Məhkəmə qərarları › İş №1(3-6)-953/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-953/2026

21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-953/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 Zeylan oğlu tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 1(003)-598/2025 saylı, ##.##.2026-cı il tarixli hökmü ilə, ##.##.1967-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Aviasiya Təhlükəsizlik Baş İdarəsində Növbə rəisi vəzifəsində işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Aviaşəhərcik ailəvi yataqxanada qeydiyyatda olan və Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş İbrahimov Yaşar Yadulla oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə dövlət və yerli özünüidaretmə orqanlarında, özəl sektorda, həmçinin mühafizə ilə bağlı sahələrdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, CM-nin 69.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay müddət bir günə iki gün hesabı ilə, cəmi 08 ay müddət ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidaretmə orqanlarında, özəl sektorda, həmçinin mühafizə ilə bağlı sahələrdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut, vəzifələr və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən İbrahimov Yaşar Yadulla oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025-ci il tarixdə saat 20-00-dan ## #### 2025-ci il tarixdə saat 08-00-dək gecə növbəsində xidmətdə olarkən, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin mühafizə postlarını yoxlamaq adı ilə ## ###### 2025-ci il tarixdə saat 22 radələrində onunla xidmətdə olan və onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan sürücü şahid1 idarə etdiyi ** AK *** dövlət qeydiyyat nişanlı xidməti “Toyota Hilux” markalı avtomobil ilə X5 Aeroportunun Hava gəmiləri üçün ayrılmış təyyarə dayanacağına gəlib, sürücünü avtomobillərin olduğu qaraja göndərdikdən sonra təyyarə dayanacağında saxlanılan istismardan çıxarılmış 4K-AZ 41 milli qeydiyyat nişanlı İL 76 TD təyyarəyə nərdivanla qalxaraq, onun qapısını üzərində olan dairəvi tutacağı çevirib açaraq, təyyarənin yük salonuna qanunsuz daxil olaraq, özü ilə gətirdiyi istintaqla əldə edilməsi mümkün olmayan kəlbətinlə kabeli kəsib, 21800 manat dəyərində bir ədəd üzərində kiril qrafikalı hərflərlə “APK-15M" yazılmış avtomatik radio kompasını, 8750 manat dəyərində bir ədəd üzərində kiril qrafikalı hərflərlə “БКН 115B” yazılmış gərginliyə nəzarət blokunu, 13400 manat dəyərində bir ədəd üzərində kiril qrafikalı hərflərlə “ПО-750А-2С” yazılmış çeviricini sellofan paketlərə qoyaraq təyyarədən çıxarmaqla oğurlamış, onlardan “APK-15M” avtomatik radio kompasını, “БКН 115B” gərginliyə nəzarət blokunu həmin təyyarənin, “ПО-750А-2С” çeviricini isə sonrakı gün aparması üçün yaxınlıqda saxlanılmış 4K-AZ 40 milli qeydiyyat nişanlı İL 76 TD təyyarəsinin altında gizlətdikdən sonra zəng edib çağırdığı cinayətə aidiyyəti olmayan sürücü şahid1la yuxarıda qeyd olunan xidməti avtomobil ilə ATBİ-nin inzibati binasına qayıtmış, saat 22-30-da sonuncunun idarə etdiyi həmin xidməti avtomobillə yenidən təyyarə dayanacağına gələrək, “APK-15M” avtomatik radio kompasının və “БКН 115B” gərginliyə nəzarət blokunun olduğu iki ədəd sellofan paketi maşına qoyub, onları “Elektron mühafizə hasarı”nın qarşısına gətirərək, hasarın yaxınlığında yaşayan onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan şahid2 zəng edib, sonuncudan hasarın çöl tərəfinə atdığı iki ədəd sellofan paketi götürərək yaşadığı evin həyətinə aparmasını xahiş etmiş, bundan sonra ## #### 2025-ci il tarixdə səhər saat 8-də növbədən çıxıb cinayətə aidiyyəti olmayan şahid2 evinə gedərək, evin həyətindən əvvəlki gün hasardan atdığı həmin paketləri aparmaqla, başqa saxlanc yeri sayılan təyyarənin yük salonuna qanunsuz daxil olub, oradan 21800 manat dəyərində bir ədəd “APK-15M” avtomatik radio kompasını, 8750 manat dəyərində bir ədəd “БКН 115B” gərginliyə nəzarət blokunu, 13400 manat dəyərində bir ədəd “ПО-750А-2С”xxxx“xxxx” MMC-yə ümumilikdə 43950 manat təşkil edən xeyli miqdarda ziyan vurmuşdur. Hökmdən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayəti verib, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməsini, CM-nin 46.2-ci maddəsinin tətbiq edilməməklə minimum həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğurluq əməli, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bu maddənin tərkibini yaradır. Cinayət işinin məhkəmə iclaslarından araşdırılmış hallarından görünür ki, oğurluq əməli X5 Aeroportunun Hava gəmiləri üçün ayrılmış hər hansı bir maneə ilə əhatə olunmamış dayanacaqda yerləşdirilmiş istismara yararsız təyyarə daxil olmaqla, təyyarənin yük salonundan kabelləri kəsilməklə bir ədəd avtomatik radio kompası, bir ədəd gərginliyə nəzarət bloku və bir ədəd üzərində çeviricini talamaqla həyata keçirilmişdir. təqsirləndirilən şəxs İbrahimov Yaşar Yadulla oğlu “xxxx” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsi Mühafizə xidmətində növbə rəisi vəzifəsində çalışmışdır. Məhkəmə sorğusuna cavab olaraq bu idarənin məktubundan aydın olur ki, təqsirləndirilən şəxsə verilmiş buraxılış vəsiqəsi ona mühafizə edilən məhdud girişli zonanın kritik sahəsi olan hava gəmisinə daxil olmaq imkanı yaradır. Oğurluğun baş verdiyi vaxt təqsirləndirilən şəxs İbrahimov Yaşar Yadulla oğlu xidmətdə olmuş və təyyarənin yerləşdiyi dayanacağa gəlmiş, orada mühafizə postunda olan şəxsə, yəni tabeçiliyində olan şəxsə xidməti təlimatlar vermiş, sonra isə oradan aralanmış və heç kim görmədən təyyarəyə nərdivan vasitəsilə daxil olmaqla oğurluq etmişdir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli qərarının 19-cu bəndinə əsasən Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq" anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Göstərilənlərə əsaslanaraq qeyd olunur ki, təyyarə nəqliyyat vasitəsidir və bu nəqliyyat vasitəsinin yük salonu saxlanc yeri kimi qəbul edilməməlidir. Oğurluq hadisəsi törədilmiş təyyarənin özü isə istismara yararsız təyyarələr üçün nəzərdə tutulmuş, hər hansı bir hasarla əhatə olunmamış dayanacaqda yerləşdirilmişdir. Mühafizə xidmətində növbə rəisi vəzifəsi olan təqsirləndirilən şəxsin isə bu təyyarə daxil olmaq səlahiyyətlərinin olmaması iş üzrə sübut olunmur. Əksinə müəyyən edilir ki, ona verilmiş buraxılış vəsiqəsi bu təyyarə daxil olmaq imkanı yaradır. Oğurlanmış əşyalar geri qaytarılmış, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Bundan başqa təqsinləndirilən şəxs ilk dəfə cinayətin törədilməsində ittiham olunur, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşmüş və hərbi veterandır. Himayəsində bir yetkinlik yaşına çatmayan qızı vardır, ailəsinin yeganə qazanc əldə edən şəxsidir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs İbrahimov Yaşar Yadulla oğlu və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafə etdiklərini, həmçinin, İbrahimov Yaşar Yadulla oğlu aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarına görə qanunverici tərəfindən CPM-də müvafiq dəyişikliklər edilənə qədər bu Məcəllənin 397.1 və 397.2-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır: Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Müdafiə tərəfi əməlin tövsif edilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onu CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmiş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin İbrahimov Yaşar Yadulla oğlunun cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Müdafiə tərəfinin iddiasına görə təyyarə nəqliyyat vasitəsidir və bu nəqliyyat vasitəsinin yük salonu saxlanc yeri kimi qəbul edilməməli və təqsirləndirilən şəxsə verilmiş buraxılış vəsiqəsi ona mühafizə edilən məhdud girişli zonanın kritik sahəsi olan hava gəmisinə daxil olmaq imkanı yaratmışdır. İş materiallarında olan “Azərbaycan Respublikasi xxxx” Qapali Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin ## ##### 2026-cı il tarixli cavab məktubundan görünür ki, Mühafizə Xidmətində növbə rəisi vəzifəsində çalışmış İbrahimov Yaşar Yadulla oğluna verilmiş müvafiq buraxılış vəsiqəsi ona mühafizə edilən məhdud girişli bonanın kritik sahəsi olan hava gəmisinə daxil olmaq imkanı yaratsa da, qeyd olunan səlahiyyət Azərbaycan Respublikası Prezidentinin ## ##### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları’nın 8.6-cı yarımbəndinin tələblərinə əsasən yalnız xidməti zərurət yarandığı hallarda və müəyyən edilmiş qaydalar çərçivəsində istifadə olunmalıdır. Eyni zamanda sözügedən hava gəmisi təmir zərurəti ilə əlaqədar istismardan çıxarılmış, bütün girişləri bağlanaraq mühafizəyə götürülmüşdür. Belə hallarda hava gəmisinə giriş yalnız texniki xidmət və ya digər əsaslandırılmış əməliyyat zərurəti olduqda mümkündür. Bununla yanaşı bildiririk ki, hava gəmisinə daxilolma qaydaları və məhdudiyyətləri qüvvədə olan normativ hüquqi aktlarla tənzimləndiyindən əməkdaşların vəzifə təlimatlarında hava gəmisinə daxil olma mexanizmlərinə dair birbaşa səlahiyyət və hərəkətlərin həyata keçirilməsi ilə bağlı konkret müddəa nəzərdə tutulmamışdır. Göründüyü kimi müdafiə tərəfinin iddiasının əksinə olaraq İbrahimov Yaşar Yadulla oğlunun hava gəmisinə sərbəst girib-çıxmaq imkanı və buna lazımı səlahiyyəti olmamışdır. Bundan başqa müdafiə tərəfi apellyasiya şikayətində avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməməsini göstərmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq" anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Qərarda saxlanc yeri kimi maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aid olması göstərilmiş və avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığı göstərilmişdir. İş materiallarından görünür ki, oğurluq İL 76 TD təyyarəsinin kabinəsi, oturacaq salonuna deyil, yük salonuna qanunsuz daxil olaraq törədilmişdir. Göründüyü kimi, İL 76 TD təyyarəsinin yük salonu giriş rejimi olan, maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş və kənar şəxslərin sərbəst daxil ola bilmədiyi, mühafizə ilə təmin edilmiş yerdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin hər iki dəlili əsaslı olmadığından əməlin tövsifi üçün əsas görmür. İbrahimov Yaşar Yadulla oğluna təyin edilmiş cəzaya gəldikdə, birinci instansiya məhkəməsi cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. İbrahimov Yaşar Yadulla oğlu ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına azaldılmasını xahiş etmişdir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CMnin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini, apellyasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 177.2.3 və 177.2.4cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi İbrahimov Yaşar Yadulla oğluna cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, himyəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların olmamasını nəzərə nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. İbrahimov Yaşar Yadulla oğlu himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasının yüngülləşdirici hal olmasını bildirsə də, qeyd edilən hal yüngülləşdirici hal kimi, digər yüngülləşdirici hallar ilə birlikdə birinci instansiya məhkəməsi cəza təyini zamanı nəzərə alınmış, ona sanksiya daxilində iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası olduğu halda, azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Bundan başqa müdafiə tərəfi İbrahimov Yaşar Yadulla oğlunun vəzifə səlahiyyətlərindən istifadə etməklə hər hansı qanunsuz hərəkətlərin davam etmək niyyətinin olmamasını göstərərək, CM-nin 46.2-ci maddəsinin tətbiq edilmədən minimum həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Əvvəla, verilmiş ittihamdan görünür ki, İbrahimov X6 Təhlükəsizlik Baş İdarəsinin mühafizə postlarını yoxlamaq adı ilə xidmətdə olan və onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan sürücü şahid1 idarə etdiyi ** AK *** dövlət qeydiyyat nişanlı xidməti “Toyota Hilux” markalı avtomobil ilə X5 Aeroportunun Hava gəmiləri üçün ayrılmış təyyarə dayanacağına gəlmiş, oğurluğu etdikdən sonra zəng edib cinayətə aidiyyəti olmayan sürücü şahid1la xidməti avtomobil ilə ATBİ-nin inzibati binasına qayıtmış, Aviasiya Təhlükəsizlik Baş İdarəsində Növbə rəisi vəzifəsində irəli gələn səlahiyyətlərindən istifadə etməklə sürücü şahid1la xidməti avtomobil ilə “APK-15M” avtomatik radio kompasının və “БКН 115B” gərginliyə nəzarət blokunun olduğu iki ədəd sellofan paketini “Elektron mühafizə hasarı”nın qarşısına gətirə bilmişdir. İbrahimov Yaşar Yadulla oğlunun vəzifənin səlahiyyətlərdən istifadə edərək cinayət əməlini törətməsi şahid ifadələri və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. İbrahimov Yaşar Yadulla oğluna müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı, törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilərdi. Belə olan halda məhkəmə İbrahimov Yaşar Yadulla oğlu barəsində CM-nin 46.2-ci maddəsinin xaric edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs İbrahimov Yaşar Yadulla oğlu və müdafiəçisi müdafiəçi2 Zeylan oğlu tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin İbrahimov Yaşar Yadulla oğlunun CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 1(003)-598/2025 saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs İbrahimov Yaşar Yadulla oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar