Məhkəmə qərarları › İş №1(3-6)-961/2026

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-961/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-961/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi vəkil Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsmayılov Samir Şahid oğlu Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ##.##.1981-ci il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə vəı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs Bakı İstintaq Təcridxanasında həbsdə olan oğlu Namiq Şirinlini həbsdən azad ediləcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq bu adla ## ####### 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs 4000 manat, ## ####### 2025-ci il tarixdə saat 21 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs arvadı şahid5 6000 manat, ## ####### 2025-ci il tarixdə eyni ünvanda şahid5 3000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 13000(on üç min) manat pulunu ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ## #### 2026-cı il tarixdə tutularaq saxlanıldığı 01(bir) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 2000 (iki min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1800 (min səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüqununu olması izah edilmiş, maddi sübut və məhkəmə xərcinə də qiymət verilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli hökmünün ləğv edilərək, onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı protestdə edilən təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs Bakı İstintaq Təcridxanasında həbsdə olan oğlu Namiq Şirinlini həbsdən azad ediləcəyinə dair Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq bu adla ## ####### 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs 4000 manat, ## ####### 2025-ci il tarixdə saat 21 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs arvadı şahid5 6000 manat, ## ####### 2025ci il tarixdə eyni ünvanda şahid5 3000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 13000 manat pulunu ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli hökmü ləğv edilərək, cinayət qanunu norması düzgün tətbiq edilərək, həmçinin onun CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, cəzanın həddi ilə bağlı etdiyim təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhz 13000 manat pulunun ələ keçirib, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsini təsdiq edən əsas dəlilləri: zərərçəkmiş şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və sonuncunun təqdim etdiyi video; şahidlər şahid5, şahid2 və şahid1 ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri. Həm məhkəməyədək icraat dövründə (ibtidai istintaq), həm də məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu Namiq Şirinli təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs işlətdiyi restoranda iki nəfərə bıçaqla xəsarət yetirdiyi üçün həbs olunmuş, həmin hadisə polis tərəfindən araşdırılarkən Təqsirləndirilən şəxs ona oğlunun 15 gün müddətində həbsdən azad olunmasının mümkün olduğunu bildirmiş, bunun necə mümkün olması ilə maraqlandıqda, Nahid bu işin düzəlməsi üçün 10000 manat prokurorluğa və 3000 manat vasitəçiyə vermək lazım olduğunu bildirmişdir. O, bununla əlaqədar ##.##.2025-ci il tarixdə evlərində videoçəkiliş vasitəsilə 4000 manat pulu Təqsirləndirilən şəxs vermiş, bir neçə gün sonra isə, o evdə olmayanda Təqsirləndirilən şəxs onun evinə gəlib arvadı şahid5 “Namiqi çıxarırıq, prokurora pul verilməlidir, 6000 manatı gətir” demiş, arvadı sevinərək qızının yanında 6000 manatı Nahidə vermişdir. Arvad pulu verəndə onun telefonu sönülü rejimə qoyulmuşdur, ona zəng gəlməsin, ona görə yığmamışdır arvadı. Çünki başqa adamla Namiqin işini danışmış, həmin vaxt isə Nahid hər dəqiqə yığaraq pulların qalan hissəsini də tələb etmişdur. 6000 manatı aldıqdan sonra Nahid ona işi düzüb qoşana 3000 manatda verməli olduğunu bildirmiş, o da arvada zəng vurmuş, Nahid ilə Loğman gedib pulu alıb gətirmişlər. 15 gün sonra oğlunun azad olunmadığını görüb, pulu Nahiddən geri istəmiş, sonuncu isə pulu bütöv verməyəcəyini, necə vermişdirsə 4000, 6000, 3000 manat, o da elə qaytaracağını bildirmişdir. O da razılaşmış, məhz buna görə ilk olaraq Nahiddən 4000 manatını qaytarmasının tələb etmişdir. 1 ay yarım olmuş, Nahid səs atmışdır ki, “xəstədir, ölür, adam var danışmışdır, həll edəcək”. Demişdir ki, istəmir polisə versin, gətirib pulu versin. Eyni zamanda Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir, sonuncu 4000 manatı almasından başqa pulunu almasına dair çəkilişin olmadığını bildiyi üçün, digər məbləğlərin aldığını etiraf etmir. “WhatsApp Video 2026-01-26 at 17.16.01” adlı MP4 formatlı 01 dəqiqə 40 saniyəlik video çəkilişə baxış görüntünün Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs, şahid5 və şahid4 iştirakı ilə qeydə alınması, Təqsirləndirilən şəxs şahid5 4000 manat pulu alıb sayaraq onun hazırda həbsdə olan oğlu Namiq Şirinovu həbsdən çıxaracağı, həmçinin Namiq Şirinova Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə elan edilmiş ittihamın yüngülləşdirildikdən sonra ondan əlavə olaraq 6000 manat pul alacağı ilə bağlı vəd verməsi müəyyən olunur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs inandıraraq oğlunun 10000 manata həbsdən azad olunmasının mümkün olmasına inandırmış, bu məqsədlə ## ####### 2025-ci il tarixdə evlərində əri Zərərçəkmiş şəxs videoçəkilişlə Təqsirləndirilən şəxs 4000 manat pul vermiş, bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs onlara gələrək oğlunun işinin düzəldiyini və azad olunacağını bildirərək, qalan 6000 manatı da istəyərək təcili prokurora çatdırmalı olmasının bildirmiş, o da sevincək olaraq, habelə 6000 manatın əvvəlcədən verməli olduqlarının bildiyi üçün həmin məbləğdə olan pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan 10-15 gün sonra isə əri ona zən edərək, 3000 manat pulu Təqsirləndirilən şəxs verməyi tapşırdığı üçün, həmin məbləğdə olan pulu da sonuncuya vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şahid1 göstərmişdir ki, axşam evdə anası ilə olarkən Loğman ilə Nahid 6000 manat pulu götürməyə gəlmiş, o da anasının yanında qapıya çıxmış, Nahid demişdir ki, həmin adam onları gözləyir. Nahid demişdir ki, bibi narahat olma, pulu götürüb getmişlər. Anası demişdir ki,”qoy bir kişiyə zəng edim”, demişlər ki, “yox bibi biz tələsirik”. 6000 manat onun yanında verilmişdir. Lakin, qeyd olunan mötəbər və təkzibedilməz sübutlara baxmayaraq, məhkəmə Zərərçəkmiş şəxs istifadəsində olmuş vatsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan vatsap proqramına ## ###### 2025-ci il tarixdə göndərdiyi səs yazısında Təqsirləndirilən şəxs 13000 manat deyil, 4000 manat istəməsi kimi xüsusatı əsas götürərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsinin sübuta yetirilməsi qənaətinə gəlmişdir. Halbuki, zərərçəkmiş Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan ifadələrindən göründüyü kimi, sonuncu oğlunun azadlığa çıxmadığını görüb pullarını geri istədikdə, Təqsirləndirilən şəxs pulları sonuncunun verdiyi qaydada qaytaracağını, yəni əvvəl 4000 manatı, sonra isə 6000 manat və 3000 manatı qaytaracağını bildirmişdir. Lakin, məhkəmə nədənsə zərərçəkmiş şəxsin qeyd olunan ifadəsinə əhəmiyyət vermədiyi üçün, Zərərçəkmiş şəxs istifadəsində olmuş vatsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan vatsap proqramına ## ###### 2025-ci il tarixdə göndərdiyi səs yazısını düzgün qiymətləndirməmişdir. Məhkəmə hökmdə niyə Zərərçəkmiş şəxs istifadəsində olmuş vatsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan vatsap proqramına ## ###### 2025-ci il tarixdə göndərdiyi səs yazısında Təqsirləndirilən şəxs 13000 manat deyil, 4000 manat istəməsi kimi xüsusatı əsas götürərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsinin qənaətinə gəlməsini digər sübutlara istinad edərək izah etməli idi. Bundan başqa, məhkəmə belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 4000 manat pulu Təqsirləndirilən şəxs razılığı ilə videoçəkiliş aparmaqla verdikdən sonra, 6000 manat və 3000 manat pulu heç bir çəkiliş olmadan verməsi ağlabatan və inandırıcı görünmür. Məhkəmənin bu mövqeyi ilə də razılaşmaq olmaz. Belə ki, Təqsirləndirilən şəxs 6000 manat pulu almaq üçün Zərərçəkmiş şəxs xəbərsiz sonuncunun evinə gedərək, Zərərçəkmiş şəxs arvadı şahid5 oğlunun azad olunması ilə əlaqədar 6000 manat pulun aidiyyəti üzrə çatdırmalı olduğunu bildirərək, onu tələsdirib əri Zərərçəkmiş şəxs ilə əlaqə saxlamasına imkan yaratmamış, şahid5 isə oğlunun tezliklə azadlığa çıxacağından sevinərək həmin məbləğdə olan pulu ona vermişdir. Lakin məhkəmə sadalanan sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin və onun yaxın dostu şahid4 verdiyi məqsədyönlü və özünümüdafiə xarakterli ifadələrinə üstünlük verməklə toplanmışsübutları müqayisəlişəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə isə hazırki işə baxarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə almamışdır. Həmçinin, məhkəmə tərəfindən cinayət qanununun norması düzgün tətbiq edilməməklə təqsirləndirilən şəxsə təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamışdır. əhkəmə Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-nin 178.1-ci maddəsinə tövsif etsə də belə, ona cəza təyin edərkən sonuncunun zərərçəkmiş şəxsin düşdüyü vəziyyətdən, valideyn hisslərindən suiistifadə edərək aldadıb pulunu ələ keçirməsini, eləcə də vurduğu ziyanın bir qismini belə ödəməməsini, bu halların öz-özlüyündə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə etməsini, ictimai təhlükəli olmasını nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Təqsirləndirilən şəxs məhz layiqli yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahlarına zidd olaraq ona CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ən yüngül olan cərimə cəzası təyin etmişdir. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə AR CM-in 178.2.4-cü maddəsi ilə daha ağır cəza təyin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı, zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ləğv edilməlidir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kafe işlədir, kafesində hadisə olmuşdur, Əli dayının oğlu adam bıçaqlamışdır. Zərərçəkəni onlar razı salmışlar ki, şikayətçi olmasın. Hamısını o eləmişdir. Sonra demişlər ki, vəkillə danışaq görək nə köməklik edə bilirlər. 4000 manat pul almış, iş alınmamışdır deyə 3000 manatını qaytarmışdır. Zəngilanlı vəkil var idi, Razində qalan, dostu Mehmanın dostudur, adı və nömrəsi yadında deyil. Məhkəmənin qabağında vəkillə görüşüb danışmış, sonra demişlər ki, alınmır. 3000 manatı qaytarmış, sonra 1000 manatı nə qədər eləmişdir Əli dayı götürməmişdir. Pulu çəkilişlə almışdır, qaytaranda Əli kişi evdə olmadığına görə qadına verdiyi üçün Loğman çəkməmişdir, demişdir ki, o evdə çörək yemişdir, o qadın onun anasıdır, çəkə bilməz. 1000 manatıda qaytarmağa hazırdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Loğman Əli kişinin oğlunun dostudur, onlara yaxın adamdır, ona yox. Əli dayı özü təklif etmişdir ki, ona kömək etsin. Vəkil demişdir ki, 10000 manata qədər xərci çıxar, kömək edə bilər. Məhkəmənin qabağına Əli dayı ilə gəlmişdir, danışmışdır vəkillə. İş alınmadı deyə vəkillə müqavilə bağlamamışlar. Loğmanla ikisi gəlib vəkillə danışmışlar. Vəkil getmiş, maraqlanmış, gəlib demişdir ki, alınmır. Həmin vaxt əməliyyat olunmuşdur, xərci çıxmışdır deyə 3000 qaytarmamışdır, demişdir Əli dayıya ki, 1000 manat qaytarar, o da razılaşmışdır. Sonra Əli kişi evini satıb çıxmışdır deyə tapa bilməmişdir. Sonradan dəfələrlə 1000 manat vermək istəsə də, götürməmişdir, demişdir ki, 13000 verməlidir. Əli dayı onunla düşmənçiliyi ona görə edir ki, oğlunun işini aparan müstəntiq guya ona deyib ki, kafedən bıçağı o istintaqa vermişdir, halbuki ,elə bir şey olmamışdır. Loğman zərərçəkənə yaxın adamdır, o Loğmanı sonradan tanımışdır. Vəkil demişdir ki, müqavilə bağlanmalıdır, 4000 manat alıb gəlmiş, vəkil demişdir ki, alınmır, bağlamamışlar. Pulu gətirib saxlamış, alınmadı deyə 3000 manatı qaytarmış, 1000 manatı sonra nə qədər desə də götürməmişdir. Loğmanın onunla hər yerə getməyinin səbəbi o olmuşdur ki, Əli dayı Loğmana 300 manat pul verib demişdir ki, “maşın götürərsən, mənim işlərimin dalınca gedərsən”, ona görə Loğman aparmışdır hər yerə. 1-ci dəfə Loğmanla gəlmişdir vəkillə danışmışdır, 2-ci dəfə gəlmiş müqavilə bağlasın, vəkil demişdir alınmır, bağlamamışlar. Loğman, Əli dayı, o gecə getmişlər evə, Loğmanda kafedə idi Əli dayı ilə, ona görə bir yerdə getmişlər. Evdə pulu alanda söz vermişdirki, alınmasa pul onluqdur. Pul Namiqə verilən 126-cı maddəni 127-ə dəyişdirilmə üçün alınmışdır. Loğman o evin adamı olmuşdur, onu Namiqin yanında görüb tanımışdır. Əli dayı kafeyə gedib gəlmiş, demişdir ki, muğayat ol Namiqdən. Əli dayı yoldaşı ilə maşında oturmuşdur, o Loğmanla məhkəmənin qarşısında vəkillə danışmışdır. O, işi prokurorla danışır deməmişdir, o vəkil demişdir, gedib prokurorla, müstəntiqlə danışıb həll edəcəkdi vəkil. Pulu qaytaranda Əli dayıya zəng eləmiş, demişdir ki, apar ver evə, Loğmanla evə getmişlər, Loğman çağırmış, Dilbər bibi çıxmışdır, yanında da oğlu olmuşdur, saat günorta 2-3 olardı. Loğmanın yanında pulu sayıb vermişdir, 100lük lər idi, 2 dənə 50-lik vardı. Bibi doluxsunmuş, pulu almışdır. Dilbər bibi olmayıb ki, onları geri çağırsın, yalandır. 1 həftə sonra 3000 manatı qaytarmışdır. Hazırda 1000 manat pulu Əli kişiyə qaytarır, lakin o götürmür. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nahidin dediklərinin 95 faizi yalandır, həqiqətə uyğun deyil. Bu işi təməlindən təşkil edən Loğman olmuşdur. Müstəntiq onu niyə şahid salıb bilmir. Demişlər pulu ver, uşağı çıxaraq. Loğman ona israrla təklif etmişdir ki, Nahidlə adam var gedək danışaq, hələ Loğman demişdir ki, o özü 2 sot torpaq verəcək prokurora Namiqin xətrinə. 1 həftə hər gün gəlib demişdir, axırı bezmiş, demişdir ki, gedək evə versin 4000 manatı, amma iş alınmasa onun işi onlarla olacaq. Demişlər Namiq onların qardaşıdır, onlar istəməzlər o içəridə qalsın. Demişdir ki, çəkib verəcək, razısız?, razılaşmışlar. Loğman avara uşaqdır, Nahidin işi gücü var, kafe işlədir, neçə illərdir oradadır, Nahidə görə inanmışdır. Demişlər 15 günə oğlu evdədir. Gəlmişlər evə, yoldaşı gətirmiş, sayıb çəkilişlə Nahid götürmüşdür. Qalanı demişdir ki, 6000 manat da verəcəkdir, ümumi 10000 manata çıxacaq. 3-4 gün sonra o evdə olmayanda gəlib evə, yoldaşını çağırmışdır ki, Namiqi çıxarırıq, prokurora pul verilməlidir, 6000 manatı gətirsin. Arvadı ona demişdir ki, sevincək qızı saymış pulu, demişdir ki, 6000 manatdır. Nahid demişdir ki, 3000 manat da işi düzüb qoşan adam veriləcək, o da razılaşmışdır. 10 günə çıxacaq demişdir, 10 gün oldu 12 gün Namiq çıxmamışdır. Elə soruşmuşdur ki, nə oldu, demişdir ki, alınacaq. 6000 manatı qızının yanında vermişdir, Loğmanla ikisi olmuşdur. O, Loğmana 300 manat vermişdir ki, taksi işləsin, işləyib qaytarsın. Onu Loğman hara aparmışdır pulunu vermişdir. Arvad pulu verəndə onun telefonu sönülü rejimə qoyulmuşdur, ona zəng gəlməsin, ona görə yığmamışdır arvadı. Çünki başqa adamla Namiqin işini danışmışdır, hər dəqiqə yığmışdır ki, nə oldun? Ona görə sönülü rejimə qoymuşdur. Gəlmiş evə, yoldaşı demişdir ki, 6000 manatı vermişdir, demişdir ki, “ niyə çəkilişlə verməmisən a bədbəxtin qızı?”, demişdir ki, “onsuz çəkmisəndə”. Demişdir ki, 4000 manatı çəkmişdir, 6000 manatı yox. Yoldaşı demişdir ki, Loğman eləməz. Nahid ona demişdir ki, 15 günə Namiqi buraxmasalar pulu qaytaracaq. Kefedə olmuşlar, Nahid demişdir ki, işi düzüb qoşana 3000 manatda versin. O da arvada zəng vurmuş, Loğman gedib pulu alıb gətirmişdir. O da kafedə 1 saat oturmuş, getmişdir evə. Loğman gələndə Nahidlə mətbəxə keçmişlər, pulu Nahidə verməyini görməmişdir. 15 gün sonra soruşmuşdur ki, Nahid iş nə oldu, demişdir ki, düzələcək. Ona demişlər ki, Loğmanın torpağı var, onu sənədləşdirməyə veriblər. Sonra pulu Nahiddən istəyəndə ona demişdir ki, o, bütöv verməyəcəkdir, necə vermişdirsə 4000, 6000, 3000, o da elə qaytaracaqdır. O da razılaşmışdır. Demişdir ki, 4000 manatı apar ver. 1 ay yarım olmuş, Nahid səs atmışdır ki, “xəstədir, ölür, adam var danışmışdır, həll edəcək”. Demişdir ki, istəmir polisə versin, gətirib pulu versin. Pulu axşam qaranlıqda gedib qapının ağzında 300 manatı sayıb vermiş, qızı işığı yandırıb görmüşdür ki, onluqlardır, 300 manat puldur. Maşını döndərəndə çağırmış, demişlər ki, Loğmana verdiyi depozit puludur, səhv salmışdır, kişiyə deməsin, düzəldib gətirib verəcəklər. Arvad demişdir ki, “məni aldadırsız?!” Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nahid danışdığı adamında səsini ona atmışdır, həmin şəxs demişdir ki, “dəqiq danış, birdən deyər sonra pulu verməz”, həmin səsidə təqdim etmişdir. Oğlu barəsində ev dustaqlığına baxılanda Sabunçu məhkəməsinin qabağında onlar maşında oturmuşlar, Nahiddə onlarla olmuşdur, düşüb gedib bir adamla görüşmüşdür, demişdir ki, dostudur. əvvəl prokuror işləyib, bu da onun uşağının işini həll edə bilər, kimləsə görüşməsi hissəsini düz deyir. 10-15 gün pul verəndən sonra görmüşdür ki, oğlu çıxmadı, bilmişdir ki, Nahid yalan deyir. Nahidə demişdir ki, işi düzəlt, düzəldən adama da 3000 verəcəkdir. Nahid bilmişdir ki, 4000 manatdan başqa çəkiliş yoxdur, ona görə boynuna almır. Hadisə Nahidin kafesində baş verdiyi üçün Nahidin oğlunun tutulmasından xəbəri olmuşdur. Loğman təşəbbüs göstərmişdir ki, gəl Namiqin işini düzəldək.O, Nahidi əvvəldən tanımışdır, Loğman oğlu ilə dostluq etmişdir, amma o, Loğmanı təzə tanımışdır. Nahid əvvəl makler kimi evini satmış, çıxarıb 500 manat şirinlik vermişdir. O, həm Loğmandan, həm də Nahiddən şikayət etmişdir. O, olmamışdır ki, istintaqa çağırsınlar, çağırışlarına gəlməsin. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “...İş Sabunçu rayon Polis İdarəsində araşdırılan vaxtı Nahid ona oğlunu həbsdən çıxarmağın mümkün olduğunu bildirmiş, lakin bunun üçün 10.000 manat və prokurorla vasitəçilik edəcək şəxsə çatacaq 3.000 manat pul lazım olduğunu söyləyərək 2025-ci ilin oktyabr ayının 10-da axşam saatlarında onu inandıraraq prokurora çatacaq 10.000 manat puldan 4.000 manatını yaşadığı evdə tanışı Loğmanın iştirakı ilə videoçəkiliş vasitəsilə almışdır. ##.##.2025-ci il tarixdə saat 21 radələrində Nahid işlətdiyi restoranda onunla görüşdükdən sonra şahid4 və Nahid onun avtomobili ilə onun yaşadığı evə gedərək həyat yoldaşı Dilbərdən 3.000 manat pulu prokurorla vasitəçilik edəcək şəxsə çatacağını bildirib inandıraraq almışdırlar. ##.##.2025ci il tarixdə axşam saatlarında o, evdə olmadığı üçün Nahid, şahid4 və şahid3 onun yaşadığı evə gedərək qalan pulu, yəni 6.000 manat pulu da həyat yoldaşı Dilbərdən almışdırlar. Bu zaman ona artıq işin həll olunduğunu, təcili olaraq 6.000 manat məbləğin prokurora çatması lazım olduğunu söyləyərək inandırmış və 10 gün müddətində Namiqi həbsdən çıxararaq evə buraxacağı barədə yalan vəd vermişdir. O, Nahidin vədinə əməl etməməsi səbəbindən ondan almış olduğu pulu geri qaytarmasını tələb etmiş və Nahid Loğmanla birlikdə onun evdə olmadığı bir vaxtda axşam saatlarında evinə gedərək həyat yoldaşı Dilbərə qızının yanında 3000 manat pul vermişdir. O, qızının iştirakı ilə dərhal pulları saydıqda həmin pulların 30 ədəd 10 manatlıqdan, yəni ümumilikdə 300 (üç yüz) manatdan ibarət olduğunu görmüş və həyat yoldaşı Dilbər dərhal Nahidi səsləyərək avtomobilini saxladıb verdiyi pulların 300 manat olduğunu deyərək onu geri çağırmışdır. Nahid geri qayıdaraq səhvən həmin məbləğdə pulu verdiyi bildirmiş, vermiş olduğu 300 manatı da şahid5 alaraq, yaxın zamanda bütün pulları verəcəyini bildirmiş, lakin 13.000 (on üç min) manat pul hələ də onlara qaytarılmamışdır (i.v.54-57); Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, Nahidgil evə gəlmişlər, pulu çəkilişlə Nahidə vermişdir. 4000 manat vermişdir uşağı çıxarmağa görə. 3-4 gün sonra, ya 1 həftə sonra demişdir 6000 manat da ver, eləsin 10000. Nahidə vermişdir, Loğmanla gəlmişdir. Qızının yanında vermişdir. 3000 manatı da yoldaşı kafedə olanda Loğmanla Nahid gəlmiş, Loğmana vermişdir. Neçə gün zəng eləmişlər, 1 ay vaxt vermişlər. 1 ay sonra Loğman 3000 manat gətirmişdir. Qıza demişdir ki, bax gör 3000 manatdır ya 300? Qız demişdir ki, “ay ana 300- dür”. Çağırmışdır ki, “məni aldadırsız?”, demişdir ki, səhv olub ay bibi. Sonra nə pul gəlmişdir, nə telefonu açmışlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, uşağı buraxmaq üçün vermişlər pulu. Loğmanla Nahid ikisidə onlara gəlmişdir. Nahid demişdir ki, 10000-ə çıxaracaq uşağı. 6000 manatı verəndə yoldaşı ona zəng etmişdir, qoymamışlar açmağa ki, “ay bibi kişi nəsə deyəcək qoymayacaq Namiq çıxsın açma, 10 günə Namiq sənin yanındadır”. - Pulu darvazanın yanında çöldə vermişlər. 3000 manatı yoldaşı demişdir ki, versinlər. Loğman demişdir ki, “narahat olma düzüb qoşacağıq çıxacaq Namiq”.Yəqin ki, Loğmanın xeyr olmuşdur, yoxsa niyə gəlib getsin. 300 manatı verəndə demişlər Nahidin kafesinin arendasının puludur, səhv salmışıq. 1 həftə sonra 6000 manatı almışlar. 2 gün sonra da 3000 manatı vermişlər guya düzüb qoşan adama. Loğman onların evində çörək yeyib, oğlu ilə çörək kəsib, yoldaşı Loğmanın altına maşın qoyub. Ən çox Nahidə inanmışlar, ikisidə eyni danışmışlar. Şahid şahid5 ibtidai istintaq zamanı vermiş olduğu məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs hazırda həbsdə olan oğlunun həbsdən azad olunacağı ilə bağlı yalan vəd verib 2025-ci ilin oktyabr ayının 10-da axşam saatlarında həyat yoldaşı ona inanaraq prokurora çatacaq 10.000 manat puldan 4.000 manatını yaşadıqları evdə Nahid və Loğmanın iştirakı ilə videoçəkiliş vasitəsilə Nahidə vermişdir. ##.##.2025-ci il tarixdə saat 21 radələrində Nahid onun restoranında Zərərçəkmiş şəxs ilə görüşmüş, şahid4 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobili ilə onun yaşadığı evə gələrək ondan 3.000 manat pul almışdır. Həmin pulun prokurorla vasitəçilik edəcək şəxsə çatacağını bildirmişdirlər. ##.##.2025-ci il tarixdə axşam saatlarında həyat yoldaşı evdə olmadığı üçün Nahid, şahid4 və şahid3 onun evinə gələrək qalan pulu, yəni 6.000 manat pulu da ondan almışdırlar. Bu zaman ona artıq işin həll olunduğunu, təcili olaraq 6.000 manat məbləğin prokurora çatması lazım olduğunu söyləyərək inandırmışdılar. Həmçinin 10 gün müddətində Namiqi həbsdən çıxararaq artıq evdə ola biləcəyini də söyləmişdirlər. Təxminən 10-15 gün keçdikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu Namiqin hələ də çıxmadığını, işin nə yerdə qaldığını soruşduqda, Nahid ona narahat olmamaqlarını, pulun artıq lazımi şəxsə çatdığını, Namiqin tez bir zamanda çıxacağını söyləmişdir. Lakin bu söhbətdən 1 ay müddətin keçməsinə baxmayaraq hələ də Namiq həbsdən çıxmamışdır. Bundan sonra o və həyat yoldaşı Zərərçəkmiş şəxs Nahidin dələduz olduğunu anlayaraq ondan pulun geri qaytarmasını istəmiş, o isə pulu verdiyi adamdan geri alaraq onlara qaytaracağını söyləmişdir. Həyat yoldaşını evdə olmadığı bir vaxt, qaranlıq vaxtı Nahid onun evinə gələrək ona pul vermiş və guya verdiyi məbləğin 30 ədəd 100 manatın, ümumilikdə 3.000 manatın olduğunu söyləmiş və avtomobilə minərək hərəkətə başlamışdır. Bu zaman qızı telefonun işığından istifadə edərək həmin pulların 30 ədəd 10 manatlığın, ümumilikdə 300 (üç yüz) manatın olduğunu görmüş və o, dərhal Nahidi səsləyərək avtomobilini saxladaraq verdiyi pulların 300 manat olduğunu dedikdə, Nahid çaşdığını, səhvən o qədər pulu verdiyi bildirmiş, həmin 300 manatı da ondan alaraq, yaxın zamanda bütün pulları verəcəyini bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 3000 manatı verəndə o tək olmuşdur. (i.v.42-44); Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 Salman oğlu ifadəsində göstərmişdir ki, Nahid kimləsə görüşüb danışıb Namiqin işini həll etməyə görə Əli kişidən pul götürmüşdür. Nahid, Əli kişi, o evə getmişlər, o, maşınla aparmışdır. Evdə 4000 manat verilmişdir. Danışılmışdır ki, maddə dəyişilsə 6000 manat da verilməlidir. 10 gün sonra iş alınmamışdır, Nahid Dilbər xalaya 3000 manat qaytarmışdır. Onunla getmişdir Nahid, saat günorta 2-3 radələri olmuşdur. X5 çıxmışdır. Pullar 3000 manat olmuş, sayıb Nahid onun yanında vermişdir, çıxıb gəlmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, kafedə oturmuşlar, Əli dayı təklif eləmişdir Nahidə ki, tanış varsa tapsın Namiqin işini düzəltsinlər. Kafedən getmişlər evə, Nahid demişdir ki, alınsa ümumi 10000 manat alınacaq. Nahidlə Əli dayı özləri danışmışlar, demişdir 3000 manatı qaytar. Onun adına torpaq yoxdur ki, sənədləşdirsin. O, gedib 6000 və 3000 manat götürməmişdir. Çalışmışlar ki, Namiqi çıxarsınlar, ona görə demişdir ki, 2 sot da torpaq verər. Nahid demişdirki, 2 sotda işi düzəldənə torpaq verilməlidir, demişdir ki, Namiq qardaşdır, təki işi düzəlsin, verər. Əli kişiyə səs atmışdır ki, alınsa 2 sotda torpaq o verər, Əli kişidə demişdir ki, o da verər. Məhkəmənin yanında o, maşında olmuşdur. Nahid düşüb həmin adamla danışmışdır. Nahid həmin adamla 4000 almamışdan əvvəl görüşmüşdür. O, maşında olmuş, Əli dayı və Dilbər bibidə olmuşdur. Görüşdükdən sonra yadında deyil nə vaxt pulu götürmüşdür. Ona heç bir məbləğdə pul çatmamışdır, ümumiyyətlə o, pul götürməmişdir, əlinə pul dəyməmişdir. 3000 manat pulu sayıb vermişdir Nahid, demişdir ki, Dilbər bibiyə çəkməyə ehtiyac var? O, qoymamışdır ki, o, bu evdə çörək yemişdir, ehtiyac yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərdi ki, axşam evdə anası ilə oturmuşlar, qapı döyülmüş, anası çıxmışdır qapıya, Loğmanla Nahid pul götürməyə gəlmişdir. Anası demişdir ki, 6000 manatı götürməyə gəlmişlər. O da anasının yanında qapıya getmişdir, Nahid demişdir ki, həmin adam onları gözləyir. Nahid demişdir ki, bibi narahat olma, pulu götürüb getmişlər. Anası demişdir ki,”qoy bir kişiyə zəng edim”, demişlər ki, “yox bibi biz tələsirik”. 6000 manat onun yanında verilmişdir. Sadəcə 6000 manatın verilməsində o olmuşdur, qalan pulun verilməsində olmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 300 manatı verəndə anasının gözü zəif görür, o, işığı yandırmış, görmüşdür ki, 300 manatdır, çağırmışdır ki Nahidi, “gəl bu nədir vermisən?”. Nahid qayıtmışdır ki, bilməmişdir, səh salıb arendanın puludur. 4000 manatın verilməsində o, olmamışdır, videonu görmüşdür ki, çəkilişlə verilib. 6000 manatı verəndə Loğman Nahidin yanında olmuşdur, götürmüşlər tələsik getmişlər, axşam qaranlıq olmuş, anası ilə ikisi evdə olmuşlar. Şahid şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqə zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2025-ci ilin oktyabr ayında həmin vaxtı atasının yaşadığı Kürdəxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində olan zaman Nahid və Loğman adlı şəxslər atası Əlidən həbsdə olan qardaşı Namiqin həbsdən azad olunması üçün vəkl çatdırmaq adı ilə 4000 AZN pul almışdırlar. O, atası və anası tərəfindən Nahid və Loğmana sonradan 6000 və 3000 manat pulun verilməsində iştirak etməmişdir(i.v.68- 69); Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdi ki, o, hadisələrdə olmamışdır, tək o, 4000 manatın verilməsində olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 3000 manat qaytarılanda o olmamışdır. Qardaşının işi ilə bağlı pul verilmişdir. Loğmanı qardaşı Namiqin dostu kimi tanımışdır, çox sıx münasibəti olmamışdır. Loğmanla Nahid evə gələndə birbaşa çəkiliş olmuşdur, əvvəldən danışıq olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 Salman oğlu ifadəsində göstərmişdir ki, zərərçəkənin oğlu ilə dostdur. O, pul alınmasında və ya verilməsində ümumiyyətlə iştirak etməmişdir. Əli kişi ilə kafedə çörək yeyəndə ona demişdir ki, Nahidə 4000 manat vermişdir, 3000 manat qaytarıb, 1000 manat qalır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 4000 manat eşitdiyinə görə Nahidə verilmişdir. O, qardaşından eşitməmişdir, Əli kişidən eşitmişdir. Loğman da, o da Nahidlə yaxından dostdur. Əli kişi ilə yaxın münasibəti olub. Nahid kafe işlədir, gedib daim onun kafesində çörək yemişlər, Əli kişi ilə, Namiqlə. Qardaşı Loğmanın adına torpaq yoxdur, taksi sürür. Qardaşı Loğmanın hər hansısa pul almasından xəbəri yoxdur. Namiqlə Loğman evlərinə gedib gəlmişdir. Əli kişi özü ona demişdir pulun alınmasın da verilməsin də, o söz salmamışdır, kafedə yemək yeyəndə demişdir. Əli kişi yaşlı kişidir, özü öz dediyini inkar edir, o nə deyə bilər?! Birinci demişdir ki, 4000 vermişdir, üstündən 1 ay keçmiş demişdir ki, 3000 qaytarıb Nahid, 1000 manat qalır. Hətta Nahidin barəsində pis sözdə işlətmişdir ki, 1000 manatı vermir. O, Nahiddən Əli kişi deyəndən sonra soruşmuş, Nahid də təsdiqləmişdir ki, 1000 manat verəcəyi var. şahid5 şikayət ərizəsindən görünür ki, o, müxtəlif orqanlara yazdığı şikayət ərizəsində göstərmişdir ki, “...2025-ci ilin oktyabr ayının 10-15-i tarixində həyat yoldaşım ona inanaraq prokurora çatacaq 10000 manat puldan 4000 manatını yaşadığımız evdə Nahid və Loğmanın razılığı ilə videoçəkiliş vasitəsilə Nahidə vermişdir. Səhəri gün Nahid onun restoranında həyat yoldaşı ilə görüşmüş, sonra şahid4 və Nahid həyat yoldaşımın avtomobili ilə bizim evə gəlmiş və məndən 3000 manat pul almışdır. Həmin pulun prokurora vasitəçilik edəcək şəxsə çatacağını bildirmişlər. Bundan 2 gün sonra isə həyat yoldaşım evdə olmadığı üçün Nahid, şahid4 və şahid3 evimizə gələrək qalan pulu, yəni 6000 manat puluda məndən almışlar...” şahid5 Sabunçu rayon prokurorluğuna vermiş olduğu ##.##.2026-cı il tarixli izahatında göstərmişdir ki, “...2025-ci ilin oktyabr ayının 10-15-i tarixində həyat yoldaşım ona inanaraq prokurora çatacaq 10000 manat puldan 4000 manatını yaşadığımız evdə Nahid və Loğmanın razılığı ilə videoçəkiliş vasitəsilə Nahidə vermişdir. Səhəri gün Nahid onun restoranında həyat yoldaşı ilə görüşmüş, sonra şahid4 və Nahid həyat yoldaşımın avtomobili ilə bizim evə gəlmiş və məndən 3000 manat pul almışdır. Həmin pulun prokurora vasitəçilik edəcək şəxsə çatacağını bildirmişlər. Bundan 2 gün sonra isə həyat yoldaşım evdə olmadığı üçün Nahid, şahid4 və şahid3 evimizə gələrək qalan pulu, yəni 6000 manat puluda məndən almışlar...”; Zərərçəkmiş şəxs Sabunçu rayon prokurorluğuna ünvanladığı şikayət ərizəsindən görünür ki, o ərizəsində göstərmişdir ki, “.... Nahid mənə onun prokurorluqla əlaqəsinin olduğunu və oğlumu həbsdən çıxarmağın mümkün olduğunu bildirmiş, lakin bunun üçün 10000 manat və əlavə olaraq xidmət haqqı qismində 3000 manat lazım olduğunu söyləmişdir. Beləliklə mən ona inanaraq 3000 manat, 4000 manat pul verdim. 2 gün sonra isə evimizə gələrək həyat yoldaşımdan 6000 manat pul almışdır. Bu zaman həyat yoldaşıma artıq işin həll olunduğunu, təcili olaraq 6000 manat məbləğin prokurora çatması lazım olduğunu söyləyərək inandırmışdır. ...”; şahid5 Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısına vermiş olduğu ##.##.2026-cı il tarixli izahatında göstərmişdir ki, “....oktyabr ayında Nahid tanışı Loğman ilə birlikdə mənim yaşadığım Kürdəxanı qəsəbəsində yerləşən ünvanıma gəlmiş və orada danışıqdan sonra mən əlbə əl ilkin olaraq Nahidə 4000 manat pul verdim. Bujndan əlavə Nahid işi həll etmək üçün prokurorluqla danışdığını bir həftə içərisində də qalan 6000 manat verməli olduğumu dedi. Mən də deyilənə uyğun olaraq 3 gün sonra yenidən Nahid tanışı Loğman ilə birlikdə mənim Kürdəxanı qəsəbəsində olan ünvanıma gələrək məndən 6000 manatı götürdü... 6000 manatı verdikdən təxminən 3 gün sonra ərim Əli mənə zəng edərək Nahidin bizim yaşayacağımız ünvana gələcəyini və ona yenidən 3000 manat verməyimi bildirdi. Nahid də həmin gün ünvana yaxınlaşıb məndən 3000 manat allb işi həll etdiyini və 10 gün ərzində Namiqi buraxdıracağını bildirdi; Diskə baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə «DVD» formatlı diskdiskə baxış zamanı içərisində 31 ədəd “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə qeydiyyata alınmış səs yazıları olan fayllar və 01 ədəd video fayl olduğu müəyyən edildi. Diskdə olan videogörüntü Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs həmin vaxtı yaşadığı mənzildə özü tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmışdır. “WhatsApp Video 2026-01-26 at 17.16.01” adlı MP4 formatlı 01 dəqiqə 40 saniyəlik video çəkilişə baxış görüntünün Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs, şahid5 və şahid4 iştirakı ilə qeydə alınması, Təqsirləndirilən şəxs şahid5 4000AZN pulu alıb sayaraq onun hazırda həbsdə olan oğlu Namiq Şirinovu həbsdən çıxaracağı, həmçinin Namiq Şirinova Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə elan edilmiş ittihamın yüngülləşdirildikdən sonra ondan əlavə olaraq 6,000 AZN pul alacağı ilə bağlı vəd verməsi müəyyən olunur. Bundan başqa Zərərçəkmiş şəxs tərəfindən “Vatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən qeydə alınmış səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun hazırda həbsdə olan oğlu Namiq Şirinovu həbsdən çıxaracağı ilə bağlı vədlər verməsi müyyən edilsə də onlar arasında olan danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və ya onun ailə üzvlərindən əlavə olaraq 6000 və 3000 AZN pul alması faktı öz təsdiqini tapmamışdır; ##.##.2026-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər; ##.##.2026-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər ##.##.2026-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər ##.##.2026-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, X1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər; ##.##.2026-cı il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid4 Salman oğlu arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini bir birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ## #### 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə CMnin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 03 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il azadlıqdan məhrum etmə cəzaısna məhkum edilmiş, ##.##.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə ## #### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında ## #### 2026- cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan DVD diskdə olan videogörüntüyə və səs yazılarına baxış keçirilmiş, baxış zamanı həmin video və səs yazılarının diskə baxış keçirilməsi haqqında ## ###### 2026-cı il tarixli protokola uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi vhatsap səs yazısına və telefonuna baxış keçirilmiş, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş vhatsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan vhatsap proqramına ## ###### 2025-ci il tarixdə 0:54 saniyə səs yazısında bir nəfər kişi səsi ilə “Nahid sabahın xeyir, nətərisən, nə var nə yox?Baxıram görürəm yəni, canın sağolsun e, mən səndən nə incimirəm nə küsmürəm, day indi alınmır alınmır, mən siz dediniz işi düzüb qoşuruq, mən onun axırına çıxmaq üçün verdim o 4000-i. Mənim adamım var, danışıb işidə qaydasındadır. Sabah günorta pul çatdırmalıyam mən, sabah tezdənə ya axşama o pulu götür gəl, canın sağolsun, yəni burda inciməli küsməli heç nə yoxdur. Pulu sabaha çatdırmalıyam, ya axşam ya da sabah 10-11-ə çatdır mən aparım. Görək bu uşağın işi inşallah yaxşı olmalıdır” məzmunda səs göndərdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin səs yazısının zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmiş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs da həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunu həbsdən çıxarması ilə bağlı cəmi 4000 manat aldığını bildirmişdir. Lakin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmin xüsusatı təkzib edərək ümumilikdə 13000 manat pul verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, qeyd edir ki, həm məhkəməyədək icraat dövründə (ibtidai istintaq), həm də məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu Namiq Şirinli təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs işlətdiyi restoranda iki nəfərə bıçaqla xəsarət yetirdiyi üçün həbs olunmuş, həmin hadisə polis tərəfindən araşdırılarkən Təqsirləndirilən şəxs ona oğlunun 15 gün müddətində həbsdən azad olunmasının mümkün olduğunu bildirmiş, bunun necə mümkün olması ilə maraqlandıqda, Nahid bu işin düzəlməsi üçün 10000 manat prokurorluğa və 3000 manat vasitəçiyə vermək lazım olduğunu bildirmişdir. O, bununla əlaqədar ##.##.2025-ci il tarixdə evlərində videoçəkiliş vasitəsilə 4000 manat pulu Təqsirləndirilən şəxs vermiş, bir neçə gün sonra isə, o evdə olmayanda Təqsirləndirilən şəxs onun evinə gəlib arvadı şahid5 “Namiqi çıxarırıq, prokurora pul verilməlidir, 6000 manatı gətir” demiş, arvadı sevinərək qızının yanında 6000 manatı Nahidə vermişdir. Arvad pulu verəndə onun telefonu sönülü rejimə qoyulmuşdur, ona zəng gəlməsin, ona görə yığmamışdır arvadı. Çünki başqa adamla Namiqin işini danışmış, həmin vaxt isə Nahid hər dəqiqə yığaraq pulların qalan hissəsini də tələb etmişdur. 6000 manatı aldıqdan sonra Nahid ona işi düzüb qoşana 3000 manatda verməli olduğunu bildirmiş, o da arvada zəng vurmuş, Nahid ilə Loğman gedib pulu alıb gətirmişlər. 15 gün sonra oğlunun azad olunmadığını görüb, pulu Nahiddən geri istəmiş, sonuncu isə pulu bütöv verməyəcəyini, necə vermişdirsə 4000, 6000, 3000 manat, o da elə qaytaracağını bildirmişdir. O da razılaşmış, məhz buna görə ilk olaraq Nahiddən 4000 manatını qaytarmasının tələb etmişdir. 1 ay yarım olmuş, Nahid səs atmışdır ki, “xəstədir, ölür, adam var danışmışdır, həll edəcək”. Demişdir ki, istəmir polisə versin, gətirib pulu versin. Eyni zamanda Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan deyir, sonuncu 4000 manatı almasından başqa pulunu almasına dair çəkilişin olmadığını bildiyi üçün, digər məbləğlərin aldığını etiraf etmir. “WhatsApp Video 2026-01-26 at 17.16.01” adlı MP4 formatlı 01 dəqiqə 40 saniyəlik video çəkilişə baxış görüntünün Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs, şahid5 və şahid4 iştirakı ilə qeydə alınması, Təqsirləndirilən şəxs şahid5 4000 manat pulu alıb sayaraq onun hazırda həbsdə olan oğlu Namiq Şirinovu həbsdən çıxaracağı, həmçinin Namiq Şirinova Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə elan edilmiş ittihamın yüngülləşdirildikdən sonra ondan əlavə olaraq 6000 manat pul alacağı ilə bağlı vəd verməsi müəyyən olunur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs inandıraraq oğlunun 10000 manata həbsdən azad olunmasının mümkün olmasına inandırmış, bu məqsədlə ## ####### 2025-ci il tarixdə evlərində əri Zərərçəkmiş şəxs videoçəkilişlə Təqsirləndirilən şəxs 4000 manat pul vermiş, bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs onlara gələrək oğlunun işinin düzəldiyini və azad olunacağını bildirərək, qalan 6000 manatı da istəyərək təcili prokurora çatdırmalı olmasının bildirmiş, o da sevincək olaraq, habelə 6000 manatın əvvəlcədən verməli olduqlarının bildiyi üçün həmin məbləğdə olan pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan 10-15 gün sonra isə əri ona zən edərək, 3000 manat pulu Təqsirləndirilən şəxs verməyi tapşırdığı üçün, həmin məbləğdə olan pulu da sonuncuya vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 göstərmişdir ki, axşam evdə anası ilə olarkən Loğman ilə Nahid 6000 manat pulu götürməyə gəlmiş, o da anasının yanında qapıya çıxmış, Nahid demişdir ki, həmin adam onları gözləyir. Nahid demişdir ki, bibi narahat olma, pulu götürüb getmişlər. Anası demişdir ki,”qoy bir kişiyə zəng edim”, demişlər ki, “yox bibi biz tələsirik”. 6000 manat onun yanında verilmişdir. Lakin, qeyd olunan mötəbər və təkzibedilməz sübutlara baxmayaraq, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs istifadəsində olmuş watsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan vatsap proqramına ## ###### 2025-ci il tarixdə göndərdiyi səs yazısında Təqsirləndirilən şəxs 13000 manat deyil, 4000 manat istəməsi kimi xüsusatı əsas götürərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsinin sübuta yetirilməsi qənaətinə gəlmişdir. Halbuki, zərərçəkmiş Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan ifadələrindən göründüyü kimi, sonuncu oğlunun azadlığa çıxmadığını görüb pullarını geri istədikdə, Təqsirləndirilən şəxs pulları sonuncunun verdiyi qaydada qaytaracağını, yəni əvvəl 4000 manatı, sonra isə 6000 manat və 3000 manatı qaytaracağını bildirmişdir. Lakin, məhkəmə nədənsə zərərçəkmiş şəxsin qeyd olunan ifadəsinə əhəmiyyət vermədiyi üçün, Zərərçəkmiş şəxs istifadəsində olmuş watsap proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan vatsap proqramına ## ###### 2025-ci il tarixdə göndərdiyi səs yazısını düzgün qiymətləndirməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 4000 manat pulu Təqsirləndirilən şəxs razılığı ilə videoçəkiliş aparmaqla verdikdən sonra, 6000 manat və 3000 manat pulu heç bir çəkiliş olmadan verməsi ağlabatan və inandırıcı görünmür. Belə ki, Təqsirləndirilən şəxs 6000 manat pulu almaq üçün Zərərçəkmiş şəxs xəbərsiz sonuncunun evinə gedərək, Zərərçəkmiş şəxs arvadı şahid5 oğlunun azad olunması ilə əlaqədar 6000 manat pulun aidiyyəti üzrə çatdırmalı olduğunu bildirərək, onu tələsdirib əri Zərərçəkmiş şəxs ilə əlaqə saxlamasına imkan yaratmamış, şahid5 isə oğlunun tezliklə azadlığa çıxacağından sevinərək həmin məbləğdə olan pulu ona vermişdir. Lakin birinci instansiya məhkəməsi sadalanan sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin və onun yaxın dostu şahid4 verdiyi məqsədyönlü və özünümüdafiə xarakterli ifadələrinə üstünlük verməklə toplanmış sübutları müqayisəli şəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif etmişdir. CPM-nin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 33.4-cü maddəsinə görə hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət əməlini törətməsi cinayət işində olan sənədlərlə öz təsdiqini tapmadığından o, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası cəza təyin edərkən Təqsirləndirilən şəxs oğlu barəsində Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə ## #### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və səs yazılarının olduğu 01 ədəd flaşkart iş materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya prtotesti və apellyasiya şikayəti təmin olunmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ləğv edilməli, iş ürzə yeni hökm çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-in 193, 344, 346, 353, 398.1.2, 399.1.2, 407-410-cu maddələrini rəhbər tutub, HÖKM ETDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ləğv edilsin. İş ürzə yeni ittihamedici hökm çıxarılsın və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və səs yazılarının olduğu 01 ədəd flaşkart iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında müraciət etmək hüqununu olması izah edilsin. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar