Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-969/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsinә dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında ilkin açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәsindә CM-nin 147 vә 148-ci maddәlәri ilә cinayәt işinin başlanması vә cinayәt mәsuliyyәtinә cәlb edilmәklә cәzalandırılması barәdә qәrar qәbul edilmәsi haqqında xüsusi ittiham qaydasında şikayәtlә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Xәtai Rayon Mәhkәmәsindә iddia әrizәsi әsasında cavabdeh Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs qarşı Notarius tәrәfindәn verilmiş bağışlanma müqavilәsinin etibarsızlığı haqqında iddianın mәhkәmә prosesi gedir. ## ##### 2026-cı ildә baş tutan hazırlıq prosesindә cavabdeh tәrәf mәhkәmәdә vәfat etmiş atasının adından onu vә ailәsini tәhqir etmiş, hakim cavabdehә irad bildirmişdir. 14 may tarixindә baş tutan prosesdә isә cavabdeh yazılı şәkildә onu vә ailәsini ağır formada tәhqir edәrәk vә әmisini ağır vә olmayan bir hadisәdә cinayәtdә ittiham edәrәk әrizә tәqdim etmişdir. O, mәhkәmәyә sübutlar tәqdim etdiyi halda cavabdeh bu kimi tәhqir vә şәr böhtanlarla özünü müdafiә etmәyә çalışır. Bildirir ki, guya sәs yazısı ölmüş atasının sәsidir. O, sәsә qulaq asmamış vә hәmin sәs yazısının hәqiqәtәn dә atasına aid olduğunu kimsә sübut edә bilmәz vә әgәr hәqiqidirsә belә hansı şәraitdә yazıldığı yәni xәbәri olub-olmadığı vә elәcә dә tәzyiq altında yazıldığına şübhәlәr var. Cavahdeh bilmәlidir ki, bir insanın sәs yazısını vә ya görüntüsünü özündәn xәbәrsiz qeyd etmәk cinayәt sayılır vә belә hәrәkәtә yol verәn şәxslәr Cinayәt Mәcәllәsinin 156-cı maddәsinә әsasәn, 1000 manatdan 2000 manatadәk cәrimә, 240 saatdan 400 saata qәdәr ictimai iş vә 1 ilә qәdәr islah işlәri ilә cәzalandırılır. Cavabdeh bilәbilә şәr böhtan ataraq vә onu tәhqir edәrәk şәxsi nüfuzuna xәlәl gәtirmişdir. Qeyd etmәlidir ki, mәhkәmә zalında hakim, hakimin katibi, maraqlı şәxs, o vә cavabdeh olmuşlar bu isә kütlәvi çıxış dedikdә, hәr hansı şәxsin şәrәf vә lәyaqәtini alçaldan vә ya onu nüfuzdan salan mәlumatları әn azı 2 nәfәr kәnar şәxsә görә eşidә vә ya qavraya bilәcәyi formada ifadә etmә başa düşülür. Cinayәt Mәcәllәsinin 148.1ci maddәsi tәhqirә görә cinayәt mәsuliyyәtini nәzәrdә tutur. Hәmin maddәdә tәhqirin hansı halda mәsuliyyәtә sәbәb olduğu qeyd olunmuşdur. Cinayәt Mәcәllәsinin 148-ci maddәsinә, yәni tәhqirә görә mәsuliyyәt o halda yaranır ki, tәhqir xarakterli mәlumatlar bir şәxsi tәhqir edәn tәrәfindәn tәrәfindәn kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Əgәr hәmin mәlumatlar yayılmazsa, hәmin şәxs barәsindә buna görә cinayәt mәsuliyyәti nәzәrdә tutulmur. 1000 manatdan 1500 manatadәk miqdarda cәrimә vә ya 240 saatdan 480 saatadәk müddәtә ictimai işlәr vә ya 1 ilәdәk müddәtә islah işlәri vә ya 6 ayadәk müddәtә azadlıqdan mәhrum etmә nәzәrtә tutulur. Mülki Mәcәllәnin 23-cü maddәsinә әsasәn fiziki şәxs onun şәrәfini, lәyaqәtini vә ya işgüzar nüfuzunu lәkәlәyәn, şәxsi vә ailә hәyatının sirrini vә ya şәxsi vә ailә toxunulmazlığını pozan mәlumatların mәhkәmә qaydasında tәkzib olunmasını tәlәb edә bilәr. Ona dәymiş maddi vә mәnәvi zәrәri tәlәb edә bilәr. O şәrtlә tәlәb edә bilәr ki, hәmin mәlumatları yayan şәxs onların hәqiqәtә uyğun olduğunu sübuta yetirә bilmәsin. Marağı olan şәxslәrin tәlәbi ilә fiziki şәxsin şәrәf vә lәyaqәtinin müdafiәsinә onun ölümündәn sonra da yol verilir. Şәrәfini, lәyaqәtini vә ya işgüzar nüfuzunu lәkәlәyәn mәlumatlar yayılmış fiziki şәxsin hәmin mәlumatların tәkzibi ilә yanaşı, onların yayılması nәticәsindә vurulmuş zәrәrin әvәzinin mәhkәmәyә müraciәt edәrәk ödәnilmәsini tәlәb etmәk hüququna malikdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә mәsuliyyәtә cәlb edilmәsi haqqında Xüsusi ittihamçı tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәtin mәhkәmәnin icraatına qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata götürülmәsinә dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı mәhkәmә әrizә ilә müraciәt edәrәk, işә onun iştirakı olmadan işә baxılmasını xahiş etmişdir. Lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs mәhkәmә iclasında iştirak etmәmişdir. Mәhkәmә kollegiyası tәrәflәrin iştirakı olmadan mәhkәmә iclasının keçirilmәsini mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, işdә iştirak edәn şәxslәrin fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. «Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında» Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarın 11-ci bәndindә qeyd edilmişdir ki, mәhkәmәlәrin nәzәrinә çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddәlәri). Hәmin qәrarda mәhkәmәlәrә tövsiyә edilmişdir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPM-nin 302.1.2- 302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.1-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir: 302.1.1. şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 302.1.2. şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 302.1.3. şikayәtin mәzmunu bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 302.1.4. cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 302.1.5. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 302.1.6. cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 302.1.7. şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 302.1.8. şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 302.2.3-cü mddәsinә әsasasәn mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәsinin qәrarı ilә razılşaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayәt formal әrizә deyil, şәxsә qarşı cinayәt ittihamının irәli sürülmәsi üçün prosessual әsas rolunu oynadığından, hәmin şikayәtdә ittihamın predmeti aydın, konkret vә yoxlanıla bilәn şәkildә göstәrilmәlidir. Şikayәtdә ümumi narazılıq, mülki iş üzrә tәrәrflәr arasında yaranmış mübahisә vә emosional qiymәtlәndirmәlәr cinayәt törәdilmәsi barәdә ittihamının mәzmununu әvәz edә bilmәz. Xüsusilә böhtan vә tәhqir xarakterli әmәllәr üzrә hansı ifadәnin, hansı vaxtda, hansı şәraitdә, kimlәrin iştirakı ilә söylәnilmәsi vә hәmin ifadәlәrin mәhz hansı cinayәt tәrkibini yaratması dәqiq göstәrilmәdikdә, barәsindә şikayәt verilmiş şәxsin müdafiә hüququnun tәmin edilmәsi, mәhkәmәnin isә işә obyektiv vә qanuni baxış keçirmәsi mümkün olmur. Şikayәt әrizәsindә ümumi formada Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147-ci maddәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi xahiş edilsә dә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs CM-nin 147-ci maddәsinin mәhz hansı hissәsi ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi, habelә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hәrәkәtlәri nәticәsindә Xüsusi ittihamçı hansı zәrәrin vurulması, maddi ziyan olduğu tәqdirdә isә hәmin zәrәrin mәblәği göstәrilmәmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn şikayәtdә cinayәtin törәdilmә hallarının konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri göstәrilmәklә) tәsdiq olunması barәdә mәlumatlar tam olaraq qeyd olunmamışdır. Belә ki, şikayәt әrizәsindә mәhkәmә iclasında hakim, hakimin katibi, maraqlı şәxs vә o olduğu halda cavabdehin onun şәrәf vә lәyaqәtini alçaldan vә ya onu nüfuzdan salan mәlumatları yayması göstәrilsә dә, hәmin şәxslәrin anket mәlumatları, elәcә dә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası CM-nin 148-ci maddәsinin tәrkibini yaradan hansı hәrәkәtlәrә, hansı tarixdә yol vermәsi, habelә şikayәtçiyә vә ailәsinә qarşı istifadә olunmuş tәhqiramiz ifadәlәrin mәzmunu şikayәt әrizәsindә qeyd olunmamışdır. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qәrarı ilә razılaşaraq qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayәt o zaman әsaslı hesab edilә bilәr ki, şikayәtdә istinad olunan әmәlin hәqiqәtәn törәdildiyi, hәmin әmәlin cinayәt tәrkibinin әlamәtlәrini özündә әks etdirdiyi, elәcә dә qeyd olunan әmәlin barәsindә şikayәt verilәn şәxs tәrәfindәn törәdildiyi müvafiq mötәbәr sübutlarla әsaslandırılsın. Odur ki, şikayәtdә göstәrilәnlәr müvafiq sübutlarla tәsdiqlәnmirsә, belә şikayәt әsassız hesab edilmәlidir. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 138.2-ci maddәsinә әsasәn tәqsirlәndirilәn şәxsin cinayәt mәsuliyyәtinә cәlb olunması әsaslarını vә onun tәqsirli olub-olmamasını sübutetmә vәzifәsi ittihamçının üzәrinә düşür. Hәmin Mәcәllәnin 139.0, 139.0.2 vә 139.0.4-cü maddәlәrinә әsasәn şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi vә cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi - cinayәt tәqibi üzrә icraat zamanı yalnız sübutlara әsasәn müәyyәn edilir. Avropa Mәhkәmәsinin presedent hüququna müvafiq olaraq barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs tәrәfindәn yayılmış mәlumatlarda fikrin vә ya faktın әks etdirilmәsi fәrqlәndirilmәli vә bu hala әhәmiyyәt verilmәlidir. Faktların mövcudluğu nümayiş oluna bilsә dә, fikirlәrin hәqiqiliyi sübut oluna bilәn deyildir. Fikirlәrin hәqiqiliyini sübut etmәk tәlәbinә riayәt etmәk mümkün deyil vә bu tәlәb Konvensiyanın 10-cu maddәsi ilә tәmin edilmiş hüququn әsas hissәsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes vә Gijsels, § 42 vә Lingens, § 46). Eyni zamanda üçüncü tәrәfin davranışı barәdә iddialar irәli sürüldüyü hallarda bәzәn faktın tәqdimatı ilә fikirlәr arasında fәrqi müәyyәn etmәk çәtin olur. Buna baxmayaraq, hәtta fikirlәr faktlara әsaslanmadıqda onlar olduqca әsassız ola bilәr (bax, Jerusalem Avstriyaya qarşı, §43). Plenum qәrarı 6-cı bәnd) Xüsusi ittiham qaydasında şikayәtlәr әsasında işlәrә baxılarkәn yayılmış mәlumatların tәhqir vә ya tәnqid xarakterli olmasına, onların xüsusi ittihamçının şәxsi vә ya ictimai hәyatına, siyasi fәaliyyәtinә müdaxilә olubolmamasına diqqәt yetirsinlәr. Nәzәrә alınmalıdır ki, Avropa Mәhkәmәsinin presedent hüququna görә ifadә azadlığının hәyata keçirilmәsi özündә mәsuliyyәt vә öhdәliklәri ehtiva edir, Konvensiyanın 10-cu maddәsi ilә jurnalistlәrә verilәn tәminat isә onunla şәrtlәnir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün vә etibarlı mәlumatı tәqdim etmәk mәqsәdilә vicdanla fәaliyyәt göstәrsinlәr (bax, başqa mәnbәlәrlә yanaşı, Radio Frans vә digәrlәri Fransaya qarşı, §37 vә yuxarıda qeyd olunmuş Kolombani vә digәrlәri, §65). Mәhkәmә kollegiyası verilmiş apellyasiya şikayәtinin tәmin olunmaması vә birinci instansiya mәhkәmәsinin qәrarının qüvvәdә saxlanılması ilә bağlı nәticәyә gәlәrkәn onu da әsas götürür ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtdә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә ya 147.2-ci maddәlәrinin hansı ilә cinayәt mәsuliyyәtinә cәlb olmasını göstәrmәmiş, belәliklә dә vermiş olduğu xüsusi ittiham qaydasında şikayәt cinayәt prosessual qanunvericiliyin tәlәblәri pozulmaqla verilmişdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittihamçı apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-969/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-969/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver