Məhkəmə qərarları › İş №1(3-6)-995/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-995/2026

14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-995/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun üzvü müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpa edilməsindən imtina edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(005)- ***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş tutma altında saxlanıldığı ##.##.2024-cü il tarixdən ##.##.2024cü il tarixədək tutma altında saxlanıldığı cəmi 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq (cəza müddətinə hesablanması) və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası növündə cəza çəkməsi nəzərə alınması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpa edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apelyasiya şikayəti (dəqiqləşmə edərək) verərək, apelyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqi savadsızlığı səbəbindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi müdafiəçi1 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməsi haqqında məhkumun və onun müdafiəçisinin, apelyasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkumun apelyasiya şikayəti vermə müddəti bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1.1-ci maddəsinə əsasən, ittiham və ya bəraət hökmü çıxarıldıqda apelyasiya şikayəti və ya apelyasiya protesti, apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkəmə kollegiyası məhkumun zərərçəkmiş şəxslə barışma və dəymiş ziyanı ödəmək kimi niyyətinin olmasını, onun hüquqi savadsızlığını nəzərə alraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermə müddəti bərpa edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar həbsdə saxlanılan şəxs üçün apelyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti və ya apelyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saat hüquqi xidmətə görə müdafiəçi1 110 ( yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386, 389 və 391.3.3-cü maddələrini maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bərpa edilsin. Cinayət işi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 388-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saat hüquqi xidmətə görə müdafiəçi1 110 ( yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Mərkəz Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar