Məhkəmə qərarları › İş №1(3-6)-984/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-984/2026

16.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qәrar Bakı şәhәri İş № 1(3-6)-984/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr – Nuriyev Elnur Alәm oğlu (sәdrlik edәn vә mәruzәçi), Ibrahimli Ibrahim Adil oğlu vә Hüseynov Telman Qulamәli oğlundan ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X1, Xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun müdafiәçisi “Pro Bono” vәkil bürosunun vәkili X2 iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından Xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında ilkin açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinә şikayәt әrizәsi ilә müraciәt edәrәk, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk barәsindә hәmin maddәlәrin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәzanın tәyin edilmәsini xahiş etmişdir. Xüsusi ittihamçı hәmin xüsusi ittiham qaydasında şikayәtindә göstәrmişdir ki, şikayәtçi ##.##.2024-cü il tarixdәn ##.##.2026-cı il tarixәdәk Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin Bakı Istintaq Tәcridxanasında tәqsirlәndirilәn şәxs qismindә 349 vә *** saylı kameralarda saxlanılmışdır. Hәmin müәssisәyә R Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlu rәhbәrlik etmişdir. Şikayәtçi ##.##.2026-cı il tarixdә Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin Umbakı Penitensiar Müәssisәsinә etap olunduqdan sonra qәbul zamanı ona mәlum olmuşdur ki, mәhkum şәxslәrin uçot vәrәqәsinin şәxsi mәlumatlar qrafasında onun barәsindә “xüsusi nәzarәt”, “özünә xәsarәtә meyilli”, “digәr şәxslәrә meyilli”, “intihara meyilli”, “tabesizlik”, “xxxx” kimi qeydlәr aparılmışdır. Şikayәtçinin bildirdiyinә görә, müәssisә tәrәfindәn onu belә xarakterizә edәn mәlumatların qısaldılmış formada uçot vәrәqәsinә daxil edilmәsinin әsasını Bakı Istintaq Tәcridxanasının rәisi Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs tәrәfindәn imzalanaraq tәsdiq edilmiş qәrarlar tәşkil etmişdir vә hәmin qәrarlar qәbul edilәrkәn o, bu qәrarlarla tanış edilmәmişdir. Onun fikrincә, Bakı Istintaq Tәcridxanasının rәisi Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs tәrәfindәn bu xarakterli qәrarların qәbul edilmәsi qәrәzli olmuş, hәmçinin şikayәtçinin saxlanıldığı müәssisәdә cinayәt işi üzrә vәsatәt, әrizә vә şikayәtlәr göndәrmәsinә görә tәqib olunmasına yönәlmişdir. Onun barәsindә özünә aid olmayan xasiyyәtnamәnin vә insana layiq olmayan hәrәkәtlәrin törәdilmәsi barәdә hәqiqәtә uyğun olmayan mәlumatların şәxsi işinә daxil edilmәsi, yәni yalan olduğunu bilә-bilә onun şәrәf vә lәyaqәtini lәkәlәyәn, nüfuzdan salan mәlumatların yayılması vә tәhqir xarakterli ifadәlәrin işlәdilmәsi mәqsәdi daşımışdır. Şikayәtçi göstәrmişdir ki, qeyd olunan halların sübutu onun Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtindә saxlanılan şәxsi işindә öz tәsdiqini tapır (CPMnin 293.3.2-ci maddәsi). Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin Bakı Istintaq Tәcridxanasının rәisi Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlu Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmişdir. Onun sözlәrinә görә, hәmin şәxs tәrәfindәn imzalanmış müvafiq qәrarlar Penitensiar Xidmәtdә saxlanılan şәxsi işindә mövcuddur (CPMnin 293.3.3 vә 293.2.4-cü maddәlәri). Bununla әlaqәdar, şikayәtçi әrizәsindә göstәrilәn xüsusatlar üzrә CM-nin 147 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğluna hәmin maddәlәrin sanksiyasında nәzәrdә tutulmuş әn ağır cәzanın tәyin edilmәsini, iş üzrә halların tam vә obyektiv araşdırılmasını, әrizәsindә göstәrdiyi fakt vә sübutları tәqdim etmәk mәqsәdilә işә onun şәxsi iştirakı vә şikayәt verdiyi şәxsin bilavasitә iştirakı ilә baxılmasını xahiş etmişdir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәri ilә mәsuliyyәtә cәlb edilmәsi haqqında Xüsusi ittihamçı tәrәfindәn verilmiş xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 1(5-101)- 256/2026 nömrәli qәrarından xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsi barәsindә qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 1(5-101)-256/2026 nömrәli qәrarı qanunsuz vә әsassızdır, lәğv edilmәlidir. Mәhkәmә kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş Xüsusi ittihamçı Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından verilmiş apellyasiya şikayәtini müdafiә edәrәk tәmin edilmәsini vә hәmin qәrarın lәğv edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun müdafiәçisi X2 verilmiş apellyasiya şikayәtinin әsassız olduğundan tәmin edilmәyib, iş üzrә Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli mübahisәlәndirilәn qәrarının qanuni vә әsaslı olduğundan dәyişdirilmәdәn qüvvәsindә saxlanılmasını xahiş etdi. Mәhkәmә kollegiyası, verilmiş apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә, hәrtәrәfli, tam vә obyektiv araşdırıb, proses iştirakçılarının fikirlәrini dinlәyәrәk hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrarı qanuni vә әsaslı olduğundan verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 299.1-ci maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclası cinayәt işindә, mәhkәmәyәdәk sadәlәşdirilmiş icraatın materiallarında vә ya xüsusi ittiham qaydasında şikayәtdә, irәli sürülmüş ittihamın mahiyyәti üzrә cinayәt prosesi tәrәflәrinin iştirakı ilә mәhkәmә baxışının tәyin edilmәsinin mümkünlüyünün yoxlanılması mәqsәdi ilә ilkin dinlәmәlәrdәn ibarәtdir. Hәmin Mәcәllәnin 299.3.3-cü maddәsinә әsasәn mәhkәmәnin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayәtin mәzmununun bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrinin müddәalarına uyğun olub-olmaması barәdә mәsәlәyә dә baxılır. “Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli Qәrarında mәhkәmәlәrin nәzәrinә çatdırılır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfındәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfındәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfındәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPMnin 293.3.1-293.3.7-ci maddәlәri). Sözügedәn Plenum qәrarında mәhkәmәlәrә hәmçinin tövsiyә edilir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPMnin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 302.1-ci maddәsinә әsasәn aşağıdakı hallarda mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edir: 302.1.1. şikayәt hәmin mәhkәmәyә aid olmadıqda; 302.1.2. şikayәt xüsusi ittiham qaydasında cinayәt tәqibinә hüququ olmayan şәxs tәrәfindәn verildikdә; 302.1.3. şikayәtin mәzmunu bu Mәcәllәnin 293.3.1-293.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәrә uyğun olmadıqda; 302.1.4. cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә; 302.1.5. barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәl ictimai vә ya ictimai-xüsusi qaydada tәqib edilmәli olduqda; 302.1.6. cinayәt hadisәsi vә ya barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş әmәldә cinayәt әlamәtlәri olmadıqda; 302.1.7. şikayәt әsassız olduqda vә şikayәt vermiş şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәdikdә; 302.1.8. şikayәti vermiş şәxs şikayәtindәn imtina etdikdә vә tәqsirlәndirilәn şәxslә barışdıqda vә ya mәhkәmәnin hazırlıq iclasına üzrlü sәbәb olmadan tәkrarәn gәlmәdikdә. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 302.2.3-cü mddәsinә әsasasәn mәhkәmә xüsusi ittiham qaydasında şikayәt üzrә mәhkәmәnin hazırlıq iclasının nәticәlәri әsasında mәhkәmә baxışının keçirilmәsindәn imtina edәrәk bu Mәcәllәnin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina edilmәsi barәdә qәrar çıxarır. Birinci instansiya mәhkәmәsi iş üzrә mübahisәlәndirilәn qәrarında qeyd etmişdir ki, xüsusi ittihamçı onun barәsindә “xüsusi nәzarәt”, “özünә xәsarәtә meyilli”, “digәr şәxslәrә meyilli”, “intihara meyilli”, “tabesizlik”, “xxxx” kimi qeydlәrin Penitensiar Xidmәtin daxili sәnәdlәrindә vә şәxsi işindә әks olunmasını Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәli kimi qiymәtlәndirmişdir. Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147.1-ci maddәsinә әsasәn böhtan, yәni yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatları kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayәt mәsuliyyәti yaradır. Hәmin Mәcәllәnin 148-ci maddәsinә әsasәn isә tәhqir, yәni kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltma cinayәt mәsuliyyәtinә sәbәb olur. Xüsusi ittiham qaydasında verilmiş şikayәtdәn vә istinad olunmuş materiallardan görünür ki, xüsusi ittihamçının istinad etdiyi mәlumatlar Penitensiar Xidmәtin daxili sәnәdlәrindә vә şәxsi iş materiallarında әks olunmuşdur. Hәmin mәlumatların kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması ilә bağlı hәr hansı sübut şikayәtә әlavә edilmәmişdir. Eyni zamanda, xüsusi ittihamçı tәrәfindәn şikayәt әrizәsindә istinad edilәn materiallardan hәmin mәlumatların qeyri-müәyyәn şәxslәr dairәsinә çatdırılması, yayılması vә ya kütlәvilik әlamәtinin mövcudluğu müәyyәn olunmur. Bundan başqa, CPM-nin 293.3.4cü maddәsinә әsasәn şikayәtdә göstәrilәn cinayәtin hansı şahid ifadәlәri, hansı sәnәdlәr vә digәr sübutlarla tәsdiq edildiyi konkret göstәrilmәlidir. Lakin xüsusi ittihamçı tәrәfindәn hadisәni tәsdiq edәn hәr hansı şahid barәdә mәlumat tәqdim edilmәmiş, mәlumatların kütlәvi şәkildә yayılmasını tәsdiq edәn sübutlar göstәrilmәmişdir. Şikayәtdә istinad edilәn şәxsi iş materialları isә özlüyündә CM-nin 147 vә 148-ci maddәlәrinin tәrkib әlamәtlәrinin mövcudluğunu tәsdiq edәn kifayәt qәdәr sübut hesab edilә bilmәz. Bundan başqa, mәhkәmә qeyd edir ki, xüsusi ittihamçı әrizәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsinә ümumi şәkildә istinad etmiş, lakin hәmin maddәnin hansı hissәsindә nәzәrdә tutulmuş әmәlin törәdildiyini konkret göstәrmәmişdir. Halbuki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147-ci maddәsi iki hissәdәn ibarәtdir vә hәmin hissәlәrdә müxtәlif dispozisiyalar nәzәrdә tutulmuşdur. Belә ki, 147.1-ci maddәdә yalan olduğunu bilә-bilә hәr hansı şәxsin şәrәf vә lәyaqәtini lәkәlәyәn vә ya onu nüfuzdan salan mәlumatların kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, mediada vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması, 147.2-ci maddәdә isә şәxsin ağır vә ya xüsusilә ağır cinayәtdә ittiham edilmәsi yolu ilә böhtan atılması cinayәt әmәli kimi nәzәrdә tutulmuşdur. Azәrbaycan Respublikası CPM-nin 293.3.2-ci maddәsinin tәlәbinә görә, şikayәtdә cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdildiyi konkret göstәrilmәlidir. Xüsusi ittihamçı tәrәfindәn isә CM-nin 147-ci maddәsinin konkret hissәsi göstәrilmәdiyindәn vә hansı dispozisiyada nәzәrdә tutulan әmәlin törәdildiyi müәyyәn edilmәdiyindәn, şikayәt hәmin hissәdә dә CPM-nin 293.3.2-ci maddәsinin tәlәblәrinә uyğun hesab edilә bilmәz. Belә olan halda, xüsusi ittiham qaydasında verilmiş şikayәtin forma vә mәzmun baxımından Azәrbaycan Respublikası CPM-nin 293.3.2, 293.3.3, 293.3.4 vә 293.4-cü maddәlәrinin tәlәblәrinә uyğun olmaması, hәmçinin şikayәt üzrә göstәrilәn hallarda CM-nin 147 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt tәrkibinin obyektiv әlamәtlәrinin müәyyәn edilmәmәsi verilmiş şikayәtin icraata qәbul edilmәsini istisna edir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 88-ci maddәsinә әsasәn xüsusi ittihamçı cinayәt prosessual qanunvericlikdә ittiham tәrәfi hesab olunur. Hәmin Mәcәllәnin 32.2.8-ci maddәsinә әsasәn dövlәt ittihamçısı vә xüsusi ittihamçı cinayәt tәqibini hәyata keçirir vә cinayәt tәqibindәn imtina edir. Hәmin Mәcәllәnin 21.3-cü maddәsinә әsasәn cinayәt törәdilmәsindә tәqsirlәndirilәn şәxs özünün tәqsirsiz olmasını sübuta yetirmәyә borclu deyildir. Ittihamı sübuta yetirmәk, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin müdafiәsi üçün irәli sürülәn dәlillәri tәkzib etmәk vәzifәsi ittiham tәrәfinin üzәrinә düşür. Hәmin Mәcәllәnin 125.2.8 vә125.2.9-cü maddәlәrinә әsasәn sәnәdi vә ya digәr әşyanı tanımağa qadir olmayan, onun hәqiqiliyini, mәnbәyini, әldә olunma hallarını tәsdiq edә bilmәyәn şәxsdәn alındıqda vә ya mәhkәmә iclasında mәlum olmayan şәxsdәn, yaxud müәyyәn olunmayan mәnbәdәn alındıqda, bu mәlumatların, sәnәdlәrin vә digәr әşyaların cinayәt işi üzrә sübut kimi qәbul edilmәsinә yol verilmir Hәmin Mәcәllәnin 125.3-cü maddәsinә әsasәn bu Mәcәllәnin 125.2-ci maddәsindә nәzәrdә tutulmuş hallarda alınmış mәlumatlar, sәnәdlәr vә әşyalar hüquqi qüvvәsi olmayan hesab edilir vә onlar ittihamın düzgün hәlli üçün hәr hansı halın sübut olunmasında istifadә edilә bilmәz. Qanunvericliyin qeyd edilәn normalarının tәlәbinә vә mәnasına görә hәr hansı şәxsә qarşı irәli sürülmüş ittihamın sübut edilmәsi ittiham tәrәfinin üzәrinә düşür, irәli sürülmüş xüsusi ittiham isә hәlә gәlәcәkdә sübut olunub-olunmamasından asılı olmayaraq icraata qәbul edilib baxılması üçün ilk öncә müvafiq sübutlarla әhatә olunmalıdır. Hazırki halda, sübutetmә yükü vә müvafiq olaraq sübutların tәqdim edilmәsini tәmin etmәk yükü daşıyan Xüsusi ittihamçı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunu Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrinin törәdilmәsindә ittiham edir, lakin bunu tәsdiq edәcәk ilkin sübutların tәqdim edilmәsini tәmin etmәmişdir. Bundan başqa, mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli, ** saylı Qәrarına istinad etmәklә qanuni vә әsaslı nәticәyә gәlmişdir. Prosessual qanunvericiliyin tәlәbindәn vә mәnasından göründüyü kimi hәr şәxsin xüsusi ittiham qaydasında verdiyi şikayәt üzrә cinayәt mәsuliyyәtinә cәlb edilmәsi üçün ilk növbәdә onun ifadә etdiyi mәlumatların kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması halı mövcüd olmalıdır. Hәmin hal olmadan şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi yolverilmәzdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәri ilә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk cәzalandırılması barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası hәmçinin hesab edir ki, xüsusi ittiham qaydasında şikayәt verilәn şәxsin hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsini rәhbәr tutaraq qәrara alır: Xüsusi ittihamçı apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 147 vә 148-ci maddәlәri ilә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb edilmәsi barәdә Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayәtinin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 1(5-101)-256/2026 nömrәli qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdilmәdәn saxlanılsın. “Pro Bono” Vәkil Bürosunun vәkili X2 tәrәfindәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Nazim oğlunun hüquqlarının mәhkәmәdә müdafiә edilmәsinә görә sәrf etdiyi hәr iş saatına görә 11 (on bir) manat hesab edilmәklә 03 (üç) saat üçün cәmi 33 (otuz üç) manat dövlәt büdcәsindәn tutularaq “Pro Bono” Vәkil Bürosunun hesabına köçürülsün. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin 408-410-cu maddәlәrindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn Elnur Nuriyev Hakimlәr: Telman Hüseynov Ibrahim Ibrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar