Azərbaycan Respublikası adından Hökm Gəncə şəhəri İş № 1(3-7)-118/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif və X3 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2, müdafiəçilər İskəndərov Fuad İnqlab oğlunun və müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (M.M.Məmmədzadə (sədrlik edən), hakimlər D.H.İmanov və İ.İ.İbişov) hökmü ilə ##.##.1997-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; ##.##.1992-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, ali təhsilli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ##.##.2021 ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ###### 2024 cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və “NG KAPİTAL LİZİNG” MMC-yə avtomobilə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. İŞİN HALLARI: İbtidai istintaqla orqanı tərəfindən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, ## ###### 2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, ## ###### 2024-cü il tarixdə saat 21:30 radələrində qardaşı təqsirləndirilən şəxs2 və tanışları şahid8 ilə birlikdə təqsirləndirilən şəxs2 idarə etdiyi "Volksvagen Passat" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi "KİA" markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığından qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun hərəkət etməsinin qarşısını almaqdan ötrü təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilini sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında onunla bir qrup halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə təqsirləndirilən şəxs2 avtomat silahdan bir dəfə havaya atəş açmış, o isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən"xxxx" MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 və şahid7 tərəfindən vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. təqsirləndirilən şəxs2 ##.##.2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ildə istintaqa məlum olmayan tarixdə mərhum dayısı oğlu X8 qanunsuz olaraq əldə etdiyi və həmin vaxtdan Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığında torpağa basdıraraq saxladığı 01 ədəd “AKS” markalı, ****** nömrəli atəş üçün yararlı yivli odlu avtomat silahı və döyüş sursatı hesab edilən 08 ədəd 5,45 mm kalibrli patronları istifadəsində olan “Volksvagen Passat” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında gizlədərək daşımış, ##.##.2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi avtomobillə qardaşı təqsirləndirilən şəxs1 və tanışları şahid8 ilə birlikdə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı 99-FU 355 dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığından qardaşı təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz məqsədinə çatmaq üçün Zərərçəkmiş şəxs hərəkət etməsinin qarşısını almaqdan ötrü idarə etdiyi avtomaşını sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında təqsirləndirilən şəxs1 ilə bir qrup halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə avtomat silahdan bir dəfə havaya atəş açmış, qardaşı təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən “xxxx”MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 və şahid7 tərəfindən vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətlərini bilavasitə öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişlər. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə saat 21:30 radələrində qardaşı təqsirləndirilən şəxs2 və tanışları şahid8 ilə birlikdə təqsirləndirilən şəxs2 idarə etdiyi “VOLKSVAGEN PASSAT” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən əvvəlcədən tanıdığı həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yarandığından sonuncunun hərəkət etməsinin qarşısını almaqdan ötrü təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilini sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında onunla bir qrup halında ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə təqsirləndirilən şəxs2 avtomat silahdan bir dəfə havaya atəş açmış, o isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurub silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etmişdir. təqsirləndirilən şəxs2 isə ## ###### 2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ildə istintaqa məlum olmayan tarixdə mərhum dayısı oğlu X8 qanunsuz olaraq əldə etdiyi və həmin vaxtdan Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığında torpağa basdıraraq saxladığı 01 ədəd “AKS” markalı, ****** nömrəli atəş üçün yararlı yivli odlu avtomat silahı və döyüş sursatı hesab edilən 08 (səkkiz) ədəd 5,45 mm kalibrli patronları istifadəsində olan “VOLKSVAGEN PASSAT” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında gizlədərək daşımış, ## ###### 2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi avtomobillə qardaşı təqsirləndirilən şəxs1 və tanışları şahid8 ilə birlikdə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait yarandığından Zərərçəkmiş şəxs hərəkət etməsinin qarşısını almaqdan ötrü idarə etdiyi avtomaşını sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında təqsirləndirilən şəxs1 ilə bir qrup halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə avtomat silahdan bir dəfə havaya atəş açmış, qardaşı təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən “xxxx” MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 ilə şahid7 tərəfindən vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs2 qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi Fuad İskəndərov apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsini, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin isə həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Müdafiəçi Fuad İskəndərov eyni zamanda apellyasiya şikayəti verərək təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş etmişdir. Eyni zamanda hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 29, 120.2.1-ci maddəsi ilə təqsirli bilinməklə barələrində daha ağır cəzalar təyin edilməsini xahiş etmişdir. Bundan əlavə, hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək təqsirləndirilən şəxs2 CM-in 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 isə CM-in 221.3-cü maddəsi ilə məhkum olumasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxs2 CM-in 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Qoşqar oğlu isə CM-n 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib onlara həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməklə yeni ittiham hökmü ittiham hökmü çıxarılması xahiş edilmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, məhkəmə hökmündə ümumiyyətlə hadisənin baş vermə səbəbi, törədilmə üsulu, motivi və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallarla bağlı düzgün təhlillər aparılmamış, işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında məlum hadisədən əvvəl münaqişələr yaşanmaqla, tərəflər qarşılıqlı ədavət və düşmənçilik münasibətində olmuşlar, məhz şəxsi qərəzli münasibətlər zəminində təqsirləndirilən şəxslərin zərərçəkmişi qisas almaq niyyəti ilə qəsdən öldürmək niyyəti qabaqcadan formalaşmış, bu məqsədlə təqsirləndirlən şəxs əvvəlcədən odlu silah və döyüş sursatını idarə etdiyi avtomaşında gizlədərək daşımış, ##.##.2024-cü il tarixdə zərərçəkmişlə yenidən qarşılaşdıqdan sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığından təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında öz məqsədinə çatmaq üçün təqsirləndirilən şəxs2 avtomat silahdan bir neçə dəfə zərərçəkmiş şəxsə istiqamətdə məqsədyönlü şəkildə atəş açmaqla, qardaşı təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə zərərçəkmişin idarə etdiyi avtomobilə zərbələr endirib, yəni zərərçəkmiş şəxsin özünü müdafiə etmə imkanını məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etmiş, nəticədə zərərçəkmiş şəxs odlu silah-güllə yaraları xəsarətləri almış, bundan sonra zərərçəkmiş hadisə yerindən qaçdıqdan sonra onu təqib etməyi davam etməklə, zərərçəkmişin marketdə gizlənməsi, fəal müqavimət göstərməsi və digər şəxslər tərəfindən xəstəxanaya çatdırılması nəticəsində həyatı xilas edildiyindən təqsirləndirlən şəxslər öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmişlər. Qeyd olunan hallar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, hadisənin baş verməsini özündə əks etdirən videogörüntü, ekspertiza rəyləri və digər iş materilları ilə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan hadisənin baş verməsini özündə əks etdirən videogörüntünün 20-ci saniyəsindən etibarən dəqiqliklə müşahidə etdikdə görünür ki, təqsirləndirilən şəxs2 ardınca isə qardaşı Bahəddin zərəçəkmişin istifadəsində olan avtomaşına qabaq hissəsindən yaxınlaşırlar, əlində məlum “AKS” markalı avtomat olan Babək maşının alın şüşəsinə istiqamətində həmin silahdan bir dəfə atəş açır və ardınca avtomobilin sol hissəsinə doğru hərkət edir, onun ardınca gələn Bahəddinin əlində isə dəmir parçasına oxşar əşyanın olması görsənir, bunun ardınca Babək əlində olan silahla sürücünün əyləşdiyi avtomobilin sükan arxasına atəş açır, həmin anda Bahəddin isə əlində olan həmin dəmir parçası ilə avtomobilin ön alın şüşəsinə ardıcıl iki zərbə endirir, zərərçəkmiş avtomaşına qabağa doğru hərəkət etdirərkən Babək yenidən silahla avtomaşının sürücünün əyləşdiyi istiqamətə doğru yenidən atəş açır, Bahəddin isə həmin anda əlində olan dəmir parçası ilə hərəkətdə olan maşının qabaq hissəsinə zərbə endirir. Bundan sonra, avtomaşın hərəkət edib maneə səbəbindən dayandıqdan sonra həmin avtomobilin arxa hissəsində hərəkətlilik müşahidə edilsə də, dəqiqliklə nə hərəkətlər edilməsi, yəni hər iki təqsiləndirlən şəxslərin qarşılıqlı bir-birini itələməsi və ya dartınmaları görsənmir. Sonradan zərərçəkmişin əyləşdiyi maşına təqsiləndirilən şəxslərdən biri yaxınlaşan zaman digər şəxsin silahdan bir neçə dəfə atəş açması müşahidə edilir. Marketdə baş vermiş hadisə görüntüləri ilə isə müəyyən edilir ki, Bahəddin əlində məlum avtomatla marketə daxil olur və əlində olan silah atəş üçün hazır vəziyyətə gətirilmiş və hədəfə tuşlanmış haldadır, Babəkin əlində isə bıçaq vardır. Zərəçəkmiş gizləndiyi sanuzel otağına daxil olmaq istəyən Babək zərəçəkmişin təpik atmaqla müqavimət göstərib qapını bağladığından sonuncu içəri daxil ola bilmir və bundan sonra hər iki təqsirləndirlən şəxs hadisə yerini tərk edir. ( İ cild 22) Lakin, məhkəmə tərəfindən iş materillarında olan ##.##.2024-cü il tarixdə Şəmkir RPŞ in müstəntiqi Toğrul Rəhimli tərəfindən tərtib edilmiş “ diskə baxış keçirilməsi haqqında” protokola istinad etmişdir.( İ cild 80-82) Həmin protokolda “...təqsirləndirilən şəxs2 avtomobilin arxasına doğru itələyərək silahı onun əlindən almağa çalışmış, təqsirləndirilən şəxs2 isə silahı verməyərək yenidən havaya atəş açmış, təqsirləndirilən şəxs1 avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs xəsarət alıbalmadığını yoxlamış, daha sonra yolda dayanmış Babəkə tərəf gedərək silahı onun əlindən almış” qeyd edilmişdir. Lakin, təqsirləndirilən şəxs1 istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi şübhəli şəxs qismində ##.##.2024-cü il tarixli, eyni ilə həm də təqsiləndirlən şəxs qismində və barəsində həbs qətimkan tədbiri seçilərkən ##.##.2024-cü il tarixdə məhkəmədə verdiyi ifadəsində zərərçəkmişi qorxutmaq məqsədi ilə o, avtomatla avtomaşına atış açdığını, silahın qundağı ilə maşına zərbələr yetirməsini, Babəkin hadisəyə hər hansı aidiyyəti olmadığını bildirmişdir. ( İ cild 47-49, 164-167, 182-185) Göründüyü kimi, Şəmkir RPŞ-in istintaq olunan cinayət işi üzrə müstəntiq tərəfindən təqsirləndirlən şəxslər və ya şahidlərlə hər hansı dəqiqləşdirmə aparmadan,işin faktiki hallarına əsaslanmadan, protokolda video görüntüdəki real təsvirə uyğun gəlməyən ifadələrə yol vermişdir. Məhkəmə özü də həmin protokolun qabaqcadan sübut əhəmiyyətinə malik olmadığını nəzərə almamaqla, gəldiyi nəticəni əsaslandırmaq üçün həmin protokolda qeyd edilənlərə əsaslanmış, videogörüntülərdə əks olunmuş halları dəqiqliklə təhlil etməmişdir. Həmçinin, təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdə şübhəli və ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verməkdən imtina etmişdir ( İ cild 242-244, 264-265) Yalnız İstintaqın sonrakı mərhələsində hər iki təqsirləndirlən şəxs ##.##.2024-cü il tarixdə məhkəmənin də istinad etdiyi hadisənin baş vermə mexanizmi ilə bağlı ifadə vermişlər. (IV cild 168-174 178-183). Həmin ifadələrdə ki, təqsirləndirilən şəxslərin göstərdiyi xüsusatlar ##.##.2024-cü il tarixdə Şəmkir RPŞ-in müstəntiqi Toğrul Rəhimli tərəfindən tərtib edilmiş “ diskə baxış keçirilməsi haqqında” protokolda əks olunmuş hadisənin baş vermə mexanizmi ilə eynilik təşkil edir. Bundan başqa, təqsirləndirlən şəxslər məhkəmə istintaqı zamanı verdikləri ifadələri də videogörüntü ilə uzlaşmır və ağlabatan hesab edilə bilməz. Hadisənin baş verməsini özündə əks etdirən videogörüntüdən görünür ki, təqsirləndirilən şəxs2 ardınca isə qardaşı Bahəddin zərəçəkmişin istifadəsində olan avtomaşına qabaq hissəsindən yaxınlaşdıqda, Babək maşının alın şüşəsinin yuxarı hissəsi istiqamətində həmin silahdan bir dəfə atəş açır və hər ikisi ardınca avtomobilin sol hissəsinə doğru hərəkət edir, ardınca Babək əlində olan silahla avtomobilin sol yanından sürücünün əyləşdiyi sükan arxasına atəş açır, həmin anda avtomobilin sol yanında olan Bahəddin isə əlində olan dəmir parçası ilə avtomobilin ön alın şüşəsinə sürücü istiqamətdə ardıcıl iki zərbə endirir, zərərçəkmiş avtomaşına qabağa doğru hərəkət etdirərkən Babək silahla avtomaşının sürücü olan sükanına doğru yenidən atəş açır, eyni anda Bahəddin isə əlində olan dəmir parçası ilə hərəkətdə olan maşının qabaq hissəsinə zərbə endirir. Bundan sonra avtomaşın hərəkət edib maneə səbəbindən dayandıqdan sonra həmin avtomobilin arxa hissəsində hərəkətlilik müşahidə edilsə də, dəqiqliklə nə hərəkətlər edilməsi, yəni hər iki təqsiləndirilən şəxslərin qarşılıqlı bir-birini itələməsi və ya dartınmaları görsənmir. Sonradan zərərçəkmişin əyləşdiyi maşına təqsiləndirilən şəxslərdən biri yaxınlaşan zaman digər şəxsin silahdan bir neçə dəfə atəş açması müşahidə edilir. Göründüyü kimi, təqsirləndirilən şəxs1 qardaşının avtomaşından düşərkən silahı götürməsini görmüş və avtomaşına yaxınlaşıb ilk atəş anına kimi qardaşının əlində odlu silah olması ona aşkar məlum olmuşdur. Şahid şahid8 də ilkin olaraq avtomaşından Bahəddinin düşməsini, ardınca Babək də oturduğu oturacağın yanından avtomat silahı götürüb avtomobildən düşməsini göstərmişdir. Həmçinin, ilk atəşdən sonra Babək avtomobilin zərərçəkmişin əyləşdiyi hissəyə keçərkən Bahəddin də onun ardınca həmin yerə yaxınlaşmış, bundan sonra Babək məqsədyönlü şəkildə atəş açarkən, məhz Bahəddin avtomobilin ön alın şüşəsinə əlindəki alətlə zərbələr endirmiş, zərərçəkmiş həyatını xilas etmək üçün avtomaşını irəli sürərkən hər iki təqsirləndirlən şəxs fəal hərəkətlərini davam etdirmiş, Babək odlu silahdan atəş açmış, Bahəddin isə əlində olan dəmir parçası ilə avtomobilə zərbə endirmişdir. Bu da özlüyündə təqsirləndirlən şəxslərin ifadələrində göstərdikləri xüsusatların ağlabatan olmadığına dəlalət etməklə yanaşı, hadisə zamanı təqsirləndirilən şəxs1 hadisənin gedişində zərərçəkmişin müqavimətini məhdudlaşdırması,zərərçəkmişin həyatdan məhrum edilməsinə bilavasitə kömək etməsini, bunu dərk edib arzu etməsini birbaşa göstərmiş olur. Məhkəmə videogörüntüyə və təqsirləndirlən şəxslərin ifadəsinə istinad etməklə belə qənaətə gəlmişdir ki, Bahəddin qardaşının avtomatdan atəş açdığını görüb sonuncunun üstünə cumaraq dartışıb avtomatı onun əlindən almağa çalışmış, ardınca isə təqsirləndirilən şəxs1 zərərçəkənin idarə etdiyi avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açaraq sonuncunun xəsarət alıb-almadığını yoxlamış, daha sonra isə yenidən qardaşının yanına qayıdaraq sonuncu ilə bir daha mübahisə edib avtomatı onun əlində almış, qardaşı ilə mübahisə edən zaman avtomatdan havaya bir dəfə atəş açılmışdır. Lakin, qeyd olunan hal yalnız təqsirləndirilən şəxslərin ifadələrinə əsaslanmışdır. Videogörüntüyə əsasən avtomaşın hərəkət edib maneə səbəbindən dayandıqdan sonra zərərçəkmişin əyləşdiyi maşına təqsiləndirilən şəxslərdən biri yaxınlaşan zaman digər şəxsin silahdan bir neçə dəfə atəş açması müşahidə edilir. Təqsirləndirilən şəxslər isə ifadələrində göstərmişlər ki, Bahəddin Babəkdən silahı almağa çalışarkən silahdan atəş açılmışdır. Ona görə də təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi həmin xüsusat da videogörüntü ilə bir başa təkzib edildiyindən ağlabatan hesab edilə bilməz. Məhkəmə özü də təqsirləndirilən şəxs2 zərəçəkmişi öldürmək niyyəti olmaması ilə bağlı göstərdiyi xüsusatları özünümüdafiə xarakterli olması qənaətinə düzgün gəlsə də digər tərəfdən isə təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 münasibətdə verdiyi ifadəsinə və təqsirləndirilən şəxs1 verdiyi ifadəsinə əsaslanmaqla hadisənin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, təqsirləndirlən şəxslərin ifadələrinin ziddiyyətli olması, işin faktiki hallarına uygun olmamasını nəzərə almamışdır. Eyni zamanda məhkəmənin təqsirləndirilən şəxs1 zərəçəkəni öldürməyə bir neçə dəfə sərbəst imkanı olduğu halda bunu etməyərək, əvəzində əlində odlu silahla atəş açan qardaşı təqsirləndirilən şəxs2 aktiv müqavimət göstərərək onun əlindən avtomatı almağa nail olması ilə bağlı gəldiyi qənaət də yanlışdır. Belə ki, videogörüntüdə Bahəddinin Babəkin əlindən silahı alması real olaraq müşahidə edilmir və təqsirləndirilən şəxs ifadəsində silahı aldıqdan sonra avtomaşına qoymasını bildirmişdir. Marketdə qeydə alınmış görüntüdə isə Bahəddinin əlində olan silahın atəşə hazır və tuşlanmış vəziyyətdə olması müşahidə edilir. Məhkəmə istintaqı zamanı da Bahəddinin zərəçəkəni öldürməyə bir neçə dəfə sərbəst imkanı olması halı müəyyən edilməmişdir. Halbuki, videogörüntü əsasında avtomaşına yaxınlaşarkən, silahdan ilk və sonradan zərəçəkmişə məqsədyönlü atəşlər açılarkən Bahəddinin hadisənin qarşısını almaq üçün silahı qardaşından almaq üçün cəhd etməsi, hər hansı digər hərəkətlərə yol verməsi müəyyən edilmir, əksinə həmin vaxt Bahəddin sürücünün əyləşdiyi hissəyə alın şüşəsinə doğru zərbələr endirməklə, zərərçəkmişin avtomobili idarə edib uzaqlaşmaq və müqavimət göstərmək üçün digər hərəkətlərə etməsini aktiv sürətə məhdulaşdırmışdır. İşin faktiki və mübahisələndirilməyən hallarından göründüyü kimi, hadisədən əvvəl özlərinin və qohumluq münasibətində olduğu şəxslərə qarşı cinayət hadisələrinin törədilməsi ilə bağlı tərəflər arasında münaqişə yaşanmış, qarşılıqlı ədavət və düşmənçilik münasibətində olmuşlar, məhz qərəzli şəxsi münasibətlər zəmində qisas almaq məqsədi ilə məlum hadisə baş vermişdir. Göründüyü kimi, tərəflərin hadisədən əvvəlki münasibətləri, hadisənin odlu silahla törədilməsi, təqsirləndirilən şəxsin silahdan bir neçə dəfə ardıcıl olaraq atəş açması, zərəçəkmişin atəşlər nəticəsində xəsarət alması, digər təqsirləndirilən şəxsin zərərçəkmişin müqavimətini məhdudlaşdırmaq üçün fəal hərəkətə yol verilməklə, zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etməsi, zərəçəkmişə məlum xəsarətlər yetirdikdən sonra da hər iki təqsirləndirlən şəxsin zərəkəmiş şəxsi təqib etməklə, fəal hərəkətlərə yol verilməsi, zərərçəkmişin həyatının xilas edilməsində maraqlı olmaları, hadisə yerini tərk etmələri, zərrərçəkmiş şəxsin digər şəxslər tərəfindən tibb müəssisəsinə çatdırılması kimi əhəmiyyət kəsb edən amillər məhz təqsirkar şəxslərin əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürməyə cəhd etmə tərkib əlamətlərinin olmasını özündə ehtiva edir. Sadalanan hallarından göründüyü kimi, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş, cinayətinin motivi təqsirləndirilən şəxsin şəxsi qərəzli münasibətlər zəmnində qəsdən öldürmək niyyəti olmuş, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etmişlər. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə hökm qəbul edərkən təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ona qarşı cinayət əməllərini törədərkən əlbir olmadığı qənaətinə gəlsə də, iş materiallarındakı videogörüntülərdən, ifadələrdən aşkar görünür ki, Babək və Bahəddin qardaşları ona qarşı qeyd edilən cinayət əməllərini qabaqcadan əlbir olaraq birgə törətmişlər. Əgər təqsirləndirilən şəxs1 onu öldürmək nivyəti olmasaydı və qardaşı Babək Bayramlə ilə qabaqcadan əlbirliyi olmasaydı, təqsirləndirilən şəxs1 qardaşının istər əyləşdiyi avtomobilə ilk dəfə yaxınlaşıb atəş açdığı an, istərsə də, sonrakı atəşləri açdığı zaman qardaşı təqsirləndirilən şəxs2 əlindən avtomatı almış olardı. Eləcə də, əgər təqsirləndirilən şəxs1 onu öldürmək niyyəti olmasaydı və qardaşı təqsirləndirilən şəxs2 ilə əlbirliyi olmasaydı, qardaşı təqsirləndirilən şəxs2 tərəfindən əyləşdiyi avtomobildə sükan hissəsinə avtomatla çoxsaylı güllə atəşləri edilərkən təqsirləndirilən şəxs1 əlindəki dəmir dəyənəklə avtomobilimin alın şüşəsinə və damına çoxsaylı zərbələr endirmək, şüşəni qırıb onun əllərinə keçməyini asanlaşdırmaq əvəzinə, qardaşı təqsirləndirilən şəxs2 avtomatla ona atəş açmağına mane olmuş olardı. Ümumən, Babək və təqsirləndirilən şəxs1 qardaşlarının bildirdikləri ifadələr özünümüdafiə xarakterlidir və nəzərə alsaq ki, təqsirləndirilən şəxslər qardaşdırlar, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 məsuliyyətdən kənar qalmaq üçün qabaqcadan razılaşdırılmış və planlaşdırılmış özünümüdafiə xarakterli ifadələr vermişlər. Videogörüntülərdən də göründüyü kimi, ##.##.2024-cü il tarixdə hadisə vaxtı təqsirləndirilən şəxs2 tərəfindən avtomatdan 3 dəfə, hər dəfəsində çoxsaylı güllə atəşləri atılmışdır. təqsirləndirilən şəxs1 qardaşı təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə avtomatın olduğundan xəbərsiz olduğunu, qardaşı təqsirləndirilən şəxs2 əlindən avtomatı aldığını bildirsə də, bunlar işin faktiki hallarına uyğun deyil. Faktiki olaraq, hər iki qardaş ona yaxınlaşarkən əllərində avtomat, bıçaq və dəmir dəyənək olmuşdur. Bu hal özlüyündə həmin qardaşların ona qarşı cinayət törətmələrinə öncədən hazırlaşdıqlarının və silahlandıqlarının əyani göstəriciləridir. Bundan başqa, Babək və Bahəddin qardaşları onu öldürmək məqsədlərinin olmadıqlarını, guya məni qorxutmaq üçün Babəkin silahdan atəşlər açdığını bildirsələr də, hadisələrin nəticəsindən bəllidir ki, açılmış atəşlər nəticəsində Zərərçəkmiş şəxs müxtəlif ağır bədən xəsarətləri almışdır. təqsirləndirilən şəxs2 ilk dəfə avtomatdan havaya atəş açarkən təqsirləndirilən şəxs1 qardaşının yanında olmuş və o, təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı atəş açılmağına heç bir maneə yaratmamış, əksinə əlindəki dəmir predmetlə avtomobilinə zərbələr endirmişdir. Bu isə, özlüyündə təqsirləndirilən şəxs1 özünümüdafiə xarakterli ifadələr verməyinin əyani göstəricisidir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qardaşlarının onu öldürmək barədə niyyətlərinin olmadıqlarını, əlbir hərəkət etmədiklərini bildirsələr də, iş materiallarında olan videogörüntülərdən aşkar görünür ki, hər iki qardaş eyni vaxtda ona qarşı öldürməyə yönəlik cinayət əməllərini törətmişlər. Həmçinin qeyd etmək lazımdır ki, həmin vaxt qardaşların cinayət əməllərindən yayınmaq üçün qaçaraq "Al" marketə daxil olduqdan sonra, məhz ilk öncə təqsirləndirilən şəxs1 əlində avtomatla onu təqib edərək həmin marketə daxil olmuş, əlindəki avtomatı arxadan mənə tuşlamış və bundan sonra təqsirləndirilən şəxs2 əlində bıçaqla onun marketin hansı hissəsində olduğunu dəqiqləşdirmək üçün sanitar qovşağadək arxasıyca gəlmişdir. O, sanitar qovşaqda gizləndiyi vaxt qapını arxadan bərk tutaraq bağladığına görə, təqsirləndirilən şəxs2 cinayəti başa çatdıra bilməmiş və qardaşı Bahəddinin yanına qayıdaraq həmin marketi pirgə tərk etmişlər. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qardaşları guya özlərinin Zərərçəkmiş şəxs öldürmək üçün kifayət qədər imkanlarının olduğunu, lakin Zərərçəkmiş şəxs öldürmək niyyətlərinin olmadığına görə, bunu etmədiklərini bildirsələr də, faktiki olaraq, hər iki qardaşın mənə qarşı qeyd edilən cinayətləri törətməkdə məqsədləri onu qəsdən öldürmək olmuşdur. Sadəcə qardaşlar arzuladıqları cinayəti iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişlər Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hadisə baş verdiyi gün qardaşı ilə birgə ona yaxınlaşarkən guya onun istifadəsində olan avtomobili onun üzərinə sürdüyünə görə, avtomobilin alın şüşəsinə və damına çoxsaylı zərbələr endirdiyini bildirsə də, iş materiallarında olan videogörüntüdən aşkar görünür ki, təqsirləndirilən şəxs2 tərəfindən avtomobilinin sükan hissəsinə ona doğru avtomatla atəş açılarkən, həmin vaxt təqsirləndirilən şəxs1 avtomobilinin ön hissəsində deyil, yan tərəfində dayanmış və təqsirləndirilən şəxs1 tətəfindən avtomobilinin alın şüşəsinə və damına çoxsaylı zərbələr endirilərkən o Babəkin açdığı atəşlərdən, güllələrdən yayınmaq üçün istifadəmdə olan avtomobilini bir metr irəli doğru hərəkət etdirmişdir. Yəni, təqsirləndirilən şəxs1 avtomobilini onun üzərinə doğru hərəkət etdirməyinə görə, avtomobilinin alın şüşəsinə və damına çoxsaylı zərbələr yetirməyi barədə mövqeyi videogörüntü ilə təkzib edilir, həqiqətə uyğun deyildir. Həmçinin təqsirləndirilən şəxs1 həmin vaxt avtomobilin ön nahiyyəsində deyil, yan nahiyyəsində olmuşdur. Buna görə də, avtomobilini onun üzərinə sürməyi barədə mövqeyi yalandır Bundan başqa, Bahəddin və təqsirləndirilən şəxs2 qardaşları marketi tərk edərkən guya Zabilə tibbi xidmət göstərilməyi üçün "Xəyal" adlı işçiyə X2a zəng vurmaları barədə xahiş etdiklərini bildirsələr də, iş materiallarında şahid şahid5 ifadəsindən aşkar görünür ki, Zabil özü ona polisə və X2 Xidmətinə zəng etməyi barədə xahiş etmişdir. Ümumən iş üzrə təqsirləndirilən Bahəddin və təqsirləndirilən şəxs2 qardaşları öz mövqelərini sübuta yetirəcək hər hansı bir dəlil təqdim edə bilməmişlər və formal mülahizələrlə özlərinə bəraət qazandırmağa çalışmışlar Bundan başqa, (səh.108-113) iş materiallarında olan şahid2 ifadəsindən aşkar şəkildə görünür ki, o, övladları Babək və təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs və onun qardaşları aralarında ailə və şəxsi münasibətlər zəminində ədavətlərinin olduğunu təsdiq etmiş və ## ###### 2024-cü il tarixdə saat 24 radələrində xaftirlamadığı qohumunun ona zəng edərək oğlanları Bahəddin və Babəkin avtomat silahla Zabili vuraraq xəsarət yetirdiyini söyləmişdir. O, dərhal Babəkə zəng etmişdir. Lakin Babəkin telefonu sönülü olduğundan cavab verməmişdir. Belə olan halda o, Bahəddinə zəng edib sonuncudan nə üçün bu əməli törətdiklərini soruşmuşdur. Bahəddin Zabil və qardaşı Bəylərin onun döymələrinin qisasını almaq üçün Zabili vurduqlarını bildirmişdir. O, telefonda Babək və Bahəddinə əsəbiləşərək dərhal polisə gedib təslim olmalarını söyləmişdir. Bahəddin də onunla razılaşaraq polisə gedib təslim olacaqlarını demişdir. O,## ###### 2024-cü il tarixdə bilet alaraq Şəmkir rayonu, Şiştəpə kəndinə gəlmişdir almaq üçün Zabili vurduqlarını demişdir. Göründüyü kimi, iş üzrə təqsirləndirilən şəxslər Babək və təqsirləndirilən şəxs1 atası şahid2 da, oğlu təqsirləndirilən şəxs1 telefonda onun döymələrinin qisasını almaq üçün ##.##.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı planlı şəkildə cinayət törətdiklərini tam şəkildə etiraf etmişdir. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin atası şahid1 ifadəsindən görünür ki, təqsirləndirilən şəxs2 onun övladları ilə ədavət və düşmənçiliyi vardır. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən Bahəddin və təqsirləndirilən şəxs2 qardaşlarının, şahid8 ifadələrinə istinad etsə də, nəzərə almaq lazımdır ki, Bahəddin və təqsirləndirilən şəxs2 qardaşdırlar, şahid8 isə, hadisə törədilən zaman bir sıra faktların canlı şahidi olsa da, dostluq münasibətlərində olduğundan hadisələrin bir hissəsini təhrif edərək Bahəddin və təqsirləndirilən şəxs2 qardaşlarının xeyrinə ifadə verən şəxsdir. Həmin ifadələr isə, digər sübutlarla təsdiq edilmir. Videogörüntülərdən aydın göründüyü kimi, hər iki qardaş ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməllərini törətməyə hazır vəziyyətdə, avtomat, bıçaq, dəyənək və dəmir predmetlə silahlanmış şəkildə gəlmişlər, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməllərini törədərkən əvvəldən sonadək birgə hərəkət etmişlər və qardaşlardan hər birinin əməli onların ümumi niyyətlərini başa çatdırmağa yönəlmişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı törətdikləri cinayəti başa çatdıra bilməməklərinə səbəb, təqsirləndirilən şəxslərin iradəsindən asılı olmayan, daha dəqiq desək, Zərərçəkmiş şəxs birinci dəfə, Şiştəpə kəndinin mərkəzində yerləşən şahid3 qızına məxsus ərzaq məhsulları mağazasının qarşısında hər iki qardaş tərəfindən zərərçəkmiş şəxsin həyatdan məhrum edilməyinə yönəlik hücum zamanı təqsirləndirilən şəxs2 əlindəki avtomatdan zərərçəkmiş şəxsə doğru çoxsaylı atəşlər açarkən zərərçəkmiş şəxsin avtomobilini bir metr irəli doğru hərəkət etdirməyi, ikinci dəfə isə, yaralı vəziyyətdə olan zərərçəkmiş şəxsin "Al" marketdəki sanitar qovşağa daxil olaraq, qapını arxadan bərk saxlayıb qardaşların ora daxil olmalarına və onu öldürmələrinə imkan verməməyi, şərait yaratmamağı olmuşdur. Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs2 barəsində verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı sübutların tədqiqi nəticəsində əldə olunan nəticələrə düzgün cinayət-hüquqi qiymət verməmiş, bu səhvlər də nəticə etibarilə əsassız və ədalətsiz məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs2 qarşı CM-nin 29,120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın mahiyyəti ondan ibarətdir ki, o şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-gülə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən “xxxx” MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 ilə şahid7 tərəfindən vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs2 qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, ümumi təhlükəli üsula qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Həmin epizod üzrə təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdi ki, əvvəlcə Zabilin idarə etdiyi avtomobilin arxa aynasından ardınca da ön oturacaqdan Zabilin ayağı istiqamətində atəş açmışdır. Bunu görən qardaşı Bahəddin silahı əlindən alaraq ona “nə edirsən?” demişdir. O isə Zabili sadəcə qorxutduğunu demişdir. Bahəddinlə mübahisə edəndə Zabil qaçaraq oradan uzaqlaşmışdır. O da Zabilin arxası ilə qaçmışdır. Bahəddin onun arxasınca qaçaraq səhv hərəkət etməməyini, yeni evləndiyini demişdir. Zabil qaçıb mağazaya daxil olmuşdur. O, Zabildən sonra mağazaya daxil olduqda sanitar qovşağın qapısının bağlı olduğunu görmüş və qapını açmışdır. Vüsalə, Xəyal və Zabilin orada gizlənmişlər. Qapını açdıqdan sonra Vüsalə, ardınca isə Xəyal içəridən çıxmışlar. Həmin vaxt onun əlində bıçaq olmuş və Zabilin qanaxması olduğunu görmüşdür. Bundan sonra o, sadəcə Zabilin ünvanına nalayiq ifadələr işlədib oradan çıxmışdır. Mağazadan çıxarkən Xəyala təcili tibbi-yardım çağırmasını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs2 bunu arzu etmiş olsaydı zərərçəkmişi asanlıqla öldürə bilərdi. Lakin təqsirləndirilən şəxsin heç bir maneə olmadığı halda yaralı olan və qarşısında olan zərərçəkmişə üzərinə atəş açmaması, sonra mağazanın içərisində onu bıçaqla öldürməyə cəhd etməməsi, onun zərərçəkmişi öldürmək niyyətində olmamasından, sadəcə sonuncunu aciz vəziyyətə düşürməklə özünü “təsdiq” etməyə cəhd etməsindən xəbər verir. Eyni zamanda müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxs2 əməlində CM-nin 221.3-cü maddəsinin də tərkibi yoxdur. Belə ki, təqsirləndirilən şəxs2 törətmiş olduğu əmələ tam obyektiv hüquqi qiymət vermək üçün hadisənin əsl səbəbləri dərindən araşdırılmalı, onun həmin vaxt emosional və psixoloji durumuna da nəzər yetirilməlidir. Belə ki, işin hallarından da görünür ki, təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxsin aralarında mübahisələr olmuşdur. Baş vermiş qeyd olunan hadisənin iştirakçıları olan təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmini, onların hadisədən əvvəlki, hadisə zamanı və hadisədən sonrakı davranışlarını müəyyən edib qiymətləndirməklə, belə qənaətə gəlmək olar ki, təqsirləndirilən şəxsin xuliqanlıq etmək niyyəti olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hadisə baş verən zaman təqsirləndirilən şəxs kənar şəxslərə qarşı hər hansı hörmətsizlik göstərməmişdir. təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkət yalnız zərərçəkənə qarşı yönəlmiş əməl hesab edilməlidir. Xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan da, hazırkı iş üzrə təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, onun hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkənə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. İttihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcələsinin 221.3-cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən halar isə ittihamda əks etdirilməmişdir və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm haları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi halarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə və onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşmışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik, özünü cəmiyyətin fövqündə görmək xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Elə işə bu mövqedən yanaşaraq hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təzahür edən əməl mövcud olmamışdır. Eyni zamanda məhkəmə sözügedən cinayət hadisəsi baş verən ana qədər olan dövr ərzindəki tərəflər arasındakı münasibətlərə hüquqi qiymət verməmiş, cinayətin baş vermə motivi araşdırılmamışdı. Təqsirləndirilən şəxsə xuliqanlıq niyəti ilə ittiham verilməməsi də ona dəlalət edir ki, mübahisə, tərəflər arasında şəxsi münasibətlər zəmnində yaranmış münasibət gərginliyi və bunun nəticəsində baş vermiş cinayət hadisəsidi və belə olan halda təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs1 tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdi ki, Babək avtomobildən düşüb havaya atəş açdıqdan sonra o, qardaşının əlində avtomat olduğunu görmüşdür. Həmin vaxtadək avtomobildə silah olmasını bilməmişdir. O, dərhal arxa oturacaqda olan təkər açarını götürüb avtomobildən düşmüş və Babəkə mane olmaq istəmişdir. Zabil idarə etdiyi avtomobili onun üzərinə sürmək istəmiş, o isə sonuncunun avtomobili ilə qarşıdakı yük avtomobilinin arasında sıxılıb qalmamaq üçün əlindəki alətlə Zabilin avtomobilini vurmuşdur. Bu kamera görüntülərindən də görünmüşdür. Zabil avtomobili dayandırmış və o, bu dəfə Zabilin avtomobilinin damına həmin alətlə vurmuşdur. O, yenidən atəş səsi eşitdikdə Babəki itələyib Zabilin vəziyyətini öyrənmək üçün sonuncunun avtomobilinin qapısını açmışdır. Daha sonra isə silahı Babəkin əlindən almışdır. Eyni zamanda təqsirləndirilən şəxs1 dedikləri məhkəmə istintaqında tədqiq edilmiş video çəkilişdə də öz əksini tapmışdı. Xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai-təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan hazırkı iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, onun hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə hadisəni dayandırmaq, özünü müdafıə etməkdə olan davranış kimi kimi təzahür etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri: Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununda yer almış dəlilləri müdafiə etdi, bu məzmunda çıxış edərək protestin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə isə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə isə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Cinayət işində olan sübutlar: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər- sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağın nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib-keçən odlu silah-güllə yaraları patronu güllə ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, “AKS” markalı avtomat silahdan açılmış atəşlər nəticəsində törənmişdir, törənmə müddətləri ## ###### 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin ##.##.2024 cü il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında təqsirləndirilən şəxs2 anlaqlı vəziyyətdə olmuşdur. təqsirləndirilən şəxs2 hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda təqsirləndirilən şəxs2 xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. təqsirləndirilən şəxs2 aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən təqsirləndirilən şəxs2 əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisələri ola bilər. təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). O, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevroloji Dispanserinin ##.##.2024 cü il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında təqsirləndirilən şəxs1 anlaqlı vəziyyətdə olmuşdur. təqsirləndirilən şəxs1 hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda təqsirləndirilən şəxs1 xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. təqsirləndirilən şəxs1 aşağıdakı fərdi-psixoloji xüsusiyyətlə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən təqsirləndirilən şəxs1 əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisələri ola bilər. təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin ##.##.2024-cü il tarixli, 130/2024 MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi O(İ) /hospital arayışının surətinə əsasən/. təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi A(II) /axtarış vərəqəsinin surətinə əsasən/. təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qrup göstəricisi A(II) /şəxsiyyət vəsiqəsinin surətinə əsasən/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka, uzunqol köynək, uzunqol jaket, şalvar, qolsuz gödəkçə və bir cüt idman ayaqqabısı, hadisə yerində üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə və bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək, uzunqol jaket və şalvar, hadisə yerində üç ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni 0 (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və şahid8 qanlarının olması inkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin ##.##.2024-cü il tarixli, 92 MTKŞ/**** nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yaxalığında iki ədəd, gödəkçənin sağ qolunun ön səthində iki ədəd; köynəyin sol qolunun arxa səthində iki ədəd; maykanın ön səthinin sol nahiyəsində iki ədəd və maykanın arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici kəsici alətin (alətlərin) təsirindən törənmişlər; 2) Ekspertizaya təqdim olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol qolunun iç tikişi üzərində cırılma zədəsi aşkar olunmuşdur. Bu cırılma şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir; 3) Ekspertizaya təqdim olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus jaketin sol qolunun ön səthində iki ədəd, jaketin sol qolunun arxa səthində iki ədəd; köynəyin sol qolunun ön səthində iki ədəd zədə aşkar olundu. Bu zədələr odlu silah zədələridir, silahın lüləsinin ağız kəsiyi giriş dəliklərinin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəziyyətdə olmaqla yetirilmişlər; 4) Ekspertizaya təqdim olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus şalvar və idman ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır; 5) Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, 3 16-16/2-3/407;*/*** nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74U” markalı “271747” №-li, yivli odlu avtomat silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. Bu markalı silahdan atılmış güllənin maksimum uçuş məsafəsi 2900 metr, öldürücü-məhvedici gücə malik olduğu məsafə 1100 metrə qədər olur; - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça “AK-74”, “AKS-74”, “AKS-74U”, “AK- 74M” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan sandıqçalardır, istifadəyə yararlıdır; - Tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” markalı avtomat silahlarda, “RPK- 74”, “RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəş prosesində ayrılmış 5,45 mm kalibrli patronların hissəsidirgilizləridir. Həmin gilizlər, təqdim edilmiş “AKS-74U” markalı “271747” №-li avtomat silahdan atılmışdır; - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AK-74M” “AKS-74U” markalı avtomat silahlarda, “RPK-74”,“RPKS-74” markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 5,45x39 mm kalibrli patronların atəşlə ayrılmış hissələridir, bir ədədi gülləsinin, digəri isə güllə örtüyünün parçalanmış hissəsidir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən güllə hissələri eyniləşmə tədqiqatı üçün yararsızdır və onların təqdim edilmiş “AKS-74U” markalı “271747” avtomat silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyil; - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd (##.##.2024-cü il tarixdə avtomobilə baxışın keçirilən zaman aşkar edilmiş) metal predmet zavod üsulu ilə hazırlanmış döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəş prosesində ayrılmış gülləsinin örtüyünün hissəsidir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən eyniləşmə tədqiqatı üçün yararsızdır və onun hansı kalibrli patronun gülləsinin hissəsi olmasını, həmçinin “AKS- 74U” markalı “271747” avtomat silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyil; - Təqdim edilmiş güllələrin üzərində gilizlərin ağızlıq hissələrindən, gilizlərin ağızlıq hissələrində isə güllələrin üzərindən qalmağa xarakterik izlər olmadığından onların atəşdən əvvəl vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün deyil; - Tədqiqata təqdim edilmiş AZ **-FU-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO”, avtomobilin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin və mis metal izinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən “AZ **-FU-***” dövlət qeydiyyat nişanlı, “KİA CERATO” avtomobilin sol yan hissəsində, sol arxa və sol ön qapısının, sol ön və arxa salonunda olan zədələr giriş zədələri olmaqla, soldan-sağa doğru istiqamətdə, avtomobilin bayır səthindən olan zədələr giriş, iç səthi üzərində olan zədələr həmin zədələrin davamı olan çıxış zədəsi olmaqla odlu silahdan açılmış yeddi atəş nəticəsində, diametri təxminən 5 mm kalibrli, güllələrin təsirindən təxminən 15-100 sm məsafə daxilində yetirilməyə xarakterikdir. Həmin zədələr, təqdim edilmiş “271747” №-li avtomat silahda açılan atəşlər nəticəsində yarana bilər. Zədələrin davamı “AZ **-FU-***” dövlət qeydiyyat nişanlı, “KİA CERATO” avtomobilin salonunun ön və arxa hissəsindədir; - Tədqiqata təqdim edilmiş “271747” №-li avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən həmin silahdan atəş(lər) açılmışdır. Hazırlanmış müvafiq elmi metodika olmadığından açılan atəşlərin sayını və sonuncu dəfə nə vaxt atəş açıldığını müəyyən etmək mümkün deyildir. Atəş açılan zaman silahın lüləsi avtomobilin sol hissəsinə doğru yönəlmişdir; - Təqdim edilmiş AZ **-FU-*** dövlət qeydiyyat nişanlı, “KlA CERATO“ avtomobilin salonundan bir ədəd güllə hissəsi aşkar edilmişdir. ##.##.2024-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxs1 həmin gün saat 23:50-də Şəmkir RPŞ-yə gələrək Zərərçəkmiş şəxs avtomatla atəş açıb xəsarət yetirdiyini bildirib 01 (bir) ədəd AKS markalı, ***** nömrəli avtomatı və 02 (iki) ədəd darağı təqdim edərək könüllü olaraq təslim olmuşdur. ##.##.2024-cü il tarixli “paltarlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcənin ümumi uzunluğu 79 sm, eni 110 sm təşkil edir. Gödəkcənin iç arxa boyun nahiyəsində “CİTY CLASS 48” yazılı emblem mövcuddur. Gödəkcə ön tərəfdən bir ədəd zəncirbənd üymə ilə bağlanır. Gödəkcənin yan hissəsində 2(iki) ədəd ciblik mövcuddur. Həmin cibliklər də zəncirbənd və metal düymə ilə bağlanır. Gödəkcənin hər iki qol hissəsi kəsilmişdir. Bundan başqa gödəkcənin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli parça şalvarının ümumi uzunluğu 103 sm, eni 52 sm təşkil edir. Şalvarın iç arxa bel nahiyəsində üzərində “TOM FORD” yazısı olan emblem mövcuddur. Şalvar ön tərəfdən zəncirbənd və metal düymə ilə bağlanır. Şalvarın yan və arxa hissəsində 2 ədəd ciblik vardır. Sağ arxa cibliyin üzərində “TOM FORD” yazısı olan metal emblem mövcuddur. Şalvarın sağ bud nahiyəsinin ön hissəsində 1,5 sm və 2 sm diametrində 2 ədəd, ön qasıq nahiyəsində isə 2,5 sm diametrində kəsilmiş-deşilmiş izlər vardır. Şalvarın bel nahiyəsində 1 ədəd dəri kəmər mövcuddur. Bundan başqa şalvarın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli uzunqol köynəyin uzunluğu 69 sm, eni 110 sm təşkil edir. Önü zəncirbəndli köynəyin hər iki qol, boyun və aşağı nahiyəsi manjetli olmaqla iç arxa boyun nahiyəsində üzərində “Castello d Ora XL” yazılı etiket mövcuddur. Köynəyin hər yan hissəsində 2 ədəd ciblik vardır. Ciblik zəncirbəndlə bağlanır. Köynəyin sol qol nahiyəsində 2,5 sm diametrində, sol yan hissəsində isə 2 sm diametrində kəsilmiş-deşilmiş izlər mövcuddur. Köynək ön hissədən kəsilərək 2 hissəyə bölünmüşdür. Bundan başqa köynəyin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli uzunqol köynəyin ümumi uzunluğu 68 sm, eni 138 sm təşkil edir. Köynəyin boğaz hissəsi zəncirbəndlə bağlanmaqla hər iki qol, boyun və aşağı nahiyəsi manjetlidir. Köynəyin iç arxa boyun nahiyəsində “ ANGELO GALASSO L” yazılı etiket mövcuddur. Köynəyin sol qol nahiyəsində 2 sm diametrində, sol yan hissəsində isə 1 sm diametrində kəsilmiş deşilmiş izlər mövcuddur. Köynək ön hissədən kəsilərək 2 hissəyə bölünmüşdür. Bundan başqa köynəyin üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli qolsuz maykanın ümumi uzunluğu 80 sm, eni 90 sm təşkil edir. Mayka ön hissədən kəsilərək 2 hissəyə bölünmüşdür. Maykanın sol yan hissəsində 4,5 sm və 2 sm diametrində 2 ədəd sökülmə izi vardır. Bundan başqa maykanın üzərində qanabənzər şübhəli ləkələr vardır. Qara rəngli idman ayaqqabısının uzunluğu 28, eni isə 10 sm təşkil edir. Ayaqqabı dəri materialdan yığılmaqla, üzərində dilikli bəzəklər vardır. Hər iki ayaqqabının iç hissəsində “ZİLLİ” yazısı, üst hissəsində isə “ZİLLİ” yazısı olan qızılı rəngli metal emblem mövcud olmaqla, hər ikisi iplə bağlanır. Ayaqqabıların alt hissəsində çəhrayı və göy rəngli xətlər vardır. Ayaqqabıların üst və alt hissəsində qanabənzər şübhəli ləkələr vardır. ##.##.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, baxış keçirilən diskin ümumi həcmi 4,7 GB təşkil edir. Disk açıq boz rəngli olub üzərində “Verbatim DVD-R” sözləri yazılmışdır. Diskin daxilində 02 (iki) ədəd videogörüntü vardır. Birinci “xxxx” adlı videogörüntünün ümumi həcmi 14121 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 13 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Volksvagen Passat” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şiştəpə kəndinin mərkəzində yerləşən şahid3 qızına məxsus ərzaq məhsulları mağazasının qarşısında dayanmış, təqsirləndirilən şəxs2 idarə etdiyi “KİA” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs avtomobilinin yanında saxlamış, daha sonra gözündə eynək və başında kəşmirli kepka papaq olan təqsirləndirilən şəxs2 avtomat silahla avtomobilin qarşısından havaya atəş açmış, onun arxasınca gələn təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası ilə avtomobilin alın şüşəsinə və damına zərbələr endirmiş, ətrafda olan insanlar təlaş içində mağazaya girmiş, Zərərçəkmiş şəxs avtomobili irəli sürüb oradan uzaqlaşmaq istəyərkən təqsirləndirilən şəxs2 silahın lüləyini ona tuşlayıb Zərərçəkmiş şəxs və avtomobilin sol arxa qapısına doğru atəş açmış, daha sonra təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 avtomobilin arxasına doğru itələmiş, təqsirləndirilən şəxs2 silahı verməyərək yenidən havaya atəş açmış, təqsirləndirilən şəxs1 avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs avtomobildən çölə çıxarmağa çalışmış, daha sonra yolda dayanmış Babəkə tərəf getmiş, Zabil isə avtomobildən düşərək “Al” marketə doğru qaçmağa başlamış, Babək və Bahəddin isə onun arxasınca qaçmış, bir qədər sonra avtomobildə olan şahid8 avtomobili sürərək oradan uzaqlaşmışdır. İkinci “xxxx” adlı videogörüntünün ümumi həcmi 21362 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 59 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, şahid3 qızı mağazanın içərisində kassanın arxasında oturmuş, X7 isə kassanın qabağında dayanaraq şahid3 1 qutu siqaret, 1 qutu saqqız və qalıq olan pul əsginaslarını götürüb mağazadan çıxmış, X1 isə kassanın yanında dayanıb növbəsini gözləmiş, Tağı Orucov mağazadan çıxdıqdan sonra İbadullayev Əflatun Məsdan oğlu mağazaya daxil olmuş, bu zaman mağazanın qarşısından atəş səsləri eşidilmiş, Tağı Orucov və yük maşını ilə şirniyyat məhsulları gətirən Azər adlı şəxs qorxaraq təlaşlı şəkildə mağazaya girmiş, mağazada olan Rəfiqə, Şakir və Əflatun isə piştaxtaların yanında əyilərək gizlənmiş, atəş səsləri kəsildikdən sonra onlar gizləndikləri yerdən çıxmağa başlamışlar. Baxış keçirilən digər diskin ümumi həcmi 700 MB təşkil edir. Disk açıq boz rəngli olub üzərində “Ahuang CD- R” sözləri yazılmışdır. Diskin daxilində 04 (dörd) ədəd videogörüntü vardır. Birinci “xxxx” adlı videogörüntünün ümumi həcmi 15148 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 18 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən şahid5 atəş səslərini eşidib marketdən çıxıb yola doğru boylanmış, onun arxasınca isə digər işçi şahid4 çıxmış, onlar Zərərçəkmiş şəxs və onun arxasınca qaçan təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 görüb dərhal qaçıb marketə girmişlər, daha sonra yaralı halda olan Zərərçəkmiş şəxs, onun arxasınca əlində avtomat silah olan təqsirləndirilən şəxs1, daha sonra əlində bıçaqla təqsirləndirilən şəxs2 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxmış, bu zaman şahid8 “Volksvagen Passat” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili marketin qarşısında saxlamış, Bahəddin yenidən marketə daxil olmuş, bir qədər sonra şahid4 təlaşlı şəkildə marketdən çıxıb qaçmış, onun arxasınca şahid5 də marketdən çıxmış, Bahəddin Babəklə birlikdə marketdən çıxaraq “Volksvagen Passat” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər, Bahəddin sükan arxasında əyləşərək avtomobili sürüb oradan uzaqlaşmışdır. İkinci “xxxx” adlı videogörüntünün ümumi həcmi 12978 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 06 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən şahid5 atəş səslərini eşidib marketdən çıxıb yola doğru boylanmış, onun arxasınca isə digər işçi şahid4 çıxmış, onlar Zərərçəkmiş şəxs və onun arxasınca qaçan təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 görüb dərhal qaçıb marketə girmişlər, daha sonra yaralı halda olan Zərərçəkmiş şəxs, onun arxasınca əlində avtomat silah olan təqsirləndirilən şəxs1, daha sonra əlində bıçaqla təqsirləndirilən şəxs2 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxmış, bir qədər sonra Bahəddin yenidən marketə daxil olaraq Babəki çağırmağa başlamış, şahid4 təlaşlı şəkildə marketdən çıxıb qaçmış, onun arxasınca şahid5 də marketdən çıxmış, Bahəddin də Babəklə birlikdə marketdən çıxıb getmişlər. Üçüncü “xxxx” adlı videogörüntünün ümumi həcmi 12289 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 02 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən şahid5 atəş səslərini eşidib marketdən çıxıb yola doğru boylanmış, onun arxasınca isə digər işçi şahid4 çıxmış, onlar Zərərçəkmiş şəxs və onun arxasınca qaçan təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 görüb dərhal qaçıb marketin arxa tərəfində yerləşən sanuzel otağına girmişlər, daha sonra yaralı halda olan Zərərçəkmiş şəxs da marketə girərək sanuzel otağına tərəf qaçmış, onun arxasınca əlində avtomat silah olan təqsirləndirilən şəxs1, daha sonra əlində bıçaqla təqsirləndirilən şəxs2 marketə daxil olmuş, Bahəddin daha sonra marketdən çıxsa da, Babək marketin içərisində Zabili axtardıqdan sonra o da sanuzel otağına tərəf getmiş, bu zaman Bahəddin yenidən marketə daxil olaraq Babəki çağırmağa başlamış, Babək sanuzel otağına tərəf getdikdən sonra Xəyal və Vüsalə oradan çıxaraq Xəyal piştaxtaların arasına doğru, Vüsalə isə küçəyə qaçmış, Bahəddin sanuzel otağına tərəf gəlib Babəki çağırmağa davam etmiş, daha sonra Babək sanuzel otağından çıxaraq Bahəddinlə birlikdə marketdən çıxıb getmişlər. Dördüncü “xxxx” adlı videogörüntünün ümumi həcmi 20429 KB təşkil edir. Həmin video bütövlükdə 1 dəqiqə 55 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olmuşdur ki, “Al” marketdə işləyən şahid5 və şahid4 təlaşlı şəkildə marketin arxa tərəfində yerləşən sanuzel otağına girmişlər, onların arxasınca yaralı halda olan Zərərçəkmiş şəxs da sanuzel otağına daxil olmuş, bir qədər sonra təqsirləndirilən şəxs2 əlində bıçaqla sanuzel otağına tərəf gəlmiş, bu zaman Xəyal və Vüsal Babəkin yanında sıxışıb qaçmış, Babək isə içəridə olan Zabilə bıçaqla xəsarət yetirmək üçün sanuzel otağının qapısını açmağa çalışmış, o, zorla qapını aça bilsə də, Zabilin müqavimət göstərərək özünü müdafiə etməsi nəticəsində ona əlindəki bıçaqla xəsarət yetirə bilməyib getmiş, bir qədər sonra Zərərçəkmiş şəxs yaralı şəkildə əlində bıçaqla sanuzel otağından çıxmışdır. ##.##.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı idarə etdiyi X4 məxsus “KİA CERRATO” markalı, “**-FU-***” dövlət qeydiyyat nişanlı 4 (dörd) yerlik minik avtomobili 2013-cü il buraxılış ili olmaqla, ağ mirvari rəngli və 4 (dörd) qapılıdır. Avtomobilin qabaq sürücü tərəfdə olan aynasının şüşəsi dairəvi formada sınaraq içəriyə doğru batmışdır. Həmçinin, avtomobilin ön qapılarının aynaları tamamilə sınaraq şüşə qırıntıları ayaqaltı hissələrinə tökülmüşdür. Avtomobilin arxa sol aynasının aşağı sol künc hissəsi 8x6 sm ölçüdə sınaraq qırıntıları içəriyə tökülmüş, aynanın özü isə ovxalansa da yerində qalmışdır. Həmin aynanın aşağı küncündə bir ədəd, qapının özündə isə iki ədəd deşilmiş izlər vardır. Avtomobilin arxa sol buferinin aşağı hissəsində 4x2 sm diametr ölçüdə aşağı doğru axmış qanabənzər ləkə, arxa sağ qapının tutacaq hissəsində qanabənzər ləkələr görünür. Avtomobilin içərisinə baxış keçirərkən arxa oturacağın sağ tərəfinin kənar hissələrində, arxa oturacağın orta hissəsində qanabənzər ləkələr müşahidə olunmuşdur. Şüşə qırıntıları oturacağın üzərinə və ayaqaltı hissələrinə səpələnmişdir. Avtomobilin arxa sol qapısına içəri tərəfdən baxdıqda yuxarıdan aşağıya doğru müvafiq olaraq bir-birindən 6 və 5,4 sm məsafədə 2,3x1, 0,8x06 və 0,3x0,2 sm diametrli deşilmiş izlərin olduğu görünür. Arxa sol oturacağın rezin materialından olan ayaqaltı hissəsini qaldırıb baxarkən 1,1 sm uzunluğunda güllə başlığına oxşar dəmir qırıntısının aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilin sürücü oturacağının üzərində ağ rəngli salfetlər, qutuda CD disklər vardır. Ümumiyyətlə avtomobilin qabaq oturacaqlarının üzərinə, həmçinin ayaqaltı hissələrinə salfetlər səpələnmişdir. Sürücü oturacağının ayaqaltı hissəsində “Qaz” pedalından 4 sm aşağıda bir ədəd 1,3 sm ölçüdə güllə başlığına oxşar dəmir qırıntısı aşkar olunaraq götürülmüşdür. Bundan başqa avtomobilin qabaq sərnişin oturacağının ayaqaltı hissəsinə baxış keçirərkən şüşə qırıntılarının, içərisi boş fanta və “xxxx” firmalarına məxsus plastik butulkaların, oturacağın üzərinə qara rəngli kepkanın və salfetin olduğu məlum olmuşdur. ##.##.2024-cü il tarixli “avtomat silaha və daraqlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, avtomat silahın səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Avtomat silahın ümumi uzunluğu 73 sm, qundağının uzunluğu 23,5 sm, əl dəstəyinin uzunluğu 12,5 sm, lüləyinin uzunluğu 11 sm isə təşkil edir. Silahın qundağı dəmir materialdan olmaqla qatlanandır. Silahın əl tutacağı möhkəm plastik materialdan, əl dəstəyi isə taxta materialdan yığılmışdır. Əl dəstəyi qara rəngli yapışqan lentlə sarılmışdır. Silahın qaytarıcı yayının üzərinə “271747” rəqəmləri həkk olunmuşdur. Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş 2 ədəd darağın hər birinin uzunluğu 21 sm, eni isə 6,5 sm təşkil edir. Daraqlar tünd qəhvəyi rəngli olmaqla taxta materialdan hazırlanmış və üzəri laklanmışdır. Daraqların aşağı və iç hissəsi dəmir materialdan yığılmışdır. Darağın birinin sağ aşağı tərəfində beşguşəli ulduz təsviri, sol aşağı tərəfində isə “63” rəqəmləri həkk olunmuşdur. Digər darağın sağ aşağı tərəfində içərisində ox işarəsi olan üçbucaq fiqur təsviri, sol aşağı tərəfində isə “115” rəqəmləri təsvir olunmuşdur. ##.##.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçağın tiyəsinin uzunluğu 9 sm, dəstəyinin uzunluğu isə 11 sm təşkil edir. Bıçağın tiyəsi metal rəngli olmaqla aşağı kənarı itilənmiş, yuxarı kənarı isə itilənməmiş vəziyyətdədir. Bıçağın dəstəyinin üzərində yaşıl rəngli yarpaq və qəhvəyi rəngli ağac budaqları təsviri vardır. Bıçağın dəstəyi tiyəsinə 2 ədəd vintillə bərkidilmişdir. Bıçağın tiyəsinin uc hissəsi sınmışdır. Bıçağın tiyəsinin sol üzündə “TRUE ADVENTURE OUTDOOR EQUİRMENT MORE” yazıları həkk olunmuşdur. Bıçağın dəstəyinin və tiyəsinin üzərində qana bənzər şübhəli ləkələr vardır. ##.##.2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 8 ədəd gilizin hər biri yaşımtıl-qəhvəyimtil rəngli olmaqla silindrik formalı olub dib hissəsinin səthi üzərində “3” və “82” rəqəmləri həkk olunmuşdur. Şəmkir RPŞ-nin məsul növbətçisinin ##.##.2024-cü il tarixli raportundan görünür ki, DİNnin 102 xidmətindən verilmiş məlumatda şahid5 ##.##.2024-cü il tarixdə saat 22:21-də zəng edərək “xxxx”dən silah səsinin eşidilməsi barədə məlumat verməsi göstərilmişdir. Şəmkir RPŞ-nin məsul növbətçisinin ##.##.2024-cü il tarixli raportundan görünür ki, ##.##.2024-cü il tarixdə saat 22:05-də Şəmkir RMX-nin növbətçi həkimi Şəmkir rayonu, Şiştəpə kənd sakini Zərərçəkmiş şəxs sağ budun, sol qolun və qasıq üst nahiyəsinin çoxsaylı yaraları xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. Şəmkir RPŞ-nin ##.##.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs1 şəxsi münasibətlər zəminində qisas alıb qəsdən öldürmək məqsədi ilə Şəmkir rayonu, Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq mağazasının qarşısında qardaşı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndliləri Zərərçəkmiş şəxs odlu silahdan atəş açaraq öldürməyə cəhd edən zaman ətrafda şahid8, şahid3 qızı, X1, X7, İbadullayev Əflatun Məsdan oğlu, şahid5 və şahid4 olmuşdur. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə amansız rəftar etmə, ləyaqətinin mütəmadi alçaldılması, qeyd edilən şəxs və ya şəxslərin təhqir edilməsi, hədə-qorxu gəlmə hallarının olması müəyyən edilməmişdir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 spirtli içkilərə və narkotik maddələrə qarşı aludəçiliyinin olması müəyyən edilməmişdir. Hadisədən öncə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında münaqişəli vəziyyətin olması müəyyən edilmişdir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cinayət törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxsin (lər) olması müəyyən edilməmişdir. Hadisə zamanı təqsirləndirilən şəxs1 istifadə etdiyi dəmir materialdan olan dəyənək və təqsirləndirilən şəxs2 istifadə etdiyi bıçaq müəyyən edilməmişdir. Dəmir materialdan olan dəyənəyin və bıçağın müəyyən edilərək istintaqa təqdim edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir. Bundan başqa hadisə zamanı təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən hər hansı bir taxta materialdan olan dəyənəkdən istifadə edilməsi halı müəyyən edilməmişdir. Hadisə zamanı təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əmiləri Qaçay və Qoşunun oğlanlarının, bundan əlavə bibisinin övladlarının hadisə yerində olmaları müəyyən edilməmişdir. Hadisə zamanı “271747” nömrəli, “AKS-74U” markalı avtomat silahdan istifadə olunmuşdur. Bundan başqa əlavə silahdan istifadə olunması halı müəyyən edilməmişdir. Hadisə zamanı içərisində təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qohum və ya dostlarının olduğu əlavə, yəni ikinci bir avtomobilin olması halı müəyyən olunmamışdır. Yuxarıda qeyd olunanlardan əlavə olaraq müəyyən edilmişdir ki, hadisə zamanı “271747” nömrəli, “AKS-74U” markalı avtomat silahdan atəş açaraq Zərərçəkmiş şəxs xəsarət yetirən şəxs təqsirləndirilən şəxs2 olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs2 hadisə zamanı istifadə etdiyi silah RF Müdafiə Nazirliyinin Raket-Artilleriya Baş İdarəsinə məxsus və Moldova Respublikası Pridnestrovsk münaqişəsi zamanı talanmış kimi ##.##.1996-cı il tarixdən mərkəzləşdirilmiş axtarış uçotunda olan 5,45 kalibrli, “AK-74” markalı silahın nömrəsi ilə oxşarlıq təşkil edir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6, 134, 221.3 və 234.1-ci, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.3 və 234.1-ci, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, ## ###### 2021 ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Çin” restoranının qarşısında Zərərçəkmiş şəxs və Bəylər Aslanovun bir qrup şəxs halında şahid2 qarşı xuliqanlıq etmələri faktına görə ## ###### 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ## ##### 2022-ci il tarixdə ittiham aktı təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini iş materiallları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin edilməli, müdafiəçi tərəfindən verilən apellyasiya şikayətləri isə təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilməli və yeni hökm çıxarılmalıdır. TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏRİN ƏMƏLİNİN TÖVSİFİ İLƏ BAĞLI MƏHKƏMƏ KOLLEGİYASININ MÖVQEYİ: Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. İşə baxan məhkəmə kollegiyası ilk olaraq müdafəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd edir ki, şikayətlərin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müdafiəçi apellyasiya şikayətlərində təqsirləndirilən şəxslər barəsində çıxarılmış ittiham hökmünün əsassız və qanunsuz olduğunu, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi, CM-nin 29,120.2.4-cü maddəsi isə CM-nin 126.2.4-cü maddəsinə tövsif edilməsi barədə hökm çıxarılması, təqsirləndirilən şəxs1 isə verilmiş ittihamla bəraət verilməsi qeyd edilmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxs tam bəraət verilməli olmasını onunla əsaslandırmağa çalışmışdır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, onun hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə hadisəni dayandırmaq, özünü müdafıə etməkdə olan davranış kimi kimi təzahür etmişdir. Digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində CM-nin 29,120.2.4 və 221.3cü maddəsinin tərkibi yoxdu və buna görə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli, CM-nin 29,120.2.4-cü maddəsi isə CM-nin 126.2.4-cü maddəsinə tövsif edilməlidi. Belə ki, təqsirləndirilən şəxs2 bunu arzu etmiş olsaydı zərərçəkmişi asanlıqla öldürə bilərdi. Lakin təqsirləndirilən şəxsin heç bir maneə olmadığı halda yaralı olan və qarşısında olan zərərçəkmişə üzərinə atəş açmaması, sonra mağazanın icərisində onu bıçaqla öldürməyə cəhd etməməsi, onun zərərçəkmişi öldürmək niyyətində olmamasından, sadəcə sonuncunu aciz vəziyyətə düşürməklə özünü “təsdiq” etməyə cəhd etməsindən xəbər verir. Məhkəmə kollegiyası apelliyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı CPM-in 39, 42ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Eyni zamanda əməlin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hökmdən verilmiş apellyasiya protestində və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən sübutların düzgün tədqiq edilmədiyi və təqsirləndirilən şəxs2 CM-in 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Qoşqar oğlu isə CM-n 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib onlara həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması iddia edilmişdir. Apellyasiya protestinin və şikayətinin dəlillərinin əsasını iş materiallarında olan sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması təşkil edir. Apellyasiya instansiya məhkəməsi işin hallarını, qanuvericiliyin tələblərini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli CM-in 29,120.2.1 və 221.3-cü maddələrinin, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli CM-in 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələrinin tərkib əlamətlərini yaradır. İstintaq orqanı tərəfindən verimiş ittihama əsasən, təqsirləndirilən şəxs2 ##.##.2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ildə istintaqa məlum olmayan tarixdə mərhum dayısı oğlu X8 qanunsuz olaraq əldə etdiyi və həmin vaxtdan Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığında torpağa basdıraraq saxladığı 01 ədəd “AKS” markalı, ****** nömrəli atəş üçün yararlı yivli odlu avtomat silahı və döyüş sursatı hesab edilən 08 ədəd 5,45 mm kalibrli patronları istifadəsində olan “Volksvagen Passat” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında gizlədərək daşımış, ##.##.2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi avtomobillə qardaşı təqsirləndirilən şəxs1 və tanışları şahid8 ilə birlikdə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı 99-FU 355 dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığından qardaşı təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz məqsədinə çatmaq üçün Zərərçəkmiş şəxs hərəkət etməsinin qarşısını almaqdan ötrü idarə etdiyi avtomaşını sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında təqsirləndirilən şəxs1 ilə bir qrup halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimaiqaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə avtomat silahdan bir dəfə havaya atəş açmış, qardaşı təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən “xxxx”MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 və şahid7 tərəfindən vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətlərini bilavasitə öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişlər. İbtidai istintaqla orqanı tərəfindən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, ## ###### 2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, ## ###### 2024-cü il tarixdə saat 21:30 radələrində qardaşı təqsirləndirilən şəxs2 və tanışları şahid8 ilə birlikdə təqsirləndirilən şəxs2 idarə etdiyi"Volksvagen Passat" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi "KİA" markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığınından qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun hərəkət etməsinin qarşısını almaqdan ötrü təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilini sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomöbillə çIxış imkanını məhdudlaşdırmiş və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında onunla bir qrup halında ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə lageydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə təqsirləndirilən şəxs2 avtomat silahdan bir dəfə havaya atəş açmış, o isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən"xxxx" MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 və şahid7 tərəfindən vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə ona əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan isə Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə olan bənd çıxarılmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs1 vermiş olduğu bütün ifadələrində qardaşı təqsirləndirilən şəxs2 ilə məlum hadisəyə qədər zərərçəkəni qəsdən həyatdan məhrum etməyə dair razılaşmadığını və buna dair qardaşı ilə aralarında əvvəlcədən hər hansı bir anlaşmanın olmadığını, hadisənin baş vermə anınadək də təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə odlu silah saxlamasından məlumatının olmadığını göstərmişdir. Qeyd edilən xüsusatları təqsirləndirilən şəxs2 da ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində təsdiq etmişdir. Həmçinin, təqsirləndirilən şəxs2 ifadəsində əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs qorxutmaq üçün idarə etdiyi avtomobilin sürücü oturacağının altında saxladığı avtomat silahı götürüb Zərərçəkmiş şəxs içərisində olduğu avtomobilə atəş açmış, həmin vaxtı qardaşı təqsirləndirilən şəxs1 bunu görüb ona “nə edirsən?” deyərək silahı əlindən almağa çalışmış, qardaşı ilə mübahisə edən zaman havaya atəş açılmış, ardınca qardaşı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açaraq sonuncunun yaralı olub-olmamasına baxdıqdan sonra geri qaydıdaraq silahı ondan almış, həmin ərəfədə də Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşərək qaçmışdır. Məhkəmənin qənaətinə əsasən təqsirləndirilən şəxs1 zərəçəkəni öldürməyə bir neçə dəfə sərbəst imkanı olduğu halda bunu etməyərək, əvəzində əlində odlu silahla atəş açan qardaşı təqsirləndirilən şəxs2 aktiv müqavimət göstərərək onun əlindən avtomatı almağa nail olmuş, ardınca zərərçəkmişin avtomobilinə yaxınlaşıb sonuncunun xəsarət alıb-almamağını yoxlamış, marketdə olarkən isə qardaşını bir neçə dəfə səsləyərək getmələri təmin etmişdir. Həmçinin, hadisə baş verən anda odlu silahın üzərində olan darağın içərisindəki patronun (səkkiz ədəd) sayından məlumatsız olan təqsirləndirilən şəxs1 avtomatı qardaşından aldıqdan sonra, həmin anadək səkkiz ədəd patronun atılmasına, yəni darağın artıq boş olmasına baxmayaraq, ümumi patron sayından məlumatsız olduğu üçün avtomatla zərəçəkənə tərəf tuşlayıb atəş açmağa imkanı olduğu halda heç buna cəhd belə etməmişdir. Lakin, məhkəmə hökmündə ümumiyyətlə hadisənin baş vermə səbəbi, törədilmə üsulu, motivi və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər hallarla bağlı düzgün təhlillər aparılmamış, işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında məlum hadisədən əvvəl münaqişələr yaşanmaqla, tərəflər qarşılıqlı ədavət və düşmənçilik münasibətində olmuş, məhz şəxsi qərəzli münasibətlər zəmnində təqsirləndirlən şəxslərin zərərçəkmişi qisas almaq niyyəti ilə qəsdən öldürmək niyyəti qabaqcadan formalaşmış, bu məqsədlə təqsirləndirlən şəxs əvvəlcədən odlu silah və döyüş sursatını idarə etdiyi avtomaşında gizlədərək daşımış, ##.##.2024-cü il tarixdə zərərçəkmişlə yenidən qarşılaşdıqdan sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığından təqsirləndirlən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında öz məqsədinə çatmaq üçün təqsirləndirilən şəxs2 avtomat silahdan bir neçə dəfə zərərəkmiş şəxs istiqamətdə məqsədyünlü şəkildə atəş açmaqla, qardaşı təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə zərərçəkmişin idarə etdiyi avtomobilə zərbələr endirib, yəni zərərçəkmiş şəxsin özünü müdafiə etmə imkanını məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etmiş, nəticədə zərərçəkmiş şəxs odlu silah-güllə yaraları xəsarətləri almış, bundan sonra zərərçəkmiş hadisə yerindən qaçdıqdan sonra onu təqib etməyi davam etməklə, zərərçəkmişin marketdə gizlənməsi, fəal müqavimət göstərməsi və digər şəxslər tərəfindən xəstəxanaya çatdırılması nəticəsində həyatı xilas edildiyindən təqsirləndirlən şəxslər öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmişlər. Qeyd olunan hallar iş üzrə şahidlərin ibdidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, hadisənin baş verməsini özündə əks etdirən videogörüntü, ekspertiza rəyləri və digər iş materilları ilə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarında olan hadisənin baş verməsini özündə əks etdirən videogörüntünü müşahidə etdikdə görünür ki, təqsirləndirilən şəxs2 ardınca isə qardaşı Bahəddin zərəçəkmişin istifadəsində olan avtomaşına qabaq hissəsindən yaxınlaşırlar, əlində məlum “AKS” markalı avtomat olan Babək maşının alın şüşəsinə istiqamətində həmin silahdan bir dəfə atəş açır və ardınca avtomobilin sol hissəsinə doğru hərəkət edir, onun ardınca gələn Bahəddininin əlində isə dəmir parçasına oxşar əşyanın olması görsənir, bunun ardınca Babək əlində olan silahla sürücünün əyləşdiyi avtomobilin sükan arxasına atəş açır, həmin anda Bahəddin isə əlində olan həmin dəmir parçası ilə avtomobilin ön alın şüşəsinə ardıcıl iki zərbə endirir, zərərçəkmiş avtomaşına qabağa doğru hərəkət etdirərkən Babək yenidən silahla avtomaşının sürücünün əyləşdiyi istiqamətə doğru yenidən atəş açır, Bahəddin isə həmin anda əlində olan dəmir parçası ilə hərəkətdə olan maşının qabaq hissəsinə zərbə endirir. Bundan sonra, avtomaşın hərəkət edib maneə səbəbindən dayandıqdan sonra həmin avtomobilin arxa hissəsində hərəkətlilik müşahidə edilsə də, dəqiqliklə nə hərəkətlər edilməsi, yəni hər iki təqsiləndirlən şəxslərin qarşılıqlı bir-birini itələməsi və ya dartınmaları görsənmir. Sonradan zərərçəkmişin əyləşdiyi maşına təqsiləndirilən şəxslərdən biri yaxınlaşan zaman digər şəxsin silahdan bir neçə dəfə atəş açması müşahidə edilir. Marketdə baş vermiş hadisə görüntüləri ilə isə müəyyən edilir ki, Bahəddin əlində məlum avtomatla marketə daxil olur və əlində olan silah atəş üçün hazır vəziyyətə gətirilmiş və hədəfə tuşlanmış haldadır, Babəkin əlində isə bıçaq vardır. Zərəçəkmiş gizləndiyi sanuzel otağına yerə daxil olmaq istəyən Babək zərəçəkmişin təpik atmaqla müqavimət göstərib qapını bağladığından sonuncu içəri daxil ola bilmir və bundan sonra hər iki təqsirləndirlən şəxs hadisə yerini tərk edir. Bahəddin Bayrımlı qardaşı tərəfindən zərərçəkmiş şəxsə məqsədyönlü atəşlər açılarkən, məhz sürücünün əyləşdiyi avtombilin ön sol alın şüşəsinə istiqamətdə zərbələr endirməklə, zərərçəkmişin müqavimətini məhdudlaşdırmaq üçün fəal hərəkətlə yol verilmiş, zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etmişdir. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs1 zərəçəkəni öldürməyə bir neçə dəfə sərbəst imkanı olduğu halda bunu etməyərək, əvəzində əlində odlu silahla atəş açan qardaşı təqsirləndirilən şəxs2 aktiv müqavimət göstərərək onun əlindən avtomatı almağa nail olması ilə bağlı gəldiyi qənaət də yanlışdır. Belə ki, videogörüntüdə Bahəddinin Babəkin əlindən silahı alması real olaraq müşahidə edilmir və təqsirləndirilən şəxs ifadəsində silahı aldıqdan sonra avtomaşına qoymasını bildirdirmişdir. Marketdə qeydə alınmış görüntüdə isə Bahəddinin əlində olan silahın atəşə hazır və tuşlanmış vəziyyətdə olması müşahidə edilir. Məhkəmə istintaqı zamanı da Bahəddinin zərəçəkəni öldürməyə bir neçə dəfə sərbəst imkanı olması halı müəyyən edilməmişdir. Halbuki, videogörüntü əsasında avtomaşına yaxınlaşarkən, silahdan ilk olaraq və sonradan zərəçəkmişə məqsədyönlü atəşlər açılarkən Bahəddinin hadisənin qarşısını almaq ümün silahı qardaşından almaq üçün cəhd etməsi, hər hansı digər hərəkətlərə yol verməsi müəyyən edilmir, əksinə həmin vaxt Bahəddin sürücünün əyləşdiyi hissəyə alın şüşəsinə doğru zərbələr endirməklə, zərərçəkmişin avtomobili idarə edib uzaqlaşmaq və müqavimət göstərmək üçün digər hərəkətlərə etməsini aktiv sürətə məhdulaşdırmışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması,zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndinə əsasən təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarının 5-ci bəndində göstərilmişdir ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. İşin faktiki və mübahisələndirilməyən hallarından göründüyü kimi, hadisədən əvvəl təqsirləndirilən şəxslərin atasına qarşı cinayət hadisələrinin törədilməsi ilə bağlı tərəflər arasında münaqişə yaşanmış, qarşılıqlı ədavət və düşmənçilik münasibətində olmuşlar, məhz qərəzli şəxsi münasibətlər zəmində qisas almaq məqsədi ilə məlum hadisə baş vermişdir. Göründüyü kimi, tərəflərin hadisədən əvəlki münasibətləri, hadisənin odlu silahla törədilməsi, təqsirləndirilən şəxsin silahdan bir neçə dəfə ardıcıl olaraq atəş açması, zərəçəkmişin atəşlər nəticəsində xəsarət alması, digər təqsirləndirilən şəxsin zərərçəkmişin müqavimətini məhdudlaşdırmaq üçün fəal hərəkətlərə yol verilməklə, zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etməsi, zərəçəkmişə məlum xəsarətlər yetirdikdən sonra da hər iki təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi təqib etməklə, fəal hərəkətlərə yol erilməsi, zərərçəkmişin həyatının xilas edilməsində maraqlı olmaları, hadisə yerini tərk etmələri, zərrərçəkmiş şəxsin digər şəxslər tərəfindən tibb müəssisəsinə çatdırılması kimi əhəmiyyət kəsb edən amillər məhz təqsirkar şəxslərin əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürməyə cəhd etmə tərkib əlamətlərinin olmasını özündə ehtiva edir. Sadalanan hallarından göründüyü kimi, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş, cinayətinin motivi təqsirləndirilən şəxsin şəxsi qərəzli münasibətlər zəminində qəsdən öldürmək niyyəti olmuş, təqsiləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etmişlər. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməyərək təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29, 120.2.1ci maddəsi ilə bəraət verilməsi, həmçinin təqsirləndirilən şəxs2 verilmiş ittihamdan CM-in 29, 120.2.1-ci maddəsinin çıxarılması hissəsində yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan sübutlarla təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1-cü və 221.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs1 əməli CM-in 29, 120.2.4-cü və 221.3- cü maddələri ilə, təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələri düzgün tövsif edilmişdir. CM-in 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-in istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Qeyd olunan Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1-ci maddəsinn tələblərinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi aşağıdakılardan birini etməyə haqlıdır: 398.1.1. birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək; 398.1.2. birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq; 398.1.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək; 398.1.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək. Cinayət-Prosessual Məcəllənin apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 399.1.1. məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 399.1.2. məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 399.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi; 399.1.5. təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması. Kollegiya qeyd edir ki, qanunvericiliyin, həmçinin iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili ilə təqsirləndirilən şəxs1 əməlində CM-in 29, 120.2.1-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, təqsirləndirilən şəxs2 əməlində CMin 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə təqsirləndirilən şəxsin verdiyi ifadəsinə əsasən yanlış nəticəyə gəlmiş, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə, habelə təqsirləndirilən şəxsin barəsində daha yüngül cinayət ittihamı üzrə əsassız hökm çıxarılmasına səbəb olmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bununla da , məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs1 ## ###### 2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, ## ###### 2024-cü il tarixdə saat 21:30 radələrində qardaşı təqsirləndirilən şəxs2 və tanışları şahid8 ilə birlikdə təqsirləndirilən şəxs2 idarə etdiyi"Volksvagen Passat" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi "KİA" markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığınından qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun hərəkət etməsinin qarşısını almaqdan ötrü təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilini sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomöbillə çIxış imkanını məhdudlaşdırmiş və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında onunla bir qrup halında ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə lageydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə təqsirləndirilən şəxs2 avtomat silahdan bir dəfə havaya atəş açmış, o isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən"xxxx" MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 və şahid7 tərəfindən vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. təqsirləndirilən şəxs2 ##.##.2021-ci il tarixdə Bakı şəhərində atası şahid2 aralarında olan şəxsi qərəzli münasibətlər zəminində həmkəndliləri Zərərçəkmiş şəxs və onun qardaşı X6 döyərək videoçəkiliş edib sosial şəbəkədə yaymaları səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ildə istintaqa məlum olmayan tarixdə mərhum dayısı oğlu X8 qanunsuz olaraq əldə etdiyi və həmin vaxtdan Şəmkir rayonu, Şiştəpə kəndində yaşadığı fərdi yaşayış evinin yaxınlığında torpağa basdıraraq saxladığı 01 ədəd “AKS” markalı, ****** nömrəli atəş üçün yararlı yivli odlu avtomat silahı və döyüş sursatı hesab edilən 08 ədəd 5,45 mm kalibrli patronları istifadəsində olan “Volksvagen Passat” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında gizlədərək daşımış, ##.##.2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi avtomobillə qardaşı təqsirləndirilən şəxs1 və tanışları şahid8 ilə birlikdə rayonun Şiştəpə kəndi ərazisində hərəkət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “KİA” markalı 99-FU 355 dövlət qeydiyyat nişanlı avtomobildə oturaraq Şiştəpə kəndinin mərkəzində yerləşən ərzaq məhsulları marketinin qarşısında dayandığını görüb cinayətkar niyyətlərini həyata keçirmək üçün əlverişli şərait yarandığından qardaşı təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz məqsədinə çatmaq üçün Zərərçəkmiş şəxs hərəkət etməsinin qarşısını almaqdan ötrü idarə etdiyi avtomaşını sonuncunun avtomobilinin sağ yan tərəfinə yaxınlaşdırıb onun avtomobillə çıxış imkanını məhdudlaşdırmış və avtomobilin sürücü oturacağının altında olan avtomat silahı götürüb düşərək qanunsuz gəzdirməklə ərzaq məhsulları marketinin qarşısında təqsirləndirilən şəxs1 ilə bir qrup halında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə avtomat silahdan bir dəfə havaya atəş açmış, qardaşı təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə zərbələr endirərək avtomobilin alın şüşəsini sındıraraq zədələməklə zərər çəkmiş Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurduqdan sonra təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə bir neçə dəfə atəş açaraq Zərərçəkmiş şəxs sol dirsək oynağı sümüklərinin, sol qalça sümüyü qanadının sınıqları ilə müşayiət olunan sol dirsək oynağı nahiyəsinin, qarının, bel nahiyəsinin və sağ budun dəlib keçən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran odlu silah-güllə yaraları xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq yaxınlıqda yerləşən “xxxx”MMC-nin **-** nömrəli filialında gizlənməsi və şahid6 və şahid7 tərəfindən vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qəsdən adam öldürməkdə ifadə olunan niyyətlərini bilavasitə öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişlər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, müdafiəçi tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməməli, apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1-cü və 221.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxslərə cəza təyin edilməsi məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilən və cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Digər təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 133.2.6 və 221.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ##.##.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin o, ##.##.2018-ci il tarixdən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə dövlətlərarası axtarışdadır. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əvvəlki cinayətə görə məhkumluq ödənilmədən yenidən qəsdən başqa cinayət əməli törədilməsi onun əməlində cinayətlərin residivini yaradır. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, ittiham olunduğu cinayət əməllərini ##.##.2024-cü il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayət əməlinə görə təqsirləndirilən şəxs2 məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (##.##.2022-ci il tarixdən) hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Şəmkir RİH başçısının Şəmkir rayonu, Şiştəpə kənd İƏDÜN-nin ##.##.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs1 Şəmkir rayonu, Şiştəpə kəndində yaşamışlar və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşlar. ##.##.2024-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxs1 həmin gün saat 23:50-də Şəmkir RPŞ-yə gələrək Zərərçəkmiş şəxs avtomatla atəş açıb xəsarət yetirdiyini bildirib 01 (bir) ədəd AKS markalı, ***** nömrəli avtomatı və 02 (iki) ədəd darağı təqdim edərək könüllü olaraq təslim olmuşdur. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli ## ###### 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ##.##.2024-cü il tarixli “könüllü gəlmə barədə” protokoldan görünür ki, təqsirləndirilən şəxs2 həmin gün saat 22:10-də Şəmkir RPŞ-yə gələrək Zərərçəkmiş şəxs avtomatla atəş açaraq xəsarət yetirdiyini bildirib könüllü olaraq təslim olmuşdur. Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli ## ###### 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini sonradan dəyişdirilməmiş və həbsin əvvəli onların şübhəli şəxs kimi tutulduqları vaxtdan hesablanmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarının 20ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Bununla yanaşı, qeyd edilməlidir ki, zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını qeyd etsə də, sonradan apellyasiya şikayəti verərək təqsirləndirilən şəxslərə münasibətdə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 120.2.1 və 120.2.4-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 228.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində olan yüngülləşdirici halları, eyni zamanda ağırlaşdırıcı hal kimi əməlində cinayətləri residivi olmasını, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində olan yüngülləşdirici halları habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsrli bilindikləri maddələrin sanksiyasının nisbətən aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Beləliklə, CM-in 56.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd qara rəngli papaq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcə, qara rəngli köynək, qara rəngli parça şalvar, qara rəngli qolsuz mayka və qara rəngli idman ayaqqabısı sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, uzunluğu 73 sm olan “AKS” markalı avtomat silah və 2 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalı, 8 (səkkiz) ədəd giliz, boz rəngli dəstəyi və dəstəyinin üzərində yaşıl rəngli yarpaq təsvirli bəzəyi olan 1 (bir) ədəd bıçaq, 03 (üç) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp və 2 (iki) ədəd güllə başlığı məhv edilməli, Şəmkir Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan “KİA CERRATO” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VOLKSVAGEN PASSAT” markalı, “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçilərinə qaytarılmalıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi3 İbrahim oğlu tərəfindən müqavilə əsasında həyata keçirilsə də, digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi4 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli *** nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçi müdafiəçi4 tərəfindən göstərilmiş 58 (əlli səkkiz) iş saat (15 iş saat ##.##.2025-ci il tarixədək, 43 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 563 (beş yüz altmış üç) manat pul onların vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 manat (yüz iyirmi səkkiz manat) məbləğində ekspertiza xərci vardır və həmin məbləğ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X16, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601Zərərçəkmiş şəxsZərərçəkmiş şəxs3944 SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab № AZ**CTRE Zərərçəkmiş şəxsZərərçəkmiş şəxs0002088501, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan ##.##.2024-cü il tarixli arayışdan görünür ki, “KİA CERATO” markalı, 99-FU335 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də qeyd edilən avtomobilin mülkiyyətçisi “NG KAPİTAL LİZİNG” MMC-yə avtomobilə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 397, 398.1.2, 399, 401, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, H Ö K M E T D İ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü ləğv edilsin. İş üzrə yeni ittiham hökmü çıxarılsın. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 29, 120.2.4-cü maddələri ilə 15 (on beş) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6(altı) ay müddətə, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 qəti olaraq 16 (on altı) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablansın. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsi ilə 14 (on dörd) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 1 ədəd qara rəngli papaq təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qolsuz gödəkcə, qara rəngli köynək, qara rəngli parça şalvar, qara rəngli qolsuz mayka və qara rəngli idman ayaqqabısı sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Uzunluğu 73 sm olan “AKS” markalı avtomat silah və 2 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. 8 (səkkiz) ədəd giliz, boz rəngli dəstəyi və dəstəyinin üzərində yaşıl rəngli yarpaq təsvirli bəzəyi olan 1 (bir) ədəd bıçaq, 03 (üç) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp və 2 (iki) ədəd güllə başlığı məhv edilsin. Şəmkir Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan “KİA CERRATO” markalı, “**-FU-***” dövlət qeydiyyat nişanlı avtomobil və “VOLKSVAGEN PASSAT” markalı, “**-PD-***” dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçilərinə qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından müdafiəçi müdafiəçi4 üçün 563 (beş yüz altmış üç) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. “NG KAPİTAL LİZİNG” MMC-yə avtomobilə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm elan edildikdən dərhal sonra qüvvəyə minir. Hökmdən, Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsi ilə müəyyən edilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-118/2026
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-7)-118/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver