Məhkəmə qərarları › İş №1(3-7)-110/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-110/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-110/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – Gəncə Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1, müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (Hakimlər B.F.Müslümov (sədrlik edən), D.H.İmanov və İ.İ.İbişovdan ibarət tərkibdə) ##.##.1962-ci il tarixdə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin Gəncə şəhər * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə övladını tərbiyə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 13 radələrində dayıları ilə arasında olan tanışlıqla bağlı evlərinə gediş-gəlişi olduğuna görə tanıdığı, ##.##.2011-ci il təvəllüdlü olmaqla həmin dövrə münasibətdə on iki yaşma çatmış, lakin on dörd yaşına çatmamış, aralarındakı yaş fərqi iki ildən çox olan Zərərçəkmiş şəxs İlqar qızı ilə cinsi əlaqəyə girib, habelə seksual xarakterli digər hərəkətlər edib öz cinsi ehtirasını təmin etmək məqsədi ilə istifadəsində olan “VAZ 2106 minik” markalı, **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Zərərçəkmiş şəxsm könüllü razılığı əsasında Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Gillik” adlanan çöl ərazisinə aparıb orada avtomobilin salon hissəsində cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuş, o cümlədən cinsiyyət üzvünü sonuncunun ağız boşluğuna daxil etməklə, habelə süd vəzilərinə, xarici cinsiyyət orqanı sayılan cinsiyyət dodaqlarına sürtməklə seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, o, təkrar ##.##.2025-ci il tarixdə, saat 13 radələrində ##.##.2011-ci il təvəllüdlü olmaqla həmin dövrə münasibətdə on iki yaşma çatmış, lakin on dörd yaşına çatmamış, aralarındakı yaş fərqi iki ildən çox olan Zərərçəkmiş şəxs İlqar qızı ilə cinsi əlaqəyə girib, habelə seksual xarakterli digər hərəkətlər edib öz cinsi ehtirasını təmin etmək məqsədi ilə istifadəsində olan “VAZ 2106 minik” markalı, **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Zərərçəkmiş şəxsm könüllü razılığı əsasında Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Gillik” adlanan çöl ərazisinə aparıb orada avtomobilin salon hissəsində cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuş, o cümlədən cinsiyyət üzvünü sonuncunun ağız boşluğuna daxil etməklə, habelə süd vəzilərinə, xarici cinsiyyət orqanı sayılan cinsiyyət dodaqlarına sürtməklə seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, o, təkrar ##.##.2025-ci il tarixdə, saat 14 radələrində ##.##.2011-ci il təvəllüdlü olmaqla həmin dövrə münasibətdə on iki yaşma çatmış, lakin on dörd yaşma çatmamış, aralarındakı yaş fərqi iki ildən çox olan Zərərçəkmiş şəxs İlqar qızı ilə cinsi əlaqəyə girib, habelə seksual xarakterli digər hərəkətlər edib öz cinsi ehtirasını təmin etmək məqsədi ilə istifadəsində olan “VAZ 2106 minik” markalı, **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Zərərçəkmiş şəxsm könüllü razılığı əsasında Tovuz rayonu, Qovlar şəhərində yerləşən “Gillik” adlanan çöl ərazisinə aparıb orada avtomobilin salon hissəsində cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuş, o cümlədən cinsiyyət üzvünü sonuncunun ağız boşluğuna daxil etməklə, habelə süd vəzilərinə, xarici cinsiyyət orqanı sayılan cinsiyyət dodaqlarına sürtməklə seksual xarakterli digər hərəkətlər etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona cəza təyin edilərkən işinə düzgün baxılmadığını, ilk dəfə ona CM-nin 152.2-ci maddəsi ilə ittiham irəli sürüldüyünü, sonradan CM-nin 152.4.1-ci maddəsinə tövsif edildiyini, bunun səbəbini soruşduqda araşdırma aparılmadığını göstərərək işinə yenidən baxılmasını və düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin əməlinin CM-nin 152.2-ci maddəsinə tövsif edilməsini, bu mümkün olmadıqda isə CMnin 62-ci maddəsinin tətbiq edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Müdafiəçilər bildirdi ki, hadisə bir dəfə baş vermişdir, təkrarçılıq olmamışdır. Təqsirləndirilən şəxsin verdiyi ifadədən başqa mətəbər hesab olunan digər sübut yoxdur. Təqsirləndirilən şəxsin verdiyi ifadə daha ağlabatan və məntiqlidir. Polislərin də verdiyi ifadələrdən görünür ki, təqsirləndirilən şəxsi sahədə saxladıqda onunla zərərçəkmiş şəxs arasında olan cinsi əlaqə faktını aşkar etməmişlər. Təqsirləndiriən şəxsə təyin edilən cəza ağırdır, onun şəxsiyyətinə uyğun olmamışdır. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, iş materiallarında hadisə ilə bağlı qeydə alınaraq telefonda saxlanılan 3 müxtəlif vaxta aid videogörüntülərin olmasını, həmin videogörüntülərlə törədilmiş əməldə təkrarçılığın olmasının sübuta yetirildiyini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızının qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü əlavə cəza hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası CPM-nin 397-ci maddəsində nəzərdə tutulan vəzifələrindən irəli gələrək məhkəmənin hökmünü həm faktiki hallar, həm də hüquqi tövsif baxımından bir daha yoxlamışdır. Kollegiya müəyyən etmişdir ki, işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmiş və qiymətləndirilmiş, habelə əməlin tövsifi barədə qanuni və əsaslı qərar qəbul edilmişdir. Lakin məhkəmə əlavə cəza hissəsində düzgün nəticəyə gəlməmişdir. Müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsin əməlinin CM-nin 152.2ci maddəsinə tövsif edilməsi, bu mümkün olmadıqda isə CM-nin 62-ci maddəsinin tətbiq edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı özünü təqdsirli bilməsə də, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması və üzləşdirmə haqqında protokollar ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 152.4.1-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, məhkəməyədək icraat zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmiş, hədələməmişdir. O, Zərərçəkmiş şəxs ilə ancaq oral, yəni ağız yolu ilə cinsi əlaqədə olmuş, bundan başqa, o, cinsiyyət üzvünü Aygünün bədəninin müxtəlif nahiyyələrinə, həmçinin Aygünün cinsiyyət üzvünə sürtməklə və onun bədəninin müxtəlif nahiyyələrini əlləməklə ona qarşı seksual xarakterli hərəkət etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs İlqar qızının ifadəsindən görünür ki, ... Təqsirləndirilən şəxs onunla 3 dəfə ayrı-ayrı vaxtlarda mart ayının 3-ü, mart ayının 10-u və tutulan günü daxil olmaqla cinsi əlaqədə olmuşdur. Ələsgov Kavı onu maşınına dəvət etmiş, onların evi tərəfə getdiyini və onun dayısının məlumatı olduğunu demişdir. Təqsirləndirilən şəxs onu evinə aparmamış, məktəbdən yuxarı istiqamətdə qalxmış, təpəlik ərazinin alt hissəsində istifadə etdiyi maşını saxlamışdır. O narahat olmuş və Kavıdan onu niyə buraya gətirdiyini soruşmuş, Kavı isə ona: “Qorxma, mən sənin babanam” demişdir. O qeyd etmişdir ki, Kavı daha sonra ona yaxınlaşmış, beldən aşağı hissəsindəki üst geyimini çıxarmış, adına sürtmə deyilən seksual xarakterli hərəkəti etmiş və bunları videogörüntü ilə qeydə almış, ondan isə narazı olmamağını istəmişdir. O, Kavıdan belə hərəkətlər etməməsini istəmiş, Kavı isə ona : “artıq qaçacaq yerin yoxdur, səni burada qoyub gedərəm” demişdir. Kavı onunla təbi yolla cinsi əlaqədə olmuşdur. O, Kavı ilə aralarında olan cinsi əlaqə zamanı qızlıq pərdəsinin pozulmadığını və Kavının cinsiyyət orqanının onun cinsiyyət orqanına daxil olmadığını bildirmişdir. Kavı ilə onun arasında olan ilk münasibət zamanı Kavı cinsi orqanını yalnız onun cinsi orqanına sürtmüş, ağız nahiyyəsinə sürtməmiş və daxil etməmişdir. O, Kavı ilə arasında olan ikinci görüşün mart ayının 10-da olduğunu demiş, Kavı ona yaxınlaşmış və dönər vermiş, ancaq o götürməmişdir. Daha sonra Kavı məktəbin arxa hissəsinə gəlmiş və ona demişdir ki: “Əgər mənimlə gəlməsən çəkdiyim videoları dayına göstərəcəm”. O qorxduğu üçün yenə Kavının avtomobilinə əyləşmiş və Kavı onu ətrafı ağaclıq olan bir sahəyə aparmışdır. Təqsirləndirilən şəxs orada cinsiyyət orqanını yalnız onun ağız nahiyyəsinə daxil etmişdir. Sonuncu dəfə Kavı yenə məktəbin qarşısında onu götürmüş və “Gillik” adlanan əraziyə aparmış, həmin ərazidə Kavı cinsi orqanı ilə onun cinsi orqanına sürtmə adlanan hərəkəti etmiş və daha sonra spermasını onun qarın nahiyyəsinə tökmüşdür. Kavı sulu salfet ilə onun qarnına tökülmüş spermanı silmişdir. O qeyd etmişdir ki, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. O telefon işlətmədiyini və Kavı ilə telefonla heç vaxt əlaqə saxlamadığını demiş və videogörüntülərin Təqsirləndirilən şəxs tərəfindən çəkildiyini bildirmişdir. O, Kavı ilə arasına olan münasibətə görə Kavıdan pul istəməmiş və pul almamışdır. Kavı ona nömrəsini yüksək səslə şifahi olaraq demişdir. O, Təqsirləndirilən şəxs ilə barışmadığını və şikayətinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil cihazdan götürülmüş görüntülərin olduğu bir ədəd diskə baxış keçirilməsi haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, qeyd olunan mobil telefon Samsung A12 markalı İMEİ/1- 355665162862628 və İMEİ/2- 355735602862627 kodludur. Baxış iştirakçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs İlqar qızma qarşı seksual hərəkətləri edən zaman hərəkətlərinin video görüntüsünü öz mobil cihazı ilə qeydə almışdır. Həmin görüntülər telefonun qalareya bölməsindədir. Mobil telefonun qalareya bölməsinə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi ##.##.2025-ci il tarixə aid iki ədəd, ##.##.2025-ci il tarixə aid isə bir ədəd, olmaqla ümumilikdə üç ədəd 02:10 dəqiqəlik, 01:05 dəqiqəlik və 00:19 dəqiqəlik video görüntülərdə öz əksini tapmışdır. Bütün video görüntülərdə Tovuz rayonu Qovlar şəhəri ərazisində “Gillik” adlanan ərazidə Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2106 markalı **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində qeydə alınmışdır. Video görüntülərdə Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs İlqar qızının süd vəzilərinə, bədəninin sinə nahiyyəsinə və cinsiyyət orqanına sürtməsi, həmçinin cinsiyyət orqanını Zərərçəkmiş şəxs İlqar qızının ağzına soxması, bundan başqa Zərərçəkmiş şəxs İlqar qızının Təqsirləndirilən şəxs cinsiyyət orqanını özünün süd vəzilərinə, bədəninin sinə nahiyyəsinə sürtməsi və ağzına soxması müəyyən olunur. Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İlqar qızma qarşı seksual xarakterli hərəkətlər edən zaman nə heç bir vasitə ilə nə də hər hansı formada zor tətbiq etməmişdir. Onlar öz aralarında sərbəst formada danışıb gülmüşlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş bir ədəd CD diskə baxış zamanı baxış iştirakçısı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızı bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual hərəkətləri edən zaman hərəkətlərinin video görüntüsünü özünə məxsus mobil cihazı ilə qeydə almışdır. Həmin görüntülərin olduğu bir ədəd CD diskə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi ##.##.2025-ci il tarixə aid iki ədəd, ##.##.2025-ci il tarixə aid isə bir ədəd, olmaqla ümumilikdə üç ədəd 02:10 dəqiqəlik, 01:05 dəqiqəlik və 00:19 dəqiqəlik video görüntülərdə öz əksini tapmışdır. Bütün video görüntülər Tovuz rayonu, Qovlar şəhəri ərazisində “Gillik” adlanan ərazidə Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2106 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində qeydə alınmışdır. Video görüntülərdə Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs İlqar qızının süd vəzilərinə, bədəninin sinə nahiyyəsinə və cinsiyyət orqanına sürtməsi, həmçinin cinsiyyət orqanını Zərərçəkmiş şəxs İlqar qızının ağzına soxması, bundan başqa Zərərçəkmiş şəxs İlqar qızının Təqsirləndirilən şəxs cinsiyyət orqanını özünün süd vəzilərinə, bədəninin sinə nahiyyəsinə sürtməsi və ağzına soxması müəyyən olunmuşdur. Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs İlqar qızma qarşı seksual xarakterli hərəkətlər edən zaman nə heç bir vasitə ilə, nə də hər hansı formada zor tətbiq etməmişdir. Onlar öz aralarında sərbəst formada danışıb gülmüşlər. Baxış zamanı iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızı bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər dəfə ona qarşı seksual xarakterli hərəkətlər edərkən həmin hərəkətləri özünə məxsus mobil telefonun kamerası vasitəsi ilə video qeydə almışdır. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Beləliklə, yuxarıda əks olunan ifadələr, videogörüntülər və iş materiallarında olan digər sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan, yəni ##.##.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Odur ki, müdafiə tərəfinin törədilmiş əməlin sadəcə bir dəfə baş verməsi ilə bağlı göstərdikləri əsassız hesab edilir və iş materialları ilə öz təsdiqini tapmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 152.4.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 152.4.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən əsas cəza hissəsində əsaslı nəticəyə gəlsə də, əlavə cəza hissəsində cinayət qanunun norması düzgün tətbiq etməmiş və əsaslı nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs CMnin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə övladını tərbiyə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. CM-nin 152.4.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası, əsas cəzanın təyini ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əsas cəza kimi cəzanın məqsədlərini təmin edən həddə, təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi əsas cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Müdafiə tərəfinin təqirləndirilən şəxs tərəfindən törədilmiş əməlin CM-nin 152.4.1-ci maddəsindən CM-nin 152.2-ci maddəsinə tövsifinin mümkün olmadığı təqdirdə, CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CMnin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Lakin iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müstəsna hallar müəyyən edilməmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin edilmiş əlavə cəza hissəsində məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: CM-nin 42-ci maddəsinə əsasən cəzanın növlərinə cərimə; nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; azadlığın məhdudlaşdırılması; intizam xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömürlük azadlıqdan məhrum etmə cəzaları daxildir. CM-nin 43-cü maddəsinə əsasən ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir. Yuxarıda əks olunan CM-nin 42-ci maddəsində, əlavə cəza kimi övladını tərbiyə etmək hüququndan məhrum etmə nəzərdə tutulmamış, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza nəzərdə tutulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş əlavə cəza hissəsində əsaslı nəticəyə gəlməmiş və cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 2 (iki) il müddətə övladını tərbiyə etmək hüququndan məhrum etmə cəzası dəyişdirilməklə, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarında uşaqların tərbiyəsi ilə bağlı vəzifə tutma və ya uşaqların tərbiyəsi ilə bağlı fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası ilə əvəz edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «12» mart 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 2 (iki) il müddətə övladını tərbiyə etmək hüququndan məhrum etmə cəzası dəyişdirilməklə, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarında uşaqların tərbiyəsi ilə bağlı vəzifə tutma və ya uşaqların tərbiyəsi ilə bağlı fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası ilə əvəz edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar