Məhkəmə qərarları › İş №1(3-6)-971/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-971/2026

21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-971/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər X7 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X10 etibarnamə üzrə nümayəndəsi şahid1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Nərminə Rzayeva) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ##.##.1985-ci il tarixdə Naxçıvan MR-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək 02 gün müddət, ## ###### 2024-cü il tarixindən ## #### 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət və ## #### 2025-ci il tarixindən ## ### 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 04 ay 21 gün müddət, ümumilikdə 04 ay 23 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq, 03 (üç) il 10 (on) ay 07 (yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirirək təkrar dələduzluq, həmçinin özgənin xeyli miqdarda əmlakını gizlin olaraq talayaraq təkrar oğurluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs4 pul müqabilində Azərbaycan Respublikası Mənzil İnkişafı Dövlət Agentliyi tərəfindən inşa edilmiş mənzillərdən ayrılmasına nail olacağına dair yalan vəd verib aldadaraq, ## #### 2022-ci il tarixdən 2023-cü ilin may ayının sonunadək olan müdət ərzində, sonuncusu 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Bakı şəhər Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında 50 manat olmaqla sonuncunun ümumilikdə 22000 (iyirmi iki min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs X3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs3 Tahir qızına pul müqabilində Azərbaycan Respublikası Mənzil İnkişafı Dövlət Agentliyi tərəfindən inşa edilmiş mənzillərdən ayrılmasına nail olacağına dair yalan vəd verib aldadaraq, ## #### 2022-ci il tarixdən 2023-cü ilin iyun ayının sonunadək olan müdət ərzində, sonuncusu 2023-cü ilin iyun ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65A ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 45 manat olmaqla sonuncunun ümumilikdə 25000(iyirmi beş min) manat pul vəsaitini, vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 Tahir qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı İbrahimov Vüsal Bayram oğluna pul müqabilində Azərbaycan Respublikası Mənzil İnkişafı Dövlət Agentliyi tərəfindən inşa edilmiş mənzillərdən ayrılmasına nail olacağına dair yalan vəd verib aldadaraq, ## ###### 2022-ci il tarixdən 2023- cü ilin iyul ayının sonunadək olan müdət ərzində, sonuncusu 2023-cü ilin iyul ayının sonlarında ünvan 3 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə 450 manat olmaqla sonuncunun ümumilikdə 33236(otuz üç min iki yüz altı) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs İbrahimov Vüsal Bayram oğluna xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizlin olaraq talamaq məqsədi ilə “obsessiv-kompulsiv pozuntu'’ psixi xəstəliyindən əziyyət çəkdiyinə görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmadan öz hərəkətlərinin mənasını tam dərk etmək və onları idarə etmək iqtidarına olmadığından əmlakının əlindən çıxmasını dərk edə bilməyən tanışı zərərçəkmiş şəxs1 pul müqabilində əlillik dərəcəsi təyin edilməsinə nail olacağına dair yalan vəd verib aldadaraq, 2024-cü ilin yanvar ayının sonundan ## #### 2024-cü il tarixədək olan müddət ərzində, sonuncusu ## #### 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə 30 manat olmaqla sonuncunun ümumilikdə 20000 (iyirmi min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.4-cü və 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona qarşı irəli sürülmüş ittihamda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə razılaşmadığını qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham əsassız olduğundan hökmdən xaric edilməsini xahiş etidlər. Apellyasiya baxışı zamanı iştirak edən zərərçəkmiş şəxs X10 etibarnamə üzrə nümayəndəsi şahid1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinin materiallarını araşdıraraq, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalıdır. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş, o, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, məhkəmənin hökmü ilə qismən razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayətində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etmədiyini, yəni onun tərəfindən oğurluq cinayət əməlinin törədilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv surətdə araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının birinci bəndində məhkəmələrə tövsiyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın səkkizinci bəndinə əsasən məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: _ özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; _ götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; _ bunların əvəzsiz olması; _ cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; _mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: _ birbaşa qəsd; _ tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldatma və ya etibardan sui-istifadə etmə yalnız bunu dərk edərək əmlakı və ya əmlaka olan hüququ təqsirkara könüllü olaraq vermiş fəaliyyət qabiliyyətli şəxsə qarşı tətbiq edilə bilər. Bu baxımdan müəyyən səbəblərdən (məsələn, azyaşlı, alkoqol və narkotik sərxoşluğu vəziyyətində olması, psixikasının pozulması və sair) baş verən hadisələrin mahiyyətini, yəni əmlakının əlindən çıxmasını dərk edə bilməyən şəxsin aldadılaraq əmlakının ələ keçirilməsi dələduzluq yox, oğurluq (CM-nin 177-ci maddəsi) kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddəsi ilə iləri sürülmüş ittiham ondan ibarət olmuşdur ki, o, təkrarən özgənin əmlakını gizlin olaraq talamaq məqsədi ilə “obsessiv-kompulsiv pozuntu'’ psixi xəstəliyindən əziyyət çəkdiyinə görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmadan öz hərəkətlərinin mənasını tam dərk etmək və onları idarə etmək iqtidarına olmadığından əmlakının əlindən çıxmasını dərk edə bilməyən tanışı zərərçəkmiş şəxs1 pul müqabilində əlillik dərəcəsi təyin edilməsinə nail olacağına dair yalan vəd verib aldadaraq, 2024-cü ilin yanvar ayının sonundan ## #### 2024-cü il tarixədək olan müddət ərzində, sonuncusu ## #### 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ödəmə terminalı vasitəsi ilə 30 manat olmaqla sonuncunun ümumilikdə 20000 (iyirmi min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən tələblərini rəhbər tuturaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmiş və Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddəsi ilə təqsirli bilməməsi barədə dəlillərin əsassız olması sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, *** saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs zərərçəkmiş şəxs1 OBSESSİV-KOMPULSIV POZUNTU, DEPRESSIV DAXİLOLMÄLARLA (F42) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəkı anamnestik məlumatlar (əsəbi olması, tez-tez əllərini yuması, özünə qapanması, qorxulan yaranması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X2 "Obsessiv kompulsiv pozuntu. Ağır dərəcəli depressiv epizod" diaqnozu ilə göndəriş verilməsi və s.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, ünsiyyətə həvəssiz daxil olması, əhvalırühtyyasının aşağı olması, emosional sferasının aşağı olması, öz vəziyyətinə qarşı tənqid münasibətinin olmaması) sübut edir. Belə ki, H Ş.Abdulkərimova qərarda qeyd edilən hadisə zamanı öz hərəkətlərinin mənasını tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. zərərçəkmiş şəxs1 özündən uydurmaya meyillilik əlamətləri müəyyən edilmədi. zərərçəkmiş şəxs1 idrak prosesslərindən diqqətində bir qədər dayanıqsızlıq, qavramasının ləng olmaqla normadan qismən aşağı olması, təfəkkürünün tənqidliyi, analizetmə və proqnozlaşdırma kimi xüsusiyyətlərinin normadan aşağı olması aşkar olunmaqla, emosional sferasında qeyrisabitlik, qıcığa qarşı həssaslığı, özünəqapanma, qorxularının olması, tez-tez əllərini yuması, təkrarlanan davranışlar etməsi müəyyən edilir. zərərçəkmiş şəxs1 hadisə zamanı "obsessivkompulsiv pozuntu" psixi xəstəliyindən əziyyət çəkməsi məhkəmə-psixiatik ekspertizası zamanı müəyyən edilmişdir. X8 onda qeyd edilən psixi xəstəliklə əlaqədar yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. zərərçəkmiş şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurulmasında ehtiva olunan əməli ona pul müqabilində əlillik dərəcəsi təyin edilməsinə nail olacağına dair yalan vəd verib aldadaraq törədilmiş olmasına baxmayaraq, həmin vaxt zərərçəkmişin “obsessiv-kompulsiv pozuntu'’ psixi xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar hadisələrin mahiyyətini, yəni əmlakının əlindən çıxmasını dərk edə bilməməsi sübuta yetirilmiş və müvafiq epizod üzrə onun əməli düzgün olaraq oğurluq cinayəti kimi tövsif olunmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarını və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddəsi ilə təqsirli bilinməsi qanuni və əsaslı olmuş, müdafiə tərəfi apellyasiya şikayətinin tələbini təsdiqləyən hər hansı sübuta istinad etməmişdir. Həmçinin apellyasiya şikayətində məhkəmənin hökmü təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunması hissəsində mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tətqiq edilmiş sübutlar, o cümlədən ekspertiza rəyləri, zərərçəkmiş şəxslərin ifadələri və digər sübutlar əsasında düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası ona təyin edilmiş cəzanın qanuniliyini və ədalətliliyini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il ## ###### tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Mübahisələndirilən hökmə əsasən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmiş), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü ilə razılaşır və hesab edir ki, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi onun yalnız azadlıqdan məhrum etmə növündə cəza ilə islah olunacağı inamını yaradır. Bununla belə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun olmayan ağır həddə cəza təyin etmişdir. Başqa sözlə, məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini nəzərə aldıqda mübahisələndirilən hökmlə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 405.1.1 və 407.1-ci maddələrini rəhbər tutaraq, Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzasının müddəti 04 (dörd) il müddətinə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək 02 gün müddət, ## ###### 2024-cü il tarixindən ## #### 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət və ## #### 2025-ci il tarixindən ## ### 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 04 ay 21 gün müddət, ümumilikdə 04 ay 23 gün müddət Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 07 (yeddi) ay 07 (yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Universal Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatı üçün 11 manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, Universal Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar