Məhkəmə qərarları › İş №1(3-7)-104/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-104/2026

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-104/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, müdafiəçilər müdafiəçi4 və müdafiəçi1 iştirakı ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsi haqqında Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apelyasiya Məhkəməsinin iclasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli (sədrlik edən Mahir Niftəliyev) qərarı ilə ## ######## 1963-cü ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.14 və 5.1- ci bəndlərinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi; ## #### 1992-ci ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Əfətli kəndində qeydiyyatda olan və yaşayan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə «Konstitusiya və Suverenlik Ili» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmünə əsasən təqsirləndirilən şəxs2 ## #### 2025-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Əfətli kəndi ərazisində yaşadığı evin həyətyanı sahəsinin yaxınlığından keçən yolda su arxının otlarını biçərək həmin otları qardaşı Zərərçəkmiş şəxs həyətinə gedən su borusunun yaxınlığında yandırmasına görə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir qrup şəxs halında oğlu təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə baş, yumruq və təpiklə ardıcıl zərbələr vuraraq alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması, sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin almacıq və burun sümüklərinin sınıqları ilə müşayiət olunan sol göz yuvası ətrafı yumşaq toxumların və burun nahiyəsinin hematoması ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. təqsirləndirilən şəxs1 ## #### 2025-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Əfətli kəndi ərazisində yaşadığı evin həyətyanı sahəsinin yaxınlığından keçən yolda atası təqsirləndirilən şəxs2 su arxının otlarını biçərək həmin otları Zərərçəkmiş şəxs həyətinə gedən su borusunun yaxınlığında yandırmasına görə sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı bir qrup şəxs halında atası təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs qəsdən baş, yumruq və təpiklə ardıcıl zərbələr vuraraq alın nahiyəsinin sol yarısının, sağ qaşüstü nahiyənin və üst dodağın sol yarısının əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah nahiyəsinin hematoması, sağ göz yuvası ətrafı yumşaq toxumaların, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin və hər iki kürək nahiyəsinin dərialtı hematomaları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin almacıq və burun sümüklərinin sınıqları ilə müşayiət olunan sol göz yuvası ətrafı yumşaq toxumların və burun nahiyəsinin hematoması ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin nümayəndəsivəkil apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, təqsirləndirilən şəxslərin əməllərinə uyğun olaraq ən ağır cəza verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon məhkəməsinin *(*-***)- */**** saylı , ##.##.2026-cı il tarixli hökmü qanuna zidd olaraq qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökm qanunsuz, əsassız və işin faktiki hallarına uyğun olmayan nəticələr əsasında çıxarılmışdır. Belə ki, cinayət işi üzrə toplanmış sübutlar tam və hərtərəfli araşdırılmamış, işin faktiki halları düzgün qiymətləndirilməmiş və nəticədə zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən ona qarşı törədilmiş əməl nəticəsində sağlamlığına zərər vurulmuş, ciddi fiziki ağrılar və mənəvi sarsıntı keçirmişdir. Bu hadisə onun gündəlik həyat fəaliyyətinə mənfi təsir göstərmiş, həm sağlamlıq vəziyyətinə, həm də psixoloji durumuna ciddi zərbə vurmuşdur. Buna baxmayaraq, məhkəmə tərəfindən bu hallar lazımi səviyyədə nəzərə alınmamış və zərərçəkmiş şəxsin mövqeyi kifayət qədər qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl şəxsin sağlamlığına qəsdən azağır zərər vurma ilə bağlı cinayət əməli hesab olunur və bu cür əməllər cəmiyyət üçün təhlükəli xarakter daşıyır. Belə əməllərin törədilməsi şəxsin sağlamlıq hüququnun pozulması ilə yanaşı, cəmiyyətdə hüquq qaydalarının pozulmasına da səbəb olur. Lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmdə bu amillər lazımi səviyyədə nəzərə alınmamış, təqsirləndirilən şəxslərin törətdikləri əmələ adekvat hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən amnistiya aktının tətbiqi məsələsi həll edilərkən işin bütün halları, törədilmiş əməl nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin xarakteri və dərəcəsi, həmçinin zərərçəkmiş şəxsin mövqeyi nəzərə alınmalı idi. Lakin hazırkı halda onun mövqeyi və vurulmuş zərərin nəticələri kifayət qədər nəzərə alınmadan təqsirləndirilən şəxslərə münasibətdə amnistiya tətbiq edilmiş və cinayət təqibinə xitam verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmün əsaslandırma hissəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsi və törədilmiş əməl nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin xarakteri lazımi qaydada qiymətləndirilməmişdir. Bu isə qəbuledilmiş hökmün obyektiv və əsaslı olmasına ciddi şübhələr yaradır. Bunun üçün də Ağdam Rayon məhkəməsinin *(*-***)-*/**** saylı , ##.##.2026-cı il tarixli hökmü ləğv edilməli, cinayətkara əməllərinə uyğun olaraq ən ağır cəza verilməlidir. Göstərilən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbuledilmiş hökm formal yanaşma ilə qəbul edilmiş, işin faktiki halları hərtərəfli və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də həmin hökm qanunvericiliyin tələblərinə cavab vermir və ləğv edilməlidir. Apellyasiya məhkəməsində iştirak edən zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdi, məhkəmənin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslərin CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsində iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etdilər, şikayətin əsassız olduğunu və birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini, buna görə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsində iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etdilər, şikayətin əsassız olduğunu və birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyini, buna görə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməlinə düzgün hüquqi qiymət verdiyini və «Konstitusiya və Suverenlik Ili» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının məcburi xarakter daşıdığını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiyaşikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməlini düzgün qiymətləndirilmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil apellyasiya şikayətində məhkəmənin hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxslərin CM-in 127-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qərarı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində deyil, barələrində amnistiya aktı tətbiq edilməsi hissəsində mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik ili münasibətilə amntistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 10-cu bəndinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 20-ci hissəsinə görə məhkəmələr bu Qərarın 2.12 və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanı Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların Icrası Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir, şikayətin təmin edilməsi üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli olması müəyyən olunsa da, törətdikləri cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olması nəzərə alınaraq haqlı olaraq təqsirləndirilən şəxslər barəsində “Konstitusiya və Suverenlik Ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq olunaraq barələrində olan cinayət işinə xitam verilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və mövcud qanunvericilik aktları ilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsi haqqında Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsi haqqında Ağdam Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar