Məhkəmə qərarları › İş №1(3-7)-117/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-117/2026

05.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-117/2026 05.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü ilə (Hakimlər İ.İ.İbişov (sədrlik edən), B.F.Müslümov və M.M.Məmmədzadədən ibarət tərkibdə) ## ###### 1989-cu il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 166 Beynəlxalq Yükdaşıma şirkətində sürücü işləmiş, məhkumluğu olmayan, Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzasının, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs # ###### 2025-ci il tarixdə təxminən saat 5 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü kilometrliyində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək, qeyd edilən Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərininə əsasən, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bunları etməyərək yorğun vəziyyətdə idarə etdiyi “Mercedes Sprinter” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu birtərəfli yolla Qazax istiqamətində hərəkət etdirərkən, sükan arxasında yatdığından mikroavtobusun ön sağ yan hissəsi ilə qarşısı ilə yolun sağdan birinci hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olan sürücü şahid5 idarə etdiyi “KAMAZ-55111” markalı **-DL- *** dövlət qeydiyyat nişanlı yük avtomaşınının arxa hissəsinə bərkidilmiş “QKB” markalı **-ZA- *** dövlət qeydiyyat nişanlı qoşqusunun arxa sol hissəsi ilə toqquşması nəticəsində mikroavtobusda sərnişin olan zərərçəkmiş şəxs3 sağ bazu sümüyünün aşağı üçdə birinin və sol dirsək sümüyünün yuxarı üçdə birinin oynaqdaxili qapalı, yerini dəyişmiş sınıqları, zərərçəkmiş şəxs1 sağ əlin 2-ci barmağının əsas-orta falanqa oynağının çıxığı, zərərçəkmiş şəxs4 alın nahiyəsinin, sol əlin 3-cü barmağının əzilmiş yaraları, sağ körpücük və sağ said sümüklərinin qapalı yerini dəyişmiş sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan 3 zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər, zərərçəkmiş şəxs2 ağır dərəcəli travmatik şokla müşaiyət olunan alın nahiyəsinin, burun əsasının, sağ əlin 2-ci barmağının əzilmiş yaraları, hər iki göz yuvasını təşkil edən sümüklərin, hər iki əng sümüklərinin, hər iki almacıq sümüklərinin, burun sümük və qığırdaqlarının, alt çənə sümüyünün çoxqəlpəli yerini dəyişmiş sınıqları, döş qəfəsinin qapalı küt travması, sağ və sol 1-ci qabırğanın, sağ tərəfli 2-3-cü qabırğaların yerini dəyişmiş sınıqları, iki tərəfli pnevmatoraks ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan 1 zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər, digər sərnişinlər- X1 alın nahiyəsinin əzilmiş-cırılmış yarası, üst dodağın əzilmiş yarası, kəllə qapağı, kəllə əsası, burun, hər iki almacıq, əng və alt çənə sümüklərinin yerini dəyişmiş sınıqları,beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilib-dağılması, döş qəfəsinin qapalı küt travması, sağ tərəfli 4-5-6-7-8-9-cu qabırğaların, sol tərəfli 3-4-5-6-7-8-ci qabırğaların orta körpücük xətdən yerini dəyişmiş sınıqları, ürəyin sol mədəciyinin ön divarının əzilib-cırılmış yarası, ağciyərlərin ön qabırğa səthinə qansızmalar, iki tərəfli hemotoraks, sağ said sümüklərinin aşağı üçdə birinin qapalı, sağ əlin 2-ci barmağının dırnaq falanqasının açıq yerini dəyişmiş sınıqları, sol əlin arxa səthinin əzilmiş-soyulmuş yarası, hər iki diz oynağının və sağ baldırın on səthinin sıyırıqları, X9 alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın və üz sklet sümüklərinin, burun sümük və qığırdaqlarının, kəllə əsasının sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin və sol baldırın ön səthinin sıyırıqları, sağ dirsək oynağının əzilib-didilmiş yarası, sol said sümüklərinin yuxarı üçdə birinin qapalı, yerini dəyişməmiş sınıqları, X20 alın, sol qaş və çənəaltı nahiyənin əzilmiş-cırılmış yaraları, burun sümük və qığırdaqlarının sınığı, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin, qarının ön səthinin, sağ dirsək oynağının iç səthinin, sol diz oynağının ön səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin sıyırıqları, X10 gicgah-təpə nahiyəsinin əzilmişcırılmış yarası, sol gözətrafı yumşaq toxumalarının hematoması, sağ gicgah sümüyünün, kəllə əsasının sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilməsi, boyunun sağ yan səthinin, sağ əlin birinci barmağının əzilmiş yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının sıyırıqları, sağ baldır sümüklərinin qapalı yerini dəyişmiş sınıqları, X12 burun nahiyəsinin sıyırığı, burun sümük və qığırdaqlarının, hər iki əng və almacıq sümüklərinin yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilməsi, sağ çiyinüstü nahiyənin, sağ baldırın yuxarı üçdə birinin ön səthinin qançırları və sağ diz oynağının ön səthinin sıyırığı, X11 alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, üst dodağın əzilmiş yarası, sol almacıq və alt çənə nahiyyəsinin sıyırıqları, kəllə qapağı, kəllə əsası, alt çənə sümüklərinin sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin küt travması, döş qəfəsinin ön səthinin əzilmiş-cırılmış yarası, sağ tərəfdə 4-5-6-7-8-9-cu qabırğaların, sol tərəfdə 5-6-7-8-ci qabırğaların orta körpücük xəttdən yerini dəyişmiş sınıqları, iki tərəfli hemotoraks, sağ yuxarı ətrafın sınıqları və əzilmiş-didilmiş yaraları, hər iki diz oynağının ön səthinin sıyırıqları və X4 alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, kəllə qapağı, kəllə əsası, burun, hər iki almacıq və əng sümüklərinin yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin tuxumasının əzilib dağılması, sağ əlin ikinci barmağının dırnaq falanqasının əzilmiş yarası ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan 7 zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026cı il tarixli, *(*-*)-*/**** saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasını yüngülləşdirilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə hökmü ilə təqsirləndirilən şəxsə təyin olunmuş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, cinayətin xarakteri və ictimai təhlükəliliyinə, ən əsası isə cinayətin baş vermə şəraitinə görə ağır cəza hesab olunur. Cinayət işi materiallarından göründüyü kimi CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİH başçısının Muğanlı kənd İƏD üzrə nümayənədliyindən verilmiş # ######## 2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Muğanlı kəndində daimi qeydiyyatdadır və atası – hüquqi varis6, anası – Bağırova Nərgiz İsə qızı, arvadı – Bağırova Günay İlqar qızı, qızı – ##.##.2011-ci il təvəllüdlü X6, oğlu – ##.##.2014-cü il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışıb ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi avtomobildə olan şəxslərin ölümü ilə nəticələnsə də, lakin özü də, müdafiəçisi olduğu şəxs də çox yaxşı bilir ki, bu yol-nəqliyyat hadisəsi onun ehtiyyatsızlığı üzündən baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisələrinin nəticələri çox ağırdır, ağrılıdır, bərpa olunmazdır. O da müdafiəçi kimi bunu dərk edir, müdafiəçisi olduğu şəxs də bunu dərk edir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs X1 avtomobilini sürərək sərnişinləri Bakı şəhərinə aparmaq istəməmişdir. Buna səbəb kimi Təqsirləndirilən şəxs özü ağır tonajlı avtomobildə işlədiyi üçün həmin gün işdən gəldiyini və yorğun olması barədə əmisi oğlu, iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən şahid1 da bildirmişdir, lakin şahid1 israrla bunu tələb etdiyi üçün o, mərhum əmisi Arif Bağırova kömək məqsədi ilə avtomobili idarə etmişdir. Əgər belə demək mümkündürsə, o, Bakıya getməkdən yorğun olduğu üçün yayınmağa çalışmışdır. Lakin, X14 Bağırov israrlı xahişləri qarşısında davam gətirməyib, el dili elə deyilsə “üzü yumşaqlıq” edərək, könülsüz yorğun vəziyyətdə Bakı şəhərinə yola düşmüşdür. O hətta yorğun vəziyyətdə sərnişləri Bakı şəhərinə salamat gətirib çıxarmış, lakin bir neçə saat sonra, gecə vaxtı həmin sərnişlərlə geri qayıdarkən, artıq onun orqanizmi bu gərginliyə, yorğunluğa dözməmiş və ani olaraq onu sükan arxasında yuxu aparmış, nəticədə göstərilən yol-nəqliyyat hadisəsi baş vermişdir. O heç bir halda demək istəmir ki, hər hansı bir formada təqsir yorğun sürücünü yola çıxmağa təhrik edən sərnişlərdə olmuşdur. Bir daha təkrarlayır ki, bu hadisədə hüquqi baxımdan yeganə təqsirkar Təqsirləndirilən şəxsdur. Sadalayacağı məsuliyyəti yüngülləşdirən hallar baş vermiş ictimai təhlükəli nəticələrin ağırlığı qarşısında çox az və zəifdir, amma buna baxmayaraq təqsirləndirilən şəxsin iki azyaşlı uşağının olması, hətta övladlarından birinin ağır dərəcəli şəkərli diabet xəstəsi olması, günahını tam səmimi etiraf etməsi bu hadisəyə qədər yaşadığı yer üzrə həmişə müstəb xarakterizə olunması, ailəsinin yeganə qazanc gətirəni olması, hadisə ilə bağlı Bakı şəhərinə getmək istəməməsi və mərhum əmisi Arif Bağırov və onun oğlu şahid1 israrlı xahişləri ilə bağlı yorğun vəziyyətdə yola çıxması, insani baxımdan məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilərək ona təyin edilmiş cəzanı aşağı həddə təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını və CM-nin 59.1.12-ci maddəsinə əsasən zərəçəkmiş şəxslərin hüquqi varislərindən biri ilə barışmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır”. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdilər və Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasını yüngülləşdirilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin etdiyini, onun cəzasının yüngülləşdirilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsin cəzasının azaldılması xahiş edilir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallatında olan ifadələr, ekspert rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və məhkəmədə araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 263.3-cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 263.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varislərindən biri ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirilən hallar kifayət qədər nəzərə alınmışdır. Bununla yanaşı, işdə olan digər zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi mümkün olmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*- *)-*/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «26» fevral 2026-cı il tarixli, *(*-*)-*/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar