Məhkəmə qərarları › İş №1(3-6)-964/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-964/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-964/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Müdafiəçi müdafiəçi2, Zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X8 və X5 ibarət tərkibdə) ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən ## ###### 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki nəfər yetinlik yaşına çatmayan uşağı olan, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 6 ünvanında faktiki yaşamış, barəsində həbsə qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı ## ###### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs ## ####### 2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində) qeydiyyata alınaraq, təsisçisi və direktoru olduğu, nizamnaməsinə əsasən əsas fəaliyyət istiqamətləri təcrübə-tikinti işləri və bununla əlaqədar fəaliyyətlər olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindəki öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya təmir-tikinti sahəsində geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib, cinayətkar niyyətini həyata keçirmək və məqsədinə nail olmaq üçün zərərçəkmiş şəxs3 etibarından suiistifadə edərək icra etdiyi tikinti layihələrinə görə ona ödənilmiş pul vəsaitləri hesabına qısa müddət ərzində dəyərini tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin yanvar ayından 2023-cü ilin iyul ayına kimi olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 112 ünvanında yerləşən “Güclü Xırdavat” adlı mağazada, sonuncu dəfə 2023-cü ilin iyul ayında həmin ünvanda hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs3 məxsus 25527,6 manat dəyərində drel, tol, mismar, məftil, əlcək, qır, paspayı, reduktor, vibrator və digər təmirtikinti materiallarını alıb cinayət əməlinin ifşa olunmasının qarşısını almaq, özünə tam inam yaratmaq və cinayətkar əməllərini davam etdirmək məqsədilə aldığı tikinti mallarının 16900 manat məbləğində olan hissəsinin ödənişini edərək, ümumilikdə ödənilməmiş 8627,6 manat təşkil edən əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, həmin əmlakı icra etdiyi tikinti işlərində sərf edib dəyərini tam olaraq alsa da, verdiyi vədlərə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 8627,6 (səkkiz min altı yüz iyirmi yeddi tam onda altı) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, ## ####### 2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində) qeydiyyata alınaraq, təsisçisi və direktoru olduğu, nizamnaməsinə əsasən əsas fəaliyyət istiqamətləri təcrübə-tikinti işləri və bununla əlaqədar fəaliyyətlər olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindəki öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya təmir-tikinti sahəsində geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib cinayətkar niyyətini həyata keçirmək və məqsədinə nail olmaq üçün zərərçəkmiş şəxs4 etibarından suiistifadə edərək, sonuncunun vasitəsilə əlaqə qurduğu “German İndustrial and Medical Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən binanın ilk iki mərtəbəsində 2023-cü ilin yanvar ayından aprel ayına kimi olan müddət ərzində ümumilikdə 201541,63 manat dəyərində təmir-tikinti xidmətlərini tam olaraq həyata keçirib sifarişçiyə təhvil verəcəyinə dair zərərçəkmiş şəxs4 yalan vəd verib aldadaraq, öz cinayətkar niyyətini pərdələmək məqsədilə həmin “German İndustrial and Medical Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında montaj, təmir və quraşdırma xidmətlərinin göstərilməsi ilə bağlı ## ###### 2023-cü il tarixli formal podrat müqaviləsinin bağlamasına nail olub, verdiyi vədinə əməl etməyərək həmin işləri tam icra edib yekunlaşdırmaqdan imtina edərək ## ###### 2023-cü il tarixdən ## ##### 2023-cü il tarixədək bir neçə dəfəyə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə “German İndustrial and Medical Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 3 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialında mövcud olan bank hesabından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına köçürülmüş 201541,63 manat məbləğində pul vəsaitlərinin onun əvəzinə qeyd edilmiş xidmətləri yerinə yetirmiş zərərçəkmiş şəxs4 ödənilməli olan, sonuncuya məxsus 34525,9 manat hissəsini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 34525,9 (otuz dörd min beş yüz iyirmi beş tam onda doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, ## ####### 2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində) qeydiyyata alınaraq, təsisçisi və direktoru olduğu, nizamnaməsinə əsasən əsas fəaliyyət istiqamətləri təcrübə-tikinti işləri və bununla əlaqədar fəaliyyətlər olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindəki öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, özgənin külli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya təmir-tikinti sahəsində geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib cinayətkar niyyətini həyata keçirmək və məqsədinə nail olmaq üçün zərərçəkmiş şəxs5 etibarından suiistifadə edərək icra etdiyi tikinti layihələrinə görə ona ödənilmiş pul vəsaitləri hesabına qısa müddət ərzində göstərilən daşıma və qazma işlərinin, eləcə də həmin işlərin görülməsində istifadə ediləcək yük avtomobilləri və ekskavatorun yanacaq və ehtiyat hissələrinin dəyərini görüləcək işlərin yekununda tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin iyun ayından dekabr ayına kimi olan müddət ərzində ünvan 3 ünvanında zərərçəkmiş şəxs5 məxsus yük avtomobilləri vasitəsilə daşıma və ekskavator vasitəsilə qazma işlərini gördürüb, həmin işlərin və istifadə edilmiş əmlakın müqabilində 2023-cü ilin iyun ayından dekabr ayına kimi olan müddət ərzində, sonuncu dəfə 2023-cü ilin dekabr ayında özünün rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına köçürülmüş 167762 manat pul vəsaitlərindən cinayət əməlinin ifşa olunmasının qarşısını almaq, özünə tam inam yaratmaq və cinayətkar əməllərini davam etdirmək məqsədilə göstərilən xidmətin və istifadə edilmiş əmlakın 50864 manat məbləğində olan hissəsinin ödənişini edərək, Elsəvər Tağıyevə ödənilməli olan, sonuncuya məxsus 116898 manat təşkil edən pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib, bank hesabında olan həmin pul vəsaitini icra etdiyi tikinti işlərinə və şəxsi ehtiyaclarına sərf edib verdiyi vədlərə əməl etməyərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 116898 (bir yüz on altı min səkkiz yüz doxsan səkkiz) manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, ## ####### 2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində) qeydiyyata alınaraq, təsisçisi və direktoru olduğu, nizamnaməsinə əsasən əsas fəaliyyət istiqamətləri təcrübə-tikinti işləri və bununla əlaqədar fəaliyyətlər olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindəki öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, özgənin külli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya təmir-tikinti sahəsində geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib cinayətkar niyyətini həyata keçirmək və məqsədinə nail olmaq üçün, zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Nümayəndə etibarından sui-istifadə edərək icra etdiyi tikinti layihələrinə görə ona ödənilmiş pul vəsaitləri hesabına qısa müddət ərzində dəyərini tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, öz cinayətkar niyyətini pərdələmək məqsədilə zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında metal materialların alınması ilə bağlı ## ##### 2023- cü il tarixdə **/** saylı formal alqı-satqı müqaviləsinin bağlanılmasına nail olub, verdiyi vədinə əməl etməyərək 2023-cü ilin aprel ayından 2024cü ilin fevral ayına kimi olan müddət ərzində, sonuncu dəfə 2024-cü ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 105 ünvanında yerləşən «Dərnəgül tikinti materialları bazarı»nda hissəhissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1070889,94 manat dəyərində armatur, armatur yayması və yanmış məftil alıb cinayət əməlinin ifşa olunmasının qarşısını almaq, özünə tam inam yaratmaq və cinayətkar əməllərini davam etdirmək məqsədilə aldığı tikinti mallarının dəyərinin 738097,15 manat məbləğində olan hissəsinin ödənişini edərək, ümumilikdə dəyəri ödənilməmiş 332792,79 manat məbləğində əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, həmin əmlakı icra etdiyi tikinti işlərində sərf edib dəyərini tam olaraq alsa da, verdiyi vədlərə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə 332792,79 (üç yüz otuz iki min yeddi yüz doxsan iki tam yüzdə yetmiş doqquz) manat məbləğində külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, ## ####### 2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində) qeydiyyata alınaraq, təsisçisi və direktoru olduğu, nizamnaməsinə əsasən əsas fəaliyyət istiqamətləri təcrübə-tikinti işləri və bununla əlaqədar fəaliyyətlər olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindəki öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, özgənin xeyli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü guya təmir-tikinti sahəsində geniş əlaqələrə malik, etibarlı və işgüzar şəxs kimi təqdim edib cinayətkar niyyətini həyata keçirmək və məqsədinə nail olmaq üçün zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək icra etdiyi tikinti layihələrinə görə ona ödənilmiş pul vəsaitləri hesabına qısa müddət ərzində dəyərini tam ödəyəcəyinə dair yalan vəd verib aldadaraq, öz cinayətkar niyyətini pərdələmək məqsədilə zərərçəkmiş şəxs2 ilə rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müxtəlif tikinti mallarının alqı-satqısı ilə bağlı ## ###### 2023- cü il tarixdə C-*** nömrəli formal alqı-satqı müqaviləsinin bağlanılmasına nail olub, verdiyi vədinə əməl etməyərək, 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayına kimi olan müddət ərzində, sonuncu dəfə 2024-cü ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 105 ünvanında yerləşən “Dərnəgül tikinti materialları bazarı”nda hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş şəxs2 məxsus 56307,42 manat dəyərində sement, gips, daxili tikinti işlərinin görülməsi üçün məhsullar, izolyasiya materialları, yapışdırıcı və digər təmir-tikinti materialları alıb cinayət əməlinin İfşa olunmasının qarşısını almaq, özünə tam inam yaratmaq və cinayətkar əməllərini davam etdirmək məqsədilə aldığı tikinti mallarının dəyərinin 26925,42 manat məbləğində olan hissəsinin ödənişini edib, ümumilikdən dəyəri ödənilməmiş 29382 manat məbləğində əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, həmin əmlakı icra etdiyi tikinti işlərində sərf edib dəyərini tam olaraq alsa da, verdiyi vədlərə əməl etməyərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 29382 (iyirmi doqquz min üç yüz səksən iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, heç kəsin vəsaitini dələduzluq yolu ilə ələ keçirmək niyyətinin olmadığını, əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını bildirib, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırmasında Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı və 223.1-ci maddələrinin tələbləri kobud surətdə pozularaq Təqsirləndirilən şəxs barədə ittihamın əsasına qəbul edilmiş sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmamış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi prinsiplərinə əməl edilmədiyinə görə Təqsirləndirilən şəxs qanunla qorunan hüquq və azadlıqları kobud surətdə pozularaq qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qalıb məhkum olunmuşdur. Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır, hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə. məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə. məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxaraldığı üçün həmin hökm ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsini xahiş etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırmasında Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı və 223.1ci maddələrinin tələbləri kobud surətdə pozularaq Təqsirləndirilən şəxs barədə ittihamın əsasına qəbul edilmiş sübutlar hərtərəfli, tam və obyektiv yoxlanılmamış, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi prinsiplərinə əməl edilmədiyinə görə Təqsirləndirilən şəxs qanunla qorunan hüquq və azadlıqları kobud surətdə pozularaq qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qalıb məhkum olunmuşdur. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır, hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi i)ə çıxaraldığı üçün həmin hökm ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin II və III hissələrində gösterilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinmesinə yol verilmir. Təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azerbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsində deyilir ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ile nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi, cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsində nəzərdə tutulduğu kimi, yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs, cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsində deyilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmeyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmə Azərbaycan Respublikası CPMnin 28.5 və 351.2-ci maddələrinin tələblərinə riayət etməmişdir, məhkəmənin ittiham hökmü ehtimallara və verilmiş şikayətə əsaslanır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Cinayət-Prosessual Məcəllənin 33cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Azerbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı heyata keçirilərkən cinayət-prosessual qanunun 125,144,146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Həmin Məcəllənin 143-cü maddəsinə görə, məhkəmə tərəflərin vəsatəti və yaxud öz təşəbbüsü ilə sübutların toplanılmasmda iştirak edir, o cümlədən dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanımaya təqdim etmə və diger prosessual hərəkətləri heyata keçirir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, eldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-cı maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün . onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (Cinayət-Prosessual Məcəllə, maddə 146.1). Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Cinayət-Prosessual Məcəllənin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ile ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır, Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır, O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı* həmin sübutların məcmusuna diger qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Lakin məhkəmə qanunvericiliyin bu tələblərinə faktiki olaraq riayət etməmişdir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş dələduzluq ittihamı qanunsuz və əsassızdır.Barəsində seçilmiş həbs qəti imkan tədbiri isə onun hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilib hazırki mərhələdə aşağıda şərh olunanlara əsasən ləğv edilməlidir. Belə ki, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməyib göstərmişdir ki, o, 2006-cı ildən sahibkarlıqla məşğul olmuşdur. “xxxx” MMC-nin təsisçisi və direktorudur. “xxxx” MMC-nin təsisçisi və direktoru kimi 2012-ci ildən 2024-cü ilin fevral ayma kimi müqavilə əsasında ölkə ərazisində “Ağ şəhər”, “Şamaxı-İsmayıllı- Ağsu”, “Şərq Bazarı”, “Laçın aeroportu”, “Sea Breaze”, ADA universiteti” və sairə tikinti layihələrini icra etmişdir. Zərərçəkmiş şəxslərin hamısını tanımış və onlarla iş birliyi olmuşdur. Onun həmin şəxsləri aldatmaq fikri olmamışdır. Zərərçəkmiş şəxslərə olan qalan borcların şirkət tərəfindən ödənilməməsinin səbəbi bütün dünyanını, o cümlədən Azərbaycanı da əhatə etmiş məlum pandemiya xəstəliyinin ahşması bütün şirkətlərin o cümlədən rəhbərlik etdiyi “xxxx” MMC-nin də maliyyə təsərrüfat fəaliyyətini iflic vəziyyətə saldığı üçün şirkətin də maliyyə təsərrüfat fəaliyyətinə sarsıdıcı təsir etmişdir. Bu səbəbdən əmək məhsuldarlığı, şirkətin təsərrüfat əlaqələri xeyli məhdudlaşdırılmış, buna baxmayaraq həmin dövrdə ştat cədvəlinə əsasən cəmiyyətdə çalışan 560 nəfər işçinin əmək haqqları ödəndiyi üçün cəmiyyətin maliyyə imkanları tükənmiş, bank hesabları demək olar ki, boşalmışdır. Bu haqda zərərçəkmiş şəxsləri də dəfələrlə şifahi olaraq xəbərdarlıq etmişdir. Məlum pandemiyanın davam etdiyi ümumi məlum hal olduğu kimi sübuta ehtiyacı yoxdur. Lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bu dəlillərini nəzərə almamış, onun barəsində cinayət işi başlamış və eynilə ona elan olunmuş ittihamın bütün epizodları üzrə xxxx MMC-nin fəaliyyəti və yaranmış borclar pandemiya dövrünü əhatə etdiyinə baxmayaraq yaranmış borclar guya dələduzluq kimi qiymətləndirilib qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qalmışdır. Bundan əlavə iş materialları, hökmün mətni və məzmunu ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 məxsus Güclü xırdavat mağazasından 2017-cı ildən başlayaraq mal almış, hələ 2019-cu ilin yanvar ayına kimi təxminən 100.000 manat məbləğində mal-material almış və pulunu tamamilə ödəmişdir. Bu hal rəsmi sənədlərlə də təsdiq olunur, 2019-cuiln yanvar ayından 2023-cü ilin iyul ayına kimi həmin mağazadan götürdüyü 25527,6 manat dəyərində drel, tol, mismar, məftil, əlcək, qır, paspayı, reduktor, vibrator və digər təmir-tikinti materiallarını məbləğinin 16900 manat məbləğində olan hissəsinin ödəmiş, 8000 manatını isə borclu qalmışdır. “German İndustrial and Medical Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında montaj, təmir və quraşdırma xidmətlərinin göstərilməsi ilə bağlı ## ###### 2023-cü il tarixli podrat müqaviləsinə əsasən “German İndustrial and Medical Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən binanın ilk iki mərtəbəsində 2023-cü ilin yanvar ayından aprel ayına kimi olan müddət ərzində ümumilikdə 201541,63 manat dəyərində təmir-tikinti xidmətlərini tam olaraq həyata keçirib sifarişçiyə təhvil vermiş, “German İndustrial and Medical Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi 3 ünvanında yerləşən ‘‘xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Mərkəz” filialında mövcud olan bank hesabından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına isə 170797.99 manat köçürülmüş (ittiham aktında və hökmdə 201541,63 manat qeyd olunub) məbləğində pul vəsaitlərinin onun əvəzinə qeyd edilmiş xidmətləri yerinə yetirmiş zərərçəkmiş şəxs4 ödənilməli olan, sonuncuya məxsus 30000 manat hissəsini ödəyə bilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş bank məlumatlarına baxış keçirilməsi haqqında haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-dəki AZN hesabı AZ56AIIB40030019440017333118 kimidir, həmin bank hesabı ##.##.2016- cı il tarixdə açılmış və hazırkı vaxtadək aktivdir. ##.##.2016-cı il tarixdən ##.##.2024-cü il tarixədək “xxxx” MMC-nin bank hesabına 10787823,01 manat mədaxil olmuş və həmin məbləğdə pul vəsaiti məxaric olmuşdur. Həmçinin, “xxxx” Məhdud Məsuliyyətik, Cəmiyyətinin AZ**AIIB******************** nömrəli bank hesabına “German İndustrial and Medicine Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ**IBAZ******************** nömrəli bank hesabından ##.##.2023-cü il tarixdə 63797.99 manat, ##.##.2023-cü il tarixdə 42000 manat, 17.032023-cü il tarixdə 15000 manat, ##.##.2023-cü il tarixdə 20000 manat,##.##.2023-cü il traixdə 30000 manat, ümumilikdə 170797.99 manat məbləğində pul vəsaiti daxil olmuşdur (cild 3, iş vərəqi 215-238, cild 5, iş vərəqi 123-124,141). H,Daşdəmirov 2023-cü i lin iyun ayından dekabr ayına kimi olan müddət ərzində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “ADA Universiteti” Fondu arasında bağlanmış daşınma xidmətlərinin göstərilməsi haqqında ## #### 2024-cü il tarixli ***/**** saylı müqaviləyə əsasən ünvan 3 ünvanında zərərçəkmiş şəxs5 məxsus yük avtomobilləri vasitəsilə daşıma və ekskavator vasitəsilə qazma işlərini gördürüb, həmin işlərin və istifadə edilmiş əmlakın müqabilində 2023-cü ilin iyun ayından dekabr ayına kimi olan müddət ərzində, sonuncu dəfə 2023-cü ilin dekabr ayında özünün rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60 ünvanında yerləşmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olan bank hesabına köçürülmüş 167762 manat pul vəsaitlərindən əmlakın 50864 manat məbləğində olan hissəsinin ödənişini edərək, Elsəvər Tağıyevin gördüyü daşıma xidməti ilə əlaqədar ADA Universiteti tərəfindən 90000 manat ödənilib, 20000 manat civarında pul ödənilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs5 şirkətin 90000 manat borcu qaldığını bildirmişdir. Bu hal bank çıxarışları ilə də təsdiq olunur (ittiham aktında və məhkəmə hökmündə məbləğ 116898 manat düzgün qeyd olunmamışdır). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında metal materialların alınması ilə bağlı ## ##### 2023-cü il tarixdə **/** saylı alqı-satqı müqaviləsinə əsasən 2023-cü ilin aprel ayından 2024-cü ilin fevral ayına kimi olan müddət ərzində, sonuncu dəfə 2024-cü ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 105 ünvanında yerləşən «Dərnəgül tikinti materialları bazarı»nda hissə-hissə olmaqla zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1070889,94 manat dəyərində armatur, armatur yayması və yanmış məftil alıb tikinti mallarının dəyərinin 738097,15 manat məbləğində olan hissəsinin ödənişini edərək, 332792,79 manat məbləğində borcu qalmışdır.Eyni zamanda qeyd olunmalıdır ki, zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilənin 1-ci mərhələsi 2023-cü ilin sentyabr ayında tam olaraq sıfırlanıb və onların öz təşəbbüsü ilə 2ci mərhələyə keçilmişdir. Bütün əməliyyatlar elektron qaimə əsasında həyata keçirilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 ilə rəhbəri olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müxtəlif tikinti mallarının alqı-satqısı ilə bağlı ## ###### 2023-cü il tarixdə C-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayına kimi olan müddət ərzində, sonuncu dəfə 2024cü ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 105 ünvanında yerləşən “Dərnəgül tikinti materialları bazarında hissə-hissə olmaqla zərərçəkmiş şəxs2 məxsus 56307,42 manat dəyərində sement, gips, daxili tikinti işlərinin görülməsi üçün məhsullar, izolyasiya materialları, yapışdırıcı və digər təmir-tikinti materiallan alıb tikinti mallarının dəyərinin 26925,42 manat məbləğində olan hissəsinin ödənişini edib, 29382 manat məbləğində borcu qalmışdır. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxsla borclu olduğu şirkətlər arasında rəsmi müqavilələr bağlanmış, müqavilədən irəli gələn öhdəliklərini bəzi hallarda əksəriyyətini demək olar ki, çox hissəsini, bəzi hallarda isə xeyli hissəsini ödəmiş və hal-hazırda da Təqsirləndirilən şəxs bunları inkar etmir. Yuxarıda göstərildiyi kimi Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “xxxx” MMC-nin pandemiya dövründə maliyyə uğursuzluğu və bir neçə milyon əmək haqqı da ödənildiyi ilə əlaqədar borcları tam şəkildə ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi cəmiyyətin maliyyə uğursuzluğuna dair gətirdiyi dəlilləm mötəbərliyi heç bir şübhə doğurmadığı halda rəsmi sənədlərlə də təsdiq olunduğuna baxmayaraq nə istintaq orqanı, nə də birinci insantsiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs bu dəlilləri yoxlanılmamış, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi təmin edilməmiş, Təqsirləndirilən şəxs qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qalıb hüquq və azadlıqları məhdudlaşdırılmışdır. Halbu ki, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dizpozisiyasma əsasən maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə o halda səbəb olur ki, təqsirləndirilən şəxs aldatma və ya etibardan sui-istifadə etmə , o cümlədən müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədən əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək niyyətində olsun. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya,müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki- hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Məhkəmənin hökmündə isə H.Daşdəmirgvun aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətini təsdiq edən təkzibedilməz sübut yoxdur və yaranmış borcun olduqca ciddi səbəbləri araşdırılıb nəzərə alınmamış və sübutlar düzgün qiymətləndirilməmişdir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər arasındakı razılaşmalar üzrə Təqsirləndirilən şəxs aldatma, etibardan sui-istifadə etməklə özaə əmlakım əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, sonrakı dövrdə isə maliyyə çətinlikləri və maliyyə uğursuzluğu səbəbi ilə üzərinə götürdüyü öhdəliyi zərəçəkmiş tərəfi qane edəcək səviyyədə lazımınca yerinə yetirə bilməməsi, aralarındakı münasibətlərin mülki dövriyyədən yaranan münasibətlər olduğu, ittiham tərəfinin təqdim etdiyi sübutların kifayət qədər ziddiyyətli və ehtimal xarakterli olduğu nəzərə alınaraq, Təqsirləndirilən şəxs əməlləri mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Plenum Qərarında məhkəmələrə izah edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasma və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasma yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarın 8-ci bəndinə əsasən, məhkəmələrin diqqətinin dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlməsi tövsiyə edilir. Plenum Qərarının 27-ci bəndinə əsasən “Müki və siyasi hüquqlar haqqında" Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən ## ###### 1966-cı il tarixdə qəbul edilmiş Beynəxalq Paktı 11-ci maddəsinə və “İnsan hüquqlan və əsas azadlıqları müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun l-c maddəsinə əsasən, heç kəs hər hans, bir müavilə öhdəliyini ödəmək iqtidarında olmadığına gorə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytanlmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc,kredit, icarə və sair müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymələdirilə bilər ki, şəxsin həmin müqaviləni bağlamazdan əvvəl özgənin əmlakım və ya əmlaka olan hüququnu əsəssiz olaraq ələ keçirmə niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 42.1-çi maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibinin olmadığı müəyyən edildikdə, cinayət hadisəsi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə həmin şəxsin barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 41.5ci maddəsinə əsasən, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışım başa çatdırır və bəraət hökmü çıxarır. Avropa Məhkəməsi "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Verilən ittiham üzrə bütün hallar mülki xarakter daşıyır. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2006-cı ildən sahibkarlıqla məşğul olmuşdur. Zərərçəkmiş şəxslərin hamısını tanımış və onlarla iş birliyi olmuşdur. Onun həmin şəxsləri aldatmaq fikri olmamışdır. Sadəcə olaraq, sonradan iqtisadi böhran olduğu üçün həmin zərərçəkmiş şəxslərə olan borcları şirkət tərəfindən ödənilməmişdir. Verilən sualları cavablandıran təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, zərərçəkmiş şəxslərdən Rəşidi tanıdığını, 7-8 ildir ki, onunla arasında böyük dövriyyəsi olduğunu və ona tikinti materialları verdiyini, şirkətin ona 7-8 min manat borcu qaldığını, onun heç vaxt həmin şəxsin pulunu ələ keçirmək fikrinin olmadığını, zərərçəkmiş şəxs4 20 ildən artıq müddətdə tanıdığını, ondan heç nə almadığını, iş görüldüyünü və həmin işin təhvil verildiyini, özünün şirkətinin zərərçəkmiş şəxs4 təxminən 35 min manat borcu qaldığını, Elsevər adlı zərərçəkmiş şəxsə şirkətin 90 min manatdan artıq borcu qaldığını, “xxxx” şirkətindən armatur aldıqlarını, onlarla 1,5 mln manatlıq dövriyyəsi olduğunu, həmin dövriyyənin 70-80 faizinin ödənildiyini, “xxxx” şirkətinə 332 min manat borcu qaldığını, Fərzəlidən onun işçisi mal-material götürdüyünü, onlarla 150 min manatlıq dövriyyəsi olduğunu, 20 min manat qaimə borcu qaldığını, bu günə qədər onların yarımçıq qalan işləri olmadığını, “xxxx” MMC ilə 2 müqaviləsi olduğunu, birinci müqavilənin 2023cü ilin aprel ayında 700-800 min manat məbləğində bağlandığını və həmin müqavilə üzrə məbləğin tamamilə ödənildiyini, ikinci müqavilənin 2023-cü ilin sentyabr ayında olduğunu və həmin məbləğin ona ödənilmədiyini, müstəntiqə də eyni məzmunda ifadə verdiyini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı qaytarmaq fikri olduğunu, lakin hazırda ödəyə bilmədiyini, şirkəti fəaliyyətini davam etdirməyə başladıqda, həmin ziyanları ödəyəcəyini, özü həbsdə olduğu üçün şirkətin fəaliyyət göstərmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, “xxxx” MMC-nin təsisçisi və direktorudur. “xxxx” MMC-nin təsisçisi və direktoru kimi 2012-ci ildən 2024-cü ilin fevral ayına kimi müqavilə əsasında ölkə ərazisində “Ağ şəhər”, “Şamaxı-İsmayıllı-Ağsu”, “Şərq Bazarı”, “Laçın aeroportu”, “Sea Breaze”, “ADA universiteti” və sairə tikinti layihələrini icra etmişdir. 2022-ci ilin may ayından maliyyə vəsaiti əldə etməklə bağlı problemləri yaranmağa başlamış və o, ilk dəfə olaraq şirkətin adından 400 000 manat, daha sonra isə 100 000 və 400 000 manat məbləğində “xxxx” ASC-dən kredit götürmüşdür. 2024-cü ilin əvvəllərində bu hal daha da kəskinləşməyə başlamış və həmin vaxtdan işçilər ilə müqavilələrin bir hissəsinə xitam vermişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, zərərçəkmiş şəxs1 MMC-nin direktor müavini Nümayəndə 2023-cü ilin mart ayından tanıyır, aralarında ədavət və ziddiyyət olmamış, daima münasibətləri yaxşı olmuşdur. Tikinti sektorunda fəaliyyət göstərdiyi üçün layihələrin icrası ilə əlaqədar müxtəlif ölçülərdə armatur materiallarına ehtiyac olduğundan 2023-cü ilin aprel ayından bu sahədə faliyyət göstərən zərərçəkmiş şəxs1 MMC ilə əməkdaşlıq etməyə başlamış və aralarında alqı-saqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən onun tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 105 ünvanında yerləşən «Dərnəgül tikinti materialları bazarı”nda zərərçəkmiş şəxs1 MMC-yə aid ticarət obyektindən müxtəlif ölçülərdə armatur materialları alınıb tikinti yerlərində istifadə edilmişdir. ## ##### 2023-cü ildə “xxxx” MMCnin təsisçisi və direktoru kimi zərərçəkmiş şəxs1 MMC-nin direktoru X6 ilə **/** nömrəli alqı-satqı müqaviləsi bağlayaraq 2023-cü ilin aprel ayından sentyabr ayına kimi Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 105 ünvanında yerləşən “Dərnəgül tikinti materialları bazarında” zərərçəkmiş şəxs1 MMC-yə aid ticarət obyektindən ümumilikdə təxminən 500 000 (beş yüz min) manat dəyərində müxtəlif ölçülərdə armatur materialı alıb tikinti layihələrinin icrası ilə əlaqədar istifadə etmiş və bu müddət ərzində zərərçəkmiş şəxs1 MMC-dən aldığı bütün malların pulunu tam həcmdə bank vasitəsilə köçürmə yolu ilə ödəmişdir. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin yanvar ayına kimi olan müddət ərzində zərərçəkmiş şəxs1 MMC-yə aid ticarət obyektindən ümumilikdə təxminən 600 000 (altı yüz min) manat dəyərində armatur materiallarının müqabilində qismən ödəniş etmək şərti ilə satın alıb tikinti layihələrində istifadə etmişdir. Bu müddət ərzində, aldığı armatur materiallarının müqabilində həmin şirkətə ümumilikdə 332 792,79 (üç yüz otuz iki min yeddi yüz doxsan iki manat yetmiş doqquz qəpik) məbləğində borcu qalmışdır. Nərimanov rayonu ərazisinə yerləşən “ADA” universiteti ilə 2023-cü ilin sentyabr ayında təsisçisi və direktoru olduğu “xxxx” MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən “ADA” universiteti “Müəllimlər evi” tikinti layihəsinin icrası “xxxx” MMC-yə həvalə olunmuşdur. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin yanvar ayına kimi “xxxx” MMCdən əldə etdiyi armatur materiallarının ümumilikdə 325000 (üç yüz iyirmi beş min) manat dəyirində 250 (iki yüz əlli ton) həcmində hissəsini Nərimanov rayonu, Atatürk prospketində yerləşən “ADA” universiteti “Müəllimlər evi” tikinti layihəsinin icrasına sərf etmişdir. Podrat müqaviləsi üzrə “ADA” universiteti tərəfindən bütün maliyyə öhdəlikləri tam həcmdə icra olunmuş və tikinti layihəsinin icrası zamanı istifadə olunmuş həmin armatur materiallarına görə “ADA” uiversitetinin “xxxx” MMC-yə hər hansı məbləğdə borcu yoxdur. 2023-cü ilin dekabr ayında “xxxx” MMC ilə “ADA” universiteti arasında Bakı şəhərində yerləşən digər tikinti layihəsinin icrası ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Lakin 2024-cü ilin yanvar ayında həmin layihə “ADA” universiteti tərəfindən ləğv olunduğuna görə o, kifayət qədər maliyyə vəsaiti əldə edə bilmədiyi üçün məcburiyyət qarşısında qalıb 2024-cü ilin fevral ayında işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verməklə “xxxx” MMC-nin fəaliyyətini dayandırmışdır. Bu səbəbdən 2023-cü ilin sentyabr ayından 2024-cü ilin yanvar ayına kimi təsisçisi və direktoru olduğu “xxxx” MMC-nin zərərçəkmiş şəxs1 MMC-dən əldə etdiyi armatur materiallarına görə həmin cəmiyyətə ümumilikdə 332792,79 (üç yüz otuz iki min yeddi yüz doxsan iki manat yetmiş doqquz qəpik) dəyərində borcu yaranmışdır. Təsisçisi və direktoru olduğu “xxxx” MMC fəaliyyətini dayandırdığı üçün “xxxx” MMC-yə olan 332792,79 (üç yüz otuz iki min yeddi yüz doxsan iki manat yetmiş doqquz qəpik) dəyərində borcunu bu günə kimi ödəyə bilməmiş, lakin bu və ya digər borclarını ödəmək fikrindədir. Bundan başqa, zərərçəkmiş şəxs5 “Ağ şəhər” layihəsinin icrasında yük avtomobilləri ilə xidmət etmişdir. Həmin layihənin icrasında o da, iştirak etmiş və həmin vaxtlarda zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. 2023-cü ilin oktyabr ayında o, “ADA” universiteti “Müəllimlər evi” tikinti layihəsinin icrasına başlayan vaxt zərərçəkmiş şəxs5 həmin layihəyə cəlb etmişdir. Aralarında olan şifahi razılığa əsasən zərərçəkmiş şəxs5 qeyd olunan layihənin icrası zamanı tikinti və söküntü aparılan Nərimanov rayonu, Atatürk prospektində yerləşən ünvanda 1 ədəd ekskavatoru “xxxx” MMC-yə icarəyə vermişdir. Söküntü işləri görülən zaman tullantıları daşımaq üçün zərərçəkmiş şəxs5 bir neçə yük avtomobilini ərazidə xidmətə cəlb etmişdir. Qeyd olunanlara bağlı aralarında şifahi razılaşma olmuş, yəni rəsmi şəkildə müqavilə bağlanmamışdır. Ümumilikdə təxmini olaraq 200.000 manat məbləğində zərərçəkmiş şəxs5 “xxxx” MMC üçün iş görmüş, buna görə 50 % məbləğində borcu onun tərəfindən ödənilmiş, lakin qalan borcu maliyyə problemləri ilə bağlı ödənilə bilməmişdir. Həmin vaxtlarda o, nəğd pulu olmadığı üçün borcun əvəzində zərərçəkmiş şəxs5 mənzil verməyi təklif etmiş, lakin sonuncu qəbul etməmişdir. Bundan əlavə, zərərçəkmiş şəxs3 o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül tikinti bazarı”nda tanımışdır. Belə ki, həmin bazardan o, təmirtikinti materialları almış, bununla əlaqədar onların tanışlıqları yaranmışdır. 2017-ci ildən 2023-cü ilə kimi o, zərərçəkmiş şəxs3 laqonda, drel, tol, mismar, məftil, əlcək və sairə təmirtikinti malları almışdır. Ümumilikdə, aldığı malların dəyəri 100.000 manat olmuş, həmin məbləğin təxmini olaraq 7000 manatlıq hissəsini maliyyə problemləri səbəbilə verə bilməmişdir. Qeyd olunanlara bağlı aralarında şifahi razılaşma olmuş, yəni rəsmi şəkildə müqavilə bağlanmamışdır. Həmçinin, zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Dərnəgül tikinti bazarı»nda işçisinin vasitəsilə tanımışdır. zərərçəkmiş şəxs2 sement, emusiya, malyar məhsulları, gips, şrup, tol, izolyasiya materialları, penoplas, yapışdırıcı və sairə təmir-tikinti materialları almışdır. 2022-2023-cü illər ərzində ümumilikdə aldığı malların dəyəri 80.000 manat olmuş, həmin məbləğin təxmini olaraq 20.000 manatlıq hissəsini maliyyə problemləri səbəbilə verə bilməmişdir. Qeyd olunanlara bağlı aralarında rəsmi müqavilə bağlanmışdır. Eləcə də, zərərçəkmiş şəxs4 2008-ci ildən tanıyır. zərərçəkmiş şəxs4 ilə həm iş, həm də ailəvi münasibətləri olmuşdur. zərərçəkmiş şəxs4 əvvələr şirkəti olmuş və həmin şirkət vasitəsilə təmir-tikinti layihələrini icra etmişdir. Sonradan zərərçəkmiş şəxs4 şirkətini bağlamış və onun şirkəti vasitəsilə müəyyən təmir-tikinti layihələrini icra etmişdir. zərərçəkmiş şəxs4 istəyi ilə o, “German İndustrial and Medicine Consulting” MMC-yə məxsus binanının birinci və ikinci mərtəbələrini təmir etmişdir. Qeyd olunan işlə bağlı “xxxx” MMC ilə “German İndustrial and Medicine Consulting” MMC arasında rəsmi müqavilə bağlanmışdır. O, öhdəliyinə götürdüyü işi tam olaraq yerinə yetirib təmir-tikinti prosesini yekunlaşdırmışdır. Lakin həmin layihədə zərərçəkmiş şəxs4 də müəyyən işləri görmüş və sonuncunun çəkdiyi xərcləri o, zərərçəkmiş şəxs4 qaytarmalı olmuşdur. Təxmini hesablamalarına görə zərərçəkmiş şəxs4 30.000 manat məbləğində xərc çəkmişdir. “German İndustrial and Medicine Consulting” MMC tərəfindən “xxxx” MMC-yə edilən köçürmə məbləği avtomatik olaraq vergi və dövlət sosial müdafiə fondu ödənişləri üçün hesabdan çıxıldığına görə o, zərərçəkmiş şəxs4 ödəniş edə bilməmişdir. Həmçinin, bundan sonrakı dövrdə maliyyə problemləri səbəbi ilə zərərçəkmiş şəxs4 olan borcunu verə bilməmişdir. (cild 1, iş vərəqi 45-47, 155-158, cild 5, iş vərəqi 62-66, 210). Birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, təsisçisi olduğu MMC-nin əsas fəaliyyəti Bakı şəhərində armatur materiallarının alqı-satqısı olmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxs “Dərnəgül tikinti materialları bazarı”nda onun obyektinə gəlib özünü “xxxx” MMC-nin təsisçisi və direktoru kimi təqdim etmiş, tikinti üzrə dövlət layihələrini icrası ilə məşğul olduğunu bildirmiş və armatur almaq istədiyini demişdir. Hüseyni yaxşı tanımadığı üçün əvvəlcə nisyə mal verməyə razılaşmamış, lakin 2023-cü ilin aprel ayının ortalarında növbəti dəfə onun yanına gəlib Laçın rayonu ərazisində ona tikinti layihəsinin həvalə edildiyini, həmin layihəni icra etdiyini bildirib təcili olaraq armatura ehtiyacı olduğunu demiş və ona nisyə mal verməyi xahiş etmişdir. Bu dəfə Təqsirləndirilən şəxs danışığı ona qarşı inam yaratmış və onun təklifi ilə razılaşmışdır. Bundan sonra Hüseynlə ## ##### 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlamış və müqaviləyə əsasən Təqsirləndirilən şəxs onun ticarət obyektindən pulunu sonradan ödəmək şərti ilə müxtəlif diametrli armatur alıb aparmağa başlamışdır. 2023-cü ilin aprel ayından ## ######## 2023-cü il tarixədək Təqsirləndirilən şəxs ondan pulunu sonradan ödəmək şərti ilə 533310,50 manat dəyərində müxtəlif diametrli armatur materialı almış və ## ######## 2023- cü il tarixədək həmin malların pulunu tam həcmdə ödəmişdir. Bu yolla Hüseyn tam olaraq onun etibarını qazanmışdır. ## ######## 2023cü ildə Təqsirləndirilən şəxs onunla görüşərək “ADA” universitetinin rəhbərliyi tərəfindən sonuncuya 2000000 manat dəyərində tikinti layihəsinin icrası həvalə edildiyini deyib pulunu sonradan ödəmək şərti ilə armatura ehtiyacı olduğunu bildirmişdir. O, Hüseynə inanıb təkrar nisyə mal verməyə razılaşmışdır. Hüseyn ## ######## 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək 537579,44 manat dəyərində müxtəlif diametrli armatur materialı alıb aparmışdır. Həmin malların müqabilində Təqsirləndirilən şəxs sonuncu dəfə ## ###### 2024-cü ildə 7820 manat məbləğində, ümumilikdə isə 204786,65 manat məbləğində ödəniş etmiş, lakin 332792,79 manat məbləğində ödənişi etməkdən yayınmışdır. 2024-cü ilin fevral ayından etibarən dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ödəniş etməsini tələb etsə də, Hüseyn “ADA” universitetinin rəhbərliyi tərəfindən ona pul ödənilmədiyini bildirib onu aldatmağa başlamışdır. Bunun üçün o, məsələni aydınlaşdırmaq məqsədilə 2024-cü ilin fevral ayının sonlarında “ADA” universitetinə getmiş və inşaat sektoru üzrə rəhbər olan şəxslə görüşmüşdür. Həmin şəxs “ADA” universitetinin layihənin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs hər hansı məbləğdə borcu olmadığını bildirmişdir. Bundan sonra o, Hüseynin ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. Hüseyn ona ## ##### 2024-cü il tarixli məktub yazaraq 6 ay müddətində 332792,79 manat məbləğində pul vəsaitini ödəyəcəyini vəd etsə də, heç bir ödəniş etməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2016-cı ildən Dərnəgül bazarında “Güclü xırdavat” adlı mağazada təxminən 90 m2 sahəli obyekti icarəyə götürərək orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazada təmir-tikinti materiallarının satışını həyata keçirir. Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayında tanımış, Hüseyn həmin vaxt işlədiyi maqazaya gələrək bir neçə dəfə təmir-tikinti materialları almış və malların pulunu dərhal ödəyərək onun etibarını qazanmışdır. Bundan sonra 2019-cu ilin yanvar ayından sentyabr ayına kimi o, mağazada Təqsirləndirilən şəxs 20000 manatlıq laqonda, drel, tol, mismar, məftil, əlcək və sair təmir-tikinti malları satmışdır. Hüseyn həmin malları “Ağ şəhər” layihəsi üçün istifadə edəcəyini bildirmişdir. 2023-cü ilin əvvəllərinə kimi həmin puldan 16900 manatını ona hissəhissə ödəmiş, 3100 manat pulu isə ödəməmişdir. Sonra Hüseyn “SeaBreaze”, «Ağ şəhər», «Laçın» layihələri üçün ondan laqonqa daşı, əlcək, təbaşir, məftil və mismar almışdır. Bununla da, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında ondan ümumilikdə 5527 manat mallar almış, lakin həmin malların pulunu ödəməmişdir. Buna görə o, 2023-cü ilin sentyabr ayında Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş və həmin müraciətdən sonra Hüseyn onun kartına 1500 manat pul köçürmüşdür. Ümumilikdə, Təqsirləndirilən şəxs ona 7127 manat borcu qalmışdır. O, ödənişin olunmadığını görüb Hüseynə iradını bildirdikdə, sonuncu layihə rəhbərliyi tərəfindən ona ödəniş olunmadığını deyərək yaxın zamanda borcunu ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra telefon zənglərinə cavab verməmiş, o, Hüseynin onu aldatdığını başa düşmüş, həmçinin ondan başqa bir çox sahibkarı aldatdığını da öyrənmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Dərnəgül tikinti materialları bazarı”nda obyekt icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında ortaq tanışları olan Elvin adlı şəxs vasitəsilə tanımışdır. Bir dəfə söhbət zamanı Hüseyn ona “Sea Breeze” istirahət mərkəzində, işğaldan azad olunmuş ərazilərdə təmir-tikinti işləri gördüklərini və dövlət orqanları ilə əlaqələri olduğunu demişdir. ## ###### 2023-cü il tarixdə o, fərdi sahibkar kimi satıcı qismində alıcı “xxxx” MMC-nin direktoru Hüseynlə müqavilə bağlamış, müqaviləyə əsasən Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdən # ###### 2024-cü il tarixə kimi sement, emusiya, malyar məhsulları, gips, şrup, tol, izolyasiya materialları, penoplas, yapışdırıcı və digər materiallar almışdır. Hüseynlə qiymət barədə razılaşıb protokolu imza və möhürlə təsdiq etdikdən sonra hesab-faktura tərtib olunmuş və mallar alıcıya çatdırılması üçün hazırlanmışdır. Bu yolla Hüseyn ondan “Dərnəgül tikinti materialları bazarı”nda 2023-cü ildə ümumilikdə 56307,42 manat məbləğində təmir-tikinti materialları almışdır. Hüseyn aldığı malların dəyərinin bir hissəsini ödəmiş, 29.382 manatlıq hissəsini ödəməmişdir. Əvvəllər ondan mal alarkən həmin malların pulunu dərhal ödəmiş və bu yolla onun etibarını qazanmış, sonradan isə ödənişi gecikdirmiş, bir neçə dəfə xəbərdarlıq etdikdən sonra hissə-hissə ödənişi etmişdir. Təmir-tikinti materiallarının bir hissəsi Hüseynin dediyinə görə “Sea Breeze” istirahət mərkəzinə göndərilmiş, digər hissəsi ilə Nərimanov rayonu ərazisində “ADA” universitetinin yataqxanasının tikintisinə sərf olunmuşdur. Hüseyndən ödənişi istədikdə o, “ADA universiteti” layihəsi ilə bağlı ödəniş edilmədiyini əsas gətirərək ona ödəniş etməkdən imtina etmişdir. Lakin sonradan həmin layihə ilə bağlı Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-yə ödəniş edildiyini öyrənmişdir. Həmçinin, sonradan öyrənmişdir ki, Hüseyn çox adama qarşı dələduzluq etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, özünə məxsus yük avtomobilləri ilə tikinti və söküntü işləri aparılan ərazilərdə daşıma xidməti ilə məşğuldur. Bu xidmətin göstərilməsi üçün 14 yük avtomobili və 1 ekskavatoru vardır. Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından sonuncu “Ağ şəhər” tikinti layihəsində işlədiyi vaxtdan tanımışdır. 2023-cü ilin ortalarında Hüseyn ona zəng edərək daşıma və qazma xidmətləri göstərməyi xahiş etmişdir. Həmin gün onlar restoranda görüşərək iş məsələsini müzakirə etmiş, Hüseyn “xxxx” MMC-nin təsisçisi və direktoru olduğunu, dövlət tərəfindən bir neçə böyük layihənin icrasının ona tapşırıldığını demiş, razılığa görə Hüseynə ADA universiteti layihəsində qazma işlərinin görülməsi üçün Hüseynə 1 ədəd ekskavator icarəyə vermişdir. Hüseyn 2023-cü ilin ortalarından başlayaraq 1 ədəd ekskavator üçün aylıq 6500 manata 2 ay müddətə icarəyə götürmüşdür. Sonradan 2023-cü ilin dekabr ayına qədər aylıq 8500 manatdan ekskavator icarədə olmuş, həmin icarəyə görə Hüseyn 55.500 manat verməli olmuşdur. Həmçinin həmin ekskavatorun işləməsi üçün yanacaq üçün 6653 manat məbləğində vəsait xərcləmişdir. Bundan başqa, Hüseyn üçün yük avtomobilləri vasitəsilə göstərdiyi daşıma xidmətinə görə 1664 reys üçün 99840 manatlıq xidmət göstərmişdir. Hüseyn görülən işlərə görə ümumilikdə ona 50864 manat ödəniş etmiş və 116898 manatlıq ödənişi etməkdən yayınmışdır. O, Təqsirləndirilən şəxs qalan ödənişləri etməyi xahiş etsə də, sonuncu, az məbləğdə ödəniş edərək əsas borcları ödəməkdən yayınmışdır. Sonradan Hüseynin digər şəxsləri də aldatdığını öyrənmişdir. Bir müddət sonra Hüseyn onunla görüşməkdən və danışmaqdan imtina etmiş, buna görə də polis orqanına şikayət etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2023-cü ilin əvvəllərində dostu Lalə adlı xanım ona zəng edərək işlədiyi MMC-yə məxsus binanının birinci və ikinci mərtəbələrini təmir etdirməyi xahiş etmiş, o, əvvəllər bu cür işlərlə məşğul olduğuna görə razılaşmışdır. Bir neçə gündən sonra obyektə baxmış və təmir xərcinin 212.659 manat təşkil etdiyini Laləyə bildirmiş, özünün təmir şirkəti fəaliyyətini dayandırdığı üçün tanışı, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs həmin təmir işini aparmasını xahiş etmişdir. Hüseynlə aralarında olan danışığa əsasən təmir işini Hüseynin işçiləri görməli, o isə, təmir işinə nəzarət etməli olmuş, əldə olunan gəliri hərəsinə 50% hesabı ilə bölməyi razılaşmışlar. Bundan sonra Lalənin şirkəti ilə “xxxx” MMC arasında müqavilə imzalanmış, “xxxx” MMCnin hesabına ümumi təmir məbləğinin 30%-i köçürülmüşdür. Bundan 5-6 gün sonra onlar təmir işlərinə başlamışlar. 2023-cü ilin mart ayının sonlarında Hüseynin ustaları şirkət tərəfindən maaşın verilmədiyini ona demiş, o da, bu barədə Hüseynə bildirmişdir. Hüseyn təmir işinin davam etməsi üçün sifarişçi MMC-nin ödənişi köçürmədiyini əsas gətirmiş, bundan sonra o, Lalə ilə əlaqə saxlamış və sonuncu, ona ödənişi etdiyini bildirmişdir. O, təkrar Hüseynlə əlaqə saxlayaraq ödənişin hesabına köçdüyünü dedikdə, Hüseyn bunu təkzib etmişdir. O, Hüseynin işə səhlənkar yanaşdığını görüb özü ustaların maaşını vermiş və işi yekunlaşdırmaq üçün lazım olan materialları alıb vermişdir. Lalədən ödənişin “xxxx” MMC-nin hesabına köçdüyü barədə sənədləri götürüb Hüseynə bu barədə bildirmiş, Hüseyn müxtəlif bəhanələr gətirirək onunla görüşməkdən və danışmaqdan imtina etmişdir. O, öz hesabına təmir işinin yekunlaşması üçün 34525 pul xərcləmişdir. 2023-cü ilin aprel ayının sonları təmir işləri bitmiş və montaj, təmir və quraşdırma işlərinin göstərilməsi ilə bağlı işlərin dəyəri 201541 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. Onun işi gələn sifarişlərə əsasən armatur materiallarını yük avtomobilləri ilə alıcıya çatmasını təmin etməkdir. Təqsirləndirilən şəxs 2023-cü ildən tanımış, Nümayəndə tapşırığı ilə sifarişlər əsasında Hüseynə də yük maşınları ilə armatur materialları çatdırmışdır. 2023-cü ilin aprel ayından sentyabr ayına kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs1 MMC-dən təxminən 461 ton müxtəlif diametrli armatur materialları almışdır. Nümayəndə dediyinə görə, Təqsirləndirilən şəxs qeyd olunan müddətdə alınan malların pulunu ödəmişdir. Sonradan Hüseyn 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayına kimi nisyə olaraq təxminən 475 ton armatur materialı alıb aparmış, həmin mala görə Təqsirləndirilən şəxs MMC-yə 332.792 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs son zamanlar göndərilən malların “ADA” universiteti layihəsinə sərf olunduğunu demiş, lakin layihə ilə əlaqədar pulunun ödənmədiyini bildirib şirkətin borcunu qaytarmaqdan yayınmış, həmçinin yük avtomobilləri sürücülərinin də pulunu ödəməmişdir. Birinci instansiya məhkəməsində şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində şahid1 göstərmişdir ki, 2022-ci ilin noyabr ayına kimi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər şirkətlərdə mühasib kimi işləmişdir. 2022-ci ilin noyabr ayından 2023-cü ilin fevral ayına kimi işsiz olmuş və həmin vaxtlarda iş axtarmışdır. Tanışlarının vasitəsilə “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq sonuncu ilə görüşmüş və Təqsirləndirilən şəxs onu sual- cavab edəndən sonra rəsmi şəkildə “xxxx” MMC-nin mühasibi kimi işə qəbul etmişdir. O, 2023cü ilin fevral ayından 2024-cü ilin aprel ayına kimi qeyd etdiyi şirkətdə işləmişdir. İşlədiyi müddətdə aylıq 1800 manat məbləğində maaşı bank kartı vasitəsilə almışdır. Şirkətdə işləməyə başlayanda əvvəl “Sea Breaze” adlanan ərazidə konteynerdə işləmiş, daha sonra şirkətlə bağlı işlərini evdən görməyə başlamışdır. O, işə başlayandan əvvəl Hüseynə vergi hesabatını verməyəcəyini bildirmişdir. Onu işi şirkətə daxil olan və çıxan qaimələri kompüterdə “Excel” proqramında işləyib Hüseynə göndərməkdən ibarət olmuşdur. 2021-ci ildən işdən çıxdığı vaxtadək olan qaimələri qeyd etdiyi formada işləyərək Hüseynə “Whatsapp” proqramı və email vasitəsilə göndərmişdir. Hüseynin emailin dəqiq olaraq bilmir, lakin mobil telefon nömrəsi 050-210-43- 98 olmuşdur. 2024cü ilin əvvəllərindən ona tanımadığı bir neçə nəfər zəng edərək Hüseynin onlardan təmirtikinti materialları aldığını, lakin ödənişi etmədiyini, onları aldatdığını, Hüseynlə əlaqə saxlaya bilmədiklərini, ödənişləri edilmədiyi halda Hüseyndən şikayət edəcəklərini bildirmişlər. Bir müddət sonra ona gələn bu tipdə zənglərin sayı çoxalmış və o, başqa yerdə iş axtarmağa başlamışdır. Bəzi hallarda həmin şəxslər ona gecə saatlarında zəng edərək onunla aqressiv halda danışmış və bu hadisələrlə bağlı səhhətində problemlər yaranmışdır. Həmçinin, şahid1 dindirmə zamanı “sizdən əvvəl “xxxx” MMC-də mühasib kimi kim işləmişdir?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, ondan əvvəl “xxxx” MMC-də mühasib kimi kimin işlədiyini bilmir. Lakin Təqsirləndirilən şəxs ona şirkətdə son bir neçə ildə mühasib olmadığını demiş, o isə mühasibatlıq sənədlərinin kim tərəfindən tərtib edildiyini bilmir. Bundan başqa, şahid1 dindirmə zamanı “Təqsirləndirilən şəxs sizinlə danışarkən sizə hansı göstərişlər vermişdir?” sualına cavab olaraq ifadəsində göstərmişdir ki, o Hüseyni çoz az hallarda görürmüş. Telefon vasitəsilə danışarkən o Hüseynə sahibkarlara olan borclarını deyirmiş, Hüseyn də həmişə sahibkarlara olan borclarının hamısını deyil, bir hissəsini ödəməyi bildirirmiş və bu borclar 2021-ci ilə kimi yaranmış borclar olmuşdur. 2021-ci ildən sonrakı dövrdə alınmış mallara görə sahibkarlara ödəniş olunduğunu xatırlamır, olsa belə, bu hal az rast gəlinmişdir. “xxxx” MMC-nin asan imzası onda olmadığı üçün ödənişlərin olması barədə məlumatları o, Hüseynə bildirmiş, lakin yekunda ödənişləri Hüseyn özü etmişdir (cild 5, iş vərəqi 15-18). İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Nümayəndə zərərçəkmiş şəxs1 MMC-yə məxsus əmlakın dələduzluqla ələ keçirilməsi barədə sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edib Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir (cild 5, iş vərəqi 149-154). Cinayət işinə əlavə edilmiş mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, müxtəlif vaxtlarda və ayrı-ayrı şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan *** ***-**-** saylı mobil telefon nömrəsinə mesaj yazaraq ondan özlərinə məxsus pul vəsaitlərini geri qaytarmasını tələb edirlər. Həmçinin, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi arasında aşağıdakı kimi mesaj mətnləri aşkar edilmişdir: Təqsirləndirilən şəxs: Salam. 3-dən sonra əlaqə saxlayacam. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Fərzəli qardaş özüm sabah yığacam sizi ödəməmiz yoxdu hələ. (tarix ##.##.2023) zərərçəkmiş şəxs2: Pul ödənməlidi Firmalara. Xahişim sabaha mütləq ödənişi göndərin mütləq. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam. Bayramdan sonra sənin məsələn həll olunacaq. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Sonra zəng edəcəm. (tarix ##.##.2024) Bundan başqa, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi arasında aşağıdakı kimi mesaj mətnləri aşkar edilmişdir: Təqsirləndirilən şəxs: Sonra zəng edəcəm. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Zəng edəcəm qardaş 10 dəqiqəyə. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam. Özüm əlaqə saxlayacam sizinlə. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Elsevər salam. Özüm yığacam səni bu həftə ödəmə gözləyirəm. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam Elsevər. Qardaş sabah gələcəm şəhərə zəngləşərik görüşüb hesablaşarıq. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam Elsevər. Qardaş şəhərə gəlim görüşəcəyik. İnşallah bu həftə ödəmələrimiz gəlir. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam Elsevər. Burdan hələ çıxa bilmirəm. Şəhərə gəlim ödəmələri elətdirim pulumuz gəlsin. (tarix ##.##.2023) zərərçəkmiş şəxs5: Qardaş salam. Vallah sıxıntım var. Təqsirləndirilən şəxs: Elsevər salam. Sabah axşam Bakıda olacam əlaqə saxlayarıq. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam Elsevər. Səhər əlaqə saxlayarıq. Bakıya gəlirəm bu gün axşam (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam Elsevər. Bu gün atacam karta. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Qardaş xəbər edəcəm. Pul vurmuşam, bir azdan göndərəcəklər. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Qardaş hələ pul çıxarda bilməmişəm. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Elsevər özüm yığacam. Bu ödəmə olsun, özüm də pulsuzam. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Elsevər salam. Özüm yığacam səni. Bir dənə xəbər gəlsin, deyəcəm sənə. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Elsevər hələ ödəmə olunmayıb, gözləyirəm özüm yığacam səni (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Salam Elsevər. Pulu çıxardan kimi özüm yığacam səni. (tarix ##.##.2023) Bundan əlavə, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X3 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi arasında aşağıdakı kimi mesaj mətnləri aşkar edilmişdir: Təqsirləndirilən şəxs: Sonra zəng edəcəm. (tarix ##.##.2023) Təqsirləndirilən şəxs: Rəşid salam. Sabah axşam şəhərdə olacam. Biri gün özüm əlaqə saxlayacam. (tarix ##.##.2023). Eləcə də baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan *** ***-**-** saylı mobil telefon nömrəsi ilə Nümayəndə istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi, zərərçəkmiş şəxs2 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi, zərərçəkmiş şəxs5 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi, zərərçəkmiş şəxs3 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi və zərərçəkmiş şəxs4 istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsi arasında müxtəlif vaxtlarda və müxtəlif vaxt aralığında telefon danışıqları olmuşdur (cild 2, iş vərəqi 231-232, cild 5, iş vərəqi 85-87). Cinayət işinin materiallarına əlavə edilmiş bank məlumatlarına baxış keçirilməsi haqqında haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-dəki AZN hesabı AZ56AIIB40030019440017333118 kimidir, həmin bank hesabı ##.##.2016-cı il tarixdə açılmış və hazırkı vaxtadək aktivdir. ##.##.2016-cı il tarixdən ##.##.2024-cü il tarixədək “xxxx” MMC-nin bank hesabına 10787823.01 manat mədaxil olmuş və həmin məbləğdə pul vəsaiti məxaric olmuşdur. Bundan başqa, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-dəki digər AZN hesabı AZ73AIIB400300G9445178647118 kimidir, həmin bank hesabı ##.##.2023-cü il tarixdə açılmış və hazırkı vaxtadək aktivdir. ##.##.2023-cü il tarixdə “xxxx” MMC-nin bank hesabına 19950 manat mədaxil olmuş və həmin məbləğdə pul vəsaiti məxaric olmuşdur. Bundan əlavə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-dəki ABŞ dolları hesabı AZ37AIIB401300C8407141681118 kimidir, həmin bank hesabı ##.##.2021 -ci il tarixdə açılmış və hazırkı vaxtadək aktivdir. ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” MMC-nin bank hesabına 137000 ABŞ dolları (235240 manat) mədaxil olmuş, 136999.97 ABŞ dolları (232889,79 manat) məbləğində pul vəsaiti məxaric olmuş və hazırkı vaxtda 0.03 ABŞ dolları (0,05 manat) məbləğində pul vəsaiti qalıq qalmışdır. Həmçinin, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ**AIIB******************** nömrəli bank hesabına “German İndustrial and Medicine Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ**IBAZ******************** nömrəli bank hesabından ##.##.2023-cü il tarixdə 63797.99 manat, ##.##.2023-cü il tarixdə 42000 manat, 17.032023-cü il tarixdə 15000 manat, ##.##.2023-cü il tarixdə 20000 manat, ##.##.2023-cü il traixdə 30000 manat, ümumilikdə 170797.99 manat məbləğində pul vəsaiti daxil olmuşdur (cild 3, iş vərəqi 215-238, cild 5, iş vərəqi 123-124, 141). Zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Nümayəndə təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Nümayəndə zərərçəkmiş şəxs1 MMC-də ##.##.2018-ci il tarixdən işləyir və hazırkı vəzifəsi direktor müavinidir. Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə zərərçəkmiş şəxs1 MMC arasında ## ##### 2023-cü il tarixdə Bakı şəhərində **/** saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı qismində direktoru X6 olan zərərçəkmiş şəxs1 MMC alıcı qismində isə direktoru Təqsirləndirilən şəxs olan “xxxx” MMC çıxış edir. Qeyd olunan müqaviləyə əsasən satıcı zərərçəkmiş şəxs1 MMC alıcı “xxxx” MMC-yə metal materialları satmağı, alıcı isə bunun qarşılığında həmin materialları alıb dəyərini ödəməyi öhdəsinə götürür. Malların dəyəri növbəti partiya üçün tərəflər arasında razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-faktura əsasında müəyyən olunur. Müqavilənin digər şərtlərində göstərilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il ərzində qüvvədə olacaqdır. Müqavilənin müddətinin bitməsinə 15 (on beş) gün qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməzsə, hazırkı müqavilə eyni şərtlərlə uzadılacaqdır. (Qeyd: müqaviləyə xitam verilməsi ilə bağlı müraciət olmamışdır). Bundan başqa, qaimə-faktura, razılaşdırma protokolları və malların təhvil-təslim aklarına baxış keçirilərkən müəyyən edilmişdir ki, 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayına kimi olan müddət ərzində zərərçəkmiş şəxs1 MMC tərəfindən “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs armatur, armatur yayması və yanmış məftil təhvil verilmişdir (cild 1, iş vərəqi 69-146, cild 5, iş vərəqi 145). Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs3 ilə “xxxx” MMC-in direktoru Təqsirləndirilən şəxs arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə mətn şəklində danışıqlar olmuşdur. Həmin danışıqlar aşağıdakı kimidir: Təqsirləndirilən şəxs: Sən şikayət etməsəydin çoxdan verilərdi. Mən heç kimin bu günə kimi pulunu yeməmişəm. Ayın 25-i şikayətini geri götürərsən onda da pulunu verərəm. zərərçəkmiş şəxs3: Bəs mənim pulumu niyə vermirsən? Sən pulu ver ki, mən şikayətimi götürüm də. Ya da gəl görüşək dilindən izahat yaz ki, 25-ci borcu bağlayıram. Mən də şikayətimi götürüm. Təqsirləndirilən şəxs: Keçən il hamının borcu bağlananda sənə də pul ayırmışdım. zərərçəkmiş şəxs3: Bəs nə oldu? Təqsirləndirilən şəxs: Şikayət elədin mən də prinsipə düşdüm vermədim. zərərçəkmiş şəxs3: Sən malı məndən prinsipə almışdın? Təqsirləndirilən şəxs: Hər yerindən duran şikayət eləyəcək mən də onun prinsipi ilə addım atan insan deyiləm. Təqsirləndirilən şəxs: Rəşid salam. Sabah günün ikinci yarısı zəng edəcəm özüm. zərərçəkmiş şəxs3: Sabah pulun hamısını bağla sən dediyini etmirsən 2 həftə keçdi dediyin vaxtdan. Təqsirləndirilən şəxs: Necə gedib şikayət eləmisən elə gedib dala götürərsən. Ondan sonra ödəmə olunar sənə. Başqa cür mən sənə ödəmə eləmək fikrim yoxdur. Təqsirləndirilən şəxs: Rəşid ödəmə olmalıdır bu gün. Sabah baxım görüm ney nəyə bilsəm xəbər edəcəm sənə. zərərçəkmiş şəxs3: Olmadı. Biz belə danışmadıq. Təqsirləndirilən şəxs: Rəşid salam. Pul yoxdu hələ 1-ci gün zəng edəcəm. Köçürməm gəlmədi bu həftə. zərərçəkmiş şəxs3: Mənə bir söz demirsən bu nə deməkdir. Təqsirləndirilən şəxs: Salam. Ay sonu ödəmələri saxlatdım. Bu ay gələn kimi yenə göndəriləcək. zərərçəkmiş şəxs3: Bugün ayın 3-dür, sən bu ay nə vaxta deyirsən malı aparanda 3 günə deyirsən pulu 1 ilə verirsən. Yaxşı ideyaların var. Tap qoş 1500 bugün vur karta (cild 2, vərəqi 41-52, cild 5, iş vərəqi 146-147). Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxs zərərçəkmiş şəxs2 arasında ## ###### 2023-cü il tarixdə Bakı şəhərində C-*** saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı qismində fiziki şəxs zərərçəkmiş şəxs2, alıcı qismində isə direktoru Təqsirləndirilən şəxs olan “xxxx” MMC çıxış edir. Qeyd olunan müqaviləyə əsasən satıcı zərərçəkmiş şəxs2 alıcı “xxxx” MMC-yə müxtəlif tikinti materialları satmağı, alıcı isə bunun qarşılığında həmin materialları alıb dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflər arasında imzalandığı andan 2 (iki) il müddətində qüvvədədir. Bundan başqa, qaimə-fakturalar, qiymətlərin razılaşdırılması protokolları və malların təhvil-təslim aklarına baxış keçirilərkən müəyyən edilmişdir ki, 2023- cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayına kimi olan müddətdə zərərçəkmiş şəxs2 tərəfindən “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs sement, emusiya, malyar məhsulları, gips, şrup, tol, izolyasiya materialları, penoplas, yapışdırıcı və digər təmir-tikinti materialları təhvil verilmişdir (cild 2, iş vərəqi 105-195, cild 5, iş vərəqi 160). Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC ilə X7 direktoru olduğu “GERMAN İNDUSTRIAL AND MEDICAL CONSULTING” MMC arasında ## ###### 2023-cü il tarixdə Bakı şəhərində podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən sifarişçi qismində direktoru Lalə Biləndərli olan “GERMAN İNDUSTRIAL AND MEDICAL CONSULTING” MMC, podratçı qismində isə direktoru Təqsirləndirilən şəxs olan “xxxx” MMC çıxış edir. Qeyd olunan müqaviləyə əsasən podratçı “xxxx” MMC sifarişçi “GERMAN İNDUSTRIAL AND MEDICAL CONSULTING” MMC tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən müqavilənin əlavə sazişində göstərilən montaj, təmir və quraşdırma işlərini müqaviləyə uyğun yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində müqavilənin əlavəsində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Bundan başqa, müqavilə qiymətinin razılaşdırma protokolları, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbulu haqqında aktlara və ödənişə baxış keçirilərkən müəyyən edilmişdir ki, ## ###### 2023-cü il tarixdən ## ##### 2023-cü il tarixədək “GERMAN İNDUSTRIAL AND MEDICAL CONSULTING” MMC-in AZ**IBAZ******************** nömrəli bank hesabından müxtəlif növ təmir-tikinti işlərinin müqabilində “xxxx” MMC-nin AZ**AIIB******************** nömrəli bank hesabına müvafiq olaraq 63797,99 manat, 42000 manat, 15000 manat, 20000 manat, 30000 manat, “xxxx” MMC-nin AZ**CTRE******************** nömrəli bank hesabına müvafiq olaraq 11483,64 manat, 7560 manat, 2700 manat, 3600 manat, 5400 manat olmaqla, ümumilikdə 201541,63 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, zərərçəkmiş şəxs4 ilə “xxxx” MMC-in direktoru Təqsirləndirilən şəxs arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə mətn şəklində danışıqlar olmuşdur. Həmin danışıqlar aşağıdakı kimidir: Təqsirləndirilən şəxs: Çingiz salam. Pul götürə bilməmişəm. Təqsirləndirilən şəxs: Özümə gəlim yığacam. Təqsirləndirilən şəxs: Çingiz bu gün olmayacaq. Təqsirləndirilən şəxs: Salam Çingiz 1 saata yığacam səni. Görüşdəyəm. Təqsirləndirilən şəxs: Çingiz həll edim özüm yığacam səni. Təqsirləndirilən şəxs: Çingiz sabah günortadan sonra pulları verəcəm. Təqsirləndirilən şəxs: Salam Çingiz. Bu gün pul olacaq. Təqsirləndirilən şəxs: Çingiz pul gələn kimi özüm yığacam darıxma. Təqsirləndirilən şəxs: Heç bir pul oturmayıb. Yığacam səni bir azdan. Təqsirləndirilən şəxs: Çingiz yığacam səni. Pul söz veriblər nə olsa xəbər edəcəm sənə (cild 3, iş vərəqi 43-71, 89-104, cild 5, iş vərəqi 161-162). Bakı Kommersiya Məhkəməsindən daxil olmuş ##.##.2024-cü il tarixli e-2-2( 113)- ****/**** nömrəli məktub və qərardan görünür ki, həmin Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanılmışdır (cild 2, iş vərəqi 235-237). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş ## ###### 2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində (əvvəlki adı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti) Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə araşdırma aparılmış, ##.##.2008-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.1 -ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir (cild 2, iş vərəqi 25-26). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X18 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi əməlin tövsifi məsələsini müzakirə edərkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki; təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxslərin hamısını tanımış və onlarla iş birliyi olduğunu, həmin şəxsləri aldatmaq fikrinin olmadığını, sadəcə olaraq, sonradan iqtisadi böhran olduğu üçün həmin zərərçəkmiş şəxslərə olan borcların şirkət tərəfindən ödənilmədiyini, istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, zərərçəkmiş şəxslərdən Rəşidə şirkətin 7-8 min manat borcu qaldığını, özünün şirkətinin zərərçəkmiş şəxs4 təxminən 35 min manat borcu qaldığını, Elsevər adlı zərərçəkmiş şəxsə şirkətin 90 min manatdan artıq borcu olduğunu, “xxxx” şirkətindən armatur aldıqlarını, onlarla 1,5 mln manatlıq dövriyyəsi olduğunu, həmin dövriyyənin 70- 80 faizinin ödənildiyini, “xxxx” şirkətinə 332 min manat borcu qaldığını, Fərzəli ilə 150 min manatlıq dövriyyəsi olduğunu və 20 min manat qaimə borcu qaldığını, bu günə qədər onların yarımçıq qalan işləri olmadığını, “xxxx” MMC ilə ikinci müqaviləyə əsasən 2023cü ilin sentyabr ayında borcu yarandığını və həmin borcun ödənilmədiyini, müstəntiqə də eyni məzmunda ifadə verdiyini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı qaytarmaq fikri olduğunu, lakin hazırda ödəyə bilmədiyini, şirkətinin fəaliyyəti davam etdikdə həmin ziyanları ödəyəcəyini, həbsdə olduğu üçün şirkətin fəaliyyət göstərmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib məhkəmədə gətirdikləri dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi hər bir cinayət epizodu üzrə ətraflı etirafedici ifadələr vermişdir. Bundan başqa, onun ittiham olunduqları cinayət epizodları üzrə təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, həmçinin məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolu, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxsin arasında aparılmış telefon danışıqlarının qeydə alındığı disklərə baxış keçirilməsi protokolları, işdə olan maddi sübutlarla və məhkəmədə tədqiq edilmiş digər çoxsaylı sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən nəticəsi və əsaslandırması ilə razılaşmaqla bərabər, iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası tərəflər arasında münasibətlərin mülki xarakterli olması barədə apellyasiya şikayətinin və analoji dəlillərin təsvir olunduğu apellyasiya şikayətinə əlavənin dəlillərini əsassız hesab edib qeyd edir ki, işin faktiki halları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə guya “işgüzar” münasibətlər barədə şifahi razılığa gələrkən öncədən kriminal niyyətdə olmuş, ona bilə-bilə yalan danışmış və yalan vədlər vermiş və bununla artıq özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olduğunu şəksiz nümayiş etmişdir. Tərəflər arasında hər hansı mülki müqavilələrin bağlanması hələ həmin münasibətlərin mülki xarakterli olması və kriminal niyyətin olmaması anlamına gəlmir və təsdiq etmir. Cinayət işinin faktiki hallarından göründüyü kimi tərəflər arasında hər hansı real işgüzar və ya digər mülki xarakterli münasibətlər mövcüd olmamış, əksinə mülki müqavilələrlə pərdələnmiş kriminal niyyətlər öz təsdiqini tapmışdır. İşin faktiki halları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə guya “işgüzar” münasibətlər barədə şifahi razılığa gələrkən öncədən kriminal niyyətdə olmuş, ona bilə-bilə yalan danışmış və yalan vədlər vermiş və bununla artıq özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olduğunu şəksiz nümayiş etmişdir. Tərəflər arasında hər hansı real işgüzar və ya digər mülki xarakterli münasibətlər mövcüd olmamışdır. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin himayəsində himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizmin nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətlərdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar