Məhkəmə qərarları › İş №1(3-6)-977/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-977/2026

04.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-977/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakim X6 oğlunun sədrliyi, X3 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə) ##.##.1985-ci ildə Naxçıvan MR, Sədərək kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, fərdi yaşayış evində yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilərək cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşının bildirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 19110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda 849,623 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib törədilən cinayət əməli barədə məlumatı olmayan şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyaraq orada saxlayıb Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə, saat 00:01-də Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində şahid2 idarə etdiyi “Toyota Prius” markalı **-OE-*** qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 00:05-dən etibarən Təqsirləndirilən şəxs üstü yoxlanılmaqla, ardınca törədilən cinayət əməli barədə məlumatı olmayan şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən 02 ədəd qara rəngli sellefon torbanın içərisində 15 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2000 qram, 1150 qram, 800 qram, 885 qram, 875 qram, 2000 qram, 895 qram, 2030 qram, 2050 qram, 1915 qram, 850 qram, 870 qram, 920 qram, 995 qram, 875 qram olmaqla ümumilikdə külli miqdarda 19110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 245,961 qram, 176,766 qram, 243,37 qram və 183,526 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 849,623 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ona köməklik edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, hökmdən narazıdır və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilmir. Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, mübahisələndirilən hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsindən həmin məcəllənin 234.1ci maddəsinə tövsif edilməsini, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, onun himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının1.16-cı bəndində nəzərdə tutulan şəxslər kateqoriyasına aid olduğundan həmin Qərarın 5.1-ci maddəsinə əsasən, onu təyin ediləcək cəzadan azad etməklə məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində ittihamda qeyd edildiyi kimi ## ##### 2025-ci il tarixdə saat 00:01də deyil, ## ##### 2025-ci il tarixdə 8-9 nəfər polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanıldıqdan sonra polis əməkdaşlarının ona müdafiəçi ilə bağlı hüquq və vəzifələrini izah etmədiyini, ona müdafiəçi təqdim edilmədiyini, polis əməkdaşlarının onu saxladıqdan sonra kənara aparıb zor tətbiq etməklə döydüklərini, polis əməkdaşlarının ona dizindən, kürəyindən, başından və digər nahiyələrindən xəsarətlər yetirdiklərini, sonra polis əməkdaşlarının mobil telefon vasitəsi ilə onun atası ilə görüntülü danışdıqlarını, polis əməkdaşlarının ona atası ilə danışıb işini həll etdiyini, çəkiliş aparacaqlarını, həmin çəkilişin “boş şeydir” dediklərini, onu buraxacaqlarını dediklərini, o, həm polis əməkdaşlarından qorxduğunu, həmdə polis əməkdaşları tərəfindən aldadılaraq saxlanıldıqdan bir saat sonra aparılmış video çəkiliş zamanı avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu dediyini, həmin ifadəsini təsir və təzyiq altında verdiyi üçün təsdiq etmədiyini bildirmişdir. ## ####### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş polis əməkdaşı şahid1 istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq ifadə vermiş, Təqsirləndirilən şəxs dörd nəfər polis əməkdaşı ilə birlikdə saxladıqlarını, dərhal çəkilişin aparıldığını, həmin vaxt Vüqara müdafiəçi ilə bağlı hüquqlarının izah edildiyi bildirmişdir. Şahid şahid1 məhkəmədə verdiyi ifadə Təqsirləndirilən şəxs ifadəsi, onun üzərinin yoxlanılmasının, avtomobilə baxış keçirilməsinin video çəkilişini özündə əks etdirən diskə baxış zamanı müşahidə edilənlərlə tam təkzib olunmuşdur. ## ###### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs daş ustası kimi tanımışdır. Vüqarın sifarişi ilə dəfələrlə ona gips və bu kimi məhsullar alıb vermişdir. Hadisə günü Vüqarı idarə etdiyi “Toyota Pirius” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa qəsəbəsinə aparmış, sonra yaşadığı ünvana geri qaytarmışdır. Polis əməkdaşları onu və Vüqarı saxladıqdan sonra avtomobilindən 300-400 metr məsafə kənara aparmış, oradan avtomobili gözlə müşahidə etmək imkanı tam məhdudlaşdırmışdır. Həmin vaxt avtomobilin qapıları açıq vəziyyətdə qalmışdır. Polis əməkdaşları onları saxladıqdan 30- 40 dəqiqə sonra video çəkiliş aparmışlar. Vüqar Allahverdiyevə verilmiş ittihamda qeyd edilmişdir ki, o, guya qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Guya, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı "Vəli" adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşının bildirdiyi Bakı şəhəri, Sabunçu qəsəbəsi Maştağa qəsəbəsi ərazisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 19110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda 849,623 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib törədilən cinayət əməli barədə məlumatı olmayan şahid2 idarə etdiyi "Toyota Prius" markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyaraq orada saxlayıb Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 00:01-də Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində şahid2 idarə etdiyi "Toyota Prius" markalı **-OE-*** qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 00:05-dən etibarən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, ardınca törədilən cinayət əməli barədə məlumatı olmayan şahid2 idarə etdiyi "Toyota Prius" markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən 02 ədəd qara rəngli polietilen torbanın içərisində 15 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 2000 qram, 2000 qram, 800 qram, 885 qram, 875 qram, 2000 qram, 895 qram, 2030 qram, 2050 qram, 1915 qram, 850 qram, 870 qram, 920 qram, 995 qram, 875 qram olmaqla ümumilikdə külli miqdarda 19,110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 245,961 qram, 176,766 qram, 243,37 qram və 183,526 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 849,623 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Halbuki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı "Vəli" adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşması, cinayət əlaqəsinə girməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, 19,110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 849,623 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, satışını realizə etməsi barədə cinayətkar planlarının olması təsdiq edilməmişdir. İstintaq orqanı “Vəli” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən etməyə səy göstərməmiş, bununla bağlı istintaq hərəkətləri həyata keçirməmiş, 19.110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 849,623 qram çəkidə psixotrop maddə metamfetamini kimin, nə vaxt və hansı səbəbdən haraya qoyduğunu müəyyən etməmiş, qeyd olunan narkotik vasitənin və psixotrop maddənin qoyulduğu hadisə yerinə baxış keçirilməmiş, narkotik vasitənin və psixotrop maddənin konkret olaraq haraya qoyulduğu müəyyən edilməmiş, həmin ərazinin kimə məxsus olması müəyyən edilməmiş, belə şəxsin ifadəsi alınmamış, hadisə yerinin ətrafında ayaq izlərinin olub-olmadığına aydınlıq gətirilməmiş, belə izlər olduğu halda götürülməmiş və iş üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham və tərtib edilmiş ittiham aktında qeyri-müəyyən ifadələrə geniş yer verilmiş, bununla da, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyin tələbləri və Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuş, o, nədə təqsirli olduğunu və nədən müdafiə olunmalı olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Müalicə Müəssisəsinə daxil olarkən bədəni üzərində hansı xəsarətlərin olması, saxlandığı müddət ərzində hər hansı bir xəsarəti və ya xəstəliyi ilə əlaqədar tibbi qeydiyyata alınıb-alınmaması barədə məlumat verilməsi məqsədi ilə ## ######## 2025-ci il tarixdə *** nömrəli vəkil sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ## ###### 2025-ci il tarixli **-**/*** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından psixi sferanın müayinəsi məqsədi ilə Müalicə Müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator instrumental müayinələrdən keçirilmiş, psixiatr tərəfindən kunsultasiya edilmişdir. Nəticədə, “F-60.3 Emosional davamsız şəxsiyyət pozuntusu, hazırda nisbi kompensasiya vəziyyəti, anemnezində özünə xəsarət yetirmə halları ilə” diaqnozu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kafi vəziyyətdə ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının ## ###### 2025-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı o, xəstəlik keçirmədiyini bildirmişdir. Sorğu zamanı həbs olunanda xəsarət aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman hər iki saidin ön bayır səthi, qarnın ön divarında, alının sağ səthində cızılmış üzəri qərtməkli yaraları aşkar edilmişdir. İlkin tibbi müayinənin nəticəsinə ona "Narkomaniya?" diaqnozu qoyulmuşdur. Təcridxanada saxlanıldığı müddətdə müayinələrdən keçirilmişdir (R-müayinədə-Ağ ciyərlərdə patoloji kölgəliklər aşkar edilməmişdir, USM müayinəsində-qaraciyərin diffuz dəyişikliyi). ##.##.2025-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin həkim-psixiatrı tərəfindən konsultasiya olmuş və ona "Emosional davamsız şəxsiyyət pozuntusu, isterik(dissosiativ) reaksiyalar. Hazırda nisbi kompensasiya vəziyyəti" diaqnozu qoyulmuş və ambulator məsləhətlər verilmişdir. ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixdək Penitensiar Xidmətin Müalicə müəssisəsində "Psixi sferanın müayinəsi" diaqnozu ilə müalicə olmuşdur. ##.##.2025-ci il tarixdən ambulator müalicələr alır. Həkim nəzarətindədir. Səhhətinə ümumi qaydada nəzarət olunur. Təqsirləndirilən şəxs X5ndə qeydiyyatda olub-olmaması, qeydiyyatda olduğu halda hansı vaxtdan, hansı diaqnozla qeydiyyatda olması, müalicə alıb-almaması barədə məlumat verilməsi məqsədi ilə ## ######## 2025-ci il tarixdə *** nömrəli vəkil sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq X5 ## ####### 2025-ci il tarixli **/** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2021-ci il və ## ###### 2021-ci il tarixdə “X5” MMC-nin sığorta şöbəsinə “Premium” Sığorta vasitəsi ilə müraciət etmişdir. Həkim-nevropatoloq tərəfindən müayinə olunmuş, “Asteno nevrotik sindrom” diaqnozu qoyulmuşdur. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" X4 tərəfindən verilmiş ##.##.2023-ci il tarixli, ***/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı xəsarətlər aşkar edilmişdir: a) sağ budun və hər iki saidin ağımtıl-dəri rəngli kəsilmiş yara izləri olan(köhnə) çapıqları; b) hər iki saidin, qarnın ön divarının, sağ bazunun qırmızımtıl rəngli kəsilmiş səthi dəri yaraları. Qeyd olunan xəsarətlər-iti kənarı və ucu olan əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətlərinə görə "a" qrup xəsarətləri müayinədən 1-1,5 il əvvələ, "b" qrup xəsarətləri isə ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən 1-2 gün əvvələ uyğun gəlir, şəxsin özü tərəfindən yetirilməyə xarakterdirlər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra kənara aparılmış, polis əməkdaşları tərəfindən döyülmüş, ona müxtəlif bədən xəsarətləri yetirilmiş, zorakılığa, hədə-qorxuya məruz qoyulmuş, həmçinin, polis əməkdaşları işini həll edəcəkləri barədə yalan vəd verib onu aldatmış, bununla da, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olması barədə etiraf edici ifadə verməsinə nail olmuşlar. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Bundan başqa, akı Ağır Cinayətlər Məhkəməsinə ## ###### 2026-cı il tarixdə aşağıda qeyd edilən yeddi bənddən ibarət vəsatət təqdim edilmişdir: 1. Təqsirləndirilən şəxs atası Adil Şahverdiyevin məhkəmədə şahid qismində dindirilməsi. - Zərurət: Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ## ##### 2025-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən bir neçə polis əməkdaşının onun yaşadığı evə gedib atası Adillə danışıq apardıqlarını, polis əməkdaşları onun saxladıqları yerdən uzaqlaşdırdıqdan sonra mobil telefon vasitəsi ilə atası Adillə görüntülü danışdıqlarını bildirmişdir. Həmin xüsusatla, eləcə də Təqsirləndirilən şəxs psixi sağlamlıq vəziyyəti barədə atası Adil Şahverdiyev şahid qismində dindirilməlidir. 2. ##.##.2025-ci il tarixli məhkəmə iclas protokolu ilə müdafiə tərəfinin tanış olması. - Zərurət: Həmin gün cinayət işi üzrə şahid2 şahid qismində ifadə vermişdir. Şahid şahid2 ifadəsi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edir və müdafiə tərəfi üçün Təqsirləndirilən şəxs müdafiə hüququ baxımından əhəmiyyətlidir. Məhkəmə iclas protokolunda şahid2 ifadəsinin düzgün yazılıb-yazılmamasının müəyyən edilməsi üçün müdafiə tərəfi həmin protokolla tanış olmalıdır. 3. Maddi sübut olan qurudulmuş marixuana və metamfetaminə baxış keçirilməsi və tanış olmaq. - Zərurət: Təqsirləndirilən şəxs ifadəsində 19110 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananın və 849,623 qram miqdarında psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, o, şahid2 “Toyota Pirius” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilindən düşdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb oradan uzaqlaşdırıldığını, həmin vaxt polis əməkdaşlarının həmin maddələri torbalarda avtomobilə qoyub onun müdafiə hüququnu pozmaqla üzərində qanunsuz sənədləşmə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi 200 qram miqdarında qurudulmuş marixuananın torbasının kiçik ölçüdə olduğunu, polis əməkdaşlarının qoyduğu maddələrin olduğu torbaların isə böyük ölçüdə olduğunu bildirmişdir. Maddi sübutlara baxış keçirilərkən Təqsirləndirilən şəxs bununla bağlı ifadə verməlidir. 4. Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi. - Zərurət: Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilib bu barədə cinayət işinə ##.##.2025-ci il tarixli **** nömrəli rəy əlavə edilsə də, həmin rəydə ekspertlər Təqsirləndirilən şəxs psixi xəstəliyinin olmadığını, bununla bağlı hər hansı bir tibb müəssisəsində müalicə almadığını, sənədlər təqdim etmədiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən Diaqnostika Mərkəzində müalicə aldığını və Səadət adlı qadının onun həkimi olduğunu bildirmişdir. Bununla bağlı tərəfimdən ## ######## 2025-ci il tarixdə X5 *** nömrəli vəkil sorğusu göndərilmişdir. Həmin sorğuya verilmiş ## ####### 2025-ci il tarixli **/** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2021ci il və ## ###### 2021-ci il tarixdə “X5” MMC-nin sığorta şöbəsinə “Premium” Sığorta vasitəsi ilə müraciət etmişdir. Həkim-nevropatoloq tərəfindən müayinə olunmuş, “Asteno nevrotik sindrom” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, ekspert tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli rəy əsaslı deyildir. 5. Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizasının keçirilməsi. -Zərurət: Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ## ##### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını, müxtəlif xəsarətlər aldığını, bundan başqa sağ ayağının diz nahiyyəsində 4cü dərəcəli artiroz olduğunu, səhhəti ilə əlaqədar saxlanıldığı Bakı İstintaq Təcridxanasında və eləcə də, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə aldığını bildirmişdir. Bununla bağlı ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində və Bakı İstintaq Təcridxanasına *** nömrəli vəkil sorğusu göndərsəm də, həmin sorğuya bu günə qədər müddətdə qanunla nəzərdə tutulmuş qaydada və vaxtda cavab verilməmişdir. 6. Təqsirləndirilən şəxs saxlanıldığı “Toyota Pirius” markalı, **- OE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü şahid2 əvvəllər məhkəmələrdə şahid qismində (hal şahidi) və ya digər qismində iştirak edib-etməməsinin müəyyən edilməsi üçün elektron məhkəmə informasiya sistemindən məlumatların götürülməsi. -Zərurət: şahid2 idarə etdiyi “Toyota Pirius” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilsə də, o, şübhəli şəxs qismində tutulmamış, üzəri yoxlanılmamış və dərhal sərbəst buraxılmışdır. Polis əməkdaşlarının bu davranışı müdafiə tərəfində əsaslı şübhələr yaratmış, Təqsirləndirilən şəxs cinayət törətməsinə hansısa şəxslər tərəfindən təhrik edildiyi, bu işdə şahid2 fəal iştirak etdiyi ehtimalını artırmışdır. 7. Təqsirləndirilən şəxs təqsirləndirildiyi ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işinin mövcud vəziyyəti barədə məlumatın əldə edilməsi. -Zərurət: Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən şəxsin olub-olmaması, cinayət işinin hansı orqanın (istintaq, prokurorluq, məhkəmə) icraatında olması, təqsirləndirilən şəxs qismində cəlb edilən şəxs olduğu halda həmin şəxsin kim olması, həmin şəxsin Təqsirləndirilən şəxslə əlaqəsinin olub-olmaması, cinayət işi üzrə hansı istintaq hərəkətlərinin aparılması, istintaqa kimlərin dəvət edilməsi müəyyən olunmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsi vəsatətin 1-ci, 2-ci, 4-cü və 6cı bəndləri təmin edilsə də, qalan hissələri əsassız olaraq təmin edilməmiş, bununla da Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Hüquqlarının müdafiə etdiyi Təqsirləndirilən şəxs oğlu Şahverdiyev İqbal Vüqar oğlu karate idman növü ilə məşğul olur, mütəmadi olaraq yarışlarda iştirak edir, müxtəlif çəki dərəcələrində yaxşı nəticələr göstərmiş, çoxlu sayda diplomlarla mükafatlandırılmışdır. Hazırda, Təqsirləndirilən şəxs həbsdə olması, o cümlədən ona uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyi təqdirdə onun oğlunun idman karyerasına mənfi təsir göstərəcəkdir. Belə ki, İqbal Şahverdiyev 27-## ###### 2022-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş 17-ci X15 25 kq çəki dərəcəsində 2-ci yerə layiq görülmüş, bu barədə ona diplom təqdim edilmişdir. İqbal Şahverdiyev ## ###### 2024-cü il tarixdə Vətən müharibəsi şəhidi Elfaq Nağıyevin əziz xatirəsinə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında Fudokan karate üslubu üzrə turnirdə 40 kq çəki, 10-11 yaş arasında II yeri tutduğuna görə diplomla təltif olunmuşdur. İqbal Şahverdiyev Zəfər Gününə həsr edilmiş “Dəmir Yumruq” Açıq Respublika Turnirində 30 kq çəki, 8-9 yaş WKF versiyası arasında II yeri tutduğuna görə diplomla təltif olunmuşdur. İqbal Şahverdiyev Qarabağ Karate Klubunun təşkil etdiyi III Klublararası Birinciliyində 20 kq çəki, 6 yaşda II yeri tutduğuna görə diplomla təltif olunmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları və sübutların təsviri: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi, ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, şizofren xəstəsidir. Psixiatrik dərmanlar istifadə edir. Narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Avtomobil gəlib dayanmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkldaşları gəlib qolunu burub avtomobillə aparmışlar. Bağlamaları avtomobildən çıxarmamışlar. Onu aparıb yeddi-səkkiz nəfər döymüşlər. Demişlər ki, ondan patı da çıxacaq. O da bildirmişdir ki, ondan patı çıxa bilməz. Ondan dörd büküm də patı çıxarmışlar. Dekabr ayının sonlarına kimi İstanbulda olmuş, Azərbaycanda olmamışdır. Polis əməkdaşları Mərdəkana da gəlmişlər. Orda onlarla üzləşmişlər. O, polis əməkdaşlarının onu döydüyünü bildirmiş, polis əməkdaşları da onu döydüklərini inkar etmişlər. İstanbuldan psixiatrik dərmanlar qəbul edib gəlmişdir. Hər gün psixiatrik dərmanlar qəbul edir. Heç vaxt patıdan istifadə etməmişdir. Qanından narkorik vasitə aşkar edilməmişdir. 14 il müddətində, 2024-cü ilə kimi SOCAR-ın Təhlükəsizlik İdarəsində işləmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tutulana kimi Türkiyədə heykəltaraşlıqla məşğul olmuş, dekor işləri görmüşdür. İstanbulda işlədiyi yerdə bir nəfər fars olmuş, onlar danışıb bir birini başa düşmədiyi üçün Vəli adlı şəxsə zəng etmiş, Vəli onları başa salmış, Vəli ilə münasibəti belə yaranmışdır. Marixuana çəkir, mütəmadi istifadə etmir. Bəzən elə olmuşdur ki, marixuana almamışdır. Vəli ilə narkotik vasitə almaqla bağlı söhbəti olmuş, bu söhbət tutulduğu gün olmuş, ondan əvvəl Vəli ona təklif etmişdir ki, pul at sənə narkotik göndərim. Vəli ona 200 qram marixuana atmalı idi. 200 qram marixuananı daha əvvəl görmüşdür. 200 qram marixuananı atanda ona konum atmış, divarın kənarını çəkib atmış, konuma taksi sürücüsü Sənanla birlikdə getmiş, daha əvvəl Sənanla birlikdə narkotik dalınca getməmişdir, bildiyinə görə Sənan narkotik vasitə istifadəçisi deyil. Konumda iki ədəd qara sellofon tapmış, üstü paltar olmuş, fikirləşmişdir ki, zibillik olduğuna görə özü qəsdən üstünə paltar doldurmuşdur. Sellofonları götürüb maşına qoymuşdur, hərəsi təxminən iki-üç kilo olarmış. Sənan maşına qoyduqlarının nə olduğunu soruşmuş, o da dekora lazım olan penoplanst olduğunu demişdir. Konuma gecə saat 01-ə işləmiş getmişdir. Sənan onun narkotik istifadəçisi olduğunu, narkotik dalınca gertdiyini bilməmişdir. Maşında torbanı açmamış, paltarlı götürmüşdür ki, şübhə doğurmasın. Narkotiki götürdükdən sonra 45 dəqiqəyə gəlmiş, məhləyə gəlib çatanda görmüşdür ki, 4 maşında 7-8 nəfər gəlib onu gözləyir. Maşından düşmüş, onlar gəlib yanına yaxınlaşmış, qolunu burub başqa bir maşına mindirib 1 km uzağa aparmışlar. Orda onu döymüşlər, ondan sonra demişlər ki, onu tutmayacaqlar, onlara çəkiliş lazımdır ki, rəisə göstərsinlər, onu buraxsınlar. Bidiyinə görə Sənanı aparmamışlar. Çəkiliş qapının ağzında olmuş, çəkiliş zamanı nə deyiblər onu təkrarlamışdır. Çəkiliş zamanı demişdir ki, “burda 12 kq narkotik var. Onu götürmüşəm ki, iki ayrı adresə atım. Bunun müqabilində mənə 2000 manat pul veriləcək”. Vəliyə 200 qram marixuanaya görə 900 manat pul göndərmişdir. 900 manatı M10 vasitəsilə 3-4 gün içində hissə-hissə göndərmişdir. Bir dəfə doldurub çəkməyə bir kibrit qutusundan az marixuana gedir. 200 qramdan 30-35 dəfədən çox istifadə edə bilərdi. Müstəntiqə polis əməkdaşlarının onu döydüklərini deməmişdir. Onu tutan polislərlə müstəntiq ayrı adamlar olmuşlar. Müstəntiq ona təzyiq, təsir göstərməmişdir. Müstəntiq tərəfindən BMCMİdə dindirilərkən onu tutan polis əməkdaşları orda olmamışlar. Sanksiya zamanı hakimə də orda dediyi kimi demişdir. Sanksiya üçün hakim qarşısına çıxarılanda demişdir ki, pula ehtiyacı olduğu üçün Vəli ilə razılaşmışdır. Nərimanov RM-də polislərin onu döydüyünü hakimə deməmişdir. Polislər onu evinin darvazasının qarşısında saxlamışlar. Polislər onu tutmadan əvvəl evində olmuşlar. Hətta biri oturub həyətdə atası ilə birlikdə çay içmişdir. Onu 8-9 nəfər polis əməkdaşı saxlamış, maşına oturdub məhlədən uzaqlaşdırmışlar. Maşının içində onu döymüşlər. Onu döyən şəxslərin adlarını bilmir. Qolunu arxadan qandallayıb, onu yumruq, təpiklə döymüşlər. Təcridxanaya gətirəndə ciyərinin üstündə şiş olmuşdur. Həmin xəsarəti təcridxanada həkimin qeydiyyata alıb-almadığını bilmir. Xəsarətlər nəticəsində kürəyində, dizində, başında şişlər olmuşdur. Onu aparandan bir saat sonra çəkiliş olmuş, vəkilini tələb etmiş, bildirdmişlər ki, boş şeydir, səni öldürmürük, tutumuruq, sən bizim dediklərimizi təkrarla, orda video çəkiliş aparaq, rəisimizə göstərək, sonra səni buraxacağıq. Çəkiliş zamanı da vəkili deməmişlər. Xəstəliyi ilə bağlı müalicələr almış, həkimi Səadət (diaqnostikada işləyən) doktor olmuşdur. Taksi sürücüsü ilə hadisədən 2-3 ay əvvəl tanış olmuş, Hövsan taksisi kimi tanımışdır. Polislərin onlara gəlməsini ata-anası təsdiq edə bilər. Onlar evdə olmuşlar. Polislərin onu döyməsini kənar şəxslər görməmişdir. Polis əməkdaşı atasınının yanından görüntülü zəng edib onun yanındakı polislə danışmış, atası ilə danışıb bu məsələni yoluna qoymaq istəmişlər. Atasının yanına gedəndə onu artıq döymüşlər. Polislər darvazanın qabağından zəng edib evi göstərmişlər. Başı partlamış, böyründə şiş yaranmış, təcridxanaya daxil olanda həkim onu müayinə etmiş, xəsarətlərinin səbəbini soruşmuş, o da polislərin döydüyünü demişdir. Xəstəliyi ilə bağlı Səadət həkim yoxlayıb resept yazmış, psixiotrop dərmanları Səadət həkim yazmışdır. Qolundakı xəsarətləri tutulandan sonra özü etmiş, özünü doğramışdır. Polislər onu psixolojik təsir altında saxlamışlar. Onu saxladıqdan sonra döymüşlər, Elməddin adlı polis əməkdaşı and içmişdir ki, iki qiz övladının canına and olsun ki, bu sənədləri imzala, problem olmayacaq. Onu aparıb evdən kənarda saxlamışlar. Bir nəfər də gedib atası ilə söhbət etmiş, ordan görüntülü zəng edib danışmışlar. Telefonda atasını göstərib demişdir ki, bax burdayıq. Maşında gözlədiyi müddətdə qollarını arxadan bağlamışlar. Orda onu döymüşlər. Ona vəkil təqdim etməmişlər. Onu Elməddin adlı polis əməkdaşından başqa hamı döymüşdür. Onları tutmağa 10 nəfər polis əməkdaşı gəlmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, ## ##### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, ## ##### 2025-ci il tarixdə saat 00:01də Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində “Toyota Prius” markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs bənzər şəxs və digər bir nəfər şəxsin dayanmasını görmüş və onlara yaxınlaşıb saxlamışlar. Özlərini təqdim etmişlər. Bundan sonra üzərlərində qanunsuz əşya varsa çıxarıb təqdim etmələrini bildirmişlər. Hər iki şəxsin üzərindən sadəcə mobil telefon aşkarlanmışdır. Bundan sonra “Toyota Prius” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa oturacaq hissəsindən 02 ədəd qara rəngli sellofan torbaları təqdim etmişdir. Həmin 02 ədəd sellofan torbanın içərisindən 15 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və 4 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Marixuananın təxminən 20 kq, metamfetaminin isə təxminən 1 kq-a yaxın çəkisi olmuşdur. Aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Vəli adlı şəxsin vasitəsilə Maştağadan götürdüyünü, ayrı-ayrı yerlərə çatdıracağını və bunun müqabilində ona 2000 manat pul veriləcəyini bildirmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində dörd nəfər iştirak etmişdir, məlumat Vüqar adlı şəxsin narkotik vasitələri götürüb Suraxanı ərazisində satacağı və Toyota Prius markalı maşında narkotik vasitə olması ilə bağlı daxil olmuşdur. Narkotikin mənbəyi məlum olmamışdır. Vüqarı saxladıqdan sonra yerində baxış keçirilmiş, protokolu özü yazmışdır. Saxladıqdan sonra şəxsə hüquqları izah olunmuş və dərhal hadisə yerinə vəkil dəvət edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi Hövsan qəsəbəsindən heykəltəraş sənətkar biri kimi tanıyır. Mütəmadi olaraq mozaik daş və gips daşınmasında təqsirləndirilən şəxsə kömək etmiş və bunun müqabilində ondan pul almışdır. Bir gün Vüqar ona zəng etmiş və onu Vişnyovka ərazisindən qəlib götürmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Paşa sığortada olmuş və yorğun olduğunu bildirmişdir. Lakin daha sonra qərara gəlmişdir ki, Vüqarla birgə Vişnyovka bağları adlanan əraziyə gedib qəlibi götürüb geri qayıtsın və Vüqar ona bildirmişdir ki, gediş – gəliş üçün ona 30 manat pul ödəyəcək. Hövsan qəsəbəsinə geri döndükdə evin qapisinin yanında onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmış, sonra onları idarəyə aparmışlar, daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışlar. İfadələrini orada aldıqdan sonra onu sərbəst buraxmışlar. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Hövsan qəsəbəsindən Vişnyovka bağları ərazisinə qəlibi götürmək üçün getmişlər. Təqsirləndirilən şəxs getdiyi ünvanı daha yaxşı tanıdığından yolu ona izah etmiş və eyni vaxtda da telefonla görüşəcəyi şəxslə danışmışdır. Həmin şəxs ona tıxacda oldugunu bildirmişdir. Sonra onlar qeyd etdiyi ünvana çatdıqda təqsirləndirilən şəxs maşından düşüb qəliblərin dalınca getmiş, o isə maşında gözləmişdir. Təxminən 5 dəqiqə sonra təqsirləndirilən şəxs əlində qara rəngdə çanta ilə geri dönmüşdür. Sonra Hövsan qəsəbəsinə geri qayıtdıqda Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları onları saxlamış və əməliyyat çəkilişi aparmışlar. Maşına baxış keçirilən zaman içərisində narkotik maddə olan çanta aşkar edilmiş, ona çanta barədə sual verildikdə bildirmişdir ki, narkotik maddələrdən istifadə etməmişdir, heç bir məlumatı yoxdur. Polis əməkdaşlarına bildirmişdir ki, təqsirləndirilən şəxsi narkotik maddələrlə məşğul olan biri kimi tanımamışdır. Əməliyyat çəkilişi zamanı orada bir cox suallar verilmiş və bir çox söhbətlər olmuş, lakin tam şəkildə sualları və söhbətləri xatırlamır. Ona qarşı heç bir fiziki təzyiq olmamışdır. Onlar tutulandan yarım saat sonra əməliyyat çəkilişi başlanmış, daha sonra onu hadisə yerindən 300-400 metr kənara aparmışlar. Apardıqları yer bağlı bir küçə olmuş, orda ona qarşı hər hansısa zorakı hərəkətlərə yol verilməmişdir, vizual olaraq həmin məsafədən maşınını görməmişdir, həm də hava cox qaranlıq olmuşdur. Daha sonra video çəkilişdə iştirak etmişdir. Əvvəllər narkotiklə bağlı heç bir tədbirdə iştirakı olmamışdır. Qaranlıq olduğundan həmin vaxt çantada hansı narkotik maddələrinin olduğunu anlamamışdır. Telefon işığından gördüyü qədəriylə qara rəngdə bir neçə bağlama olmuşdur, lakin tam olaraq neçə bağlama olduğunu xatırlamır. Həmin vaxt üzərindən yoxlanış zamanı açar, pul qabı çıxmış, daha sonra həmin əşyaları maşına qoymuşlar. Vüqarın əlində bir ədəd idman çantası olmuş, arxa qapını açıb çantanı maşına qoymuş, həmin vaxt çantanın içindəkinin qəliblər olduğunu düşünmüşdür. Ondan sonra Hövsan qəsəbəsinə gəlmişlər. Əvvəllər Suraxanı rayonu Asan xidmətdə perspektiv üzrə işləmişdir, Sabunçu rayonunu yaxşı tanıyır. Yolda olanda təqsirləndirilən şəxsə demişdir ki, tanışına desin ki, bu əraziləri yaxşı tanıyır. “Təqsirləndirilən şəxs narkotik maddəni İran İslam Respublikası vətəndaşından əldə edir və həmin maddələri ərazilərdə gizlədib İran vətəndaşından 2000 manat pul əldə edəcəkdi” ifadəsi ona məxsus deyil. O elə bir ifadə işlətməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gecə 3-4 radələrində vəkilin iştirakı ilə ondan izahat alınmışdır. Ayın 15-16-17-si idarədə olmuş, lakin həmin vaxt heç kim onu ifadə verməyə məcbur etməmişdir. İfadəsini verdikdə ona qarşı heç bir təhdid və ya təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Şahverdiyev Adil Məhərrəm oğlu gecə saat 12 radələrində qapı döyülmüş və bir nəfər hündür boy şəxs ünvanı soruşmuş, o da ondan kim olduğunu soruşmuş, o da cavabında bildirmiş ki, Vüqarla bir yerdə işləmiş, adı Əli olmuşdur. O bildirmişdir ki, Vüqar evdə yoxdur. Əli getdikdən 5-6 dəqiqə sonra mülki formada 4 nəfər şəxs həyətə girmiş, qapını açmağa gedəndə artıq onlar içəri daxil olmuşlar, Vüqarı külli miqdarda narkotik ilə tutduqlarını bildirmişlər və içəri keçmişlər, onlardan 2-i həyətdə gözləmiş, 2-i isə evin içərisinə girmişlər, ona vəsiqə göstərmişlər və R Elməddin Paşayev Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiyini demişdir. Otaqları gəzməyə başlamışlar, o nə axtardıqlarını soruşmuş, cavab verməyib evi axtarmağa davam etmişlər, dəhlizdə 1 kisə buğda olmuş, həmin kisədə nə olduğunu soruşmuşlar, buğda olduğunu demiş, təxminən 8-10 nəfər polis əməkdaşı növbəli şəkildə evin içərisinə girib çıxmışlar, həmin vaxt Vüqarı görməmişlər, onlar Vüqarı tutub aparmışlar, məhlədə də kim evdən çıxdısa “burada əməliyyat gedir” deyib onu evinə geri göndərmişlər, Vüqar üşüdüyü üçün gödəkçə istəmiş, təxminən saat 01:40 radələrində evdən çıxmışlar, çıxanda maşının nömrəsinin 90-040 olduğunu görmüş, seriya nömrəsi yadında qalmamış, sonradan həmin maşının Elməddin Paşayevin olduğu məlum olmuşdur, 2025-ci il ######ın #-da məktəbin həyətində o, polisə şikayət etmiş, lakin onun işinə baxmamışlar, hələ də o işə baxılmamışdır. Uşaq sağ dizindən xəsarət almış, qabaqcadan hazırlıq getdiyini güman etmiş, lakin Vüqarın tutulmasına şahid olmamdır, ona bir gənc oğlan onları məhlədə tutduqlarını məlumat vermiş və 300-400 metr kənara döymüşlər, onu vurmamışlar, lakin Vüqarı döymüşlər. Şahid ona verilən suallara cavab olaraq, Vüqarın 15 aprel saat 22 radələrində saxlanıldığını, evə baxış keçirilərkən video çəkilişin aparılmadığını, 16 aprel saat 00:01 radələrində polis əməkdaşları Vüqarı saxlasaydılar, onu görəcəyini, polis əməkdaşlarının saat 01:40 radələrində evindən çıxdıqlarını, Vüqarla görüntülü danışdığını, lakin səsinin xırıltılı gəldiyini bildirmişdir. ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun oğlu olmuş, təxminən saat 22 radələrində ona zəng edib bildırmişlər ki, qonşu məhləyə maşınlar gəlmiş, bacısıoğluna zəng edib nə baş verdiyini soruşmuş, o, orada qalmadığını bildirdmiş, təxminən gecə saat 12 radələrində qapı döyülmüş və bir nəfər hündür boy şəxs ünvanı soruşmuş, o da ondan kim olduğunu soruşmuş, o da cavabında bildirmiş ki, Vüqarla bir yerdə işləmiş, adı Əli olmuşdur. O bildirmiş ki, Vüqar evdə yoxdur. Əli getdikdən 5-6 dəqiqə sonra mülki formada 4 nəfər şəxs həyətə girmiş, qapını açmağa gedəndə artıq onlar içəri daxil olmuşlar, Vüqarı külli miqdarda narkotik ilə tutduqlarını bildirmişlər və içəri keçmişlər, onlardan 2-i həyətdə gözləmiş, 2-i isə evin içərisinə girmişlər, ona vəsiqə göstərmişlər və R Elməddin Paşayev Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiyini demişdir. Otaqları gəzməyə başlamışlar, o nə axtardıqlarını soruşmuş, cavab verməyib evi axtarmağa davam etmişlər, dəhlizdə 1 kisə buğda olmuş, həmin kisədə nə olduğunu soruşmuşlar, buğda olduğunu demiş, təxminən 8-10 nəfər polis əməkdaşı növbəli şəkildə evin içərisinə girib çıxmışlar, həmin vaxt Vüqarı görməmişlər, onlar Vüqarı tutub aparmışlar, məhlədədə kim evdən çıxdısa “burada əməliyyat gedir” deyib onu evinə geri göndərmişlər, Vüqar üşüyüdüyü üçün gödəkçə istəmiş, təxminən saat 01:40 radələrində evdən çıxmışlar, çıxanda maşının nömrəsinin 90-040 olduğunu görmüş, seriya nömrəsi yadında qalmamış, sonradan həmin maşının Elməddin Paşayevin olduğu məlum olmuşdur, 2025-ci il ######ın #-da məktəbin həyətində o, polisə şikayət etmiş, lakin onun işinə baxmamışlar, hələdə o işə baxılmamışdır. Uşaq sağ dizindən xəsarət almış, qabaqcadan hazırlıq getdiyini güman etmiş, lakin Vüqarın tutulmasına şahid olmamdır, ona bir gənc oğlan onları məhlədə tutduqlarını məlumat vermiş və 300-400 metr kənara döymüşlər, onu vurmamışlar, lakin Vüqarı döymüşlər. Şahid ona verilən suallara cavab olaraq, Vüqarın 15 aprel saat 22 radələrində saxlanıldığını, evə baxış keçirilərkən video çəkilişin aparılmadığını, 16 aprel saat 00:01 radələrində polis əməkdaşları Vüqarı saxlasaydılar, onu görəcəyini, polis əməkdaşlarının saat 01:40 radələrində evindən çıxdıqlarını, Vüqarla görüntülü danışdığını, lakin səsinin xırıltılı gəldiyini bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən aşağıdakı sübutlar tədqiq edilmişdir: - “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə saat 00:01-də Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin tarixdə saat 00:05-dən etibarən üzərinə və “Toyota Prius” markalı, **-OE-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmçinin şahid2 üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon, qeyd olunan avtomobilin arxa oturacağının üzərindən 02 ədəd qara rəngli sellefon torbaların içərisindən 15 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya və 04 ədəd bağlamada psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 10-13). - “Əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 02 ədəd mobil telefon, 02 ədəd sellefon torbada qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd zərfdə qablaşdırılmış psixotrop maddə metamfetamin, 01 ədəd DVD təhqiqata təqdim olunmuş və əşyalara baxış keçirilmişdir. 02 ədəd torbanın içərisində 15 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd zərfdə psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Qeyd olunan əşyalar təhqiqatçı tərəfindən götürülmüşdür (cild 1, iş vərəqi 16-18). - Məhkəmə-bioloji ekspertizasının ## ##### 2025-ci il tarixli, */*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim ağ kağız üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” yazısı və imzalar olan qara rəngli polietilen torbadakı 08 (səkkiz) ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 2030 qram; 2050 qram; 1915 qram; 850 qram; 870 qram; 920 qram; 995 qram; 875 qram və qara rəngli polietilen torbadakı 07(yeddi) ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 2000 qram; 1150 qram; 800 qram; 885 qram; 875 qram; 2000 qram; 895 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 19110 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1 iş vərəqi 45-49). - Məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs aşkar olunmuş...” qeydli kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 245,961 qram; 176,766 qram; 243,370 qram; 183,526 qram ümumi təmiz çəkiləri 849,623 qram olan ağ rəngli, krİ stal şəkili i kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 1 iş vərəqi 50-54). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1 iş vərəqi 133-136). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X4 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: a) sağ budun və hər iki saidin ağımtıl-dəri rəngli kəsilmiş yara izləri olan (köhnə) çapıqları; b) hər iki saidin, qarının ön divarının, sağ bazunun qırmızımtıl rəngli kəsilmiş səthi dəri yaraları. Qeyd olunan xəsarətlər- iti kənarı və ucu olan əşyanm(əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətlərinə görə “a” qrup xəsarətləri müayinədən 1-1,5 il əvvələ, “b” qrup xəsarətləri isə ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən 1-2 gün əvvələ uyğun gəlir, şəxsin özü tərəfindən yetirilməyə xarakterikdirlər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 171-174). - ##.##.2025-ci il tarixli **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatda alınması məsləhət görülür (cild 1, iş vərəqi 175-176). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Komisyon Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2026-cı il tarixli ** saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri {yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, ümumi və şəxsi gigiyena qaydalarına riayət etməsi, xarici görkəminə diqqət yetirməsi, ünsiyyətə meylli olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində xarici görkəminə görə səliqəli olması, məhsuldar söz təması yaratmağın mümkün olması, söhbətə fəal qoşulması, verilən sualları diqqətlə dinləməsi, yubanmadan, mahiyyətinə uyğun şəkildə və ətraflı cavablandırması, nitqinin adi tempdə və aydın olması, öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, təfəkkürünün adi tempdə və ardıcıl olması, qavrama yanlışlığının, aldatmalarının və sayıqlama fikirlərinin müəyyən edilməməsi, yaddaş və diqqətində kobud pozuntu aşkar edilməməsi, intellektual imkanlarının müstəqil olması, bilik ehtiyatının, təsəvvür zənginliyinin və təcrübi imkanlarının aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi, emosiyalarında ümumən sabitlik müşahidə edilməsi, keçihlən ekspertizanın məqsədini düzgün başa düşməsi, aparılan müayinənin gedişinə və onun ola biləcək nəticələrinə maraq göstərməsi, yaranmış vəziyyətə tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Bununla yanaşı Təqsirləndirilən şəxs xasiyyətin isterik tipli psixopatik cizgiləri qeyd edilir. Təqsirləndirilən şəxs istintaq təcridxanasında, məhkəmə zalında və hal- hazırkı psixiatrik müayinə zamanı nəzərə çarpan qəribəlikləri {yoxlanılan şəxsin müayinə gedişində bir qədər əsəbiliyinin, tez qıcıqlanmasının, davranışında nümayişkaranəlik elementlərinin nəzərə çarpması və s.) xasiyyətin isterik tipli psixopatik cizgiləri ilə əlaqələndirilir. Həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildikdən sonra özünə yetirdiyi xəsarətlər situasiya ilə əlaqədar etiraz olaraq verdiyi emosional reaksiyalar kimi qiymətləndirilir. II. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar/məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən (onun tərəfindən cinayətin törədildiyini istintaq orqanının israr etdiyi zaman) hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik keçirmişdirmi? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ## ##### 2025ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən(onun tərəfindən cinayətin törədildiyini istintaq orqanının israr etdiyi zaman) hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmədiyi müəyyən edilir. Sual 2. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən(onun tərəfindən cinayətin törədildiyini istintaq orqanının israr etdiyi zaman) öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdurmu, yəni anlaqlı olmuşdurmu? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən (onun tərəfindən cinayətin törədildiyini istintaq orqanının israr etdiyi zaman) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə VA.Şahverdiyev təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Sual 3. Hazırda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik vardırmı, o, hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarındadırmı, anlaqlıdırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. V. A. Şah verdiyevdə xasiyyətin isterik tipli psixopätik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sualın sonuncu hissəsinə cavab olaraq bildiririk ki, «anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı cavablandırılmır. Sual 4. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən (onun tərəfindən cinayətin törədildiyini istintaq orqanının israr etdiyi zaman) anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində (psixikanın pozulması nəticəsində), yəni öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən vəziyyətdə olmuşdurmu, o, hazırda həmin vəziyyətdədirmi? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən (onun tərəfindən cinayətin törədildiyini istintaq orqanının israr etdiyi zaman) anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sual 5. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşürmü, onun məcburi müalicəyə ehtiyacı vardırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. V A.Şahverdiyev hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Sual 6. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşürmü və bununla əlaqədar onun məcburi müalicəyə ehtiyacı vardırmı? Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. V. A. Şah verdiyevin hazırkı psixi durumuna görə məcburi müalicəyə ehtiyacı yoxdur. - Təqsirləndirilən şəxs telefon danışıqlarını müəyyən etmək üçün mobil operatorlardan məlumatların götürülməsi barədə Nərimanov rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərarı əsasında təqdim edilən “xxxx” MMC-dən daxil olmuş CD disklərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 077- ***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil operatorlara məxsus nömrələrə “Qaqas sen ozuvu iki gun lomkada saxlayıb kimise gozleyİrsen bu ne cavab verda dolamayinki milleti”, “Ay qaqas isde 270 manat alacaqim var 1 saatda isim isleye bilmirem duz qos gedim isim gorum pulumu alim isimi eymeki qaqas”, “Qaqa cavab ver deyecem ne elee”, “Qaqa alinmirsa basqa yeri yiqim”, “Elnur yari goturmek olar”, “Ay qaaas soz verirsen bir saata 2 saatdan artıqdı gozleyirem birazdan hecne tapmıyacam cavab verda gorum ne ediremdaaa”, “Qaqaw ac bidene he yox denendaa alinmirda denen alinmir, basimİzin caresine baxaq olmadimi seninki”, “Ay qaqaw olmadiki day belede saat 11 isleyib bele kayf olur sen lap zulum eledin ee. 01 ədəd CD diskdə iş üzrə əhəmiyyət kəbs edən hallar müəyyən edildiyindən ##.##.2025-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 169-170). - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdikləri mənbənin, şəxsiyyəti istintaqa məlum olmayan Vəli adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmiş, tapşırığa verilən cavab məktubunda qeyd edilmişdir ki, İran İslam Respublikası vətəndaşının kimliyini, eləcə də cinayət digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər keçirilsə də, müsbət nəticə əldə olunmamışdır (cild 1 iş vərəqi 160). - Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 163-164). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğunu iddia etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun CM-in 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətlərin dəlilərinə münasibət bildirilməsini zəruri hesab edir. Apellyasiya şikayətində məhkumun təqsirinin sübuta yetirilmədiyi, onun narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə ittihamın təsdiq olunmadığı, İran İslam Respublikası vətəndaşı “Vəli” adlı şəxslə qabaqcadan əlbir olması barədə sübutların olmadığı, narkotik vasitə və psixotrop maddələrin avtomobilə kim tərəfindən yerləşdirilməsinin müəyyən edilmədiyi, hadisə yerinə baxış keçirilmədiyi, digər istintaq hərəkətlərinin aparılmadığı göstərilmişdir. Həmçinin apellyasiya şikayətində məhkumun saxlanılması zamanı fiziki zorakılığa məruz qalması, müdafiə hüquqlarının izah edilməməsi, etirafedici ifadəsinin təzyiq altında alınması, şahid2 ifadələrinin və əməliyyat-axtarış tədbirinin nəticələrinin şübhəli olması, məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatətlərinin bir hissəsinin təmin edilməməsi, məhkumun psixi vəziyyətinin və bədənində olan xəsarətlərin lazımi qaydada araşdırılmaması barədə dəlillər irəli sürülmüşdür. Bundan başqa, cəza təyin edilərkən məhkumun himayəsində iki azyaşlı uşağının olması, uşaqlarından birinin karate idmanı ilə məşğul olması və atasının uzun müddət azadlıqdan məhrum edilməsinin onun idman karyerasına mənfi təsir göstərəcəyi barədə hallar göstərilərək cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkumun təqsirliliyi barədə nəticəyə yalnız onun ilkin ifadələrinə deyil, əməliyyat-axtarış tədbirinin nəticələrinə, tutulma və baxış protokollarına, maddi sübutlara, ekspertiza rəylərinə, şahid ifadələrinə, videoçəkilişlərə və digər sübutlara əsaslanaraq gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin sübutların hər biri ayrıca deyil, qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirildikdə Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Müdafiə tərəfi narkotik vasitə və psixotrop maddələrin avtomobilə polis əməkdaşları tərəfindən yerləşdirildiyini iddia etsə də, bu xüsusat iş üzrə obyektiv və mötəbər sübutlarla təsdiq olunmur. Əksinə, iş materiallarında olan videoçəkilişlər, avtomobilə baxışın nəticələri, aşkar edilmiş maddələrin qablaşdırılması və çəkilərinə dair ekspertiza rəyləri, habelə digər sübutlar bir-birini tamamlayır. Avtomobildə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ümumi miqdarının 19,110 qram qurudulmuş marixuana və 849,623 qram metamfetamin təşkil etməsi, maddələrin ayrı-ayrı bağlamalarda qablaşdırılması və avtomobilin arxa oturacağında aşkar edilməsi işin digər halları ilə birlikdə qiymətləndirildikdə, onların təsadüfi olaraq şəxsi istehlak məqsədilə saxlanılması barədə müdafiə tərəfinin dəlillərini təsdiq etmir. Müdafiə tərəfinin “Vəli” adlı şəxsin müəyyən edilməməsi barədə dəlili də məhkumun əməlinin qabaqcadan əbir olan bir qrup şəxs halında törədilməsi faktını istisna edən hal kimi qiymətləndirilə bilməz. Cinayətin digər iştirakçısının şəxsiyyətinin müəyyən edilməməsi, özlüyündə, iş üzrə artıq əldə edilmiş və məhkəmə tərəfindən bilavasitə tədqiq edilmiş sübutların hüquqi əhəmiyyətini aradan qaldırmır. Hər bir halda təqsirləndirilən şəxs də “Vəli” adlı şəxslə əlaqəsinin olduğunu öz ifadəsində də qeyd edir. Eyni zamanda, ittihamın əsaslandırılması üçün cinayətin bütün mümkün iştirakçılarının şəxsiyyətlərinin müəyyən edilməsinin məcburi şərt olması barədə apellyasiya şikayətindəki yanaşma qanundan irəli gəlmir. Məhkəmə hər bir təqsirləndirilən şəxsin konkret əməldə iştirakını iş üzrə əldə edilmiş sübutlar əsasında müəyyən etməlidir. Məhkumun polis əməkdaşları tərəfindən döyülməsi, ona müxtəlif xəsarətlər yetirilməsi və etirafedici ifadənin fiziki və psixoloji təzyiq altında alınması barədə dəlillər də məhkəmə kollegiyasının hökmün dəyişdirilməsi üçün əsas hesab etdiyi sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsi bu məsələni ayrıca araşdırmış, tibbi sənədləri, məhkəmətibb ekspertizasının rəyini, istintaq hərəkətlərinə dair protokolları və digər sübutları qiymətləndirmişdir. Məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkumun bədənində müəyyən edilmiş xəsarətlər özünə yetirməyə xarakterik olmuş və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmişdir. Bu nəticə məhkumun həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi barədə iddiasını obyektiv şəkildə təsdiq etmir. Müdafiə tərəfi məhkumun tutularkən müdafiəçi hüququnun izah edilmədiyini və müdafiə hüququnun pozulduğunu bildirir. Lakin bu dəlilin təsdiqi üçün apellyasiya şikayətində iş materiallarında olan konkret prosessual sənədlərlə təkzib olunmayan hər hansı hal göstərilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi məhkəmə baxışında bu məsələni araşdırmış və ittihamın sübut edilməsinə xidmət edən sübutların məcmusunu qiymətləndirmişdir. Bundan başqa, məhkumun təqsirliliyinə dair nəticə yalnız onun etirafedici ifadəsinə əsaslanmamış, iş üzrə əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər sübutlarla birgə qiymətləndirilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin müdafiə tərəfinin ## ###### 2026cı il tarixli vəsatətinin yalnız müəyyən hissəsini təmin etməsi müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Lakin vəsatətin təmin edilməməsi faktı öz-özlüyündə müdafiə hüququnun pozulması demək deyildir. Məhkəmə vəsatətin predmetinin iş üçün əhəmiyyətini, artıq mövcud sübutların həmin halları müəyyən edib-etməməsini və tələb olunan prosessual hərəkətin nəticəyə təsir imkanını qiymətləndirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmə müdafiə tərəfinin 1-ci, 2-ci, 4-cü və 6-cı bəndlər üzrə vəsatətlərini təmin etmişdir. Bu isə məhkəmənin müdafiə tərəfinin sübut təqdim etmək və onları araşdırmaq hüququnu tamamilə məhdudlaşdırmadığını göstərir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X19 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə metamfetaminin xüsusilə külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 400 qram, narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının (təmiz halda qramlarla) aşağı həddi 500 qram təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli * №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitə qurudulmuş marixuananın külli miqdar və psixotrop maddə metamfetaminin xüsusilə külli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da, məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, təqsirləndirilən şəxsin mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı sms-in aşkar edilməsini, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiqi məsələsinin həlli məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da o, pula ehtiyacı olduğunu və bu səbəbdən də Vəli adlı şəxsin təklifini qəbul etdiyini bildirmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin əməllərinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə tərəfindən məhkumun himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkumun oğlunun idman fəaliyyəti və onun yarışlarda əldə etdiyi nəticələr, əlbəttə, ailə münasibətləri baxımından əhəmiyyətli haldır. Lakin bu hal cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təyin edilmiş cəzanın qanuni həddə olmasını aradan qaldırmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin (***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 (on iki) saat üçün cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar