Məhkəmə qərarları › İş №1(3-7)-109/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-109/2026

08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-109/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs İlham oğlunun və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim H.K.Məhəmmədi) ##.##.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, Şəmkir şəhəri Hərbi şəhərcik Dos 9 Mənzil 26-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs İlham oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay hissəsinin qismən birləşdirilməsi, ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs İlham oğlu # ###### 2025-ci il tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində “Bazar yolu” adlanan hissəsindən tapıb, qanunsuz olaraq əldə etdiyi döyüş sursatı hesab olunan, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamış, Makarov konstruksiyalı yivli odlu silah olan 1 ədəd tapancanı, həmin Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 1 ədəd darağı və döyüş sursatı hesab edilən 4 ədəd olmaqla, onlardan 3-ü keçmiş SSRİ dövlətində, 1-i isə Azərbaycan Respublikasında istehsal olunmuş, atəş üçün yaralı, 9x18 mm kalibirli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapancalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarını üzərində saxlamaqla yaşadığı Şəmkir şəhərində yerləşən evə daşımış, onun odlu silahı qanunsuz olaraq əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs # ###### 2025-ci il tarixdə, saat 19:30 dəqiqədə Şəmkir şəhəri 20 yanvar küçəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, R şahid6 tərəfindən üstü yoxlanılan zaman əynində olan boz rəngli şalvarın bel nahiyəsindən kəmərin altından döyüş sursatı hesab olunan, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibirli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamış, Makarov konstruksiyalı yivli odlu silah olan 1 ədəd tapanca, həmin Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 1 ədəd daraq və döyüş sursatı hesab edilən 4 ədəd olmaqla, onlardan 3-ü keçmiş SSRİ dövlətində, 1-i isə Azərbaycan Respublikasında istehsal olunmuş, atəş üçün yaralı, 9x18 mm kalibirli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapancalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronları aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, işinə yenidən məhkəmə istintaqı aparılmaqla baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Barəsində Şəmkir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində CM-nin 228.1-ci maddəsi ilə başlanılmış cinayət işini əsassız və ədalətsiz hesab edir. Ona görə ki, törətmədiyi cinayətlə ona ittiham verilmişdir. Qeyd edir ki, cinayət işinin istintaqı zamanı o, dəfələrlə bu barədə istintaq orqanına qəti olaraq etirazını bildirmişdir. Bütün bunlara baxmayaraq bir neçə ay davam edən qərəzli istintaq hərəkətindən sonra iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinin icraatına verilmişdir. Bildirir ki, məhkəmə sifarişli şəkildə keçirilmiş, məhkəmə istintaqı zamanı onun və müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilən mötəbər sübut və dəlillər göz önünə gətirilməmişdir”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, ona bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun CM-nin 228.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs İlham oğlunun əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 228.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Üzərindən aşkar olunan 1 ədəd “ Makarov” tipli tapançanı tapmamışdır. Tapança ona məxsus olmamışdır. # ###### 2025-ci il tarixdə o, Şəmkir şəhəri 20 yanvar küçəsində qonşusu şahid1 yanında olarkən mülki geyimli şəxs onu saxlayıb özlərini Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin polis əməkdaşları kimi təqdim edərək, ona Şəmkir şəhəri ərazisindəki baş vermiş yanğın hadisəsində şübhəli olduğunu bildirərək onu zorla öz şəxsi avtomobilinə əyləşdirərək onu Şəmkir Rayon Polis Şöbəsinə aparacaqlarını söyləmiş, lakin həmin vaxt o Şəmkir Rayon Polis Şöbəsinə aparılmamışdır. Polis əməkdaşları həmin vaxt onu Şəmkir şəhəri ərazisindəki “Avtobaza” adı ilə tanınan ünvana aparıb orada ona fiziki və psixoloji işgəncələr edərək ona hədə-qorxu gəlmişlər. Polis əməkdaşları ona Şəmkir şəhərindəki yanğında şübhəli olduğunu bildirərək ona silah təqdim etmiş və ona silahın özünə məxsus olduğunu bildirməsini demişlər. Lakin o polis əməkdaşlarına yanğınla əlaqədar heç bir əlaqəsi olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə razılaşmış, ona verilən silahı öz üzərinə götürmüşdür. Polis əməkdaşları onu qanunsuz olaraq silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanıldığını, bundan sonra videoçəkiliş ilə üzərində yoxlanış aparılacağını demişlər. O da onlarla razılaşdıqdan sonra Makarov tipli tapançanı əynində olan boz rəngli şalvarın bel nahiyəsindən çıxararaq polislərə vermişdir. Bundan sonradan o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd “İpone” markalı və 1 ədəd 50 “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilmiş tapança və mobil telefonlar qablaşdırılaraq götürülmüş və polis əməkdaşları tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəmkir Rayon Polis Şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnun olması izah edilərkən, o maddi imkanımın olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt ona təqdim edimiş siyahıdan o, Şəmkir Rayon Vəkil Bürosunun vəkili müdafiəçi3 seçərək, hüquqlarını müdafiə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi3 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərindən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Heç bir yerdə işləmir. Tutulmamışdan 5 gün əvvəl Şəmkir rayonu 20 yanvar küçəsində yerləşən “Bazar”-da yolun kənarından evə gedən zamanı yerdə 1 ədəd “Makarov” tipli tapanca tapmışdır. Tapancanın yerdən götürüb baxan zamanı darağın içərisində 4 ədəd patron olduğunu aşkar etmişdir. Tapanca onda maraq kəsb etdiyi üçün əynində olan şalvarın bel nahiyəsinə qoymuşdur. Sonra isə yaşadığı evə getmiş və bu barədə evdə heç kəsə məlumat verməmişdir. # ###### 2025-ci il tarixdə o, Şəmkir şəhəri 20 yanvar küçəsində hərəkətdə olarkən mülki geyimli şəxs onu saxlayıb özlərini Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin polis əməkdaşları kimi təqdim edərək, qanunsuz olaraq silah saxlamaqda şübhəli bilindiyi üçün onu saxlamışlar, bundan sonra videoçəkiliş ilə üzərində yoxlanış aparılacağını demişlər və o da həmin vaxt üzərində olan # ###### 2025-ci il Bazar adlanan ərazisində tapıb gəzdirdiyi Makarov tipli tapancanı əynində olan boz rəngli şalvarın bel nahiyəsindən çıxararaq polislərə vermişdir. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd “İpone” markalı və 1 ədəd 50 “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilmiş tapanca və mobil telefonlar qablaşdırılaraq götürülmüş və polis əməkdaşları tərəfindən Şəmkir Rayon Polis Şöbəsinə gətirilmişdir. Şəmkir Rayon Polis Şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnun olması izah edilərkən, o maddi imkanının olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt ona təqdim edimiş siyahıdan o, Şəmkir Rayon Vəkil Bürosunun vəkili müdafiəçi3 seçərək, hüquqlarını müdafiə edilməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi müdafiəçi3 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərindən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs İlham oğlu ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş “Makarov” tipli tapanca və üzərində olan sandıqca aşkar edilmiş 4 ədəd patronları onun silaha marağı olduğu üçün gəzdirmişdir. Onun üzərindən aşkar edilmiş “Makarov” tipli tapanca və üzərində olan sandıqca aşkar edilmiş 4 ədəd patronlar barədə heç kəsin məlumatı olmamışdır. “Makarov” tipli tapanca və üzərində olan sandıqca aşkar edilmiş 4 ədəd patronu Şəmkir şəhəri “Bazar” adlanan ərazidə piyada hərəkətdə olan zaman yerdən tapmış, əgər lazım olarsa həmin yeri onlara göstərə bilər. O, həmin tapancadan istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə tədqiq edilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakterli və əsasız hesab edilmiş və aşağıdakı mötəbər hesab olunan digər sübutlarla onun əməlində CM-nin 228.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmişdir: Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid6 ifadəsində bildirmişdir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsində xidmət edir. Şəmkir şəhəri Hərbi şəhərçikdə yaşayan Təqsirləndirilən şəxs İlham oğlunu xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, # ###### 2025-ci il tarixdə Şəmkir şəhəri Hərbi şəhərçikdə yaşayan Adııgözəlov Ramin İlham oğlunun qanunsuz olaraq odlu silah və döyüş sursatlarının gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir Rayon Polis Şöbəsinin rəisinə raportla müraciət etdikdən sonra rəisin razılığı ilə onun tərəfindən qəbul edilmiş qərara əsasən rəhbərliyi ilə, Şəmkir RPŞnin CAB-nin əməliyyat müvəkkilləri şahid4, NMQ-nun baş əməliyyat müvəkkili şahid3, KMQ-nun baş əməliyyat müvəkkili Qasımov İsmayıl Vaqif oğlu və Təminat hissəsinin kiçik inspektoru şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri 20 yanvar küçəsində Təqsirləndirilən şəxs İlham oğlu tərəflərindən saxlanılmaqla ona odlu silah və döyüş sursatları saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Tərəfindən üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs İlham oğluna üzərində odlu silah və döyüş sursatları və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edimişldir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın bel nahiyəsindən 1 (bir) ədəd Makarov markalı nömrəsi silinmiş tapança, tapancanın üzərində olan 1 (bir) ədəd sandıqça və sandıqçanın içərisində olan 4 (dörd) ədəd patraonu təqdim etmişdir. Ramil Adıgözəlov üzərindən aşkar edilmiş nahiyəsindən 1 (bir) ədəd Makarov markalı nömrəsi silinmiş tapança, tapancanın üzərində olan 1 ədəd sandıqça və sandıqçanın içərisində olan 4 (dörd) ədəd patronu Şəmkir rayonu Bazar adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü tərəfindən yoxlanılmış, yoxlama zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd “ İpone” markalı mobil telefon və 1 (bir) ədəd “ Nokia “ markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra tərəfindən aşkar edilmiş mobil telefonlar və 1 (bir) ədəd Makarov markalı nömrəsi silinmiş tapança, tapancanın üzərində olan 1 (bir) ədəd sandıqça və sandıqçanın içərisində olan 4 (dörd) ədəd patronu zərfələrə qoyularaq DİNin zərflər üçün olan *** saylı möhürü ilə möhürlənmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs İlham oğlunun üzərindən aşkar edilmiş 1 (bir) ədəd Makarov markalı nömrəsi silinmiş tapança, tapancanın üzərində olan 1(bir) ədəd sandıqça və sandıqçanın içərisində olan 4 (dörd) ədəd patronun və mobil telefonların qablaşdırıldığı 2 (iki) ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, R Elnur Sadıqova təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs İlham oğlunu təhqiqatçı Elnur Sadıqova təqdim etmişlər. Sonradan ona məlum olmuş ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, R Elnur Sadıqov tərəfindən Təqsirləndirilən şəxs İlham oğlu şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin KMQ-nin baş əməliyyat müvəkkili Qasımov İsmayıl Vaqif oğlu, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid4, Şəmkir RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili şahid3 şahid şahid6 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, Şəmkir şəhərində yaşayır. O, Təqsirləndirilən şəxs İlham oğlunu uşaqlıqdan tanıyır, Təqsirləndirilən şəxsla onun arasında 2-3 yaş fərqi var, həmçinin Təqsirləndirilən şəxs qonşu olmuşlar. Müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, qeyd edilən gün yəni ##.##.2025-ci il tarixdə təxminən saat 4-5 radələrində Təqsirləndirilən şəxs İlham oğlu ilə “Günəş Ticarət Mərkəzi”-nin önündə söhbət etdikləri zaman Təqsirləndirilən şəxs İlham oğlu onun yanından aralanıb evə gedən zaman qara rəngli “Mercedes” markalı avtomobil Təqsirləndirilən şəxs qabağını kəsmiş və avtomobilin içərisindən düşən şəxslər Raminin qolundan tutub avtomobilə otuzdurmuşlar. Suala cavab olaraq bildirmişdir ki, üst geyimləri adi idi polis forması deyildi, lakin daha sonra digər şəxslərdən eşitmişdir ki, Təqsirləndirilən şəxs aparan şəxslər Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları olmuşlar. Həmçinin cinayət işinin materiallarında olan: ##.##.2025-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi” barədə qərardan görünür ki, Cinayət işinin başlanmasına səbəb 0# ###### 2025-ci il tarixdə saat 19:30-da Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs İlham oğlunun üzərindən qanunsuz olaraq əldə etdiyi döyüş sursatı hesab olunan 01 ədəd tapançanı, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd darağı və döyüş sursatı hesab edilən 04 ədəd patronun aşkar edilərək götürülməsi, əsas isə bu barədə Şəmkir RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-*/*** nömrəli ilkin yoxlama materialı olmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs İlham oğlu şübhəli şəxs qismində tutulması qərara alınmışdır. ##.##.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs İlham oğlu üzərində 01 ədəd N-si silinmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli Makarov konstruksiyalı tapançanı təqdim etmiş, R. İ. Adıgözəlovun üstü yoxlanılmış, odlu silah müəyən edildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış # ###### 2025-ci il tarixli *** nömrəli Məhkəmə-ballistik ekspertizası rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim edilmiş 1 ədəd N-si silinmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibirli Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 4 ədəd patronlar zavod üsulu ilə, onlardan 3 ədəd keçmiş SSRİ dövlətində, 1 ədədi isə Azərbaycan Respublikasında istehsal olunmuş , 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov ( PM) və Steçkin (APS) konsturksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 4 ədəd 9x18 mm kalibirli patronlardan 2 ədədi eksperemental atəşlər zamanı istifadə edildi. # ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs İlham oğlu CM-nin 228.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətiimkan tədbiri seçilmişdir. DİN BƏSİİ-dən daxil olmuş 1# ###### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İlham oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2016-ci il tarixli hökmü ilə CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının qalan 1 il 5 ay hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2016-cı il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs İlham oğlu CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubda göstərilir ki, Təqsirləndirilən şəxs İlham oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7( ***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 (bir) il, 5 (beş) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə ##.##.2023-cü il tarixdə daxil olmuşdur. Şəmkir Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli # ###### 2025-ci il tarixdən hesablanmışdır, o, qeyd olunan vaxtdan hal-hazıradək həbsdədir. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə, eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CMnin 228.1-ci maddəsi ilə təqsirli bilmədiyini, üzərində aşkar olunan odlu silahın polis əməkdaşları tərəfindən ona verildiyini göstərsə də, təqsirləndirilən şəxsin təqsiri iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş digər şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, məhkəmə ballistik ekspertizasının rəyi və digər sənədlərlə təkzibedilməz şəkildə sübuta yetirilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, eyni zamanda işdəki sübutları bir daha tədqiq edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İlham oğluna qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs İlham oğlunun əməlində CM-nin 228.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun əməli CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs İlham oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyektini, təqsirin formasını, cinayətin ağırlıq dərəcəsini, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halın olmasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İlham oğluna cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi, əməlində cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Belə ki, Təqsirləndirilən şəxs İlham oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2016cı il tarixli hökmü ilə ona təyin edilmiş 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmadan hazırki az ağır hesab edilən cinayət əməlini törətmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətlərin residivini yaradır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs İlham oğlu qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu qanuna müvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Bu isə onun əməlində cinayətlərin residivini yaratmışdır. CM-nin 65.1-ci maddəsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs İlham oğlu CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi CM-nin 65.2-ci maddəsinin tələblərinə əməl etməklə, Təqsirləndirilən şəxs İlham oğlunun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq, ona cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq CM-nin 56.1.3-cü maddəsinə əsasən onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs İlham oğluna cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin «4» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar