Məhkəmə qərarları › İş №1(3-6)-973/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-973/2026

03.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-973/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr – İbrahimli İbrahim Adil oğlu (sәdrlik edәn vә mәruzәçi), İbrahimov Anar Firdovsi oğlu vә Nuriyev Elnur Alәm oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X2, Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs vә onun müdafiәçisi Müdafiәçi iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtlә mәhkәmәyә müraciәt edәrәk Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilmәsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt onunla әsaslandırılmışdır ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs (MN Hәrbi Hospitalın hәkimi) Qaradağ Rayonu Müşfiq qәsәbәsinin mәrkәzindә әn böyük ikimәrtәbәli obyektә sahibdir. O, bununla kifayәtlәnmәmiş, mәktәbә gedәn ümumi istifadәdә olan yolun asfalt örtüyünü dağıdıb qanunsuz olaraq “ağac әkmә” adı altında zәbt etmişdir. Onun hәrәkәtlәri Azәrbaycan Respublikası Şәhәrsalma vә Tikinti Mәcәllәsinә, “Bәlәdiyyә torpaqlarinin idarә edilmәsi haqqında” Azәrbaycan Respublikası Qanununa, “Yaşıllıqların bәrpası Qaydası”nın tәsdiq edilmәsi haqqında NK Qәrarına, Dövlәt şәhәrsalma norma vә qaydalarına (AzDTN 2.6-1) ziddir. Qeyd edir ki, onun obyektindәn 10 metr aralı yerlәşәn onun öz obyektinin qarşısı vә arxası, elәcә dә yaxınlıqdakı binaların vә mәktәbin әtrafı boş, asfalt örtüyü olmayan sahәlәrdir. Bu barәdә Qaradağ RİH Başçısı Süleyman Mikayılova şikayәt etmişdir. Şikayәt araşdırılmış vә qanunsuz olaraq әkilmiş ağacların götürülmәsi barәdә RİH tәrәfindәn göstәriş verilmişdir (mәktub Əlavәdә). Ümumiyyәtlә, ümumi istifadәdә olan әrazilәrin alqısatqısı qanunvericiliklә qadağandır. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs qanunsuz hәrәkәtlәrindәn şikayәt etdiyi üçün, barәsindә hәqiqәtә uyğun olmayan, yalan mәlumatlarla Qaradağ rayon Polis İdarәsinә vә Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinә izahat vermiş vә ona böhtan ataraq, barәsindә protokol tәrtib olunmasına nail olmuşdur. Vüqar öz izahatında heç bir dәlil olmadan onun ağaclarının çıxarılmasım (yerinin dәyişdirilmәsini) guya onun etdiyini (yaxud onun sifarişi ilә) qeyd etmişdir. Onun izahatı aşağıdakı kimidir: “tiniginә aid yuvalar aşkar edilmiş, 11 әdәd şam tinginin götürülmәsi ilә bağlı akt tәrtib edilmiş, dәymiş ziyan 2640 manat hesablanmışdır. Bundan başqa, araşdırma zamanı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs izahat verәrәk, özü tәrәfindәn әkilmiş ağacların ##.##.2024-cü il tarixdә gecә saatlarında mәhv edildiyini, hәmin anın mühafizә kameralarında qeyd olunduğunu, ağacların yaxınlıqda fәaliyyәt göstәrәn “Mәhәmmәd” adlı şәxsin göstәrişi әsasında götürüldüyünü qeyd etmişdir.” Nәticәdә, qanunsuz olaraq, barәsindә 2,640 AZN (iki min altı yüz qırx) mәblәğindә inzibati protokol tәrtib edilmişdir. Vüqarın bu әmәli nәticәsindә ciddi sarsıntı keçirmişdir. Hәmçinin, ictimaiyyәtdә barәsindә mәnfi fikir yaranmışdır. Bu protokol Qaradağ Rayon Mәhkәmәsi tәrәfindәn qanunsuz hesab edilәrәk, lәğv edilmişdir. Şagirdlәrin tәhlükәsiz şәkildә mәktәbә gedib-gәldiyi hәmin yerdә valideynlәr şәxsi avtomobillәri ilә uşaqları tәhlükәsiz şәkildә mәktәbә gәtirir vә hәmçinin dә dәrsdәn çıxan övladlarını orda gözlәyirlәr. Bundan başqa, hәmin әrazidәki digәr sahibkarların obyektlәrinә gәlәn müştәrilәrin gediş-gәlişi dә mәhdudlaşır. Vüqar İcra Hakimiyyәtinin götәrişinә mәhәl qoymayaraq, yenidәn dırnaqarası ağac әkmә işini hәyata keçirmişdir. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs bu qanunsuz hәrәkәtlәrinә görә Qaradağ Rayon Prokurorluğu tәrәfindәn Cinayәt Mәcәllәsinin müvafiq maddәlәri ilә cinayәt işi açılmışdır. Lakin Qaradağ RPİ әmәkdaşı Valeh Orucov vәzifәsindәn sui-istifadә edәrәk, әsassız olaraq 02.09.24 tarixdә işi ört-basdır etmәk üçün bağlamışdır (mәktub Əlavәdә). Lakin onun şikayәtindәn sonra 13.06.25 tarixdә X5 qәrarını әsassız hesab edib, yenidәn araşdırmaya göndәrmişdir. X1 bu dәfә dә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs barәdә heç bir tәdbir görmәmişdir. Konstitusiyanın 60-cı maddәsinә әsasәn hәr kәs dövlәt orqanlarının, siyasi partiyaların, hәmkarlar ittifaqlarının vә digәr ictimai birliklәrin, vәzifәli şәxslәrin qәrar vә hәrәkәtlәrindәn (yaxud hәrәkәtsizliyindәn) mәhkәmәyә şikayәt edә bilәr. Cinayәt Mәcәllәsinin 147-ci maddәsinә әsasәn böhtan, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadәk miqdarda cәrimә ilә vә ya iki yüz qırx saatdan dörd yüz sәksәn saatadәk müddәtә ictimai işlәr vә ya bir ilәdәk müddәtә islah işlәri vә ya altı ayadәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Ağır vә ya xüsusilә ağır cinayәtdә ittiham etmәklә böhtan atma - iki ilәdәk müddәtә islah işlәri vә ya üç ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya üç ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Cinayәt Mәcәllәsinin 296-cı maddәsinә әsasәn cinayәt edilmәsi haqqında bilә-bilә yalan xәbәrçilik etmә - min beş yüz manatdan üç min manatadәk miqdarda cәrimә vә ya üç yüz iyirmi saatdan dörd yüz saatadәk ictimai işlәr vә ya bir ildәn iki ilәdәk müddәtә islah işlәri vә ya üç ilәdәk müddәtә azadlıqdan mәhrım etmә ilә cәzalandırılır. Eyni әmәllәr şәxsin ağır vә ya xüsusilә ağır cinayәt törәtmәkdә ittiham olunması vә ya süni ittiham sübutlarının yaradılması ilә bağlı törәdildikdә - iki ildәn dörd ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya iki ildәn beş ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Cinayәt Mәcәllәsinin 297-ci maddәsinә әsasәn mәhkәmәdә vә ya ibtidai istintaqda şahid, zәrәrçәkmiş şәxs tәrәfindәn yalan ifadә vermә vә ya ekspert tәrәfindәn bilә-bilә yalan rәy vermә, habelә tәrcümәçi tәrәfindәn bilә-bilә yanlış tәrcümә etmә - min manatdan iki min manatadәk miqdarda cәrimә vә ya üç yüz iyirmi saatdan dörd yüz saatadәk ictimai işlәr vә ya bir ildәn iki ilәdәk müddәtә islah işlәri vә ya bir ilәdәk müddәtә azadlığın mәhdudlaşdırılması vә ya altı ayadәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Eyni әmәllәr şәxsin ağır vә ya xüsusilә ağır cinayәt törәtmәkdә ittiham olunması ilә bağlı törәdildikdә - iki ildәn altı ilәdәk müddәtә azadlıqdan mәhrum etmә ilә cәzalandırılır. Cinayәt Prosessual Mәcәllәsinin 12.2-ci maddәsinә әsasәn Cinayәtin әlamәtlәri olan әmәldәn zәrәr çәkmiş şәxsin bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada cinayәt tәqibinin başlanılmasını tәlәb etmәyә, onun hәyata keçirilmәsindә zәrәr çәkmiş şәxs vә ya xüsusi ittihamçı qismindә iştirak etmәyә, habelә vurulmuş mәnәvi, fiziki vә maddi ziyana görә kompensasiya almağa hüququ vardır. Qeyd olunanlara әsasәn barәsindә hәqiqәtә uyğun olmayan, әsassız, şәrәf vә lәyaqәtini lәkәlәyәn mәlumatların yayılması ilә bağlı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs әmәllәrinә obyektiv hüquqi qiymәt verilmәsini vә onun Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәrinә әsasәn mәsuliyyәtә cәlb edilmәsini vә onun barәsindә xüsusi ittiham qaydasında cinayәt işi başladilmasinı vә әn ağır şәkildә cәzalandırılmasını xahiş etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini, iş materialarının yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmasını, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147-ci maddәsi üzrә ilkin araşdırmanın aparılmasının tәmin edilmәsini, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 296 vә 297-ci maddәlәr üzrә materialların aidiyyatı üzrә prokurorluğa göndәrilmәsi mәsәlәsinә qiymәt verilmәsini vә vәkil üçün xidmәt haqqının müәyyәn edilmәsinin әsassız hesab edәrәk lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmә qәrarı qanunsuz vә әsassızdır, maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul edilmişdir. CM-nin 296 vә 297 maddәlәrinin yanlış qiymәtlәndirilmәsi Mәhkәmә bu maddәlәrin xüsusi ittiham qaydasına aid olmadığını qeyd edәrәk şikayәti tam rәdd etmişdir. Lakin şikayәt bu maddәlәr üzrә prokurorluğa yönlәndirilmәli әn azı araşdırma materialı kimi qiymәtlәndirilmәli idi Tam imtina isә hüquqi qiymәtlәndirmәnin verilmәmәsi ilә nәticәlәnmişdir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ##.##.2014-cü il tarixli * nömrәli Qәrarına әsasәn: böhtan xarakterli mәlumatlar әrizә vә şikayәtlәrdә dә ifadә oluna bilәr; әsas mәsәlә hәmin mәlumatların bilә-bilә yalan olması vә şәxsin şәrәf vә lәyaqәtini lәkәlәmәsidir. Əlavә olaraq, bu arqument yalnız 147-ci maddәyә aiddir; 296 vә 297-ci maddәlәrin (yalan xәbәrçilik, yalan ifadә) elementlәri "kütlәvi yayım" tәlәbi ilә bağlı deyil — bunlar fәrqli korpus delikti olduğundan, arqument onlara mexaniki şәkildә tәtbiq edilә bilmәz. Hazırki işdә: Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs verdiyi mәlumatlar nәticәsindә 2640 AZN mәblәğindә inzibati protokol tәrtib edilmiş, hәmin protokol sonradan qanunsuz hesab edilәrәk lәğv edilmişdir. Bu faktlar göstәrir ki, tәqdim edilәn mәlumatların yalan olması vә nәticә doğurması faktı mövcuddur. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk, hәmin qәrarın lәğv edilmәsini, iş materialarının yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmasını, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147-ci maddәsi üzrә ilkin araşdırmanın aparılmasının tәmin edilmәsini, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 296 vә 297-ci maddәlәr üzrә materialların aidiyyatı üzrә prokurorluğa göndәrilmәsi mәsәlәsinә qiymәt verilmәsini vә vәkil üçün xidmәt haqqının müәyyәn edilmәsinin әsassız hesab edәrәk lәğv edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs vә onun müdafiәçisi Müdafiәçi verilmiş apellyasiya şikayәtinin әsassız olduğundan tәmin edilmәyib, iş üzrә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarının dәyişdirilmәdәn qüvvәsindә saxlanılmasını xahiş etdilәr. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. Hәmin Mәcәllәnin 293.3-cü maddәsinә görә böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda aşağıdakılar göstәrilir: 293.3.1. şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi); 293.3.2. törәdilmiş cinayәt barәdә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği); 293.3.3. cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi; 293.3.4. şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi; 293.3.5. cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş; 293.3.6. şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer; 293.3.7. şikayәti vermiş şәxsin imzası. Hәmin Mәcәllәnin 299.3.1 vә 299.3.3-cü maddәlәrinә әsasәn hәr bir halda cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmәnin hazırlıq iclasında mәhkәmәyә daxil olmuş xüsusi ittiham qaydasında şikayәtin ona aid olub-olmaması barәdә vә xüsusi ittiham qaydasında şikayәtin mәzmununun Mәcәllәnin 293.3.1—293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәlәrә baxılır. Hәmin Mәcәllәnin 301.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasının nәticәsindә xüsusi ittiham qaydasında şikayәtin materialında mәhkәmә baxışının qeyrimümkünlüyünә sәbәb olan hallar olmadıqda vә xüsusi ittiham qaydasında şikayәtin prosessual formasına riayәt edildikdә mәhkәmә baxışı tәyin edilir. Hәmin Mәcәllәnin 302.1-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında 1) şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 2) şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 3) şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 4) cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 5) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimaixüsusi qaydada tәqib edilmәli olduqda; 6) cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 7) şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 8) şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmin Mәcәllәnin 302.2-ci maddәsinә görә mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk aşağıdakılar barәdә qәrarlardan birini qәbul edir: 1)şikayәt hәmin mәhkәmәyә aid olmadığı müәyyәn edildiyi halda xüsusi ittiham qaydasında şikayәtin mәhkәmә aidiyyәti üzrә göndәrilmәsi barәdә; 2) barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayәtin baxılması üçün istintaq aidiyyәti üzrә göndәrilmәsi barәdә; 3)şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildiyi; şikayәtin mәzmunu Mәcәllәnin 293.3.1-293.3.7- cimaddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadığı; cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdiyi; cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadığı; şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdiyi; şikayәti vermiş şәxs şikayәtindәn imtina etmәsi vә tәqsirlәndirilәn şәxslә barışması vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdiyi hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPMnin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Birinci instansiya mәhkәmәsi iş üzrә mübahisәlәndirilәn qәrarında qeyd etmişdir ki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 296 vә 297-ci maddәlәrindә nәzәrdә tutulan cinayәt әmәllәri xüsusi ittiham qaydasında tәqib edilәn cinayәt әmәli deyildir. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 37.2-ci maddәsinә әsasәn xüsusi ittiham qaydasında cinayәt tәqibi yalnız zәrәr çәkmiş şәxsin şikayәti әsasında Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147, 148, 165.1 vә 166.1ci maddәlәrindә göstәrilәn cinayәtlәr üzrә hәyata keçirilir vә mәhkәmә müşavirә otağına gedәnәdәk zәrәr çәkmiş şәxs tәqsirlәndirilәn şәxslә barışdıqda ona xitam verilir. Hәmin Mәcәllәnin 37.3-cü maddәsinә әsasәn ictimai-xüsusi ittiham qaydasında cinayәt tәqibi zәrәr çәkmiş şәxsin şikayәti әsasında vә ya bu Mәcәllәnin 37.5-ci maddәsindә nәzәrdә tutulmuş hallarda prokurorun tәşәbbüsü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 vә 201.1-ci maddәlәrindә göstәrilәn cinayәtlәrә görә hәyata keçirilir. Hәmin Mәcәllәnin 37.6-cı maddәsinә әsasәn bu Mәcәllәnin 37.2 vә 37.3-cü maddәlәrindә göstәrilmәyәn digәr cinayәtlәr üzrә cinayәt tәqibi ictimai ittiham qaydasında hәyata keçirilir. Göründüyü kimi, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsindә xüsusi ittiham vә ictimai-xüsusi ittiham qaydasında tәqib edilmәli olan cinayәt әmәllәrinin siyahısı konkret göstәrilmişdir vә Cinayәt Mәcәllәsinin 296 vә 297-ci maddәlәrindә göstәrilәn cinayәtlәr üzrә cinayәt tәqibi ictimai ittiham qaydasında hәyata keçirilir. Hәmçinin Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 302.1.5-ci maddәsindә göstәrilmişdir ki, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir. Hәmçinin, şikayәt әrizәsindә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxsin Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsinin hansı hissәsindә nәzәrdә tutulmuş әmәli törәtmәsi fәrqlәndirilmәmiş, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxsin doğulduğu il, mәşğuliyyәt növü vә vәzifәsi qeyd edilmәmiş, hәmçinin şikayәt әrizәsinin verildiyi yer göstәrilmәmiş, bununla da şikayәt әrizәsinin forma vә mәzmununa riayәt edilmәmişdir. Bundan başqa, şikayәt әrizәsindә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs istinad edilәn әmәldә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147-ci maddәsinin tәrkib әlamәtlәri müәyyәn edilmәmişdir. Belә ki, mәhkәmә iclasında müәyyәn edilmişdir ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Xüsusi ittihamçı barәsindә şikayәtlә hüquq mühafizә orqanına müraciәt etmişdir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarının 5-ci bәndindә qeyd edilmişdir ki, böhtan vә tәhqir xarakterli mәlumatlar mәtbuatda dәrc edilmәklә, radio vә televiziya verilişlәrindә sәslәndirilmәklә, elektron vasitәlәrlә yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilmәklә, әsәrlәrdә tәsvir edilmәklә, yığıncaq vә toplantılarda deyilmәklә, mәktub, әrizә vә şikayәtlәrdә göstәrilmәklә, idarә, müәssisә vә tәşkilatlardan çıxan sәnәdlәrdә әks etdirilmәklә vә sair üsullarla yayıla bilәr. Lakin, CM-nin 147 vә 148-ci maddәlәrinin mәnasına görә, şәxs böhtana, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları yaymaya vә tәhqirә, yәni şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltmaya görә o halda cinayәt mәsuliyyәtinә cәlb edilә bilәr ki, tәhqir vә böhtan xarakterli mәlumatlar onun tәrәfindәn kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütlәvi çıxış dedikdә, hәr hansı şәxsin şәrәf vә lәyaqәtini alçaldan vә ya onu nüfuzdan salan mәlumatları әn azı iki nәfәr kәnar şәxsin görә, eşidә vә ya qavraya bilәcәyi formada ifadә etmә başa düşülür. Kütlәvi nümayiş etdirilәn әsәr dedikdә, әn azı iki nәfәr kәnar şәxsin görә vә ya qavraya bilәcәyi şәraitdә nümayiş etdirilәn әsәrlәr (fotoşәkillәr, rәsm әsәrlәri, kinematoqrafıya әsәrlәri, reklam vә sair) başa düşülür. Kütlәvi informasiya vasitәsi vә kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdә, dövri mәtbu nәşrlәr, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şәbәkәlәri, dövri mәtbuatın vә teleradio kanallarının internet saytları vә digәr yayım formaları başa düşülür. Böhtan vә tәhqir xarakterli mәlumatların müxtәlif orqan vә tәşkilatlara ünvanlanmış әrizә vә şikayәtlәrdә әks olunması vә ya ona aid olan şәxsә tәklikdә bildirilmәsi hәmin mәlumatların kütlәvi çıxış şәklindә yayılması sayılmır vә belә hallarda onları yaymış (bildirmiş) şәxsin hәrәkәtlәrinin cinayәt kimi qiymәtlәndirilmәsi istisna edilir. Qanunvericiliyin tәlәbindәn dә göründüyü kimi böhtan xarakterli mәlumatların müxtәlif orqan vә tәşkilatlara ünvanlanmış әrizә vә şikayәtlәrdә әks olunması hәmin mәlumatların kütlәvi çıxış şәklindә yayılması sayılmır vә belә hallarda onları yaymış (bildirmiş) şәxsin hәrәkәtlәrinin cinayәt kimi qiymәtlәndirilmәsi istisna edilir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli, ** saylı Qәrarına istinad etmәklә qanuni vә әsaslı nәticәyә gәlmişdir. Prosessual qanunvericiliyin tәlәbindәn vә mәnasından göründüyü kimi hәr şәxsin xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilib baxılması üçün ilk növbәdә şikayәt prosessual qaydalara uyğun tәrtib olunmalıdır. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtlәrinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtlәrini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin, hesab edir ki, barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası CPM-nin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147, 296 vә 297-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. “Arbitrium” Vәkil Bürosunun vәkili Müdafiәçi tәrәfindәn barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә, 5 (beş) saat üçün cәmi 55 (әlli beş) manat dövlәt büdcәsindәn “Arbitrium” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn İbrahim İbrahimli Hakimlәr: Anar İbrahimov Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar