Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-963/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçilər – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və “Ekol” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## #### 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olmayan, Cəbrayıl rayonu Mahmudlu stansiyasında qeydiyyatda olmaqla ünvan 1 nömrəsiz ünvanda yaşayan və barəsində "həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Vüqar Seyidov (sədrlik edən), Kamil Əliyev, Nigar İmanova) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsdən, ona bildiyirdiyi ünvana, digər naməlum şəxslərə çatdırmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3205,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvanına qədər daşımış, ## ######## 2025-ci il tarixdə saat 22:30-da Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq videoçəkilişlə üstünün yoxlanılması aparılan zaman çiynində olan qara rəngli çantanın içərisindən bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 3205,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cinayət işi başlanmasına dair qərara görə həmin cinayət işinin başlanmasına əsas və səbəb kimi ##.##.2025-ci il tarixdə Sabunçu rayon Pİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlandığı zaman onda olan qara rəngli idman çantasından 3(üç) kiloqram 200 (iki yüz) qram çəkidə narkotik vasitıə qurudulmuş marixuanının aşkarlanması faktı göstərilmişdir. Həmin xüsusatla bağlıda şəxsə AR CM-nin 234.4.1 və 234.4.3-cu maddələrii ilə ittiham irəli sürülməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilən xüsusatları təsdiqləyən fakt isə ancaq polis əməkdaşlarının ifadələri ilə təsdiq olunmaqla həmin ifadələr əsasında şəxsə qarşı ittiham irəli sürülmüşdür. Hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə marixuanadan istifadə etdiyini etiraf etmişdir. O,bu hadisədən yəni yaxalanmamışdan 1-2 ay əvvəl mobil telefonla tanış olduğu özünü İran İslam Respublkkasının ( İİR ) vətəndaşı kimi təqdim etmiş Fatimə adı şəxsin ona sosial şəbəkə vasitəsi ilə zəng edərək onun narkotik vasitə istifadəçisi olmasını bildirdiyini və ona 100 qram çəkidə narkotik vasitə marixuana göndərdikdən sonra onu aldadaraq ona pul ödəmədiyini bildirmişdir. Tutulmamışdan 1-2 həftə əvvəl Fatimə kimi özünü təqdim etmiş şəxsə mobil telefonunun Whatcaap tətbiqi vasitəsi ilə zəng edərək ondan istifadəsindən ötrü yenidən maruxuana istəmişdir. Fatimə ilə danışarkən onun yanında olan özünü Məhəmməd kimi təqdim edən şəxs( bu zənglər onun polis tərəfindən götürülmüş mobil telefonundan dəqiqləşdirmək olar ) Fatimədən telefonu alıb ona göndərilmiş 100 qram narkotik vasitə marixuananın pulunu 500 manatı vermədiyinə görə ondan niyə mal istədiyini soruşmuşdur. O,Məhəmmədi tanımadığını Məhəmmədin adını ona əvvəllər Fatimənin verdiyini, Məhəmmədin isə ona( yəni Fatiməyə ) mal (narkotim vasitə marixuana) verən şəxs olmasını bildrmişdir. 0,telefonda Məhəmmədi söyərək ona onların "bariqası və kuryeri" olmadığını sadəcə öz istifadəsindən ötrü marixuana istədiyini bildirmişdir. Onu söydüyünə görə Məhəmməd ona " buna görə peşiman olacağını onun Azərbaycan polisində və prokurorluğunda əli çatmayan yer olmadığım" bildirmişdir. Polis tərəfindən tutulan günü yəni ##.##.2025-ci il tarixdə İİR dan olan Veysəl adı ilə özünü təqdim edən şəxs onun mobil telefonuna sosial şəbəkə vasitəsilə( whatcaapp tətbiqi vasitəsi ilə ) zəng edərək ona 30 qram çəkidə narkotik vasitə marixuana göndərəcəyini bildirdikdə onun təklifini qəbul edərək onu aldatmaq fikrində olmuşdur. Həmin günü saat təxminən 20 radələrində Veysəl kimi özünü təqdim etmiş şəxs ona zəng edərək ona bir yerdə 300 qram narkotik vasitə marixuana qoydurduğunu, həmin yerə getməsini 150 qram narkotik vasitəni özü üçün götürməsini qalan 150 qram narkotik vasitə marixuananı isə deyəcəyi yerə qoyacağını bildirmişdir.O,həmin narkotik vasitəni öz istifadəsindən ötrü götürməklə Veysəli aldatmaq qərarına gələrək onu aldadacağını fikirləşməklə onunla razılaşmışdır. Məqsədi ilə həmin narkotik vasitəni öz istifadəsindən ötrü əldə etmək olmuşdur.Həmin görüntü SMS Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda var istintaq zamanıda həmin fayl cinayət işinin materiallarına əlavə olunmuşdur. Burada saat 20:42 dəqiqə göstərilir.O,dərhal taksi ilə həmin ünvana gəlmişdir. Ünvana çatanda özünü Veysəl kimi təqdim etmiş şəxslə mobil telefonu ilə Whatcapp tətbiqi vasitəsilə də əlaqə saxlamışdır bu cinayət işinin materiallarında da əksini tapıb bu saat 20:59 da olmuşdur. Deməli o 17 dəqiqə ərzində göstərilən ünvanda olmuşdur. Veysəl adlı şəxs ona qoyulmuş narkotik vasitənin qara rəngli sellofan kulokda olmasını gösrətən video görüntüdə göndərmişdir. İstintaq materiallarıənda həmin görüntünü əks etdirən video görüntüdə vardırı.Həmin görüntüdən göründüyü kimi göndərilmiş narkotik vasitə marixuanan çəkisi hazirda ittihamın irəli sürülməsinə əsas olan narkotik vasitənin çəkisi ilə uyğun deyildir.Bu faktın özü Təqsirləndirilən şəxs yalan danışmadığına dəlalət edən təkzib olunmaz və möhtəbər sübut kimi qəbul olunmalıdır. Həmin foto görüntüdən başqa Təqsirləndirilən şəxs ünvanlanmış yazıdanda aydın görünür ki,bu yazı latın qrafikasında azərbaycan dilini sərbəst bilən şəxs tərəfiindən göndərilmişdir. Lakin, nə istintaq orqanı nə dəki məhkəmə işin bu hallaeına əhəmiyyət verməmişdir. Belə həmin Wapsaap vasitəsilə göndərən şəxsin kim və ya kimlər olması haradan (məkana münasibətdə) zəngin olunmasını müəyyən etmək mümkün olacaqdı. Bu isə istintsaq orqanı üçün heç bir əhəmiyyət kəsb etmədiyinidən və ya onların qanunvericiuliyin tələblərenə uyğun olmadan keçirdikləri əməliyyat tədbirinin saxta olmasını təsdiqləmiş olardı. Həmin gün saat 20 radələrində İİR vətəndaşı Veysəl kimi tanıdığı şəxsin ona göndərdiyi məkana uyğun olaraq Məmmədli kəndi yaxınlığında ( xatırladıram ki,həmin ünvan ərazi etibarı ilə Sabunçu rayon ərazisi deyil Abşeron rayon ərazisi hesab olunur) avtomobil yolundaolan dairəsinə tanımadığı yaşlı bir sürücünün idarə etdiyi taksi avtomobili ilə getmişdir. Göstərilən ünvana çatdıqda taksidən düşmüş taksi onu həmin yolda gözləmişdir. Ona göndərilmiş şəkildəki ünvana yaxınlaşdıqda orada Veysəlin ona qara rəngli bir sellefan kulokon olduğunü bildirisədə həmin yerdə sellofan kuloq deyil bir ədəd qara rəngli idman çantasının olmasını görmüşdür.Bu isə ona vəd edilmiş kütlənin olmamasına əmin olmaması ilə bağlı olmaqla həmin çantaya baxmadan onu götürməyərək hadisə yerindən qaçaraq uzaqlaçması onun cinayəti törətməkdən könüllü olaraq imtina etməsidir. Həmin an İİR vətəndaşı əvvəllər əlaqəsi olan Zeynəbin tanışı Məhhəmməd adlı şəxsin ona dediyi: "səni onsuzda orada olan polis əməkdaşlarına tutduracağam" sözləri yadına düşmüş və bunu onun üçün qurulan tələ olduğunu başa düşərək çantaya yaxın getmədən tez qaçaraq oradan uzaqlaşsada qaranlıqdan bir neçə nəfərin onun arxasınca qaçaraq ona arxadan badalaq vurduğuna görə o yerə yıxıldığından onu yaxalamışlar. Onda onu təqib edən şəxslərin polis əməkdaşları olmalarını bilmişdir, onu gətirən taksi avtomobilinin isə haraya geməsini bilməmişdir.Polis əməkdaşlarının onun gəldiyi taksini tapıb tapmamaları barədə məlumatı olmamışdır. Orada olan polis əməkdaşları onun üstündə olan telefonu götürüb üzərinə axtarış aparsalarda onun üstündən heç nə aşkar etməmişlər. Çünki onda hər hansı bir narkotik vasitə və ya qadağanedici əşya,predmet,kütlə olmamışdır. Polis əməkdaşları ona " kriminal aləmə meyilli yolla getdiyini irad göstərməklə ona bildirmişlər ki, İran İslam Respublikasından ona göndərilən çantanı əlinə alıb on un şində olan narkotik vasitə marixuanan olmasını etiraf edib öz istifadəsindən ötrü götürməsini bildirməlidir." O isə çantanı götürmədiyin, onlara əgər çantanı açmamışlarsa onun içində narkotik vasitə marixuananın olmasını haradan bilmələrini də soruşmuşdur. Polis əməkdaşları isə ikrarla biz hər şeyi bilirik cavabını vermişlər. Təqsirləndirilən şəxs şəxsi istifadəsi məqsədilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Veysəl adlı şəxsin mobil telefonundan saat 20:42-də ona göndərilmiş olduğu "Zabratdan məhəmmədliyə gedəndə məhəmmədli kuruqunda qəssab var onin yanında məhlənin tini qapının ağzında " SMS - göndərilməsi həmin şəxsin İİR vətəndaşı olması etimalını istisna edir. Bundan başqa həmin telefondan götürülmüş foto şəklindən açıq aydın görünür ki, göndəriləcək kütlə çantada aşkar olunmuş kütlə olmamalıdır. Həmin telefonda danışıqlarda mövcuddur. Lakin istintaq orqanı həmin səs yazıları olan danışıqın açılmasından yan keçmiş, yaxud da həmin səs yazılarında olan sözlərin ittihamın dağılmasına səbəb olacağından işin materiallarında bunun aydınlaşdırlması aparılmamışdır. Təqsirləndirilən şəxs məxsus olan ondan götürülmüş mobil telefon əlaqəlarəinə dair məlumatlar işdə əksini tapmamışdır. Ümumiyyətlə ittiham aktında bundan söhbət belə edilməmişdir. Göründüyü kimi İİR vətəndaşı tərəfindən azərbaycan dilində latın qrafikasında belə bir SMS-nin göndərilməsi və məkan yerinin dəqiqliklə göstərilməsi inanılmaz bir fakt olmaqla yanaşı o da möhtəbər sübutdur. Əgər istintaq orqanı və ittiham tərəfi fərziyələrlə ittiham irəli sürməkdən çəkinməyirlərsə bizim real həqiqətləri əks etdirdiyimiz sübutlar niyə obyektiv qiymətləndirilmir? Elan olunmuş ittiham üzrə çıxarılmış hökmlə işin faktiki halları arasında kəskin və əsaslı ziodiyyətlər mövcud olsada məhkəmə bunlara düzgün hüquqi qiymət verməmişdir. Hökm ancaq ittihamın mövqeyini müdafiə etməyə xidmət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs göndərilmiş SMS və foto şəkildə ona göndəriləcək kütələnin qara rəngli sellofan bükülüdə olması həmin kütələnin çəkisi ilə uyğun olmamasımda tam təsdiqləyir. Daha sonra Təqsirləndirilən şəxs mobil telefonunda olan danışıq və əlaqələrlə bağlı açıqlanmanın verilməməsi ona zəng etmiş mobil nömrənin kimə məxsus olması və hansı İMEL kodli mobil telefonda istifadə olunmasımda gizlətmiş olur.Bu fakt araşdırıldıqda təqsirləndirilən şəxsi cinayətə sövq etmiş şəxsidə müəyyən etmək olar. Digər bir xüsusat isə cinayət hadisəsinin Abşeron rayon ərazisində baş verməsi ,cinayəti törədəcək şəxsin isə Binəqədi rayon ərazisində yaşaması faktına münasibətdə əməliyyat məlumatının nə səbəbdən Sabunçu rayonu 15-ci polis şöbəsinə daxil olması ilə bağlı şübhələrdir. Bu da İİR vətəndaşına məxsus mobil nömrəni işlədən şəxsin 15-ci polis şöbəsinin əməkdaşları ilə yaxın münasibətdə olan şəxs olmasına dəlalət edir. Digər bir xüsusat ona göndərilən SMS -n saat 20:42 olmasını göstərildiyi 20:59 da isə həmin göstərilən məkanda olmasına baxmayaraq onun yaxalanması vaxtının saat 22:30 da göstərilməsində real həqiqətlər əks etdirməyir. Həmin yazışmaya əsasən o 300 qram narkotik vasitə marixuananı götürməkdən ötrü göstərilən ünvana gəldikdən sonra orada ona vəd edilmiş bağlamanın deyil bir çantanın olmasını görüb başa düşmüşdür ki,onu aldatmaqla həmin ünvana gətirmişlər. Ona görədə çantanı oradan götürüb kolluğa ataraq oradan uzaqlaşdıqdan sonra bir neçə nəfərin onu təqib edərək fiziki zor tətbiq etməklə yerə yıxaraq yaxalamışlar. Ondan sonra polis işçiləri olmalarını və geri qayıdıb çantanı götürməsini təklif etsələrdə buna əməl etməmiş ,ona fiziki zor tətbiq edərək özləri çantanı götürərək onun olmasını bildirəcəyini təkdilə tələb etmişlər.O,həmin tələblərə əməl etmədikdə isə onun yaşadığı evə ondanda artıq narkotik vasitə qoyacaqlarını və ailə üzvlərinidə bu işə cəlb edəcəkləri ilə təhdid etdikdən sonra onların təkliflərini qəbul etmişdir. Bundan donra gözləmələrini digər əməkdaşların gəlib video çəkiliş edəcəklərini bildirmişlər. Orada bir saatdan artıq gözlədikdən sonra digər bir avtomobil iə gəlmiş daha 3-4 nəfərin iştirakı ilə video çəkilişə başladıqda o yenidən çantanın onun olmadığını bildirdikdə çəkilişi dayandırıb yenidən ona fiziki zor tətbiq etməklə psixi təsirlə təhdid etmişlər. Bir neçə dəfə video çəkiliş alınmasada sonradan onların təkliflərini qəbul etmişdir. Polis şöbəsinə gəldikdə də o yenidən çantanın onun olmadığını bildirdikdə ona yenidən fiziki zor tətbioq ertməklə hətta zərbələrin təsirindən ağzındakı dişidə sınmışdır. Ondan sonra onların yazdıqlarına imza etmişdir. Hadisə yerini təsvir edən video görüntüdəndə polis əməkdaşlarının hadisə yerinə gəldikləri avtomobilin birisi ağ rəngli digərinin isə qara rəngli avtomobilin olması Təqsirləndirilən şəxs yaxalanmasında iki nəfətrin iştirak etmədiklərini təsdiqləyən faktdır. Daha sonra görüntülərdən göründüyü kimi S.Həsəvun gəldiyi istiqamətlə avtomobillərin dayandığı istiqamətlərdən göründüyü kimi, S.Həsəvova fiziki və pisixi zorun tətbiüqindən sonra onun çantanı götürdükdən sonra yaxalanmasını təsdiqləyir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməliyyat tədbirinin rəhbəri olmuş şahid1 ona fiziki zor tətbiq edən şəxslərdən biri olmasını təsdiqləmişdir. şahid1 əməliyyat qrupunun rəhbəri olmasını etiraf etməklə ona daxil olmuş məlumat əsasında tədbirin keçirildiyini, video çəkilişin hadisə yerində aparıldığını bildirmişdir. Ona əməliyyat tədbirinin keçirilməsi ilə bağlı əməliyyat işi və ya əməliyyat qeydiyyat işinin olub olmamasına dair suala əməliyyat işi və ya əməliyyat qeydiyyat işinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı görüntünün şəkli saat 20:42 də göndərilməklə 20:52 də danışıqların aparılması həmin əraziyə dərhal getdiyi oradakı məsafəniin 5-6 dəqiqəlik olması ( faktiki isə SəHəsənov həmin yerə 17 dəqiqəə çatdığı görünür) Oraya gəlnədə isə polis əməkdaşlarının orada olmalarına baxmayaraq onun yaxalanmasının 22:30 da göstərilməsidə həqiqətləri əks etdirməyir. Bu isə polis işçilərinin ifadələrinin real həqiqətləri əks etdirmədiklərini təsdiqləyən möhtəbər sübut kimi qiymətləndirilməlidir. Məhz şahid1 video çəkilişə saat 22:30 da başlaması göstərilən faktı təsdiqləmiş olsa da bu həqiqətdə saat 20:59 dan sonra saat 22:30 dək olan həmin müddətlərdə Təqsirləndirilən şəxs fiziki və psixi zoraklığın tətbiq olunması müddətlərini əhatə edir. Bu isə Təqsirləndirilən şəxsla narkotik vasitənin qoyulduğu yerlə bağlı danışığın məhz şahid1 tərəfindən aparılla bilməsini istisna etməyir. Ona görədə Təqsirləndirilən şəxsla aparılmış danışıqlrda olan səslərin şahid1 və ya digər hər hansı kənar şəxsə mənsub olub olmamasını araşdırılmasını zəruri olması görünür. Ona görədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus istintaq orqanı tərəfindən götürülmüş "VİVO "markalı mobil telefondan onun əlaqədə olduğu şəxslə saat 20:42 dən - 20:52-dək olan müddətlərdə səs yazısı ilə aparılan danışıqda səsin polis əməkdaşı şahid1 və ya hər hansı başqa kənar şəxsə məxsus olub- olmasının müəyyən edilməsindən ötrü məhkəmə fonoskopik ekspertizası təyin olunması barədə vəsatət vermiş olsamda bu məhkəmə tərəfindən təmin olunmamışdır. Göründüyü kimi şəxsə elan olunmuş ittihamlar əsaslı hesab oluna bilməz.Belə əməliyyat tədbirinin keçirilməsi ilə bağlı heçm bir rəsmi sənədin,əməliyyat qeydiyyat işinin belə olmaması,video çəkilişin vaxtı ancaq hadisə yerində saxtalaşdırılmaqla edilməsi,tədbnirin başlandı andan belə video çəkilişn olmaması, narkotik vasitənin istintaq materiallarında olan real şəkildəki kulok və içərisində olan biləcək narkotik vasitə marixuananın çəkisi ilə faktiki ittiham irəli sürülmüş çəkinin eynilik təşkil etmədiyi, Təqsirləndirilən şəxs telefon danışığında bildirdiyi həmin narkotik vasitənin 150 qramını onu göndərən şəxsin deyəcəyi ünvana qoymasını vəd etsədə belə bir fikri olmadığını,əvəllərdə öz istifadəsindən ötrü narkotiuk vasitə aldığını ,onun heç vaxtı narkotik vasitələtrin satışı ilə məşul olması buna əsas verir ki,o göstərilən ünvanda qoyulmuş narkotik vasitənin çəksinin ona vəd edilən şəkidə olmadığı və İİR vətəndaşı kimi özünü təqdim etmiş Məhəmməd adlı şəxsin ona əvvəlki narkotik vasitənin pulunu göndərmədiyini,Təqsirləndirilən şəxs isə ona kobud cavab verməsindən sonra həmin şəxsin Azərbaycan polisində və prokurorluğunda əlaqələrinin olmasını onun başına oyun gətirəcəyi barədə dediklərini yadına salıb bunun onun üçün qurma olduğunu başa düşərək narkotik vasitəni götürmədən oradan uzaqlaşaraq qaçdığı anda orada pusquda durmuş polis əməkdaşları tərəfindən yaxalanması onun narkotik vasitəni əldə etməkdən imtina kimi qiymətləndirilməlidir. İbtidai istintaq zamanı verdiyim vəsatətlərədə heç bir əhəmiyyət verilməyərək formal xarakter daşıyan cümlələrlə vəsatətlərim təmin edilməmişdir. İşdə olan ziddiyyətlərə düzgün hüquqi qiymət verilməmişdir: İş üzrə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirlərinin əsaslı və qanunu olmasını təsdiqləyən heç bir rəsmi sənəd nə əməliyyat işi nə dəki əməliyyat qeydiyyat işi mövcud deyildir. Əməliyyatın keçirilməsi ilə bağlı video çəkiliş mövcud deyil,bu çəkiliş ancaq şəxsin saxlanılması anını əks etdirir. Təqsirləndirilən şəxs mobil telefonunun Whatcaap tətbiqinə göndərilmiş kütələnin formasını( qablaşdırılmasını) göstərən qara rəngli sellofan bükülü ilə hadisə yerində aşkarlanmış çanta ( içərisində olan narkotik vasitə olan çanta nəzərdə tutulmuşdur) marixuana ilə eynilik təşkil etmir. Bu isə həqiqətlərə uyğun deyildir. Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu yerə dair görüntü və yazılmış ismarıçlardan göründüyuü kimi həmin ismarıclar latın qrafikası ilə sərbəst danışıb yaza bilən şəxs tərəfindən icra olunmuşdur. Bu isə həmin şəxsin İran İslam Respublikası vətəndaşı ola bilməsi etimalını şübhə altına alır. Təqsirləndirilən şəxs həmin görüntü və ismarıç saat 20:42 də göndərilmiş,saat 20:59da isə SəHəsənov artıq həmin ünvanda olmuşdur. Lakin sənədləşmə və video görüntü saat 22:30 göstərir .Bu isə 1 (bir) saat 31 (otuz bir) dəqiqədən sonar sənədləşmənin aparılmasını, həmin müddət ərzində Təqsirləndirilən şəxs polis əmıəkdaşları tərəfindən saxlanıldığı, həmin müddət ərzində isə ona fiziki və psixi təsirin göstərilməısi müddətlərini əks etdirir. Bütün bu göstərilənlər hüquqlarını müdafiə etdiytim şəxsə elan olunmuş ittihamın əsassız olmasına dəlalət etməklə təkzib edilməz sübutlar olduğundan itihamı müdafiə edən prokuror tərəfindən onun AR CM-nin 234.4.1 və 234.4.3-cu maddələrlə elan olunmuş ittihamların əsaslı olması və məhkəmə istintaqı ilə sübuta yetirilməsini bildirməsidə qəbul olunmazdır. Axı məhkəmə istintaqında səslənən bütün fikirlər mənim çıxışımda öz əksini tapdığı halda ittiham tərəfinin həqiqətə uyğun olmayan çıxışı əsas götürülməklə məhkəmə məhkəmə istintaqında səslənmiş ifadələrə və işin hallarına əhəmiyyət vermədən ittiham tərəfinin mövqeyini əsas götürməklə qanuna zidd və əsassız hökm çıxarmışdır. Ona görədə hüquqlarını müdafiə etdiyi şəxsə elan olunmuş ittihamın əsassız olması onun həmin cinayəti törətməkdən könüllü imtina etməsi ilə əməlində cinayət tərkibinin olmasını istisna olunduğu halda bu amillər əhəmiyyət belə verilməmişdir. Belə ki,bu hallar AR CM-nin 30 cu maddəsində əksini tapmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını, təqsirləndirilən şəxsin əməli sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi, eləcə də təqsirləndirilən şəxsə təyin olunan cəza hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxsin həmin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində ifadə verən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan ittiham üzrə özünü özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Veysəm adlı iranlı tərəfindən ona konum gəlmiş, konumda olan əraziyə çatmış, orada 1 ədəd idman çantası olmuş, o çantaya yaxınlaşmış və oradan uzaqlaşmaq istəyərkən 1 nəfər şəxsin avtoyuma məntəqəsindən yanından üzərinə gəldiyini görmüş və hadisə yerindən qaçarkən ağacın yanından başqa bir nəfər şəxs çıxmış və ona fənd ataraq yerə yıxmış, sonra polis əməkdaşları onu döymüşlər və ona narkotik vasitəni onun evinə qoyub, evindən çıxardacaqlarını bildirmişlər, o da məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmış, video çəkiliş zamanı razılaşsa da, səhəri gün razılaşmamış, öz etirazını bildirmişdir. Təhqiqatçı tərəfindən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmiş, lakin məhkəmədə həbs qətimkan tədbiri seçilərkən ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verdiklərini bilmiş, polis əməkdaşları əllərində şəkili ilə konumda onu gözləmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs konuma 300 qram marixuana götürmək üçün getdiyini, 2-3 ildir ki, marixuana istifadə etdiyini, gündə 2-3 dəfə marixuana istifadə etdiyini, iranlıdan 30 qram marixuana istədiyini, lakin onun 300 qram marixuana təklif etdiyini, onun razılaşıb konuma getdiyini, ona qara “klok” şəkli göndərdiyini, iranlının ona konumda 300 qram marixuana olduğunu dediyini, konumda çanta olduğunu gördüyünü və çantanı götürmədən oradan uzaqlaşmaq istədiyini, lakin onu saxlayaraq döyüb boynuna qoyduqlarını, məhkəmədə həbs qətimkan tədbiri seçilərkən xəsarətinin olduğunu dediyini bildirmişdir. Veysəmdən əvvəl Fatimə adlı iranlını 2-3 dəfə aldatdığını, Fatimənin yanında Məhəmməd adlı iranlının olduğunu, o, Fatimənin telefonu ilə onunla işləməyi təklif etdiyini, öz şəxsiyyət vəsiqəsini video çəkilişlə ona göndərməsini dediyini, Məhəmmədin təklifi ilə razılaşmadığını, Veysəmin Fatimədən sonra ona zəng etdiyini, Veysəmin ona azərbaycan dilində yazdığını, dişini sındırdıqlarını, qolunda, başında xəsarətlərin olduğunu, təcridxanaya daxil olarkən üzərində xəsarət olduğunu dediyini, onu döyən polis əməkdaşlarını tanıdığını, onu saxlayarkən video çəkilişin olmadığını, video çəkilişin sonradan gəldiyini, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Bundan başqa o, şahid2 onun saxlanılmağında iştirak etmiş, polis əməkdaşlarının 2 maşınla gəldiklərini, sonra 3-cü maşının da gəldiyini, 9 nəfər saxladıqlarını, videoçəkilişi əməliyyat müvəkkilinin apardığını, sonra həmin əməliyyat müvəkkilinə ona videoçəkiliş apara bilməyəcəyini dediklərini, sonra təhqiqatçının gəldiyini, ona fiziki və psixi zor tətbiq etdiklərini, saxlanılarkən əlində çantanın olmadığını, ona zor tətbiq etmədiyini, şahid2 ona psixi təsir göstərdiyini, digər əməkdaşın onun dişini sındırdığını, onu saat 21:30 radələrində 9 nəfərin saxladığını, şahid1 ona fiziki və psixi təsir göstərdiyini, şahid1 dişini sındırdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvəllər tanımamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, ## ######## 2025-ci il tarixdə, Abşeron rayonu, Məmmədli qəsəbəsi Məmmədli dairəsi yaxınlığında saxlamışlar və videoçəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirmişlər, Təqsirləndirilən şəxs üzərində idman çantası və telefonun olduğunu, Səbuhidən idman çantasınında içərisində nə olduğunu soruşduqda o, çantanın içərisində marixuana olduğunu bildirmiş, sonra Səbuhi narkotik vasitəni İran vətəndaşından “konum” vasitəsi ilə götürdüyünü və həmin narkotik vasitədən öz istifadəsi üçün götürəcəyini və narkotik vasitə qalan hissəsini də iranlının dediyi yerlərə qoyacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci PŞ-nə gətirilmiş və polis şöbəsində vəkil dəvət edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini bildirmişdir. Əməliyyat məlumatının nə vaxt daxil olduğunu xatırlamadığını, daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat axtarış işi və ya əməliyyat qeydiyyat işi açmadığını, çünki əməliyyat məlumatının şahid1 daxil olduğunu, əməliyyat tədbirində 3 nəfər iştirak etdiklərini, əməliyyat tədbirində Elvin və onun iştirak etdiklərini, 3-cü əməkdaşın kim olmasını xatırlamadıqlarını, əməliyyat tədbiri keçirilən yerə təhqiqatçının gəlmədiyini, videoçəkilişi aparan əməkdaşın kim olmasını xatırlamadığını, saxlanılarkən Səbuhinin əlində idman çantasının olduğunu bildirmişdir. Məmmədli qəsəbəsinin Abşeron rayonu ərazisi sayıldığını, Məmmədli dairəsinin onların xidməti ərazisinə düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, Məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvəllər tanımamış, ## ######## 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, ## ######## 2025-ci il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli qəsəbəsi Məmmədli dairəsi yaxınlığında saxlamışlar və ona video çəkiliş vasitəsi ilə üzərinə baxış keçiriləcəyini bildirmiş, üzərində qanunla daşınması qadağan olunan hər hansı əşya və ya predmet varsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əlində olan idman çantasından spesifik qoxuya malik ot aşkar olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitəni iran vətəndaşından götürdüyünü və həmin narkotik vasitədən öz istifadəsi üçün götürəcəyini və narkotik vasitə qalan hissəsini də iranlının dediyi yerlərə qoyacağını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci PŞ-nə gətirilmiş və polis şöbəsində vəkil dəvət edilmişdir. Təhqiqatçı və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş maddəyə baxış keçirilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini bildirmişdir. Əməliyyat qrupunun rəhbəri olduğunu, əməliyyat məlumatının saat neçədə daxil olduğunu xatırlamadığını, lakin Səbuhini məlumat daxil olan gün, gecə vaxtı saxladıqlarını, daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat qeydiyyat işi açılmadığını, Səbuhini saxladıqları andan videoçəkiliş aparıldığını, əməliyyat tədbirində 3 nəfər iştirak etdiklərini, Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir göstərmədiyini, Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs saxlanılarkən onlardan qaçmadığını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli ** saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana növü narkotik maddə 5 qramdan şəxsi istehlak miqdarından artıq, 500 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş 3205,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olmaqla külli miqdar təşkil edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə, saat 22:30 dəqiqədə tutulmuşdur (cild 1, iş vərəqi 17). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 82-88). Cinayət işinin materiallarında olan "əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair" ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Abşeron rayonu Məmmədli qəsəbəsi, Məmmədli dairəsi yaxınlığında saxlayıb videoçəkilişlə üstünün yoxlanılması aparılır və əlində saxladığı qara rəngli çantasının içərisində ota bənzər maddə olan bükülü və bir ədəd mobil telefon aşkar edilir. (cild 01; i.v. 13-14); Cinayət işinin materiallarında olan "Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı R Ramil Mehdizadə saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş bükümə vəkilin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirdir və daha sonra qablaşdıraraq möhürlənib və bu barədə protokol tərtib edilib imzalanmışdır. (cild 01; i.v. 36-37); Cinayət işinin materiallarında olan «diskə baxış keçirilməsi haqqında» ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, küçədə iki nəfər şəxs videoçəkilişlə vətəndaşa yaxınlaşıb saxlayır, ona özlərini təqdim edirlər, həmin şəxslər Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarıdırlar, polis əməkdaşları saxlanılan Təqsirləndirilən şəxs hüquqlarını izah edərək üzərində qanunla daşınması qadağan edilmiş nəsə varsa təqdim etməsini təklif edirlər. Bu təklifdən sonra vətəndaş Təqsirləndirilən şəxs Habi oğlu əlində saxladığı çantanı açıb içərisindən bir büküm və bir dəd mobil telefonu təqdim edir, həmin bükümə baxış keçirilir, içərisində ota bənzər maddə aşkar edildi, daha sonra polis şöbəsində Təqsirləndirilən şəxs aşkar edilmiş maddəyə təhqiqatçı * saylı vəkil bürosunun vəkili Qədirov İlqar Hümmət və Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirən polis əməkdaşlarının iştirakları ilə baxış keçirdir, daha sonra qablaşdırılıb möhürləyir və imzalanır. (cild 01; i.v. 55); Məhkəmə-bioloji ekspertizasının ##.##.2025-cü il tarixli *-**-**/*-*/****/**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “4.saxlanılan şəxs Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamadakı 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 3205,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (cild 01; i.v.4-52); İş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 3205,0 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut hesab edilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3204,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhkəməninqanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı şəhəri, Sabunçu RPİ-nin Maddi Sübutları saxlama kamerasına təhvil verilmişdir. (cild 01; i.v. 89-90, 159); Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı Asılılıq sindromunun (narkomaniya xəstəliyinin) əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibbi müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 01; i.v. 141-142); Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin satışını həyata keçirmədiyini bildirsə də, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan təmiz çəkisi 3205,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın olması, başqalarına da verə biləcək qədər narkotik vasitəyə sahiblik etməsi, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. Məhkəmə kollegiyası iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməməsi barədə verdiyi ifadəsini özünümüdafiə xarakter daşıması, törətdiyi cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olması qənaətinə gəlməklə onun narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair vermiş olduğu ifadələrinə tənqidi yanaşır, həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İ.P.Müseyibovun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə yanaşı, CM-nin 234.4.1-ci maddəsi ilə tövsif etməklə yalnış nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsdən, ona bildiyirdiyi ünvana, digər naməlum şəxslərə çatdırmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3205,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayaraq ünvan 2 ünvanına qədər daşımış, ## ######## 2025-ci il tarixdə saat 22:30-da Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq videoçəkilişlə üstünün yoxlanılması aparılan zaman çiynində olan qara rəngli çantanın içərisindən bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 3205,0 qram külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CMin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Bu səbəbdən ona cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur. Eyni zamanda, cinayət işinin materialları ilə “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmayıb iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, təqsirləndirilən şəxsin digər şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı ilə bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış, birinci instansiya məhkəmə isə bu hallara düzgün qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni olmamışdır. CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, CM-nin 234.4.1-ci maddəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilməli, CM-nin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, hazırda CM-nin 234.4.1-ci maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılması eyni zamanda cəza təyini zamanı nəzərə alınmaqla, bu hissədə də hökm dəyişdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının həddini azaltmaqla da onun islah olunması mümkündür. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-nin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilməli, CM-nin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalı, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi azaldılmaldır. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, CM-nin 234.4.1-ci maddəsinin Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılması ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməli olan cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə, cəzaçəkmə müddətinin əvvəlinin hesablanmasına, maddi sübutun həllinə, ekspertiza xərcinə, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmasına təsir göstərmədiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 399.1.2 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrilə təqsirli bilinməsinə dair ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmü dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Ekol” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-963/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-963/2026
20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver