Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-114/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Mansırov Elçin) ##.##.1978-ci ildə Qazax rayonu Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 10(on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs 01 (bir) ədəd şəffaf rəngli sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,519 qram maddə, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə saat 11:45 radələrində Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda ## #### 2024-cü il tarixdə saat 12:40-dan saat 13:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində tünd göy rəngli cins materialdan olan şalvarının sağ yan balaca cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofon kəsiyi bükümündə təmiz çəkisi 0,519 qram maddə, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü ədalətli hesab etmir, ona görə də hökmün ləğv edilməsini və barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətin dəlillərini dəqiqləşdirərək göstərdi ki, barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsinin mümkünlüyünü və cəzadan azad olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, subaydır, 5 dəfə məhkumluğu olub, sonuncu dəfə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olub. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək müdafiə etdiyi şəxs barəsində ## ###### 2025-ci il tarixli amnistiya qərarını tətbiq edilərək cəzadan azad olunmasını xahiş etdi. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmənin hökmü qanuni və ədalətlidir. Barəsində amnistiya qərarının təbiq olunmasına əsas yoxdur. Odur ki, şikayətin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” amnistiya qərarının tətbiq edilərək cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi və etirafedici ifadəsini, şahid ifadələri, istintaq hərəkəti protokollar, ekspert rəyi və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ## ###### 2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” amnistiya qərarının tətbiq edilməsinin mümkünlüyü hazırki vəziyyətdə iş materialında olan sənədlərdən və Təqsirləndirilən şəxs şəxsiyyəti barədə anket məlumatları nəzərə alınmaqla mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü sözügedən ## ###### 2025-ci il tarixli amnistiya aktından sonra qəbul edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs subaydır, ailəli deyil, həmçinin həmin ## ###### 2025-ci il tarixli amnistiya aktının 1-ci bəndində göstərilən müddəaların onun barəsində tətbiq edilməsini göstərən xüsusatlar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materialında olan məhkumluq haqqında tələbnamədən aşağıdakılar görünür: -Qazax Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 2 (iki) ay 11 (on bir) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilib. -Qazax Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. -Qazax Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəmənin ##.##.2019-cu il tarixli qərarı ilə 11 (on bir) ay 13 (on üç) gün vaxtından cəzadan şərti olaraq azad olunub. -Qazax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və ##.##.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən 02 (iki) ay şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin hallarından göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş, dəfələrlə məhkəmələr tərəfindən ona hökmlə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərarlar qəbul olunmasına baxmayaraq, CM-nin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq onun tərəfindən yenidən analoji xarakterli qəsdən cinayətin törətməsi əməlində cinayətin residivini yaratmışdır. Belə olan halda hazırki vəziyyətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs dəfələrlər törətdiyi və məhkum olunduğu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə islah olunması, həmçinin onun cinayət törətməyə sövq edən kriminal meyilliyinin aradan qaldırması öz təsdiqini tapmır. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun əməlində cinayətlərin residivi olmasını nəzərə alıb cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş cəzadan azad olunması üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-114/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-114/2026
29.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver