Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-989/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru təqsirləndirilən şəxs1 İsmayıl oğlunun, iş üzrə şahid şahid2, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X3 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən həmin iş üzrə şahid qismində iştirak edən şəxs şahid2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 7.000 (yeddi min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 2021-ci ilin avqust ayında şahid2 əri X2 əlilliyə görə pensiyanın təyin olunmasına köməklik göstərməsi məqsədi ilə ona müraciət etməsindən sonra həmin vaxt "xxxx" publik hüquqi şəxsin direktor müavini - baş həkim vəzifəsində işləməklə həmin müəssisədə fəaliyyət göstərən həkim-məsləhət komissiyasının sədri olan şahid1 ilə şəxsi münasibətlər fonunda formalaşmış öz həqiqi təsir imkanlarından istifadə etməklə publik hüquqi şəxsin rəhbəri və işçisi olmaqla tutduğu mövqeyə görə təşkilatisərəncamverici funksiyalara malik vəzifəli şəxs hesab edilən şahid1 qərarına qanunsuz təsir göstərərək Lətif Qarayevin hər hansı obyektiv, laborator və instrumental müayinələrdən keçirilmədən barəsində şişirdilmiş diaqnozlarla tibbi-sosial ekspert komissiyasına göndərişin tərtib olunması, bununla da sonuncuya əlillik dərəcəsinin təyini, pensiya və müavinətlər ödənilməsinin təşkil olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində, metropolitenin "Nizami" stansiyasının yaxınlığında 10.000 manat məbləğində pul vəsaitini şahid2 özü üçün şəxsən birbaşa yolla istəmiş, 2021-ci ilin avqust ayından dekabr ayınadək hissə-hissə olmaqla üç halda, o cümlədən 2021-ci ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində, metropolitenin "Nizami" stansiyasının yaxınlığında 2.000 manat, 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan ictimai iaşə obyektinin qarşısında 6.400 manat, 2021-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan "Amay" ticarət mərkəzinin binasında 1.600 manat olmaqla ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə şahid2 özü üçün şəxsən birbaşa yolla almaqla nüfuz alveri etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin hökmündən iş üzrə şahid şahid2 tərəfindən apellyasiya şikayəti verilmiş və 8.000 manat məbləğində maddi zərərin təqsirləndirilən şəxs2 tutularaq ona, yəni şahid şahid2 ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, belə nəticəyə gəlir ki, şahid tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə şahid şahid2 apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 381-407-ci maddələri məhkəmənin çıxardığı hökmün və ya qərarın apellyasiya qaydasında baxılması ilə bağlı müddəaları özündə əks etdirir. 383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə - məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə - bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair - barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; 383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə - zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; 383.1.6. mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; 383.1.7. hüquqi şəxs barəsində cinayət - hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi; 383.1.8. xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə – xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi. Göründüyü kimi, cinayət prosessual qanunvericilikdə şahid tərəfindən apellyasiya şikayəti vermək hüququ göstərilməmişdir. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, şəxs apellyasiya şikayətində ona vurulan maddi ziyanın tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şahid2 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində deyil, şahid qismində tanınmışdır. Belə ki, Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi X1 tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərarının 4 və 5-ci bəndlərində göstərilmişdir ki, şahid2 cinayət-prosessual qanuvericiliyin tələblərinə əsasən zərərçəkmiş şəxs qismində tanınmasının hüquqi cəhətdən istisna olunması nəzərə alınmışdır. Həmin qərarla şahid2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində göstərilimişdir ki, eyni zamanda şahid2 cinayət işi üzrə müraciətlərində təqsirləndirilən şəxs2 qanunsuz hərəkətləri nəticəsində ona 10.000 manat maddi ziyanın vurulduğunu, həmin ziyanın 2.500 manatının ödənildiyini göstərmiş və zərərçəkmiş şəxs qismində tanınmaqla vurulmuş ziyanın tam həcmdə ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə, həmçinin bu qəbildən olan digər cinayətlərin törədilməsi zamanı şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və yaxud rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs maddi nemətlərin nə vaxtsa qaytarılmasını deyil, rüşvətin müqabilində özünün xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Buna görə də qeyd olunan qəbildən olan cinayətlərdə pul və ya sair maddi neməti vermiş şəxsin zərərçəkmiş şəxs qismində tanınması istisna olunur. Bundan əlavə, bəzi hallarda şəxs maddi neməti birbaşa vəzifəli şəxsə deyil, rüşvətxorluqda vasitəçilik edən üçüncü şəxsə təqdim edir. Belə situasiyalarda da maddi neməti təqdim edən şəxs,niyyətinə uyğun olaraq, qeyri-qanuni fayda əldə etmək məqsədi güdür və bu mənada cinayətdə zərərçəkmiş şəxs deyil, könüllü iştirakçı mövqeyində çıxış edir. Həmçinin nüfuz alveri cinayətlərinin obyekti mülkiyyət və əmlak münasibətləri deyil, dövlət və bələdiyyə qulluğunun lazımi qaydada həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir. Göstərilənlərə əsasən cinayət nəticəsində şahid2 maddi ziyanın vurulduğu qənaətinə gəlinməsi mümkün deyil və onun cinayət-prosessual qanunverciliyə əsasən zərərçəkmiş şəxs qismində tanınması hüquqi cəhətdən istisna olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qeyd olunmalıdır ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il ## #### tarixli * nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2023-cü il tarixli, **/**** saylı qərarında göstərilmişdir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Cinayət işinin materiallarından görünür ki, şahid2 cinayət prosessual qanunverciliyin tələblərinə əsasən zərərçəkmiş şəxs qismində tanınmasının hüquqi cəhətdən istisna olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən şahid şahid2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 391.3.5-ci maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul etməkdə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 391.3.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən iş üzrə şahid şahid2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkum təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 (səkkiz) saat üçün, cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-989/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-989/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver