Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-108/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Abdullayev Əlizamin Gülzalı oğlunun sədrliyi, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 182.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin işə baxan məhkəmə tərkibinə edilmiş etiraza baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 182.2.2 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında baxılarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin işə baxan məhkəmə tərkibinə (hakimlər X1 (sədrlik edən), X3 və X2) yazılı etiraz vermişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi etirazı onunla əsaslandırmışdır ki, işə baxılarkən məhkəmə tərkibi tərəfindən ibtidai istintaq zamanı yol verilən kobud qanun pozuntularına düzgün hüquqi qiymət verilməmiş, məhkəmə işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı olduğu və pozuntuya yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalı olduğu halda bunu etməyərək cinayət işini məhkəmə baxışına vermişdir. ##.##.2024-cü il tarixdə məhkəmə elektron sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, yol verilmiş qanun pozuntuları xatırlatmaqla, Təqsirləndirilən şəxs CM-nin 182.2.2-ci maddələri ilə ittiham olunduğu epizodlar üzrə onun xeyrinə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini müraciətə əlavə edib, eyni zamanda onun ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirsizliyinə dair mötəbər sübutların, yəni Tərtər rayonu H.Əliyev prospekti "Dağlar" restoranının yaxınlığında deyil, restoranın ** saylı otağında saxlanması ofsiant şahid1 iştirakı ilə çəkilmiş videogörüntü və fotoşəkillərdən ibarət materiallar tərəfindən məhkəmə elektron sisteminə yerləşdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə bağlı vəkil orderi məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim olunduqdan sonra yalnız ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə məhkəmə iclasları keçirilmiş və növbəti məhkəmə prosesi ##.##.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə istintaqı təzələndikdən sonra yalnız təqsirləndirilən şəxs dindirilmiş, digər şəxslərin dindirilməsi təmin olunmamışdır. Halbuki, Təqsirləndirilən şəxs saxlandığı Istintaq Təcridxanası məhkəmənin inzibati binası eyni şəhərdə, yaxın məsafədə yerləşməklə əlçatandır. Bundan əlavə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım göstərilməsi üçün bu günədək keçirilən məhkəmə iclasları və onların audioyazısı ilə tanış olmağına dair müraciətini də məhkəmə təmin etməmişdir. Bundan əlavə, məhkəməyə sədrlik edən hakim Dadaş Imanov onun iştirakı ilə keçirilən məhkəmə prosesində yuxarıda adları qeyd olunan Ağstafa, Mingəçevir və Binəqədi rayon Məhkəmələrinin qərarlarının əvvəlki müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmədiyini bildirsə də, şəxsən o, həmin qətnamələri məhkəmədə olan cinayət işinin materiallarından surətini çıxarmaqla əldə edib, ##.##.2024-cü il tarixdə məhkəmə elektron sisteminə yerləşdirmiş və hər birindən bir surətini də məhkəmə iclasında məhkəməyə təqdim etməyinə və məhkəmə tərkibinin artıq işin bu halından xəbərdar olmasına baxmayaraq, CPM-nin 141.1.3cü maddəsinin tələblərinin pozulması ilə bağlı anaoloji qanun pozuntularını məhkəmə tərkibi davam etdirmişdir. Təqsirləndirilən şəxs CM-nin 182.2.2-ci maddəsi ilə ittiham olunduğu epizodlar üzrə eyni predmet barəsində olan mülki iş üzrə Təqsirləndirilən şəxs iddiaçı, adı zərərçəkmiş şəxs qismində keçən şəxslərin isə cavabdeh olduğu, həmin qətnamələrin qanuni qüvvəyə mindiyi və qanunla bərabər hüquqi qüvvəyə malik olduğu halda, Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X1 (məhkəməyə sədrlik edən), X3 və X2 ibarət) məhkəmə tərkibi Təqsirləndirilən şəxs borclu olan zərərçəkmiş şəxs3 Beydulla oğlu, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs statusunda saxlamaqda davam edərək, süni şəkildə məhkəmə baxışını uzatmaqla, süründürməçiliyə yol verməklə, məhkumluğu olmayan, himayəsində 4 azyaşlı uşağı olan və ailənin yeganə qazanc gətirən üzvü olan, Təqsirləndirilən şəxs bu yolla iradəsini sındırıb, ona psixoloji təsir göstərib özünü təqsirli bilmədiyi CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamın boynuna götürməsinə məcbur edilməsi və onun barəsində qanunsuz olaraq ittiham hökmünün çıxarılmasına hesablanmışdır. Cinayət işinin məhkəməyə daxil olmasından 1 (bir) il 04 (dörd) ay müddət keçməsinə, onun müdafiəçi kimi işə qoşulmasından 06 (altı) ay keçməsinə baxmayaraq, onun iştirakı ilə cəmi 3 məhkəmə prosesi keçirilmiş və yalnız təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dindirilmişdir. Hakim Dadaş Imanovun sədrliyi ilə olan məhkəmə tərkibinin ittihamyönümlü subyektiv maraqlarına uyğun məhkəmə prosesləri bu templə davam etdiyi halda məhkəmə istintaqının başa çatması üçün əlavə olaraq ən azı 01 il vaxt lazımdır və hakim Dadaş Imanovun sədrliyi ilə keçirilən məhkəmə tərkibinin maraqlarının nəticəsidir ki, ##.##.2025-ci il tarixdə məhkəmə elektron sisteminə hüquqlarını müdafiə etdiyi şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə bugünədək baxılmamışdır. Odur ki, hesab edir ki, işə baxan məhkəmə tərkibi cinayət təqibində maraqlıdır və onlara edilmiş etiraz təmin edilməlidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli məhkəmə iclasında həmin etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi etirazda irəli sürülən halları cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib müəyyən etdi ki, etirazın təmin edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində (bundan sonra CPM) nəzərdə tutulan əsaslar olmadığına görə etiraz təmin olunmamalıdır. Belə ki, CPM-nin 109-cu maddəsində hakimə etirazın əsasları, verilməsi qaydası və hüquqi nəticələri göstərilmişdir. Məcəllənin 109.1-ci maddəsinə görə hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apelyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, hazırkı etirazda CPM-nin 109-cu maddəsində sadalanan əsaslardan hər hansı biri yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisinin etirazının dəlilləri cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırkı məhkəmə tərkibində baxılmasını istisna edəcək həddə deyildir. Bu baxımdan etiraz açıq-aşkar əsassızdır, etirazın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Etirazda iş üzrə məhkəmənin obyektiv araşdırma aparmadığı, uzun müddət ərzində 3 məhkəmə iclasının keçirildiyi, həmçinin vəsatətləri ilə bağlı obyektiv qərarlar qəbul edilmədiyi qeyd edilmişdir. Müdafiə tərəfinin öz etirazında qeyd etdiyi zərərçəkmiş və təqsirləndirilən tərəf arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, həmin qətnamələrin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir və hazırda baxılan cinayət işi üzrə həm ittiham tərəfinin, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutlar yekun məhkəmə aktı, məhkəmə hökmü çıxarılarkən müzakirə edilməli məsələlərdəndir. Daha sonra müdafiəçi cinayət işinin 1 il 4 aydan artıq müddətdir davam etdiyini və işə qoşulduqdan sonra 3 iclas keçirildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi ## ###### 2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, təqsirləndirilən şəxsin həm dövlət hesabına, həm də öz hesabına müdafiəçisi olmuş, uzun müddət ərzində məhkəmə prosesləri keçirilmiş, çoxsaylı şahidlər, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs dindirilmiş, buna baxmayaraq hazırkı müdafiəçi ## ######## 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsin yeni müdafiəçisi olduğunu bildirmişdir. Elə dərhal da həmin müdafiəçi ##.##.2025-ci il tarixli məhkəmə iclasının başqa bir məhkəmə işində müdafiəçi olduğu üçün təxirə salınmasını xahiş etmişdir, məhkəmə də müdafiəçinin bu xahişini təmin edərək məhkəmə iclasını ## ###### 2026-cı il tarixə təyin etmişdir. Həmin iclasda məhkəmə tərkibində olan hakim dəyişdiyindən işə baxan məhkəmə tərkibinin dəyişməzliyi prinsipinə uyğun olaraq cinayət işinin məhkəmə baxışı əvvəldən başlamışdır. Müdafiəçi öz etirazında təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün verdiyi vəsatətinə baxılmadığını göstərsə də, ##.##.2026-cı il tarixli məhkəmə iclas protokolundan görünür ki, işdə sədrlik edən hakim cinayət prosesi tərəflərindən vəsatətlərinin olub-olmamasını aydınlaşdırmış, lakin tərəflər, o cümlədən müdafiəçi vəsatətlərinin olmadığını bildirmişlər. Müdafiəçinin həmin iclasda ev dustaqlığı ilə bağlı vəsatəti məhkəmənin diqqətinə çatdırmamasının səbəbləri aydın deyildir. Müdafiəçi özü passiv mövqe tutaraq həmin vəsatətin müzakirə edilməsinə təşəbbüs belə göstərməmişdir. Daha sonra ## ###### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında müdafiəçi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tanış olmadığını bildirmiş və bu səbəbdən məhkəmə iclası təxirə salınmışdır. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında isə müdafiəçinin şahidlərin dindirilməsi ilə bağlı vəsatəti olmuş, məhkəmə tərəfindən həmin vəsatət təmin edilmişdir. Növbəti məhkəmə iclasından əvvəl isə müdafiəçi işə baxan məhkəmə tərkibinə etiraz vermişdir. Göründüyü kimi müdafiəçi müdafiəçi1 iştirakı ilə işə baxıldığı müddətdə cinayət işi üzrə əsassız yubandırma hallarına yol verilməsi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən məhkəmə iclaslarının audio-video yazıları da tədqiq edilmiş və həmin materiallarda da, məhkəmə tərkibinin işdə maraqlı olmasını təsdiq edən heç bir hal aşkara çıxarılmamışdır. Odur ki, yuxarıda sadalanan hallar bir daha onu göstərir ki, etirazda qeyd edilən dəlillər hakimlərin işə baxmasını davam etdirməsindən uzaqlaşdırılması üçün əsas olmamaqla, gələcəkdə narazı qalacaq tərəfin məhkəmənin yekun qərarından apellyasiya şikayəti verilərkən istinad edə biləcəyi hallardır. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə haqqında qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli qərarının 2.1-ci bəndində göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz CPM-də müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllədə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər. Qərarın 2.2-ci bəndində isə göstərilmişdir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. CPM-nin 109.3 və 109.3.3-cü maddələrinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etiraz apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən və CPM-nin 107, 109, 321 və 394-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin işə baxan məhkəmə tərkibinə edilmiş etiraz əsassız olduğundan təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışının davam etdirilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Hakim: Əlizamin Abdullayev
Məhkəmə qərarları › İş №1(3-7)-108/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-108/2026
13.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver