Məhkəmə qərarları › İş №1(3-7)-116/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-116/2026

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-116/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi nümayəndə1, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmündən məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər; X7 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü ilə, ##.##.1955-ci il tarixdə Gədəbəy rayonu, Gərgər kəndində anadan olmuş, evli, Rusiya Federasiyası vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Orenburq vilayəti, Orski şəhəri, Vaqorna küçəsi, ev 45A-da qeydiyyatda olmaqla, Gədəbəy rayonu, Gərgər kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ######## 2025-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübuta aid məsələlər də həll edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 15 radələrində Gədəbəy rayonu, Gərgər kəndində yaşadıqları evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs ona və mərhum anasına məxsus köhnə əşyalarını evdən atmasına irad bildirən zaman Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədib təhqir etməsinə əsəbiləşərək həmin vaxt əlində olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir zərbə vuraraq sonuncuya sifətin sol yarısının kəskin nəzərə çarpan asimmetriyası, mimiki pozğunluq və kobud çapıqla ifadə olunan, üz sinirinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası qismində vaxt keçdikcə izi silinməyən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşməsinə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmünun ləğv edilməsi və onun işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Birinci insansiya məhkəməsinin hökmünü ədalətsiz hesab edir. Odur ki, onun işinə yenidən ədalətli baxılmasını və onun yaşı və xəstəliyinin nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmünun ləğv edilməsi və Ismayliov Fidail Nəriman oğlunun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətləri (qəsdən adam öldürməyə cəhd etməsi) mövcud olduğuna görə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hesab edir ki, hökm əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Ilk növbədə məhkəmənin hökmü ilə razılaşmır ona görə ki, təqsirləndirilən Ismayılov Fidayil Nəriman oğlu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunur. Hesab edir ki, istintaq orqanı ve məhkəmə tərəfindən cinayət əməlinə verilmiş hüquqi qiymət işin faktiki hallarına uyğun deyil, əməlin tövsifi qanunsuzdur və cinayətkarın məsuliyyətini əsassız olaraq yüngülləşdirir. Belə ki, ## #### 2025-ci il tarixində, yaşadığı evdə qaynı Təqsirləndirilən şəxs ona qarşı öldürücü alət olan bıçaqla hücum etmişdir. O, zərbəni həyati əhəmiyyətli baş nahiyəsinə endirmişdir. Fidailin məqsədi bıçaqla onun arterial (yuxu) damarını kəsərək öldürmək idi. Bıçaqla məhz baş və üz nahiyəsinə zərbə endirilməsi cinayətkarın məqsədinin sadəcə xəsarət yetirmək deyil, onu həyatdan məhrum etmək (öldürmək) olduğunu birbaşa sübut edir. Xəsarətlərin yerinə yetirilmə mexanizmi də bu faktı, yəni Təqsirləndirilən şəxs onu öldürməyə cəhd etməsini birbaşa təsdiq edir AR Cinayət Məcəlləsinin 126.1-ci maddəsi sağlamlığa zərər vurulmasını nəzərdə tutur. Lakin istifadə olunan alət və hədəf alınan bədən nahiyəsi göstərir ki, bu əməl AR CM-nin 29, 120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) kimi tövsif olunmalıdır. Təqsirləndirilən şəxs iradəsindən kənar səbəblərdən (təcili tibbi müdaxilə və digər şəxslərin müdaxiləsi nəticəsində) öz cinayətkar niyyətini sona çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs bıçaqla baş nahiyəmə zərbə endirdikdən sonra həyat yoldaşı şahid7 bıçağı onun əlindən yerə saldı və süpürləşərək yerə yıxıldılar. Bununla da Təqsirləndirilən şəxs onu öldürmək üçün növbəti zərbəni endirə bilmədi və cinayətkar niyətini başa çatdıra bilmədi. Hadisə baş verdikdən sonra Gədəbəy rayon hüquqmühafizə orqanları işi uzun müddət (## ###### 2025-ci ilədək) başlamaqdan yayınmış, nəticədə hadisənin ağırlıq dərəcəsi süni şəkildə azaldılmışdır. Bundan başqa, Fidail kənddə demişdir ki, "bu gün kənddə qurban kəsəcəm". Onu bıçaqla vurduqdan sonra isə pilləkənin üstündə dayanaraq gülə-gülə deyirdi ki, "bu gün qurbanlıqdır, qurban kəsmişəm". Həmin vaxt onun üzm ona tərəf idi, bu sözləri o, özü eşitmişdir. Fidailin yeznəsi Rüstəm Cəfərov onun telefonuna şəxsən zəng edib dedi ki, Fidail: "Əminəni balta ilə öldürəcəm" deyir. O, da bu xəbəri kim dediyini soruşduqda qızı Gülnarənin dediyini bildirdi. Mən də Rüstəmə: "Cəmilə baldızım baltanın ən itisini sizə hazırlayıb Rüstəm qardaş" - demişdir. Bunda əlavə Gədəbəy rayonu Düzyurd kəndində yaşayan qohum Yeganə Ismayılova ona telefonda deyirdi ki: "Fidail dayım deyir, Əminəni gələndə öldürəcəm". Həmin vaxt o, Rusiyada idi. Bütün bu hallar onu göstərir ki, Fidailin məqsədi onu öldürmək olmuş, bıçaqla onu vurmaqda da niyyəti onu öldürməyə yönəlmişdir. Bundan başqa qeyd etməyi zəruri sayır ki, onun Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-Prezidentinə, Ombudsmana Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili Işlər Nazirliyinə çoxsaylı teleqram və ərizələrindən sonra Fidailin həbsinə nail olmuşdur. O, onu bıçaqla vurduqdan sonra üç ay azadlıqda gəzdi, həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Onu da qeyd edir ki, Fidail ifadələrində guya əlindəki bıçaqla lobya çubuğu hazırladığını bildirmişdir. Lakin bu hal tamamilə yalandır, Fidail lobya əkməyib və həmin bıçağı da bu məqsədlə əlinə almamışdır. Fidailin bıçağı götürməkdə məqsədi onu öldürmək olmuşdur. Hadisə vaxtı o, Fidailə qarşı heç bir xoşagəlməz ifadə işlətməmiş, əksinə o onu dəfələrlə təhqir etmiş, o, isə susmuşdur. Ona görə də Fidail hadisə vaxtı şəxsiyyətin paranoyyal inkişafından əziyyət çəkməmişdir. Ümumiyyətlə Fidail hər hansı ruhi xəstəlikdə əziyyət çəkmir. Lakin işə baxan Gəncə Ağır Cinayətlər Məhkəməsi yuxarıda qeyd edilən xüsusatların heç birinə qiymət verməmiş, bununla da Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddə ilə təqsirli bilməklə və həmin maddə ilə azadlıqdan məhrum etməklə əsassız hökm çıxarmışdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə hökmdə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın olduqca aşağı həddini təyin etmişdir. Hətta Təqsirləndirilən şəxs əməli CM-in 126.1-ci maddəsi olmuşdursa belə, (ki belə bir hal yoxdur və Fidailin əməli qəsdən adam öldürməyə cəhd olmuşdur, bu barədə yuxarıda ətraflı əsaslandırma aparılmışdır) həmin maddədə 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda məhkəmə həmin cəzanın yarısını təyin etmişdir. Bununla da məhkəmə cinayətkarın şəxsiyyətini, cinayətin törədilmə mexanizmini, ümumi təhlükəli üsulla onu öldürməyə cəhd etməsini nəzərə almamışdır. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs onu həyat yoldaşının gözü qarşısında bıçaqlamış, bununla da xüsusi amansızlıqla onu öldürməyə çalışmışdır. Belə olan halda ən azından Fidailin əməlində cinayətin ağırlaşdırıcı əlaməti olan xüsusi amansızlıqla törədilməsi halı mövcud olmuşdur ki, məhkəmə bu hala da hüquqi qiymət verməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini, məhkumun apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək, onun əməlinin CM-nin 131-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini, apellyasiya şikayətini isə müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, əlavə olaraq hadisənin ehtiyyatsızlıq nəticəsində baş verdiyini, onun əməlinin CM-nin 131-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi nümayəndə1 məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdilər və apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya şikayətini isə müdafiə etdilər, şikayətdə göstərilən məzmunda çıxış edərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmünun ləğv edilməsi və Ismayliov Fidail Nəriman oğlunun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətləri (qəsdən adam öldürməyə cəhd etməsi) mövcud olduğuna görə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkumun apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, zərərçəkmiş şəxsin şikayəti ilə bağlı isə məhkumun əməlinin CM-nin 29, 120.1-ci maddəsinə tövsif edilməsi ilə razı olmadığını lakin, həmçinin ona təyin edilmiş cəzanın ağırlaşdırılmasına etiraz etmədiyini bildirdi və zərərçəkmiş şəxsin şikayətinin qismən təmin edilməsini, məhkum tərəfindən verilmiş şikayətin isə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız Apellyasiya şikayətləriinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən Apellyasiya şikayətləriinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətlərii təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun apellyasiya şikayətində əməlinin CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 131-ci maddəsinə, zərərçəkmiş şəxsin apellyasiya şikayətində məhkumun əməlinin CM-in 126.1-ci maddəsindən 29, 120.1-ci maddəsinə tövsif edilməsi iddia edilmişdir. Göstərilən dəlillərə hüquqi münasibət bildirən məhkəmə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, hadisənin baş vermə mexanizmini, istintaq hərəkəti protokollarını, cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həmin dəlilləri ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri isə məhkumun məqsədinin sadəcə xəsarət yetirmək deyil, onu həyatdan məhrum etmək (öldürmək) olduğunu, təqsirləndirilən şəxslə barışmaması və ondan şikayətçi olmasıdır. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı X6 ilə birlikdə Gədəbəy rayonu, Gər-Gər kəndində yaşamışdır. Təqsirləndirilən şəxs qayını olmuşdur. Fidail ilə əvvəllər aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. O, əri Israil və övladları ilə birlikdə 1988-ci ildən hazırkı vaxta kimi Rusiya Federasiyasında yaşamışlar. Bəzi vaxtlar Gədəbəy rayonu, Gər-Gər kəndindəki evlərinə gedib-gəlmişlər. Fidail ailə üzvləri ilə birlikdə uzun illərdir Rusiya Federasiyasında yaşamışdır. Həmçinin onların maddi imkanları yaxşı olduğu üçün daim Fidailə maddi dəstək olmuşlar. ## ### 2025-ci il tarixdə onlar Sumqayıt şəhərində olarkən Israilin bacısının əri X4 ona zəng vuraraq Fidailin onu balta ilə öldürməyi planlaşdırdığını bildirmişdir. Lakin, Israil buna məhəl qoymamışdır. ## ### 2025-ci il tarixdə əri Israil ilə birlikdə Gədəbəy rayonu, Gər-Gər kəndindəki evlərinə gəlmişlər və həmin vaxtdan hazıra kimi oradakı evlərində yaşamışlar. Həmin ev mərhum qayınatası Nəriman tərəfindən 1960-cı ildə tikilmiş və 2024-cü ildə həmin evi əri Israilın adına sənədləşdirmişlər. Fidail bir neçə ildir sözügedən evdə valideynləri ilə yaşamışdır. Əvvəlcə qayınatası, ##.##.2023-cü il tarixdə qayınanası Həmayıl rəhmətə getmişdir. Həmin ərəfədə Fidail evdə valideynləri ilə yaşamışdır. Qayınatası və qayınanası rəhmətə getdikdən sonra da Fidail həmin evdə tək yaşamışdır. Onlar Gədəbəy rayonuna gələrkən həmin evdə yaşamışlar. Fidailin, digər baldızı və qayınlarının imtina ərizələri əsasında sözügedən ev əri Israilin adına sənədləşmişlər. ## #### 2025-ci il tarixdə Qurban Bayramı ilə əlaqədar olaraq əri Israil ilə qaynı Fidail bir baş qoç almış və sözügedən evin həyətində kəsmişlər. Həmin heyvanın ətindən o, evdə bişirmişdir. Bundan sonra yaxın qonşuları və qohumları həyətə yığılmış və onlar qurban ətindən yemişlər. ## #### 2025-ci il tarixdə səhər saatlarından başlayaraq evi dib-bucaqdan təmizləmiş, evdə olan köhnə əşyaları zibilliyə atmışdır. Həmin gün saat 15 radələrində Fidail evə piyada gəlmiş və həyətdə mərhum anasına məxsus termosu zibillik əşyaların içinə atdığını görüb ona irad tutmuşdur. O, termosun istifadəyə yararsız olması səbəbi ilə atdığını demişdir. Fidail isə ona “canına azzar ay qancıq” deyə cavab vermişdir. O, Fidailə “bununla məni neçənci dəfədir təhqir edirsən ayıbdır” deyə cavab verib əşyaları atmadığını, bəzilərini evin zirzəmisinə yığdığını demişdir. Fidail qardaşı Israilə əşyaları ona deməmiş atmamağını bildirmişdir. Bundan sonra o, evə keçmiş, evdə olan iki ədəd boşqabları götürmüş, evin qapısından çölə çıxmış ki, boşqabları aparıb, yusun. Bu zaman Fidail əlində olan bıçaqla ani anda sol üz nahiyəsinə bıçaqla bir dəfə xəsarət yetirmişdir. O, zərbənin təsirindən müqavimətini saxlaya bilməmiş, səlləklənmiş və arxası üstə yerə yıxılmışdır. Bu zaman əri Israil qapının qabağında oturduğu stuldan durmuş, Fidaili qucaqlamış, əlindən bıçağı almağa çalışmışdır. Fidail ilə Israil əlbəyaxa olub süpürləşərkən hər ikisi yerə yıxılmış və bıçaq Fidailin əlindən yerə düşmüşdür. O, yerdən durmuş, üz nahiyəsindən qan axdığını görmüş və Fidailin bıçaqla Israili vuracağından qorxaraq yerdə olan bıçağı götürüb qaçaraq evin yaxınlığındakı bıçənək sahəsində bıçağı otların arasına atmışdır. Bundan sonra yaxın qonşuları səsləyərək kömək etmələrini xahiş etmişdir. Onun səsinə yaxın qonşuları Xına, sonuncunun ailə üzvləri Mayıl və Şaiq, həmçinin Ramilə və Günay hadisə yerinə gəlmişlər. Günay təcili tibbi yardıma zəng vurmuşdur. Bundan sonra Xına və o, Fidail ilə Israilın yanına çatmışlar. Onların arxalarınca Mayıl və Şaiq, həmçinin Ramilə və Günay çatmışdır. Xına əlini ataraq Fidaildən yapışmış və sonuncunu Israildən aralaşdırmışdır. Bundan sonra Xına paltar asılqanından asılmış yastıq üzünü gətirərək üzünün qan axan hissəsinə tutmuş ki, qanın axmasının qarşısını qismən alsın. Lakin, onun üzündən qan axmağa davam etdiyi üçün səs-küyə oraya gəlmiş uzaq qohumluq əlaqələri olan Şaiq onu Leysan adlı şəxsin qırmızı rəngli NIVA markalı avtomobilinə əyləşdirmiş və xəstəxanaya yola salmışdır. Yolda təcili tibbi yardımla rastalşdıqlarına görə onu təcili tibbi yardıma mindirib xəstəxanaya yola salmışlar. Ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşı olmuş və sonuncu uzun müddət Rusiya Federasiyasında yaşamış, Rusiya Federasiyası vətəndaşı olmuşdur. Fidail ilə münasibətləri həmişə yaxşı olmuş, onun maddi imkanı yaxşı olduğu üçün həmişə Fidailə maddi dəstək olmuşdur. Təqsirləndirilən şəxs üç ildir ailəsində narazılıq olması səbəbindən öz evindən çıxmış və qalmaq üçün yerləri olmadığına görə təkbaşına Gədəbəy rayonu, Gərgər kəndindəki ata evlərində yaşamağa başlamışdır. ## ### 2025-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Gədəbəy rayonu, Gərgər kəndinə ata evlərinə gəlmişlər və evin sənədlərini qaydasına salmaq üçün müvafiq dövlət orqanlarına müraciət edib sənədləri toplayaraq evi öz adına sənədləşdirmişdir. Gədəbəy rayonu, Gərgər kəndində qardaşı ilə aralarında heç bir münaqişə baş verməmiş və narazılıqları olmamışdır. O, Fidailə evi təmir edəcəyini və ona açarı verib yenidən Rusiyaya gedəcəyini demişdir. ## #### 2025-ci il tarixdə o, 01 baş erkək qoç alaraq evin həyətyanı sahəsində kəsmiş, qohum əqrəbanı və qonşularını çağırmış, evinin həyətində həmin qurbanın ətini bişirib qonaqlıq vermişdir. ## #### 2025-ci il tarixdə arvadı Əminə evdə olan köhnə çay termosunu içi paslandığına görə atmışdır. Fidail isə kənd mərkəzindən sərxoş vəziyyətdə evə gəlmiş, Əminədən termosu hansı səbəbə atdığını soruşmuşdur. Əminənin yerinə o, Fidailə cavab verib termosun köhnəldiyini və yenisi alacağını demişdir. Bundan sonra Fidail üzünü Əminəyə tutub evdən hansısa əşyanı atdıqda ona xəbər etdikdən sonra atmasını demişdir. Əminə də ona termosun köhnə olmasını dedikdə Fidail Əminəyə “canına azzar qancıq” deyib evin girəcəyində onun oturduğu yerin bir-iki metrliyində Əminin qabağında dayanmışdır. Bu zaman Fidailin əlində qurban kəsdikləri iri bıçağı görmüşdür. Fidail qəflətən həmin bıçağı qaldırmış, Əminən sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman o, qorxmuş, tez yerindən atılıb Fidaili tutmaq istəyən zaman isə ayağı sürüşmüş və yerə yıxılmışdır. Buna baxmayaraq, Fidailin ayaqlarından tutub sonuncunu yerə yıxaraq fırlamışdır. Bu zaman bıçaq Fidailin əlindən yerə düşmüş və Əminə üzü qanlı halda bıçağı götürüb kənara atmışdır. Bundan sonra Əminə qışqırıb qonşuları çağırmış və arvadının səsküyünə oraya yaxın qonşuları Xına, sonuncuların ailə üzvləri Mayıl və Şaiq, həmçinin Ramilə və şahid6 hadisə yerinə gəlmişlər. Günay təcili tibbi yardıma zəng vurmuşdur. Bundan sonra Xına və Əminə əvvəl, onların arxasınca isə Mayıl, Şaiq, Ramilə və Günay çatmışdır. Xına əlini ataraq Fidaildən yapışmış və ondan aralaşdırmışdır. Bundan sonra səs-küyə oraya gəlmiş uzaq qohumluq əlaqələri olan Şaiq arvadı Əminəni Leysan adlı şəxsin qırmızı rəngli NIVA markalı avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışdır. O, evdə qalmış və bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. Iş materiallarında olan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞin Gədəbəy rayon şöbəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sifətin sol yarısında kəskin nəzərə çarpan asimmetriyası, mimiki pozğunluq, sol göz qapağının açıq qalması (örtülməsi), sifətin kəsilmiş yarası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla yetirilmişdir. Tibbi sənədlər ekspertizaya tam (xəstəlik tarixi) təqdim edilmədiyi üçün Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ağırlıq dərəcəsini təyin etmək mümkün olmamışdır. Iş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gədəbəy rayon şöbəsinin ##.##.2025- ci il tarixli, **/Ə nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sol yarısının kəskin nəzərə çarpan asimmetriyası, mimiki pozğunluq və kobud çapıqla ifadə olunan, üz sinirinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası vaxt keçdikcə bərpa olunmayan izi silinməz xəsarətlərə aiddir. Qeyd olunan xəsarətlər kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla yetirilmişdir. Dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Iş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gədəbəy rayon şöbəsinin ##.##.2025- ci il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gədəbəy rayon şöbəsinin ##.##.2025- ci il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik X3 Regional Ambulator şöbəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən “şəxsiyyətin paranoyyal inkişafından əziyyət çəkmişdir”. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda “şəxsiyyətin paranoyyal inkişafı” müəyyən edilir. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən şəxsiyyətin paranoyyal inkişafından əziyyət çəkdiyindən o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətinə görə inadkar, başqalarının hiss və yaşantılarına qarşı laqeyd, özünü müdafiə etməyə meyilli şəxsdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional vəziyyəti ona müəyyən olunmuş psixi pozuntu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqəda olaraq törətdiyi əməli tam həcmdə dərk etməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halı keçirməmişdir. Iş materiallarında olan Iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin ##.##.2025-ci il tarixli, **/*** nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ##.##.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası DIN BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Iş materiallarında olan Gədəbəy RPŞnin ##.##.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 15 radələrində Gədəbəy rayonu, Gərgər kəndində Təqsirləndirilən şəxs birgə yaşadıqları evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə bıçaqla zərbə endirərkən ona təkrar bıçaq zərbəsi endirməyə cəhd etməmiş və onu öldürmək məqsədi olmamışdır. Təqsirləndirilən şəxs bacısı Cəmilənin əri X4 15 ildən artıqdır ailə üzvləri ilə birlikdə Rusiya Federasiyası ərazisində yaşadıqlarına görə Rüstəm Cəfərovun istintaqa dəvət edilməsi və sonuncuya Təqsirləndirilən şəxs nə vaxtsa Zərərçəkmiş şəxs öldürmək məqsədi olması barədə danışıb-danışmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Apellyasiya məhkəməsi də cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərinin həmin dəlilləri tam əsassız olduğundan qəbul edilməməlidir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində eyni zamanda Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması xahiş olunmuşdur. Birinci insansiya cəza təyin edərəkən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini və əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsiənə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə almışdır. Hökmdə qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, məhkəmə hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən halların CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-nin 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilən hallarla birlikdə törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyəti, cinayət əməli törədilərkən oynadığı rol və hərəkətləri nəzərə alınmaqla, məhkəmə ona təyin edilmiş cəzanın həddi ilə razılaşır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar