Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-962/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X8 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, nümayəndə – Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından maraqlarına toxunan şəxs X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4- cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum ediməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs məxsus 10.209.000 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanda yerləşən 308011022850- ***** və 308013029650-***** reyestr nömrəli əmlak kompleksləri ziyanın ödənilməsi məqsədilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmuşdur. Hökm apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisələndirilmiş, məhkuma təyin olunmuş cəza azaldılsa da, əmlak komplekslərinin dövlət nəfinə müsadirəsi qanuni hesab edilmişdir. Maraqlarına toxunan şəxs qismində X2 və nümayəndəsi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Nümayəndə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə X2 nümayəndəsi Nümayəndə vəsatəti təmin edilməmişdir. Qərardan Nümayəndə apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ilə X2 arasında ##.##.1995-ci il tarixdə, *** nömrəli nikah qeydi ilə Bakı nikah evində nikah bağlanmışdır və bugünədək rəsmi nikahdadırlar. Məhkəməyə təqdim olunan sənədlərdən də müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisələr 2003-cü ildə Təqsirləndirilən şəxs ilə X2 birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmişdir və tikilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə hökmə əsasən, onun cinayət əməlləri 2011-2017-ci illəri əhatə edir, göründüyü kimi qeyd edilən əmlaklar həmin dövrdən qabaq əldə edilmişdir. Qeyd olunmalıdır ki, Səadət Həsənovanın həmin cinayət işi üzrə, ibtidai istintaq və məhkəmə istintaqı dövründə Səadət Həsənova hər hansı şəkildə prosesə cəlb edilməmişdir bu səbəbdən də, özünün mülkiyyətində olan daşınmaz əmlakların üzərinə həbs qoyulması və hökmlə müsadirə olunması barədə xəbəri olmayıb. Buna görə də maraqlarına toxunan şəxs kimi həmin qərarın və hökmün surəti ona göndərilmədiyindən o pozulmuş hüquqlarının müdafiəsi üçün ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpası haqqında X2 nümayəndəsi Nümayəndə vəsatətinə münasibətdə qərar qəbul edərkən, daxil olmuş vəsatətin məzmununa uyğun olaraq, qanunun tələblərinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunun tələbinə və daxil olmuş vəsatətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş apellyasiya şikayəti, həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair" ## ####### 2011-ci il tarixli qərarında xüsusi olaraq qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında X2 nümayəndəsi Nümayəndə vəsatətinin təmin olunmamasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 384 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında X2 nümayəndəsi Nümayəndə vəsatətinin təmin olunmamasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-962/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-962/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver