Məhkəmə qərarları › İş №1(3-7)-106/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-106/2026

24.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-106/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(076)-161/2025 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (hakim X7) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə, ##.##.1979-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən ona Yardımlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ona hazırkı hökm üzrə qəti olaraq təyin edilmiş 3 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından Yardımlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı hökmü ilə ona təyin edilmiş və çəkilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası çıxılaraq üzərində 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2026-cı iltarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun başqa cinayət işi üzrə həbsdə saxlanılmasının nəzərə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, mülki iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 28000 (iyirmi səkkiz min) manat və 181 (yüz səksən bir) manat dövlət rusumunun əvəzi tutularaq zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara dair məsələlər həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin avqust ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Atatürk prospekti 256 ünvanında yerləşən Gəncə şəhər Məhkəməsinin yaxınlığında Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan X4 ilə görüşüb, əvvəlcədən aralarında olan etibarlı münasibətlərdən suiistifadə edərək özünün Gəncə Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə işləyən tanışlarının olmasına inandıraraq sonuncunun oğlu şahid6 barəsində həmin vaxt Şəmkir rayon Məhkəməsində olan cinayət işi ilə əlaqədar azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərib Israil Hümbətovun 2400 (iki min dörd yüz) manat məbləğində pulunu ələ keçirtmiş, sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxs Israil Hümbətova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan suiistifadə etmə və aldatma yolu ilə 2021-ci ilin avqust ayının axırlarında istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, Xəlil Şeyxzamanov küçəsində yerləşən “Gəncə çini qablar” zavodunun yaxınlığında, küçədə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan X4 ilə görüşüb, əvvəlcədən aralarında olan etibarlı münasibətlərdən sui-istifadə edərək özünün Gəncə şəhər Təhsil Idarəsində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandıraraq sonuncunun qızı X5 rayonunda yerləşən baxçalardan birində işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib Israil Hümbətovun 3000 (üç min) manat məbləğində pulunu ələ keçirtmiş, sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxs Israil Hümbətova maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin avqust ayından istintaqa dəqiq məlum olmayan tarixdə BakıQazax magistral avtomobil yolunun Şəmkir rayonunun ərazisində yerləşən hissəsində “Dördyol” adlanan yerdə Şəmkir rayonu, Düyərli kəndində yaşayan zərərçəkmiş şəxs3 ilə görüşüb, əvvəlcədən aralarında olan etibarlı münasibətlərdən sui-istifadə edərək özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandıraraq sonuncunun oğlu şahid2 Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək vahid niyyətlə zərərçəkmiş şəxs3 10000 (on min) manat məbləğində pulunu, xeyli miqdarda əmlakını ələ keçirtmiş, bundan sonra o, zərərçəkmiş şəxs3 oğlu şahid2 işə qəbulu ilə əlaqədar barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində yoxlama aparıldığına inandıraraq həmin yoxlamanın oğlunun xeyrinə nəticələnməsinə tez nail olacağına dair yalan vədlər verərək aldadıb, ## ###### 2022-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin içərisində şahid2 adına olan kart hesabından özünə məxsus “xxxx” ASC-nin ****-****-****-**** nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində pulu köçürtdürərək ələ keçirtmiş, bundan sonra o, zərərçəkmiş şəxs3 oğlu şahid2 işə qəbulu ilə əlaqədar anket və tərcümeyi-halın tələb olunduğunu, bu səbəbdən də həmin sənədləşmənin tezliyinin təmin olunmasına nail olacağına dair yalan vədlər verərək aldadıb, 2023-cü ilin avqust ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir şəhəri, Heydər Əliyev prospektində zərərçəkmiş şəxs3 icarəyə əsasında işlədiyi Hüquq məsləhətxanasında şahid2 adına olan kart hesabından özünə məxsus “xxxx” ASC-nin 4169-97**-****-**** nömrəli kart hesabına 500 (beş yüz) manat məbləğində pulu köçürtdürərək ələ keçirtmiş, sonradan vədinə əməl etməyərək ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 11500 (on bir min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri Xəlil Şeyxzamanov küçəsində yerləşən “Gəncə çini qablar” zavodunun yaxınlığında, küçədə Şəmkir rayonu Yeni Həyat kəndində yaşayan X4 ilə görüşüb, əvvəlcədən aralarında olan etibarlı münasibətlərdən sui-istifadə edərək özünün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandıraraq sonuncunu Dövlət Sərhəd Xidmətində mülki işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib Israil Hümbətovun 4600 (dörd min altı yüz) manat məbləğində pulunu ələ keçirtmiş, sonradan vədinə əməl etməyərək zərərçəkmiş şəxs Israil Hümbətova maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan suiistifadə etmə və aldatma yolu ilə 2022-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə tanışı X4 vasitəsilə tanıdığı ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs1 ilə sonuncunun yaşadığı evə bitişik ayaqqabı dükanında görüşüb, aralarında olan ümumi tanışı Israil Hümbətovun etibarlı münasibətindən sui-istifadə edərək özünün daşınmaz əmlakın dövlət reyestri sahəsində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandıraraq zərərçəkmiş şəxs1 məxsus keçmiş SSRI dövründə, Rayon Icraiyyə Komitəsi tərəfindən verilmiş Şəmkir şəhəri, Posanlı qəsəbəsində yerləşən 05 ha torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək vahid niyyətlə əvvəlcə ondan 3100 (üç min bir yüz) manat məbləğində nəğd pulunu alaraq ələ keçirtmiş, bundan sonra 2022-ci ilin avqust ayında, istintaqa məlum olmayan tarixdə həmin ünvanda əlavə olaraq zərərçəkmiş şəxs1 400 (dörd yüz) manat, daha sonra ##.##.2023-cü il tarixdə telefon vasitəsilə əlaqə saxlayıb həmin mübahisəli torpaq sahəsinə dair Gəncə Apellyasiya Məhkəməsində mülki işin olması barədə yalan məlumat verərək işin onun xeyrinə həll edilməsi üçün əlavə olaraq zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən “El market”in içərisindəki “mpay” ödəniş terminalı ilə özünə məxsus “xxxx” ASC-nin 4127-2093- ****-**** nömrəli kart hesabına göndərdiyi 800 (səkkiz yüz) manat məbləğində pulunu ələ keçirtməklə, 2023-cü ilin sentyabr ayında istintaqa məlum olmayan tarixdə ünvan 2 ünvanında yerləşən ayaqqabı dükanında Gəncə Apellyasiya Məhkəməsində mülki işin onun xeyrinə həll olunduğunu bildirib, məhkəmənin hakiminə şirinlik vermək adı ilə aldadıb, zərərçəkmiş şəxs1 200 (iki yüz) manat məbləğində nəğd pulunu ələ keçirtməklə, ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 4000 (dörd min) manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 3 ünvanında, onunla eyni qəsəbədə yaşayan tanışı zərərçəkmiş şəxs2 ilə telefon vasitəsilə əlaqə saxlayıb həmin ünvanda görüşərək, əvvəlcədən aralarında olan etibarlı münasibətlərdən sui-istifadə edərək sonuncunun oğlu X1 barəsində Şəmkir rayon polis şöbəsinin Istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Şəmkir rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini eşidib narahat olduğunu dilə gətirib özünün müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışlarının olmasını bildirərək sonuncunun oğlu Anar Cəfərovun barəsində olan cinayət işinin icraatını xitam etdirəcəyinə inandırıb aldadaraq, vahid niyyətlə ilkin olaraq 2022-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində zərərçəkmiş şəxs2 özünə məxsus mənzilin satışından əldə etdiyi puldan 7000 (yeddi min) manatını almış, bundan bir həftə sonra eyni niyyətlə əlavə olaraq sonuncunun 5000 (beş min) manat məbləğində pulunu almış, həmin tarixdə aralarında olan danışıq zamanı zərərçəkmiş şəxs2 digər oğlu, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş X2 da 10000 (on min) manat məbləğində pulun qarşılığında azadlığa buraxılmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək inandırıb 2023-cü ilin yanvar ayında, istintaqa dəqiq məlum olmayan tarixdə zərərçəkmiş şəxs2 ilkin olaraq 5000 (beş min) manat məbləğində pul almış, iki ay sonra yenidən zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evinə gələrək sonuncudan oğlu Elnar Cəfərovun azadlığa buraxılması üçün əlavə olaraq pul tələb olunduğuna inandırıb həmin gün 2000 (iki min) manat məbləğində pulunu alaraq ələ keçirtmiş, bir ay sonra yenidən zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evinə gələrək oğlu Elnar Cəfərovun azadlığa buraxılacağına inandırıb sonuncudan tələb olunan pulun qalığını, yəni 3000 (üç min) manat pulu alaraq ələ keçirtmiş, həmin vaxtdan bir ay sonra, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində Anar Cəfərovun barəsində olan cinayət işi ilə əlaqədar sonuncunun azadlığa buraxılması üçün əlavə olaraq zərərçəkmiş şəxs2 6000 (altı min) manat məbləğində pul alaraq, sonradan verdiyi vədlərə əməl etməyib aldadaraq ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 28000 (iyirmi səkkiz min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə bibisiqızı şahid7 vasitəsilə tanıdığı Şəmkir rayonu, Posanlı qəsəbə sakini şahid8 özünün müxtəlif dövlət orqanlarında yüksək vəzifələrdə işləyən tanışlarının olmasını bildirərək, sonuncunun qardaşı, barəsində Şəmkir rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 29,149.2.5-ci maddələri ilə istintaqı aparılaraq aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X3 azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza növü təyin olunmasına köməklik göstərəcəyinə inandırıb aldadaraq 2023-cü ilin yanvar ayından iyun ayınadək olan müddətdə, müxtəlif tarixlərdə vahid niyyətlə ilkin olaraq Şəmkir rayonu, Posanlı qəsəbəsində yerləşən şahid7 yaşadığı fərdi yaşayış evində, şahid8 vasitəsilə Kamil Keytiyevin arvadı zərərçəkmiş şəxs5 10000 (on min) manat məbləğində pulunu, bundan iki ay sonra Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonunun ərazisində yerləşən hissəsində “Yamin” yanacaq doldurma məntəqəsinin yaxınlığında eyni niyyətlə və eyni üsulla əlavə olaraq sonuncunun 5000 (beş min) manat məbləğində pulunu, bundan bir ay sonra yenidən “Yamin” yanacaq doldurma məntəqəsinin yaxınlığında eyni niyyətlə və eyni üsulla əlavə olaraq zərərçəkmiş şəxs5 3500 (üç min beş) manat məbləğində pulunu, həmin vaxtdan 15 gün sonra sonuncunun yenidən Şəmkir rayonu, Posanlı qəsəbəsində yerləşən şahid7 yaşadığı fərdi yaşayış evində şahid8 vasitəsilə 2500 (iki min beş yüz) manat məbləğində pulunu, Kamil Keytiyevin azadlığa buraxılması üçün həmin gün Samux rayonunda eyni üsulla zərərçəkmiş şəxs5 6000 (altı min) manat məbləğində pulunu, bir neçə gün sonra, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu “Daş bazarı” adlanan ərazidə qaynı şahid8 vasitəsilə onun 1500 (bir min beş yüz) manat məbləğində pulunu, bundan bir ay sonra Şəmkir rayonu, Posanlı qəsəbəsində yerləşən şahid7 yaşadığı fərdi yaşayış evinin yaxınlığında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasından Kamil Keytiyevin barəsində müsbət xasiyyətnamə və arayış alınması üçün şahid8 vasitəsilə əlavə olaraq zərərçəkmiş şəxs5 600 (altı yüz) manat məbləğində pulunu və bundan 10 gün sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin dəftərxana işçilərinin işdən çıxmaları və Kamil Keytiyevin azadlığa buraxılması üçün yeni təyin olunmuş əməkdaşlara əlavə pul verilməli olduğu barədə yalan məlumat verərək inandırıb aldatmaqla şahid8 vasitəsilə zərərçəkmiş şəxs5 5500 (beş min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirərək, sonradan verdiyi vədlərə əməl etməyib aldadaraq ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 34600 (otuz dörd min altı yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə tanışı zərərçəkmiş şəxs6 vasitəsilə tanıdığı Şəmkir rayonu, Morul qəsəbəsində yaşayan zərərçəkmiş şəxs7 ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinin ərazisində görüşüb, aralarında olan ümumi tanışı zərərçəkmiş şəxs6 etibarlı münasibətindən sui-istifadə edərək özünün daşınmaz əmlakın dövlət reyestri sahəsində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandıraraq zərərçəkmiş şəxs7 məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən, üzərində tikintisi olan 04 sot torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək vahid niyyətlə əvvəlcə ondan 3000 (üç min) manat məbləğində nəğd pulunu alaraq ələ keçirmiş, bir gün sonra zərərçəkmiş şəxs7la aralarında olan telefon danışığı zamanı sonuncunun özünə məxsus Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinə də çıxarışın alınmasına köməklik göstərməsi barədə xahişindən suiistifadə edərək həmin torpaq sahəsinə də çıxarışın alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək aldadıb sonuncunun Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən marketin içərisindəki “Milliön” ödəniş terminalı ilə özünə məxsus “xxxx” ASC-nin ****-****-****-**** nömrəli kart hesabına göndərdiyi 2000 (iki min) manat məbləğində pulu ələ keçirtmiş, daha sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən torpaq sahəsinə dair çıxarışın əldə olunması üçün zərərçəkmiş şəxs7 2023-cü ilin oktyabr ayında istintaqa məlum olmayan tarixdə Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “xxxx” ASC-nin Gədəbəy filialı vasitəsilə özünə məxsus “xxxxı” ASC-nin 4169- 73**-****-**** nömrəli kart hesabına göndərdiyi 1800 (bir min səkkiz yüz) manat və həmin tarixdə təkrar 100 (bir yüz) manat pulu, həmçinin 2023-cü ilin oktyabr ayında müxtəlif tarixlərdə həmin kart hesabına Gədəbəy rayonunda yerləşən “xxxxı” ASC-nin və “xxxx” ASC-nin Gədəbəy filialları vasitəsilə göndərdiyi 2000 (iki min) manat, 500 (beş yüz) manat, 1900 (bir min doqquz yüz) manat, 750 (yeddi yüz əlli) manat, 800 (səkkiz yüz) manat və 750 (yeddi yüz əlli) manat, sonuncu dəfə isə ## ####### 2023-cü il tarixdə Gəncə şəhərinin ərazisində yerləşən “ASAN” xidmətin içərisindəki “Milliön” ödəniş terminalı ilə özünə məxsus “xxxx” ASC-nin ****-****-****-**** nömrəli kart hesabına göndərdiyi 400 (dörd yüz) manat məbləğində pulunu ələ keçirtməklə, ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 14000 (on dörd min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını xeyli miqdarda qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə BakıQazax magistral avtomobil yolunun Şəmkir rayonunun ərazisində yerləşən hissəsində “Üçyol” adlanan yerdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan zərərçəkmiş şəxs6 ilə görüşüb, əvvəlcədən aralarında olan etibarlı münasibətlərdən sui-istifadə edərək özünün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə işləyən tanışlarının olmasına inandıraraq sonuncunun Şuşa və Xocavənd rayonlarında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçən oğlanları Orxan Haqverdiyevin və Ayxan Haqverdiyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən N saylı Hərbi hissəsinə köçürülməsinə köməklik göstərəcəyinə dair yalan məlumat verib inandıraraq vahid niyyətlə zərərçəkmiş şəxs6 3000 (üç min) manat məbləğində pul alaraq əldə etmiş, bundan sonra öz qanunsuz əməllərini davam etdirərək sonuncunun Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 2023-cü ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonunun ərazisində yerləşən hissəsində “Üçyol” adlanan yerdə zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat məbləğində pul alaraq əldə etmiş və onu özünün qanunsuz əməllərinə inandırmaq məqsədilə “xxxxı” ASC-dən zərərçəkmiş şəxs6 öz adına bank kartı aldıraraq həmin karta iş yerindən əmək haqqı yüklənəcəyinə inandırmış, bundan sonra zərərçəkmiş şəxs6 adına olan qeyd edilən bank kartına 463 manat məbləğində pul köçürtməklə sonuncunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsinə inandıraraq özünün qanunsuz əməllərini davam etdirib, zərərçəkmiş şəxs6 özünün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində mühüm vəzifələrdə işləyən tanışlarının olması barədə yalan məlumat verərək sonuncunun oğlanları Orxan Haqverdiyevin və Ayxan Haqverdiyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, həmçinin arvadı Günay Haqverdiyevanın isə Gəncə Apellyasiya Məhkəməsinin dəftərxanasında işə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 2023-cü ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonunun ərazisində yerləşən hissəsində “Üçyol” adlanan yerdə zərərçəkmiş şəxs6 7500 (üç min) manat məbləğində pulunu ələ keçirtmiş, bundan sonra 2023-cü ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə telefon vasitəsilə əlaqə saxlayıb zərərçəkmiş şəxs6 iddiaçı qismində 278000 (iki yüz yetmiş səkkiz min) manat məbləğində pulun tələbinə dair mülki işin onun xeyrinə həll olması barədə yalan məlumat verərək qərarın alınması üçün Gəncə Apellyasiya Məhkəməsinin sədrinə vermək adı ilə əlavə olaraq zərərçəkmiş şəxs6 ünvan 4 ünvanında yerləşən “El market”in içərisindəki “mpay” ödəniş terminalı ilə özünə məxsus “xxxx” ASC-nin ****-****-****-**** nömrəli kart hesabına hissə-hissə göndərdiyi 1000 (bir min) manat məbləğində pulunu ələ keçirərək, sonradan verdiyi vədlərə əməl etməyib aldadaraq ümumilikdə vahid niyyətlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 14000 (on dörd min) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayon məhkəməsinin ##.##.2026-cı il tarixli iş No *(***)-***/**** nömrəli Hökmünü əsassız və ədalətsiz hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 25-iyun 2003-cü il tarixli qərarının 20-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm həbsdə saxlanılan Şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlanma növündə cəza təyin etdikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsdə alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutlma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Şəmkir rayon məhkəməsi tərəfindən onun hüquqlarının pozulması ilə, hakim Həvayət xanım Məhəmmədinin icraatında olan Azərbaycan Respublikası(CM-in 178.1 Yardımlı məhkəməsinin hökmü) CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməyimə dair cinayət işinin icraatını ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək saxlanılması iş üzrə həbs qətimkan tədbiri saxlanılmaqla Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilməyinə dair Cinayət işi üzrə 01 il müddətində ibtidai istintaq dövrü aparılmışdır. Ibtidai istintaq dövründə istintaqın tələbi ilə Şəmkir rayon polis şöbəsinin MSY-nə aparılmışam hər dəfəsində 5-7 və 10 gün saxlanılmışam. Iş üzrə ibtidai istintaq yekunlaşaraq Şəmkir rayon Məhkəməsinin icraatı verilmişdir 2025-ci ilin fevral ayında ilkin məhkəmə prosesi keçirilmişdir və ##.##.2026-cı ilədək məhkəmə istintaqı aparılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi, Şəmkir rayon məhkəməsinin ##.##.2026-cı il tarixdə vermiş olduğu qərarına əsasən cinayət işi üzrə eyni gündə ##.##.2026-cı il tarixdə ##.##.2024cü il tarixli Yardımlı rayon məhkəməsinin hökmü nəzərə alınmaqla barəsində cəza təyin edilmişdir. ##.##.2024-cü il tarixli Yardımlı Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilən 01-il cəza gün fərqinə görə bir ildən az olduğuna görə Amnistiya aktına əsasən ləğv edilməlidir. Şəmkir Rayon Məhkəməsinin AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ##.##.2026-cı il tarixli iş 1 (***)-*/**** saylı qərarı ilə cinayət işinə xitam verildikdə Şəmkir Rayon Məhkəməsinin AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsindədə hökm verdikdə, Cəza müddətinin əvvəli və digər qanunvericiliklə düzgün nəticəyə gələrək ## ###### 2023-cü il tarixdən hesablanmalı idi və ya iş üzrə ibtidai istintaq dövrü və məhkəmə icraata başlandığı dövrün müddətləri təyin edilmiş cəzadan çıxılmalı idi. Odur ki, qeyd olunanlara əsasən barəsində ədalətli qərar verilməsini xahiş edir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünü dəyişib cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, məhkumun cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apellyasiya şikayətində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə məhkuma təyin edilmiş cəzanın müddətinin əvvəlinin düzgün hesablanmaması və cəzasının yüngülləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Şəmkir Rayon Məhkəməsinin hökmündən və cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə olan 1 (***)-*/**** saylı başqa cinayət işi üzrə həbsdə saxlanılır. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkum apellyasiya şikayətində ona yüngül cəza təyin edilməli olduğunu göstərmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs eyni əmələ görə Yardımlı rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə məhkum olunmuşdur. Belə olan halda isə məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası DIN-nin BƏSII-dən daxil olmuş tələbnamədən və Yardımlı rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 11 ay 26 gün müddətə azadlıqdan məhrum olunma cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə onun şəxsiyyətini səciyyələndirən halları, törətdikləri cinayət əməllərinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törtədiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəliliyi, cinayət əməllərinin törədilməsi halları və şəraiti nəzər alınmaqla həmin cinayət əməllərinə görə müvafiq maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Yardımlı Rayon Məhkəməsinin onun barəsində çıxardığı ittiham hökmünün qanuni qüvvəyə minməsindən əvvəl törətdiyi üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş digər cəza növlərinin təyin edilməsi, məhkum olunduğu maddəyə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(076)-161/2025 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar