Məhkəmə qərarları › İş №1(3-6)-996/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-996/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-996/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2 İsmayıl oğlunun, müdafiəçi - Bakı şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, ## ######## 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Həsənov Həbib Bəhram oğlunun sədrliyi ilə) ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona görə təqsirli hesab edib cəzalandırmışdır ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla daşımışdır. İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə, saat 18 radələrində tanımadığı İran vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd qara rəngli sellofan içərisində təmiz çəkisi 445 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq ## ###### 2026-cı il tarixdə ünvan 1 ünvanına daşımış və Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2026-cı il tarixdə saat 18:20-də ünvan 1 ünvanının qarşısında saxlanılaraq orada üstünün yoxlanılması zamanı əlindəki qara rəngli sellofanın içərisində 01 ədəd bağlamada təmiz çəkisi 445,0 qram olan xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən heç bir mötəbər sübut müəyyən olunmamışdır. Real həqiqətdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Qeyd edir ki, məhkəmə şəxsin satış məqsədini təsdiq etmək üçün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İbtidai istintaqda və məhkəmədə Təqsirləndirilən şəxs mənfəət əldə etməsi və ya edəcəyi ilə bağlı heç bir konkret və mötəbər sübut müəyyən edilməmişdir. Həmçinin onun konkret şəxslərə narkotik vasitə satması ilə bağlı hər hansı dəlil - yazışma və s. müəyyən olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir material mövcud deyildir. Buna baxmayaraq, onun əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. O cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsinə əsasən, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə bu hallardan heç biri müəyyən olunmamışdır. Eyni zamanda nəzərə çatdırır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi X2-X4 ##.##.2026-cı il tarixli **** nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VİS-dən alınan məlumata əsasən ##.##.2025- ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə qeydiyyatdadır. Göründüyü kimi, bu şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Çünki bu şəxs mütəmadi narkotik vasitə istifadə edən biridir. Bu da bir daha deməyə əsas verir ki, şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni istifadə etmək üçün almışdır. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs satış niyyətini təsdiq edən bir dənə də olsun sübut mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər şahid2 və şahid1, istintaq zamanı şahid qismində dindirilən və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid şahid3 ifadələri də Təqsirləndirilən şəxs satış məqsədini təsdiq edə bilməmişdir. Hətta şahid2 ifadə verərkən göstərmişdir ki, ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etdikdən sonra ona narkotik vasitə qəbul etməsi barədə məlumatın olduğunu bildirmişlər. Narkotik vasitəsilərin satışı ilə məşğul olması deyil, narkotik vasitə qəbul etməsi barədə. Həmçinin, şahidlərin ifadələrinə əsasən, Təqsirləndirilən şəxs sadəcə olaraq üzərində narkotik vasitə aşkar olunmuşdur. Bu təkbaşına həmin narkotik vasitəni satmaq niyyətində olduğunu təsdiq edə bilməz. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satarkən tutulmamışdır. O cümlədən satışla bağlı hər hansı telefon danışığı da mövcud deyildir. Bununla da bir daha aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul deyildir. Buna baxmayaraq, məhkəmə yanlış olaraq Təqsirləndirilən şəxs əməlini CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Onun əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək əlavə olaraq göstərdilər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə heç bir vaxt məşğul olmamışdır. O, özünü yalnız narkotik vasitələrin istifadəsində təqsirli bilir. Göstərilənləri nəzərə alaraq narkotik vasitələrin satışı ilə bağlı olan hökmün dəyişdirilməsini, barəsində yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 İsmayıl oğlu verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmünün dəyişdirilmədən, qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmalı, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-**/**** nömrəli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlaməti olduğu, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli olduğu üçün, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ilə verilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyasında ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin dəlillərindən və Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində etdiyi çıxışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona cəza təyin edilməsini mübahisələndirmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” # ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməllərində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, yəni onun “satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd qara rəngli sellofan içərisində təmiz çəkisi 445 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşıması” ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, təxminən 4-5 ildir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. ## ###### 2026-cı il tarixdə tanımadığı İran vətəndaşı ilə əlaqə saxlamış və narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək istədiyini bildirmişdir. Bundan sonra “Ulduz” metrostansiyası yaxınlığında narkotik vasitəni əldə edib istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımış, ## ###### 2026-cı il tarixində saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi * saylı ünvanın qarşısında olan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdə Nərimanov rayon polis idarəsinin 17ci polis şöbəsinin işçiləri olduğunu bilmiş və özünü təqdim edərək, ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklifi olunduqda o, əlində olan qara rəngli sellofanın içərisində 01 ədəd bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı əlindəki sellofanın içərisindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğu və həmin maddəni 300 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixdə 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, R şahid1 tərəfindən şöbə rəisinə ünvanlanmış raportdan görünür ki, əməliyyat müvəkkili raport yazaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini bildirərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, R şahid1 tərəfindən tərtib olunmuş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 18:20-də polis əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılır. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan 01 ədəd qara rəngli polietilen torbanın içərisindən qara rəngli sellofana bükülmüş marixuanaya bənzər kütləni təqdim edir. Həmin maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, i.v. 10-11) “Şübhəli şəxs kimi tutulma haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 26) ##.##.2026-cı il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, R Rəhimli Rəhim tərəfindən tərtib olunmuş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofana bükülmüş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə yenidən qablaşdırılaraq möhürlənmişdir. Həmçinin «iPhone» markalı mobil telefonun yaddaşında olan Təqsirləndirilən şəxs saxlanılması zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. (Cild 1, i.v. 35-36) ## ###### 2026-cı il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, ## ###### 2026-cı il tarixdə saat 18:20 radələrində ünvan 1 ünvanının qarşısında hərəkət edən zaman saxlanılaraq Təqsirləndirilən şəxs üstü yoxlanılmış və 01 ədəd qara rəngli polietilen torbanın içərisində 01 ədəd qara rəngli sellofana bükülmüş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (Cild 1, i.v. 35- 36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, */** nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “ Şübhəli şəxs Təqsirləndirilən şəxs ..." yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada 1 (bir) ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi - 445,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 445,0 qram, tədqiqata sərf edilmişdir 0,1 qram, qalıq 444,9 qram. (Cild 1, i.v. 42-46) ## ###### 2026-cı il tarixdə tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış zamanı qeydə alınmış video çəkiliş olan 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı həmin diskdə bir ədəd faylın olduğu, faylda olan videogörüntünün ## ###### 2026-cı il tarixli və 07 dəqiqə 49 saniyədən ibarət olduğu müəyyən edilmişdir. Bundan əlavə “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, polis əməkdaşları ünvan 1 ünvanının qarşısında dayanan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əlində saxladığı 01 qara rəngli polietilen torbanın içərisindən 01 ədəd qara rəngli sellofana bükülmüş bağlamanı təqdim edərək içərisində narkotik maddə marixuana olduğunu bildirir. Sonra onun təqdim etdiyi bir ədəd bağlamaya baxış keçirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi bükümdəki kütlə marixuana kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından Ulduz metrostansiyasının yaxınlığında əldə etmiş və üzərində saxlamışdır. Baxış keçirildikdən sonra həmin 01 ədəd bağlamada olan narkotik vasitə marixuana qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, i.v. 100) ## ###### 2026-cı il tarixdə tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddəyə baxış zamanı qeydə alınmış video çəkiliş olan 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı həmin diskdə bir ədəd faylın olduğu, faylda olan videogörüntünün ## ###### 2026- cı il tarixli və 14 dəqiqə 22 saniyədən ibarət olduğu müəyyən edilmişdir. Bundan əlavə “diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı R Rəhim Rəhimli polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçi Kamal Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və 01 ədəd qara rəngli bağlamada olan narkotik maddə marixuanaya baxış keçirildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümdəki kütlə marixuana kimi tanıdığı narkotik vasitədir, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından 300 manat müqabilində Ulduz metrostansiyasının yaxınlığında əldə etmiş və üzərində saxlamışdır. Baxış keçirildikdən sonra həmin 01 ədəd bağlamada narkotik maddə marixuana qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, i.v. 101) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2015-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin ##.##.2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, ##.##.2020-ci ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 09 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə 01 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (Cild 1, i.v. 115-118) Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda hər hansı psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, 119-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi X2-X4 ##.##.2026-cı il tarixli **** nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən ##.##.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə qeydiyyatdadır. (Cild 1, i.v. 122-123) Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bağlamada içərisində təmiz çəkisi 445,0 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 444,9 qram narkotik vasitə - qurudulmuş marixuana Nərimanov RPİ-nə saxlanışa verilmişdir. (Cild 1, i.v. 153-166) Göstərilən halları əsas götürən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunması, yəni onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması barədə istintaq orqanının mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsassız hesab edir və işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı olan əməlini düzgün tövsif etməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli hökmü Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onun CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər-hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, qeyd edilən vasitənin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, SMS yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarında olan ## ###### 2026-cı il tarixli «cinayət işinin başlanması haqqında» qərardan, ##.##.2026-cı il tarixdə 17-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, R şahid1 tərəfindən şöbə rəisinə ünvanlanmış raportdan, ##.##.2026cı il tarixdə 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, R şahid1 tərəfindən tərtib olunmuş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, ##.##.2026-cı il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərardan, ##.##.2026-cı il tarixli «şübhəli şəxsin tutulması haqqında» qərardan, ##.##.2026-cı il tarixli «cinayət işinin icraata qəbul edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və istifadəsi ilə bağlı saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi Tural Səfiyev tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli (qərarda tarix bu cür göstərilib) «əməlin tövsif edilməsi haqqında» qərarın əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə etməsi ilə bağlı əsaslandırma ancaq narkotik vasitənin çəkisi ilə bağlı olmuşdur. Belə ki, qərarın əsaslandırma hissəsində göstərilir: «Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisi onun satış məqsədi ilə narkotik vasitəni xeyli miqdarda qanunsuz olaraq əldə edərək saxlamasını sübut edir». Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs özünü satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlində təqsirli bilməmiş, üzərindən və ya evindən tərəzi aşkar edilməmiş, şəxs vermiş olduğu ifadəsində sadəcə narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli * saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd qara rəngli sellofan içərisində təmiz çəkisi 445 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız özü-özlüyündə, ancaq çəkisinin artıq olmasına görə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı ittiham tərəfinin dəlillərini və bu dəlillərlə razılaşan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, həm ibtidai istintaq zamanı aparılan digər istintaq hərəkətləri zamanı, həm də birinci instansiya məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağını bildirmiş, özünü yalnız narkotik vasitələrin istifadəsində təqsirli bilmişdir. Eyni zamanda aparılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edər hər-hansı bir sübut əldə edilməmişdir. Bundan başqa, əgər Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə əməliyyat məlumatı mövcud olmuşdursa, (hansı ki, iş üzrə belə bir əməliyyat məlumatı daxil olmamışdır) onun məhz bu istiqamətdə ifşa edilməsi üçün zəruri hərəkətlər yerinə yetirilməklə, vacib əməliyyat tədbirləri keçirilməli idi (məsələn yaşayış ünvanında baxış və ya axtarış, mobil telefon məlumatların, SMS-lərin əldə edilməsi və s.). Lakin, ümumiyyətlə, heç bir əməliyyat tədbiri keçirilməmişdir. Bütün şərh olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə irəli sürdüyü dəlilləri təkzib edən hər-hansı sübut əldə edilmədən, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitə və yaxud psixotrop maddələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki, Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi və bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olmasına dair iş üzrə heçbir sübut müəyyən etmədən, “satış məqsədinə” dair gəldiyi nəticə barədə heç bir əsaslı araşdırma və əsaslandırma aparmadan müvafiq qənaətə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli hökmü Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və maddənin sankisiyası çərçivəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması ilə sonuncunun əməlinin daha az ictimai təhlükəli cinayət əməlinə tövsif edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə görə cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət qanunvericiliyinin tətbiq etdiyi hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2026-cı il tarixdən hesablanmalıdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən edərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyində, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385, 397, 398.1.4, 399.1.4, 405.1.2, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü dəyişdirilsin. Həmin hökm üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar