Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-966/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, X1 və X4 nümayəndəsi və vəkili Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə “xxxx” ASC-nin direktoru X1 vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından “xxxx” ASCnin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə təyin edilmiş cəzanın əvvəli hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmündən “xxxx” ASC-nin direktoru X1 ## #### 2026-cı il tarixli apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunması barədə vəsatət ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, sözügedən məhkəmə hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X2) ## #### 2026-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə “xxxx” ASC-nin direktoru X1 vəsatəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “xxxx” ASC-nin direktoru X1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “xxxx” ASC nə ibtidai istintaqda nə də birinci instansiya məhkəməsində işdə iştiraka cəlb olunmayıb. “xxxx” ASC-nin əmlakının müsadirə olunması barədə məhkəmə hökmü çıxarılsa da məhkəmə baxışının gedişində və hökm çıxarılandan sonra bundan məlumatı olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünü “xxxx” ASC-nin əmlakının müsadirə olunması hissəsində əsassız və qanunsuz hesab edirlər. Belə ki, məhkəmənin müsadirə etdiyi ünvan 3 ünvanında yerləşən 33142 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə D-2801 sayla, 10.07.98-ci il tarixdə “xxxx” ASC-nin adına qeydiyyata alınıb. Bu fakt №****** saylı ##.##.2001-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ilə təsdiq olunur. Lakin bununla bağlı “xxxx” ASC hər hansı statusta işdə iştiraka cəlb olunmayıb. Buna görə də cinayət işində iştirak etməyə cəlb olunmadığı və Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmü maraqlarına toxunduğu üçün “xxxx” ASC-nin işdə iştiraka cəlb olunmasını və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi hökmündən apellyasiya şikayətini işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X1 və X4 nümayəndəsi və vəkili müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 əsassız olduğu üçün verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini, məhkumun şəxsi işini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, “xxxx” ASC-nin direktoru X1 apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə qeyd etmişdir ki, “xxxx” ASC nin direktoru X1 vəsatətində bir neçə hala istinad edərək apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyünə istinad etsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsə məxsus (faktiki sahibliyində olan) digər əmlaklar araşdırılarkən müəyyən edilmişdir ki, ##.##.1994-cü il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən təkbaşına “xxxx94” kiçik müəssisəsi təsis edilmiş, həmin kiçik müəssisə də ##.##.1998-ci il tarixdə başqa bir hüquqi şəxsin - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsində 67.5 % payla iştirak etmişdir (##.##.2022-ci il tarixdə payı 74.5%-ə artırılmışdır). ünvan 4 ünvanında yerləşən 33142 kv.metr ölçüdə torpaq sahəsi ##.##.2001-ci il tarixli *** nömrəli şəhadətnamə əsasında “xxxx” şirkətinin adına rəsmiləşdirilmiş, şirkət həmin torpaq sahəsində yerləşən anbar tipli tikililərin ayrı-ayrı şəxslərə icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan şirkətin mülkiyyətində olan əmlakın və icarə haqqı şəklində gəlirlərin faktiki sahibliyi dolayı yolla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsusdur. Bunu “xxxx” şirkətinin adındakı hərflərin Elşad və (arvadı) Reyhan Abdullayevlərin baş hərflərindən təşkil olunması da bir daha sübut edir. Qeyd olunan əmlak istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4.500.000 – 5.000.000 manat dəyərində qiymətləndirilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakın dəyəri həcmində əmlakın, habelə dövlət nəfinə alınması mümkün olmadığına görə həmin dəyər həcmində ona məxsus başqa əmlakın xüsusi müsadirəsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, eləcə də onun arvadı X7, “Azərbaycan Beynəlxalq Universiteti”nin və “xxxx” ASC-nin adlarına rəsmiləşdirilməklə faktiki olaraq Təqsirləndirilən şəxs məxsus - 65.000 – 70.000 manat dəyərində Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8, 20.000 – 25.000 manat dəyərində Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən ** saylı bağ sahəsi, 140.000 – 160.000 manat dəyərində Bakı şəhəri Binəqədi rayonu Novxanıqəsəbəsində yerləşən *** saylı bağ evi, 1.250.000 – 1.450.000 manat dəyərində ünvan 1) ünvanında yerləşən fərdiyaşayış evi, 30.000 – 35.000 manat dəyərində Bakı şəhəri Səbail rayonu Cəfərov qardaşları küçəsi ev 12 mənzil 15/3, Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən ***D saylı bağ evi, 1.467.900 manat dəyərində ünvan 2 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi, 793.450 manat dəyərində ünvan 2 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, 208.236 manat dəyərində ünvan 2 ev 10 mənzil 52, 285.760 manat dəyərində Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4,6 mənzil 23 (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4 M8 mənzil 3), 86.400 manat dəyərində Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsində yerləşən **** saylı bağ sahəsi olmaqla cəmi 4.346.746 – 4.581.746 manat, eləcə də yuxarıda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs faktiki rəhbərlik etdiyi “xxxx” ASC-nin əmlakı da daxil olmaqla ümumi dəyəri 8.846.746 – 9.581.746 manat təşkil edən əmlakın üzərinə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulmuşdur. Qeyd olunan əmlakların ümumi dəyəri yuxarıda da göstərildiyi kimi iş üzrə xüsusi müsadirəyə yönləndirilə biləcək əmlak həcmi ilə (10.362.260,4 – 10.662.260,4 manat) tam əhatə olunur. Iş materialları ilə müəyyən edilmişdir ki, ibtidai istintaq dövründə ABU-nun xüsusi mülkiyyətində olan əmlaklara, eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs faktiki istifadəsində olan “xxxx” ASC-nin əmlakına baxış keçirilib hazırki vəziyyətləri öyrənilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı “xxxx” ASC-nin direktoru X1 ## ######## 2024-cü il tarixdə şahid qismində dindirilmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə ABU-nun xüsusi mülkiyyətində olan əmlaklara, eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs faktiki istifadəsində olan “xxxx” ASC-nin əmlakına baxış keçirilmiş, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı “xxxx” ASCnin direktoru X1 ## ######## 2024-cü il tarixdə şahid qismində dindirilmiş, bu da nəticə etibarı ilə onu deməyə əsas veriri ki, “xxxx” ASC-nin Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai istintaqı aparılmasından məlumatı olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 298.3-cü maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalı olan şəxslərin, həmin Məcəllənin 358.1.1-ci maddəsində məhkəmə hökmünün surətinin verilməli olan şəxslərin dairəsi qeyd edilmişdir. Həmin maddədə məhkəmənin hökmlə maraqlarına toxunan şəxslərə və ya onların nümayəndələrinə məhkəmə hökmünün surətinin verilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Iş materiallarından görünür ki, “xxxx” ASC-nin məhkəmə hökmünün ona təqdim edilməsi, elektron məhkəmə sisteminə daxil edilməsi ilə əlaqədar məhkəməyə hər hansı müraciəti daxil olmamışdır. Kollegiya cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, ibtidai istintaq dövründə ABU-nun xüsusi mülkiyyətində olan əmlaklara, eləcə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs faktiki istifadəsində olan “xxxx” ASC-nin əmlakına baxış keçirilmiş, həmin cinayət işi üzrə ibtidai istintaq zamanı “xxxx” ASC-nin direktoru X1 ## ######## 2024-cü il tarixdə şahid qismində dindirilmiş, bu da nəticə etibarı ilə onu deməyə əsas veriri ki, “xxxx” ASC-nin Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai istintaqı aparılmasından məlumatı olmuşdur. Bundan başqa “xxxx” ASC-nin apellyasiya şikayətində qeyd etdiyi məhkəmə hökmünün onlara təqdim edilməməsi ilə bağlı hissədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 358.1.1-ci maddəsində məhkəmə hökmünün surətinin verilməli olan şəxslərin dairəsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 358.1.1-ci maddəsinə əsasən məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) , mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökm elan olunandan sonra Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə uyğun qaydada hökmü proses iştirakçılarına göndərmişdir. Kollegiya qeyd edir ki, “xxxx” ASC-nin cinayət işinin ibtidai istintaqı getdiyi dövrdən cinayət işindən xəbəri olmuş lakin həmin iş ilə bağlı, həmçinin yekun məhkəmə aktının onlara təqdim edilməsi ilə bağlı birinci instansiya məhkməsinə heç bir müraciəti olmamışdır. Bununla yanaşı, apellyasiya şikayətində məhkəmənin haqlı mövqeyini təkzib edəcək dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, “xxxx” ASC-nin direktoru X1 tərəfindən göstərilən dəlillər formal xarakterli olduğundan müddətin bərpası əsası kimi qəbul edilə bilməz. Şikayətdə göstərilən hal müddətin üzrlü səbəbdən buraxılması üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3, 391.3.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: “xxxx” ASC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı “xxxx” ASC-nin direktoru X1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(3-6)-966/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-966/2026
08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver