Məhkəmə qərarları › İş №1(3-6)-978/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-978/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-978/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Qarayeva Mehriban Cəfər qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi “Praym Leqal” Vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli nömrəli hökmü ilə (hakimlər Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 və X4 ibarət tərkibdə) ## #### 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda gündəlik evlərdə kirayə yaşamış, barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müsəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, profilaktik olaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minməsinədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs həmin məhkəmə hökmündən apellyasiya şikayəti verib, barəsində həbslə bağlı olmayan cəza, bu mümkün olmadığı halda daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ## #### 2026-cı il tarixli, *-**-**/**/*-****/**** nömrəli məktubu ilə göndərilmiş ərizəsində iş üzrə birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyinə görə həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi və dövlət ittihamçısı təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsinin qəbul edilib, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 91.5.33-cü maddəsinə əsasən özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. - 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. - 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilməli, buna görə təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 10 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 110 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 92.9.24, 91.5.33, 193.5, 390.1, 391.11 və 410-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətindən imtina etməsi qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. “Praym Leqal” Vəkil bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar