Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-105/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X2, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri (vəkil) Müdafiəçi və X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4–cü maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (hakim Həvayət Məhəmmədi) ##.##.1958-ci il tarixdə Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, o, həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə vəzifələr qoyulmuş, cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: Ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini zərərçəkmiş şəxs1 xıırda buynuzlu heyvanlarına quluq göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2019-cu ilin oktyabr-noyabr ayında istintaq dəqiq məlum olmayan gündə Şəmkir rayonu, Posanlı yaşayış massivində zərərçəkmiş şəxs1 məxsus 12 baş, Qarbağ sortlu, dişi cinsli, hər birinin qarnında quzusu olan və ayrı-ayrılıqda çəkisi isə 40-45 kiloqram olan 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini zərərçəkmiş şəxs2 xəstəliklə bağlı pensiya düzəlməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2019-cu ilin sonlarnda istintaq dəqiq məlum olmayan ayda və gündə Şəmkir şəhəri, 20 Yanvar küçəsində ümumilikdə zərərçəkmiş şəxs2 məxsus 1000 (bir min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini zərərçəkmiş şəxs3 xəstəliklə bağlı pensiya düzəlməsinə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb 2019-cu ilin sonlarında istintaq dəqiq məlum olmayan ayda və gündə Şəmkir şəhəri, S.Vurğun küçəsində ümumilikdə zərərçəkmiş şəxs3 məxsus 6000 (altı min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4–cü maddələri ilə ittiham verilmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməsi hissəsində dəyişdirilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dair irəli sürülmüş ittihamla razılaşmır. Məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs3 kənd sakinlərinə sosial yardım düzəldən şəxs kimi tanımış və 2017-ci ildə Aynurə ona müraciət edərək əri Azər Məmmədova, daha sonra isə kənd sakinləri şahid1, şahid2 və şahid3 pensiya düzəldilməsi üçün pul vermiş, həmin məbləğ ümumilikdə 6500 manat təşkil etmişdir. Həmin vaxtdan sonra Aynurə dəfələrlə vətəndaşlarla birlikdə evinə gələrək işləri düzəlmədiyinə və onu hədələdiyinə görə məcbur olub 3700 manat məbləğində pulu 2019-cu ildə Aynurəyə vermişdir. ##.##.2019-cu ildə yoldaşı ilə birlikdə Azər Məmmədova şəxsən Aynurənin yanında 2000 manat pul vermişdir. 2022-ci ildə yaz aylarında isə zərərçəkmiş şəxs1 ilə birlikdə Aşağı Seyfəli kəndinə gedərək Aynurənin evində qalıq qalmış 700 manatın əvəzinə ona 1000 manat vermiş, hətta ona aldığı puldan 200 manat artıq pul vermişdir. Aynurənin həmin pulları vətəndaşlara qaytarmasından heç bir məlumatı yoxdur, həmçinin həmin şəxslər bir dəfə də olsun ondan pul tələb etməmişlər. Belə başa düşür ki, həmin şəxslər pullarını Aynurədən tələb etdiklərinə görə o, pulu qaytara bilməmiş, buna görə də ödədiyi pulu ondan təkrar almaq üçün 2024-cü ildə istintaq orqanına müraciət etmişdir. Bu xüsusat işdə olan sənədlərlə təsdiq olunsa da, məhkəmə onları sübut kimi qiymətləndirməmişdir. Bundan başqa, cinayət işində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmündə şahid3, şahid2 və şahid1 ifadələrindən görünür ki, onlar əlillik dərəcəsinin düzəldilməsi üçün qeyd olunan məbləğdə pulları Aynurəyə vermişlər. Zərərçəkmiş şəxs şahid4 Gəncə Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, "2017-ci ilin təxminən ortalarında həyat yoldaşı zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs adlı qadınla tanış olmuş, sonuncu yoldaşına bildirmişdir ki, ərinə əlillik dərəcəsi düzəldə bilər. O və arvadı bu barədə düşündükdən sonra Dünyaya bununla razı olduqlarını bildirmişlər. 2017-ci ilin may ayında Aynurə ilə birlikdə Dünyaya 1000 manat, 2017-ci ilin iyun ayında isə 1000 manat pul vermişlər. 2017-ci ilin dekabr ayında şahid4 3-cü dərəcə əlillik verilmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin şəxslərə görə almış olduğu puldan müəyyən hissəsini arvadına qaytarmışdır. Bildirir ki, arvadı Aynurə izahatında qorxusundan göstərmişdir ki, guya Aynurə özünə əlillik düzətmək və işə düzəlmək üçün Təqsirləndirilən şəxs 6500 manat pul vermişdir. Lakin arvadı Aynurə N.Süleyman, şahid2 və Ç.Məmmədov adlı şəxslərə kömək etmək istəmişdir və pulu həmin şəxslərə görə vermişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən zərərçəkmiş şəxslər Ofelya Məmmədova və zərərçəkmiş şəxs3 apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü dəyişdilərərk təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində yengülləşdirici və ağırlaşdırıcı halları nəzərə almamış, yəni zərərçəkmiş şəxslərlə barışıq əldə edib-etməməsini, eyni zamanda mülki iddialara hüquqi qiymət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, eyni zamanda zərərçəkmiş şəxslər tərəfindən verilmiş şikayətlərə etiraz edərək şikayətlərin təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək özünü qismən təqsirli bilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs göstərdi ki, zərərçəkmiş şəxs3 6000 manat pulu almayıb, ona qarşı şər böhtan atılır. O, zərərçəkmiş şəxs3 2019-cu il tarixdən tanımış və zərərçəkmiş şəxs3 həmin tarixdə Azərbaycan Respublikasında olmamış, o, borc məqsədi ilə Aynurədən 2019-cu il tarixdən sonrakı vaxtlarda 1500 manat pulu almış və sonradan həmin pulu ona qaytarmışdır. Bundan başqa o, məhkəməyə yazılı ərizə təqdim edərək ərizəsində göstərdiyi X1, şahid4, şahid2, Çiçək Qasımova və şahid5 adlı şəxslərin zərərçəkmiş şəxs3 ilə iş birliklərini sübuta yetirmək üçün dindirilmələrini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Ofelya Məmmədova şikayətin dəlillərini dəqiqləşdirərək göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, cinayət işi üzrə ona məxsus 12 baş, Qarabağ sortlu, dişi cinsli, hər birinin qarnında quzusu olan və ayrı-ayrılıqda çəkisi isə 40-45 kiloqram olan 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları aldatma yolu ilə ələ keçirməsi hissəsinin təsdiq edilməsini və təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmır, həmçinin verdiyi şikayətin təmin edilməsini və təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. O, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları təsdiq edən hər hansı ödəniş qəbzi və ya əsaslı mötəbər sənəd təqdim edə bilmir. Bundan başqa, onun tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia məhkəmə tərəfindən baxılmamış saxlanıldığı üçün o, yuxarıda qeyd etdiyi xüsusatlarla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatında Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, hazırda mülki iş məhkəmənin icraatındadır və bununla bağlı yekun qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olmayaraq onunla bağlı epizodu ittihamdan xaric etmişdir. Şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətinin təmin olunmasını xahiş etdi. O, təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmır. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona pensiya düzəldəcəyini vəd edərək 2019-cu ilin sonlarına yaxın ondan 6000 manat pulu almış, lakin verdiyi vədləri yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs ona həmin puldan ibtidai istintaq zamanı 1500 manatını qaytarmış, ona ödənilməli olan qalan 4500 manat puldan hazırda heç bir ödəniş etməmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş 6000 manat pulu təsdiq edən hər hansı ödəniş qəbzi və ya digər əsaslı mötəbər sənəd təqdim edə bilmir. Bundan başqa, o, Təqsirləndirilən şəxs onun 2019-cu il ərzində Azərbaycan Respublikasının ərazisində olmamasına dair ifadəsində göstərdiyi xüsusata münasibət münasibət bildirərək xarici pasportunu məhkəməyə təqdim etmişdir. Paspotunda olan qeydlərə əsasən, o, 2019cu ilin fevral və may aylarında ölkə ərazisinin hüdudlarından kənarda olmuş, qalan başqa vaxtlarda ölkə ərazisində olduğunu göstərmişdir. Ona görə də Təqsirləndirilən şəxs ondan 6000 manat pulu 2019-cu il tarixdə deyil, ondan sonrakı vaxtlarda alması dəlilləri yalandır. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Bəhruz Cabbarlı təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Bundan başqa, cinayət işi üzrə birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı apellyasiya protesti verməsədə belə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı dəlili araşdıran məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə olan iş üzrə icraata CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona həmin maddə ilə cəza təyin edilməməsi xüsusatı ilə razıllaşır, eyni zamanda təqsirli bilindiyi digər CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs dələduzluq yolu ilə pullarını ələ keçirməsi haqqında olan şikayət ərizələri, izahatları; -zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 müraciətləri əsasında ##.##.2023-cü ildə CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə fakta görə cinayət işinin başlanması haqqında qərar; -Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 ifadələri; -##.##.2023-cü il tarixli zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 və şahid Təqsirləndirilən şəxs arasında olan üzləşdirmə protokolu; -##.##.2024-cü ildə Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxsi qismində cəlb olunmasına dair qərar; -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində verdiyi qismən etiraedici ifadələri ; -Şahidlərin ifadələri; -Iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində, habelə üzləşmə zamanı qismən etirafedici ifadələrində zərərçəkmiş şəxs3 kənd ərazisində sosial yardım düzəldən şəxs kimi tanımış, zərərçəkmiş şəxs3 müxtəlif kənd sakinlərindən 4500 manat alaraq ona vermiş, o, həmin şəxslərin əməllərini yerinə yetirə bilməyərək onlara qarşı dələduzluq etmiş və həmin etdiyi dələduzluq əməlinə görə AR Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Baş prokoru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğu cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir. Həmin xüsusat onu göstərir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etsə də belə, lakin əlavə olaraq göstərilir ki, o, Aynurə Məmmmədovadan 2019-cu il tarixdə 6000 manat pulu almamış, ümumiyyətlə ona qarşı şər böhtan atılır, o, borc məqsədilə aldığı 1500 manat pulu sonradan Aynurəyə qaytarmış, hazırda ona heç bir borcu yoxdur. Lakin məhkəmə iclası zamanı zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xarici pasportun surətindən görünür ki, o, 2019-cu ilin fevral və may aylarında ölkə hüdudlarından kənarda olmuş, qalan 2019-cu ilin başqa aylarında ölkə ərazisində olmuşdur. 2019-cu ilin sonlarına yaxın o, Təqsirləndirilən şəxs onu işlə təmin edəcəyi və ona pensiya düzəldəcəyi vədi ilə ona 6000 manat pulu vermişdir. Hazırda 1500 manatını Təqsirləndirilən şəxs ona qaytarmış, 4500 manatı isə qaytarmamışdır. Buna görə də ondan şikayətçidir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, 2019-cu ilin oktyabr-noyabr ayında istintaq dəqiq məlum olmayan gündə zərərçəkmiş şəxs3 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmamaqla hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, məhkəməni səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə kollegiyasına təqdim etdiyi yazılı ərizəsində göstərdiyi şəxslərin dindirilməsi xüsusatı hazırki cinayət əməli ilə bağlı olmasını təsdiq edən əsaslı mötəbər sübut təqdim edə bilməmiş, ümumiyyətlə həmin şəxslərin bu cinayət əməli ilə səbəbli əlaqəsinin olması iş materialında olan sənədlərlə öz təsdiqini tapmır. Buna görə də onun bu vəsatəti təmin edilməmişdir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş və dəqiqləşdirilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, cinayət işi üzrə ona məxsus 12 baş, Qarabağ sortlu, dişi cinsli, hər birinin qarnında quzusu olan və ayrıayrılıqda çəkisi isə 40-45 kiloqram olan 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları aldatma yolu ilə ələ keçirməsi hissəsinin təsdiq edilməsini mübahisələndirsə də, lakin iş materialında olan sənədlərdən və ifadələrdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məxsus 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları aldatma yolu ilə ələ keçirməsi hissəsi öz təsdiqini mötəbər sübutlarla tapmır. Eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 apellyasiya baxışı zamanı mübahisələndirdiyi həmin heyvanları təqsirləndirilən şəxsə verməsini təsdiq edən ödəniş qəbzi və ya digər mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs1 məxsus 12 baş, Qarabağ sortlu, dişi cinsli, hər birinin qarnında quzusu olan və ayrı-ayrılıqda çəkisi isə 40-45 kiloqram olan 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları aldatma yolu ilə ələ keçirməsi hissəsi ittihamdan çıxarılmasında haqlı olmuşdur. Birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı da məhkənin gəldiyi nəticə ilə razılaşaraq bu xüsusatı mübahisələndirməyərək apellyasiya protesti verməmişdir. Bundan başqa, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya məhkəməsində verdiyi izahatdan görünür ki, o, qeyd etdiyi xüsusatlarla bağlı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatında məhkəməyə müraciət etmiş, hazırda mülki iş məhkəmənin icraatındadır və yekun qərar qəbul edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətində göstərdikləri mülki iddia ilə bağlı qeyd edir ki, hazırki vəziyyətdə həmin mülki iddiaların iş materialında olan sənədlərlə sübuta yetirilməsi kifayət etmədiyi üçün mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi və tədqiq edilməsi zərurəti yaranmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tam ödəmədiyi üçün ona ağır cəza verilməsini xahiş etsələr də, lakin apellyasiya şikayətləri cəza təyini hissəsində aşağıdakılara görə əsassız olduğundan təmin edilməməlidir. Iş materialında olan Şəmkir RIHB-nın Dəllər Cırdaxan kənd IƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Elektron məhkəmə informasiya sistemindən göünür ki, Təqsirləndirilən şəxs ##.##.1958-ci il tarixdə doğulmuşdur və hazırda 68 yaşı var. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 dəymiş 6000 manat ziyandan 1500 manat olan hissəsi, əyni qismən maddi ziyan ödənilmişdir. CM-nin 178.2.4-cü maddəsinin sanksiyasına görə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, yaşını, şəxsiyyətini nəzərə alaraq əməlində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı qənaəti sonuncu tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsiri, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3 və 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli ** №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli olunmuşdur. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qənaətə gələrkən həmçinin onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza - sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət – hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CMnin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası yuxarıda qeyd oluananlara məcmu halında qiymət verib hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının daha ağır cəza növü azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə hər hansı bir əsas görmür. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən biri olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-105/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-105/2026
06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver