Məhkəmə qərarları › İş №1(3-6)-958/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-958/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-958/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Xüsusi ittihamçılar xüsusi ittihamçı1 və xüsusi ittihamçı2, Təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsinə, onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən xüsusi ittihamçılar xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim Rufan Mürsəlov) *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ## ###### 1972-ci ildə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, rəsmi işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəzanın icrası Bakı şəhər Probasiya Idarəsinə tapşırılması, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk iş materialında saxlanılması hökm edilmişdir Işin halları: Xüsusi ittiham qaydasında şikayət vermiş xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 şikayətlə məhkəməyə müraciət edərək ## ###### 1972-ci ildə doğulmuş, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 147 v 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdirlər. xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 şikayətlərini onunla əsaslandırmışdırlar ki, ##.##.2025-ci il tarixində, saat 18:35 radələrində Qaradağ rayonu, Qobu qəsəbəsində yaşadıqları binanın qarşısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onları ağır formada təhqir etmiş, ailə heysiyyətlərinə toxunan sözlər söyləmiş, ictimaiyyət arasında nüfuzlarını alçaltmışdır. Təhqir zamanıBarəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şəxsən onun ünvanına "biqeyrət" sözünü işlətmiş, anam xüsusi ittihamçı2 ünvanına da nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Söyüş və təhqirlər camaat arasında baş vermiş, bu isə onların şərəf, ləyaqət və nüfuzuna ciddi zərbə vurmuşdur. xüsusi ittihamçı1 ##.##.2025-ci il tarixində iki ayrı vaxtda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təhqir və böhtan xarakterli hərəkətləri ilə üzləşmişdir. Birinci hadisəhəmin gün, saat 12:00 radələrində Qaradağ RPI-nin 10-cu Polis Bölməsinin qarşısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs camaatın, polislərin və digər şəxslərin gözü qarşısında onu ağır söyüşlərlə təhqir etmiş, əsassız olaraq böhtan xarakterli ifadələr işlətmişdir. Bu hərəkətlərlə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun şərəf və ləyaqətini alçaldaraq, cəmiyyət qarşısında nüfuzuna xələl gətirmişdir. Ikinci hadisə-həmin gün, saat 18:35 radələrində, yaşadığı ünvanda - Qaradağ rayonu, Qobu Park 2 yaşayış massivində, binalarının qarşısında Rüsxarə Məmmədova onu yenidən camaatın gözü qarşısında ağır söyüşlərlə təhqir etmiş, böhtan xarakterli ifadələr işlətmiş, həmçinin onu vurmaqla hədələyərək hədəqorxu gəlmişdir. Bu halın video görüntüsü də mövcuddur. Qeyd edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun anasını da əvvəllər döymüş və təhqir etmişdir. Bu fakt üzrə hazırda Qaradağ RPInin 10-cu Polis Bölməsində araşdırma aparılır. Bu, onun barələrindəki qərəzli davranışlarının davamlı xarakter daşıdığını göstərir. ##.##.2025-ci il tarixində, saat 12:00 radələrində Qaradağ RPI-nin 10-cu Polis Bölməsinin qarşısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs camaatın və polis əməkdaşlarının gözü qarşısında onu ağır söyüşlərlə təhqir etməklə yanaşı, həm də "cinayətkar" adlandırmışdır. Halbuki, onun barəsində heç bir məhkəmə qərarı və ya cinayət təqibi barədə əsaslandırılmış qərar yoxdur. Bu ifadə ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs açıq şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və CPM-in 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını pozmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu hərəkətləri onun şərəf və ləyaqətimin alçaldılmasına yönəlib və Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini tam olaraq yaradır. X1 yuxarıda təsvir edilmiş hərəkətləri ilə onun şərəf və ləyaqəti, cəmiyyət qarşısında nüfuzu açıq şəkildə alçaldılmışdır. Rüxsarənin ona qarşı söylədiyi "cinayətkar" ifadəsi təqsirsizlik prezumpsiyasının pozulması ilə yanaşı, mənim şərəf və ləyaqətimə ağır xələl gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, onların alçaldılmasına yol verilmir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı səsləndirdiyi təhqir və böhtan xarakterli ifadələr yalnız şəxsi ləyaqətimə deyil, həm də cəmiyyət içində - yaşadığım məhəllədə və polis bölməsində mənim reputasiyama ağır zərbə vurmuşdur. Rüxsarənin hərəkətləri nəticəsində o, qonşuları və ətraf mühitdə əsassız olaraq mənfi təsəvvürlərlə üzləşmiş, bu isə onun ictimai nüfuzunun alçaldılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, həmçinin Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə mənim şrf, ləyaqət və nüfuzumun qorunması dövlətin təmin etdiyi əsas hüquqlardandır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hərəkətləri bu hüquqlarını pozmuş, ona həm mənəvi zərər yetirmiş, həm də cəmiyyət qarşısında şərəf və ləyaqətimi alçaltmışdır. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Rüxsar Məmmədova Alı qızı tərəfindən ##.##.2025-ci il tarixdə onun şərəf və ləyaqətinə yönəlmiş təhqir və böhtan xarakterli hərəkətlər edilmiş, camaat qarşısında nüfuzu alçaldılmışdır. Bu hərəkətlər Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibini təşkil edir. Qeyd olunan əməllər həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsi ilə təmin olunan "ləyaqətin qorunması hüququnu" kobud surətdə pozur.Bundan əlavə, Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsinə görə, hər kəsin şəxsi və ailə həyatına, mənzilinə və nüfuzuna hörmət hüququ var. Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsində (məsələn, Pfeifer Avstriyaya qarşı, X2rşı işlərində) xüsusi olaraq vurğulanmışdır ki, şərəf və nüfuzun qorunması şəxsi həyata hörmət hüququnun ayrılmaz hissəsidir. Beləliklə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hərəkətləri yalnız milli qanunvericiliklə deyil, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə təmin edilən fundamental hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə iş üzrə yuxarıda qeyd olunan hökmü qəbul etmişdir. Hökmdən xüsusi ittihamçılar xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 apellyasiya şikayətləri verərək təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməllərində CM-nin 182.1-ci maddəsinin əlamətləri olduğundan CPM-nin 318-ci maddənin tələblərini rəhbər tuturaq cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyə həyata keçirən prokurorluğa qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin və ona əlaəvinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Xüsusi ittihamçılar xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman tək onları təhqir, həm də zor tətbiq edəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxsin əməllərində daha ağır cinayətin CM-in 182.1-ci maddəsinin tərkibi əlamətlər: Belə ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147–148-ci maddələrində nəzərdə tutulmuş tərkibi daşımır. Ona görə ki, həmin maddə 148-ci təhqir ilə bağlı cinayət tərkibini müəyyən edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlinin tərkibi hissəsi isə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə müşahidə olunmuşdur. Yəni o cinayət əməli, törədən zaman bizi tək təhqir etməmiş, həmçinin hədə-qorxu ifadəsi ilə hədələmişdir. Burada CM-in 182.1-ci maddəsinin dispozisiyasında hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1998-ci il tarixli * nömrəli qərarının 3-cü bəndində göstərilən tərkibi hissəsini yaradır. Yəni, ##.##.2025-ci il tarixdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Alı qızı mənim şəxsiyyətim üzərində zor göstərməklə barəsində nalayiq ifadələr işlədərək, mənə zor tətbiq edəcəyi ilə hədələmiş, sağlamlığıma qəsdən xəsarət yetirəcəyini bildirərək mənə hədə qorxu gəlmiş, zorakılıqla xəsarət vuracağı, zor tətbiq edəcəyi ilə mən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hədə-qorxusundan ehtiyatlandığımdan, bu hədəni real olaraq qəbul edildiyindən hadisəni özümə məxsus telefonla əlaqə qurub polis bölməsinə ötürmək məqsədilə mobil telefonla bu anların video görüntülərini qeydiyyatını aparmışam. Hadisə vaxtı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əlavə olaraq xüsusi ittihamçı2 barəsində nalayiq ifadələr işlətmişdir. Beləliklə, xüsusən Məmmədzadə CM-in 182.1-ci maddəsində nəzərdə tutulan hədə-qorxu ilə tələb etmə, təhqir və zor tətbiq etməklə bu cinayəti törətmişdir. Məhkəməyə hədə qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 1998-ci il tarixli, * nömrəli qərarının 3-cü bəndini nəzərə çatdırır. CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş: «zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərilməsi hədəsi ilə tələb etmə» əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-in 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın həddini edilməsindən dərhal sonra, və yaxud gələcəkdə zər tətbiq etmək niyyətinin ifadə etməsi həddinin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Mən məhkəməyə bu əsaslarla, CPM-in 318.2-ci maddəsinə əsasən vəsatət verdim lakin baxılmadı. Məhkəmənin təqsirləndirilən şəxsə CM-in 147-ci maddəsinə aid hissəsinə bəraət verilməsinin əsaslı olmadığı. Məhkəmə təqsirləndirilən şəxsə CM-147-ci maddəsi ilə bəraət verməsi o anlama gəlir ki, Rühsarə Məmmədovanın dediyi kimi mən itə adam yedirtmişəm. Izahat verərək bununla bağlı məhkəməyə əsaslandırır ki, barəsində hər hansı cinayət tərkibi ona əsas vermir ki, onu ağır cinayətdə ittiham etsin, yəni onun itinin adam dişləyib şəxsə yüngül xəsarət yetirməsi onun itə adam yedirtməyi anlamına gəlmir. Ən çünki "it adam dişləmə" anlayışı fərqli anlayışdır, "itə adam yedirtmə" anlayışı isə tam fərqli anlayış. Məhkəmə prosessual qaydaları kobud şəkildə pozmuşdur. Belə ki, bu cinayət işi üzrə Rufan Mūrsəlov 3 dəfə hakim kimi seçilmiş, verilmiş əsaslı etirazlara təmin etməmişdir. Ancaq CPM qanunvericiliyində 303.3.3, 391.8.4-cü maddələrinin tələbi pozulmuş, məhkəmə etirazını əsaslı səbəb olmadan təmin etməmişdir. Daha sonra CPM-in 121-ci maddəsində vəsatətlər məcburi baxılmalıdır, lakin hakim vəsatətlərinin bəzilərini almış, bəzilərini təmin etməmiş, digər əlində qalan yazdığı vəsatət, etiraz, izahat baxılmadan əsassız hesab olunub, halbuki məhkəmə həmin vəsatətlərə heç baxmayıb nə yazmışdır. Məhkəmədən baxılan vəsatətlərin təmin edilməməsi barədə qərarı dəqiqən açıq məhkəmə iclasında olmadığını deyib etməmişdir, ancaq prosessual qanunvericilikdə qərar verilməlidir yazılıb. Məhkəmə iclaslarını Rufan Mūrsəlov fasiləsiz aparıb, mənə qarşı iddia qaldıracağı ilə hədələmişdir mən hüquqlarımı tələb edən zaman. Göstərilənlərə əsasən (CPM-in 381, 383, 385, 387-ci maddələrini rəhbər tutaraq). Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Ali qızının əməllərində CM 182.1-ci maddəsinin tərkibi yarandığından CPM-in 318.2-ci maddəsinə əsasən işin ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora göndərilməsini, CPM-in 303.3.1, 303.3.3, 391.8.1, 391.8.4 tələbləri pozulduğundan hökmün ləğv olunub birinci instansiya məhkəməsinə yenidən qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən xüsusi ittihamçılar xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi xüsusi ittihamçıların apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməllərində CM-nin 182.1ci maddəsinin əlamətləri olduğundan CPM-nin 318-ci maddənin tələblərini rəhbər tuturaq cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyə həyata keçirən prokurorluğa qaytarılmasını xahiş etsələr də də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 148-ci maddəsi ilə təqsirli bilinmişdir. Onun təqsirli bilindiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətlərinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətlərin dəlillərinə münasibətdə qiymətləndirilməlidir. Xüsusi ittihamçıların dəlilləri Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməllərində CMnin 182.1-ci maddəsinin əlamətləri olduğundan CPM-nin 318-ci maddənin tələblərini rəhbər tuturaq cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyə həyata keçirən prokurorluğa qaytarılmasını ilə bağlı olmuşdur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli * saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 147.1-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin qərarda izah edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtanla bağlı məhkəmənin qiymətləndirməsi; Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti olmamaqla cinayət tərkibi yaranmamışdır. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, yəni əməlində cinayət tərkibi olmadığı əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilmişdir. Xüsusi ittihamçının böhtan və təhqir hesab etdiyi həmin cümləni təqsirləndirilən şəxs fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olub-olmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. Ilk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə kollegiyası qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində CM-nin 148-ci maddəsi ilə ittiham hökmünün çıxarmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs öz hərəkətləri ilə təhqir xarakterli söz və ifadələri səsləndirməklə ictimai yerdə xüsusi ittihamçı1 təhqir etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərində təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməllərində CM-nin 182.1-ci maddəsinin əlamətləri olduğundan CPM-nin 318-ci maddənin tələblərini rəhbər tuturaq cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyə həyata keçirən prokurorluğa qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazirki baxılan cinayət işi xüsusi ittiham qaydasında təqib olunan əməldir. Xüsusi ittihamçılar şikayətlərində təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittihamçının apellyasiya şikayətində qeyd etdiyi CM-nin 182.1-ci maddəsi ictimai ittiham qaydasında üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Birinci instansiya məhkəməsi verilmiş ittiham daxilində cinayət işinə baxıb hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası xüsusi ittihamçılara təqsirləndirilən şəxsin əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin araşdırılması üçün müvafiq ərizə ilə Daxili Işlər Nazirliyinin Polis orqanlarına müraciət etmək hüququnun olduğunu da izah edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində tərəflərin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir və məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Xüsusi ittihamçılar xüsusi ittihamçı1 və xüsusi ittihamçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsinə, onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar