Məhkəmə qərarları › İş №1(3-6)-949/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-949/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-949/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Heydər Əliyev adına X2 nümayəndəsi zərərçəkmiş şəxs2, Məhkum edilmiş şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs3, onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim Mətanət Hacıyeva) ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə, ##.##.1978-ci il tarixdə Ermənistan Respublikası, Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.3 və 126.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3cü maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 19 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3- 2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 1nvanında faktiki yaşamış, ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## #### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs3 CM-in 177.2.2-ci maddəsi ittihamdan xaric edilməklə CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş 1il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını (barəsində amnistiya aktının tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı nəzərə alınmaqla) hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs3 ## ####### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək 1 ay həbsdə və ev dustaqlığında saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, Zərərçəkmiş şəxs-mülki iddiaçı Heydər Əliyev adına X2 mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 dəymiş ziyana görə 24458,62 manat, dövlət rüsumu kimi ödənilmiş 167,44 manat müştərək qaydada tutulub Heydər Əliyev adına X2 hesabına ödənilməsi, qalan hissədə mülki iddianın baxılmamış saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin, digər şəxslər də təqirli bilinib məhkum edilmiş, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmə hökmünə əsasən təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, neft kəmərlərinə münasibətdə, özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs3 qəsdən tamah niyyəti ilə tanışları təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ilə 2025-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 3 ünvanında yerləşən çayxanada olarkən əvvəlcədən gördükləri yaxınlıqdakı benzin yanacağının nəqli üçün nəzərdə tutulmuş neft kəmərinin kompleks hissəsi olan borudan özgənin əmlakını neft kəmərlərinə münasibətdə gizli olaraq talamaq barədə razılaşıb, cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə təqsirləndirilən şəxs3, qrup üzvləri təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2la birlikdə 2025-ci ilin fevral ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X1 məxsus 95 markalı neft məhsulu olan benzin yanacağının nəqli üçün nəzərdə tutulmuş neft kəmərinin kompleks hissəsi olan 200 mm-lik diametrli borunun alt hissəsini dəmir elektron burğu aləti (drel) vasitəsilə deşib borudan benzin yanacağının axdığını gördükdən sonra, həmin borunun deşilmiş hissəsinə mayeni açıb buraxmaq və qapamaq üçün alət (kran) qoyaraq, qeyd olunan krana birləşdirdikləri 20 mm-lik diametrli təxminən 20 metr uzunluğunda plastik borunu öz əməllərini gizlətmək məqsədilə torpağın altına basdırmaqla yaxınlıqdakı avtomobil təmir sexinin dayanacağının daş hasarının yaxınlığına gizli formada çəkərək həmin borunun sonuna kran bağlayıb 2025-ci ilin fevral ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq həmin yerə gələrək hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə, ümumilikdə 24.458,62 manat dəyərində 12,575 ton A-95 markalı benzin yanacağını qrup üzvləri təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, neft kəmərlərinə münasibətdə, gizli olaraq talayıb icarəyə götürdükləri “Toyota Prado” markalı **RL*** dövlət qeydiyyat nişanlı avtomobil və istintaqa məlum olmayan digər nəqliyyat vasitələri ilə daşıyaraq, müxtəlif yerlərə satıb əldə etdikləri pul vəsaitlərini qrup üzvləri təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 arasında bölüşdürməklə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X1 24.458,62 (iyirmi dörd min dörd yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Hökmdən, digər məhkum edilmiş şəxslər, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Məhkum edilmiş şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmündən narazıdır, işinə düzgün baxılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum edilmiş şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Heydər Əliyev adına X2 nümayəndəsi zərərçəkmiş şəxs2 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X4 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən görünür ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində təqsirli bilindiyi əməlin hüquqi tövsifini, təqsirli olub-olmaması məsələsini mübahisələndirməmişdir. təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməlləri özünün və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs3 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsini xaric etmiş və Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, cəza təyini zamanı CM-in 65.5-ci və 69.3-cü maddələrinin tələblərinə riayət etmiş, ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsini xaric edərək təqsirli bilindiyi CMin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş minumum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmiş və məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. Cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyan məhkum edilmiş şəxslər tərəfindən ödənilməmişdir, şikayətçidir, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. CM-in 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddəsinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs3 cəza təyin edilərkən minumum həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanı ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs3 cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum edilmiş şəxs və mülki cavabdeh təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar