Məhkəmə qərarları › İş №1(3-7)-111/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-111/2026

27.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-111/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlunun və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1–ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərarı ilə (hakim Həvayət Məhəmmədi) ## ###### 1979–cü il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yardımlı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)- */**** saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmiş, barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarın ləğv olunmasını və ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ərizə ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən Şahin Ələsgərov və müdafiəçisi ərizədə göstərilən xüsusatların nəzərə alınmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev iş üzrə qanunamüvafiq qərarın qəbul olunmasını xahiş etdi. CPM-nin 91.5.33-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən «Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır». Məhkəmə kollegiyası cinayət prosessinin tərəflərini dinləyib cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilməklə şikayətə baxılmasına xitam verilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 390, 396, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1–ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunsun və apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar