Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-974/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – X2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Qanunçuluq” vəkil bürosunun vəkili müdafiəçi1 İlyas oğlunun, məhkum – Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.2.1 və 216cı maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Məhkəmə sənədlərindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.2.1 və 216-cı maddələri ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim E.A.Nuriyev) ## ###### 2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Qərardan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 İlyas oğlu hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı məhkumun apellyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini məhkəmə sənədləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının təkliflərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpası haqqında vəsatətinə münasibətdə qərar qəbul edərkən, daxil olmuş vəsatətin məzmununa uyğun olaraq, qanunun tələblərinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunun tələbinə və daxil olmuş vəsatətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş apellyasiya şikayəti, həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair" ## ####### 2011-ci il tarixli qərarında xüsusi olaraq qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.2.1 və 216-cı maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 384 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.2.1 və 216cı maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” vəkil bürosunun vəkili müdafiəçi1 İlyas oğlu tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-974/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-974/2026
22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver