuş «layihə-smeta» sənədləri, yəni aparılacaq işıq xəttinin marşurutu Zaqatala bələdiyyəsinin mülkiyyətinə maneə törətmədiyi ilə əlaqədar müraciət olunmuş və Zaqatala bələdiyyəsi ilə razılaşdırılmışdır (cild 03; i.v.90). İşdə olan Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş ## ##### 2025ci il tarixli **/*-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AZ1089, Bakı şəhəri Suraxanı rayonu, Hövsan ŞTQ, İlqar Əhlimanov (Hovsan qəs.), ev 6, mənzil 3 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətidə ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinədək elektrik mühəndisi, AZ1033, Bakı şəhəri Nərimanov rayonu, X2, ev 1 «D», mənzil 40 ünvanında yerləşən «KATRİ» Məhdud Məsuliyyətli Cəmiyyətidə ##.##.2021-ci il tarixindən ##.##.2023-cü il tarixinədək iş icraçısı işləmiş və tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir (cild 03; i.v.210-211). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X6 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ##### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2021-2024-cü illərdə, yəni sözügedən cinayət əməllərini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik müəyyən edilmir. 2021-2024-cü illərdə, yəni sözügedən cinayət əməllərini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İdrak prosesləri, dünyagörüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Əqli intişafında gerilik əlamətləri müşahidə olunmur. Sözügedən cinayət əməllərini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Sözügedən cinayət əməllərini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Sözügedən cinayət əməllərini törədərkən fizioloji affekt halında olmamışdır (cild 03; i.v.214-217). İşdə olan “Baxış keçirilməsi haqqında” ## ### 2024-cü il tarixli protokoldan görünür ki, CD disk SAMSUNG markalı noutbuka salındı və disk açılarkən orada 21 ədəd fayl aşkar edildi. Həmin fayllarda səs yazısı vardır. Həmin səs yazılarında şahid7 Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs1 və şahid3 ilə danışaraq zərərçəkmiş şəxs1 adına yazılmış ünvan 2 ünvanında yerləşən binanın 1-ci giriş 11-ci mərtəbə ümumi sahəsi 154,8 kv metrdən ibarət 3 otaqlı mənzillə bağlı alınmış puldan və sənədləşməsi barədə danışırlar. Həmin diskdə olan səslərin məxsusluğu ilə bağlı adlarının baş hərfləri ilə işarə olunaraq aralarında olan danışıqlar aşağıdakı kimi yazılmışdır. E. Bəli Araz bəy. A. İndi mənə bəy deyərsən nə var nə yox. E. sağ ol salamatdıq səndə nə var nə yox. A. Salamatdıq, haradasan neyniyirsən? E. Salamatdıq. Üstünə sağlıq yaman ağrıyıram şəhərdəyəm. A. Sən balavın canı sən o adamdan yüz iyirmi min pul almısan? Sən o adamdan Bəxtiyardan yüz iyirmi min pul almısan? E. Yoxe almışam. Sən bilmirsənə mən səninlə görüşəndə indi deyəcəm. A. Elnur bir görüşəkdə sənlə. Sən indi hardasan? E. İndi bir iş varda onu həll eləyim görüşəkdə. Allaha and olsun səninlə görüşəcəyik, qıldığım namaza and olsun səninlə görüşəcəyik. A. Mən səni qardaş bilirdimdə Elnur, səninlə çörək çəkmişik ona görə deyirdim ki, həmin sənədləri aparıb vermə verərsən səni aldadar. Sən məni aldatmarsa onlar məni aldadar dedinki balamın canı üçün sənədi verməyəcəm. E. Mən səninlə görüşəndə mən sənə indi hamısını izah edəcəmdə. A. İndi götürüb vermisən sənədi və məlumat gəlib çatır ki, yüz iyirmi min pul almısan ondan. E. İndi mən sənə deyirəm ki, görüşəndə hamısını izah edəcəmdə sənəddə adamdadır götürəcəmdə ondan hamısın sənədə izah edəcəmdə. A. Hacan görüşək? E. İndi mən sənə izah edəcəmdə görüşərik. A. Bəxtiyar salam qaqaş. B.Vəaleykum salam. A.Necəsən nə var nə yox? B.Sağ ol qardaş kimi idi danışan. A.Tahirdi, Tahirdi, Mars MTK-mn təsisçilərindən biridir. Qardaş sən ağsaqqalla danışırsın, 10 gündür deyirsən gələcəyəm oda səni başa düşmür, qardaş biz burda adam kəsmirik adam doğramırıq görüşək izah edəkdə olanları. B.Qorxumdan görüşmürük deyil e dosdum. Hər dəfə ağsaqalla görüşmək lazımdır. Ona izah etmək lazımdır. Ağsaqqalın sualları məndə deyil. Ağsaqqalın nömrəsin vermişəm, demişəm, o kişinində adı Bəxtiyardır. A.Ev sizin adınıza yazılıb axi ay qardaş. Məni qıraq adamı niyə verirsən görüşməyə. Qardaş saxta olaraq götürülüb sənin adıva yazılıb. Mən səninlə istəyirəm görüşək, Azərbaycanlıyıq müsalmanıq bir dəqiqə olar görüşək. B.Mənimlə niyə görüşmək istəyirsən, bir mənə izah elə. Sənin sualıvın cavabı məndə deyil axı birdənə mənə izah elə bilim. A.Ay qardaş bu evi sənin adına yazıblar 3000 pul götürüblər, 5000 pul götürüblər, 10000 pul götürüblər 1şahid1 pul götürüblər, 2şahid1 pul götürüblər neyniyiblər axı. B.Qardaş kim yazdırıb mənim adıma? A.Elnur. B.Tanışınızdırda yəqin ki, tapanmırsız onu? A.Elnur aldadıb yazdırıb Sizin adınıza. Birdənə təsisçimiz var Araz adlı təsisçimiz Elnur onunla əlaqə saxlayır. Deyir sabahsabah, götürüb təsisçilər veriblər Qoraddelə, birdəki Bantitizmə. B.Lap yaxşı hara verməmisiz verin tapında nə problem var ki, mənim nömrən acıqdır, məni hara lazımdır mən gedəcəm. Yaxşı qardaş mənim əlimdə sənəd var sünət var mən hara lazımdır ora gedəcəm. Polisə verməmisiz lap yaxşı cağırılacam gedəcəm. Dövlətin polisi deyil lap yaxşı zəng edəcəklər dəvət edəcəklər mən də gedəcəm. Lap yaxşı polis deyil gedəcəm ərizəmi verəcəm. A.Mən sizi başa düşmədim e sizin görüşməyiniz nə verir ki, sizə 1 dəqiqəlik görüşəkdə. Mənimlə siz 10 dəqiqədir telefonla danışdrsınız. Elə olmaz ki, görüşək üzbəsurat danışaq. B.Sənin sualıvın cavabı məndə yoxdur, mən o kişiyə 150000 manat borc pul vermişəm, ayın 25-nə bu günə kimi borcu qaytarmalı idi. Borcu qaytarmayacaq vso qurtardı getdi. Mən o kişiyə 150000 borc pul vermişəm bu evdə zaloqdadır qurtardı getdi. A.Bəs bunu niyə demirsiz. Nə qədər ona vermisiz pul? B.Bu sualın cavabın o gündə demişəm, bizim aramızda borc müqaviləsi vardır 150000 manatlıq. Mən o gündə demişəm, demişəm ki, sizin sualınızın cavabı ağsaqqaldadır, məndə deyil 150000 borc vermişəm qurtardı, deyir ki, gəl görüşək. Nəyə görüşəcəyik mənim vaxtım yoxdur. A.Mənim bir sualım var onuda verəcəm day zəng etməyəcəm Sizə. Pulu Siz vermisiniz yoxsa ağsaqqal? B. Kimə? A. Elnura pulu? B. Mən Elnuru tanımıram, ortada bir adam var ağsaqqal o xahiş edib məndə pulu vermişəm. Qardaş deyirsinize Elnur onu görmüşəm mən. Lakin ağsaqqal deyib məndə pulu vermişəm. A. Pul sizindir amma ağsaqqal deyib sizdə vermisiniz? Onda pul sizindirsə siz vermisinizsə onda niyə ağsaqqalla görüşüm və danışım mən. B. Pul mənimdir ağsaqqal zamin durub deyib ver, məndə pulumu vermişəm, ağsaqqal deyib ki, bu vaxtı pulunuz qaytarılacaq mən də vermişəm. O gün də evdəkilər avto qəzaya düşmüş, o günü yığmış və ona görədə əsəbi vaxtıma düşmüş və demişdir görüşək. Ortada borc müqaviləsi var yazılıb qurtardı getdi. A. Oldu nəysə mənə hər şey aydın oldu, bu dələduzluq edərək saxta sənəd yazdıraraq sizdən pul almışdır. A. Salam Elnur sən bu adamdan 150000 manat pul almısan, nəyə görə aparıb xalxın pulunu qaytarmırsan. Həmin adama aparıb 10-15000 manat pul qaytar ki, o sənin niyyətivin düz olmasını başa düşsün. E. İndi baxımda görüm neynirəm. A. Səndə mənə deməmisən yalandan sənəd yazdıraraq ondan 150000 manat pul almısan. Mənimdə ev çıxar əlimdən məhkəmədəndə xəbərim yaxşı ki, oldu. Mən məhkəmədə də vaxtı uzadaraq işi həll etdim. Sən bəs niyə belə edirsən pulu alırsan sənəd yazdırıb puluda götürüb çıxıb gedirsən. Sən deyirsən ki, 150000 manat almısan 50000 manatını vermisən başqa adama. Sən ona vermisən. Sən məni pis vəziyyətə qoyursan. E. Narahat olma səninlə görüşəcəm, danışarıq. A. Salam kimlə danışırdım? Ə. Salam Əliağadır. Elmlərdə həmişə bağın içinə gələndə bura gəlirlər ona görə mən də bura gəlmişəm. Danışılan adamın adı Bəxtiyardır. Yəni yenədə deyirəm e Elnurla danışmışıq aramızda bir dənə belə iş var. A. Bağışlayın üzr istəyirəm siz Elnurun adamısız yoxsa o tərəfin adamısınız? Ə. Mən o tərəfin adamıyam Bəxtiyarın adamıyam sənəddə məndədir. Elnurla indi biz iş görürük onun müqabilində evin müvəqqəti verib bizə. Amma 3 və ya 4cü gün qaytarılacaq, gələn həftənin axrı yekunlaşaraq sənəd qaytılacaq sənə. A. Sizin adınız nə oldu? Ə. Mənim adım oldu Əliağa. A. Mənzil kimin adına yazılıbsa Naxçıvanlı. Ə. O elə belə bizim bir adamdır. Bəxtiyar bizim adamdır mənzil kimin adma yazılıb 25 kimi danışılmışdır amma bir həftə vaxt alıb əlavə. A. Bəxtiyar deyir pulu mən vermişəm pul mənimdir. Ə. Düz deyir amma orada iki Bəxtiyar var. Biri yaşlı adamdır biri cavan adamdır. Pul cavanındır amma böyük Bəxtiyar görüşəcək. Bəxtiyarla birlikdə pulu vermişik. şahid7 zəng edərək Təqsirləndirilən şəxslə dəfələrlə danışaraq ona deyir ki, Bəxtiyardan aldığın 150000 manat pulu qaytar. Elnurda bəhanə gətirərək pulu qaytaracağını bildirir və ona bildirir ki, sənində mənə borcun olmuşdur. Arazda ona bildirir ki, mənim sənə olan borcumu Vidadidən alaraq sənə ödəmişəm, Elnurda etiraf edərək 132000 manat pulunun ona çatdığını bildirir. Həmçinin, Araza Elnur deyir ki, bəli sən mənə olan 123000 manat borcunu qaytarmısan. Bundan əlavə şahid7 dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək camaatdan aldığı yüz əlli min manat pulu qaytarmasını, onunla görüşərək evlə bağlı yazdığı sənədi ondan tələb etmişdir. (cild 03; i.v.241-243). “ İşdə olan “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, şahid zərərçəkmiş şəxs1 təqdim etdiyi CD disk ondan götürülərək SAMSUNG markalı noutbuka salındı və disk açılarkən orada 1 ədəd fayl aşkar edildi. Həmin faylda videogörüntü vardır. Həmin videogörüntü zamanı zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə danışır. Həmin videogörüntü zamanı zərərçəkmiş şəxs1 açıq aşkar Təqsirləndirilən şəxslə danışığını çəkdiyini, həmin çəkilişdən Təqsirləndirilən şəxs xəbəri olaraq təzyiq altında çəkilmədiyini bildirir. Danışıq zamanı borc qarşılığı olaraq Təqsirləndirilən şəxs ondan 150000 manat pul alaraq evin sənədlərini verdiyini və həmin evin açarının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə cavab olaraq həqiqətəndə ondan 150000 manat pul aldığını bildirmişdir. Həmin videogörüntü telefonla və bir otaqda çəkilmişdir. Şahid zərərçəkmiş şəxs1 şifahi olaraq bildirdi ki, həmin videogörüntünü çəkərək Təqsirləndirilən şəxs Göyçay rayonu Qaraməryəm kəndində olan boruların hərracını udaraq biznes qurmaq üçün verdiyi 150000 manat pulunu istəmiş və Təqsirləndirilən şəxs ondan 150000 manat pul aldığını səmimi olaraq etiraf etmişdir (cild 04; i.v.31). Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza müddəti qismən yüngülləşdirilməklə dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X21 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasının həddi müəyyən edilərkən ona ağır cəza təyin edilmiş və cəzasının yüngülləşdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini qismən etiraf edərək peşman olmasını (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4), dəymiş zərərdən qismən ödəniş etməsini (CM- 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Zərərçəkmiş zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışımış və ona qarşı şikayət və tələbi yoxdur. Bundan başqa, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş zərərçəkmiş şəxs1 vurulmuş ümumi ziyandan 14.000 manat və 25.000 manat, cəmi 39.000 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən ziyanın ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi məsələsi həll edilərkən cəzanı yüngülləşdirən hallara və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinin azalmasına təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların təqsirkar şəxsin cəza çəkmədən islah olunacağı nəticəsinə gəlinməsi üçün yetərli olması əsaslandırmalıdır. Hazırki işin konkret hallarının qeyd edilən normaların tələbləri ilə müqayisəli təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya şikayətinin dəlilləri və işin halları Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən etməsə də, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də ilk məhkumluğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini, azyaşlı uşaqlarının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində bir qədər yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində endirilməklə yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ######## 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək tutularaq və “ev dustaqlığında” saxlanıldığı 04 (dörd) ay 20 (iyirmi) gün müddət ona hazırki qərarla təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 01 (bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 (səkkiz) saat üçün cəmi 88(səksən səkkiz) manat dövlət büdcəsindən “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Aqil Musayev Sabit Bəhramzadə
Məhkəmə qərarları › İş №1(3-6)-946/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-946/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver