Məhkəmə qərarları › İş №1(3-6)-985/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-985/2026

13.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-985/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – Xüsusi ittihamçı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 ilə, Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs (xüsusi ittihamçı) Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə ona ən ağır cəza təyin edilməsini, 15000 manat dəymiş mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ən ağır cəzaya məhkum edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata götürülərək baxılması və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı xüsusi ittihamçı Xüsusi ittihamçı verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata götürülərək baxılması və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Şikayətə baxılması vaxtı və yeri barədə vaxtında məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin məhkəmənin icraatına qəbul edilməsi haqqında qərar qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin hakimi haqlı olaraq verilmiş şikayətin icraata qəbulundan imtina etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayətinin mahiyyətindən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu nalayiq ifadələr işlətməklə təhqir etmiş, bilə-bilə nüfuzuna, şərəf və ləyaqətinə ləkə gətirən təhqiredici sözlər istifadə etmiş, uzun müddətdir ki, psixoloji sarsıntılar keçirir və bununla əməli ona 15000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Bu səbəblə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin yaşayış yerini göstərməmiş, həmçinin əməlin həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. Şikayətçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 148-ci maddəsi ilə ittiham etsə də, bu ittihamın əsasını təşkil edən əməldə böhtan cinayətinin tərkibinin ən mühüm və həlledici elementlərindən biri, yəni məlumatın kütləvi şəkildə yayılması mövcud deyildir. Həmçinin, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin törədilməsi hallarını hansı şahid ifadələri ilə təsdiq edildiyini göstərməmiş, bundan başqa, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu nalayiq ifadələrlə təhqir etdiyini qeyd etsə də, konkret olaraq hansı ifadələr işlətməsini və həmin ifadələrin təhqir olmasını göstərməmiş, bundan əlavə CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməli olduğu halda Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətində şikayətin verildiyi yeri göstərməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. CM-in 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarda həmçinin məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1 və 293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşıb hesab edir ki, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq haqlı olaraq şikayətin icraata qəbulundan imtina etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar