Məhkəmə qərarları › İş №1(3-7)-107/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-107/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-107/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi – Qanuni nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdam Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(***)-**/**** saylı hökmündən zərərçəkmiş şəxs Fatimə Yadigar qızı və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim M.Ş.Niftəliyev) # ### 2005-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Xındırıstan ərazi dairəsinin Yüzbaşılı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. İşin halları Hökmə əsasən, Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının əvvəllərində istintaqa məlum olmayan gün və vaxtda Ağdam rayonu Birinci Yüzbaşılı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyətyani sahəsində ## #### 2009-cu il təvəllüdlü olmaqla, on altı yaşına çatmayan, habelə aralarındakı yaş fərqinin iki ildən çox olduğu aşkar surətdə ona məlum olduğu halda Zərərçəkmiş şəxs ilə zor tətbiq etmədən, sonuncunun könüllü razılığı ilə yuxarıda qeyd olunan ünvanda təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla qəsdən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və qəsdən seksual xarakterli hərəkətlər etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətində Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə yuxarı həddə, yəni 3 (üç) il müdətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, “##.##.2009-cu il təvəllüdlü, Ağdam rayon Birinci Yüzbaşlı kənd sakinidir. Ağdam rayon Birinci Yüzbaşılı kənd sakini, həmkəndlisi Təqsirləndirilən şəxs ilə arasında 2025ci ilin iyun ayının ortalarında sevgi münasibətləri yaranmışdır. Belə ki, Xudu “istaqram" sosial şəbəkəsinin mesajlaşma sistemi vasitəsi ilə onunla əlaqə saxlamışdır. Hər dəfə danışanda Xudu onunla görüşüb söhbət etməyi təklif etmişdir. O isə Xudunun təklifini rədd etmişdir. 2025-ci ilin iyul ayının əvvəllərində Xudu ona zəng edərək görüşmək istədiyini bildirmiş, onunla görüşməyəcəyi təqdirdə özündə olan hansısa ona məxsus foto şəkili atasına göstərəcəyi ilə onu təhdid etmişdir. O, naçar qalıb Xudunun təklifi ilə razılaşmışdır. Həmin gün gecə saat təxminən 03:00 radələrində Xudu onun yaşadığı evin giriş qapısının önünə gəlmişdir. O, Xudunu giriş qapısının önündə qarşılamış və onunla birlikdə həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra bir qədər söhbət etmiş, sonra Xudu onun dodaqlarından öpmüş, o qorxduğu üçün səsini çıxarmamışdır. Bundan sonra Xudu onun paltarını aşağı çəkmiş, qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Bir qədər söhbət etdikdən sonra təkrarən Xudu onun şalvarını aşağı çəkərək onunla təbii yolla cinsi əlaqədə olmuşdur. O, nə baş verdiyini dərk edə bilməmişdir. Bu cinsi akt zamanı ağrı hiss etsə də valideynlərinin qorxusundan səsini çıxarmamışdır. Bundan sonra Xudu bu məsələ barədə heç kimə deməməyini deyib çıxıb getmişdir. Təxminən bir həftə sonra Xudu ona zəng edərək onda olan şəkili atasına göstərəcəyi ilə qorxudaraq onunla görüşmək istədiyini bildirmişdir. O, atasından qorxduğundan Xudu ilə razılaşmışdır. Həmin gün gecə saat 02:00 radələrində Xudu yaşadıqları evin qarşısına gəlmiş, ona sosial şəbəkə vasitəsi ilə mesaj yazmışdır. O da Xudunun bu mesajından sonra küçəyə çıxmışdır. Xudu ona yaxınlaşaraq onların həyətlərinə getməyi təklif etmişdir. O, Xudu ilə razılaşmış, Xudu ilə birlikdə onların həyətyanı sahəsinə getmişdir. Xudu həyətlərində onu öpmüş, onunla qeyri-təbii cinsi əlaqədə olmuşdur. O əvvəl elə başa düşmüşdür ki, Xudunun onunla olan bu münasibəti sevgi münasibətidir. Axırıncı görüşlərindən başa düşmüşdür ki, Xudunun ona olan münasibəti sevgi deyil, cinsi təlabatının təminidir. O həmin gecə evə gəldikdən sonra Xudunu bloka atmışdır ki, bir də ona zəng edib onu narahat etməsin. Bu hadisədən sonra Təqsirləndirilən şəxsla onun heç bir əlaqəsi olmamışdır. Ancaq Təqsirləndirilən şəxs onun "İnstaqram" səhifəsinin nömrəsini qonşu kənddən, yəni İkinci Yüzbaşılı kəndində yaşayan X1 adlı şəxsə vermiş, həmin kənddən olan Yusiflə bərabər bir neçə şəxs onu oğurlayaraq qonşu kəndin qəbrsanlığına aparmışlar. Xudu Məmmədovun təşkilatçılığı ilə onu oğurlayan şəxslər onu qəbrsanlıqda qoyub gedəcəkləri ilə hədələyərək cinsi zorakalıq göstərərək onunla olan hərəkətlərini telefonla çəkib kənddə nümayiş etdirmişlər. Bu barədə Ağdam RPŞ məlumatlandırılmış, CM-nin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir, o da həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmü qeyri-obyektiv hesab edir. Belə ki, verilmiş cəza Təqsirləndirilən şəxs islah olunmasına xidmət etmir. Belə ki, Təqsirləndirilən şəxs onun azyaşlı olmağından istifadə edərək, onunla saxta sevgi münasibətləri yaradaraq onun hisləri ilə oynamış, o da Xudunun ona olan hislərini səmimi qəbul etmişdir. Ancaq Xudu istədiyinə nail olduqdan sonra onu heç nə olmamış kimi atmışdır. Təqsirləndirilən şəxs bu hərəkəti, onun, ailəsinin, yaxınlarının şərəfinə, ləyaqətinə, hislərinə toxunmuşdur. Ailəsinin namusunu ayaqlar altına salmışdır. Bütün bunlara baxmayaraq məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmamış, Xudunun ailəsi onun valideynləri ilə barışığa belə cəhd etməmiş, hətta məhkəmənin hökmündən sonra Xudunun valideynləri onun anasına və nənəsinə hücum çəkib onları nalayiq ifadələrlə təhqir edərək döymüşlər. Göründüyü kimi CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs aşağı həddə verilmiş cəza onun islah olunmasına xidmət etmir. Verilmiş cəza anoloji cinayətlərin artmasının qarşısının alınmasına xidmət etmir. Bu hal eyni zamanda cəmiyyətdə birmənalı qarşılanmamış, hüquq mühafizə orqanlarının, məhkəmələrin obyektivliyinə inamsızlıq və şübhələr yaratmışdır. Verilmiş cəza onun və ailəsinin qüruruna vurulmuş mənəvi ziyanı kompensasiya etmir”. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində ittiham hökmü çıxarılarkən onun ilk dəfə məhkum edilməsinin, törətdiyi cinayət əmlini səmimi etiraf etməsinin, əməlindən peşman olmasının nəzərə alınmadığını, ona sərt cəza təyin edildiyini bildirərək Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünün ləğv edilməsini, cəzadan şərti azad edilməsi ilə bağlı ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və müdafiə tərəfinin apellyasiya şikayətinə etiraz edərək Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 152.1ci maddəsi ilə yuxarı həddə, yəni 3 (üç) il müdətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz edərək təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 müdafiə tərəfinin apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, onun cəzasının yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmamasını, o cümlədən zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə isə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətlərin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müdafiə tərəfinin apellyasiya şikayətindən aydın olur ki, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi, zərərçəkmiş şəxsin apellyasiya şikayətindən isə aydın olur ki, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması xahiş edilir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərində göstərilməsə də, CPM-in 397ci maddəsinin tələblərindən çıxış edərək, şikayətlərin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə tərəfindən ittiham hökmü çıxarılarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 152.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəylər və məhkəmədə araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CMnin 152.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 152.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət törətməsini, təqsirini qismən etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsini, hazırda 21 yaşının tamam olmamasını, istintaq təcridxanasında həbsdə saxlanıldığı dövrdə «sol tərəfli II dərəcəli valikosele» diaqnozu təyin edilərək cərrahiyyə əməliyyatı olunmasının məsləhət görülməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə 1 (bir ) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə, təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddələrsinin tətbiq edilməsi üçün əsasların olub-olmaması məsələsini də müzakirə edərək hesab edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-nin 70.1-ci maddəsindən görünür ki, Cinayət Qanunu cəzanın şərti hesab edilməsinin, yəni təqsirkarın cəza çəkmədən islah olunmasının mümkünlüyünü bir şərtdən asılı etmişdir. Bu hal məhkumun real cəza çəkməsinə lüzum olmaması ilə bağlıdır. Lakin iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanı real çəkmədən islah olunması mümkün görünmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən təqsirləndirlən şəxsin cəzasının həddinin də artırılması üçün əsaslar müəyyən edilmir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmündən zərərçəkmiş şəxs Fatimə Yadigar qızı və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar