Məhkəmə qərarları › İş №1(3-7)-102/2026

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-7)-102/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Gəncə şəhəri İş № 1(3-7)-102/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 177.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarına əsasən icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini, II dərəcəli R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim H.S.Əliyev) ##.##.1982-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16cı və 5.1-ci bəndləri tətbiq edilməklə CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmış, həmçinin maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə # ######## 2025-ci il tarixdə saat 21:30 radələrində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Çay qırağı” ailəvi istirahət mərkəzinin qarşısında şahid3 məxsus “VAZ 21011” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağından tanışı Zərərçəkmiş şəxs məxsus içərisində 732 (yeddi yüz otuz iki) manat pul olan 10 (on) manat dəyərində qara rəngli pul kisəsini gizli yolla talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 742 (yeddi yüz qırx iki) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini, II dərəcəli R Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilərək Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməklə cinayət qanunu normalarına uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı amnistiya tətbiq edilən şəxslərin dairəsi aşağıdakı kimi bölünmüşdür: 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, 1.1-1.16-cı bəndlərdə sadalanan məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, 2.1-2.13-cü bəndlərdə sadalanan məhkumlar aşağıdakı məhkumlar cəzadan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 3. Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5.1ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük İctimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmçinin, qərarın 7-ci bəndinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən və məhkum edilmiş şəxslər barəsində tətbiq edilmir. Lakin, Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından göründüyü kimi, məhkəmə CM-nin 177.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını və Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki övladı olmasını nəzərə alaraq, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1ci bəndlərini tətbiq etməklə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etmiş və iş üzrə icraata xitam vermişdir. Halbuki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər barəsində tətbiq edilmir. Bundan başqa, məhkəmə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmasını qeyd etmiş, lakin cinayət əməli törədilən vaxt, yəni # ######## 2025-ci tarixdə həmin əməl az ağır cinayət hesab edilmişdir. Beləliklə də, yuxarıda sadalananlara əsasən iş üzrə icraata amnistiyanın tətbiqi əsasında xitam verilməsi nəticəsində məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Məhkəmə ilə eyni mövqedən çıxış etdiyindən dövlət ittihamçısının mövqeyi ilə də razılaşmır”.

Proses iştirakçılarının çıxışları Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini, cinayət qanunu normalarına uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmadığını bildirdilər və apellyasiya protestinin təmin edilməməsini, Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər.

Hüquqi məsələlər

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını protestin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı apellyasiya protestinə əsasən ləğv edilərək Təqsirləndirilən şəxs barəsində CM-nin 177.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin əməli törətməsi qənaətinə gəlsə də, onun barəsində amnistiya aktını tətbiq etmiş və “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, II dərəcəli R Heydər Məmmədov tərəfindən tərəfindən verilmiş apellyasiya protestində məhkəmənin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarını tətbiq etməsi mübahisələndirilmiş və Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarının ləğv edilərək təqsirləndirilən şəxsin CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üzrə cinayət qanunu normalarına uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində amnistiya aktını tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarında amnistiya tətbiq edilən şəxslərin dairəsi aşağıdakı kimi bölünmüşdür:

1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq 1.1-1.16-cı bəndlərdə sadalanan məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, 2.1-2.13-cü bəndlərdə sadalanan məhkumlar aşağıdakı məhkumlar cəzadan azad edilsinlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla).

3. Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 7.1-ci bəndinə əsasən, bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Göründüyü kimi amnistiya aktının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə tətbiqi qeyri-mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs tərəfindən CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri birinci instansiya məhkəməsində aparılmış icraat zamanı tədqiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla onun həmin cinayəti törətməkdə təqsiri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri iş materialları ilə təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməli və ona cəza təyin olunmalıdır. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CPM-ə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-nin 349.4-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə # ######## 2025-ci il tarixdə saat 21:30 radələrində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Çay qırağı” ailəvi istirahət mərkəzinin qarşısında şahid3 məxsus “VAZ 21011” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağından tanışı Zərərçəkmiş şəxs məxsus içərisində 732 (yeddi yüz otuz iki) manat pul olan 10 (on) manat dəyərində qara rəngli pul kisəsini gizli yolla talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 742 (yeddi yüz qırx iki) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən əməli törətməsinin təsdiq olunması və həmin əməlin CM-nin 177.1-ci maddəi ilə tövsif edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilməli və ona cəza təyin etməli olduğu halda səhvə yol verərək, yuxarıda qeyd edildiyi kimi qanunun və ##.##.2025-ci il tarixli amnistiya aktının tələblərinə zidd olaraq amnistiya aktının müddəalarını Təqsirləndirilən şəxs münasibətdə tətbiq edib onu məsuliyyətdən azad etməklə və barəsində cinayət təqibinə xitam verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsi və ona etdiyi əmələ görə cəza təyin edilməməsi üçün faktiki və hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən bir daha vurğulayır ki, Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməli törətməsi təsdiq olunduğundan o, həmin əməlinə görə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddə ilə ona cəza təyin edilməlidir. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.1-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar, 59.2-ci maddəsinə əsasən isə məhkəmənin nəzərə aldığı ayrı-ayrı cəzanı yüngülləşdirən hallar cəza təyini zamanı nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ######## 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, özünü CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Yevlax Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, Namazova (Bayramova) Rasilə Qərib qızı ilə Təqsirləndirilən şəxs arasında olan 2007-ci ilin dekabr ayının 27-ci günündə Yexlax rayonu Salahlı kənd İƏDÜN-nin akt qeydləri kitabında 19 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 anaları X4 yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Elektron məhkəmə portalından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır, X1 (##.##.2009) və X2 (##.##.2011). Həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən və onun istintaq orqanına verdiyi qəbzdən görünür ki, ona vurulmuş 742 manat məbləğində maddi zərər tam şəkildə ödənilmişdir. Onun təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməldən peşman olmasını, vurulmuş zərəri tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin Qərarın 1-ci bəndinə əsasən cinayət qanunun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunması mümkündür. CPM-nin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı apellyasiya protestinə münasibətdə ləğv edilməli, iş üzrə ittiham hökmü çıxarılmalıdır. Həmçinin, iş üzrə maddi sübut - 732 manat nağd pulun və 10 (on) manat dəyərində qara rəngli pul kisəsinin saxlanılması üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eləcə də, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində müdafiəçisi qismində iştirak etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Həsənov İlqar Həsən oğluna məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358, 384, 385, 397, 398, 399, 403, 407-408 və 412-ci maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarına əsasən icraata xitam verilməsinə dair Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini, II dərəcəli R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin «23» fevral 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı apellyasiya protestinə əsasən ləğv edilsin. Apellyasiya protestinə əsasən cinayət işi üzrə ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək və yaşadığı Yevlax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 732 manat nağd pulun və 10 (on) manat dəyərində qara rəngli pul kisəsinin saxlanılması üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində müdafiəçisi qismində iştirak etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Həsənov İlqar Həsən oğluna məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar