Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-950/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlunun, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1997-ci ildə Masallı rayonu Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi ilə) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biinərək, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 (beş) ay həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbiri seçilməsi və həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 37711,14 manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 120 manat, auditor xidmətləri üçün ödənilmiş 1200 manat, dövlət rüsumu kimi ödənilmiş 227 manat pulun tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Hökmlə digər məsələlər də həll edilmişdir. Hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmün cəzanın yüngüllüyü və mülki iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sanksiya daxilində daha da ağırlaşdırılmasını, həmçinin vermiş olduğu mülki iddianı tam həcmdə təmin olunmasını xahiş etmişdir. Hökmdən məhkum olunmuş şəxs və onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verməmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən sexdə fərdi sahibkar kimi dondurma üçün istifadə olunan çörəyin istehsalı ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs ## ###### 2025-ci il tarixli, ** nömrəli əmri ilə mühasib vəzifəsinə qəbul edilib yaşadığı ünvan 3 ünvanında mühasibatlıq işlərini apararkən, ona inanılıb tapşırılmış fiziki şəxs Zərərçəkmiş şəxs məxsus maddi qiymətli əmlakın qorunub saxlanılmasına birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş cinayət əməlini həyata keçirərək yaşadığı ünvan 1 ünvanında olarkən mühasib kimi maliyyə əməliyyatlarının aparılması üçün fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən ona verilmiş "050-322-09-02" nömrəli elektron “Asan imza” vasitəsi ilə sonuncunun “xxxx” ASC-də olan "Az73VTBA 04104001541278 AZN001” nömrəli hesabından ## ###### 2025-ci il tarixdə 749,64 manat, ## ###### 2025-ci il tarixdə 1 973,50 manat, ## ###### 2025-ci il tarixdə 8.968 manat, ## ###### 2025-ci il tarixdə 3.320 manat, ## #### 2025-ci il tarixdə 6.000 manat, ## #### 2025ci il tarixdə 5.000 manat, ## #### 2025-ci il tarixdə 1.700 manat, “xxxx" ASC-də olan “AZ90UBAZ 4038755464I040AZN001" nömrəli hesabından ## #### 2025-ci il tarixdə müvafiq olaraq 5.000 və 5.000 manat, ümumilikdə isə ona etibar edilmiş özgə əmlakı olan 37.711 manat 14 qəpik məbləğində xeyli miqdarda pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə elektron qaydada özünün istifadəsində olan onun cinayətkar niyyətindən xəbərsiz olan qohumu şahid1 “xxxx" ASC-də olan “AZ37NABZ 013501**********1944" nömrəli hesabına guya xidmət haqqı kimi avans adı ilə köçürüb mənimsəyərək həmin pul vəsaitlərinin 30.211 manat 14 qəpik hissəsini ünvan 2 ünvanında quraşdırılmış “xxxx” ASCnin terminalı vasitəsi ilə çıxarıb nağdlaşdırdıqdan sonra qeyd edilən hesabın aylıq nağdlaşdırma limiti bitdiyindən qalan 7.500 manat pul vəsaitini ##.##.2025-ci il tarixdə 2.500 manat, ##.##.2025-ci il tarixdə isə 5.000 manat olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Məmmədxanlı İlkin Cəbrayıl oğlunun mühasib işlədiyi “Aİ Prestij Company” MMC-nin “AZ56A11B 400600J9441383411103” nömrəli hesabına “borc müqaviləsinə əsasən” təyinatı adı ilə köçürməklə İlkin Məmmədxanlıya guya həmin pul vəsaitinin atasına məxsus olması barədə yalan məlumat verib sonuncunun vasitəsi ilə nağdlaşdıraraq ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talayıb fiziki şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmuşdur. Apellyasiya müraciətlərinin dəlilləri və məhkəmə çıxışları: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün qismən ləğv edilməsini və Təqsirləndirilən şəxs yuxarı həddə cəza təyin edilməsini və mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, məhkum mülki iddiaçıya məxsus dondurma çörəyi istehsalı sexində mühasib kimi işə qəbul edildikdən dərhal sonra, ona etibar edilmiş elektron "Asan İmza" vasitəsindən və qulluq mövqeyindən sui-istifadə edərək vahid niyyətlə, qısa müddət ərzində (## ###### 2025-ci ildən ## #### 2025-ci ilədək) ardıcıl olaraq 37.711,14 manat məbləğində vəsaiti müvafiq hesablardan köçürərək mənimsəmişdir. Bu əməl adi bir mənimsəmə deyil, fərdi sahibkarın kommersiya fəaliyyətinə və etibarına vurulmuş ağır zərbədir. Cinayət nəticəsində fərdi sahibkar olan Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurulmuş, müəssisənin maliyyə dövriyyəsi iflic edilmiş və zərərçəkmiş şəxs banklar qarşısında ağır öhdəliklərlə baş-başa buraxılmışdır. Məhkum vurulmuş ziyanın bir qəpiyini belə ödəməmişdir. Ziyanı ödəməyən və zərərçəkmişin maddi vəziyyətini ağırlaşdıran şəxsə münasibətdə yalnız "peşmanlıq" bəhanəsi ilə minimal cəzanın verilməsi cəzanın ədalətlilik prinsipinə (CM-nin 8-ci maddəsi) ziddir. Məhkəmə mülki iddianı qismən təmin edərkən cinayət nəticəsində iddiaçının məruz qaldığı real zərərin tərkibini düzgün müəyyən etməmişdir. Məhkəmə mənimsənilmiş əsas məbləği tutsa da, bu mənimsəmə ucbatından iddiaçının çəkdiyi qaçılmaz xərcləri (kredit faizlərini) nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünü dəyişdirilərək Təqsirləndirilən şəxs ən yuxarı həddə azadlıqdan mərhumetmə cəzasının təyin olunmasını və tərəfindən verilmiş mülki iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılasmı hissəsində apellyasiya şikayətinin təmin edilməsini və mülki iddia ilə bağlı hissədə isə işin halları nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 179.2.3. mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və apellyasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair hallar kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti ilə bağlı ağırlaşdırılması üçün zəruri əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs - mülki iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlilləri isə, mülki iddianın tam təmin olunması ilə bağlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi ədalət mövqeyindən çıxış edərək düzgün olaraq, zərərçəkmiş - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qismən təmin etmiş, Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 37711,14 manat, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 120 manat, auditor xidmətləri üçün ödənilmiş 1200 manat, dövlət rüsumu kimi ödənilmiş 227 manat pulun tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini hökm etmişdir. Audit prosedurlarının aparılmasına dair ##.##.2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixə öhdəsində 37712,00 manat pul çatışmamazlığı olmuşdur. ## ###### 2025-ci il tarixli , FTX ****** nömrəli kassa mədaxil orderindən görünür ki, sahibkar Zərərçəkmiş şəxs tərəfindən auditor xidməti üçün 1200 manat ödənilmişdir. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 227 manat dövlət rüsumu ödənilmişdir. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən hüquqi xidmətə görə 120 manat ödənilmişdir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, mülki iddiaçının apellyasiya şikayətinin əsas dəlili mülki iddianın faizlər hissəsində də təmin olunması və götürdüyü bank kreditlərinə görə ödədiyi aylıq 539 manat faiz məbləğinin 2025-ci ilin fevral ayından başlamaqla tutulmaqla mülki iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyasının mülki iddianın həmin hissəsi ilə bağlı mövqeyi ondan ibarətdir ki, həmin tələb qeyri-müəyyən olmaqla hazırki vaxtda təmin olunma bilməz. Mülki iddia qaldırılan zaman tələb aydın şəkildə qoyulmalı və əsaslandırılmalıdır. Zərərçəkmiş şəxsin (mülki iddiaçının) bankdan götürdüyü kreditlərlə bağlı təqsirləndirilən şəxsin hər hansı bir öhdəliyi yoxdur və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda zərərçəkmiş şəxsə (mülki iddiaçıya) izah etməyi zəruri hesab edir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən mülki iddianın təmin olunması hissəsi icra edilməzsə, onda təqsirləndirlən şəxsə (mülki cavbdehə) qarşı gecikdirilmiş müddətlərdə ona vurulmuş ziyanla bağlı iddia qaldıra bilər. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında cəzanın məqsədlərini təmin edən cəzası təyin edilmişdir, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya ağırlaşdırılması üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-950/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-950/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver