Məhkəmə qərarları › İş №1(3-7)-115/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-115/2026

29.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-115/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, müdafiəçilər müdafiəçi1, müdafiəçi3 və müdafiəçi2 iştirakı ilə, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli (sədrlik edən hakim E.Y.Vəliyev, hakimlər D.H.İmanov və B.F.Müslümov) hökmü ilə ## ##### 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; ## #### 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3cü maddələri ilə təqsili bilinib məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməmiş, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Əli Niyazi küçəsi, ev 50 ünvanında yerləşən fərdi həyət evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən onun barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin # ###### 2023-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq azad etmə ləğv edilərək, çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 7 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; ## ###### 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, təqsirləndirilən şəxs3 ## ###### 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə və şəraitdə xeyli miqdarda malların-pirotexniki vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində satışının realizə olunması barədə Azərbaycan Respublikasının vətəndaşları- tanışları təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü- təqsirləndirilən şəxs1 tapşırığı ilə ## ###### 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 qutusunun qiyməti 0,8 manat olmaqla 116912 manat dəyərində üzərində “KORSAR” yazıları olan hər birində 60 ədəd olmaqla 146140 qutu, 1 qutusunun qiyməti 0,85 manat olmaqla 9758 manat dəyərində üzərində “DEMİ WOLF” yazıları olan hər birində 60 ədəd olmaqla 11480 qutu, 1 qutusunun qiyməti 0,95 manat olmaqla 20054,5 manat dəyərində üzərində “TRENİYA” yazıları olan hər birində 60 ədəd olmaqla 21110 qutu, 1 qutusunun qiyməti 10,98 manat olmaqla 5314,32 manat dəyərində üzərində “EXPLOSİVE” yazıları olan hər birində 20 ədəd olmaqla 484 qutu, 1 qutusunun qiyməti 3,8 manat olmaqla 2622 manat dəyərində üzərində “GROUND BLOOM FLOWEF” yazıları olan hər birində 10 ədəd olmaqla 690 qutu, 1 qutusunun qiyməti 1,44 manat olmaqla 1382,4 manat dəyərində üzərində “SUPER BOOM” yazıları olan hər birində 40 ədəd olmaqla 960 qutu, 1 qutusunun qiyməti 6,18 manat olmaqla 1236 manat dəyərində üzərində “SİLVER CRACKER” yazıları olan hər birində 36 ədəd olmaqla 200 qutu, 1 qutusunun qiyməti manat olmaqla 2400 manat dəyərində üzərində “BİG SİLVER CRACKER” yazıları olan hər birində 36 ədəd olmaqla 400 qutu, 1 qutusunun qiyməti 1,53 manat olmaqla 306 manat dəyərində üzərində “MİNİTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 200 qutu, 1 qutusunun qiyməti 0,53 manat olmaqla 156,35 manat dəyərində üzərində “MİNİTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 295 qutu, 1 qutusunun qiyməti 4,2 manat olmaqla 2100 manat dəyərində üzərində “BİGTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 500 qutu, 1 qutusunun qiyməti 9,55 manat olmaqla 5567,65 manat dəyərində üzərində “LEOPARD POWER” yazıları olan hər birində 12 ədəd olmaqla 583 qutu, 1 qutusunun qiyməti 17 manat olmaqla 5083 manat dəyərində üzərində “ZENGA” yazıları olan hər birində 20 ədəd olmaqla 299 qutu, 1 qutusunun qiyməti 12,42 manat olmaqla 3663,9 manat dəyərində üzərində “SREBRNA PİRATKA P500” yazıları olan hər birində 24 ədəd olmaqla 295 qutu, 1 qutusunun qiyməti 7,64 manat olmaqla 3048,36 manat dəyərində üzərində “SREBRNA PİRATKA P750” yazıları olan hər birində 20 ədəd olmaqla 399 qutu, 1 qutusunun qiyməti 14,14 manat olmaqla 8908,2 manat dəyərində üzərində “MEGA BLACK DEVİL” yazıları olan hər birində 40 ədəd olmaqla 630 qutu, 1 qutusunun qiyməti 11,3 manat olmaqla 2135,7 manat dəyərinlə üzərində “FEZA TORPİL” yazıları olan hər birində 40 ədəd olmaqla 189 qutu, 1 qutusunun qiyməti 4,16 manat olmaqla 1239,68 manat dəyərində üzərində “SUPER JUKİ” yazıları olan hər birində 40 ədəd olmaqla 298 qutu, 1 qutusunun qiyməti 0,95 manat olmaqla 415,15 manat dəyərində üzərində “CİACKE” yazıları olan hər birində 20 ədəd olmaqla 437 qutu, 1 qutusunun qiyməti 6 manat olmaqla 282 manat dəyərində üzərində “MMG CRACKER” yazıları olan hər birində 20 ədəd olmaqla 47 qutu, 1 ədədinin qiyməti 2,5 manat olmaqla 2390 manat dəyərində üzərində “MAGİCAL CANDLE 60 BALLS” yazıları olan 956 ədəd, 1 ədədinin qiyməti 1,62 manat olmaqla 622,08 manat dəyərində üzərində “ROMAN CANDLE GWL-0010” yazıları olan 384 ədəd, ədədinin qiyməti 2,55 manat olmaqla 45,9 manat dəyərində üzərində “ROMAN CANDLE RC-508” yazıları olan 18 ədəd, 1 ədədinin qiyməti 8,5 manat olmaqla 102 manat dəyərində üzərində “ROMAN CANDLE RC-2008” yazıları olan 12 ədəd, 1 ədədinin qiyməti 4,3 manat olmaqla 1161 manat dəyərində üzərində “ROMAN CANDLE RC-1208” yazıları olan 270 ədəd, 1 ədədinin qiyməti 3,6 manat olmaqla 1296 manat dəyərində üzərində “X1 393” yazıları olan 360 ədəd, 1 ədədinin qiyməti 2,7 manat olmaqla 40,5 manat dəyərində üzərində “Roman Candle HR 188-2” yazıları olan 15 ədəd, 1 ədədinin qiyməti 3,6 manat olmaqla 129,6 manat dəyərində üzərində “X1-398” yıları olan 36 ədəd və 1 ədədinin qiyməti 2,3 manat olmaqla 993,6 manat dəyərində üzərində “MAGİCAL CANDLE 40 BALLS” yazıları olan 432 ədəd olmaqla ümumilikdə xeyli miqdarda-199365,87 manat dəyərində döyüş sursatı hesab edilməyən, səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələri və petardalar-fişəngləri istintaqa məlum olmayan vaxtda və şəraitdə idarə etdiyi “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Türkiyə Respublikasının “X2 HAY. İnşaat Otomotiv Sanaye və Ticaret LTD ŞTİ”xxxx“xxxx” şirkətinə gətirdiyi “kartof” yükünün arasında gizlədərək saxlamış, daşımış, ## ###### 2024-cü il tarixdə, saat 02:10 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda xeyli miqdarda-199365,87 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, bundan sonra təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük xidməti əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada GPS qurğusu quraşdırılmaqla Qazax rayonu ərazisində-“Qırmızı Körpü” gömrük postundan bir qədər aralıda yerləşən “Ticarətin Asanlaşdırılması Mərkəzi”-nə rentgen müayinəsinə yönləndirilmiş, lakin təqsirləndirilən şəxs3 əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs1 tapşırığı ilə cinayətkar fəaliyyətini davam etdirərək idarə etdiyi “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini rentgen müayinəsindən keçirməyərək hərəkət istiqamətini dəyişdirərək Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən körpünün altında cinayətkar qrupun üzvləritəqsirləndirilən şəxs1, “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü təqsirləndirilən şəxs2 və cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan digər üzvləri ilə görüşmüş, orada “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki karton qutularda olan pirotexniki vasitələr təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənməyə başlanmış, daha sonra “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan GPS qurğusu post ərazisindən kənarda, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində siqnal vermiş, bununla əlaqədar gömrük xidməti əməkdaşı GPS qurğusunun siqnal verdiyi yerə yəni, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən körpünün altına getmiş, həmin vaxt təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən karton qutularda olan yüklərin “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənildiyi müşahidə edilmiş, qeyd edilən sürücülər, təqsirləndirilən şəxs1 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri gömrük xidməti əməkdaşını gördükdə nəqliyyat vasitələrini və yükləri qoyaraq hadisə yerindən qaçmış, daha sonra “DAF” markalı, **-UJ-***/**- YD-*** dövlət qeydiyyat nişanlı və “DAF” markalı, 99-DF 262/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələri həmin gün “Qırmızı Körpü” gömrük postu ərazisinə gətirilərək orada qeyd edilən yük nəqliyyat vasitələrinə gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı qeyd edilən döyüş sursatı hesab edilməyən, səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrin və petardalar-fişənglərin 131701,87 manat dəyərində olan hissəsi “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerindən, 67664 manat dərərində olan hissəsi isə “DAF” markalı, **-DF-***/**-YE- *** dövlət qeydiyyat nişanlı yük nəqIiyyat vasitəsinin yük yerindən aşkar edilərək götürülmüşdür. təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayətlərin təhlükəli residivi formasında ## ###### 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə və şəraitdə xeyli miqdarda malların- pirotexniki vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində satışının realizə olunması barədə Azərbaycan Respublikasının vətəndaşları-tanışları təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs3 cinayətkar qrupun digər üzvü-təqsirləndirilən şəxs1 tapşırığı ilə ## ###### 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 qutusunun qiyməti 0,8 manat olmaqla 116912 manat dəyərində üzərində “KORSAR” yazıları olan hər birində 60 ədəd olmaqla 146140 qutu, 1 qutusunun qiyməti 0,85 manat olmaqla 9758 manat dəyərində üzərində “DEMİ WOLF” yazıları olan hər birində 60 ədəd olmaqla 11480 qutu, 1 qutusunun qiyməti 0,95 manat olmada 20054,5 manat dəyərində üzərində “TRENİYA” yazıları olan hər birində 60 ədəd olmaqla 21110 qutu, 1 qutusunun qiyməti 10,98 manat olmaqla 5314,32 manat dəyərində üzərində “EXPLOSİVE” yazıları olan hər birində 20 ədəd olmaqla 484 qutu, 1 qutusunun qiyməti 3,8 manat olmaqla 2622 manat dəyərində üzərində “GROUND BLOOM FLOWER” yazıları olan hər birində 10 ədəd olmaqla 690 qutu, 1 qutusunun qiyməti 1,44 manat olmaqla 1382,4 manat dəyərində üzərində “SUPER BOOM” yazıları olan hər birində 40 ədəd olmaqla 960 qutu, 1 qutusunun qiyməti 6,18 manat olmaqla 1236 manat dəyərində üzərində “SİLVER CRACKER” yazıları olan hər birində 36 ədəd olmaqla 200 qutu, 1 qutusunun qiyməti 6 manat olmaqla 2400 manat dəyərində üzərində “BİG SİLVER CRACKER” yazıları olan hər birində 36 ədəd olmaqla 400 qutu, 1 qutusunun qiyməti 1,53 manat olmaqla 306 manat dəyərində üzərində “MİNİTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 200 qutu, 1 qutusunun qiyməti 0,53 nanat olmaqla 156,35 manat dəyərində üzərində “MİNİTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 295 qutu, 1 qutusunun qiyməti 4,2 manat olmaqla 2100 manat dəyərində üzərində “BİGTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 500 qutu, 1 qutusunun qiyməti 9,55 manat olmaqla 5567,65 manat dəyərində üzərində “LEOPARD POWER” yazıları olan hər birində 12 ədəd olmaqla 583 qutu, 1 qutusunun qiyməti 17 manat olmaqla 5083 manat dəyərində üzərində “ZENGA” yazıları olan hər birində 20 ədəd olmaqla 299 qutu, 1 qutusunun qiyməti 12,42 manat olmaqla 3663,9 manat dəyərində üzərində “SREBRNA PİRATKA P500” yazıları olan hər birində 24 ədəd olmaqla 295 qutu, 1 qutusunun qiyməti 7,64 manat olmaqla 3048,36 manat dəyərində üzərində “SREBRNA PİRATKA P750” yazıları olan hər birində 20 ədəd olmaqla 399 qutu, 1 qutusunun qiyməti 14,14 manat olmaqla 8908,2 manat dəyərində üzərində “MEGA BLACK DEVİL” yazıları olan hər birində 40 ədəd olmaqla 630 qutu, 1 qutusunun qiyməti 11,3 manat olmaqla 2135,7 manat dəyərində üzərində “FEZA TORPİL” yazıları olan hər birində 40 ədəd olmaqla 189 qutu, 1 qutusunun qiyməti 4,16 manat olmaqla 1239,68 manat dəyərində üzərində “SUPER JUKİ” yazıları olan hər birində 40 ədəd olmaqla 298 qutu, 1 qutusunun qiyməti 0,95 manat olmaqla 415,15 manat dəyərində üzərində “CİACKE” yazıları olan hər birində 20 ədəd olmaqla 437 qutu, 1 qutusunun qiyməti 6 manat olmaqla 282 manat dəyərində üzərində “MMG CRACKER” yazıları olan hər birində 20 ədəd olmaqla 47 qutu, 1 ədədinin qiyməti 2,5 manat olmaqla 2390 manat dəyərində üzərində “MAGİCAL CANDLE 60 BALLS” yazıları olan 956 ədəd, 1 ədədinin qiyməti 1,62 manat olmaqla 622,08 manat dəyərində üzərində “ROMAN CANDLE GWL-0010” yazıları olan 384 ədəd, 1 ədədinin qiyməti 2,55 manat olmaqla 45,9 manat dəyərində üzərində “ROMAN CANDLE RC-1508” yazıları olan 18 ədəd, 1 ədədinin qiyməti 8,5 manat olmaqla 102 manat dəyərində üzərində “ROMAN CANDLE RC- 2008” yazıları olan 12 ədəd, 1 ədədinin qiyməti 4,3 manat olmaqla 1161 manat dəyərində üzərində “ROMAN CANDLE RC- 1208” yazıları olan 270 ədəd, 1 ədədinin qiyməti 3,6 manat olmaqla 1296 manat dəyərində üzərində “X1-393" yazıları olan 360 ədəd, 1 ədədinin qiyməti 2,7 manat olmaqla 40,5 manat dəyərində üzərində “Roman Candle HR 188-2” yazıları olan 15 ədəd, 1 ədədinin qiyməti 3,6 manat olmaqla 129,6 manat dəyərində üzərində “X1-398” yazıları olan 36 ədəd və 1 ədədinin qiyməti 2,3 manat olmaqla 993,6 manat dəyərində üzərində “MAGİCAL CANDLE 40 BALLS” yazıları olan 432 ədəd olmaqla ümumilikdə xeyli miqdarda-199365,87 manat dəyərində döyüş sursatı hesab edilməyən, səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələri və petardalar-fişəngləri istintaqa məlum olmayan vaxtda və şəraitdə idarə etdiyi “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Türkiyə Respublikasının “X2 HAY. İnşaat Otomotiv Sanaye və Ticaret LTD ŞTİ”xxxx“xxxx” şirkətinə gətirdiyi “kartof” yükünün arasında gizlədərək saxlamış, daşımış, ## ###### 2024-cü il tarixdə, saat 02:10 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda xeyli miqdarda- 199365,87 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, bundan sonra təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük xidməti əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada GPS qurğusu quraşdırılmaqla Qazax rayonu ərazisində- “Qırmızı Körpü” gömrük postundan bir qədər aralıda yerləşən “Ticarətir Asanlaşdırılması Mərkəzi”-nə rentgen müayinəsinə yönləndirilmiş, lakin təqsirləndirilən şəxs3 əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvi təqsirləndirilən şəxs1 tapşırığı ilə cinayətkar fəaliyyətini davam etdirərək idarə etdiyi “DAF” markal, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini rentgen müayinəsindən keçirməyərək hərəkət istiqamətini dəyişdirərək Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən körpünün altında cinayətkar qrupun üzvləritəqsirləndirilən şəxs1, “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü təqsirləndirilən şəxs2 və cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan digər üzvləri ilə görüşmüş, orada “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki karton qutularda olan pirotexniki vasitələr təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənməyə başlanmış, daha sonra “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan GPS qurğusu post ərazisindən kənarda, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində siqnal vermiş, bununla əlaqədar gömrük xidməti əməkdaşı GPS qurğusunun siqnal verdiyi yerə yəni, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən körpünün altına getmiş, həmin vaxt təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən “DAF” markalı, **-UJ-***/99-YD 294 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən karton qutularda olan yüklərin “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənildiyi müşahidə edilmiş, qeyd edilən sürücülər, təqsirləndirilən şəxs1 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri gömrük xidməti əməkdaşını gördükdə nəqliyyat vasitələrini və yükləri qoyaraq hadisə yerindən qaçmış, daha sonra “DAF” markalı, 77-UJ- 894/**- YD-*** dövlət qeydiyyat nişanlı və “DAF” markalı, **-DF-***/99 YE-192 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələri həmin gün “Qırmızı Körpü” gömrük postu ərazisinə gətirilərək orada qeyd edilən yük nəqliyyat vasitələrinə gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı qeyd edilən döyüş sursatı hesab edilməyən, səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrin və petardalar-fişənglərin 131701,87 manat dəyərində olan hissəsi “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerindən, 67664 manat dəyərində olan hissəsi isə “DAF” markalı, **-DF-***/**-YE- *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerindən aşkar edilərək götürülmüşdür. təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayətlərin təhlükəli residivi formasında ## ###### 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə və şəraitdə xeyli miqdarda malların- pirotexniki vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib ölkə ərazisində satışının realizə olunması barədə Azərbaycan Respublikasının vətəndaşları-tanışları təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü- təqsirləndirilən şəxs3 onun tapşırığı ilə ## ###### 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə ətdiyi 1 qutusunun qiyməti 0,8 manat olmaqla 116912 manat dəyərində üzərində “KORSAR” yazıları olan hər birində 60 ədəd olmaqla 146140 qutu, 1 qutusunun qiyməti 0,85 manat olmaqla 9758 manat dəyərində üzərində “DEMİ WOLF” yazıları olan hər birində 60 ədəd olmaqla 11480 qutu, 1 qutusunun qiyməti 0,95 manat olmaqla 20054,5 manat dəyərində üzərində “TRENİYA” yazıları olan hər birində 60 ədəd olmaqla 21110 qutu, 1 qutusunun qiyməti 10,98 manat olmaqla 5314,32 manat dəyərində üzərində “EXPLOSİVE” yazıları olan hər birində 20 ədəd olmaqla 484 qutu, 1 qutusunun qiyməti 3,8 manat olmaqla 2622 manat dəyərində üzərində “GROUND BLOOM FLOWER” yazıları olan hər birində 10 ədəd olmaqla 690 qutu, 1 qutusunun qiyməti 1,44 manat olmaqla 1382,4 manat dəyərində üzərində “SUPER BOOM” yazıları olan hər birində 40 ədəd olmaqla 960 qutu, 1 qutusunun qiyməti 6,18 manat olmaqla 1236 manat dəyərində üzərində “SİLVER CRACKER” yazıları olan hər birində 36 ədəd olmaqla 200 qutu, 1 qutusunun qiyməti 6 manat olmaqla 2400 manat dəyərində üzərində “BİG SİLVER CRACKER” yazıları olan hər birində 36 ədəd olmaqla 400 qutu, 1 qutusunun qiyməti 1,53 manat olmaqla 306 manat dəyərində üzərində “MİNİTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 200 qutu, 1 qutusunun qiyməti 0,53 manat olmaqla 156,35 manat dəyərində üzərində “MİNİTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 295 qutu, 1 qutusunun qiyməti 4,2 manat olmaqla 2100 manat dəyərində üzərində “BİGTRİANGLE” yazıları olan hər birində 20 ədəd olmaqla 500 qutu, 1 qutusunun qiyməti 9,55 manat olmaqla 5567,65 manat dəyərində üzərində “LEOPARD POWER” yazıları olan hər birində 12 ədəd olmaqla 583 qutu, 1 qutusunun qiyməti 17 manat olmaqla 5083 manat dəyərində üzərində “ZENGA” yazıları olan hər birində 20 ədəd olmaqla 299 qutu, 1 qutusunun qiyməti 12,42 manat olmaqla 3663,9 manat dəyərində üzərində “SREBRNA PİRATKA P500” yazıları olan hər birində 24 ədəd olmaqla 295 qutu, 1 qutusunun qiyməti 7,64 manat olmaqla 3048,36 manat dəyərində üzərində “SREBRNA PİRATKA P750” yazıları olan hər birində 20 ədəd olmaqla 399 qutu, 1 qutusunun qiyməti 14,14 manat olmaqla 8908,2 manat dəyərində üzərində “MEGA BLACK DEVİL” yazıları olan hər birində 40 ədəd olmaqla 630 qutu, 1 qutusunun qiyməti 11,3 manat olmaqla 2135,7 manat dəyərində üzərində “FEZA TORPİL” yazıları olan hər birində 40 ədəd olmaqla 189 qutu, 1 qutusunun qiyməti 4,16 manat olmaqla 1239,68 manat dəyərində üzərində “SUPER JUKİ” yazıları olan hər birində 40 ədəd olmaqla 298 qutu, 1 qutusunun qiyməti 0,95 manat olmaqla 415,15 manat dəyərində üzərində “CİACKE” yazıları olan hər birində 20 ədəd olmaqla 437 qutu, 1 qutusunun qiyməti 6 manat olmaqla 282 manat dəyərində üzərində “MMG CRACKER” yazıları olan hər birində 20 ədəd olmaqla 47 qutu, 1 ədədinin qiyməti 2,5 manat olmaqla 2390 manat dəyərində üzərində “MAGİCAL CANDLE 60 BALLS” yazıları olan 956 ədəd, 1 ədədinin qiyməti 1,62 manat olmaqla 622,08 manat dəyərində üzərində “ROMAN CANDLE GWL-0010” yazıları olan 384 ədəd, 1 ədədinin qiyməti 2,55 manat olmaqla 45,9 manat dəyərində üzərində “ROMAN CANDLE RC-1508” yazıları olan 18 ədəd, 1 ədədinin qiyməti 8,5 manat olmaqla 102 manat dəyərində üzərində “ROMAN CANDLE RC-2008” yazıları olan 12 ədəd, 1 ədədinin qiyməti 4,3 manat olmaqla 1161 manat dəyərində üzərində “ROMAN CANDLE RC-1208” yazıları olan 270 ədəd, 1 ədədinin qiyməti 3,6 manat olmaqla 1296 manat dəyərində üzərində “X1 393” yazıları olan 360 ədəd, 1 ədədinin qiyməti 2,7 manat olmaqla 40,5 manat dəyərində üzərində “Roman Candle HR 188-2” yazıları olan 15 ədəd, 1 ədədinin qiyməti 3,6 manat olmaqla 129,6 manat dəyərində üzərində “X1-398” yazıları olan 36 ədəd və 1 ədədinin qiyməti 2,3 manat olmaqla 993,6 manat dəyərində üzərində “MAGİCAL CANDLE 40 BALLS” yazıları olan 432 ədəd olmaqla ümumilikdə xeyli miqdarda 199365,87 manat dəyərində döyüş sursatı hesab edilməyən, səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələri və petardalar-fişəngləri istintaqa məlum olmayan vaxtda və şəraitdə idarə etdiyi “DAF” markalı, **-UJ-***/99-YD 294 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Türkiyə Respublikasının “X2 HAY. İnşaat Otomotiv Sanaye və Ticaret LTD ŞTİ”xxxx“xxxx” şirkətinə gətirdiyi “kartof” yükünün arasında gizlədərək saxlamış, daşımış, ## ###### 2024-cü il tarixdə, saat 02:10 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” gömrük postunda xeyli miqdarda-199365,87 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, bundan sonra təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük xidməti əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada GPS qurğusu quraşdırılmaqla Qazax rayonu ərazisində- “Qırmızı Körpü” gömrük postundan bir qədər aralıda yerləşən “Ticarətin Asanlaşdırılması Mərkəzi”-nə rentgen müayinəsinə yönləndirilmiş, lakin təqsirləndirilən şəxs3 əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq onun tapşırığı ilə cinayətkar fəaliyyətini davam etdirərək idarə etdiyi “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini rentgen müayinəsindən keçirməyərək hərəkət istiqamətini dəyişdirərək Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən körpünün altında onunla, cinayətkar qrupun üzvləri- “DAF” markalı, **-DF- ***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü təqsirləndirilən şəxs2 və cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan digər üzvləri ilə görüşmüş, orada “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki karton qutularda olan pirotexniki vasitələr təqsirləndirilən şəxs2 idarə etdiyi “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənməyə başlanmış, daha sonra “DAF” markalı, **-UJ-***/99-YD 294 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərində olan GFS qurğusu post ərazisindən kənarda, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində siqnal vermiş, bununla əlaqədar gömrük xidməti əməkdaşı GPS qurğusunun siqnal verdiyi yerə yəni, Qazax rayonunun 2-ci Şıxlı kəndi ərazisində yerləşən körpünün altına getmiş, həmin vaxt təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs2 və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri tərəfindən “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən karton qutularda olan yüklərin “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənildiyi müşahidə edilmiş, o, qeyd edilən sürücülər və cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri gömrük xidməti əməkdaşını gördükdə nəqliyyat vasitələrini və yükləri qoyaraq hadisə yerindən qaçmış, daha sonra “DAF” markalı, **-UJ-***/**-YD-*** dövlət qeydiyyat niş anlı və “DAF” markalı, 99-DF- 262/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələri həmin gün “Qırmızı Körpü” gömrük postu ərazisinə gətirilərək orada qeyd edilən yük nəqliyyat vasitələrinə gömrük əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı qeyd edilən döyüş sursatı hesab edilməyən, səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrin və petardalar-fişənglərin 131701,87 manat dəyərində olan hissəsi “DAF” markalı, 77-UJ 894/**-YD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerindən, 67664 manat dəyərində olan hissəsi isə “DAF” markalı, **-DF-***/**-YE-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək hökmün ona aid hissədə ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarlmasını xahiş etmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək işə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən həmçinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək işə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınaraq CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq başlandığı müddətdən o, özünü təqsirli bilməmişdir. Verdiyi izahatlarda açıq-aydın bildirmişdir ki, bu işin təşkilində heç bir rolu olmamışdır. O, sadəcə nəqliyyat vasitəsini idarə edən sadə bir vətəndaş-sürücü olmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsi ona məxsus olmamışdır. Həmin nəqliyyat vasitəsində işçi kimi yük daşıma vasitəsi ilə ölkəyə tranzit yolu ilə yük gətirən zaman Qazax gömrük məntəqəsində yoxlanış zamanı qadağan olunmuş məhsul aşkar olunmuşdur. Həmin məhsulun daşınma zamanı nə olması barədə məlumatı olmamışdır. Ona verilən bu ittiham heç bir halda həqiqəti əks etdirmir. İstintaq hüquqi qaydada düzgün aparılmamış və ona qarşı qanunsuz ittihamlar irəli sürülmüşdür. Məhkəmə də qanunsuz ittihamlara arxalanaraq ona hüquqi qaydada düzgün cəza təyin etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyasından Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmün mənə aid olan hissədə ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi tərəfindən verilən şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-******* saylı ##.##.2026-cı il tarixli hökmü əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və təqsirləndirilən şəxs1 daha yüngül cəza verilməsi barədə yeni hökm qəbul edilməlidir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual normaları kobudcasına pozulmuş, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına olmamış və cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. təqsirləndirilən şəxs1 əsassız olaraq AR CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilir. Belə ki, AR Cinayət qanunvericiliyə əsasən cinayətin 4 tərkib əlaməti mövcuddur-cinayətin obyekti, obyekti cəhəti, subyekti və subyektiv cəhəti. Həmin tərkib əlamətlərinin olmaması cinayəti istisna edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqsirləndirilən şəxs3 yalan danışır, Nurəddinə qanuni yüklər daşımasını demiş, lakin ölkəyə gətirilməsi qadağan olunmuş hər hansı yük və ya priotexniki vasitələrin gətirilməsini bildirməmişdir. Nurəddinlə başqa bir məsələ ilə bağlı məhkəməlik xırda problemləri olmuş, düşünür ki, ona görə qərəzli olaraq onların əleyhinə ifadə verir. Nurəddinin Seyfəddinlə onu körpünün altında gözləməklərini deməsi ilə bağlı heç nə deyə bilmir, orada olmamışdır. Nurəddin ondan işləmək üçün iş istəmişdir. O, da yük avtomobilini verib yük daşımasını bildirmiş və haradan yük aparıb-gətirməli olduğunu da ona bildirmişdir. Bu səbəbdən də, təqsirləndirilən şəxs1 əməlində AR CM-nin 206.3.2-ci maddəsinin tərkibi yoxdur və bu səbəbdən də, heç bir sübut toplanmamışdır, heç bir hal aşkar edilməmişdir və o cümlədən bu halı təsdiq edəcək hər hansı maddi sübut və ya qeydə alınmış şahid ifadəsi yoxdur. təqsirləndirilən şəxs1 AR CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı onu qeyd etmək istəyirəm ki, həmin əməlin təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi sübuta yetirilməmişdir və məhkəmə bu hissədə yalnış nəticəyə gələrək həmin şəxsi təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdur. təqsirləndirilən şəxs1 AR CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tuutulmuş həddə cəza təyin edilməlidir. Odur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmü ləğv edilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının AR CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq cəza edilməlidir Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 vermiş olduğu apellyasiya şikayətinin məzmununu dəqiqləşdirərək barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərini müdafiə edərək barələrində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi Heydər Fərzəliyev apellyasiya şikayətini müdafiə etdi və təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdi və təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi müdafiəçi3 apellyasiya şikayətini müdafiə etdi və təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti cəza təyin edilməsini, bu mümkün olmadıqda isə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə cəza təyin edərkən işin hallarını, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxslər ədalətli cəza, yəni daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası verməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmişdir və bundan daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Cəza təyin edilərkən təkcə təqsirləndirilən şəxs və barəsində olan yüngülləşdirici hallar deyil, həmçinin zərərçəkmiş şəxsin sosial vəziyyəti və cəzanın məhkumun islah olunmasına nə dərəcədə xidmət etməsi nəzərə alınmalıdır. Beləliklə,məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərə daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğundur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər barəsində cəza təyin edilərkən müvafiq olaraq yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivinin yaranmasını, təqsirləndirilən şəxs3 isə hazırkı cinayət əməlini törədərkən məhkumluğunun ödənilmədiyini nəzərə alır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məsələdə isə qeyd edir ki, CM-nin 70.1 və 70.2-ci maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxsin barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınsa da, bu hallar heç də bütün hallarda cəzanın şərti sayılması üçün şərtsiz əsas ola bilməz. Söz yox ki, qanunverici CM-nin 70-ci maddəsinə əsasən məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayıldığı hallarda cəzanın şərti olaraq tətbiq edilməsini də istisna etməmişdir. Lakin, həm cinayət qanunun bu müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbət yönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Nəzərə alınmalıdır ki, CM-nin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkumun cəzasının şərti olaraq tətbiq edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikirinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti ilə bağlı cəzanı yüngülləşdirən hallar cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı inam yaratmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi üçün əsaslar da yoxdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar