Məhkəmə qərarları › İş №1(3-7)-112/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-112/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-112/2026 11.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi-vəkil Nümayəndə, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən xüsusi ittihamçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (sədrlik edən Xəqani Tağıyev) hökmü ilə ##.##.1989-cu ildə Gəncə şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, “ASİS GROUP” MMCnin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Səbail rayonu, X2 küçəsi, ev 52c, korpus 5, mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-in 147.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 9 (doqquz) ay müddətə islah işləri cəzası, CMnin 147.2- ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilməsi, təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanması, hökmün icrasının iş yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi məsələsi həll olunmuşdur. Məhkəmənin hökmünə görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət əməllərinin törətmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-nin 147.1-ci və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən xüsusi ittihamçı apellyasiya şikayəti verərək hökmü dəyişdirərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qeyd edilən cinayət əməllərini törətməklə ağır nəticələrə səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, onu rəsmən ağır cinayət törətməkdə təqsirli olan şəxs kimi bildirmiş, bu ifadələr onun iş fəaliyyətindən tam xəbərdar olmasalar da, tanıyanların ona qarşı şübhəli olmasına, onun barəsində qəti olaraq pis fikirdə olmasına səbəb olmuşdur. Burada onun nüfuzuna olduqca böyük ziyan dəymişdir. Əgər hansısa bir adi məlumatı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs səhvən, xəta olaraq desə idi, bu, bəlkə başa düşülən olardı. Lakin bu ağır ifadələrdən, böhtan və təhqirlərdən sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yüngül cəza verilməsi başadüşülən deyil və onun barəsində çıxarılan hökm əsassız, qanunsuz və ədalətsizdir Məhkəmə kollegiyasının iclasında xüsusi ittihamçının nümayəndəsi-vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs şikayətlə razı olmadığını bildirdi, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apelyasiya şikayəti ilə razı olmadığını, təqsirləndirilən şəxs barəsində təyin olunmuş islah işləri cəzasının heç də yüngül cəza olmadığını bildirdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsini hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də CPM-nin 397ci maddəsinin tələblərindən çıxış etməklə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində də yoxlamışdır. Kollegiya müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində düzgün nəticəyə gəlmiş, işin faktiki hallarını tam, hərtərəfli araşdırmış və müəyyən edilmiş halları obyektiv meyarlar əsasında qiymələndirərək qanuni və əsaslı qərar qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza növü, yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə dəlillərinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində islah işləri cəzası təyin edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi məhkum Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası bildirir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin məhkum barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli ** saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Belə ki, həm cinayət qanunun müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbətyönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Belə ki, apellyasiya instansiyasında araşdırma zamanı tərəflərin izahatlarından görünür ki, təqsirləndirilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittihamçıya dəymiş zərər ilə bağlı heç bir hərəkət etməmiş, barışığa cəhd belə etməmiş, həmçinin özünü təqsirli bilməmişdir. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkuma yüngül cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikrinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar yüngül cəza təyin edilməsi ilə bağlı inam yaratmır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi məhkum barəsində cəza təyin edərkən bunu kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini düzgün nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, məhkuma təqsirli bilindiyi CM-in 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi üçün əsaslar yoxdur, bu səbəbdən təyin edilmiş cəza dəyişdirilməlidir. Digər tərəfdən məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini nəzərə alaraq kollegiya Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində təqsirli bilindiyi CM-in 147.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 9 (doqquz) ay müddətə islah işləri cəzasının saxlanılması, CM-in 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini, həmçinin qəti olaraq təyin edilmiş cəzalar toplanılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzası 01(bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 9 (doqquz) ay müddətə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.1 və 68.3.1–ci maddələrinə əsasən islah işləri cəzasının 02 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) ay 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzalarını Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkdiyi müddətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qərarın icrası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar